Məhkəmə qərarları › İş №2(104)-746/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-746/2025

23.06.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-746/2025 23.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qəhrəman oğlunun cavabdehlər Cavabdeh3, Cavabdeh1, X18, Şəmkir rayon 1 saylı Notariat Ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, çıxarışın ləğv edilməsi, miras əmlakın əvvəlki vəziyyətə qaytarılması və miras əmlaka qanun üzrə vərəsəliyin müəyyən edilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X20 və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı Qəhrəman oğlunun və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə iştirakları ilə, İddiaçı Qəhrəman oğlunun cavabdehlər Cavabdeh3, Cavabdeh1, X18, Şəmkir rayon 1 saylı Notariat Ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, çıxarışın ləğv edilməsi, miras əmlakın əvvəlki vəziyyətə qaytarılması və miras əmlaka qanun üzrə vərəsəliyin müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2(076)-3416/2024 nömrəli qətnaməsindən İddiaçı Qəhrəman oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə 23 iyun 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 20 fevral 1974-cü il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X21 ilə X25 nikahlarını 20 fevral 1974-cü ildə rəsmiləşdirmişlər. Nikah qeydə alındıqdan sonra arvada Qasımova soyadı verilmişdir.

2. Doğum haqqında arayışdan görünür ki, İddiaçı Qəhrəman oğlu xx xxxxx 1961-ci ildə doğulmuşdur, atası X21, anası X25 qeyd edilmişdir.

3. 26 avqust 1967-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 12 avqust 1967-ci ildə doğulmuşdur, atası X21, anası X4 qeyd edilmişdir.

4. 26 sentyabr 1969-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X22 27 avqust 1969-cu ildə doğulmuşdur, atası X21, anası X4 qeyd edilmişdir.

5. 25 fevral 1976-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1976-cı ildə doğulmuşdur, atası X21, anası X4 qeyd edilmişdir.

6. JN-712 KOD 50407038 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 29 yanvar 1998-ci il tarixli qərarı ilə Şəmkir rayonu Qapanlı kəndi ərazisində 4.53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi-37475 kv.m 712 saylı konturda, 7800.00 kv.m torpaq sahəsi 712C saylı konturda X21, X25, Cavabdeh3, X18, Cavabdeh1 və X10 ümumi birgə mülkiyyətinə verilmişdir.

7. Şəmkir rayon 1 saylı Notariat Kontorunda 4Ə-108 reyestr nömrəli, xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, X3 Rayon Aqrar İslahat Komissiyasının 29 yanvar 1998-ci il tarixli qərarı ilə JN-712 KOD 50407038 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı əsasında mülkiyyətlərinə verilmiş 37475.00 kv.m torpaq sahəsinin 1 (bir) ha hissəsini digər mülkiyyətiçilərin razılıq ərizəsi ilə X1.

8. 13 fevral 2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Şəmkir rayonu Qapanlı kəndində yerləşən 2.7475 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X25, X22, X21, Cavabdeh3, X18 və Cavabdeh1 ümumi birgə mülkiyyətinə verilmişdir.

9. 11 aprel 2012-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 23 mart 2012-ci ildə ölmüşdür.

10. 29 iyul 2016-cı il tarixli, 2V–580 saylı reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, 23 mart 2012-ci ildə vəfat etmiş X10 vərəsəsi X19r.

11. 01 iyun 2012-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 22 may 2012-ci ildə ölmüşdür.

12. 29 iyul 2016-cı il tarixli, 2V–579 saylı reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin təsdiq olunmuş surətlərindən görünür ki, xx.xx.2012-ci ildə vəfat etmiş X11 vərəsələri X25, Cavabdeh3, Cavabdeh1 və X12r.

13. Ölüm haqqında arayışdan görünür ki, X25 30 noyabr 2017-ci ildə ölmüşdür.

14. 16 iyul 2016-cı il tarixli, 084277 saylı Torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Şəmkir rayonu Qapanlı kəndi ərazisində 0.78 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X16 adına qeyd edilmişdir.

15. 16 iyul 2016-cı il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Şəmkir rayonu Qapanlı kəndində yerləşən 0.78 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X16, X10, X11, Cavabdeh3, X6 və Cavabdeh1 ümumi birgə mülkiyyətinə verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a)Birinci instansiya məhkəməsində icraat

16. İddiaçı Qəhrəman oğlu cavabdehlər Cavabdeh3, Cavabdeh1, X18, Şəmkir rayon 1 saylı Notariat Ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Şəmkir rayon 1 saylı Notariat kontorunda mərhum X7 qalmış miras əmlaka görə mərhum anası X25, Cavabdeh3, Cavabdeh1 və X6 adına tərtib olunmuş 29 iyul 2016-cı il tarixli 2V-579 reyestr saylı qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv olunması, mərhum qardaşı X8 qalmış miras əmlaka görə mərhum anası X16 adına tərtib olunmuş 29 iyul 2016-cı il tarixli 580 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv olunması, Miras mülkün əvvəlki vəziyyətə qaytarılması, üçüncü şəxs tərəfindən tərtib olunmuş 13 fevral 2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması, onun mərhum qardaşı X8 miras qalmış - Şəmkir rayonunun Qapanlı kəndində yerləşən, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 29 yanvar 1998-ci il tarixli 47 nömrəli qərarı ilə JN-712 saylı “Torpağa mülkiyyət hüququna dair ” Dövlət Aktına əsasən 4.53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.76 ha hissəsinə mərhum atası X11 və mərhum anası X16 qanun üzrə vərəsə tanınması və onun mərhum atası X7 və mərhum anası X13 miras qalmış, Şəmkir rayonun Qapanlı kəndində yerləşən, Şəmkir rayon Aqrar İslah Komissiyasının 29 yanvar 1998-ci il tarixli 47 nömrəli qərarı ilə JN-712 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən 4.53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.76 ha +0.38 ha hissəsinə qanun üzrə vərəsə tanınmağı barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 bacısı, Cavabdeh1 və X18 qardaşlarıdır. Mərhum atası X21 ilə mərhum anası X25 1960-cı ildə faktiki nikah qurmuşlar. Onların rəsmi nikahı 20 fevral 1974-cü ildə qeydə alınmışdır. Valideyinlərinin birgə nikahından xx xxxxx 1961-ci ildə Tahir, 1963-cü ildə Mahizər, 12 avqust 1967-ci ildə Çəmən, 27 avqust 1969-cu ildə Mahir, 1972-ci ildə Müslüm, 1974-cü ildə Möhlət və 17 yanvar 1976-cı ildə Əmir adlı uşaqları anadan olmuşdur. Valideynləri vəfat edən günə kimi bir ailədə, bir təsərrüfatda yaşamışlar. Qardaşı Mahir 23 mart 2012-ci ildə vəfat etmişdir. Onun vəfatı ilə bağlı miras açılmışdır. Mahir subay olmuşdur. Ondan qalan miras atası X21 və anası X25 qəbul edərək idarə etdiklərindən, Şəmkir rayonunun Qapanlı kəndində yerləşən 4.53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Mahirə məxsus 0.76 ha paya qanun üzrə vərəsə tanınmalıdırlar. Şəmkir rayon Aqrar İslahat Komissiyasının 29 yanvar 1998-ci il tarixli 47 nömrəli qərarı ilə mərhum valideynlərinə, qardaşları Əmirə, Möhlətə, Mahirə və bacısı Çəmənə Şəmkir rayonunun Qaracəmirli kəndinin ərazisində 4.53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Mərhum qardaşı Mahirdən qalan miras əmlaka Şəmkir rayon Notariat Kontorunda 29 iyul 2016-cı il tarixli 2V-580 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsi tərtib olunmuş, həmin torpaq sahəsinə görə mərhum anası X25 qanun üzrə vərəsə tanınmışdır. Hesab edir ki, həmin vərəsəlik işi üzrə cavabdeh Şəmkir rayon Notariat Kontorunda tərtib olunmuş 29 iyul 2016-cı il tarixli 2V-580 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsi ləğv olunmalı və miras əmlak əvvəlki vəziyyətə qaytarılmalıdır. Həmçinin, cavabdeh notariat kontoru miras torpaq sahəsi 0.76 ha olmasına baxmayaraq 0.78 ha torpaq sahəsinə görə vərəsəlik müəyyən etmişdir. Belə ki, qeyd etdiyi kimi mərhum qardaşı Mahir vəfat edəndə mərhum atası X5 olduğundan, ondan qalan miras əmlaka tək anası deyil, eyni zamanda mərhum atası Qəhrəman da qanun üzrə vərəsə tanınmalı idi. Çünki qardaşından qalan miras həm mərhum anası Zeynəb, həm də mərhum atası Qəhrəman tərəfindən qəbul olunmuşdur, anasl Zeynəb tək qanun üzrə vərəsə tanına bilməzdi. Həmçinin mərhum atası X21 22 may 2012-ci ildə vəfat etmişdir. Atasının ölümü ilə ondan qalan miras əmlaka qanun üzrə vərəsəlik açılmışdır. Mərhum atasından qalan miras əmlak Şəmkir rayonun Qapanlı kəndində yerləşən 1.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsinin 0.76 ha hissəsi özünə məxsus olmuş, 0.38 ha hissə isə mərhum qardaşı Mahirdən qalan miras payı olmuşdur. Mübahisə predmeti olan miras əmlaka görə cavabdeh Şəmkir rayon 1 saylı Natariat Kontorunda 29 iyul 2016-cı ildə 2V-579 reyetsr saylı qanun üzrə vərəsəlik şəhadətnaməsi tərtib olunmuş, həmin şəhadətnamə ilə mərhum X7 miras qalmış, Şəmkir rayonunun Qapanlı kəndi ərazisində yerləşən 0.78 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə anası Zeynəb Qasımova, bacısı Çəmən Qəhrəmanova, qardaşları Əmir Qəhrəmano və Möhlət Qasımo qanun üzrə vərəsə tanımışlar. Halbuki, qeyd etdiyi kimi mərhum valideynlərinə, qardaşı Mahirə və digər qardaş və bacılarına Şəmkir rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Şəmkir rayonunun Qapanlı kəndi ərazisində paylı mülkiyyətdə olmaqla 4.53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə görə hər birinin payı 0.76 ha-dır. Mahirdən miras qalan 0.76 ha torpaq sahəsinin 1/2 hissəsi mərhum atasının mülkiyyətində olmuşdur. Notariat orqanı isə miras payı 0.78 ha hesab edib və yalnız anasına vərəsəlik müəyyən etmişdir ki, bu da aydın deyil. Ona görədə hər iki vərəsəlik şəhadətnamələri ləğv olunmalıdır. Çünki qanun üzrə vərəsəlik düzgün müəyyən olunmamışdır. Hazırda o, hər iki valideynindən qalmış miras əmlakla bağlı vərəsəlik şəhadətnaməsi əldə etmək istəyir. Şəmkir rayon Notariat kontoru onu mərhum anası Zeynəbdən Şəmkir rayonunun Qapanlı kəndində miras qalan 0.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə qanun üzrə vərəsə tanımışdır. Lakin o həmin bölgü ilə razı deyildir. Çünki anasından qalan miras əmlak 0.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi deyildir. Atası Qəhrəman vəfat etdiyindən atasından qalan miras əmlaka (0.76 ha öz payı+0.38 ha qardaşımdan qalan miras pay) o, mərhum anası və digər qanun üzrə vərəsələr də daxil olmaqla, bərabər hissədə bölünməli idi. Miras əmlakla bağlı vəsiyyətnamə qoymadıqları üçün onlardan qalan miras əmlaka qanun üzrə vərəsəlik müəyyən olunmalıdır. Qeyd olunan vərəsəlik işlərindən sonra mərhum valideynlərinin, mərhum qardaşı Mahirin və cavabdehlər-bacısı Çəmən, qardaşları Əmir və Möhlətin adına üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən 13 fevral 2020-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarış tərtib edilmişdir. Həmin çıxarışla mülkiyyətçilərin adına 2.7475 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydə alınmışdır. Hesab edir ki, həmin çıxarış da ləğv olunmalıdır. Çünki, mülkiyyətçilərin adına qeydə alınmış torpaq sahəsi həqiqəti əks etdirmir. Qanunda nəzərdə tutulduğundan daha azdır. Qeyd etdiyi əsaslara görə miras mülk əvvəlki vəziyyətə qaytarılmalıdır. Valideynləri mərhum qardaşı Mahirdən qalan miras əmlaka qanun üzrə vərəsə tanınmalı, o isə mərhum valideynlərimdən qalmış miras əmlaka qanun üzrə vərəsə tanınmalıdır .

18. Şəmkir Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli 2(076)-3416/2024 nömrəli (hakim T.Musayev) qətnaməsi ilə iddia rədd edilməsi; İddiaçı Qəhrəman oğlunun cavabdehlər Cavabdeh3, Cavabdeh1, X14, Şəmkir rayon 1 saylı Notariat Ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı 29 iyul 2016-cı il tarixli 2V-579 reyestr nömrəli, 29 iyul 2016cı il tarixli, 2V-580 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnamələrinin ləğv olunması, 13 fevral 2020-ci il tarixli, ********** reyestr nömrəli Çıxarışın ləğv olunması, miras əmlakın əvvəlki vəziyyətə qaytarılması və miras əmlaka qanun üzrə vərəsəliyin müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməməsi qət olunmuşdur.

19. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.2, 1151.1, 1159.1.1, 1245, 1246, 1248.1 maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 213, 217.4, 216-220, 227, 357-360 maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

20. İddiaçı Qəhrəman oğlu qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, cavabdehlər Şəmkir rayon Notariat Kontoruna hər iki qanun üzrə vərəsəlik zamanı saxta arayışlar təqdim etmişdir. Cavabdeh Şəmkir rayon Notariat kontoru təqdim olunmuş sənədlərin mötəbərliyini yoxlamamış və qanun üzrə vərəsələrin dairəsi düzgün müəyyən edilməmişdir. Eləcədə onun təqdim etdiyi sübutları məhkəmə obyektiv araşdırmamışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Qəhrəman oğlu apellyasiya şikayətinin məzmununa utyğun izahat verdikdən sonra göstərmişdir ki, qardaşı Mahirdən qalan mirası hər iki valideyini qəbul etmiş, valideyinlərinin ölümündən sonra onlardan qalan mirasıda digər vərəsələr kimi oda qəbul etmişdir. Buna baxmayaraq vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən ona pay verilməmişdir. İddiaçı Qəhrəman oğlu sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Qəhrəman oğlunun etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, miras nümayəndəsi olduğu şəxsin valideyinlərindən və qardaşından qalmışdır. Əvvəl iddiaçının qardaşı Mahir, sonra atası Qəhrəman, daha sonra isə anası Zeynəb vəfat etmişdir. Mahir subay olmuş və onun vəfatından sonra birinci növbə vərəsəsi valideyinləri olmuşdur. Torpaqdan hər birinin payına 0,76 ha düşmüşdür. Miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən Tahirin adı vərəsələr siyahisına salınmamışdır. Halbu ki, o da mirası qəbul etmişdir. Tahir torpağa görə hətda subsidiya alır. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

25. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər Cavabdeh3, Cavabdeh1, X18, Şəmkir rayon 1 saylı Notariat Ofisinin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

26. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

27. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

28. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

29. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

30. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

31. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

32. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:

33. 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

34. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

35. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

36. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.

39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

41. Maddə 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

43. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

44. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

45. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildyindən hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

47. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 29 yanvar 1998-ci il tarixli qərarı ilə Şəmkir rayonu Qapanlı kəndi ərazisində 4.53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi-37475 kv.m 712 saylı konturda, 7800.00 kv.m torpaq sahəsi 712C saylı konturda X21, X25, Cavabdeh3, X18, Cavabdeh1 və X10 ümumi birgə mülkiyyətlərinə verilmişdir. Şəmkir rayon 1 saylı Notariat Kontorunda bağlanmış 4Ə-108 reyestr nömrəli, xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X3 Rayon Aqrar İslahat Komissiyasının 29 yanvar 1998-ci il tarixli qərarı ilə JN-712 KOD 50407038 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı əsasında 712 saylı konturda mülkiyyətlərinə verilmiş 37475.00 kv.m torpaq sahəsinin 1 (bir) ha hissəsini digər mülkiyyətiçilərin razılıq ərizəsi əsasında X2 və həmin kontorda mülkiyyətlərində 27475 kv.m torpaq sahəsi qalmışdır. X10 23 mart 2012-ci ildə vəfatından sonra ondan miras qalmış 0,78 ha torpaq sahəsinə (payına düşən hissə) dair anası Zeynəb Qasımovanın adına 29 iyul 2016-cı il tarixli, 2V–580 saylı reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X11 22 may 2012-ci ildə ölümündən sonra isə ondan miras qalmış 0,78 ha torpaq sahəsinə (iddiaçının deməsinə görə isə 1,14 ha torpaq sahəsi, onun 0,76 ha hisəsi atasının öz payı, 0,38 ha hissəsi isə Mahirdən miras qalan hissə) Şəmkir Rayon 1 saylı Notariat Kontarunda arvadı X25, uşaqları X9, X17 və X6 adına 29 iyul 2016-cı il tarixli 2V-579 reyetsr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X16 30 noyabr 2017-ci ildə ölmündən sonra isə ondan miras qalmış 0.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə iddiaçının özünün deməsinə görə qanun üzrə vərəsə tanınsada lakin o, həmin bölgü ilə razılaşmır.

48. Bundan əvvəldə qeyd olunduğu kimi İddiaçı Qəhrəman oğlu qardaşı Mahirin ölümündən sonra ondan miras qalmış payın hər iki valideyinləri tərəfindən qəbul edilməsini, atasının ölümündən sonra isə ondan miras qalmış əmlaka (iddiasına görə 1.14 ha tərpaq sahəsi, onun 0.76 ha hissəsinin atasının özünə aid olan, 0.38 ha hissəsinin isə Mahirdən qalan miras pay) vərəsəlik açılarkən vərəsəliyə çağrılmamasını, yalnız anasından miras qalan 0,78 ha torpaq sahəsinə qanun üzrə vərəsə tanınmasını, nəticədə miras əmlaklardan payına düşən hissənin tam əldə edə bilməməsini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı rədd etmişdir.

49. Kollegiya hesab edir ki, iddianı təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyil.

50. İşdən müəyyən olunur ki, İddiaçı Qəhrəman oğlunun bu iddianı qaldırmaqda əsasən niyyəti (son hüquqi hədəfi) mirasdan pay almağa yönəlmişdir.

51. Baxılan iddia tələbi 01 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları əsasında həll olunmalıdır. Çünki, MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır.

52. Qeyd olunmalıdır ki, istənilən iddia ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

53. Mirası açılan zaman qüvvədə olmuş Mülki Məcəllənin 1246-cı maddəsində (redaksiyadan çıxarılıb) deyilirdi ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

54. Yuxarıda da qeyd olunduğu kimi mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsin- vərəsənin iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığını tələb etmir.

55. Miras qoyan X10 23 mart 2012-ci ildə vəfatından sonra birinci növbə vərəsələri valideyinləri qalmışdır. Miras qalmış əmlak isə 0,78 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki paydan ibarət olmuşdur. Mahir Qasımovdan qalmış miras əmlaka anası X16 adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və həmin şəhadətnamə digər birinci növbə vərəsə, yəni miras qoyanın atası X21 tərəfindən mübahisələndirilməmişdir.

56. Belə olan təqdirdə kollegiya hesab edir ki, 29 iyul 2016-cı il tarixli, 2V-580 saylı reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin hazırkı İddiaçı Qəhrəman oğlu tərəfindən subyektiv baxımından mübahisələndirilməsi istisna olunur.

57. 22 may 2012-ci ildə ölmüş X11 birinci növbə vərəsələri isə arvadı Zeynəb Qasımova və uşaqları Tahir, Mahizər, Çəmən, Müslüm, Möhlət və Əmir olmuşdur. Miras qalmış əmlak isə eyniylə 0,78 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki paydan ibarət olmuşdur. Miras əmlaka dair X25, Cavabdeh3, Cavabdeh1 və X6 (hər birinə ¼ hissə olmaqla) adlarına 29 iyul 2016-cı il tarixli, 2V-579 saylı reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

58. İddiaçı Qəhrəman oğlu atasının 22 may 2012-ci il tarixdə ölümündən məlumatlı olmuşdur. Kollegiya qeyd edir ki, əgər İddiaçı atasının ölümündən sonra mirası qəbul etmək niyyəti olmuş olsaydı bu halda sonuncu ən geci 6 ay müddətində notariat ofisinə mirasın qəbulu barədə ərizə verərdi. Lakin, işdən göründüyü kimi iddiaçı mirasın qəbulu barədə ərizə verməmişdir. Eləcədə miras qalmış əmlaka faktiki olaraq sahibliyi həyata keçırməmişdir.

59. İddiaçı tərəfin məhkəmə kollegiyasına təqdim etdiyi 07 may 2025-ci il tarixli 88 nömrəli arayışdan isə müəyyən olunur ki, subsidiya İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin əkib-becərilməsi üçün verilir.

60. Şərh edilənlərin yekun təhlili olaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, İddiaçı Qəhrəman oğlu mirası istər qanun üzrə, istərsədə faktiki olaraq qəbul etmədiyindən 29 iyul 2016-cı il tarixli, 2V–579 saylı reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılmamalıdır.

61. Vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsızlığı üçün hüquqi əsas olmadığından, kollegiya hesab edir ki, iddia tələbinin qalan hissədə təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticədə qanuni və əsaslı olmuşdur.

62. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

63. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

64. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1, 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı Qəhrəman oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2(076)-3416/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar