Məhkəmə qərarları › İş №2(104)-738/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-738/2023

07.03.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-738/2023 07.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma və maddi ziyanın əvəzinin ödənilməsi tələbinə mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli 2(021)-1054/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bərdə rayonu Mollagüllər kəndində yerləşən 0.15 ha həyətyanı torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqlarının bərpa edilməsi, cavabdehlərin qanunsuz hərəkətlərinə qadağa qoyulması, dəymiş maddi ziyanın əvəzi olaraq cavabdehlərdən müştərək qaydada 9000 manat pulun və ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli 2(021)-1054/2022 nömrəli (hakim: Elsun Əhmədov) qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaqdan çıxarılma, ziyan tələbinə və dövlət rüsumu hesabına ödənilmiş pul tələbinə dair iddiasının təmin edilməsi; Cavabdehlər Cavabdeh1 və X7 İddiaçı Abdurrəhman oğlunun mülkiyyətində olan Bərdə rayonu Mollagüllər kəndində 0.15 ha torpaq sahəsindən çıxarılması və vurulmuş 9000 (doqquz min) manat maddi ziyan tutularaq İddiaçı Abdurrəhman oğluna verilməsi; Aparılmış ekspertiza tədqiqatının 50 (əlli manat) manat dəyəri cavabdehlər Cavabdeh1 və X4 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə (keçiriləcək hesab: Büdcə təsnifatı kodu 141319, büdcə cəviyyəsinin kodu 3, SAP( XİİS) hesabı X3, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ**********0000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34 CTRE********************) ödənilməsi; İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və X4 müştərək qaydada tutularaq İddiaçı Abdurrəhman oğluna ödənilməsi qət edilmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-1054/2021 saylı qərardadı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma və maddi ziyanın əvəzinin ödənilməsi tələbinə mülki iş üzrə çıxarılmış 14 dekabr 2022-ci il tarixli 2(021)-1054/2022 saylı qətnaməsində buraxılmış yanlışlığın düzəldilməsi və “Cavabdeh1 Zahir oğlu” sözü “Cavabdeh2” sözü kimi oxunması qərara alınmışdır. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 1998-ci il tarixli 14 saylı qərarına əsasən, adına Bərdə rayon Mollagüllər kəndində 0,15 ha həyətyanı torpaq sahəsi verilmiş və bu barədə JN 261A saylı 61014038 nod nömrəli Dövlət Aktı tərtib edilmişdir. Cavabdehlər həmin torpaq sahəsini 2019-cu ildən zəbt edərək ona xeyli miqdarda ziyan vurmuşlar. Yaşayış və güzaranını təmin etmək üçün torpaq sahəsindən istifadə etmək istəsə də, cavabdehlər buna maneə olurlar. Cavabdehlərdən torpaq sahəsindən çıxmalarını tələb etsə də, heç bir nəticə olmamışdır. Cavabdehlər iki ildir ki, həmin torpaq sahəsində kələm əkib gəlir götürürlər. Əgər hesab edilsə ki, bir mövsümdə 0,15 ha torpaq sahəsindən 4500 kq kələm məhsulu götürmək olar, bu isə iki ildə 9000 kq edir, bir kiloqram kələmin bazar qiyməti 1 manat olduğundan ona üç ildə 9000 manat maddi ziyan dəymişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, mübahisəli torpaq sahəsini ona məxsusdur. 20 ildən çoxdur ki, torpaq sahəsindən istifadə edir. İddiaçının həmin torpaq sahəsinin ona aid olması barədə hər hansı hüquqmüəyyənedici sənədi yoxdur. Ona görə də işə baxılarkən məhkəmə torpaqşünaslıq-yerquruluşu ekspertizası təyin edilmiş, lakin torpaq sahəsinin koordinatları müəyyən oluna bilməmişdir. Bundan əlavə, müəyyən edilmiş maddi ziyan məbləği həddindən artıq çoxdur. Belə ki, həmin torpaq sahəsinin məhsuldarlığının müəyyən edilməsi üçün müvafiq ekspertiza təyin edilməmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, o iddiaçıya 1996-cı ildə borc pul vermiş, lakin sonuncu borcunu qaytarmamışdır. O da iddiaçıya təklif etmişdir ki, onun mülkiyyətində olan pay torpaq sahəsindən istifadə etsin. İddiaçı buna etiraz etməmişdir. Bundan əlavə, torpaq sahəsində əkin işlərinin aparılmasına görə 2000 manat xərc çəkmişdir. Həmin xərcləri çəkdikdən sonra torpaq sahəsindən məhsul əkib becərilməsi mümkün olmuşdur. Cavabdeh1 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsni və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, həmin yer savxoz vaxtdı ona verilmişdir. Bundan sonra islahat gedən vaxtı 1998-ci ildə 0,15 sot torpaq sahəsi Aqrar İslahat Komissiyasının qərarına əsasən onun mülkiyyətinə verilmişdir. Hazırda 0,15 ha birlikdə 00,6 ha Bələdiyyə torpağı olmaqla istifadəsində 21 sot torpaq sahəsi onun istifadəsindədir. 2019-cu ilin noyabr ayında cavabdeh ondan xahiş etmişdir ki, həmin 0,15 ha torpaq sahəsində heyvanlarını otarsın, oda onunla razılaşmışdır. Lakin sonradan 2020-ci iulin fevral ayında o bilmişdir ki, cavabdeh həmin torpaq sahəsində əkin əkib. Bundan sonra o cavabdehdən həmin torpaq sahəsindən istifadəni dayandırmağı xahiş etmiş, lakin cavabdeh istifadəsini dayandırmadı və bundan sonra aralarında mübahisələr oldu. İki ildir ki, həmin torpaq sahəsindən istifadə etməmiş. Ona görə də 2020-2021-ci illər üçün 9000 manat maddi ziyanın əvəzini tələb edir. Özü həmin torpaq sahəsindən 0,15 ha yerdən kələm əkən zaman təxmini olaraq 2-3 ton məhsul götürmüşdür. Cavabdehin təqdim etdiyi məhsulun qiyməti barədə arayışı ilə də razı deyildir. Çünki, həmin vaxt kələmin bazar satış qiyməti 1 manat, 30 qəpik olmuşdur. Həmçinin, öz torpaq sahəsinin 0,15 ha hissəsində kələm əkmişdir və məhsulun yetişməsi üçün 1000 manat məbləğində xərci olmuşdur. Odur ki, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2. maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalıdır. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2. maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6. maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: JN 261 A KOD 61014038 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 1998-ci il tarixli, 14 saylı qərarı ilə İddiaçı Əbdürrəhman oğluna Bərdə rayonu, Mollagüllər kəndində 0.15 ha pay torpaq sahəsi verilmişdir; Kənd Təsərrüfat Nazirliyi X19 İnkişaf Mərkəzi tərəfindən verilmiş 14 fevral 2022-ci il tarixli MİHO/11.2.25-2-2022-7 nömrəli məktubda göstərilmişdir ki, Bərdə rayonu, Mollagüllər kəndində 1 ha torpaq sahəsindən 1 il ərzində 30 ton payızlıq ağbaş kələm məhsulu əldə etmək olar, bu da 0.15 ha torpaq sahəsindən il ərzində 4500 kq məhsul deməkdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 noyabr 2022-ci il tarixli, 10/5907 nömrəli rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən H.Hacıyev təsərrüfatının Mollagüllər kəndində aparılmış torpaq islahatına dair kompleks yerqurluşu layihəsinə əsasən torpağın mülkiyyətə verilməsinə dair JN 261 nömrəli şəhadətnamə ilə İddiaçı Abdurrəhman oğlunun mülkiyyətinə verilmiş 0.15 ha həyətyanı torpaq sahəsindən naturada Cavabdeh1 və Cavabdeh2 istifadə edir. Bərdə rayonu, Mirzəcəfərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 105 nömrəli, 09 fevral 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, İsgəndərov X8 rayonu, Mollagüllər kəndində yaşayır. Bərdə rayonu, Mirzəcəfərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 154 nömrəli, 23 fevral 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh1 və X2 rayonu, Mollagüllər kəndində yaşayır. Kənd Təsərrüfat Nazirliyi X19 İnkişaf Mərkəzi tərəfindən verilmiş 14 fevral 2022-ci il tarixli MİHO/11.2.25-2-2022-7 nömrəli məktubda göstərilmişdir ki, Bərdə rayonu, Mollagüllər kəndində 1 ha torpaq sahəsindən 1 il ərzində 30 ton payızlıq ağbaş kələm məhsulu əldə etmək olar, bu da 0.15 ha torpaq sahəsindən il ərzində 4500 kq məhsul deməkdir. Bərdə şəhər 11 nömrəli MB-nin rəyində göstərilmişdir ki, Bərdə rayon Bazarında 1 kq kələmin qiyməti 01 (bir) manat təşkil edir. Bərdə rayon Polis Şöbəsinin 19 yanvar 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən müəyyən olunur ki, Bərdə rayonu, Mollagüllər kəndində yaşayan İddiaçı Abdurrəhman oğlunun müraciətində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərardan görünür ki, İddiaçı Əbdürrəhman oğlu izahatında bildirmişdir ki, Cavabdeh1 onun torpaq sahəsini satmaq fikrinə düşdükdən sonra torpaq sahəsinin onun olduğunu deyərək, onunla haqsız mübahisəyə başlamış, onun torpağını heyvanları ilə otarmışdır. Torpaq sahəsinin giriş hissəsini bağlamışdır ki, Cavabdeh1 heyvanları ora sala bilməsin, Zakir isə giriş hissəsini açaraq torpağı yenə otarmışdır, bundan sonra arada çəpər çəkmişdir. Cavabdeh1 həmin çəpəri yandıraraq aranı yenidən açmışdır. Cavabdeh1 tərəfindən verilmiş izahatda göstərilmişdir ki, İddiaçı 1991-ci ildə ondan 1800 dollar pul borc almışdır, uzun müddət keçsə də torpağı qaytarmamışdır. Arifin torpaq sahəsi olmuş, ondan istifadə etməmişdir. Buna görə də Arifdən xahiş etmişdir ki, torpağı versin istifadə etsin. Arif etiraz etməmiş, həmin torpağa yonca əkmişdir. Daha sonra Arifin həmin torpaq sahəsini satmaq fikrinə düşdüyünü eşitmiş, Arifdən ona borclu olduğu 1800 dolları borcunu verməsini tələb etmişdir. JN 228 A KOD 61014038 torpağın mülkiyyətə verilməsinə dair şəhadətanmənin surətindən müəyyən olunur ki, Bərdə rayonu Mollagüllər kəndindən Cavabdeh1, X1, X5 və X9 mülkiyyətində Bərdə rayon Aqrar islahat Komissiyasının 30 noyabr 1998-ci il tarixli 14 saylı qərarı ilə 0.30 ha həyətyanı torpaq sahəsi verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 7 sayulı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş rəydə göstərilmişdir ki, torpağın mülkiyyətə verilməsinə dair JN 261 nömrəli şəhadətnamə ilə İddiaçı mülkiyyətinə verilmiş 0.15 ha həyətyanı torpaq sahəsindən naturada cavabdeh X11 ilə Cavabdeh2 istifadə edir. Bərdə Rayon Dövlət Arxivi tərəfindən verilmiş 14 iyun 2022-ci il tarixli, 106 nömrəli məktubda göstərilmişdir ki, Rayon Dövlət Arxivində 05 saylı fondda mühafizə edilən Bərdə rayon sabiq H.Hacıyev adına kolxozun 1998-ci ilə dair protokol kitabı yoxlanıldı, vərəndaş İddiaçı Abdurrəhman oğluna 30 noyabr 1998-ci ildə 0.15 ha torpaq sahəsi verilməsi barədə məlumata rast gəlinmədi. Bərdə Rayon Dövlət Arxivi tərəfindən verilmiş 14 iyun 2022-ci il tarixli, 106/01 nömrəli məktubda göstərilmişdir ki, Bərdə Rayon Aqrar islahat Komissiyasının sənəd materialları Rayon Dövlət Arxivinin mühafizəsinə təhvil verilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 01 noyabr 2022-ci il tarixli, 10/5907 nömrəli rəydə göstərilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən H.Hacıyev təsərrüfatının Mollagüllər kəndində aparılmış torpaq islahatına dair kompleks yerqurluşu layihəsinə əsasən torpağın mülkiyyətə verilməsinə dair JN 261 nömrəli şəhdaətnamə ilə İddiaçı Abdurrəhman oğlunun mülkiyyətinı verilmiş 0.15 ha həyətyanı torpaq sahəsindən naturada Cavabdeh1 və Cavabdeh2 istifadə edir. Bərdə rayon Mollagüllər bələdiyyəsi tərəfindən verilmiş 30 noyabr 2022-ci il tarixli, M/52 saylı məktubundan müəyyən olunur ki, Mollagüllər kənd sakini İddiaçı Abdurrəhman oğlunun Mollagüllər kəndində 0.10 sot məhlə və 0.05 sot zəbt olmaqla ümumilikdə 15 sot həyətyanı torpaq sahəsi vardır. Bərdə Rayon Məhkəməsinin 1(021)-126/2022 saylı, 04 iyul 2022-ci il tarixli hökmün surətindən müəyyən olunur ki, X12 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla iki il müddətinə islah işləri cəzasına məhkum edilmiş, X12 barəsində təyin edilmiş aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri cəzasını iş yeri üzrə üzrə çəkməsi, cəzasının əvvəlinin onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablanması, X12 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. Bərdə şəhəri "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 420 saylı məktubundan görünür ki, 14 dekabr 2022-ci il tarixdə Bərdə şəhər Ticarət Mərkəzi MMC-də 1 (bir) kələmin sərbəst satışı (bazar) qiyməti 10 (on) qəpik olmuşdur, hazırda da 10 qəpikdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1 və Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə istinadən iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə qismən razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin ikinci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1. maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2. maddəsinə əsasən, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3. maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsində deyilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə məhkəmə kollegiyasının iclasında müəyyən ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 1998-ci il tarixli 14 saylı qərarına əsasən, İddiaçı adına Bərdə rayon Mollagüllər kəndində 0,15 ha həyətyanı torpaq sahəsi verilmiş və bu barədə JN 261A saylı 61014038 nod nömrəli Dövlət Aktı tərtib edilmişdir. Sonuncu həmin torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən həmin torpaq sahəsinin 2020-ci ildən zəbt edildiyini, həmçinin zəbt nəticəsində 2 ildir torpaq sahəsindən gəlir əldə edə bilmədiyindən 9000 manat maddi ziyana düşdüyünü əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddia tələbi təmin etmişdir. Bundan əvvəldə qeyd edildiyi kimi məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır. Kollegiya ilkin olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdehlərin iddiaçıya məxsus torpaq sahəsindən çıxarılmaları hissədə iddia tələbini təmin etməkdə düzgün nəticə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 noyabr 2022-ci il tarixli, 10/5907 nömrəli rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən H.Hacıyev təsərrüfatının Mollagüllər kəndində aparılmış torpaq islahatına dair kompleks yerqurluşu layihəsinə əsasən torpağın mülkiyyətə verilməsinə dair JN 261 nömrəli şəhadətnamə ilə İddiaçı Abdurrəhman oğlunun mülkiyyətinə verilmiş 0.15 ha həyətyanı torpaq sahəsindən naturada Cavabdeh1 və Cavabdeh2 istifadə edir. Göründüyü kimi, Bərdə rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 1998-ci il tarixli 14 saylı qərarına əsasən, İddiaçı adına Bərdə rayon Mollagüllər kəndində 0,15 ha həyətyanı torpaq sahəsi cavabdehlər tərəfindən zəbt edilmişdir. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin cavabdehlərin iddiaçıya məxsus qeyd olunan torpaq sahəsindən çıxarılması barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdehlər tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin zəbt edilməsi nəticəsində sonuncuya dəymiş maddi ziyanın məbləğinin müəyyən olunması hissəsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, İddiaçı məhkəmə kollegiyasının iclasında izahatında mübahisəli torpaq sahəsindən 0,15 ha yerdən kələm əkən zaman təxmini olaraq 2-3 ton məhsul götürdüyünü göstərmişdir. Kollegiya hesab edir ki, iddiaçının izahatında göstərdikləri əsas götürülməklə mübahisəli 0,15 ha torpaq sahəsində cavabdehlər tərəfindən kələm əkilməsi nəticəsində bir illik əkimdən götürülən məhsulun həcminin 3 ton olmasının müəyyən edilməsi daha da ədalətlidir. Nəzərə alınmalıdır ki, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsi). Belə olan halda iddiaçının 2020-2021-ci illər üçün mübahisəli 0,15 ha torpaq sahəsində kələm əkməsi nəzərə alınaraq hər ilə görə 3 ton məhsul olmaqla, ümumilikdə 6 ton məhsula görə həmin illər kələmin orta bazar satış qiymətinin 1 (bir) kq üçün 1 (bir) manat olduğundan, iddiaçıya 6000 manat məbləğində maddi ziyan dəymişdir. Bundan əlavə məhkəmə kollegiyasının izahatında məhkəmə kollegiyasının iclasında Cavabdeh1 izahatnda həmin torpaq sahəsində əkin işlərinin aparılmasına görə 2000 manat xərc çəkdiyini bildirmişdir. Lakin, iddiaçı isə mübahisəli torpaq sahəsində əkin işlərinin aparılmasına üçün 1000 manat xərcin olduğunu qeyd etmişdir. Belə olan halda məhkəmə kollegiyası bildirir ki, cavabdeh tərəfindən mübahisəli torpaq sahəsində əkin işləri aparılan zaman ağlabatan qiymət olaraq 1500 manat məbləğində xərc çəkilmişdir. Belə ki, iddiaçı və cavabdeh mübahisəli torpaq sahəsinə çəkilmiş xərc barəsində kollegiyaya mötəbər sübutlarını təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində hər bir tərəfin öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olması göstərilmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli 2(021)-1054/2022 saylı qətnaməsi «cavabdehlər Cavabdeh1 və X4 vurulmuş 9000 (doqquz min) manat maddi ziyan tutularaq İddiaçı Abdurrəhman oğluna verilməsi» hissəsində dəyişdirilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vurulmuş maddi ziyana görə 4500 manat məbləğində pul alınaraq İddiaçı verilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin apellyasiya məhkəməsinin səlahiyyətlərindən bəhs edən 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli 2(021)-1054/2022 saylı qətnaməsi «cavabdehlər Cavabdeh1 və X4 vurulmuş 9000 (doqquz min) manat maddi ziyan tutularaq İddiaçı Abdurrəhman oğluna verilməsi» hissəsində dəyişdirilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vurulmuş maddi ziyana görə 4500 (dörd min beş yüz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 ay müddətində cavabdehlər tərəfindən yalnız iddia tələbinin təmin olunmuş torpaq sahəsindən çıxarılma hissəsindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar