Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-808/2025 18.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X6 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı, onun vəkili Nümayəndə və cavabdeh Şəmkir rayon Kommunal Müəssisələri Kombinatının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Şəmkir rayon Kommunal Müəssisələri Kombinatına qarşı əmək müqaviləsinə xitam verilərkən ödənilməmiş təminatların ödənilməsi və maddi ziyan tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)- 2884/2024 saylı qətnaməsindən İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Əmək kitabçasının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı Şəmkir rayon Kommunal Müəssisələri Kombinatının xx.xx.2002-ci il tarixli, 44 nömrəli əmri ilə həmin Müəssisəyə fəhlə işinə qəbul edilmişdir.
2. Şəmkir rayon Kommunal Müəssisələri Kombinatının xx.xx.2024-cü il tarixli 11/01 nömrəli istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya hesablama cədvəlindən görünür ki, İddiaçı son haqq hesab 1291,77 manat təşkil etmiş, həmin məbləğdən gəlir vergisi, pensiya fondu, işsizlik sığorta haqqı, icbari tibbi sığorta və həmkarlar ittifaqı tutulan zaman 1042,04 manat məbləğ İddiaçı ödənilməlidir.
3. 39 nömrəli xx.xx.2024-cü il tarixli Şəmkir rayon Kommunal Müəssisələri Kombinatının əmək müqaviləsinə xitam verilməsi barədə əmrindən görünür ki, Şəmkir rayon Kommunal Müəssisələri Kombinatının işçisi İddiaçı xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən Şəmkir rayon Kommunal Müəssisələri Kombinatının fəhləsi İddiaçı ilə bağlanmış əmək müqaviləsi xitam verilmişdir
4. 11 nömrəli xx.xx.2010-cu il tarixli əmrdən görünür ki, Şəmkir rayon Kommunal Müəssisələri Kombinatının fəhləsi İddiaçı xx.xx.2010-cu il tarixdə növbəti məzuniyyətə burxılmasına əmr verilmişdir.
5. 42 nömrəli xx.xx.2011-cu il tarixli əmrdən görünür ki, Şəmkir rayon Kommunal Müəssisələri Kombinatının fəhləsi İddiaçı xx.xx.2011-ci il tarixdə növbəti məzuniyyətə burxılmasına əmr verilmişdir.
6. 26 nömrəli xx.xx.2012-cu il tarixli əmrdən görünür ki, Şəmkir rayon Kommunal Müəssisələri Kombinatının fəhləsi İddiaçı xx.xx.2012-ci il tarixdə növbəti məzuniyyətə burxılmasına əmr verilmişdir.
7. 31 nömrəli xx.xx.2014-cü il tarixli əmrdən görünür ki, Şəmkir rayon Kommunal Müəssisələri Kombinatının fəhləsi İddiaçı xx.xx.2014-cü il tarixdə növbəti məzuniyyətə burxılmasına əmr verilmişdir.
8. 130 nömrəli xx.xx.2015-ci il tarixli əmrdən görünür ki, Şəmkir rayon Kommunal Müəssisələri Kombinatının təmizlik fəhləsi İddiaçı xx.xx.2015-ci il tarixdə növbəti məzuniyyətə burxılmasına əmr verilmişdir.
9. 79 nömrəli xx.xx.2016-cı il tarixli əmrdən görünür ki, Şəmkir rayon Kommunal Müəssisələri Kombinatının fəhləsi İddiaçı xx.xx.2016-cı il tarixdə növbəti məzuniyyətə burxılmasına əmr verilmişdir.
10. 87 nömrəli xx.xx.2018-ci il tarixli əmrdən görünür ki, Şəmkir rayon Kommunal Müəssisələri Kombinatının fəhləsi İddiaçı xx.xx.2018-ci il tarixdə növbəti məzuniyyətə burxılmasına əmr verilmişdir.
11. 209 nömrəli xx.xx.2019-cu il tarixli əmrdən görünür ki, Şəmkir rayon Kommunal Müəssisələri Kombinatının fəhləsi İddiaçı xx.xx.2019-cu il tarixdə növbəti məzuniyyətə burxılmasına əmr verilmişdir.
12. 249 nömrəli xx.xx.2019-cu il tarixli əmrdən görünür ki, Şəmkir rayon Kommunal Müəssisələri Kombinatının fəhləsi İddiaçı xx.xx.2019-cu il tarixdən öz ərizəsinə əsasən 2017-ci ilin hesabına 21 təqvim günü məzuniyyətə burxılmasına əmr verilmişdir.
13. 144 nömrəli xx.xx.2020-ci il tarixli əmrdən görünür ki, Şəmkir rayon Kommunal Müəssisələri Kombinatının fəhləsi İddiaçı xx.xx.2020-ci il tarixdə növbəti məzuniyyətə burxılmasına əmr verilmişdir.
14. 119 nömrəli xx.xx.2021-ci il tarixli əmrdən görünür ki, Şəmkir rayon Kommunal Müəssisələri Kombinatının fəhləsi İddiaçı xx.xx.2021-ci il tarixdə növbəti məzuniyyətə burxılmasına əmr verilmişdir.
15. 117 nömrəli xx.xx.2022-ci il tarixli əmrdən görünür ki, Şəmkir rayon Kommunal Müəssisələri Kombinatının fəhləsi İddiaçı xx.xx.2022-ci il tarixdə növbəti məzuniyyətə burxılmasına əmr verilmişdir.
16. 22 nömrəli xx.xx.2024-cü il tarixli əmrdən görünür ki, Şəmkir rayon Kommunal Müəssisələri Kombinatının fəhləsi İddiaçı xx.xx.2024-cü il tarixdə növbəti məzuniyyətə burxılmasına əmr verilmişdir.
17. Şəmkir rayon Kommunal Müəssisələri Kombinatının fəhləsi İddiaçı məzuniyyət qrafikindən görünür ki, İddiaçı xx.xx.2004-cü ildə növbəti əmək məzuniyyətinə buraxılmış, xx.xx.2005-ci ildə növbəti əmək məzuniyyətinə buraxılmış, xx.xx.2006-cı ildə növbəti əmək məzuniyyətinə buraxılmış, xx.xx.2007-ci ildə növbəti əmək məzuniyyətinə buraxılmış, xx.xx.2010cu ildə növbəti əmək məzuniyyətinə buraxılmış, xx.xx.2011-ci ildə növbəti əmək məzuniyyətinə buraxılmış, xx.xx.2012-ci ildə növbəti əmək məzuniyyətinə buraxılmış, xx.xx.2014-cü ildə növbəti əmək məzuniyyətinə buraxılmış, xx.xx.2015-ci ildə növbəti əmək məzuniyyətinə buraxılmış, xx.xx.2015-ci ildə məzuniyyətdən qayıtmış, xx.xx.2016-cı ildə növbəti əmək məzuniyyətinə buraxılmış, xx.xx.2016-cı ildə məzuniyyətdən qayıtmış, xx.xx.2018-ci ildə növbəti əmək məzuniyyətinə buraxılmış, xx.xx.2018-ci ildə məzuniyyətdən qayıtmış, xx.xx.2019-cu ildə 21 təqvim günü məzuniyyətə buraxılmış, xx.xx.2019-cu ildə məzuniyyətdən qayıtmış, xx.xx.2019-cu ildə 2017-ci il hesabına 21 təqvim günü məzuniyyətə buraxılmış, xx.xx.2019-cu ildə məzuniyyətdən qayıtmış, xx.xx.2020-ci ildə 60 yaşdan yuxarı (COVİD-19) əlavə məzuniyyətə buraxılmış, xx.xx.2020-ci ildə 27 təqvimgünü növbəti əmək məzuniyyətinə buraxılmış, xx.xx.2020-ci ildə məzuniyyətdən qayıtmış, xx.xx.2021-ci ildə 27 təqvim günü növbəti əmək məzuniyyətinə buraxılmış, xx.xx.2021-ci ildə məzuniyyətdən qayıtmış, xx.xx.2022-ci ildən 27 təqvim günü növbəti əmək məzuniyyətinə buraxılmış, xx.xx.2024-cü ildən 27 təqvim günü növbəti əmək məzuniyyətinə buraxılmış, xx.xx.2024-cü ildə Azərbaycan Respublikasının ƏM-nin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən işdən azad edilmişdir.
18. 28 iyun 2024-cü MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, DƏMX Qazax-Tovuz regional şöbəsinin rəisi X1 rayon Kommunal Müəssisələri Kombinatının rəisi X9 barəsində tərtib edilmiş 21 iyun 2024-cü il tarixli MN1932264 nömrəli protokola əsasən İddiaçı əmək və məzuniyyət haqqlarının, ezamiyyət xərclərinin, əmək qanunvericiliyində, nəzərdə, tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə 900 (doqquz yüz) manat inzibari cərimə tənbeh növü seçilmişdir.
19. xx.xx.2024-cü il tarixli MŞG/1/MT007/2024-01476 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Şəmkir rayon X2 nümayəndəsi xx.xx.2024-cü il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı mediasiya sessiyasının keçirilməsi üçün 50 manat rüsum ödənilmişdir.
20. xx.xx.2024-cü il tarixli 385 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, vəkil X7 İddiaçı 500 manat pul müqavilində hüquqi yardım göstərilməsi nəzərdə tutulmuşdur.
21. Məhkəmə kollegiyasına təqdim edilmiş Şəmkir rayon Kommunal Müəssisələri Kombinatı xx.xx.2024 tarixli, 11/01 saylı “İstifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyya hesablama cədvəlindən” görünür ki, İddiaçı 1042,04 manat ödənilməli məbləğ hesablanmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
22. İddiaçı cavabdeh Şəmkir rayon Kommunal Müəssisələri Kombinatına qarşı “əmək müqaviləsinə xitam verilərkən ödənilməmiş təminatların ödənilməsi və maddi ziyan” tələbinə dair iddia qaldıraraq, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı olaraq, işçi ilə (yəni onunla) son haqq-hesabın qanunvericiliyə uyğun şəkildə hesablanıb ona ödənilməsinə və maddi ziyan olaraq 500 (beş yüz) manat vəkil xidmət haqqının cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
23. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1972-cu ildən 2024-cü ilin aprel ayına kimi Şəmkir rayon X3 fəhlə işləmişdir. 2024-cü ildə aprel ayında öz ərizəsi ilə, pensiya yaşına çatdığı üçün işdən azad olunmuşdur. Əmək qanunveciliyinə görə o, işdən azad olunanda ona son haqq-hesab pulu (raşot pulu) verilməlidir. Lakin dəfələrlə kombinat rəhbərliyinə müraciət etməyinə baxmayaraq, müəsisə rəhbərliyi ona son haqq-hesab pulu ödəməkdən imtina edir. Bununla da, Əmək Məcəlləsinin müvafiq normalarını kobudluqla pozur. Dəfələrlə müraciət etməyinə baxmayaraq, cavabdeh ona son haqq-hesab pulu (raşot pulu) ödəməkdən imtina edir. Cavabdeh müəsisədə onun fasiləsiz və nöqsansız fəaliyyəti əsas verir ki, məhkəmə onun bütün təminatlarını artıqlaması ilə ödəsin. Lakin cavabdeh heç bir imtiyazını ona şamil etməmişdir. Bu səbəbdən də o pozulmuş hüquqlarının bərpası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Qazax-Tovuz regional şöbəsinə müraciət etmiş, müraciəti ilə bağlı araşdırma aparılmış və cavabdeh onun pensiya yaşına çatmağı ilə bağlı olaraq, düzgün hesablama aparmamışdır. Bu səbəbdən də müəsisə rəhbəri İXM-nin 192.4-cü maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 900 (doqquz yüz) manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Bunlara baxmayaraq, cavabdeh yenə də onun haqlı tələblərinə məhəl qoymamışdır. Qeyd edilənlərə əsasən cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı olaraq, işçi ilə (yəni onunla) son haqq-hesabın qanunvericiliyə uyğun şəkildə hesablanıb ona ödənilməsinə və maddi ziyan olaraq 500 (beş yüz) manat vəkil xidmət haqqının cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
24. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-2884/2024 saylı qətnaməsi ilə (hakim H.Məhəmmədi) iddianın qismən təmin edilməsi, cavabdeh Şəmkir rayon Kommunal Müəssisələri Kombinatından İddiaçı əmək müqaviləsinə xitam verilərkən ödənilməmiş son haqq hesab məbləği 1042.04 (bir min qırx iki manat dörd qəpik) manat pulun və vəkil xidmət haqqının əvəzi kimi 250 (iki yüz əlli) manat pulun alınıb İddiaçı ödənilməsi, iddia qalanın hissədə təmin edilməməsi qət edilmişdir.
25. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı müəyyən edilmiş yaş həddinə çatması ilə əlaqədar bağlanmış əmək müqaviləsinə xitam verilərkən Şəmkir rayon Kommunal Müəssisələri Kombinatı tərəfindən işçi ilə (yəni onunla) son haqq-hesabın qanunvericiliyə uyğun şəkildə hesablanıb ona ödənilmədiyini qeyd edərək, məhkəməyə müraciət etmiş, məhkmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı müəyyən yaş həddinə çatdıqda əmək müqaviləsinə xitam verilmiş, İddiaçı 2002, 2003, 2008, 2009 və 2013-cü illərdən başqa hər il məzuniyyətdə olmuş və İddiaçı son haqq hesabdan 1042.04 manat pul hesablanmışdır. İddiaçı 1972-ci il tarixdən xx.xx.2024-cü il tarixədək cavabdeh təşkilatda fasiləsiz olaraq işləməsini qeyd etsə də, qeyd etdiyi halları sübut edəcək dəlillərini məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçının əmək kitabçası nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, İddiaçı Şəmkir rayon Kommunal Müəssisələri Kombinatına xx.xx.2002-ci il tarixli əmrlə zibil yığan fəhlə işinə qəbul edilmiş və fasiləsiz xx.xx.2024-cü il tarixədək həmin Şəmkir rayon Kommunal Müəssisələri Kombinatında işləmişdir. Həmin tarix aralıqlarında isə 2002, 2003, 2008, 2009 və 2013-cü illərdən başqa digər illərdə məzuniyyətdə olması müəyyən edilmişdir. Beləliklə, cavabdeh Şəmkir rayon Kommunal Müəssisələri Kombinatı tərəfindən İddiaçı 1042,04 manat pul ödənilməlidir.
26. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.4, 144-cü və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 121-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
27. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-2884/2024 saylı qətnaməsindən İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayəti verərək, qətnаmənin qismən, iddia tələbinin təmin edilməmiş hissəsində ləğv еdilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1972-ci ildən 2024-cü ilin aprel ayına kimi Şəmkir rayon Kommunal Müəssisələr Kombinatında fəhlə işləmişdir. 2024-cü ildə aprel ayında öz ərizəsi ilə pensiya yaşına çatdığı üçün işdən azad olunmuşdur. Əmək qanunvericiliyinə görə o, işdən azad olunanda ona son haqq-hesab pulu verilməlidir. Lakin dəfələrlə kombinat rəhbərliyinə müraciət etməyinə baxmayaraq, müəssisə rəhbərliyi ona son haqq-hesab pulu ödəməkdən imtina etmişdir. Bu səbəbdən məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə qətnaməsi ilə onun iddiası qismən təmin edilmişdir. Halbuki, iddia tələbinin tam təmin edilməsi üçün məhkəməyə mötəbər sübutlar təqdim etmişdir. Onun cavabdeh müəssisədə fasiləsiz və nöqsansız fəaliyyəti əsas verir ki, məhkəmə onun bütün təminatlarını artıqlaması ilə ödəsin. O, pozulmuş hüquqlarının bərpası üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət ƏməkMüfəttişliyi Xidməti Qazax-Tovuz regional şöbəsinə müraciət etmişdir. Onun bu müraciəti əsasında araşdırma aparılmışdır. Cavabdeh müəssisənin rəhbəri onun pensiya yaşına çatmağı ilə bağlı düzgün hesablama aparmadığından İXM-nin 192.4-cü maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 900 (doqquz yüz) manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Bu inzibati qərar cavabdeh tərəfin haqsız olduğunu sübuta yetirmişdir. Lakin qarşı tərəf qanunsuz hərəkətinə görə inzibati qaydada cərimə olunmasına baxmayaraq, yenə də onun haqlı tələblərinə məhəl qoymamışdır. Məhkəmə isə sözü gedən qətnamənin təmin olunmamış hissəsində cavabdehin mövqeyindən çıxış etmişdir. Bununla da, qətnamənin təmin olunmamış hissəsində onun hüquq və azadlıqları pozulmuşdur. Halbuki, Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1ci hissəsində göstərilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə qətnaməsində ödədiyi vəkil xidmət haqqının əvəzi kimi 500 (beş yüz) manat deyil, 250 (iki yüz əlli) manat pulun cavabdehdən alınaraq ona verilməsi qət edilmişdir. Ona göstərilən hüquqi yardıma görə vəkil xidmət haqqı olaraq 500 (beş yüz) manat ödəniş etməyi ilə bağlı qəbzin əslini məhkəməyə təqdim etmişdir. Belə olduğu halda məhkəmə niyə ödədiyi vəkil xidmət haqqının yarısını cavabdehdən alınmasına dair qərar qəbul edib? Məhkəmə öz qətnaməsində göstərmişdir ki, həmin məbləği ağlabatan hesab etməmişdir. Vəkillə müqavilənin minimum məbləği 330 manat müəyyən olunmuşdur. Tələb olunan məbləğ tam şəkildə qəbzlə ödənilib və həmin məbləğ müqavilədə öz əksini tapmışdır. Mötəbər sübut hesab olunmuşdur. Məhkəmə həmin mötəbər sübutu qəbul etməmişdir. Ağlabatan saymır. Nə üçün? Bundan başqa o, məhkəmədən əmək müqaviləsinə xitam verilərkən ödənilməmiş son haqq hesabın qanunvericiliyə uyğun şəkildə hesablanıb ona ödənilməsini xahiş etmişdir. Bu səbəbdən müvafiq olaraq məhkəmə-mühasibatlıq ekspertizasının təyin olunmasını xahiş etmişdir. Məhkəmə isə onların vəsatətini təmin etməkdən imtina etmişdir və bunla da cavabdehin mövqeyindən çıxış etdiyini nümayiş etdirmişdir. Halbuki, o, iddiasında tam haqlı idi. O, cavabdeh müəssisədə 1972-ci ildən 2024-cü ilin aprel ayınadək olan müddətdə işləyərkən məzuniyyətlərindən istifadə etməmişdir. Ona görə də, cavabdeh tərəf istifadə olunmamış məzuniyyətlərin haqq-hesabını ona ödəməli idi. Məhkəmə isə bu istifadə olunmamış məzuniyyətlərin çox cüzi bir hissəsini qarşı tərəfdən alınmasına dair qərar qəbul etmişdir. Məhkəmə öz qətnaməsində cavabdeh tərəfin təqdim etdiyi əmrlərə istinad etmişdir və göstərmişdir ki, guya o, əmək məzuniyyətindən istifadə etmişdir. Cavabdeh onun əmək məzuniyyətinə buraxılmağına dair əmri məhkəməyə təqdim edirsə, həmin əmək məzuniyyətinə görə ödənişlər barədə arayışı niyə məhkəməyə təqdim etmir? Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edilə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Odur ki, məhkəmə qətnaməsini təmin olunmamış hissəsində tamamilə qanunsuz və əsassız hesab edir. Məhkəmə qətnaməsinin təmin olunmamış hissəsində ləğv edilməsini və iddia tələbimin tam təmin edilməsini istəmişdir. Məhkəmə təqdim etdiyi sübutları iddianın təmin olunmamış hissəsində obyektiv qiymətləndirməmişdir. Eyni zamanda cavabdeh tərəf məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyənedilmiş hallar iddianın təmin olunmamış hissəində qanunvericiliyin tələblərinə uyğun deyildir və əsassızdır. Məhkəmə hansı daxili inamı və mötəbər sübutlar əsasında iddianı qismən təmin edib bu məhkəmə qətnaməsindən aydın deyildir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə, Mülki Prosessual qanunvericiliyin, Əmək Məcəlləsinin və Mülki Məcəllənin tələblərini pozmuş, gəldiyinəticə iddianın təmin olunmamış hissəsində tamamilə əsassız və qanunsuz olmuşdur.
29. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
30. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, uyğun məzmunlu izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, 1972-ci ildən 2024-cü il tarixədək həmin idarədə işləmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq göstərmişdir ki, o, cavabdehə sorğu vermişdir ki, əgər o, məzuniyyətə çıxmışdırsa, ərizələri gətirsinlər.
31. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, uyğun məzmunlu izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, iddiaçı istifadə etmədiyi məzuniyyətə görə kompensasiya, artıq işlədiyi günlərə görə əlavə haqqı tələb etmişdir.
32. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Şəmkir rayon Kommunal Müəssisələri Kombinatının nümayəndəsi X10 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, iddiaçı 2024-cü ilin 1 aprelindən yaşına görə işdən azad edilmişdir. Müəssisə 1994-1995-ci illərdə yenidən təsis olunmuşdur. Həmin illərə qədər heç bir yerdə məlumat yoxdur. Məhkəmə kollegiyasının suallarına cavab olaraq göstərmişdir ki, son haqq hesab ödənilməmişdir. Həmin ərəfədə maliyyə nazirliyindən yazılar gəlmişdir. Nazirlik göstərmişdir ki, son haqq hesabda büdcədə kəsir yaranır. Onlar hesablayıb xəzinəyə vermişlər. 5 illik müddət üçün 1042 manat hesablanmışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
33. 83. 4. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir..
34. 254. 1. Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
35. Maddə 287. Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır.
36. Maddə 288-ci maddəsinin d) bəndi. Bu Məcəllə ilə əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
37. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
40. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
42. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinini dəyişdirə bilər.
43. Maddə 385.1.1 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
44. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
45. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
46. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
47. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən iddianın təmin edilməmiş hissəsində mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-4047/2024 saylı qətnaməsi dəyişdirilməli və iddia tələbi qismən təmin edilməlidir.
49. Məhkəmə kollegiyasının araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı, cavabdehlə aralarında bağlanmış əmək müqaviləsinə görə istifadə etmədiyi məzuniyyətə görə son haqq-hesabın ona ödənilməsni tələb etmişdir. İddiaçı Şəmkir rayon Kommunal Müəssisələri Kombinatının xx.xx.2002-ci il tarixli, 44 nömrəli əmri ilə həmin Müəssisəyə fəhlə işinə qəbul edilmiş və xx.xx.2024-cü il tarixli, 39 nömrəli əmrlə AR Əmək Məcəlləsinin 70-cü maddəsinin "xxxx" bəndinə əsasən çalışmanın yaş həddinə çatdığına görə xx.xx.2024-cü il tarixdən işdən azad edilmişdir. Lakin ona son haqq-hesab ödənilməmişdir.
50. Məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsinin 3-cü maddəsinin 16-cı hissəsində və 287-ci maddəsində fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığı kimi müəyyən edilmişdir. Əvvəla, Əmək Məcəlləsinin 288ci maddəsinin d) bəndinə görə, əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi fərdi əmək mübahisəsinin predmetinə daxildir. Bu ödənc bərpaedici funksiya daşımaqla işəgötürənin işçi qarşısında maddi məsuliyyətinin növü kimi çıxış edir. Həmçinin, əmək qanunvericiliyinin tələblərindən irəli gələrək bu ödənc işçinin əmək hüquqlarının əlavə müdafiə təminatı kimi çıxış edir və bu hüquq heç bir halda tərəflər arasında mübahisənin olub-olmaması ilə əlaqələndirilməməlidir.
51. Kollegiya həmçinin qeyd edir ki, nəzərə alınmalıdır ki, fərdi əmək mübahisəsi olduğu halda ödəncin verilməməsi işçilər arasında qeyri-bərabər vəziyyət yaradar. Belə ki, bu halda eyni hüquqi vəziyyətdə olan şəxslərə, yəni işəgötürən tərəfindən əmək haqları gecikdirilmiş və bu səbəbdən ödəncin verilməsi üçün məhkəməyə müraciət etmiş işçilərə münasibətdə fərqli yanaşma sərgilənmiş olar ki, bu da əmək qanunvericiliyinin prinsipləri ilə ziddiyyət təşkil edər.
52. Kollegiya iş üzrə ekspertiza təyin edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının tələbi işdən çıxdıqdan sonra ona son-haqqhesabın ödənilməsi ilə bağlıdır. Yəni iş materialları müəyyən olunur ki, iddiaçı ona verilmiş son haqq-hesabın məbləğini mübahisələndirməmişdir, ona son haqq-hesabın hesablanaraq ödənilməsini xahiş etmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya son-haqq hesabın məbləğini hesablamaqla iddia tələbindən kənara çıxmışdır. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən dəlilni əsassız hesab edir.
53. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin maddi ziyan tələbi hissəsini qsimən təmin etməklə düzgün nəticəyə gəlmişdir. İş materialları ilə müəyyən olunur ki, iddiaçının maddi ziyan kimi qeyd etdiyi 500 manat vəkilə hüquqi yardıma görə ödənilmiş məbləğdir. Həmin məbləğ MPM-in 121-ci maddəsində nəzərdə tutulmuşdur ki, həmin maddə MPM-in 8-ci fəslində qeyd edilməklə məhkəmə xərclərinə aiddir. Məhkəmçə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi vəkilin göstərdiyi yardıma görə xərclərin məbləğini düzgün müəyyən etməmişdir. Bu səbəbdən həmin hissdə də, qətnamə dəyişdirilməlidir.
54. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-2884/2024 saylı qətnaməsi dəyişdirilməli, iddia tələbi qismən təmin edilməli, cavabdeh Şəmkir rayon Kommunal Müəssisələri Kombinatından İddiaçı əmək müqaviləsinə xitam verilərkən ödənilməmiş son haqq hesab məbləği hesablanaraq İddiaçı ödənilməli və vəkil xidmət haqqının əvəzi kimi 300 (üç yüz) manat pul cavabdeh Şəmkir rayon Kommunal Müəssisələri Kombinatından tutularaq, İddiaçı verilməli, qətnamə qalan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır.
55. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393 və 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-2884/2024 saylı qətnaməsindən İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-2884/2024 saylı qətnaməsi cavabdeh Şəmkir rayon Kommunal Müəssisələri Kombinatından İddiaçı əmək müqaviləsinə xitam verilərkən ödənilməmiş son haqq hesab məbləği 1042.04 (bir min qırx iki manat dörd qəpik) manat pulun və vəkil xidmət haqqının əvəzi kimi 250 (iki yüz əlli) manat pulun alınıb İddiaçı ödənilməsi hissəsində dəyişdirilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh Şəmkir rayon Kommunal Müəssisələri Kombinatından İddiaçı əmək müqaviləsinə xitam verilərkən ödənilməmiş son haqq hesab məbləği hesablanaraq İddiaçı ödənilsin. Vəkil xidmət haqqının əvəzi kimi 300 (üç yüz) manat pul cavabdeh Şəmkir rayon Kommunal Müəssisələri Kombinatından tutularaq, İddiaçı verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.