Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-755/2023 15.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi ilə, Gəncə Şəhər Məhkəməsinin 08 dekabr 2022-ci il il tarixli, 2(125)-3084/2022 saylı qərardadından ərizəçinin nümayəndəsi Nümayəndə1 verdiyi şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: Ərizəçi etibarnamə üzrə nümayəndəsi hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizə ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək atası X4 Ərizəçi Tağı oğlunun övladı olması, Ərizəçi Tağı oğlunun ölümündən sonra vərəsəliyin X10, X4 vəfatından sonra isə mirasın ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(125)-3084/2022 saylı qərardadı ilə Ərizəçi “qohumluq və miras əmlakın qəbul edilmə faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki iş üzrə icraata “qohumluq faktının müəyyən edilməsi”nə dair hissədə xitam verilmişdir. Həmin qərardaddan ərizəçinin nümayəndəsi – vəkil Nümayəndə1 şikayət verərək Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(125)-3084/2022 saylı qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiuş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ərizəçinin atasının doğum şəhadətnaməsində hər hansısa bir soyad təhrif olunmamışdır. Ərizəçinin doğum şəhadətnaməsində atasının “X14” olduğu göstərilmişdir. “Əlizadə” soyadı hər hansısa bir formada “Tağızadə” soyadı ilə oxşar deyildir. Buna görə də vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatındakı səhv barəsində düşünülməsi mümkün deyildir. Ərizəçinin babasının adı “X14” olmuş, sonradan onun soyadı “Tağızadə” olmuşdur. Bu isə onu təsdiq edir ki, Əlizadə İsmayıl ata adı olan Tağı adından sonradan soyad kimi istifadə etmişdir. Yəni soyadını sonradan Tağızadə kimi qeyd etdirmişdir. Burada hər hansısa akt qeydinin səhvindən söhbət gedə bilməz. Gəncə Şəhər Məhkəməsinin 13 yanvar 2023-cü il il tarixli, 2(125)-597/2023 saylı qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin 08 dekabr 2022-ci il il tarixli, 2(125)-3084/2022 saylı qərardadından ərizəçinin nümayəndəsi Nümayəndə1 verdiyi şikayətin təmin edilməməsi, Gəncə Şəhər Məhkəməsinin 08 dekabr 2022-ci il il tarixli, 2(125)-3084/2022 saylı qərardadının dəyişdirilmədən saxlanılması, ərizəçinin nümayəndəsi Nümayəndə1 şikayətinin, mülki işlə birlikdə baxılması üçün, Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını şikayətin dəlilləri ilə əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 08 dekabr 2022-ci il il tarixli, 2(125)-3084/2022 saylı qərardadı və həmin qərardadla bağlı 13 yanvar 2023-cü il tarixli qərardadı ləğv edilməli, iş baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Belə ki, işdə olan xx.xx.1974-cü ildə təkrar verilmiş İ-JQ seriyalı 272438 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İsmayıl Tağı oğlu ilə Məsmə Muxtar qızı xx.xx.1924-cü ildə nikahlarını bağlamışlar. İşdə olan Ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Tağı-zadə İsmayıl Tağı oğlu xx.xx.1974-cü ildə, Tağı-zadə Məsmə Muxtar qızı xx.xx.1997-ci ildə ölmüşlər. İşdə olan Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialı tərəfindən X8 verilmiş 29 aprel 2021-ci il tarixli 437(276)/4 nömrəli arxiv arayışından görünür ki, 05 noyabr 1943-cü ildə anadan olmuş Ələddin Əlizadənin atasının adının X14 olduğu, anasının adının isə X13 olduğu göstərilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1980-cı ildə doğulmuşdur, atası X10, anası X3r. İşdə olan Ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X10 xx.xx.2021-ci ildə, X5 xx.xx.2016-cı ildə ölmüşlər. İşdə olan Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli 05/Q- 132/15 saylı arayışında göstərilir ki, X10 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2022-ci ilədək yoxlama aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir: 1.Ata Tağı-zadə İsmayıl Tağı oğlu-1890-cı il (xx.xx.1974-cü ildə vəfat edib) 2.X9-1905-ci il (xx.xx.1997-ci ildə vəfat edib) 3.X1-xx.xx.1956-cı il (xx.xx.1956-cı ildə vəfat edib) 4.Uşaq Ərizəçi-xx.xx.1980-cı il
5. X7-xx.xx.1989-cu il
6. X2-xx.xx.1988-cı il İşdə olan Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Gəncə şəhəri (keçmiş Kirovabad) C.cabbarlı küçəsi 29 saylı fərdi yaşayış evi mülkiyyət hüququ ilə Tağı-zadə İsmayıl Tağı oğluna məxsusdur. Ərizədən və həmin ərizəyə əlavə edilmiş sənədlərdən göründüyü kimi ərizəçinin hazırkı ərizə ilə müraciət edib qohumluq münasibətlərində olması faktının müəyyən edilməsini xahiş etməkdə məqsədi babası Tağı-zadə İsmayıl Tağı oğlunun ölməsi ilə qalmış miras əmlaka vərəsəlik hüququnun rəsmiləşdirilməsidir. Tələbin birinci hissəsi, yəni qohumluq münasibətlərində olma faktı müəyyən edilmədən, ikinci hissəsinə baxılması mənasızdır. Qeydiyyat orqanının sənədindəki uyğunsuzluğun aradan qaldırılması isə yalnız məhkəmə qaydasında, həm də hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi qaydasında mümkündür. Doğrudur, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 2.2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Ərizəçinin atası X8 Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialı tərəfindən verilmiş 29 aprel 2021-ci il tarixli 437(276)/4 nömrəli arxiv arayışından isə göründüyü kimi onun doğum akt qeydinin ata qrafasında və uşağın özünün soyadının “Əlizadə” kimi göstərilməsi səhv və ya təhrif olunmuş formada olan qeyd deyil, bu baxımdan da kollegiya hesab edir ki, tələbin bu hissəsinə də məhkəmədə xüsusi icraat qaydasında baxılmalıdır. Azərbaycan Respublikası MPM-in 25.2-ci maddəsinə əsasən ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Azərbaycan Respublikası MPM-nin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin faktların müəyyən edilməsi barədə işlərə baxır. İş materiallarından göründüyü kimi ərizəçi məhkəməyə təqdim etdiyi ərizəsində X4 Ərizəçi Tağı oğlunun övladı olması faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmalı, Gəncə Şəhər Məhkəməsinin 08 dekabr 2022-ci il il tarixli, 2(125)-3084/2022 saylı qərardadı və həmin qərardadla bağlı 13 yanvar 2023-cü il tarixli qərardadı ləğv edilməli, iş baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Azərbaycan Respublikası MPM-in 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Ərizəçinin nümayəndəsi Nümayəndə1 şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 08 dekabr 2022-ci il il tarixli, 2(125)-3084/2022 saylı qərardadı və həmin qərardadla bağlı 13 yanvar 2023-cü il tarixli qərardadı ləğv edilsin. İş mahiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.