Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-790/2024 13.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-235/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərməklə cavabdehlər Gəncə Şəhər İcra Hakimiyyətinə, Cavabdeh2nə və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh2 MMC-nin inşa etdiyi binanın mərhum anası X2 qanuni varisi kimi ona xüsusi mülkiyyət hüququ ilə məxsus, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 42,9 kv.m ölçüdə torpaq sahəsinə düşən hissəsinin sökülməsi, Cavabdeh2 MMC-nin həmin torpaq sahəsindən çıxarılması, qanunsuz tikintiyə və qeydiyyata əsas olmuş cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 3 saylı Gəncə Ərazi İdarəsi və Cavabdeh1 tərəfindən verilmiş sənədlərin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra birinci instansiya məhkəməsində işə baxılan zaman iddiaçının vəsatəti əsasında Azərbaycan Respublikasının Mənzil X9 cavabdeh qismində işə cəlb edilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-235/2024 nömrəli qərardadı ilə (hakim Fuad Fərhadov), İddiaçı cavabdehlər Gəncə Şəhər İcra Hakimiyyətinə, Cavabdeh2nə, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 3 saylı Gəncə Ərazi İdarəsinə və Azərbaycan Respublikasının Mənzil X3rşı tikintinin sökülməsi, torpaq sahəsindən çıxarılma və sənədlərin ləğv edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılması qərara alınmışdır. Həmin qərardadın dəlilləri ilə razılaşmayan İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi Üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il tarixli 004211 nömrəli və xx.xx.2009-cu il tarixli 001804 nömrəli şəhadətnamələrinə əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 35,6 kv.m olan 1 saylı ticarət obyekti və həmin obyektin yerləşdiyi ümumi sahəsi 42,9 kv.m olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə mərhum anası X1 və müvafiq olaraq mərhum anasının xüsusi mülkiyyətinə keçmişdr. Obyekt və torpaq sahəsinə dair texniki pasport tərtib olunaraq onlara təqdim edilmişdir. Obyekt uzun müddət fəaliyyət gostərərək vergi və digər sosial odənişlər edilmişdir. Lakin 2011-2018-ci il dövrdəki Gəncə şəhər icra hakimiyyətinə rəhbərlik etmiş şəxslərin qanunsuz hərəkətləri nəticəsində zorakı üsulla obyekt sökülərək əmlakı məhv edilmiş, torpaq sahəsi isə istifadəsiz vəziyyətdə qalmışdır. Bunun nəticəsində anası X7 ciddi sarsıntı keçirmiş və ağır xəstəliyə düçar olaraq vaxtsız vəfat etmişdir. Vərəsəlik və mülkiyyət hüquqlarına əsasən, inzibati qanunvericiliyə uyğun olaraq, yuxarıda qeyd olunan hüquq müəyyənedici və onlara əlavə edilmiş sənədlərlə torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi xahişi ilə cavabdeh DƏDKR PHŞ-in 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra - 3 saylı Gəncə Ərazi İdarəsi) müraciət etmişdir. Cavabdeh 3 saylı Gəncə Ərazi İdarəsi müraciətinə mücərrəd şəkildə absurd cavab verərək, xüsusi mülkiyyət hüququ ilə ona məxsus torpaq sahəsinin naturada müəyyən edilməsinin mümkün olmaması, həmçinin həmin sahənin bir hissəsində çoxmənzilli binaya verilmiş qanunsuz çıxarış ilə üst-üstə düşdüyü səbəbindən qeydiyyatdan imtina etmişdir. Bundan sonra ona məxsus qeyd olunan sahənin bir hissəsində qanunsuz olaraq çoxmənzilli binanın tikilməsi və o bina üzərində hüquqların dövlət reyestrində qeydə alınaraq qanunsuz çıxarışın hansı əsaslarla Cavabdeh2 MMC-nə verilməsinə dair Gəncə şəhəri 1 saylı vəkil bürosunun sorğusu cavabdeh 3 saylı Gəncə Ərazi İdarəsinə göndərilmişdir. Lakin cavabdeh 3 saylı Gəncə Ərazi İdarəsi onun müraciətinə eyni məzmunlu mücərrəd cavab vermişdir. Qanunsuz aparılmış tikinti üçün torpaq sahəsinin ayrılmasına sərancamın verilməsi və digər texniki-sənədləşmə işləri cavabdeh Gəncə şəhər icra hakimiyyəti tərəfindən icra edilmişdir. Lakin cavabdeh 3 saylı Gəncə Ərazi İdarəsindən məlumat ala bilmək imkanı olmadığından iş üzrə sübut kimi zəruri sənədləri əldə edə bilməmişdir. Hər iki cavabdeh və üçüncü şəxsdən həmin sənədlərin tələb olunması barədə vəsatəti iddia ərizəsinə əlavə etsə də, lakin məhkəmə işin obyektiv araşdırılması naminə ona verilmiş səlahiyyətlərdən istifadə etməyərək vəsatəti diqqətsiz qoymuşdur. Halbuki, məhkəmə cavabdehlər və üçüncü şəxsə sorğu verərək tərəfindən ləğv olunması tələb edilən sənədləri əldə edə bilərdi. Həmçinin, torpaq sahəsinin yerinin müəyyən olunması məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tikinti-texniki ekspertizası aparılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi, məlum olmayan səbəblərdən əsassız olaraq işin baxılmasından imtina edilir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-235/2024 nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və Azərbaycan Respublikasının MPM-in 269-cu maddəsinə müvafiq olaraq iş materialları ilə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-235/2024 nömrəli qərardadı və onun əsasında çıxarılmış xx.xx.2024-cü il tarixli, e-2(125)-235/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası işin hallarının iddia ərizəsinin baxılmamış saxlanılması barədə MPM-nin müddəaları əsasında təhlilinə başlamazdan əvvəl xatırladır ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur. Bu hüququn mülki mühakimə icraatında həyata keçirilməsini müəyyən edən Azərbaycan Respublikasının MPM-in 4.1-ci maddəsinə görə Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının MPM-in 5.1-ci maddəsində göstərilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. Azərbaycan Respublikasının MPM-in 1.2-ci maddəsində də qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının normaları Azərbaycan Respublikasının bütün ərazisində ali hüquqi qüvvəyə və birbaşa təsirə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının normaları və məhkəmə icraatı qaydasını tənzimləyən normalar arasında ziddiyyət olduqda, Azərbaycan Respublikası Konstitusiyasının normaları tətbiq edilir. Lakin nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Buraya dövlət rüsumunun ödənilməsi, mübahisənin məhkəmədənkənar həlli qaydasına riayət olunması və s. kimi qanunla nəzərdə tutulmuş hallar aiddir. Avropa Məhkəməsi «X5rşı» 21 fevral 1975-ci il tarixli qərarında göstərmişdir ki, məhkəməyə müraciət etmək hüququ özünün xarakteri etibarilə dövlət tərəfindən tənzimlənməli hüquqdur. Bu hüquqa qoyulan məhdudiyyətlər yalnız o halda Konvensiyanın 6-cı maddəsinə uyğun ola bilər ki, onlar qanuni məqsəd daşısın, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan əlaqə mövcud olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində də məhkəməyə müraciət üzrə icraatı istisna edən normalar vardır. Bu normalara iddia ərizəsinin geri qaytarılması (152-ci maddə), iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina (153cü maddə), iddia ərizəsinin baxılmamış saxlanması (259-cu maddə) və iş üzrə icraata xitam verilməsi (261-ci maddə) aiddir. Xüsusilə nəzərə almaq lazımdır ki, bu normaların tətbiqi zamanı, o cümlədən iddia ərizəsi baxılmamış saxlanarkən, qanunda nəzərdə tutulmuş müvafiq halların genişləndirici təfsirinə yol verilmir. Çünki bu cür təfsir, nəticə etibarilə müraciət etmək hüququnun məhdudlaşdırılmasına səbəb olur, ədalətli məhkəmə araşdırması hüququnun pozulması riskini artırır. Azərbaycan Respublikasının MPM-in 149-cu maddəsində məhkəməyə müraciət qaydası kimi nəzərdə tutulan iddia ərizəsinin forma və məzmununa dair konkret tələblər irəli sürülərək göstərilmişdir ki, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır (149.1-ci maddə). Azərbaycan Respublikasının MPM-in 149.2.2-ci və 149.2.3-cü maddələrinə əsasən, iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Bu şərtlərə əməl olunmaması iddia ərizəsinin geri qaytarılması kimi hüquqi nəticə törədir. Çünki, Azərbaycan Respublikasının MPM-in 152.1 və 152.1.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinə əlavə olunmalı sənədlər də Azərbaycan Respublikasının MPM-in 150ci maddəsində dəqiq müəyyən edilmişdir. Təbii ki, iddiaçı özünün mülahizəsinə görə iddianın həlli üçün lazım bildiyi digər sənədləri də iddia ərizəsinə əlavə edə bilər. Lakin, Azərbaycan Respublikasının MPM-in 150-ci maddəsində müəyyən olunmuş sənədlərin iddia ərizəsinə əlavə olunması zəruridir. Ümumiyyətlə, Azərbaycan Respublikasının MPM-in 150-ci maddəsində sadalanan sənədlərin iddia ərizəsinə əlavə olunmaması iddia ərizəsinin geri qaytarılmasına əsas olmur. MPM-nin 150.0.1-150.03-cü maddələrində göstərilən sənədlərin (cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri, dövlət rüsumunun öbdənilməsi haqqında sənəd və iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd) iddia ərizəsinə əlavə olunmadığı müəyyən edilərsə, məhkəmə Azərbaycan Respublikasının MPM-in 259.0.12-ci maddəsinin tələblərinə riayət etməklə iddia ərizəsini baxılmamış saxlaya bilər. Belə ki, birinci instansiya məhkəməsi məhkəmənin hazırlıq iclasında iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi, iddia ərizəsinin nəticə hissəsində ləğv edilməsini istədiyi sənədlərin konkret hansı sənədlərdən ibarət olmasının göstərilməsi təklif edilmiş, lakin kifayət qədər vaxt verilməsinə və şərait yaradılmasına baxmayaraq iddiaçı iddia tələbini dəqiqləşdirməmişdir. Məhkəmə kollegiyası göstərir ki, ərizənin məzmunu Azərbaycan Respublikasının MPM-in 149-cu maddəsinin tələblərinə uyğun təqdim edilmədiyindən, yəni iddia ərizəsinin nəticə hissəsində qeyri-müəyyənliyə yol verilmiş, iddiaçı tərəfindən qanunsuz tikintiyə və qeydiyyata əsas olmuş cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 3 saylı Gəncə Ərazi İdarəsi və Cavabdeh1 tərəfindən verilmiş sənədlərin hansı sənədlərdən ibarət olması konkret göstərilmədiyindən və iddiaçı birinci instansiya məhkəməsinin iclasında bu nöqsanı aradan qaldırmadığından, belə halda isə iddia ərizəsini məhkəmə baxışına təyin edib baxmaq mümkün olmadığından məhkəmə tərəfindən haqlı olaraq iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bundan əlavə, birinci instansiya məhkəməsi şikayətdə göstərilən dəlillərə düzgün qiymət verərək bildirmişdir ki, iddiaçı cavabdeh və üçüncü şəxsdən sənədlərin tələb olunması barədə vəsatət verdiyini, buna məhkəmənin diqqətsiz yanaşdığını qeyd etsə də, bununla bağlı Azərbaycan Respublikasının MPM-in 78.2-ci maddəsinə riayət etdiyini, yəni ləğv edilməsini tələb etdiyi sənədlərin konkret olaraq cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 3 saylı Gəncə Ərazi İdarəsi və Cavabdeh1ndən müstəqil qaydada tələb etdiyini təsdiq edən hər hansı sübuta istinad etməmiş, bu barədə müvafiq sorğusunu iş materiallarına əlavə etməmişdir. İddiaçı yalnız “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 3 saylı Gəncə Ərazi İdarəsinin ona absurd cavablar verməsinə istinad edir. Halbuki, həmin cavab məktublarından iddiaçının hər hansı sənədləri tələb etdiyi görünmür, qeyd edilən cavab məktublarında iddiaçının da qeyd etdiyi kimi “problemin həllinin” mümkün olmamasından bəhs edilir. Bundan başqa, qeyd edilməlidir ki, iddiaçının ümumiyyətlə Cavabdeh1nə müstəqil qaydada müraciət etməsi iş materiallarından görünmür. Nəzərə alınmalıdır ki, Konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Sadalanan halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının ərizəsi üzrə etdiyi hərəkətlər prosessual qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-235/2024 nömrəli qərardadı və onun əsasında çıxarılmış xx.xx.2024-cü il tarixli, e-2(125)-235/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 372, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-235/2024 nömrəli qərardadı və onun əsasında çıxarılmış xx.xx.2024-cü il tarixli, e-2(125)-235/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Bu qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-790/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-790/2024
13.03.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver