Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-796/2023 08.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 Şahsəddın oglunun, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X22, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Reyestr Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə və Şəmkir rayon 1 saylı Notariat Ofisinə qarşı mülki iş üzrə Açar sözlər: qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və müqavilənin etibarsız hesab edilməsi, çıxarışların ləğvi və vərəsə tanınma tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı1 Şahsəddın oglunun, Cavabdehlər Cavabdeh3, Cavabdeh4 və X17 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X22, Azərbaycan Respublikası İqtisadiyyət Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Reyestr Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə və Şəmkir rayon 1 saylı Notariat Ofisinə qarşı miras torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, miras əmlak üzərində mülkiyyət hüququna dair çıxarışların ləğv edilməsi, miras əmlaklara qanun üzrə vərəsə tanınma, miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 2(076)-1699/2022 saylı mülki iş üzrə 15 sentyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı1 Şahsəddın oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə 08 may 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmədə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan Şəmkir rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.1960-cı il tarixli, İ-İE № 880718 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X11 20 aprel 1960-cı ildə Şəmkir rayonu Plankənd kəndində doğulmuşdur, anası X36, atası X12r.
2. İş materiallarında olan Şəmkir rayon Keçili kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, AZ-İ401807 saylı ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X11 17 fevral 2007-ci ildə ölmüşdür.
3. İş materiallarında olan Şəmkir rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 345259 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı1 xx xxxxx 1988-ci ildə Şəmkir rayonun Keçili kəndində doğulmuşdur, atası X11, anası X18r.
4. İş materiallarında olan Şəmkir rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.1986-cı il tarixli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı3 xx xxxxxx 1986-cı ildə Şəmkir rayonun Keçili kəndində doğulmuşdur, atası X13, anası X18r.
5. İş materiallarında olan Şəmkir rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X11 ilə İddiaçı2 xx.xx.1986-cı il tarixdə nikahlarını bağlamışlar.
6. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş 27 aprel 2022-ci il tarixli, **********80 saylı arayışdan görünür ki, Şəmkir rayonu Keçili kəndində yerləşən 1.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X8, X19, X44i və X23 adlarına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon Şöbəsi tərəfindən Şəmkir rayon Aqrar İslahat Komissiyasının 28 may 1998-ci il tarixli, 51 nömrəli qərarı ilə JN-840 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı tərtib edilmişdir. Həmin torpaq sahəsi Şəmkir 2 saylı Dövlət Notariat Kontorunun 20 fevral 2002-ci il tarixli, 4Ə-21 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında bütövlüklə X30 adına özgəninkiləşdirilmişdir. Daha sonra qeyd edilən torpaq sahəsi bütövlüklə Şəmkir rayonu 1 saylı Notariat Kontorunun 26 yanvar 2018-ci il tarixli, 2V-93 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi əsasında Cavabdeh2 adına özgəninkiləşdirilmiş və ona tam mülkiyyət hüququ ilə 02 avqust 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir.
7. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş 27 aprel 2022-ci il tarixli, **********80 saylı arayışdan görünür ki, Şəmkir rayonu Keçili kəndində yerləşən 0.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X24 və X30 adlarına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon Şöbəsi tərəfindən Şəmkir rayon Aqrar İslahat Komissiyasının 28 may 1998-ci il tarixli, 51 nömrəli qərarı ilə JN-840 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı tərtib edilmişdir. Həmin torpaq sahəsi Şəmkir 1 saylı Notariat Kontorunun 04 avqust 2018-ci il tarixli, 2V-860 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında əlavə şəhadətnaməsi əsasında bütövlüklə Cavabdeh2 adına özgəninkiləşdirilmişdir. Daha sonra qeyd edilən torpaq sahəsi bütövlüklə Şəmkir rayonu 1 saylı Notariat Ofisinin 11 mart 2022-ci il tarixli, 4Ə-289 reyestr nömrəli qalqı-satqı müqaviləsi əsasında Cavabdeh4 və Cavabdeh3 adlarına özgəninkiləşdirilmiş və onlara ümumi birgə mülkiyyət hüququ ilə 06 aprel 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir.
8. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 2V-93 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, xx.xx.2015-ci ildə ölmüş X30 vərəsəsi Cavabdeh2dur və o miras əmlakdan 1/1 hissədə pay almalıdır. xx.xx.2017-ci il tarixdə X34 verilmiş **********16 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən Şəmkir rayonu Keçili kəndində yerləşən ümumi sahəsi 1.2838 ha olan torpaq sahəsindən ibarətdir.
9. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 2V-860 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, xx.xx.2015-ci ildə ölmüş X30 vərəsəsi Cavabdeh2dur və o miras əmlakdan 1/1 hissədə pay almalıdır. xx.xx.2017-ci il tarixdə X34 verilmiş seriya nömrəsi JN:845, KOD 50411018 olan Dövlət aktına əsasən Şəmkir rayonu Keçili kəndində yerləşən ümumi sahəsi 0.5237 ha olan torpaq sahəsindən ibarətdir.
10. Mülki işin materiallarında olan, Şəmkir rayonu 1 saylı Notariat Kontorunda bağlanmış, AH-İ № 09203378 saylı 25 may 2022-ci il tarxli “daşınmaz əmlakın alqı satqı nüqaviləsi”nin təsdiq olunmuş surətindən müəyyən olunur ki, Əliyev X25 rayonu Keçili kəndində yerləşən, mülkiyyətində olan 1.2838 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini Şəmkir rayonunun Qılıcbəyli kənd sakini X22 4600 manata satmışdır.
11. Mülki işin materiallarına əlavə olunan, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Şəmkir rayonu Keçili kəndində yerləşən, 1.2838 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X17 adına mülk kimi DƏDRXdə qeydə alınmışdır.
12. Mülki işin materiallarına əlavə olunan, Şəmkir rayon İHB-nin Keçili kənd İƏD üzrə nümayəndəliyi tərərfindən verilmiş 20 aprel 2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, Şəmkir rayonunun Qılıcbəyli kənd sakini X17 mülkiyyətində Şəmkir rayonunun Keçili kəndi ərazisində yerləşən 1,2838 ha torpaq sahəsi vardır və həmin torpaq sahəsində ərik bağı və çiyələk əkmişdir.
13. Mülki işin materiallarına əlavə olunan, 23 noyabr 2020-ci il tarixli etibarnamədən görünür ki, Cavabdeh2 özünə məxsus olan Şəmkir rayonunun Keçili kəndi ərazisində yerləşən istənilən kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən əvəzsiz istifadə etməyi, və.s. hərərkətlər etməyi Şəmkir rayonunun Qılıcbəyli kəndində qeydiyyatda olan X22 etibar etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
14. İddiaçılar İddiaçı1 və qeyriləri cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və digərilərinə qarşı miras torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, miras əmlak üzərində mülkiyyət hüququna dair çıxarışların ləğv edilməsi, miras əmlaklara qanun üzrə vərəsə tanınma, miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi və miras paylarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.
15. Məhkəmənin qərardadı ilə X31 cavabdeh qismində işə cəlb edilmişdir.
16. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 51 saylı qərarı ilə JN-845 saylı «Torpağın Mülkiyyətə verilməsinə dair» Şəhadətnamə əsasında 0.52 hektar həyətyanı torpaq sahəsi babası mərhum X24 ilə mərhum nənəsi X30 ümumi paylı mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsini mərhumlar sağlıqlarında istifadə etmişlər, onların vəfatlarından sonra, yəni babasının vəfatından sonra da həmin miras mülkdə X49, atası Şahsəddin Əliyev ailə üzvləri ilə birlikdə qalıb yaşamışlar. Atası xx.xx.2007-ci ildə vəfat etmişdir. X49 isə atasından sonra, yəni 30 yanvar 2015-ci ildə vəfat etmişdir. Cavabdeh Söhrab Əliyev babası Əlizaman Əliyevin xx.xx.2005-ci ildə vəfat etməsindən 13 il keçməsinə, nənəsinin vəfatından 3 il keçməsinə baxmayaraq xx.xx.2018-ci ildə 2V-860 saylı reyestrlə dövlət qeydiyyatına alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında JN- 845 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı əsasında 0,52 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə bütövlükdə Söhrab Əliyev qanun üzrə vərəsə tanınmışdır. Nəticədə iddiaçıların baba-nənəsindən miras qalmış həmin 0,52 ha torpaq sahəsinə olan qanun üzrə vərəsəlik hüquqları pozulmuşdur. Cavabdeh-Söhrab Əliyev JN- 845 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı əsasında babalarından və nənələrindən miras qalmış 0,52 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vərəsə tanındıqdan sonra mülkiyyət hüququnu xx.xx.2018-ci il tarixli qeydiyyat nömrəsi ********** olan ******* №-li HDQH DƏDR-dən Çıxarış əsasında dövlət qeydiyyatına aldırmışdır. Cavabdeh Söhrab Əliyevin mülkiyyətinə verilmiş həmin 0,52 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini Şəmkir rayon 1 saylı Notariat Ofisində xx.xx.2022-ci il tarixdə 4Ə- 289 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Şəmkir rayonu Keçili kənd sakinləri Cavabdeh4 və Cavabdeh3 satmış, nəticədə həmin torpaq sahəsi üzərində Cavabdeh4 və Cavabdeh3 paylı mülkiyyət hüquqları xx.xx.2022-ci il tarixdə **********2 nömrəli Çıxarış əsasında dövlət qeydiyyatına alınmışdır. Bundan başqa Şəmkir rayon 2 saylı Notariat Kontorunda xx.xx.2002-ci il tarixdə 4Ə-21 saylı reyestrlə qeydə alınmış alqı-satqı müqaviləsi əsasında Şəmkir rayonu Keçili kənd sakinləri X6, X14, X26 və X20 nənələri X41 tərəfindən satın alınmış 1,28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, cavabdeh Söhrab Əliyev nənələrinin xx.xx.2015-ci ildə vəfatından 3 il sonra Şəmkir rayon 1 saylı Notarita Kontoruna müraciət edərək nənələrinin özündən başqa vərəsəsinin olmamasına dair sənədlər təqdim edərək xx.xx.2018-ci il tarixli 2V-93 saylı reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında qanun üzrə vərəsə tanınmış və həmin sahə üzərində özünün tam mülkiyyət hüququnu xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəli X28 əsasında dövlət qeydiyyatına aldırmışdır. Ancaq, həmin 1,28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi nənələri Əminə Əliyevanın vəfatından sonra atası-Şahsəddin Əliyevin sahibliyində və istifadəsində olmuş, atasının vəfatından sonra isə iddiaçıların sahibliyində və istifadələrindədir. Cavabdeh Söhrab Əliyev babanənələrindən miras qalmış əmlaklara əsassız olaraq təkcə özünün vərəsə tanınmasına dair əməliyyatlara qarşı Şəmkir Rayon Məhkəməsində qaldırmış olduqları iddiaları, yəni “Şəmkir rayonun Keçili kəndində yerləşən, JN-194A saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında X9 və X30 ümumi paylı mülkiyyətlərinə verilmiş 0.54 ha həyətyanı torpaq sahəsinə X15 adına tərtib edilmiş xx.xx.2013-cü il tarixli 2V-01-141 saylı reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin torpaq sahəsinin 1\2 hissəsinə X30 və X4 qanun üzrə vərəsə tanınmaları, həmin miras payının faktiki olaraq qəbul etmələri faktının müəyyən edilməsi, X30 və X5 miras paylarına qanun üzrə vərəsə tanınmaları, həmin miras paylarını faktiki olaraq qəbul etməkləri faktının müəyyən edilməsi barədə» iddiaları Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(076)-3660\2018 saylı qətnaməsi əsasında qismən təmin edilərək Şəmkir rayon Notariat X1 adına tərtib edilmiş xx.xx.2013-cü il tarixli 2V-041-141 reyestr nömrəli «Qanun üzrə vərəsəlik hüququ haqqına Şəhadətnamə» etibarsız hesab edilmiş, İddiaçı1 Şaxsəddin oğlunun X24 və X27 miras qalmış Şəmkir rayonu Keçili kəndində yerləşən JN-194A saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» əsasında 0,54 ha torpaq sahəsindən ibarət miras əmlakı faktiki olaraq qəbul etməsi faktı müəyyən edilmiş və o, həmin əmlaka qanun üzrə vərəsə tanınmış, İddiaçı1 Şaxsəddin oğlunun həmin torpaq sahəsindən ibarət miras əmlakdakı payı 17\144 hissədə, X15 payı 42\144 hissədə, X10 payı 42\144 hissədə, X21 payı 17\144 hissədə, X16 payı18\144 hissədə olması müəyyən edilmişdir. Yəni, artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə iddiaçıların X7 və X27 JN-194A saylı «Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə» əsasında miras qalmış 0,54 ha torpaq sahəsinin bir hissəsinin iddiaçılar tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilərək həmin miras əmlaka qanun üzrə vərəsə tanınmışlar. Beləliklə, qeyd olunanlara əsasən, Şəmkir rayonunun Keçili kəndində yerləşən, JN 845 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət aktı əsasında mərhumlar: babaları X7 və nənələri X27 miras qalmış, 0.52 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Cavabdeh2 adına Şəmkir rayon 1 saylı Notariat Kontorunda xx.xx.2018-ci il tarixdə 2V-860 saylı reyestrlə qeydə alınmış qanun üzrəvərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin 0.52 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ibarət miras əmlak üzərində Cavabdeh2 mülkiyyət hüququna dair qeydiyyat nömrəsi ********** olan xx.xx.2018-ci il tarixli ******* №-li HDQH DƏDR-dən Çıxarışın ləğv edilməsi,həmin 0.52 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh2 Cavabdeh4 və Cavabdeh3 satılmasına dair Şəmkir rayon 1saylı Notariat Ofisində xx.xx.2022-ci il tarixli 4Ə-289 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin 0.52 ha torpaq sahəsi üzərində Cavabdeh4 və Cavabdeh3 paylı mülkiyyət hüquqlarına dair xx.xx.2022-ci il tarixli **********2 nömrəli Çıxarışın ləğv edilməsi, həmçinin, mərhum nənələri X27 miras qalmış 1.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Cavabdeh2 qanun üzrə vərəsə tanınmasına dair Şəmkir rayon 1 saylı Notariat Kontorunda xx.xx.2018-ci tarixdə 2v-93 saylı reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhdətnamənin etibarsız hesab edilməsi, həmin 1.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququna dair xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən Çıxarışın ləğv edilməsi, həmin torpaq sahəsinin 0.52 ha və 1.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə iddiaçıların qanun üzrə vərəsə tanınmağı, həmin miras torpaq sahələrini faktiki olaraq qəbul etməsi faktının və miras paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
17. Sonradan iddaçılara məlum olmuşdur ki, Cavabdeh2 mülkiyyət hüququna dair xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən Çıxarış əsasında 1.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini X3. Ona görə də iddianın həcminin artırılması barədə ərizə verərək həmçinin, Şəmkir rayonu Keçili kəndində yerləşən, 1.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Şəmkir rayonunun Qılıcbəyli kənd sakini X2 dair Şəmkir rayonu 1 saylı Notariat Kontorunda bağlanmış 25 may 2022-ci il tarxli 4-ə581 reyestr nömrəli “daşınmaz əmlakın alqı satqı nüqaviləsi”nin etibarsız hesab edilməsi və həmin torpaq sahəsi barəsində X22 verilən “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsini xahiş etmişlər.
18. Məhkəmə hazırlıq iclasında cavabdeh X31 iddia ərizəsinə etiraz verərək qeyd etmişdir ki, o, Cavabdeh2 1.2838 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini qanuni alqı– satqı müqaviləsi ilə almışdır və hüquqlarını dövlət qeydiyyatına aldırmaqla öz adına çıxarış almışdır. Cavabdeh2 kiminlə nə mübahisəsi varsa da bunun ona aiddiyatı yoxdur. Hesab edir ki, o, vicdanlı alıcıdır, ona dair çıxarışın ləğv edilməsi onun dövlət tərəfindən qorunan hüquqlarını pozur. Göstərilənlərə əsasən iddianın ona aid hissədə rədd edilməsini xahiş etmişdir.
19. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh2, Şəmkir rayon Notariat Kontorunun nümayəndəsi, Azərbaycan Respublikası ƏMDK yanında 11 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir.
20. Məhkəmə iclasında İddiaçı1 həm öz adından həm də digər iddiaçılar İddiaçı2 və İddiaçı3 nümayəndəsi olaraq onların adından da iddianı müdafiə etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın tam təmin edilməsini xahiş etmişdir.
21. Məhkəmə iclasında cavabdeh X17 nümayəndəsi vəkil Elçin Həsənov iştirak etmiş, X17 iddia ərizəsinə verdiyi etirazı müdafiə etmiş, etirazın məzmununa uyğun izahat verərək iddianın X22 aid olan hissədə təmin edilməməsini xahiş etmişdir.
22. Şəmkir Rayon Məhkəməsinin 2(076)-1699/2022 saylı mülki iş üzrə 15 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim: Ş.Məmmədova) iddia qismən təmin edilmiş, X7 və X27 miras qalmış 0.52 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Cavabdeh2 adına Şəmkir rayon 1 saylı Notariat Kontorunda xx.xx.2018-ci il tarixdə 2V-860 saylı reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, Cavabdeh2 adına olan xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış ləğv edilmiş, X27 miras qalmış 1.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Cavabdeh2 qanun üzrə vərəsə tanınmasına dair Şəmkir rayon 1 saylı Notariat Kontorunda xx.xx.2018-ci tarixdə 2v-93 saylı reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhdətnamə etibarsız hesab edilmiş, Cavabdeh2 mülkiyyət hüququna dair xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarış ləğv edilmiş, iddia qalan hissələrdə təmin edilməmiş, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 gələcəkdəxx.xx.2022-ci il tarixli 4Ə-581reyestr saylı alqı-satqı vəxx.xx.2022-ci il tarixli 4Ə-289 reyestr saylı alqı-satqı müqaviləsinin bağlanması nəticəsində onlara vurulmuş ziyanla bağlı məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
23. İddiaçı1 qətnamədən apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1699/2022 saylı mülki iş üzrə 15 sentyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normarı pozulmuşdur. Belə ki, hesab edir ki, məhkəmə tərəfindən Cavabdeh2 qeyd olunan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mülkiyyətinə keçirdiyi 0.52 və 1.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrini qətnamədə qeyd olunan cavabdehlərə satılmasına dair alqı-satqı müqavilələri də etibarsız hesab edilməlidir. Ona görə ki, hər iki torpaq sahələrini müvafiq müqavilələrlə almış digər cavabdehlər həmin torpaqların Cavabdeh2 mülkiyyətinə əsassız olaraq keçirilməsi barədə, onunla və ailə üzvləri ilə Cavabdeh2 arasında mübahisənin olmasını yaxından bilirdilər. Eyni zamanda iddiaçılar tərəfindən həmin torpaq sahələri ilə bağlı Cavabdeh2 arasında məhkəmə mübahisələrinin davam etdiyi zaman, yəni artıq məhkəmənin müvafiq qərardadı ilə həmin torpaq sahələrinin özgəninkiləşdirilməsinə qadağa qoyulması barədə qərardad olmasına baxmayaraq 1.28 ha torpaq sahəsi Cavabdeh2 tərəfindən Hakim Məmmədova satılmışdır. Həmin alqı-satqının dayandırılması barədə onun tərəfindən cavabdeh Hakim Məmmədova şifahi qaydada xəbərdarlıq edilmişdir. Ona görə də hər üç cavabdehlərin mübahisəli torpaqları almalarına dair alqı-satqı müqavilələri onların guya vicdanlı olmaları səbəbindən etibarsız hesab edilməmələri barədə məhkəmənin gəldiyi nəticəni əsassız hesab edir. Eyni zamanda cavabdehlər Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasında verdikləri izahatda tərəflər arasında vərəsəliklə bağlı mübahisənin olmasını bildiklərini bildirmişlər və həmin 0,52 ha torpaq sahəsini Zöhrabdan satın almamış, özlərinə məxsus torpaq sahəsi ilə dəyişdirmişlər. Məhkəmə isə cavabdehlərin izahatlarını iclas protokoluna qeyd etdirmədən obyektiv qiymət verməmişdir. Digər tərəfdən Cavabdeh2 vərəsəlik yolu ilə əldə etdiyi torpaqlara olan mülkiyyət hüququna dair Çıxarışlar məhkəmənin hazırki qətnaməsi əsasında ləğv edilirsə, həmin çıxarışlar əsasında aparılmış alqı-satqı müqavilələri də etibarsız hesab edilməli və müvafiq olaraq sonuncu cavabdehlərin həmin torpaqlar üzərindəki mülkiyyət hüquqlarına dair çıxarışlar da ləğv edilməlidir. Hesab edir ki, işin halları məhkəmə tərəfindən düzgün araşdırılmamış, işdə olan sübutlar tədqiq olunmamışdır. Bu səbəbdən də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasında xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
26. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı (digər iddiaçıların nümayəndəsi) İddiaçı1 apellyasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat vermiş, əlavə olaraq bildirmişdir ki, cavabdeh Hakim Məmmədov başqa kənd sakinidir, əmisi Cavabdeh2 həmin mübahisəli torpaq sahəsini ona satmamış, formal olaraq onun adına keçirmişdir, hazırda da əmisi Cavabdeh2 həmin torpaq sahəsini başqa bir adamın icarəsinə vermişdir. Həmin torpaq sahəsi üzərində əkilmiş olan ağaclar və çiyələk Hakim Məmmədov tərəfindən deyil başqa şəxs tərəfindən əkilmişdir. Həmin torpaq sahəsini 2021-ci ildə özü istifadə etmişdir. Digər cavabdehlər Cavabdeh4 və Cavabdeh3 da məhkəmə iclasında izahat verərək bildirmişlər ki, onlar pul verib torpaq almamışlar, sadəcə özlərinə məxsus torpaq sahəsi ilə həmin torpaq sahəsini dəyişdirnişlər. Sonda iddiaçı apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
27. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X31 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, izahatında bildirdi ki, iddiaçının mübahisələndirdiyi Şəmkir rayonu Keçili kəndində yerləşən, 1.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini təxminən 5 il bundan əvvəl Cavabdeh2 satın almışdır. Həmin torpaq sahəsinə görə həmin vaxt Cavabdeh2 4600 manat pul vermişdir. Həmin məbləğdə pulu əldə etmək üçün bir neçə mal-qarasını satmışdır. Həmin vaxtdan da həmin torpaq sahəsi onun istifadəsindədir, orada meyvə ağacları və çiyələk əkmişdir. Həmin torpaq sahəsini Cavabdeh2 satın alarkən həmin torpaq sahəsi ilə bağlı İddiaçı1 ilə torpağı ona satan Cavabdeh2 arasında heç bir mübahisə olmamışdır. Hələ 2020-ci ildə Cavabdeh2 həmin torpaq sahəsi barəsində ona baş etibarnamə vermişdir. Ancaq, torpağın alqı satqısını 2022-ci ildə rəsmiləşdirmişlər. İddiaçı1 həmin torpaq sahəsinin ona məxsus olduğunu özü də bilir, lakin aralarında olan münasibətləri sonradan pozulduğundan ona qarşı bu iddianı qaldırmışdır. Sonda cavabdeh X31 şikayətin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ona aid olan hissədə dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh4 və Cavabdeh3 apellyasiya şikayətinin dəlillərinə qismən uyğun gələn izahat verdilər və qeyd etdilər ki, Cavabdeh2 torpaq almaq üçün pul verməmiş, yalnız özlərinə məxsus olan torpaq sahəsi ilə əvəzləşdirmişlər. Onlar Cavabdeh2 aldıqları torpaq sahəsi ilə bağlı İddiaçı1 Cavabdeh2 arasında mübahisənin olmasından məlumatlı olmamışlar. Bu barədə məhkəmədə mübahisə olduqda xəbər tutmuşlar. Onlar savadsız adamlardır və xahiş edirlər ki, Cavabdeh2 onların torpaq sahəsini onların özlərinə qaytarsın, İddiaçı1 də torpağını özünə versin. Məhkəmənin sonuncu iclasının yeri və vaxtı barədə Cavabdeh4 və Cavabdeh3 lazımi qaydada məlumat verilmiş, lakin, onlar məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını və iş üzrə yekun qərar qəbul edilməsini mümkün hesab etmişdir.
29. İş üzrə digər cavabdehlərə məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin, onların nümayəndələri məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
30. Məhkəmədə iddiaçının vəsatətinə əsasən şahid qismində dindirilən X35 ifadə verərək bildirmişdir ki, mübahisə yarandığı üçün Zöhrab torpağı satmaq üçün adam axtarmış, bu barədə ona da demişdir. X40 dostudur, o, torpağın mübahisəli olduğunu bilmişdir. Məhkəmədə şahidin tərəflərə münasibəti aydınlaşdırılarkən şahid Cavabdeh2 ilə aralarında münasibətlərinin yaxşı olmadığını bildirmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Kostitusiyası 31.Maddə 13 Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
32. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
33. Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 34.Maddə 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. 35.Maddə 146.1 –daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 36.Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 37.Maddə 182. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. 38.Maddə 567 Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
39.“İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında”Avropa Konversiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüquqi ümumi prinsipləri istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
40. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 41.Maddə 62.1. Məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər.
42. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
43. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın
46. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 47.Maddə 104.1. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir.
48. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 49.Maddə 195.2. Sədrlik edən, şahidin işdə iştirak edən şəxslərlə olan münasibətlərini aydınlaşdırır və işin halları üzrə ona şəxsən məlum olan hər şeyi məhkəməyə bildirməsini təklif edir. 50 Maddə. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
51. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
52. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
53.Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
54. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 55.İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin gəldiyi nəticəni mübahisələndirərək, qətnamənin ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, əslində iddiaçı iddiasının təmin edilməyən hissəsində qətnamənin ləğv edilərək iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, yalnız iddianın təmin edilməyən hissəsində qətnamənin əsaslı olub olmaması yoxlanılmalıdır.
56. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə mübahisələndirilən hissələrdə qanuni və əsaslıdır.
57. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbinin xx.xx.2022-ci il tarixli 4Ə- 581 reyestr saylı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və həmin müqavilə əsasında cavabdeh X17 adına tərtib olunmuş həmin torpaq sahəsi barəsində X22 verilən “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv olunması, Cavabdeh4 və Cavabdeh3 arasında bağlanmış 11.03.22-ci il tarixli 4Ə-289 reyestr saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, həmin alqı-satqı müqaviləsi əsasında cavabdehlər Cavabdeh4 və Cavabdeh3 adına tərtib olunmuş xx.xx.2022-cü il tarixli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv olunması hissəsini təmin etməyərkən qeyd etmişdir ki, məhkəmə baxışı zamanı X31, Cavabdeh4 və Cavabdeh3 alqı-satqı müqavilələrini bağlayarkən bu zaman qeydiyyatın düzgün olmadığını bilməsinə və ya qeydiyyatın qeyri-dəqiqliyinə dair qeydin reyestrə daxil edilməsinə dair hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən, cavabdehlər vicdanlı əldə edənlər olduğundan, həmçinin qeydiyyatın həqiqiliyi baxımından iddia həmin hissədə təmin edilməməlidir.
58. İddiaçının apellyasiya şikayətinin əsas dəlili ondan ibarət olmuşdur ki, cavabdehlər həmin torpaqların Cavabdeh2 mülkiyyətinə əsassız olaraq keçirilməsi barədə, onunla və ailə üzvləri ilə Cavabdeh2 arasında mübahisənin olmasını yaxından bilirdilər, bunu bilə-bilə həmin torpaq sahələri barədə əqd bağlamışlar, ona görə də onlar vicdanlı əldə edənlər deyildirlər.
59. İddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri müzakirə edərək, kollegiya aparılmış araşdırmalar nəticəsində hesab edir ki, həmin dəlillər məhkəmə qətnaməsinin mübahisələndirilən hissələrdə ləğv edilməsi üçün əsas sayıla bilməz.
60. Nəzərə alınmalıdır ki, hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmazdır. Bu hüquq beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur.(İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi və s.). Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir.
61. Təbii haldır ki, qanunsuz əqdlərin nəticələrinin, onun vurduğu zərərin aradan qaldırılması ilə bağlı məsələlərdə qanunverici əmlakı özgəninkiləşdirənlə onu əldə edənə münasibətdə fərqli meyarlarla yanaşır. Qanunverici “vicdanlı sahib” və “vicdansız sahib” kateqoriyalarını fərqləndirir.
62. Belə ki, Mülki Məcəllənin 149.2-ci maddəsinə əsasən, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.
63. Ona görə də mübahisə üzrə düzgün qərar qəbul edilməsi üçün ilk növbədə, cavabdehlərin torpaq sahələri üzrə vicdanlı və ya vicdansız sahibi olması məsələsi aydınlaşdırılmalıdır.
64. Qeyd olunmalıdır ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir dövriyyə iştirakçısı, əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o, vicdanlı əldə edən qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da əldə edən vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı əldə edən əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı əldə edənin əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir.
65. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı əldə edənin əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyənin sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır.
66. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
67. Həmin Məcəllənin 182-ci maddəsi əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olduğunu müəyyən edir. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçisi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.
68. Kollegiya qeyd edir ki, yuxarıda göstərilən müddəalar alqı-satqı müqaviləsi bağlanan zaman daşınmaz əmlakın dövlət reyestrində olan qeydiyyatına etimad prezumpsiyasını ehtiva edir. Bu səbəbdən satılan əmlakın satıcının mülkiyyətində olduğu, eləcə də həmin əmlakın üzərində hər hansı məhdudiyyət və yüklülüyün qeydə alınmadığı daşınmaz əmlakın dövlət reyestrindən verilən məlumatla öz təsdiqini tapırsa, alıcının hüquqları qorunur. 69.Araşdırılmış sübutlar ilə də müəyyən edilir ki, Cavabdeh2 xx.xx.2018-ci il tarixli çıxarışla ona məxsus olan 1.2838 ha torpaq sahəsini xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi ilə 4600 manata X22, 0,52 ha torpaq sahəsini isə xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi ilə Cavabdeh4 və Cavabdeh3 satmışdır. 70."xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2018-ci il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır.
71. Kollegiya göstərir ki, cavabdeh tərəfin iddiaçının qeyd etdiyi işin hallarından məlumatları olsaydı onları “vicdanlı əldə edən” hesab etmək olmazdı. Lakin, işin faktiki hallarından görünür ki, cavabdehlər əldə etdikləri torpaq sahələri ilə bağlı əqd bağlayarkən iddiaçı tərəfindən buna hər hansı bir narazılıq olması halı mövcud olmamışdır. İddiaçı cavabdehlərin əldə etdikləri torpaq sahələri ilə bağlı əqd bağlayarkən onların həmin əmlakı qanuni və etibarlı əsaslarla əldə etmədiklərini, əmlakla bağlı mübahisənin olduğunu bildiklərini iddia etsə də, onun bu dəlilləri iş materialları ilə təsdiq olunmur.
72. Belə ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübut etmə vəzifələrinin bölgüsünün ümumi qaydasını muəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. 73.Doğrudur ki, MPM-in 76.2-ci maddəsi tərəflərin izahatlarını işdə sübut növləri kimi nəzərdə tutur. Kollegiya bununla yanaşı qeyd edir ki, tərəflər işin nəticəsində maraqlı olduqlarından, MPM-in 106.1-ci maddəsinin tələblərinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə olan halda iddiaçının izahatında göstərdiyi xüsusatları təsdiq edə bilən, əlaqəli, başqa sübutlar da olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən məhkəmə iclasına dəvət olunmuş X51 Cavabdeh2 torpağı satmaq üçün adam axtardığını, bu səbəbdən ona da müraciət etdiyini bildirmiş, həmçinin Cavabdeh2lə münasibətlərinin yaxşı olmadığını qeyd etmişdir. Kollegiya qeyd edir ki, şahid ifadəsinin obyektivliyi hər bir halda qiymətləndirmə obyekti olmalıdır. X51 ifadə verərkən iş üzrə cavabdeh tərəflə münasibətinin yaxşı olmadığını özü şəxsən ifadə etdiyindən kollegiya hesab edir ki, onun ifadəsi cavabdehlərin vicdanlı alıcı olmadıqları barədə iddiaçının məhkəməyə bildirdiklərini təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Artıq yuxarıda qeyd edildiyi kimi, mülki işin materiallarına əlavə olunan, Şəmkir rayon İHB-nin Keçili kənd İƏD üzrə nümayəndəliyi tərərfindən verilmiş 20 aprel 2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, Şəmkir rayonunun Qılıcbəyli kənd sakini X17 mülkiyyətində Şəmkir rayonunun Keçili kəndi ərazisində yerləşən 1,2838 ha torpaq sahəsi vardır və həmin torpaq sahəsində ərik bağı və çiyələk əkmişdir. Bundan əlavə, mülki işin materiallarına əlavə olunan, 23 noyabr 2020-ci il tarixli etibarnamədən görünür ki, Cavabdeh2 özünə məxsus olan Şəmkir rayonunun Keçili kəndi ərazisində yerləşən istənilən kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən əvəzsiz istifadə etməyi, və.s. hərərkətlər etməyi Şəmkir rayonunun Qılıcbəyli kəndində qeydiyyatda olan X22 etibar etmişdir. X31 izahatında qeyd etmişdir ki, Şəmkir rayonu Keçili kəndində yerləşən, 1.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini təxminən 5 il bundan əvvəl Cavabdeh2 satın almışdır və həmin vaxtdan da həmin torpaq sahəsi onun istifadəsindədir, orada meyvə ağacları və çiyələk əkmişdir. Məhkəmə kollegiyası mübahisəli 1.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yerində baxış keçirmiş, baxış zamanı həmin torpaq sahəsi üzərində meyvə ağaclarının və çiyələk bitkilərinin olması müşahidə olunmuşdur. Bu sübutların cavabdeh Hakim Məmmədovun izahatı ilə əlaqəli şəkildə qiymətləndirdikdə X17 həmin torpaq sahəsinin vicdanlı alıcısı olması işin faktiki halı kimi təsdiq olunur. Digər cavabdehlər- Cavabdeh4 və Cavabdeh3 da əldə etdikləri torpaq sahəsinin vicdanlı alıcısı olmaları da işin faktiki halı kimi təsdiq olunur. Belə ki, onlar əldə etdikləri torpaq sahəsini özlərinə məxsus olan torpaq sahəsini Cavabdeh2 verməklə, yəni qiyməti ödənilməklə əldə etmişlər. Cavabdeh4 və Cavabdeh3 məhkəmədə izahat verərkən, əldə etdikləri torpaq sahəsi ilə bağlı hər hansı bir mübahisənin olmasından məlumatsız olduqlarını bildirmişlər. Həmçinin, iddiaçının həmin torpaq sahəsi ilə bağlı iddiaları əqdin bağlanmasından sonrakı vaxta təsadüf edir. 74 Bunlar onu təsdiq edir ki, cavabdehlər mübahisəli torpaq sahələrinin “vicdanlı sahibləridir, onlar həmin torpaq sahələrini qanuni və etibarlı əsaslarla əldə etmişlər.
75. Məhkəmə kollegiyası işin bu anında diqqəti Konstitusiya Məhkəməsinin “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 7 oktyabr 2004-cü il tarixli qərarındakı hüquqi mövqeyinə çəkməyi zəruri hesab edir.
76. X29 Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o, vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Adıçəkilən qərarda Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq onu da qeyd etmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır.
77. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, apellyasiya şikayətində göstərilmiş xüsusatları araşdıraraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini X17, Cavabdeh4 və Cavabdeh3 Cavabdeh2lə bağladıqları əqdləri etibarlı saymaqla həmin hissədə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Həmin hissələrdə qətnamə qanuni əsaslı sayıldığından kollegiya hesb edir ki, iddianın təmin edilməyən qalan hissələrinə hüquqi qiymət verilməsinə zərurət qalmır, çünki, həmin əmlak artıq X17, Cavabdeh4 və Cavabdeh3 mülkiyyəti sayılır, buna görə də miras əmlak kimi qiymətləndirilə bilməz.
78. Beləliklə, məhkəmə kollegiyasının gəldiyi qənaətə görə, birinci instansiya məhkəməsi mübahisəni işin faktiki hallarına uyğun, iş üzrə toplanılmış sübutlara faktlar nöqteyi-nəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təsdiq olunmur və şikayətin təmin edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Buna görə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəmkir Rayon Məhkəməsinin 2(076)-1699/2022 saylı mülki iş üzrə 15 sentyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq
Q Ə T E T D İ:
Apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)-1699/2022 saylı mülki iş üzrə 15 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə, ondan kassasiya şikayəti verilməzsə, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.