Məhkəmə qərarları › İş №2(104)-754/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-754/2025

08.04.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-754/2025 08.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iş üzrə Açar sözlər: əsl cavabdeh; iddiaya cavab verməli olmayan şəxs Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli 2(125)- 5527/2024 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə 08 aprel 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-ci il tarixli məktubundan görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli 2-931/2006 saylı qətnaməsinə əsasən X17 ilə X18 arasında X24 küçəsi, 35 saylı mülkə (2-ci ünvanı Ziya Bünyadov küçəsi, 108) dair alqı-satqı müqaviləsi bağlanmış hesab edilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2006cı il tarixli 2-931/06 saylı qərardadında yuxarıda göstərilən qətnamənin X12 ümumi əmlakının yalnız “A” literli yaşayış evindən ibarət hissəsinə aid olduğu göstərilməklə bu hissənin (Ə. U. Gəncəvi küçəsi 35) X10 mülkiyyətinə verilməsi qət edilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(043)-1511/2010 saylı qətnaməsinə əsasən Cavabdeh ilə X18 arasında Ziya Bünyadov küçəsi, 108 saylı mülkə dair (X24 küçəsi, 35 saylı ünvanda yerləşən X12 adına olmuş ümumi əmlakın yalnız “B” literli yaşayış evi) alqı-satqı müqaviləsinin bağlanmış hesab edilmişdir. Qətnamə əsasında Cavabdeh adına xx.xx.2011-ci il tarixli, **********89-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisinin xx.xx.2021-ci il tarixli 4Ə-2147 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh Ziya Bünyadov küçəsi 108 saylı fərdi yaşayış evini X5 bağışlamışdır. Müqavilə üzrə X4 adına xx.xx.2021-ci il tarixli **********89- 10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisinin xx.xx.2021-ci il tarixli 4Ə-2544 reyestr nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən, bu əmlak X6 tərəfindən X2. Həmin müqavilə əsasında X11 adına xx.xx.2021-ci il tarixli, **********89-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisinin xx.xx.2023-cü il tarixli, 4Ə-2442 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, ev X19 tərəfindən X1. Bu müqaviləyə əsasən, sonuncunun adına xx.xx.2023-cü il tarixli, **********89-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir.

2. xx.xx.1991-ci il tarixli və xx.xx.2013-cü il tarixli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.1997-ci il təvəllüdlü İddiaçı1 və xx.xx.1991-ci il təvəllüdlü İddiaçı2 atası X7, anası İddiaçı3dır a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, Cavabdeh onların bibisidir. ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi onların mərhum ataları X8 tərəfindən alınmış və onlar həmin evdə yaşamışlar. Hazırda cavabdeh onları həmin evdən zorla çıxartmışdır. Həmin evdə onlar qeydiyyatda olmaqla yaşamışlar və evin kommunal xərcləri də onlar tərəfindən ödənilmişdir. Sonradan cavabdeh onları evdən zorla çıxartmışdır. Evə dair onların istifadə hüquqları vardır. Onlar 1984-cü ildən evdə yaşamışlar və cavabdeh də onların ailə üzvüdür. Cavabdeh onları evdən çıxardığından həmin evə köçmələri ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.

5. Gəncə Şəhər Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli 2(125)-5527/2024 nömrəli qətnaməsi ilə (hakim Xədicə Səfərli) İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinə, həmçinin xx.xx.2009-cu il tarixdən qüvvəyə minmiş Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiа tələbi üzrə 2009-cu ildə qüvvəyə minmiş Mənzil Məcəlləsinə istinаd еtsə də, lakin mаddi hüquq nоrmаsının tətbiqində səhvə yоl vеrmişdir. Cаvаbdеhlə аrаlarındа оlаn hüquq münаsibəti 2006-cı ildə yаrаnmışdır. Həmçinin, tələb üzrə cаvаbdеh оlаn şəхsə qаrşı iddiа qаldırmışlar, həmin еvin sоnrаdаn bаşqа şəхsin аdınа rəsmiləşdirilməsi, yəni mülkiyyətçinin dəyişməsi onların еv üzərində istifаdə hüquqlаrının itirilməsinə əsаs dеyil. Bu bахımdаn hеsаb еdir ki, məhkəmə mаddi hüquq nоrmаsının tətbiqində səhvə yоl vеrmiş və işin fаktiki hаllаrını düzgün qiymətləndirməmişdir. Gəncə şəhəri Ziyа Bünyаdоv (əvvəlki: Krılоv) küçəsi еv 108 ünvаndа yеrləşən fərdi yаşаyış еvi onların mərhum аtаsı Məhərrəmоv Muхtаr Nürəddin оğlu tərəfindən аlınmış və həmin еvdə yаşаmışlar. Hаzırdа cаvаbdеh onları həmin еvdən zоrlа çıхаrtmışdır. Evdə qеydiyyаtdа оlmаqlа yаşаmışlar və kоmunаl хərclər də onlar tərəfindən ödənilmişdir. Evdə 1984-cü ildən yаşаmışlar və cаvаbdеh аilə üzvləridir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı1 məhkəməyə ərizə göndərərək üzrlü səbədən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə baxılmasının təxirə salınmasını xahiş etmişdir. Digər proses iştirakçıları məhkəmə iclasına gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

11. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

12. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

13. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

14. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

15. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

17. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

18. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

19. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

20. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

22. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisinin xx.xx.2023-cü il tarixli, 4Ə-2442 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi X19 tərəfindən X3 və bu müqaviləyə əsasən, əmlaka dair sonuncunun adına xx.xx.2023-cü il tarixli **********89- 10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçılar həmin evə istifadə hüquqları olduğunu əsas gətirərək Cavabdeh Fərhad qızına qarşı hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər.

25. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, hazirki iş üzrə iddiaçılar mübahisəli evə köçürülmələrini xahiş etmiş və tələbi həmin yaşayış sahəsinə istifadə hüquqlarının olması ilə əsaslandırmışlar. Lakin, mübahisəli yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində hazırda iş üzrə cavabdehin adına qeydiyyata alınmamışdır, yəni Cavabdeh hazırkı iş üzrə tələbə cavab verməli olan şəxs deyildir. Halbuki, müvafiq qanunvericliyə əsasən, iddiaçı tərəf istifadə hüququ olduğu üçün evə köçürülmə tələbini mülkiyyətçiyə qarşı irəli sürə bilər. Belə olan halda cavabdehin mövcud vəziyyətdə mübahisəli evin mülkiyyətçisi olması öz təsdiqini tapmadığına, yəni tələbə cavab verməli olan şəxs olması sübuta yetirilmədiyinə görə iddia əsaslı hesab edilə və təmin oluna bilməz

26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

27. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə və təmin oluna bilər; Cavabdeh isə iddiaçının müvafiq tələbinə cavab verməli olan subyekt deyildir. Çünki, iddiaçıların köçürülməsini tələb etdikləri fərdi yaşayış evi Cavabdeh deyil də, başqa şəxsə məxsus əmlakdır. Bir sözlə, iddia üzrə cavabdeh qismində göstərilən Cavabdeh mübahisəli hüquq münasibətinin subyekti olmadığından hazırkı iddiaya da cavab verən şəxs hesab bilməz.

28. Qeyd edilməlidir ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPMnin 50-ci maddəsi).

29. Həmçinin, MPM-nin 51-ci maddəsinə görə, başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər, lakin digər cavabdehin işə qoşulması məsələsi hər bir halda iddiaçı tərəfindən ona qarşı tələb irəli sürülməsi qaydasında həyata keçirilməlidir. Həmin Məcəllənin 51.3-cü maddəsinə görə isə, başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

30. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, irəli sürdüyü iddia tələbinə münasibətdə iddiaçı məhkəmə müdafiəsi hüququna malik olsa belə, həmin tələb buna cavab verməli olan subyektə qarşı yönəldilmədiyindən təmin edilə bilməz; iddianın əsaslılığı məsələsinə gəldikdə isə, iddiaçılara izah edilməlidir ki, hazırkı iddia ilə iddiaya cavab verməli olan subyektə qarşı tələb irəli sürmək hüququ vardır.

31. İddianın cavab verməli olmayan subyektə qarşı yönəldildiyi qənaətinə gəlindiyindən, kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməsinə zərurət yoxdur.

32. İşin şərh olunan hallarına əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki. birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etməmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi :

İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli 2(125)-5527/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar