Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-75/2024 31.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: Torpaqdan sahəsindən çıxarılma Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı “torpaqdan çıxarılma və tikililərin şəxslərin öz hesablarına sökülməsi” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-124/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən verilmiş AA № 551531 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Bərdə rayonu, Qaradağlı kəndində yerləşən 0.9999 ha torpaq sahəsinin hüquq sahibi İddiaçıdır.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bərdə rayonu, Qaradağlı kəndində 0.9999 ha torpaq sahəsi İddiaçı, X8, X5 və X10 ümumi birgə mülkiyyələrindədir.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən verilmiş AA № 551532 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Bərdə rayonu, Qaradağlı kəndində yerləşən 0.5282 ha torpaq sahəsinin hüquq sahibi İddiaçıdır.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bərdə rayonu, Qaradağlı kəndində 0. 5282 ha torpaq sahəsi İddiaçı, X8, X5 və X10 ümumi birgə mülkiyyələrindədir.
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli rəydən görünür ki: iddiaçı və cavabdehlərin bir neçəsinin iştirakı ilə X1 ve Cavabdeh2 istifadə etdikləri torpaq sahalari iddia edilən ərazidən aralı olduğu üçün digər cavabdehlər X3 va Cavabdeh4 faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları naturada təyin edilərək Hüquqların Dövlət qeydiyati haqqında daşınmaz əmlakın Dövlət Reyestrində ********** qeydiyyat nömrəsi ila iddiaçının xüsusi mülkiyyət hüququ ilə hüquqları qeydə alınmış 0.9999 ha torpaq sahəsinin AA 551531 nomrəli "Torpaq sahəsinin plan və ölçüsu" sənədindəki torpaq sahəsinin koordinatlar tutuşdurulmuş, məlum olmuşdur ki, iddiaçıya sənəd üzrə verilmiş Qaradağlı kəndinin yaxınlığından 0.9999 ha torpaq sahəsinin 0.30 ha hissəsi cavadeh X6 tərəfindan, 0.08 ha hisəssi Cavabdeh4 Sadrəddin oğlu tərəfindən qalan 0.62 ha hissəsi isə yola və digər şəxslərin istifadə etdikləri torpaq sahəhələri ilə üst-üstə düşür. Hüquqların Dövlət qeydiyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrində **********4 qeydiyyat nömrəsi ilə liddiaçının xüsusi mülkiyyəl hüququ ila hüquqları qeydə alınmış 0.5282 ha torpaq sahəsinin AA 551532 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədi ilə İddiaçı və ailə üzvlərinə Ərəblər kəndinin yaxınlığında birgə mülkiyyətinə verilmiş 0.5282 ha torpaq sahəsi isə digər şəxslər tərəfindən istifadə edilir.
6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-46/2-900/2024 saylı rəyi ilə TEKUİS məlumat bazasına əsasən Bərdə rayonu, Qaradağlı kəndində yerləşən Hüquqların Dövlət qeydiyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********91 reyestr nömrəli çıxarışla İddiaçı və ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 0.9999 ha torpaq sahəsi Cavabdeh3 tərəfindən bütünlüklə istifadə edildiyi müəyyən edilmişdir. Torpaq sahəsinin digər hissəsi olan, ona və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.5282 ha hissəsi iddiaçı tərəfindən mübahisələndirilmədiyi üçün mütəxəssis tərəfindən həmin sual cavablandırılmamışdır.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/2406 nömrəli ekspert rəyindən görünür ki, TEKUİS məlumat bazasına əsasən Bərdə rayonu, Qaradağlı kəndində yerləşən Hüquqların Dövlət qeydiyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********91 reyestr nömrəli çıxarışla İddiaçı və ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 0.9999 ha torpaq sahəsi Cavabdeh3 tərəfindən bütünlüklə istifadə edildiyi müəyyən edilmişdir. Torpaq sahəsinin digər hissəsi olan, ona və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.5282 ha hissəsi iddiaçı tərəfindən mübahisələndirilmədiyi üçün mütəxəssis tərəfindən həmin sual cavablandırılmamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Sədrəddi oğlunun və Cavabdeh1 0.9999 ha və 0.5282 ha torpaq sahəsindən çıxarılmalarına və onlara məxsus torpaqda mişar daşdan tikdirdikləri tikililərin və hasarların şəxsi hesablarına sökülərək qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1998-ci il tarixdə aqrar islahatı aparılan vaxt ona və ailə üzvlərinə 0.9999 torpaq sahəsi və **********91 saylı reysterdən çıxarış verilmişdir. Digər yerdə isə 0.5282 ha torpaq sahəsi və **********92 saylı reysterdən çıxarış verilmişdir. Cavabdehlər ona məxsus torpağı zəbt edərək qeyri-qanuni sözügedən torpaqdan istifadə edərək qanunsuz tikili tikdirmişlər. Cavabdehlər qəsdən onların torpağını zəbt etmişlər. Hesab edir ki, cavabdehlər ona məxsus zəbt etdikləri torpaqdan çıxarılmalıdırlar, qanunsuz mişar daşdan tikdiyi tikililər öz şəxsi hesablarına sökülməlidir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
10. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verib iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
11. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, öz pay torpağından istifadə edir. İddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir. İddia tələbinin rədd olunmasını xahiş etmişdir.
12. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, öz pay torpağından istifadə edir. İddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir. İddia tələbinin rədd olunmasını xahiş etmişdir.
13. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-124/2022 nömrəli qətnaməsi ilə (hakim Q.Əbilov) İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Sədrəddi oğluna və Cavabdeh1 qarşı “torpaqdan çıxarılma və tikililərin şəxslərin öz hesablarına” tələbinə dair iddianın qismən təmin edilməsi, İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş Bərdə rayonu Qaradağlı kəndində yerləşən 0.9999 ha torpaq sahəsinin cavabdehlər X6 0.30 ha hissəsindən, Cavabdeh4 Sadrəddin oğlu 0.08 ha hissəsindən çıxarılmaları, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir.
14. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci, Torpaq Məcəlləsinin 84.1-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) apellyasiya şikayətinin dəlilləri
15. İddiaçı apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-124/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün araşdırma aparmadan, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. 1998-ci il tarixdə aqrar islahatı aparılan vaxt ona və ailə üzvlərinə 0.9999 torpaq sahəsi və **********91 saylı reyesterdən çıxarış verilmişdir. Digər yerdə isə 0.5282 ha paq sahəsi **********92 saylı reyesterdən çıxarış verilmişdir. Apellyasiya şikayəti ilə müraciət etdikdən sonra cavabdehlər onun 0.5282 ha torpaq sahəsini boşaltdılar. Onun xüsusi mülkiyyətində olan 0.9999 ha torpaq sahəsi Cavabdeh3 tərəfindən zəbt edilmişdir. Torpaq sahəsi ona ayrılarkən konturları dəqiq müəyyən edilmiş və buna dair plan və ölçü sənədi verilmişdir. Yenidən müraciəti əsasında xx.xx.2022-ci il tarixdə DƏDRX-nin 7 saylı Ərazi İdarəsi xüsusi mülkiyyətində olan torpaq sahəsinin döngə nöqtələri və koordinatları mütəxəssislər tərəfindən GPS aləti vasitəsi ilə ölçülərək ona tanıdılmış və X4 0.9999 ha torpaq sahəsini zəbt etməsi barədə akt tərtib edilmişdir. O, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli rəyi ilə tanış edilməmişdir.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahat verərək bildirdi ki, iş üzrə ekspertiza rəyi ilə razıdır. Onun torpaq sahəsi digər Cavabdeh4 Sadrəddin oğlu tərəfindən deyil, bütövlükdə X9 tərəfindən zəbt edilmişdir. Odur ki, X4 0.9999 ha torpaq sahəsindən çıxarılmasınına dair tələbinin təmin edilməsini xahiş etdi.
19. Məhkəmə kollegiyası işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsindəöz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər.
22. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata həyata keçirilir.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o, sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqdardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; Maddə 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
24. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətininin dəlillərindən göründüyü kimi 0.5282 ha torpaq sahəsinə aid hissədə iddiaçının hüquqları bərpa olunduğu üçün artıq mübahisə yoxdur. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi 0.9999 ha torpaq sahəsindən çıxarılma hissəsində mübahisələndirildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının mübahisələndirilən hissədə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırılmamışdır.
28. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini, tam, obyektiv və qərəzsiz araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməlidir.
29. İş materialları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bərdə rayonu, Qaradağlı kəndində 0.9999 ha torpaq sahəsi, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bərdə rayonu, Qaradağlı kəndində 0. 5282 ha torpaq sahəsi İddiaçı, X8, X5 və X10 ümumi birgə mülkiyyələrindədir. İddiaçı onlara məxsus torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunduğunu iddia edərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
30. Kollegiya ilk öncə qeyd edir ki, ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Məhkəmə kollegiyası tərəfindən iddiaçının mülkiyyətinə verilmiş 0.9999 ha torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilib-edilmədiyini müəyyən etmək üçün mütəxəssis və ekspertiza tədqiqatı təyin edilmiş və müvafiq rəylər alınmışdır. Mütəxəssis və ekspertiza tədqiqatı ilə müəyyən edilmişdir ki, TEKUİS məlumat bazasına əsasən Bərdə rayonu, Qaradağlı kəndində yerləşən Hüquqların Dövlət qeydiyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********91 reyestr nömrəli çıxarışla İddiaçı və ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 0.9999 ha torpaq sahəsi Cavabdeh3 tərəfindən bütünlüklə istifadə edilir. Məhkəmə kollegiyası ekspert və mütəxəssis rəylərini əsaslı hesab edir və mötəbər sübut kimi qəbul edir. Belə ki, məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilmiş, rəy kifayət qədər tam və aydındır.
31. Göründüyü kimi, ekspert rəyi ilə iddiaçının mübahisələndirdiyi 0.9999 ha torpaq sahəsinin cavabdehlərdən Cavabdeh3 tərəfindən zəbt edildiyi müəyyən edilmişdir. Həmçinin iddiaçı apellyasiya şikayətinin dəlillərində və məhkəmə kollegiyasının iclasında verdiyi izahatında da bildirmişdir ki, ona məxsus torpaq sahəsi digər cavabdehlər tərəfindən deyil, məhz Cavabdeh3 tərəfindən zəbt edilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tələbin 0.9999 ha torpaq sahəsindən cavabdehlərin çıxarılması hissəsində ləğv edilməli, Cavabdeh3 həmin torpaq sahəsindən çıxarılması barədə yeni qətnamə qəbulm edilməlidir.
32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 385, 387, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi :
Apellyasiya şikayəti təmin edilsin. İş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-124/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə, yəni 0.9999 ha torpaq sahəsindən cıxarılma tələbinə dair hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılaraq iddia tələbi qismən təmin edilsin. Cavabdeh X7 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı, X8, X5 və X10 ümumi birgə mülkiyyələrində olan Bərdə rayonu, Qaradağlı kəndində yerləşən 0.9999 ha torpaq sahəsindən çıxarılsın. Tələb digər cavabdehlərə münasibətdə mübahisələndirilən hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (bir yüz) manat pul cavabdeh X2 alınaraq, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.