Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-801/2025 17.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, Gəncə Şəhər Məhkəməsinin 2(125)-5731/2024 saylı mülki iş üzrə xx.xx.2025-ci il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizə ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, onun anasına baxdığı 2012-ci ildən 2022-ci ilə qədər olan müddətin əmək kitabçasına əlavə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-5731/2024 saylı qərardadı ilə (hakim Ə.Məmmədov) Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmişdir. Həmin qərardaddan xx.xx.2024-cü il tarixdə Ərizəçi tərəfindən şikayət verilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-5731/2024 saylı qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-5731/2024 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər müəyyən edilmiş müddət ötürülməklə verildiyindən və prosessual müddətin bərpa olunması barədə vəsatət verilmədiyindən geri qaytarılmışdır. Ərizəçi xx.xx.2025-ci il tarixdə yenidən Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-5731/2024 saylı qərardadından şikayət verərək, Gəncə şəhər Məhkəməsinin 2(125)-5731/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini, işə mahiyyəti üzrə baxılmasını xahiş etmiş, eyni zamanda prosessual müddətin bərpasına dair ərizə verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-5731/2024 saylı qərardadından şikayət vermək üçün ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qaldırdığı iddia ərizəsi məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixli qərardadla icraata qəbul edilməkdən imtina edilmişdir. Həmin qərardadın surəti rəsmən ona xx.xx.2024- cü il tarixdə təqdim edilmiş, o, həmin qərardaddan şikayət verməmiş, yenidən eyni ərizə ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)- 7347/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Bundan sonra onun tərəfindən xx.xx.2024-cü il tarixli qərardaddan xx.xx.2024-cü il tarixdə şikayət verilmişdir. Şikayəti vaxtında verməməyinin səbəbi yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi olmuşdur. Onun qeyd edilən işin baxılması ilə bağlı marağı davam etmişdir. Hesab edir ki, onun qaldırdığı iddiaya baxılması ilə əlaqədar marağının davam etməsi müddətin bərpası üçün əsasdır. Göstərilənlərə əsasən, xx.xx.2024-cü il tarixli qərardaddan şikayət vermə müddətinin bərpa edilməsini xahiş etmişdir Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-5731/2024 saylı qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin 2(125)-5731/2024 saylı mülki iş üzrə xx.xx.2025-ci il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətin təmin edilməməsi, qərardadın dəyişdirilmədən saxlanılması, qərardaddan verilmiş şikayətin baxılması üçün işlə birlikdə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi dinləyib hesab edir ki, şikayət təmin edilmədən, Gəncə Şəhər Məhkəməsinin 2(125)-5731/2024 saylı mülki iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-5731/2024 saylı qərardadı xx.xx.2024cü il tarixədək Ərizəçi tərəfindən məhkəmə qəbzinə imza etməklə şəxsən qəbul edilmiş, qərardaddan şikayəti isə qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməklə yalnız xx.xx.2024-cü il tarixdə vermişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-5731/2024 saylı qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-5731/2024 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər müəyyən edilmiş müddət ötürülməklə verildiyindən və prosessual müddətin bərpa olunması barədə vəsatət verilmədiyindən geri qaytarılmışdır. Həmin qərardad xx.xx.2025-ci il tarixdə Ərizəçi elektron kabinetinə yerləşdirilmişdir. Ərizəçi xx.xx.2025-ci il tarixdə yenidən Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-5731/2024 saylı qərardadından şikayət və prosessual müddətin bərpasına dair ərizə versə də, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-5731/2024 saylı qərardadını 12.12. 2024-cü il tarixdə rəsmi qaydada aldıqdan sonra qərardaddan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş 10 günlük prosessual müddətin üzürlü səbəblərdən ötürülməsini təsdiq edən sübutları prosessual müddətin bərpasına dair ərizəsinə əlavə etməmişdir. Məhkəmədə də Ərizəçi prosessual müddətin üzürlü səbəblərdən ötürüldüyü barədə əsaslı dəlil göstərməmişdir. Ona görə də məhkəmə bu qənaətdədir ki, qərardaddan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 134.1.5-ci maddəsinə əsasən məhkəmə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.8-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 266.1-ci maddəsinə əsasən məhkəmənin ayrıca akt şəklində çıxardığı müvəqqəti təminat tədbirinin tətbiqi və ya ləğvi barədə qərardadı həmin gündən gec olmayaraq, digər qərardadları isə qərardad çıxarıldıqdan sonra 5 gün müddətində işdə iştirak edən şəxslərə, aidiyyəti olan digər şəxslərə rəsmi qaydada verilir. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.5-ci maddəsinə əsasən müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, , Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(125)-5731/2024 saylı qərardadı xx.xx.2024-cü il tarixdə Ərizəçi tərəfindən məhkəmə qəbzinə imza etməklə şəxsən qəbul edilmiş və onun qərardaddan şikayət vermə müddətini buraxması işin mübahisəsiz halıdır. Ərizəçi onun qaldırdığı iddiaya baxılması ilə əlaqədar marağının davam etməsini qeyd etsə də, bu hal iddia müddətinin bərpasına əsas olmadığından birinci instansiya məhkəməsi Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-5731/2024 saylı qərardadından şikayət verilməsi üçün prosessual müddəti bərpa etməkdən haqlı olaraq imtina etmişdir. Kollegiya qeyd edir ki, Ərizəçi Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-5731/2024 saylı qərardadından şikayət verilməsi üçün prosessual müddəti üzrlü səbəbdən buraxıldığını təsdiq mötəbər sübutu apellyasiya şikayətinə də əlavə etməmişdir. Belə olan halda kollegiya hesab edir ki, Ərizəçi şikayəti təmin edilmədən, Gəncə Şəhər Məhkəməsinin 2(125)-5731/2024 saylı mülki iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268, 398 və 402-cı maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-5731/2024 saylı mülki iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-801/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-801/2025
17.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver