Məhkəmə qərarları › İş №2(104)-8/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-8/2025

15.01.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-8/2025 15.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X3 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı6, İddiaçı7, İddiaçı9, İddiaçı10, İddiaçı13, İddiaçı15, İddiaçı20, İddiaçı23, X1, İddiaçı29, İddiaçı46, cavabdeh İddiaçı32 etibarnamə üzrə nümayəndəsi X7 və həmçinin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(021)-2180/2021 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərinə 15 yanvar 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İlk iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, X9, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20, İddiaçı21, İddiaçı22, İddiaçı23, İddiaçı24, İddiaçı25, İddiaçı26, İddiaçı27, İddiaçı28, İddiaçı29, İddiaçı30, İddiaçı31 Müstafa qızı cavabdehlər Bərdə rayonu Şatırlı kənd Bələdiyyəsinin sədri X10, İddiaçı32 və Cavabdeh2 qarşı Bərdə rayonu Şatırlı kənd sakini olmayan Bərdə Rayonu Kürdborakı kənd sakini İddiaçı32 qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Bərdə rayonu, Kürdborakı kənd sakini İddiaçı32 ilə Bərdə rayonu, Şatırlı kənd Bələdiyyəsi ilə bağlanmış xx.xx.2004-cü il tarixli, 2 ha torpaq sahəsinə 70 illik bağlanmış icarə müqaviləsi, xx.xx.2004-cü il tarixli, 6 ha torpaq sahəsinə 70 illik bağlanmış icarə müqaviləsi xx.xx.2004-cü il tarixli, 4 ha torpaq sahəsinə torpaq sahəsinə bağlanmış icarə müqaviləsinin ləğv edilməsi və həmin icarə müqaviləsinə əsasən Bərdə rayonu, Kürdborakı kənd sakini İddiaçı32 adına DƏDRX-nin Bərdə 7 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Seriya RX ******* nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışın, Seriya RX ******* nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışın və Seriya RX ******* nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, yüz illərlə kəndin ümumi istifadəsində olan və hamının bu günədək istifadə etmiş olduğu örüş və ona yaxın olan bəzi ərazilər cavabdehlərin qanunsuz bağlamış olduqları icarə müqaviləsi əsasında kəndlə heç bir əlaqəsai olmayan Bərdə rayonu, Kürdborakı kənd sakini olan İddiaçı32 70 illiyinə icarəyə verilmişdir. Həmin müqavilə onların maraqlarına toxunur, hesab edirlər ki, həmin müqvilə ləğv edilməlidir. Çünki həmin ərazi bələdiyyəsinin fondu torpaqlarına məxsus olması barədə heç bir hüquq müəyyən edici rəsmi sənəd belə yoxdur. Həmin ərazi kənd camaatının mal-qarası üçün örüş torpaq sahəsi olduğunu bilə-bilə belə bir müqavilənin bağlanılması tam qanunsuzdur. Eyni zamanda həmin ərazi kənd camaatı tərəfindən yüz illərdir ki, örüş kimi istifadə olunur.Belə bir müqavilənin olması əsas verir ki, qanunsuz və əsassız bağlanılmış icarə müqaviləsi ləğv edilsin və hüquqi nəticələri etibarsız hesab edilsin. Bu məsələ yalnız məhkəmə qaydasında həll edilməli, qanunsuz hərəkətlərə əsasən xüsusi qərar qəbul edilməlidir. Hal-hazırda həmin ərazinin müəyyən ediliməsinə heç bir əsas yoxdur, iş üzrə iddiaçılar həmin kənd sakinlıridir və günədək mal-qara üçün örüş kimi istifadə olunur. Cavabdeh tərəfindən müqavilə əsasında zəbt edilməsi ilə bağlı məhkəmə tərəfindən qanuna müvafiq qaydada araşdırma aparılmalıdır. Bələdiyyə torpaqlarının hərrac və müsabiqə yolu ilə icarəyə verilməsi qanunun tələbidir. Bu barədə Bələdiyyənin nə hərrac nə də ki, müsabiqə elan etməsi ilə bağlı Şatırlı kənd bələdiyyəsi tərəfindən heç bir elan və bələdiyyə torpaqlarının hərrac və müsabiqə yolu ilə icarəyə veriləcəyi ilə bağlı kənd sakinlərinə müraciət və təklif belə edilməmişdir. Bu da bir daha qanun pozuntusudur. Şatırlı Bələdiyyəsi tərəfindən digər cavabdeh İddiaçı32 arasında bağlanılmış məlum icarə müqavilələri ləğv edilməli və həmin müqavilə əsasında cavabdeh İddiaçı32 verilmiş Çıxarışlar etibarsız hesab edilməlidir. Cavabdeh İddiaçı32 adına verilmiş Seriya RX ******* nömrəli 12 aprel 2016-cı il tarixli çıxarış, Seriya RX ******* nömrəli 12 aprel 2016-cı il tarixli çıxarış və Seriya RX ******* 12 aprel 2016-cı il tarixli çıxarışlar etibarsız hesab edilməlidir. Eyni zamanda cavabdehlər arasında bağlanmış 12 ha torpaq sahəsinə ayrılıqda üç müqavilə bağlanılması müəyyən edilmişdir. Beləliklə də 01,02, 03 nömrə ilə qeydiyyata alınmışdır. Ümumilikdə 12 ha torpaq sahəsi icarəyə verilsə də, 2 ha, 4 ha və 6 ha cəmi 12 ha olmaqla Şatırlı Bələdiyyəsi tərəfindən 10 sentyabr 2004-cü il tarixdən 10 sentyabr 2074-cü il tarixədək və həmin müqavilə əsasında cavabdeh İddiaçı32 adına 2016-cı il tarixdə DƏDRX-nin Bərdə 7 saylı Ərazi İdarəsi tərəfindən Çıxarış verilmişdir. 2004-cü il tarixdə, yəni 1999-cu il tarixdən 2014-cü il tarixədək Şatırlı kənd Bələdiyyə sədri işləmiş Cavabdeh2 dəfələrlə kənd camaatına bildirmişdir ki, o, belə bir müqavilə bağlamamışdır və imza etməmişdir. Halhazırda belə bir icarə müqaviləsinin olması qanunsuzdur. O, bildirmişdir ki, 2004-cü il tarixdə o, Şatırlı kənd Bələdiyyə sədri işləmiş və həmin vaxtlarda istər örüş sahəsi olsun, istərsə də torpağın istifadəsi ilə bağlı tərəfindən icarə müqaviləsi bağlanmamışdır. 06 ha torpaq sahəsi 04 nömrəli icarə müqaviləsi göstərilməmiş və, iki dəfə 03 nömrəli icarə müqaviləsi yazılaraq çıxarış verilmişdir. Bu da qanun pozuntusudur. Qeydiyyat nömrəsi ********** Bərdə rayonu, Şatırlı kəndində yerləşən 6 ha torpaq sahəsi İ/M 02 nömrəli 10 sentyabr 2004-cü il tarixdən 10 sentyabr 2074-cü il tarixədək və həmin müqavilə əsasında cavabdeh İddiaçı32 adına Çıxarış verilmişdir. Eyni zamanda 12 aprel 2016-cı il tarixdə Seriya RX ******* nömrəli, digər çıxarışa əsasən Bərdə rayon Şatırlı kənd ərazisində İddiaçı32 ilə 4 ha torpaq sahəsinə icarə müqaviləsi bağlanılmışdır. Həmin icarə müqaviləsinə əsasən Çıxarış verilmişdir. Əlavə olaraq Bərdə rayonu Şatırlı kəndi ərazisində 2 ha torpaq sahəsinə icarə müqaviləsi bağlanılmış və həmin icarə müqaviləsinə əsasən Seriya RX ******* 12 aprel 2016-cı il tarixdə Çıxarış verilmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı32 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20, İddiaçı21, İddiaçı22, İddiaçı23, İddiaçı24, İddiaçı25, İddiaçı26, İddiaçı27, İddiaçı28, İddiaçı29, İddiaçı30, İddiaçı31 Müstafa qızının qanunsuz hərəkətlərinə qadağan qoyulması, zəbt olunmuş torpaqdan çıxarılmaları tələbinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı32 qarşılıqlı iddia ərizəsini onunla əsasladnrımışdır ki, hazırkı iş üzrə cavabdeh İddiaçı1 və qeyriləri məhkəməyə ona qarşı Bərdə rayonu Şatırlı kənd bələdiyyəsi arasında bağlanmış 10 sentyabr 2004-cü il tarixli, icarə müqaviləsinə əsasən 70 il müddətinə ümumilikdə 12 ha torpaq sahəsinə dair icarə müqaviləsinə əsasən Seriya RX 089132 nömrəli, 12 aprel 2016-cı il tarixli çıxarış, Seriya RX 089132 nömrəli 12 aprel 2016-cı il tarixli çıxarış və seriya RX ******* nömrəli 12 aprel 2016-cı il tarixli çıxarışların etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə müraciət etmişdir. O, iddianı qəbul etmir, hazırkı iş üzrə cavabdehlərin iddiasının heç bir hüquqi əsası yoxdur. Cavabdehlərin iddia ərizəsində qeyd etdiklərinin hər biri yalandır. Belə ki, onun hər bir torpaq sahəsinə ayrı-ayrılıqda çıxarışları var. Şatırlı bələdiyyəsi ilə 6 ha torpaq sahəsinə 70 illiyə 10 sentyabr 2004-cü il tarixli 02 saylı müqavilə bağlanılıb, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-i tərəfindən Seriya RX-0829131 çıxarış almışdır. Bərdə rayonu Kürdborakı bələdiyyəsi ilə 6 ha torpaq sahəsinə 70 illiyə 10 sentyabr 2004-cü il tarixli 03 saylı müqavilə bağlamışdır. Lakin 6 ha torpaq sahəsinin 4 ha İİ keyfiyyət qrupu torpaq sahəsi, 2 ha torpaq sahəsi isə V keyfiyyət qrupu torpaq sahəsi olduğu üçün ayrı çıxarış verilmişdir. 4 ha torpaq sahəsinə RX ******* və 2 ha RX ******* saylı çıxarışlar verilmişdir. 2009-cu il tarixdə Bərdə rayonu Kürdborakı və Şatırlı kənd bələdiyyələri birləşərək Şatırlı kənd bələdiyyəsi adlanmışdır. Sözügedən torpaq sahəsi 1.Azərbaycan Respublikası Bərdə rayonu X16 müəssisəsinin ərazisində aparılan torpaq ishlahatına dair kompleks yerqurluşu lahiyəsində Bələdiyyə ehtiyat fondu-əkin (Bef Ə) kimi təsdiq edilib. 2, Azərbaycan Respublikası Dövlət torpaq və xəritəçkmə komitəsi tərəfindən Azərbaycan Respublikası Bərdə rayonu Şatırlı bələdiyyəsinin hüqudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerqurluşu sxemində (kod: ********) BEF Ə kimi göstərilmişdir. 3. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə komitəsi tərəfindən Azərbaycan Respublikası Bərdə rayon Şatırlı Bələdiyyəsinin torpağa mülkiyyət hüququna dair Dövlət Aktında BEF Ə kimi qeyd olunub. 1999-cu ildən 2004-cü ilin avqust ayının sonlarına kimi həmin sahələr Bərdə şəhər sakini X5 icarəsində olub. 2004-cü ilin sentyabr ayının əvvəllərində icarə müqaviləsindən imtina edibdir. Bunu isə bütün kənd camaatı bilibdir və o, da ərizə ilə Bərdə rayonu, Şatırlı və Kürdborakı bələdiyyəsinə müraciət etmişdir. Bələdiyyələr ilə bağlanan müqavilələrin sahəseçmə aktı, protokolu, müqavilənin surəti, icarə haqqı çekləri vardır. Hazırkı iş üzrə cavabdehlər 01 aprel 2021-ci il tarfixdən örüş yeri ilə qonşu olan Bərdə rayonu Şatırlı kəndində yerləşən 8 ha yonca sahəsini zəbt ediblər və hal-hazırda həmin torpaq sahəsini ona ziyanlıq vuraraq istifadə edirlər. Dəfələrlə torpaq sahəsindən çıxarılmalarını və ona məxsus olan torpaq sahəsinə ziyanlıq vuraraq istifadə etməmələrini bildirsə də, heç bir nəticəsi olmamışdır. Bütün qanunlar və sübutlarla sözügedən torpaq sahəsi ona məxsusdur. Həmin torpaq sahəsini o, alaraq yararlı vəziyyətə almışdır və orada çoxlu işlər aparmışdır. Həmin torpaq sahələri heç bir zaman örüş yeri olmamışdır. Həmin torpaq sahəsi islahatdan əvvəlk pambıq sahəsi olubdur. Buna görə də hazırkı iş üzrə cavabdehlərin ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin olunmasını istəyir. Bərdə Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli 2(021)-2180/2021 saylı qətnaməsi ilə (hakim Elsun Əhmədov) ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, X9, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20, İddiaçı21, İddiaçı22, İddiaçı23, İddiaçı24, İddiaçı25, İddiaçı26, İddiaçı27, İddiaçı28, İddiaçı29, İddiaçı30, İddiaçı31 Müstafa qızının qanunsuz hərəkətlərinə qadağan qoyulmaqla, zəbt etdikləri İddiaçı32 məxsus torpaq sahəsindən çıxarılmaları qət edilmişdir. İlk iddiaçılar Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(021)-2180/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsini, ilk iddianın təmin, qarşılıqlı iddianın təmin edilməməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında ilk iddiaçılar İddiaçı1, İddiaçı6, İddiaçı7, İddiaçı9, İddiaçı10, İddiaçı13, İddiaçı15, İddiaçı20, İddiaçı23, X2, İddiaçı29 və İddiaçı46 apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişlər ki, cavabdeh İddiaçı32 mülkiyyətində olan və onların mübahisələndirdiyi torpaq sahəsi örüş torpaq sahəsi olmaqla onların istifadəsindər və orada mal-qara otarırlar. Birinci instansiya məhkəməsi onları həmin torpaq sahəsindən çıxarmaqla düzgün nəticəyə gəlməmişdir. Eyni zamanda cavabdehin adına qeydə alınmış icarə müqavilələri və çıxarışlar qanunsuzdur. Bu istiqamətdə birinci intansiya məhkəməsi araşdırma aparmamışdır. Apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsini, ilk iddianın təmin,qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etmişlər. Cavabdeh İddiaçı32 etibarnamə üzrə nümayəndəsi (anası) X7 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında göstərmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. İddiaçıların mübahisələndirdiyi icarə müqavilələri və çıxarışlar qanuni əsaslarla cavabdehə verilmişdir. İddiaçılar əsassız olaraq həmin torpaq sahəsində mal-qara otarırlar. Apellyasiya şikayətinin rədd edilməsini, iş üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı32 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçılar qanunsuz və əsassız olaraq cavabdehin mülkiyyətində olan torpaq sahəsini zəbt etmişlər. Həmin torpaq sahəsi bələdiyyənin 04 sentyabr 2004-cü il tarixli qərarı ilə cavabdeh İddiaçı32 verilmişdir. Həmin qərarlar isə mübahisələndirilməmişdir. Bundan başqa qanuni qüvvəsini almış məhkəmə aktına əsasən iddiaçıların mübahisələndirdiyi 0.6 ha torpaq sahəsinə dair araşdırma aparılmış və həmin torpaqsahəsinin cavabdehdə olmasının qanunilyi öz təsdiqini tapmışdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İş üzrə ilk iddia üzrə iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı5, İddiaçı8, İddiaçı11, İddiaçı12, İddiaçı14, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19, X11i, İddiaçı22, İddiaçı24, İddiaçı25, İddiaçı27, İddiaçı28, İddiaçı30, ilk iddia üzrə cavabdehlər Bərdə rayonu Şatırlı kənd Bələdiyyəsinin sədri X12, İddiaçı32 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. (İş üzrə iddiaçılar İddiaçı4 və İddiaçı31 vəfat etmişlər) Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(021)-2180/2021 nömrəli qətnaməsi qismən, iddiaçılar İddiaçı4 və İddiaçı31 münasibətdə ləğv edilərək, həmin hissələr üzrə icraata xitam verilməlidir. Belə ki, “Elektron Məhkəmə Sistemi”ndən çıxarılmış İddiaçı4 fərdi məlumatlarından çıxarılmış çıxarışdan görünür ki, İddiaçı4 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Eyni zamanda, “Elektron Məhkəmə Sistemi”ndən çıxarılmış İddiaçı31 fərdi məlumatlarından çıxarılmış çıxarışdan görünür ki, İddiaçı31 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Göründüyü kimi, iddia ərizəsi verilərkən iddiaçılar kimi göstərilmiş İddiaçı4 və İddiaçı31 artıq vəfat etmiş və iddia ölmüş şəxs tərəfindən qaldırılmışdır. Halbuki, Mülki Məcəllənin 25.2-ci maddəsinə görə fiziki şəxsin hüquq qabiliyyəti onun ölümü ilə xətm edilir. Belə olan halda isə ölmüş şəxsin Mülki Prosessual Məcəllənin 48 və 49-cu maddələrində təsbit olunmuş mülki prosessual hüquq qabiliyyəti və mülki prosessual fəaliyyət qabiliyyəti mövcud deyildir. Ona görə də, ölmüş şəxs tərəfindən iddia irəli sürülməsi, eyni zamanda məhkəmə tərəfindən həmin şəxsi tərəf kimi qəbul edilməsi və mübahisəyə mahiyyəti üzrə baxılması prosessual baxımdan qeyri-mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 261.0.7-ci maddəsinə görə, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə iş üzrə icraata xitam verilir. Eyni zamanda kollegiya qeyd edir ki, hazırkı işdə prosessual hüquq varisliyinin həyata keçirilməsi mümkün deyildir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 58.1-ci maddəsinin tələblərinə görə mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Qeyd olunan maddədən görünür ki, yalnız mülki iş üzrə tərəf sıradan çıxdıqda prosessual hüquq varisliyinə yol verilir. Hazırkı işdə iddiaçılar kimi göstərilmiş İddiaçı4 və İddiaçı31 isə tərəf kimi qəbul edilə bilməz. Çünki onlar, iddia ərizəsi verildikdən sonra vəfat etdiyinə görə hazırkı işdə tərəf statusunu əldə etməmişdir. Azərbaycan Respublikasının MPM-in 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikasının MPM-in 384.0.5-ci maddəsinə, birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1 - 259.0.5-ci və 259.0.8 - 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 2005-ci il 24 noyabr tarixli, 4 nömrəli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(021)-2180/2021 nömrəli qətnaməsi qismən, iddiaçılar İddiaçı4 və İddiaçı31 münasibətdə ləğv edilərək, həmin hissələr üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-in 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Azərbaycan Respublikasının MPM-in 402.2.4-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 261.0.7, 382.1, 384.0.5, 385.1.1, 387.1, 402.2.4, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bərdə Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli 2(021)-2180/2021 saylı qətnaməsi iddiaçılar İddiaçı4 və İddiaçı31 münasibətdə ləğv olunsun. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, X4, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20, İddiaçı21, İddiaçı22, İddiaçı23, İddiaçı24, İddiaçı25, İddiaçı26, İddiaçı27, İddiaçı28, İddiaçı29, İddiaçı30, İddiaçı31 Müstafa qızının cavabdehlər Bərdə rayonu Şatırlı kənd Bələdiyyəsinin sədri X10, İddiaçı32 və Cavabdeh2 qarşı Bərdə rayonu Şatırlı kənd sakini olmayan Bərdə Rayonu Kürdborakı kənd sakini İddiaçı32 ilə Bərdə rayonu Şatırlı kənd bələdiyyəsi arasında bağlanmış 10 sentyabr 2004-cü il tarixli, icarə müqaviləsinə əsasən 70 il müddətinə ümumilikdə 12 ha torpaq sahəsinə dair icarə müqaviləsinə əsasən Seriya RX 089132 nömrəli, 12 aprel 2016-cı il tarixli çıxarış, Seriya RX 089132 nömrəli 12 aprel 2016-cı il tarixli çıxarış və seriya RX ******* nömrəli 12 aprel 2016-cı il tarixli çıxarışların etibarsız hesab edilməsi və qarşılıqlı iddia üzrə İddiaçı32 Məhəmmər oğlunun cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, X6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20, İddiaçı21, İddiaçı22, İddiaçı23, İddiaçı24, İddiaçı25, İddiaçı26, İddiaçı27, İddiaçı28, İddiaçı29, İddiaçı30, İddiaçı31 Müstafa qızına qarşı cavabdehlərin qanunsuz hərəkətlərinə qadağan qoyulması, zəbt olunmuş torpaqdan çıxarılmaları tələbinə dair mülki iş üzrə iddiaçılar İddiaçı4 və İddiaçı31 qarşı hissədə icraata, İddiaçı4 və İddiaçı31 öldüyünə görə xitam verilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar