Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-781/2023 27.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Gəncə şəhəri M.C.Paşayev adına 39 nömrəli Tam orta məktəbinə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı və cavabdeh Gəncə şəhər M.C.Paşayev adına 39 nömrəli Tam orta məktəbin direktoru X1* iştirakı ilə, Gəncə şəhər Məhkəməsinin 3* noyabr 2*22-ci il tarixli 2(125)-865/2*22 nömrəli qətnaməsindən cavabdeh Gəncə şəhər M.C.Paşayev adına 39 nömrəli Tam orta məktəbin direktoru X17 tərəfindən verilmiş apellyasiya şikayətinə 26 aprel 2*23-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.İş materiallarının 5-27-ci səhifələrində olan müxtəlif vaxtlarda verilmiş diplom və fəxri fərmanlardan görünür ki, İddiaçı müxtəlif vaxtlarda oyunlarda və tədbirlərdə fəal iştirakına və müvəffəqiyyətinə görə təltif olunmuşdur. 2.Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz Rayon Şöbəsinin *4.*4.2*22-ci il tarixli 79-113 nömrəli arayışından görünür ki, baş leytenant İddiaçı şöbə tərəfindən 21.*9.2*2*-ci il tarixdə toplantı ilə əlaqədar göndərilmişdir və *1.1*.2*2*-ci il tarixdə 12.11.2*2*-ci il tarixədək N saylı hərbi hissənin tərkibində hərbi xidmət keçmişdir. Hərbi xidmətkeçmə haqqında əsasnamənin 157-ci maddəsinin b bəndinə əsasən (xəstəliyə görə) Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır. 3.Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz Rayon Şöbəsinin *4.*4.2*22-ci il tarixli 79-112 nömrəli arayışından görünür ki, baş leytenant İddiaçı Qarabağ müharibə veteranıdır. 4.Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə şəhər 39 saylı orta məktəbin direktoru (işəgötürən) ilə İddiaçı (işçi) arasında bağlanmış *5.*9.2**3-cü il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı *5.*9.2**3-cü il tarixdən məktəbdə gənclərin çağırışa qədərki hazırlığı müəllimi və hərbi rəhbər vəzifəsinə işə qəbul edilmişdir, əmək müqaviləsi müddətsiz bağlanmışdır. 5.*986*5 saylı əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı *5.*9.2**3-cü ildə 492 nömrəli əmrlə Gəncə şəhəri, M.C.Paşayev adına 39 nömrəli Tam orta məktəbdə gənclərin çağırışa qədərki hazırlığı müəllimi və hərbi rəhbər təyin edilmişdir. *1.*4.2*22-ci il tarixdə 188 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*ci maddəsinin “ç” bəndinə əsasən, əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə işdən azad edilmişdir. 6.Gəncə şəhəri, M.C.Paşayev adına 39 nömrəli Tam orta məktəbin *1.*4.2*22-ci il tarixli, 188 nömrəli əmrdən görünür ki, İddiaçı - məktəbin gənclərin çağırışaqədərki hazırlıq rəhbəri və müəllimi ilə bağlanmış əmək müqaviləsi *1 aprel 2*22 ci il tarixdən əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə ləğv edilməsi, sonuncu haqq-hesabı ödənilməsi, İddiaçı öhdəsində olan inventarların təhvil-təslimi məktəbin təsərrüfat işlər üzrə direktor müavini X3 və məktəbin fiziki tərbiyə müəllimi X11 həvalə edilməsi əmr edilmişdir. Əmrin verilməsi üçün əsas Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndi, məktəbin X27 Komitəsinin 16 mart 2*22-ci il tarixli 11 nömrəli protokolundan çıxarış. 7.Gəncə şəhəri, M.C.Paşayev adına 39 nömrəli Tam orta məktəbin X12 16.*3.2*22-ci il tarixdə keçirilən iclasının 11 nömrəli protokolundan çıxarışdan görünür ki, gündəlik məsələ - məktəb direktoru X1* məktəbin gənclərin çağırışaqədərki hazırlıq müəllimi İddiaçı ilə bağlı X27 Komitəsinə təqdim etdiyi təqdimatın müzakirəsi. Məktəbin X27 Komitəsinin sədri X4 çıxış edərək iclas üzvlərinə və İddiaçı onunla bağlı şikayətlərin olduğunu, işə çıxmaması barədə məktəb rəhbərinin bu barədə X27 Komitəsinə təqdimatı göndərilmişdir. Bildirildi ki, İddiaçı 23 noyabr 2*21-ci il tarixdə “Müəllimlərin etik davranış Qaydaları”na və əmək intizamına, şagirlərin təlim-tədris qaydalarına düzgün əməl etmədiyi üçün sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Bunlara baxmayaraq əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməməyə ştat işçi olmasına baxmayaraq 12-dən sonra işdə olmamış iş yerini tərk etmişdir. *1 mart 2*22-ci il tarixdə tədris qaydalarını pozduğuna görə yazılı xəbərdarlıq edilmişdir. İddiaçı etik davranışlardan kənar məktəbin müəllim və şagird kollektivi arasında işlətdiyi ifadələr müəllimlərin ciddi narazılığına səbəb olmuşdur. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sevda Məmmədova və digər çıxış edən müəllimlər də ümumi deyilənlərə öz ciddi etirazlarını və iradlarını bildirmişlər, məktəbin direktoru Nizami Rzayevin məktəbin gənclərin çağırışaqədərki hazırlıq müəllimi İddiaçı ilə bağlı X27 Komitəsinə təqdim etdiyi təqdimata razılaşdılar. Məktəb direktoru X1* məktəbin gənclərin çağırışaqədərki hazırlıq müəllimi İddiaçı ilə bağlı X27 Komitəsinə təqdim etdiyi təqdimatda nöqsanlar məqsədəmüvafiqdir, müəllim kimi vəzifəsindən və hərbi rəhbərlikdən uzaqlaşdırılmasından etiraz edilməməsi qərara alınmışdır. 8.Gəncə şəhəri, M.C.Paşayev adına 39 nömrəli Tam orta məktəbin 16.*3.2*22-ci il tarixli, 175 nömrəli əmrinin surətindən görünür ki, X37 adına 39 nömrəli tam orta məktəbin gənclərin çağırışaqədərki hazırlıq rəhbəri İddiaçı 15 mart 2*22-ci il tarixdə üzürsüz səbəbdən işdə olmadığına görə və işinə qeyri-ciddi yanaşdığı üçün ona töhmət verilməsi, 1 (bir) günlük əmək haqqının tutulması əmr edilmişdir. 9.Gəncə şəhəri, M.C.Paşayev adına 39 nömrəli Tam orta məktəbin X21 Komitəsinə həmin məktəbin direktoru X17 tərəfindən ünvanlanmış təqdimatda göstərilmişdir ki, İddiaçı 23 noyabr 2*21-ci il tarixdə “Müəllimlərin etik davranış Qaydaları”na və əmək intizamına, şagirlərin təlim-tədris qaydalarına düzgün əməl etmədiyi üçün sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Bunlara baxmayaraq əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməməyə ştat işçi olmasına baxmayaraq saat 11-12 olmamış iş yerini tərk edir, rəhbərliyə və müəllimlərə qarşı lazımsız ifadələr işlədir, 15.*3.2*22-ci il tarixdə isə bütün günü işdə olmamışdır. Bütün bunları, ən əsası da əmək intizamını ciddi şəkildə pozduğuna görə işdən çıxarılmasına münasibət bildirilməsi xahiş olunmuşdur. 1*.N nömrəli Hərbi Hissənin 3*.*8.2*22-ci il tarixli məktubundan görünür ki, Gəncə şəhəri M.C.Paşayev adına 39 saylı tam orta məktəbin çağırışaqədərki hazırlıq rəhbəri İddiaçı 14 mart 2*22-ci il və 15 mart 2*22-ci il tarixlərdə təxminən saat 12-**-dan sonra hərbi hissədə Novruz bayramı münasibəti ilə keçirilmiş tədbirdə iştirak etmişdir. 11.N nömrəli Hərbi Hissənin *8.*2.2*23-cü il tarixli məktubunda göstərilmişdir ki, 2*22-ci ilin 14-15 mart tarixlərində hərbi hissədə əvvəlcədən tərtib olunmuş plana əsasən Novruz bayramı tədbiri keçirilməmişdir. Qeyd olunan dövləri əhatə edən hissə komandiri və müavinləri dəyişdirildiyi üçün göstərilən tarixlər barədə dəqiq məlumat vermək mümkün deyildir. 12.Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsinin *1.*9.2*22-ci il tarixli, 2*33 nömrəli məktubundan görünür ki, Gəncə şəhəri M.C.Paşayev adına 39 saylı tam orta məktəbin çağırışaqədərki hazırlıq rəhbəri İddiaçı 17.12.2*21-ci il və 3*.12.2*21-ci il tarixlərində təxminən saat 14:**-dan sonra məktəbin 2**6-2**7-ci il təvəllüdlü kişi cinsli şagirdlərinin sənədlərini təqdim etmək və onların hərbi-həkim komissiyasından keçirilmələri ilə əlaqədar olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsində olmuşdur. 13.Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami rayon şöbəsinin 31.*8.2*22-ci il tarixli, 1**6 nömrəli məktubundan görünür ki, M.C.Paşayev adına Gəncə şəhəri 39 saylı tam orta məktəbin hərbi rəhbəri İddiaçı 2**7-ci il təvəllüdlü oğlan şagirdlərinin ilkin hərbi qeydiyyata alınması, həkim komissiyasından həmin şagirdlərin keçirilməsi və sənədlərin rəsmiləşdirilməsi ilə əlaqədar 3* noyabr 2*21-ci il və 1* dekabr 2*21-ci il qeyd olunan saatlarda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Nizami rayon şöbəsində yuxarıda göstərilən xüsusatlarla bağlı iştirak etmişdir. 14.Gəncə şəhər birləşmiş xəstəxanası Publik hüquqi şəxsinin *2.*9.2*22-ci il tarixli məktubundan görünür ki, M.C. Paşayev adına 39 nömrəli tam orta məktəbin Hərbi rəhbəri İddiaçı 28 fevral 2*22-ci il tarixdə təxminən saat 12 dən sonra 2 saylı uşaq poliklinikasında olmuşdur və yeddi nəfər yeniyetməni hərbi qeydiyyatla bağlı həkim komisiyasından (stomotologiyadan) müayinədən keçirmişdir.
15. 2 saylı uşaq poliklinikasının *1.*2.2*23-cü il tarixli cavab məktubundan görünür ki, Gəncə şəhəri M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbin çağırışaqədərki hazırlıq rəhbəri İddiaçı yeniyetmələrin hərbi qeydiyyatı ilə bağlı 28 fevral 2*22-ci il tarixdə həkim komissiyasından keçirmək üçün Tibbi Ərazi Birləşmiş X28 şəhər Birləşmiş Xəstəxanasının 2 saylı uşaq poliklinikasında olmamışdır. 16.Əmrlər kitabından çıxarışa əsasən, X37 adına 39 nömrəli tam orta məktəbin hazırlıq müəllimi İddiaçı 23.11.2*21-ci il tarixli, 593 nömrəli inzibati tənbeh barədə əmrə əsasən müəllimlərin etik davranış qaydalarına və əmək intizamına, şagirdlərin təlim tədris qaydalarına düzgün əməl etmədiyi üçün xəbərdarlıq edilməsi, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi əmr edilmişdir. 17.Əmrlər kitabından çıxarışa əsasən, X37 adına 39 nömrəli tam orta məktəbin *1.*3.2*21-ci il tarixli, 595 nömrəli əmr ilə hazırlıq müəllimi İddiaçı tədris qaydalarını pozduğuna görə yazılı xəbərdarlıq edilmişdir. 18.TTİÜDM Cəmilova A.T, TTİÜDM Məhərrəmova T.C, TTİÜDM Miskinova R.Ş, təşkilatçı Alverdiyev A.C, psixoloq Səmədova E.S, loqofed Qarayeva M.B, UBTR Hüseynova S.M, dram dərnəyi rəhbəri Bayramova S.S, xor dərnəyi rəhbəri Rəfiyeva E.M, musiqi dərnəyi rəhbəri Rüstəmova L.Q, poeziya dərnəyi rəhbəri Baratzadə G.R, informatika laborantı İsmayılzadə A.S, kimya laborantı Qocayeva N.İ, informatika laborantı Seyidova T.A, informatika laborantı Kazımova İ.Z, kitabxana müdiri Bağırova V.S, kitabxanaçı Qəribova L.A tərəfindən imzalanmış, 3*.11.2*21, 1*.12.2*21, 17.12.2*21, 3*.12.2*21, 28.*2.2*22, 14.*3.2*22-ci il tarixli aktların təsdiq olunmuş surətindən görünür ki, məktəbin ştat işçiləri əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmiş, hər biri öz iş vaxtında məktəbdə işlərində olmuşlar. Məktəbin Gənclərin çağırışa qədərki hərbi hazırlıq rəhbəri İddiaçı günün ikinci yarısında, yəni təxminən 12:**-da sonra işdə olmur və məktəbin ştat işçilərinin imza kitabına atmamışdır. Aktı imzalamaqdan da imtina etmişdir. 19.M.C.Paşayev adına Gəncə şəhəri 39 saylı tam orta məktəbin direktoru Nizami Rzayevə həmin məktəbin riyaziyyat müəlliməsi X18 tərəfindən ünvanlanmış 3*.*3.2*22-ci il tarixli ərizənin təsdiq olunmuş surətindən görünür ki, məktəbin hərbi müəllimi İddiaçı müəllimlər otağında müəllimlərə layiq olmayan, etik normalara uyğun gəlməyən, nalayiq sözlər işlətdiyi üçün o, otağı tərk etmişdir. Ölçü götürülməsi xahiş olunmuşdur. 2*.M.C.Paşayev adına Gəncə şəhəri 39 saylı tam orta məktəbin direktoru Nizami Rzayevə həmin məktəbin müəllimi Əhmədova Cəlalət tərəfindən ünvanlanmış izahatdan görünür ki, məktəbin hərbi müəllimi İddiaçı müəllimə yaraşmayan, etik davranış qaydasına uyğun olmayan ifadələr işlətmişdir. O da “Bu nə tərbiyəsizlikdir?! Bura müəllimlər otağıdır.” deyib otağı tərk etmişdir. 21.X2 1*.*4.2*23-cü il tarixli arayışında göstərilmişdir ki, 39 nömrəli orta məktəbin hərbi rəhbəri İddiaçı doğum illərinə müvafiq olaraq məktəbin ueniyetmə oğlan şagirdlərini həkim komissiyasından keçirir. 28.*2.2*22-ci il tarxdə 7 nəfər yeniyetməni stomotoloji kabinetdən həkim komissiyasından keçirmişdir.
22. Səs yazısı 2-ci cildə əlavə edilmiş disklərə baxış keçirərkən müəyyən olunmuşdur ki, iddiaçi İddiaçı dərs dediyi şagirdlərlə aralarında olan narazılığa görə valideynlər ondan məktəb direktoruna şikayət etmişlər.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat 23.İddiaçı cavabdeh Gəncə şəhəri, M.C.Paşayev adına 39 nömrəli Tam orta məktəbinə qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbin direktoru X5 onun barəsində verdiyi *1 aprel 2*22-ci il tarixli 188 nömrəli əmrinin ləğv edilməsi, onu öz əvvəlki işinəgənclərin çağırışa qədərki hazırlıq rəhbəri və müəllimi vəzifəsinə işə bərpa edilməsinə və məcburi işə buraxma dövrləri üçün cavabdeh tərəfindən əmək haqqının ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 24.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ali təhsilli olmaqla 2**3-cü ildən Gəncə Şəhəri M.C.Paşayev adına 39№-li Tam orta məktəbin gənclərin çağınşaqədəki hazırlıq rəhbəri və müəllimi kimi fəaliyyətə başlamışdır. İşlədiyi müddət ərzində müəllim kimi və hazırlıq rəhbəri kimi işinin öhdəsindən layiqincə gəlmiş, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması və ordu quruculuğu sahəsində qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirmiş, hərbi oyunların keçirilməsində, hərbi hissələrdə və şəhərdə keçirilən müxtəlif tədbirlərdə məktəbin gənc şagirdləri ilə birlikdə iştirak etmişdir. O və hərbi kollektivi dəfələrlə Gənclər və idman nazirinin Səfərbərlik və hərbi xidmətə Çağırış üzrə Dövlət xidmətinin, Gənclər və İdman baş idarəsinin, hərbi hissələrin rəhbərliyinin, Gəncə şəhəri Təhsil idarəsinin müdriyyətinin fəxri fərman və tərifnamələrinə layiq görülmüşdür. O, Gəncə şəhəri, M.C.Paşayev adına 39 nömrəli orta məktəbdə 2**3-cü ildən, yəni 19 ildir ki, hərbi rəhbər vəzifəsində işləyir. Onun işlədiyi dövrdə uğurlu fəaliyyəti ilə əlaqədar 26 fəxri fərmanla təltif edilmiş, heç bir intizam məsuliyyətinə cəlb edilməmiş və ya ona əvvəllər hər hansı xəbərdarlıq, töhmət verilməmişdir. Məktəbdə işlədiyi dövrdə məktəbin nüfuzuna və rəhbərliyinə xələl gətirəcəyi hər hansı bir nöqsanı olmamışdır. 2*21ci ilin ilk tədris ayından başlayaraq birinci yarım ilinin sentyabr, oktyabr və noyabr ayları müddətində həmin məktəbin 11Ə və 11Ç sinif şagirləri dərsə gəlmədikləri və davamiyyəti pozduqlarına görə onun tərəfindən həm sinif, həm də elektron jurnallara qayıb qoyulmuş, bundan sonra həmin məktəbin direktoru X14 onu kabinetinə çağıraraq jurnalda yazdığı qayıblara görə ona irad bildirərək bununla məktəbin şagirdlərinin davamiyyət göstəricilərinin aşağı səviyyəyə düşməsini və buna görə də üstünə yüksək tonla qışqırararaq sənin axırına çıxacağam deyərək ona qarşı kobud davranmışdır. Bundan sonra o, 24 noyabr 2*21-ci il tarixdə məktəbin direktorunun özbaşınalığı barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmiş, 29 noyabr 2*21-ci il tarixdə Gəncə şəhəri Təhsil İdarəsinin inspektoru Rauf adlı şəxs həmin məktəbə onun yazmış olduğu şikayətlə əlaqədar gələrək bir sıra araşdırma aparmışdır. Bundan sonra 3* noyabr 2*21-ci il tarixdə və 1* dekabr 2*21-ci il tarixdə saat 12-dən sonra işdə olmadığına görə onun barəsində qərəzli olaraq aktlar tərtib olunmuşdur. O, 3* noyabr 2*21-ci il tarixdə və 1* dekabr 2*21-ci il tarixdə saat 12-dən sonra işdə olmamağı səbəbi həmin vaxtlarda həmin məktəbin 2**7-ci il təvəllüdlü şagirdlərin ilkin hərbi qeydiyyata alınması, həkim komissiyasından həmin şagirdlərin keçirilməsi və sənədlərin rəsmiləşdirilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami Rayon şöbəsində olmuşdur. Bundan başqa o, 17 dekabr 2*21-ci il tarixdə və 3* dekabr 2*21-ci il tarixdə saat 12-dən sonra işdə olmamağının səbəbi həmin vaxtlarda həmin məktəbin 2**6-2**7-ci il təvəllüdlü şagirdlərin ilkin hərbi qeydiyyata alınması həkim komissiyasmdan həmin şagirdlərin keçirilməsi və sənədlərin rəsmiləşdirilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz Rayon şöbəsində olmuşdur. 28 fevral 2*22-ci il tarixdə saat 12-dən sonra işdə olmamağının səbəbi həmin vaxtı məktəbin yeddi nəfər yeniyetmə şagirdini hərbi qeydiyyatla bağlı Gəncə şəhəri 2 saylı Uşaq Poliklinikasından həkim komissiyasından müayinədən keçirməyi ilə bağlı olmuşdur. Bundan başqa o, 14 mart 2*22-ci il tarixdə və 15 mart 2*22-ci il tarixdə saat 12-dən sonra işdə olmamağının səbəbi həmin vaxtlarda həmin məktəbin şagirdləri ilə 7N saylı hərbi hissədə Novruz bayramı münasibəti ilə keçirilmiş tədbirdə iştirak etməyi ilə əlaqədar olmuşdur. O, aktlarda göstərilən vaxtlarda özünün şəxsi işi ilə əlaqədar hər hansı bir yerə getməmişdir. Məktəbdə 14 yaşı tamam olmuş oğlan şagirdlərinin həkim müayinəsindən keçirilməsi və hərbi qeydiyyata uçota alınması məktəbin hərbi rəhbəri tərəfindən həyata keçirilir. Onun barəsində tərtib edilən aktlardan isə ümumiyyətlə xəbəri olmamış və işdən kənarlaşdırılarkən Həmkarlar İttifaqı tərəfindən ona hər hansı bir məlumat verilməmişdir. Bundan sonra o, həmin məktəbin 11Ç və 11Ə sinif şagirdlərinin 2*21-ci ilin dekabr, 2*22-ci ilin yanvar, fevral və mart aylarında hərbi dərslərə gəlmədikləri üçün onun tərəfindən qayıblar qoyulmuş və həmin sinif şagirlərinin 2*21-ci ilin oktyabr ayından 2*22-ci ilin yanvar ayına qədər olan və onun tərəfindən keçirilmiş summativ qiymətləndirmə sinif jurnalı təhrif olunaraq saxtalaşdırılmış və şagirdlərə əla qiymətlər yazılmışdır. Onun tərəfindən keçirilmiş summativ qiymətləndirmə sinif jurnalına baxış keçirilərsə göstərdiyi xüsusatlar öz təsdiqini tapmış olar. Bundan əlavə olaraq Gəncə şəhəri M.C.Paşayev adına 39 nömrəli məktəbin müavini X19 tərəfindən tərtib olunan məlumatdan görünür ki, 1*-cu və 11-ci sinif şagirdlərinin davamiyyəti aşağı olmuş, 1*Ç və 1*E-nin riyaziyyat müəllimi Günel Zeynalova işdə olmamışdır. Lakin məhkəmə araşdırarsa, görərik ki, Günel Zeynalova barəsində məktəbin rəhbəri tərəfindən işdə olmadığına görə hər hansı akt tərtib edilməmişdir. Bundan əlavə o, hər hansı bir müəllim barəsində təhqiramiz ifadələr işlətməmiş, hər hansı qeyri-etik davranışlara yol verməmişdir. Əgər belə bir hal olmuş olsaydı, həmin neqativ hal işlədiyi 19 il müddətində üzə çıxmış olardı. Məhkəməyə sübut növündə təqdim etdiyi sənədlərdən də aydın olur ki, Gəncə şəhəri M.C.Paşayev adına 39 nömrəli məktəbin direktoru X5 onun barəsində vermiş olduğu *1 aprel 2*22-ci il tarixli 188 nömrəli əmr qərəzli olaraq qeyri-qanunidir. 25.Gəncə şəhər Məhkəməsinin 3* noyabr 2*22-ci il tarixli 2(125)-865/2*22 nömrəli qətnaməsi ilə (hakim Xədicə Səfərli) iddianın təmin edilməsi, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair Gəncə şəhəri, M.C.Paşayev adına 39 nömrəli Tam orta məktəbin *1.*4.2*22-ci il tarixli 188 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxma dövrü üçün əmək haqqı tam hesablanıb ona ödənilməsi qət edilmişdir. 26.Məhkəmə həmin nəticəyə gələrkən qeyd etmişdir ki, istisna təşkil edən *1.*3.2*22ci il tarixli əmr isə İddiaçı yazılı xəbərdarlıq edilməsini nəzərdə tutur və hansı tədris qaydasını pozduğu üçün yazılı xəbərdarlıq edilməsi əmrin məzmunundan müəyyən olunmur. Əmrin əsası olaraq qeyd edilmiş, valideynlərin və şagirdlərin izahatları məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, 16.*3.2*22-ci il tarixli əmrdən görünür ki, İddiaçı 15 mart 2*22-ci il tarixdə üzürsüz səbəbdən işdə olmadığına görə və işinə qeyriciddi yanaşdığı üçün töhmət verilməsi, 1 (bir) günlük əmək haqqının tutulması əmr edilmişdir. Halbuki, bu halın araşdırılması sübuta yetirilməməklə yanaşı, əmək haqqından tutulma əsaslandırılmamışdır. Belə tutulma intizam tənbehi kimi nəzərdə tutulmasa da, nəzərə alınmalıdır ki, İddiaçı üçün maddi itkiyə səbəb olur. İddiaçı xəbərdarlıq edilməsi, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi 23.11.2*21-ci ildə əmr edilsə də, əmrin verilməsinə əsas kimi göstərilmiş TTİUDM Afət Cəmilova tərəfindən tərtib edilmiş aktdan başqa, şagirdlərin izahatları və (ya) İddiaçı izahatı məhkəməyə təqdim edilməmişdir. həm cavabdeh tərəfdən İddiaçı bütün iş günü işə gəlməməsi sübut olunmur, həm də təqdim edilən aktlar və məlumatlar İddiaçı səhər işə gəlsə də, saat 12:**-dan sonra işdə olmadığını əks etdirir. Digər tərəfdən, Əmək Məcəlləsinin 7*-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilə bilməsi işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi sübuta yetirilmir. iddiaçının müvafiq (3*.11.2*21, 1*.12.2*21, 17.12.2*21, 28.*2.2*22, 14.*3.2*22, 15.*3.2*22-ci il) tarixlərdə saat 12-dən sonra işdə olmamağının səbəbini təsdiqləyən sənədlər məhkəməyə təqdim edilmişdir. Məhkəmə nəzərə alır ki, cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, məktəbdə hərbi işlərlə bağlı tədbirlərin həyata keçirilməsinin hərbi müəllimin öhdəsində olması, bu işlərə şagirdlərin hərbi həkim komissiyasından keçirilməsi, bununla bağlı sənədləşdirmələrin aparılması, şagirdlərin hərbi komissarlığa təqdim edilməsi aiddir. Qeyd edilən hallar habelə, “Gənclərin ibtidai hərbi hazırlıq əsasnaməsi” ilə təsdiqlənir. Belə ki, həmin Əsasnaməyə uyğun olaraq, gənclərin hərbi bilikləri dərindən öyrənmələri və təcrübədə möhkəmləndirmələri məqsədilə hərbi-idman oyunlarının keçirilməsinin təşkili və keçirilməsi, gənclərin hərbi vətənpərvərlik tərbiysəi işinin forma və metodlarını, bu barədə şagirdlərlə sinifdənxaric, məktəbdənkənar hərbi vətənpərvərlik və kütləvi müdafiə işlərini təşkil etmək və keçirmək və sair nəzərdə tutulmuşdur. cavabdeh tərəfin iddiaya etirazını əsaslandırmaq məhkəməyə digər sübutlar qismində təqdim etdiyi şahid ifadəsi, Cəlalətə Əhmədovanın izahatı, Afət Hüseynovanın ərizəsi, Dövlət Xidmətinin 1*.12.2*21 və 15.12.2*21-ci il tarixli məktubları əmək müqaviləsinə xitam verilməsinin əsaslı olmasını təsdiqləmir. İddiaçı sinif jurnallarında aparılmış qeydiyyatlara görə cavabdeh məktəbin direktoruyla aralarında baş vermiş münaqişə, sonrasında onun şikayəti əsasında araşdırma aparıldığı üçün onun əmək müqaviləsinə qərəzli olaraq xitam verildiyini bildirmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh məktəbin “Xİ Ə” sinfinin jurnalında çağırışaqədərki hazırlıq fənni üzrə qeyd edilmiş qiymətlərin təhrif edilməsi aşkar görünürdü. Həmin sinif jurnalının aparılmasına dair qeydlər bölməsində isə qiymətlər üzrə yol verilmiş səhvlərin düzəldilməsi barədə hər hansı qeydiyyat aparılmamışdır. Digər tərəfdən, sinif jurnalında şagirdlərin dərsdə dəfələrlə iştirak etməməsi barədə müvafiq qeydiyyat aparılmışdır. 27.Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə, 8*-ci maddəsinin 1 və 2-ci bəndlərinə, 186-cı, 189-cu maddəsinin 1-ci bəndinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri 28.Cavabdeh Gəncə şəhər M.C.Paşayev adına 39 nömrəli Tam orda məktəbin direktoru X17 apellyasiya şikayəti verərək, Gəncə şəhər Məhkəməsinin 3* noyabr 2*22-ci il tarixli 2(125)-865/2*22 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
29. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə, prosessual hüquq normasının pozulması ilə qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə qətnaməsində qeyd etmişdir ki, iddiaçının hansı əmək funksiyası və öhdəliyini yerinə yetirməməsinə dair hər hansı sübut, araşdırma material təqdim edilməmişdir. Halbuki iddiaçının xanım müəllimələri təhqir etməsi iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmışdır. Bundan başqa şagirdlər və valideynlər iddiaçının şagirdləri döyməsi barədə məktəb rəhbərliyinə dəfələrlə şikayət etmişdir, iddiaçının iş vaxtı ərzində işdə olmaması şahid ifadələri və aktlarla təsdiqlənmişdir. Bundan başqa, Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Bu müddət kəsici olmaqla müddət keçdikdən sonra hüququn mövcudluğuna xitam verilməsinə səbəb olur. Əmək mübahisələri ilə bağlı 1 aylıq müddət tələb hüququ deyil, məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş müddət olduğundan kəsici müddətdir. İddiaçı *5.*4.2*22-ci il tarixdən əmək kitabçasını götürmüş *6.*4.2*22-ci ildə iddiaçı mediasiyaya müraciət etmiş 26.*4.2*22-ci ildə mediasiya ilə bağlı protokol tərtib edilmişdir. İddiaçı isə məhkəməyə 3 ay sonra müraciət etmişdir. Birinci instansiya məhkəməsi təqdim edilmiş aktları sübut kimi qəbul etməsə də onu imzalayan şəxsləri dəvət edib dindirməmişdir. İddiaçının tədbirlə bağlı hərbi hissədə olmasına dair, eləcə də şagirdləri hərbi həkim komissiyasına aparmasına dair arayışlar saxta olmuşdur. Belə ki, novruz bayramı tədbib olmamış və şagirdlər həmin tarixdə hərbi həkim komissiyasına görə poliklinikaya aparılmamışlar. Ona görə də onlar qətnamənin əsasını təşkil edə bilməz.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 3*. İddiaçı məhkəməyə 25.*4.2*23-cü il tarixdə daxil olmuş apellyasiya şikayətinə etirazı ilə apellyasiya şikayətinin təmin edilməməsi və Gəncə şəhər Məhkəməsinin 3*.11.2*22-ci il tarixli 2(125)-865/2*22 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının 11 Ə və 11Ç sinif şagirdlərinə dərsə gəlmədikləri üçün qayıb yazdıqdan sonra məktəbin direktoru müəllim kollektivinə və texniki işçiləri, hətta həmkarlar ittifaqının heyətinə, göstəriş verərək 18.11.2*21-ci il tarixli iclasın keçirilməsi, onun tərəfindən davamiyyət kitabının imzalanmasına qadağa qoyulması, bu qadağanın *1.*4.2*22-ci il tarixədək qüvvədə qalmasını bildirmişdir, həmkarlar ittifaqının iclası onun özünün iştirakı ilə keçirilmişdir. 18.11.2*21-ci il tarixli iclas keçirildikdən sonra günün yarısında, yəni 12.**-dan sonra işdə olmamağı barədə və məktəbin staj işçilərinin imza kitabına imza atmaması barədə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini başda olmaqla 21 nəfərin məktəbin müəllim kollektivinin 3*.11.2*21, 1*.12.2*21, 17.12.2*21, 3*.12.2*21, 28.*2.2*22, 14.*3.2*22-ci il tarixlərdə 21 nəfər məktəb müəllim kollektivinin tərtib etdikləri 6 ədəd akt qərəzli tərtib olunmaqla inandırıcı deyildir. Çünki tərtib olunmuş aktın tarixləri arasında 11, 7, 13, 59, 14 gün fərq vardır, tərtib olunmuş aktlardan belə nəticəyə gəlmək olur ki, 21 nəfər məktəbin müəllimi 3*.11.2*21-ci il tarixdən başlayaraq mütəmadi olaraq nəzarət etməklə onu izləmişlər. 6 ədəd tərtib olunmuş akta əsasən məktəbin direktoru *1.*4.2*22-ci il tarixli 188 nömrəli əmrlə onu işdən çıxarmışdır. Halbuki işəgötürən tərəfindən əmək müqaviləsinin ləğvi Əmək Məcəlləsinin 7*-ci maddəsinə əsasən ləğv edilməlidir. Tərtib edilmiş 6 aktın tərtib edilməsində iştirak edən şəxslərin hər biri imza etməmişdir. Bu özüözlüyündə aktın etibarsızlığı deməkdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
31. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Gəncə şəhər M.C.Paşayev adına 39 nömrəli Tam orda məktəbin direktoru X17 apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normasının pozulması ilə qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə qətnaməsində qeyd etmişdir ki, iddiaçının hansı əmək funksiyası və öhdəliyini yerinə yetirməməsinə dair hər hansı sübut, araşdırma materialı təqdim edilməmişdir. Halbuki iddiaçının xanım müəllimləri təhqir etməsi iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmışdır. Bundan başqa şagirdlər və valideynlər iddiaçının şagirdləri döyməsi barədə məktəb rəhbərliyinə dəfələrlə şikayət etmişlər. İddiaçının mütəmadi olaraq iş vaxtı ərzində işdə olmaması şahid ifadələri və aktlarla təsdiqlənmişdir. Bundan başqa, Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı *5.*4.2*22-ci il tarixdən əmək kitabçasını götürmüş *6.*4.2*22-ci ildə iddiaçı mediasiyaya müraciət etmiş 26.*4.2*22-ci ildə mediasiya ilə bağlı protokol tərtib edilmişdir. İddiaçı isə məhkəməyə 3 ay sonra müraciət etmişdir. Birinci instansiya məhkəməsi təqdim edilmiş aktları sübut kimi qəbul etməsə də onu imzalayan şəxsləri dəvət edib dindirməmişdir. Bundan başqa, iddiaçi İddiaçı tədbirlə bağlı hərbi hissədə olmasına dair, eləcə də şagirdləri hərbi həkim komissiyasına aparmasına dair saxta arayışlar təqdim etmişdir. Ona görə də həmin sənədlər qətnamənin əsasını təşkil edə bilməz. Məhkəmə Kollegiyasına müvafiq sənədlər təqdim etməklə nümayəndə bildirir ki, iddiaçı 28.*2.2*22-ci ildə yeniyetmələri həkim komissiyasından (stomotologiyadan) müayinədən keçirməmişdir. Ümumiyyətlə həmin günü qeyd olunan şöbədə həkim komissiyası təşkil olunmamışdır. Bu barədə poliklinikada tibbi qeydiyyat kartlar da mövcud deyildir. Bundan başqa 14.*3.2*22-ci ildə və 15.*3.2*22-ci ildə iddiaçının N nömrəli hərbi hissədə Novruz bayramında iştirak etməsinə, bu da həqiqəti əks etdirmir. Belə ki, həmin hərbi hissədə Novruz bayramı tədbiri keçirilməmişdir. Bundan başqa İddiaçı xanım müəllimləri təhqir etməsi iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmışdır. Şagirdlərə qarşı münasibəti yaxşı olmamış, onları söyüb təhqir etmiş, hətta bir neçə şagirdi döymüşdür. Valideynlər şikayət edərək məktəb direktoru kimi ona müraciət etmişlər. Bu barədə olan səs yazısını təqdim edir. Onun iddiaçı ilə qərəzli münasibəti olmamışdır. İddiaçıya dəfələrlə rəsmi qaydada xəbərdarlıq, töhmət, şiddətli töhmət verilmiş, əmrlərlə tanış edilmişdir. İddiaçı əmək vəzifələrini kobud şəkildə pozaraq işə çıxmadığı üçün bu barədə müxtəlif vaxtlarda 6 ədəd akt tərtib olunmuş, iddiaçı 15 mart 2*22-ci il tarixdə isə bütün günü işdə olmamışdır, əmək funksiyasını pozmasına görə İddiaçı *1.*4.2*22-ci il tarixli 188 nömrəli əmrlə həmkarlar təşkilatının razılığı ilə işdən çıxarılmışdır. İddiaçının işə qayıtmasına kollektiv razı deyildir. İddiaçı ilə heç kimin qərəzli münasibəti yoxdur. İşin araşdırılması üçün aktı imzalayan şəxslərin, eləcədə hərbi hissənin və poliklinikanın stamatoloji şöbəsinin komissiyanı aparan şəxslərin şahid kimi dindirilməsinə zərurət vardır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv, iddianın rədd edilməsinə dair yeni qətnamə şıxarılmasını xahiş etmişdir.
32. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək izahatında göstərmişdir, o, 11 Ə və 11Ç sinif şagirdlərinə dərsə gəlmədikləri üçün qayıb yazdıqdan sonra məktəbin direktoru müəllim kollektivinə və texniki işçiləri, hətta həmkarlar ittifaqının heyətinə, göstəriş verərək 18.11.2*21-ci il tarixli iclasın keçirilməsi, onun tərəfindən davamiyyət kitabının imzalanmasına qadağa qoyulması, bu qadağanın *1.*4.2*22-ci il tarixədək qüvvədə qalmasını bildirmişdir, həmkarlar ittifaqının iclası onun özünün iştirakı ilə keçirilmişdir. 18.11.2*21-ci il tarixli iclas keçirildikdən sonra onun işdə olmamağı barədə və məktəbin staj işçilərinin imza kitabına imza atmaması barədə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini başda olmaqla 21 nəfərin məktəbin müəllim kollektivinin 3*.11.2*21, 1*.12.2*21, 17.12.2*21, 3*.12.2*21, 28.*2.2*22, 14.*3.2*22-ci il tarixlərdə tərtib etdikləri 6 ədəd akt inandırıcı deyildir. Həmin akta əsasən məktəbin direktoru *1.*4.2*22-ci il tarixli 188 nömrəli əmrlə onu işdən çıxarmışdır. Halbuki işəgötürən tərəfindən əmək müqaviləsinin ləğvi Əmək Məcəlləsinin 7*-ci maddəsinə əsasən ləğv edilməlidir. Tərtib edilmiş 6 aktın tərtib edilməsində iştirak edən şəxslərin hər biri imza etməmişdir. Bu özü-özlüyündə aktın etibarsızlığı deməkdir. O, yeddi şagirdi həkim komissiyasından keçmək üçün 28.*2.2*22-ci ildə 2 saylı uşaq poliklinikasında stomotologiyadan müayinədən keçirmiş, 14.*3.2*22-ci ildə və 15.*3.2*22-ci ildə N nömrəli hərbi hissədə Novruz bayramı keçirilən tədbirdə iştirak etmişdir. Bu barədə arayışlar təqdim etmişdir. Onda komissiyanın həmin günü keçirilməsi barədə başqa sənəd yoxdur. Şagirdlər dərsə gəlmədikləri üçün onlara irad tutmuşdur. O, heç kimi döyməmişdir.Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
33. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, o, N nömrəli Hərbi hissənin 3-cü taborunda şəxsi heyyət üzrə müavin vəzifəsində çalışır. Hərbi hissədə tədbirlər planlı və plansız olmaqla keçirilir. Pandemiya başlanandan sonra Novruz bayramı tədbirləri keşirilməmişdir. 2*22-ci ildə 14-15 mart tarixlərdə bayramla əlaqədar tədbir keçirilməmişdir. İddiaçı tərəfindən təqdim olunan fotoların nə vaxt və harada çəkilməsini müəyyən etmək olmur. Təqdim olunan arayışda uygunsuzluq olsada, həqiqətən 2*22-ci ildə Hərbi hissədə Novruz bayramı tədbiri planlı olaraq keçirilməmişdir.
34. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, 2 saylı uşaq polklinikasında həkim stomatoloq işləyir. Həkim komissiyasının üzvüdür. İddiaçı Səfər müəllim ilə qərəzli deyildir. İddiaçı 28.*2.2*22-ci il tarixdə 7 nəfər uşaqları müayinə üçün onun yanına gətirməmişdir. Bir qayda olaraq həkim komissiyasından keçənlərin tibbi anketləri yazılır, həkimlər tərəfindən orada müvafiq qeydlər aparılır. Həkim komissiyasından keçməsinə dair xəstəxananın müdiri tərəfindən verilmiş arayışla bağlı isə onu qeyd edə bilər ki, həmin arayışdan xəbərsizdir. Həqiqətən 28.*2.2*22-ci il tarixdə yeniyetmələrin hərbi qeydiyyatı ilə bağlı məktəbin hazırlıq rəhbəri İddiaçı uşaqları komissiyadan keçirmək üşün 2 saylı uşaq poliklinikasında olmamışdır. Həmin günü komissiya keçirilməmişdir.
35. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhər M.C.Paşayev adına 39 nömrəli Tam orta məktəbin X12 sədri işləyir. Məktəb direktorunun təqdimatı İddiaçı iştirakı ilə 16.*3.2*22-ci il tarixdə Həmkarlar Təşkilatının üzvlərinin iştirakı ilə müzakirə edilmiş və onun işdən çıxarılmasına razılıq verilmişdir.
36. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, onun iki uşağı oğlu və qızı İddiaçı dərs verdiyi sinifdə birlikdə oxumuşlar, iddiaçı onun uşağını təhqir etdiyi üçün o, direktora şikayət etmişdir. İddiaçı uşağa deyib ki, “səni minəcəm”. Sonra deyib ki, uşaqlara “şərəfsiz” deyə bilərəm.
37. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X25 ifadəsində göstərmişdir ki, onun oğlu İsaq həmin məktəbdə 1*-cu sinifdə oxuyur. Bir gün uşaq evə gələrək bildirdi ki, Səfər müəllim məni arxadan təpiklə vurdu. O, direktora bu barədə şikayət etmişdir. Direktor tərəfindən araşdırma zamanı Səfər müəllim özü dedi ki, ola bilər ərk edib uşağı vurmuşam.
38. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, 13 ildir ki, Gəncə şəhər M.C.Paşayev adına 39 nömrəli Tam orta məktəbində biologiya müəllimi işləyir. Səfər müəllim ilə qərəzli münasibəti yoxdur. İddiaçı işə çıxmadığı üçün aktlar tərtib olunmuşdur. O da həmin aktlara imza etmişdir. Səfər müəllim onun yanında qadın müəllimələrin ünvanına çox nəlayiq ifadələr işlətmişdir. Həmin sözləri deməyə utanır, amma yazıb təqdim etmək istəyir.
39. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, 1992-ci ildən Gəncə şəhəri M.C.Paşayev adına 39 saylı tam orta məktəbdə müəllimə və 2**6-cı ildən isə direktor müavini işləyir. İddiaçı ilə qərəzli münasibəti yoxdur. Məktəbin çağırışaqədərki hazırlıq rəhbəri İddiaçı 2*21-ci ildən başlayaraq əmək intizamını mütəmadi olaraq pozmuş, işə vaxtında gəlməmiş və ya ümumiyyətlə işə çıxmamışdır. Bu barədə aktlar tərtib edilmiş, ona töhmət verilmiş, sonra işə çıxmadığı üçün İddiaçı işdən azad olunmuşdur. O, uzun müddətdir ki, müəllim işləyir. Məktəb kollektivinin şox hissəsini qadınlar təşkil edir. İddiaçı qadın müəllimələrin ünvanına nəlayiq ifadələr işlətmiş, şagirdləri söyub, döymüş, işə vaxtında gəlməmiş əmək intizamını pozmuşdur.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi 4*. Maddə 7*, “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən əsaslarla ləğv edilə bilər.
41. Maddə 71, 2-ci hissəsi. Bu Məcəllənin 7*-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra inztizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
42. Maddə 71, 3-cü hissəsi. İşəgötürən bu Məcəllənin 7*-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
43. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi ; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələ gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai təhlükəli əməllərə yol verməsi.
44. Maddə 8*. Bu Məcəllənin 7*-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
45. 186-cı maddə. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
46. Maddə 186, 2-ci hissəsi. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 1*-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək;
47. Maddə 186, 3-cü hissəsi. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.
48. Maddə 187, 1-ci hissəsi. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
49. Maddə 187, 2-ci hissəsi. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. 5*. Maddə 294.
1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.
2. Kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır.
51. Maddə 296.
1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
52. Maddə 3**. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
53. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
54. Maddə 77.1, Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
55. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
56. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
57. Maddə 384.*. Apellyasiya instansiyası məhkəməsi: 384.*.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
58. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
59. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. 6*. Maddə 39*. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir.
Apellyasiya baxışının hədləri
61. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
62. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
63. Cavabdehin nümayəndəsi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
64. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq norması düzgün tətbiq olunmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir.
65. Məhkəmə Kollegiyasının araşdırması ilə müəyyən edilmişdir ki, İddiaçı 2**3-cü ildən Gəncə Şəhəri M.C.Paşayev adına 39 №-li Tam orta məktəbin gənclərin çağırışaqədərki hazırlıq rəhbəri və müəllimi kimi fəaliyyətə başlamışdır. İşlədiyi müddət ərzində əvvəllər yəni 2*21-ci il tarixədək müəllim və hazırlıq rəhbəri kimi işinin öhdəsindən gəlmişdir. İddiaçı 28.*2.2*22-ci ildə yeniyetmələri həkim komissiyasından (stomotologiyadan) müayinədən keçirməmişdir. Ümumiyyətlə həmin günü qeyd olunan şöbədə həkim komissiyası təşkil olunmamışdır. Bu barədə poliklinikada tibbi qeydiyyat kartları da mövcud deyildir. Bu hal məhkəmə kollegiyası tərəfindən dindirilmiş şahid 2 saylı uşaq polklinikasında həkim stomatoloq (komissiyanın üzvü) X1 ifadəsi ilə təsdiq olunmuşdur. Bundan başqa 14.*3.2*22-ci və 15.*3.2*22-ci ildə iddiaçının N nömrəli hərbi hissədə Novruz bayramında iştirak etməsinə gəldikdə isə, bu da həqiqəti əks etdirmir. Belə ki, məhkəmə kollegiyası tərəfindən dindirilmiş şahid N nömrəli Hərbi hissənin 3-cü taborunda şəxsi heyyət üzrə müavin vəzifəsində işləyən X9 ifadəsi ilə təsdiq olunmuşdur ki, Hərbi hissədə tədbirlər planlı və plansız olmaqla keçirilir. Pandemiya başlanandan sonra Novruz bayramı tədbirləri keşirilməmişdir. Qeyd olunun 14-15 mart 2*22-ci il tarixlərdə bayramla əlaqədar tədbir keçirilməmişdir. İddiaçı tərəfindən təqdim olunan fotoların nə vaxt və harada çəkilməsini müəyyən etmək olmur, təqdim olunan arayışda uygunsuzluq olsada, həqiqətən 2*22-ci ildə Hərbi hissədə Novruz bayramı tədbiri planlı olaraq keçirilməmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsinə iddiaçı tərəfindən təqdim olunan məktub (bax 1 cild səh 136) zərflər üçün nəzərdə tutulmuş möhürlə təsdiq olunmuşdur. Məhkəmə Kollegiyasına təqdim olunmuş N nömrəli Hərbi hissənin *8.*2.2*23cü il tarixli 853 №-li məktubunda göstərilmişdir ki, 2*22-ci ilin 14-15 mart tarixlərində hərbi hissədə əvvəlcədən tərtib olunmuş plana əsasən Novruz bayramı tədbiri keçirilməmişdir. Həmin məktub hərbi hissəyə aid künc ştampı vurulmaqla tərtib olunmuş, tarix, çıxış nömrəsi verilməklə hərbi hissə komandiri tərəfindən imzalanmışdır. Məhkəmə Kollegiyası həmin məktubu möhtəbər subut kimi qəbul edir. Həmşinin İddiaçı tərəfindən, xanım müəllimələrlə davranışı, şagirdləri döyməsi, onları və valideynlərini təhqir etməsi, bununla əlaqədar olaraq valideynlər tərəfindən məktəb direktoruna şikayət edilməsi, bu barədə səs yazısının olması, məhkəmə kollegiyasının iclasında dindirilmiş şahid ifadələri ilə və işə əlavə edilmiş sənədlərlə təsdiq olunur. Göründüyü kimi, baxılan işdə işəgötürən tərəfindən iddiaçıya dəfələrlə rəsmi qaydada xəbərdarlıq, töhmət, şiddətli töhmət verilmiş, o, əmrlərlə tanış edilmişdir. İddiaçı əmək vəzifələrini kobud şəkildə pozaraq işə çıxmadığı üçün bu barədə müxtəlif vaxtlarda 6 ədəd aktlar tərtib olunmuş, iddiaçı 15 mart 2*22-ci il tarixdə isə bütün günü işdə olmamışdır, əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə işəgötürənin əmri ilə İddiaçı *1.*4.2*22-ci il tarixli 188 nömrəli əmrlə məktəbin həmkarlar ittifaqı komitəsinin razılığı ilə işdən çıxarılmışdır.
66. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrdə iddiaçının əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi qeyd olunmuşdur ki, iddiaçının üzürlü səbəb olmadan işə gəlməməsi müvafiq iş yerində işin, əmək və icra intizamının normal ahəngi pozulmasına səbəb olmaqla yanaşı, digər işçilərin də əmək intizamına riayət etməsinə mənfi təsir göstərən hal kimi qəbul olunmaqla, bu hallar da işəgötürənin qanunla qorunan mənafelərinə ziyan vurur. İddiaçının yazılı qaydada olmasa da şifahi qaydada izahatı alınmış, həmçinin həmkarlar ittifaqı təşkilatının iclasına dəvət olunmuş, iclasda iştirak etmiş və izahati dinlənilmişdir. İşəgötürən də qeyd olunan əsasları qəbul etməklə, iddiaçının işə gəlməməsini üzürsüz hal kimi qiymətləndirib, həmkarlar ittifaqı təşkilatının müvafiq razılığını almaqla Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının əmək müqaviləsinə xitam verilməsi üçün qanuni əsaslar mövcud olmaqla, əmək müqaviləsinə xitam verilərkən onun əmək qanunvericiliyində müəyyən edilmiş hər hansı bir hüququ da pozulmamışdır. Lakin, işə baxan birinci instansiya məhkəməsi işin qeyd edilən hallarını nəzərə almadan iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə şəhər Məhkəməsinin 3* noyabr 2*22-ci il tarixli 2(125)-865/2*22 nömrəli qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Mediasiya xidmətinə görə ödənilmiş xərc iddiaçıya aid edilməlidir.
67. Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçı əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, mütəmadi olaraq işə gəlməmiş, ona görə işçilərin iştirakı ilə aktlar tərtib edilmişdir. İddiaçı işdə olmadığı üçün, həmin aktlara müəllimlər tərəfindən imza edilmişdir. Bundan başqa, iddiaçının xanım müəllimələri təhqir etməsi, şagirdləri döyməsi, şagirdləri və onların valideynlərini təhqir etməsi, işə istədiyi vaxt çıxması intizamsızlığin artmasına səbəb olmuşdur.
68. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsaslıdır və təmin olunmalıdır. 69.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.*.2, 392, 393, 4*2, 4*3, 4*4 və 4*5-4*7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilsin. İş üzrə Gəncə şəhər Məhkəməsinin 3* noyabr 2*22-ci il tarixli 2(125)-865/2*22 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Gəncə şəhəri, M.C.Paşayev adına 39 nömrəli Tam orta məktəbinə qarşı *1 aprel 2*22-ci il tarixli 188 nömrəli əmrin ləğv edilməsi, onun əvvəlki gənclərin çağırışaqədərki hazırlıq rəhbəri və müəllim vəzifəsinə işə bərpa edilməsinə və məcburi işə buraxma dövrləri üçün cavabdeh tərəfindən əmək haqqının ona ödənilməsinə dair iddiası təmin edilməsin. Mediasiya xidmətinə görə ödənilmiş xərc iddiaçıya aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.