Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-757/2025 06.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ X8 Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1, maraqlı şəxslər Maraqlı şəxs3 hüquqi varisi X4 və Maraqlı şəxs2 və onun nümayəndəsi (vəkil) Vəkil2 iştirakı ilə, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 miras qalmış əmlakların faktiki qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-129/2024 saylı qətnaməsindən maraqlı şəxslər Maraqlı şəxs3 və Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə şəhərində Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X1 miras qalmış əmlakların faktiki qəbul edilməsi faktının müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 ərizənin dəqiqləşdirilməsi barədə ərizə verərək, hazırda mərhum X1 miras qalmış əmlakların faktiki qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Tərtər Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli 2(061)-129/2024 nömrəli qətnaməsi ilə (hakim Kamil Rzayev) ərizə təmin edilmiş, ərizəçilər Ərizəçi2 və Ərizəçi1 01 sentyabr 2023-cü il tarixdə vəfat etmiş qardaşları mərhum X1 miras qalmış əmlakların Ərizəçi2 və Ərizəçi1 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi qət edilmişdir. Qətnamədən maraqlı şəxslər Maraqlı şəxs3 və Maraqlı şəxs2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mərhum X2 nikah qeydinin olmadığını qeyd etsə də, qanun üzrə digər vərəsələrin mövcudluğunu nəzərə almamışdır. Hesab etmişlər ki, həmin nəticə tam əsassız olmaqla işin faktiki halları ilə və məhkəmənin özünün qənaəti ilə ziddiyyət təşkil edir. Belə ki, məhkəmə tərəfindən işin faktiki hallarına düzgün qiymət verilməməklə yanaşı mübahisəli maddi hüqiq normalarının pozuntusuna yol verməklə tamamilə əsassız və yalnış mövqə ilə qətnamə qəbul edilmişdir. Sözügedən qətnaməyə nəzər yetirdikdə qətnamənin qanundan çox hakimin subyektiv yanaşması olduğunu görmək olar və heç bir hüququ əsasa söykənmir. Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 Rəbər qızının iddia ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 24 saylı Notariat Ofisi tərəfindən miras əmlakın ərizəçilər tərəfindən qəbul edilməsi və onların adına vərəsəlik şəhadətnaməsi verilməsi barəsində müraciətlərinə imtina cavabı verilmişdir. Həmin şəxslər miras əmlakın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmə iddianı əsaslı hesab edərək təmin etmişdir. Lakin məhkəmə iş üzrə qətnamə çıxarakən qanun üzrə digər vərəsələrin mövcudluğu, onların vərəsəliyə çağırılması və ya ərizəçilərə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün bütün qanuni vərəsələrin razılığı olması məsələsinə toxunmamış, məsələyə səthi yanaşmışdır. Belə ki, məhkəmə qeyd etmişdir ki, ərizəçilər mərhum qardaşının qanun üzrə vərəsəsi kimi öz öhdələrinə düşən bütün lazımi hərəkətləri etmişlər. Lakin mərhum X3 xəstə olduğu zaman ona bacıları (ərizəçilər) deyil, məhz qardaşları Maraqlı şəxs2 və Maraqlı şəxs3 qulluq etmişdir. Ərizəçi2 və Ərizəçi1 Tərtər rayonunda qeydiyyatda olmaqla, həmin ünvanda yaşayırlar. Mərhum isə Bakı şəhərində yaşamışdır, müvafiq olaraq ərizəçilərin mərhumun ölümündən əvvəl xəstə olduğu zaman ona qulluq etmələri ağlabatan deyil. Belə ki, mərhum Fərəcov Etibar xəstə olduğu müddətdə həm Ərizəçi2 (oğlu Nemət vasitəsi ilə), həmdə Ərizəçi1 bu barədə məlumat versələr də, onlardan heç biri nə Bakıya, nə də mərhum vəfat etməmişdən 3 gün öncə biz onu Tərtərə apardıqdan sonra oraya ona baş çəkməyə gəlmişdir. Mərhumun dəfninə və yas mərasiminə də indi özlərini qanuni vərəsə hesab edərək vərəsəlik şəhadətnaməsi almaq barədə məsələni məhkəmədə mübahisələndirən ərizəçilərin heç biri gəlməmişdir. Əlavə olaraq ərizəçilərin mərhum X2 mənzillərinə faktiki sahiblik etməsi faktı da mövcud olmamışdır. Lakin ərizəçilər mərhumun qardaşları eyni zamanda ərizəçilərlə birlikdə qanuni vərəsələri olan Maraqlı şəxs2 və Maraqlı şəxs3Zülfüqar oğlu vərəsəliyə çağırılmamışdır. Onlar hüquqlarını bilmədiyi üçün notariusa müvafiq müraciət iedə bilməmişlər. Çünki ərizəçilərlə bərabər onlar da, qanuni vərəsələrdir və əgər miras əmlakdan imtina etmiş olsaydılar bunu da notarial qaydada təsdiq edərək mirasın bacıları arasında bölünməsinə etirazları olmadığını bildirərdilər. Belə ki,mərhum X3 əmlakına münasibətdə iradə ifadəsi olan vəsiyyətnaməsi mövcud olmamış bu səbəbdən də qanunvericiliyə uyğun olaraq onun əmlakı vərəsəliyə çağırılmasını bildiyi və ya bilməli olduğu qanun üzrə vərəsələrin mirasın qəbulu üzrə iradə ifadəsi olduğu halda onlar arasında bərabər bölünməlidir. Həmçinin qeyd etmək istəyirlər ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə vərəsəlik şəhadətnaməsi verilməsi qət edilən, ərizəçilərdən biri olan Ərizəçi1 mərhumun qanuni vərəsəsi olmamışdır. Məhkəmə qətnaməsində Ərizəçi1 mərhumun anası X5 tərəfindən övladlığa götürülməsi ilə bağlı şəhadətnamənin surətinə istinad edilsə də, məhkəmə həmin sənədin həqiqiliyi ilə bağlı məsələni araşdırmamışdır. Bununla bağlı olaraq da, Ərizəçi1 onların ögey bacısı olmamışdır və mərhumun qanuni vərəsəsi kimi vərəsəlik şəhadətnaməsi əldə edə bilməz və miras əmlakın onun adına rəsmiləşdirilməməlidir. Məhkəmə işə baxarkən qanun üzrə digər vərəsələrin olmasının onların vərəsəliyə çağırılmasını və ya onların mirasdan imtina etməsi faktını araşdırmamış vahid məhkəmə təcrübəsinə zidd qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Maraqlı şəxs3 hüquqi varisi X7 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Maraqlı şəxs2 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, hazırki işdən onun xəbəri olmamışdır. Qəbul olunmuş qətnamə onun hüquq və maraqlarına toxunur. Mməhkəmə kollegiyasının iclasında iştirak edən Maraqlı şəxs2 nümayəndəsi (vəkil) Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, bildirmişdir ki, mübahisə olduğuna görə hazırki iddia tələbi iddia icraatı qaydasında baxılmalı idi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi2 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi1 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, mərhum qardaşı X3 xx.xx.2022-ci ildə vəfat etmişdir. Onun varisi kimi o, və bacısı qalmışdır. Maraqlı şəxslərlə heç bir münasibətləri olmamışdr. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən şəxsləri və vəkili dinləyərək, hesab edir ki, maraqlı şəxslər Maraqlı şəxs3 və Maraqlı şəxs2 apellyasiya şikayəti təmin edilməli, ərizəçilər Ərizəçi2 və Ərizəçi1 miras qalmış əmlakların faktiki qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi baxılmamış saxlanılmalı və ərizəçilərə ümumi əsaslarla iddia vermək hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, ərizəçilər Ərizəçi2 və Ərizəçi1 miras qalmış əmlakların faktiki qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizələri Tərtər Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli 2(061)-129/2024 nömrəli qətnaməsi ilə təmin edilmişdir. Maraqlı şəxslər Maraqlı şəxs3 və Maraqlı şəxs2 həmin qətnamədən verdiyi apellyasiya şikayətində göstərmişdir ki, məhkəmə iş üzrə qətnamə çıxarakən qanun üzrə digər vərəsələrin mövcudluğu, onların vərəsəliyə çağırılması və ya ərizəçilərə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün bütün qanuni vərəsələrin razılığı olması məsələsinə toxunmamış, məsələyə səthi yanaşmışdır. Ərizəçi1 onların ögey bacısı olmamışdır və mərhumun qanuni vərəsəsi kimi vərəsəlik şəhadətnaməsi əldə edə bilməzdi. Bu səbəbdən də, hazırki faktın məhkəmə tərəfindən müəyyən edilməsi mümkün deyildir və burada ətraflı araşdırma aparılmasına ehtiyac vardır. Azərbaycan Respublikası MPM-nin 305.1 və 305.1.1-ci maddələrinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 306.1-ci maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-39-cu fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 306.4-cü maddəsinə əsasən, xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Həmin Məcəllənin 259.0 və 259.0.10-cu maddələrinə əsasən, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə, məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Məhkəmə kollegiyasında müəyyən edildi ki, ərizəçilər Ərizəçi2 və Ərizəçi1 ərizəsinə xüsusi icraat qaydasında baxılmışdır ki, iş üzrə məhkəməyə aid hüquq haqqında mübahisə vardır. Belə ki, mülki-prosessual qanunvericilik xüsusi icraat qaydasında baxılan işlərə mübahisəsiz müəyyən edilməli olan faktlar kateqoriyasına aid etdiyindən, hazırkı iş üzrə isə mübahisə olduğundan, şikayətdə qeyd olunan xüsusatlar araşdırılması olduğundan ərizəyə xüsusi icraat qaydasında baxıla bilməz. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, maraqlı şəxslər Maraqlı şəxs3 və Maraqlı şəxs2 apellyasiya şikayəti təmin edilməli, ərizəçilər Ərizəçi2 və Ərizəçi1 miras qalmış əmlakların faktiki qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi baxılmamış saxlanılmalı və ərizəçilərə ümumi əsaslarla iddia vermək hüququ izah edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Maraqlı şəxslər Maraqlı şəxs3 və Maraqlı şəxs2 apellyasiya şikayəti təmin edilsin. Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 miras qalmış əmlakların faktiki qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 ümumi əsaslarla iddia vermək hüququ izah edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-757/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-757/2025
06.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver