Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-766/2023 28.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Aidiyyətlə bağlı məhkəmələr arasında yaranmış fikir ayrılığına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı Tərtər rayonu, Mamırlı kəndində yerləşən fərdi yaşayış evindən cavabdehin əmlaklarının çıxarılması tələbinə dair Bərdə Rayon Məhkəməsində iddia qaldırmışdır. Bərdə Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli 2(021)-3695/2022 saylı qərardadı ilə (hakim E.Əhmədov) İddiaçı Cavabdeh qarşı Tərtər rayonu, Mamırlı kəndində yerləşən fərdi yaşayış evindən cavabdehin əmlaklarının çıxarılması tələbinə dair mülki işin aidiyyatı üzrə baxılması üçün Tərtər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tərtər Rayon Məhkəməsinin 2(061)-336/2023 saylı iş üzrə 23 yanvar 2023-cü il tarixli qərardadı ilə (hakim K.Rzayev) İddiaçı Cavabdeh qarşı Tərtər rayonu, Mamırlı kəndində yerləşən fərdi yaşayış evindən Cavabdeh əmlaklarının çıxarılması tələbi ilə bağlı xx.xx.2022-ci il tarixdə Bərdə Rayon Məhkəməsi tərəfindən aidiyyət məsələsi ilə bağlı qəbul edilmiş 2(021)-3695 saylı qərardadı hakimlər arasında fikri ayrılığı yarandığı üçün müzakirə edilməsi məqsədi ilə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh yaşayış yeri üzrə Bərdə rayonu Şirvanlı Ərazi dairəsi Uğurbəyli kəndində qeydiyyatda olduğundan aidiyyət qaydasında iş baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer-onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Həmin Qanunun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. İş materiallarına əlavə olunan şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh yaşayış yeri üzrə Bərdə rayonu Şirvanlı Ərazi dairəsi Uğurbəyli kəndində rəsmi qeydiyyatdadır. Beləliklə iş materiallarına əsasən, Cavabdeh yaşayış yerinin Bərdə rayonu olduğu müəyyən edilir. Mülki prosessual qanunvericilik işlərə baxılmasının aidiyyət qaydalarını müəyyən etmişdir və bu qaydalara riayət olunmaması aparılmış prosessual hərəkətlərin qəbul edilməməsinə səbəb ola bilər. Çünki «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbinə görə, işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Bərdə Rayon Məhkəməsi 16 noyabr 2022-ci il tarixli 2(021)-3695/2022 saylı qərardadında qeyd etmişdir ki, çıxarılması tələb edilən əşyaların yerləşdiyi ev Tərtər rayonu, Mamırlı kəndində yerləşir, bu səbəbdən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən mülki iş aidiyyatı üzrə baxılması üçün Tərtər Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası Bərdə Rayon Məhkəməsinin bu qənaəti ilə razılaşmır və qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçının tələbi cavabdehə məxsus əşyaların iddiaçının mülkiyyətində olan evdən çıxarılmasından barətdir ki, bu növ tələblərə müstəsna aidiyyət üzrə baxılması üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə, məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Azərbaycan Respublikasının MPM-in 31.1-ci maddəsinə görə, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Beləliklə, kollegiya məhkəmələr arasında aidiyyətlə əlaqədar yaranmış fikir ayrılığını araşdıraraq hesab edir ki, Bərdə Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli 2(021)-3695/2022 saylı qərardadı ləğv edilməli, İddiaçı Cavabdeh qarşı Tərtər rayonu, Mamırlı kəndində yerləşən fərdi yaşayış evindən cavabdehin əşyaların çıxarılması tələbinə dair mülki iş baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 133.5, 263, 264, 267, 398, 402-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İddiaçı Cavabdeh qarşı Tərtər rayonu, Mamırlı kəndində yerləşən fərdi yaşayış evindən cavabdehin əşyaların çıxarılması tələbinə dair mülki işin aidiyyatı üzrə baxılması üçün Tərtər Rayon Məhkəməsinə göndərilməsi barədə Bərdə Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli 2(021)-3695/2022 saylı qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı Tərtər rayonu, Mamırlı kəndində yerləşən fərdi yaşayış evindən cavabdehin əşyalarının çıxarılması tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsinə göndərilsin. Bu qərardaddan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(104)-766/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-766/2023
28.02.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver