Məhkəmə qərarları › İş №2(104)-750/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-750/2024

02.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-750/2024 02.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Gəncə şəhəri Qeydiyyat şöbəsinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: nikahın etibarsız sayılması tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi və sədrlik edən), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, Gəncə Şəhər Məhkəməsinin 2(125)-5672/2023 saylı mülki iş üzrə 30 noyabr 2023cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 02 aprel 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İşdə olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-275/2021 saylı, 10 iyun 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, əsasən iddiaçılar İddiaçı və Şahid2 cavabdehlər Gəncə şəhəri xüsusi notariat kontoru, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi, Gəncə şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsi və Gəncə şəhər Nizami rayon İcra hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyasına qarşı nikah qeydinin, etibarnamənin, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş çıxarışın etibarsız hesab edilməsi və vərəsəlik hüququnun tanınması barədə tələbi təmin edilməmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 dekabr 2021ci il tarixli 2(104)-3601/2021 saylı qətnaməsindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-275/2021 saylı, 10 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-275/2021 saylı, 10 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İşdə olan Gəncə şəhər, Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 06 may 2022-ci il tarixli, 05/Q-933/70 saylı doğum haqqında arayışdan görünür ki, X20 1913-cü ildə Gəncə şəhərində anadan olmuşdur. X12, anası X8r. xx.xx.1989-cu ildə vəfat etmiş X14 ölümü xx.xx.1989-cu il tarixdə 600 №-li akt qeydi ilə Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. İşdə olan Cavabdeh tərəfində verilmiş 06 oktyabr 2023-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X20 xx.xx.1989-cu il tarixində Gəncə şəhərində vəfat etmişdir. İşdə olan Cavabdeh tərəfindən verilmiş 16 oktyabr 2023-cü il tarixli №911057 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X16 xx.xx.1960-cı il tarxdə Gəncə şəhərində anadan olmuşdur. X4, anası X17r. İşdə olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi, Dövlət Arxiv İdarəsinin Gəncə filialının xx.xx.2023-cü il tarixli arxiv arayışından görünür ki, Gəncxə Şəhər Nikah Evi arxiv fondunun sənədləri əsasənda müəyyən edilmişdir ki, Ələsgərova Dilarə xx.xx.1940-cı il tarixdə anadan olmuşdur. Bu barədə xx.xx.1940-cı il tarixdə 35 saylı doğum akt qeydi tərtib edilmişdir. X13, anası X8r. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, X2 adına ünvan 1 ünvanında ümumi sahəsi 42.2 kv.m olan fərdi yaşayış evi **********05-10301 daşınmaz əmlakın reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İşdə olan Cavabdeh xx.xx.2023-cü il tarixli 3-16-5/8-16- 1002/2023 saylı məktubundan görünür ki, xx.xx.1963-cü il tarixdə anadan olmuş və xx.xx.2019-cu il tarixdə vəfat etmiş X7 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və qeydiyyat şöbəsinin arxivində xx.xx.2023-cü ildədək yoxlama aparılmış və aşağıdakı məlumatlar aşkarlanmışdır. X47 Hüseyn, ana X18, arvad X22, xx.xx.1963(xx.xx.2020-ci ildə vəfat etmişdir). İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, X15 adına ünvan 1 ünvanında ümumi sahəsi 42.2 kv.m olan fərdi yaşayış evi **********05-10301 daşınmaz əmlakın reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdehnə qarşı nikahın etibarsız sayılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 ilə Əliyeva (Manafova) Validə Abbas qızı arasında bağlanmış Gəncə şəhəri Qeydiyyat (əvvəlki Nizami rayon Qeydiyyat) şöbəsinin 04 may 2018-ci il tarixli nikah akt qeydinin etibarsız sayılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Əliyeva (Manafova) Validə Abbas qızının anası X23 üçüncü şəxs qismində işə cəlb edilmşdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən ev bibisi oğlu X3 vərəsəlik hüququ əsasında keçmiş və onun mülkiyyətində olmuşdur. X9 1968-ci il tarixdən Gəncə şəhəri Psixonevroloji Dispaserində psixatriya xəstəsi kimi qeydiyyatda olduğundan o, fəaliyyət qabiliyyətsiz hesab edilərək, buna dair şəhadətnamə verilmiş və Maqsud Manafov üzərində X24 qəyyum təyin olunmuşdur. Sürəyya Əliyeva 1999-cu ildə vəfat etmiş, bundan sonra X33 adlı şəxs baxmağa başlamışdır. Maqsud Manafov 2019cu ildə vəfat etdikdən sonra Validə Manafova xəstə olduğundan ona orada yaşamağa icazə vermişlər, bu şərtlə ki, əmlaka baxsın. X44 da, vəfat etmişdir. Adları qeyd olunan şəxslərin vəfat etməsindən sonra həmin evi sənədləşdirmək istəyən zaman məlum olmuşdur ki, X1suz nikaha daxil olmuş və həmin evi öz adına mənimsəmiş və sonradan həmin mülkü Validənin bacısı vərəsəlik qaydasında X11 adına rəsmiləşdirilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Maqsud Manafov ilə Validə Əliyeva arasında 04 may 2018-ci il tarixdə cavabdeh Gəncə şəhəri Qeydiyyat (əvvəlki Nizami rayon Qeydiyyat) şöbəsində nikah rəsmiləşdirilmişdir. Həmçinin, yoxlama zamanı müəyyən edilmişdir ki, Maqsud Manafovun adından Validəyə etibarnamə verilmişdir. Bu etibarnamənin imzalanması Maqsud Manafov tərəfindən deyil, başqa şəxs olan Rövşən Qurbanov tərəfindən imzalanmışdır. Elə bu etibarnamədən açıq-aydın görünür ki, Maqsud Manafov ruhi xəstə olduğundan onun etibarnamənin imzalanmasına imkanı olmamışdır. Beləliklə, aparılmış hər iki əməliyyatla müəyyən olunur ki, ruhi xəstə olan və fəaliyyət qabiliyyəti olmayan Maqsud Manafovun fəaliyyət qabiliyyəti hər iki orqan tərəfindən yoxlanılmamışdır. Hazırki iş üzrə o, mərhum Maqsud Manafovun qanun üzrə vərəsəsi hesab olunur. Çünki, o onun bibisi oğludur və onun başqa vərəsəsi qalmamışdır. Buna görə də onun başqa şəxslə etibarsız nikaha daxil olması onun vərəsəlik hüququnun pozulmasına səbəb olmuşdur. Bu səbəbdən də, hesab edir ki, X6 ilə Əliyeva (Manafova) Validə Abbas qızı arasında bağlanmış Gəncə şəhəri Qeydiyyat (əvvəlki Nizami rayon Qeydiyyat) şöbəsinin 04 may 2018-ci il tarixli nikah akt qeydi etibarsız hesab olunmalıdır. Gəncə Şəhər Məhkəməsinin 2(125)-5672/2023 saylı mülki iş üzrə 30 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim: M.Mustafayev) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 2(125)-5672/2023 saylı mülki iş üzrə 30 noyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, məhkəmə qətnamə çıxararkən, şahidlərin işin nəticəsindən maraqlı olmaları qənaətinə gələrək, onların ifadələrini mötəbər sübut kimi qəbul etməmişdir. Hesab edir ki, buna görə də prosessual hüquq normaları pozulmuşdur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. İş üzrə cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM-in) 376.2ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi Məcəlləsi: Maddə 12. 12.0. Aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir: 12.0.1. yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar); 12.0.2. övladlığa götürənlər və övladlığa götürülənlər; 12.0.3. ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər; 12.0.3-1. bu Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş tibbi müayinədən keçməyən şəxslər;[ 12.0.4. ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər. Maddə 25.1. Bu məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Maddə 25.5. Nikah məhkəmə qaydasında etibarsız sayılır. Maddə 26.1. Aşağıdakı şəxslər nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər: 26.1.1. nikah yaşına çatmayan şəxslə və nikah yaşına çatana qədər nikaha daxil olmaq üçün bu Məcəllənin 10.2-ci maddəsində nəzərdə tutulmuş icazə olmadıqda nikah bağlanarsa-yetkinlik yaşına çatmayan ər (arvad), onun valideynləri (onları əvəz edən şəxslər) və ya müvafiq icra hakimiyyəti orqanı; 26.1.2. nikah bu Məcəllənin 26.1.1-ci maddəsində nəzərdə tutulduğu eyni hallarda bağlanarsa və nikahda olan ər (arvad) yetkinlik yaşına çatarsa-yalnız həmin 18 yaşlı ər (arvad); 26.1.3. nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa-nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad); 26.1.4. nikahın bağlanmasına mane olan hallar barədə məlumatı olmayan ər (arvad), məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) isə qəyyumu; 26.1.5. pozulmamış əvvəlki nikah üzrə ər (arvad); 26.1.6. bu Məcəllənin 26.1.4-cü-26.1.5-ci maddələrində göstərilmiş şəxslər istisna olmaqla, bu Məcəllənin 12-ci maddəsinin tələbləri pozulmaqla bağlanmış nikah nəticəsində hüquqları pozulmuş digər şəxslər, eləcə də müvafiq icra hakimiyyəti orqanı; 26.1.7. saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad); 26.1.8. bu Məcəllənin 13.7-ci maddəsində göstərilən hallar olduqda, hüquqları pozulmuş ər (arvad). 26.2. Nikah yaşına çatmayan, eləcə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərlə bağlanan nikahın etibarsız sayılması barədə işə baxılarkən müvafiq icra hakimiyyəti orqanı işdə iştirak etməyə cəlb olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Birinci instansiya məhkəməsi İddiaçı Maqsud Manafov ilə Validə Əliyeva arasında 04 may 2018-ci il tarixdə bağlanmış nikah akt qeydinin etibarsızlığı tələb etmək (subyektiv) hüququnun mövcud olmaması əsası ilə iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, artıq yuxarıda qeyd edildiyi kimi nikahın etibarsız sayılmasını tələb etmək hüququna mailk olan şəxslərin dairəsi Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 26-cı maddəsi ilə müəyyən edilmişdir. Kollegiya göstərir ki, İddiaçı həmin şəxslərin dairəsinə aid olması iş materialları ilə müəyyən edilmir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Azərbaycan Respublikasının MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyasının gəldiyi qənaətə görə, birinci instansiya məhkəməsi mübahisəni işin faktiki hallarına uyğun, iş üzrə toplanılmış sübutlara faktlar nöqteyi-nəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət omaqla, iş materialları ilə təsdiq olunmur və şikayətin təmin edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Buna görə apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 385.2, 392, 393, 402, 403, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-5672/2023 saylı mülki iş üzrə 30 noyabr 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar