Məhkəmə qərarları › İş №2(104)-766/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-766/2025

08.04.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-766/2025 08.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İlkin iddia üzrə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı evdən çıxarılma tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı evə çəkilmiş xərc tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli 2(023)-7/2025 nömrəli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 himayəsində olan 14 fevral 2015-ci il təvəllüdlü X2 ilə birlikdə mülkiyyətində olan Qazax şəhəri, X3 küçəsi döngə 1, ev 6 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh1 da İddiaçı qarşılıqlı iddia ərizəsi verərək, 9665 manat pulun və ödənilmiş 116,65 manat dövlət rüsumunun İddiaçı alınıb ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli 2(023)-7/2025 nömrəli qətnaməsi ilə (hakim Nemət Musayev) İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı evdən çıxarılma tələbinə dair ilk iddiasının təmin edilməsi; Cavabdeh2 və Cavabdeh1 himayəsində olan 14 fevral 2015-ci il təvəllüdlü X2 ilə birlikdə birlikdə İddiaçı mülkiyyətində olan Qazax şəhəri, X4 küçəsi döngə 1, ev 6 ünvanında yerləşən yaşayış evindən çıxarılması; Cavabdeh1 İddiaçı qarşı evə çəkilmiş xərc tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi; İddiaçı və Cavabdeh1 müştərək qaydada iş üzrə ekspertiza tədqiqatının dəyəri kimi 100 (bir yüz) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ**********0000003944, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) köçürülməsi qət edilmişdir. Qətnamədən narazı qalan ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və ilkin iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış kabinet vasitəsilə məhkəməyə notariat qaydada təsdiq edilmiş ərizə göndərərək, apellyasiya şikayətindən imtina etdiyini qeyd etmiş və apellyasiya şikayətinə baxılmadan şikayətin geri qaytarılmasını xahiş etmişdir. Apellyator “Elektron məhkəmə” informasiya sistemində yaradılmış kabinet vasitəsilə verdiyi digər ərizəsində isə apellyasiya şikayətindən imtinanın hüquqi nəticələrinin ona aydın olduğunu qeyd etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 369.2-ci maddəsinə görə, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə görə, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verilir. Həmin Məcəllənin 369.3-cü maddəsində göstərilir ki, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətindən imtinanın qanuna zidd olmadığını və hər hansı bir şəxsin hüquqlarına toxunmadığını nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 369.2, 369.3, 369.4-cü maddələrinə əsaslanaraq hesab edir ki, cavabdehin Qazax Rayon Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli 2(023)-7/2025 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul olunmalı və bu əsasa görə apellyasiya icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-nin 263-264, 369 və 402.2-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Qazax Rayon Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli 2(023)-7/2025 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin və bu əsasa görə apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar