Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-813/2025 15.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: torpaq sahəsindən çıxarılma; tikilinin sökülməsi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İlkin iddia üzrə İddiaçı və ilk iddia üzrə Cavabdeh iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı müqavilənin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli 2(125)-164/2024 nömrəli qətnaməsindən ilkin iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 15 aprel 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, 3 saylı Gəncə Ərazi İdarəsində elektron bazaya toplanmış məlumatlara və arxiv məlumatlarına istinadən, Göygöl Rayon İcra Hakimiyyəti Göygöl Rayon Dövlət Arxivinin xx.xx.2016-cı il tarixli 444 nömrəli arxiv arayışı və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon (şəhər) şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2009-cu il tarixli 1071 nömrəli (A107416) torpaq sahəsinin planı və ölçüsünə əsasən ünvan 1 ünvanında yerləşən 0,059 ha torpaq sahəsi X5 adına qeydiyyata alınaraq xx.xx.2017-ci il tarixli **********06 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri 5 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli 4Ə-1212 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən, sözügedən torpaq sahəsi X7 tərəfindən X2. Həmin müqaviləyə əsasən X10 adına xx.xx.2021-ci il tarixli **********06 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri 5 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli 4Ə-792 reyestr nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən, X10 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, İbn Sina, 24 ünvanında yerləşən ümumi sahəsi 0,059 ha torpaq sahəsindən yalnız 0,0295 ha torpaq hissəsini İddiaçı bağışlamışdır. Bu müqavilə əsasında ünvanı yeni qaydalarla AZ 1024, Gəncə şəhəri, İbn Sina küçəsi, 24A kimi göstərilməklə İddiaçı adına xx.xx.2022-ci il tarixli, **********1 reyestr nömrəli hüquqların ş materiallarında olan xx.xx.2011-ci il tarixli ərizənin surətindən görünür ki, X9 əri X6 məxsus olan Göygöl rayonu, Quşqara kəndi, Qaraməmmədli yaşayış məntəqəsində yerləşən 590 kv. m. torpaq sahəsinin satılmasına razılıq vermişdir;
2. xx.xx.2012-ci il tarixli AR-İ seriyalı 164321 nömrəli etibarnamənin surətindən görünür ki, X5 adından X4 Sahil Cəmil oğluna Göygöl rayonu Quşqara kəndi Qararməmmədli yaşayış məntəqəsində olan 300 kv.m torpaq sahəsinə dair sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, əmlakı ipoteka (girov) qoymağı, pulu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətlər etməyi etibar etmişdir (etibarnamə üzrə səlahiyyətlər xx.xx.2051-ci il tarixədək verilmişdir, etibarnamə üzrə səlahiyyətlərin üçüncü şəxsə ötürülməsi də nəzərdə tutulmuşdur);
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli 10/6388 nömrəli ekspert rəyindən görünür ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə İddiaçı adına mülkiyyət hüququ ilə qeydə alınmış **********91 reyestr nömrəli 0,0295 hektar ölçüdə torpaq sahəsinin ölçüləri hazırda İddiaçı faktiki sahibliyində olan torpaq sahəsindən, İddiaçı faktiki olaraq istifadə edə bilmədiyi göstərilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə İddiaçı adına mülkiyyət hüququ ilə qeydə alınmış **********91 reyestr nömrəli 0,0295 hektar ölçüdə torpaq sahəsinin 0,0166 (166 kv.m) hissəsində tikili və qurğu işləri aparıldığı göstərilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə İddiaçı adına mülkiyyət hüququ ilə qeydə alınmış **********91 reyestr nömrəli 0,0295 hektar ölçüdə torpaq sahəsinin 0,0166 (166 kv.m) hissəsi üzərində, Cavabdeh tərəfindən tikili və qurğu işləri aparıldığı göstərilmişdir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 0,0295 hektar torpaq sahəsindən cavabdehin çıxarılması və həmin torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. Cavabdeh da İddiaçı qarşılıqlı iddia ərizəsi verərək, Göygöl rayonu Quşqara kəndi Qaraməmmədli yaşayış məntəqəsində yerləşən 300 kv.m sahədən ibarət torpaq sahəsinə dair İddiaçı ilə X5 arasında X10 təmsilçiliyi ilə bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İlkin iddia üzrə İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 4 ünvanında yerləşən 0,0295 hektar torpaq sahəsi onun mülkiyyətindədir. Lakin o, həmin torpaq sahəsinə baxış keçirərkən oranın Cavabdeh tərəfindən qanunsuz zəbt edildiyini və orada 4 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evi tikildiyini müəyyən etmişdir. Bununla bağlı o, Cavabdeh onun mülkiyyətində olan torpaq sahəsinin boşaldılmasını və tikililərin sökülməsini tələb etsə də, Cavabdeh onun tələblərinə məhəl qoymamışdır. Buna görə də o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Buna qədər isə o və onun əri X14 dəfələrlə hüquq mühafizə orqanlarına müraciət etmiş və aparılmış araşdırma ilə cavabdeh S.Z.Zeynalovun təqsirliliyi müəyyən olunmuşdur.
7. X14 və X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər.
8. Gəncə Şəhər Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli 2(125)-164/2024 nömrəli qətnaməsi ilə (hakim Camal Quliyev) İddiaçı Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma və tikintinin sökülməsi» tələbi barədə iddiasının təmin edilməməsi; Cavabdeh İddiaçı qarşı «müqavilənin ləğv edilməsi» tələbi barədə qarşılıqlı iddiasının təmin edilməməsi; İddiaçı məhkəmə tikinti-texniki ekspertizasının dəyəri qismində 100 (bir yüz) manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulması qət edilmişdir.
9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinə, həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144.1, 144.2, 146.1, 146.2, 152.1, 157.2, 329.1, 337.5, 407.2, 425.1, 560.1, 560.2, 562.1, 1091.1, 1091.2, 1092.1 və 1092.2-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
10. İlkin iddia üzrə İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin iddianın təmin edilməməsi hissədə ləğv edilməsini və ilkin iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İlkin iddia üzrə İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Gəncə şəhəri İbn Sina küçəsi ev 24 ünvanda yerləşən 0,059 ha torpaq sahəsi X5 adına olmuşdur. xx.xx.2011-ci il tarixli etibarnaməyə əsasən həmin torpaq sahəsini əri Elşən Alıyev almışdır. Torpaq sahəsini aldıqdan sonra orada ev tikdirib bir müddət orada yaşamışlar, sonra onlar yaşamaq üçün başqa ünvana köçdüklərinə görə orada tikili altında olmayan torpaq sahəsi başqa şəxslər tərəfindən zəbt edilməməsi məqsədi ilə və qorunub saxlanması üçün xx.xx.2012-ci il tarixli etibarnaməyə əsasən əri Elşən həmin torpaq sahəsinin yarısını, yəni 0,0295 ha hissəni əkib-becərmək üçün Cavabdeh istifadəsinə vermişdir. xx.xx.2017-ci il tarixdə həmin torpaq sahəsi X5 adına qeydiyyata alınaraq çıxarış verilmişdir. xx.xx.2021-ci il tarixli 4Ə-1212 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, sözügedən torpaq sahəsi Şöhrət Rəhimov tərəfindən onun əri Elşən Alıyeva satılmış və həmin müqaviləyə əsasən Elşənin adına xx.xx.2021-ci tarixli Dövlət reyestrindən çıxarış verilmişdir. xx.xx.2022-ci il 4Ə-792 reyestr nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən əri Elşən Alıyev mülkiyyətində olan ümumi sahəsi 0,059 ha torpaq sahəsindən yalnız 0,0295 ha torpaq hissəsini ona bağışlamışdır. Bu müqavilə əsasında ünvanı yeni qaydalarla AZ 1024, Gəncə şəhəri, İbn Sina küçəsi, 24A kimi göstərməklə xx.xx.2022-ci il tarixli Dövlət reyestrindən mənə çıxarış verilmişdir. Bundan sonra ərim Elşən Alıyev digər 0,0295 ha torpaq hissəsini isə xx.xx.2022- ci il tarixli 4Ə-1902 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X1. Bundan sonra ünvan 6 ünvanda yerləşən 0,0295 ha torpaq sahəsi onun xüsusi mülkiyyətində olan torpaq sahəsinə baxış keçirərkən məlum olmuşdur ki, həmin torpaq sahəsi Cavabdeh istifadəsinə verilməsinə baxmayaraq cavabdeh tərəfindən qanunsuz olaraq orada dörd otaqlı bir mərtəbəli ev tikilmişdir. Bununla bağlı dəfələrlə Cavabdeh bildirmişdir ki, bu torpaq sahəsi onundur, torpaq sahəsinə çıxarışım var və ondan xahiş etmişdir ki, torpaq sahəsini boşaltsın. Lakin, Cavabdeh torpaq sahəsindən çıxmayaraq bildirmişdir ki, mən Qarabağ müharibəsi iştirakcısıdır, bu torpaq sahəsi ona məxsusdur, ev tikdirmişdir və heç kim onu torpaqdan çıxara bilməz. Bundan sonra o və əri Elşən Alıyev sahə rəisinə və “102 xidmətinə” şikayətlər etmişlər, lakin Cavabdeh onların sözlərinə məhəl qoymamışdır. Onların şikayətlərindən sonra Cavabdeh tərəfindən həmin torpaq sahəsində özbaşına tikinti işləri apardığına görə Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri barədə MN № ******* saylı inzibati protokol tərtib edilmişdir. Odur ki, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə qətnaməsində göstərmişdir ki, guya X5 adından Elşən Alıyev ilə Cavabdeh arasında torpaq sahəsinin alqı-satqısına dair 2012-ci ildə razılaşma olmuşdur, həmin razılaşmaya uyğun olaraq, xx.xx.2012-ci il tarixli etibarnamə verilmiş və 2012-ci il tarixdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi xx.xx.2023-cü il tarixədək ötən 11 il müddətində torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə, eləcə də torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozmaqla əlaqədar hüquq mühafizə orqanlarına müraciət edilməmişdir. Bildirir ki, əri Elşən Alıyev ilə Cavabdeh arasında torpaq sahəsinin alqı-satqısına dair heç bir razılaşma olmamışdır, sadəcə olaraq Elşən həmin torpaq sahəsini Sahilin istifadəsinə vermişdir. Qanunvericiliyə görə qanunla müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əgər əri Elşən Alıyev ilə Cavabdeh arasında 2012-ci ildə torpaq sahəsinin alqı-satqısına dair müqavilə bağlanıbsa həmin müqavilə etibarsız olmuşdur. Alqı-satqı müqaviləsi yalnız notariat qaydasında təsdiqlənməlidir, torpaq sahəsinin alıcısı Cavabdeh əri Elşən Alıyeva müəyyən məbləğdə pul ödəməli idi. Həmin vaxt əri Elşən Alıyev cavabdehdən heç bir pul vəsaiti almamışdır. Bu onu göstərir ki, həqiqətən həmin torpaq sahəsi Elşən tərəfindən cavabdehə əkibbecərilməsi üçün istifadəsinə verilmişdir. Məhkəmə qətnaməsində göstərir ki, guya hüquqdan sui-istifadəyə yol vermişdir. Hesab edir ki, məhkəmə belə nəticəyə gəlməkdə haqlı olmamışdır. Çünki, hazırda Cavabdeh inşa etdiyi fərdi yaşayış evi mülkiyyətimdə olan torpaq sahəsində yerləşir, ona görə də hesab edir ki, mülkiyyət hüququ qorunmalı və müdafiə edilməlidir. Həmin torpaq sahəsində 2014-cü ildə ev cavabdeh tərəfindən inşa edilmiş və həmin vaxt evin tikilməsini gördükdən sonra dəfələrlə hüquq mühafizə orqanlarına şikayətlər etməyə başlamış və Cavabdeh torpaq sahəsindən çıxmasını tələb etmiş və onun barəsində Gəncə şəhər Nizami rayon Polis İdarəsinin Polis Bölməsi tərəfindən xx.xx.2021-ci il tarixdə inzibati tənbeh tədbiri barədə protokol tərtib edilmişdir. Bundan başqa məhkəmə qətnaməsində göstərir ki, Cavabdeh torpaq sahəsində fərdi yaşayış evinin inşası ilə əlaqədar çəkilmiş xərcə görə kompensasiya verilməlidir. O, Cavabdeh heç bir kompensasiya ödəməyə razı deyil. Belə ki, həmin torpaq sahəsi ona əkib-becərilməsi üçün istifadəsinə verilmişdir, ev inşa edilməsi üçün yox. Məhkəmə müstəqil tələb irəli sürməyən üçünçü şəxslər X14 və X5 məhkəmə iclasında iştirakını lazımı qaydada təmin etməmişdir. Hesab edir ki, onların iştirakı məhkəmə iclasında təmin olunsa, onlar məhkəmədə bəzi qaranlıq məsələlərə aydınlıq gətirə bilərdilər.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi onun mülkiyyətindədir. Cavabdeh ona məxsus torpaq sahəsini zəbt edib. İş üzrə verilmiş ekspert rəyi də bunu təsdiq edir. Alıyev Elşən onun əridir, nikahları pozulmamış olsa da, lakin pandemiya dövründən faktiki ayrılmışlar. Birgə nikah dövründə əldə edilmiş əmlakların bölgüsü barədə əri ilə öz aralarında razılaşmışlar. Cavabdeh ona məxsus torpaq sahəsində ev tikib və iddia edir ki, guya torpaq ona məxsusdur. Ondan əvvəl torpaq əri Elşən Alıyevin mülkiyyətində olub, dəfələrlə o da cavabdehdən həmin torpaq sahəsindən çıxmağı tələb edib, hətta sahə müvəkkilini də dəvət edib. Sədrlik edənin suallarına cavab olaraq İddiaçı bildirmişdir ki, əri Elşən Alıyev 2011-ci ildə mübahisəli torpaq sahəsini Şöhrət adlı şəxsdən etibarnamə əsasında satın almışdır. Həmin vaxt torpaq sahəsində hər hansı tikili mövcud olmamışdır. 2012-ci ildə isə əri Elşən Alıyev etibarnamə əsasında torpaq sahəsini cavabdehin istifadəsinə vermişdir ki, sonuncu orada əkinçilik fəaliyyəti ilə məşğul olsun və torpaq sahibsiz qalmasın, başqaları həmin torpağı zəbt etməsin. Cavabdeh isə 2015-ci ildə orada mübahisəli evi inşa etmişdir, ev 1 il müddətinə inşa edilmişdir. Həmin vaxt cavabdeh tərəfindən torpaq sahəsində tikinti işləri aparılmasından məlumatlı olublar və bunun qarşısının alınması üçün müvafiq dövlət orqanlarına müraciət etmişlər, lakin müraciətləri üzrə qeydiyyat aparılmamışdır. Bu səbəbdən Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə müraciət etmişdir, yalnız bundan sonra mübahisənin mülki xarakterli olduğunu və məhkəməyə müraciət etməli olduğunu bilmişdir. 2021-ci ildə Şöhrət adlı şəxslə əri Elşən Alıyev arasında torpağa dair notariat qaydada alqı-satqı müqaviləsi bağlanmışdır. 2021-ci ildə alqı-satqı müqaviləsi bağlanan zaman artıq cavabdeh tərəfindən mübahisəli torpaq sahəsində ev inşa edilmiş idi. Mübahisəli torpaq sahəsində onlar ayrıca ev inşa etdirib bir müddət yaşasalar da, sonradan həmin evdən başqa əraziyə köçmüşlər. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin iddianın təmin edilməməsi hissədə ləğv edilməsini və ilkin iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, mübahisə predmeti olan torpaq sahəsinin 0.03 ha hissəsini 2012-ci ildə 3800 ABŞ dolları müqabilində Elşən Alıyevdən etibarnamə ilə satın almışdır. 2012-ci ildə də orada ev inşa etdirmişdir. İddiaçı və əri Elşən Alıyev özlərinə məxsus torpağı ona satıb getmişlər. Son 3 ildir ki, torpaqdan çıxmağını tələb edirlər. Sədrlik edənin suallarına cavab olaraq Cavabdeh bildirmişdir ki, 2012-ci ildə mübahisəli torpaq sahəsini iddiaçının ərindən satın aldıqdan sonra orada ev inşa etdirmişdir. İddiaçılar onun tərəfindən ev inşa edilməsinə hər hansı etiraz bildirməmişlər. İddiaçı və əri Elşən Alıyev torpaq sahəsinin digər 0.03 ha hissəsində ev inşa edib 2017-ci ilədək orada yaşamışlar, sonradan həmin evi sataraq başqa əraziyə köçmüşlər. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər proses iştirakçıları məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır
17. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
18. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
19. Maddə 180. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
20. Maddə 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
21. Maddə 560.1 Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
22. Maddə 560.2 Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
23. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir.
24. Həmin Məcəllənin 562.1-ci maddəsinə görə əgər bu Məcəlləyə və ya müqaviləyə görə borclunun kreditor barəsində hüququ və ya bununla əlaqədar ödəniş müddəti çatmış tələbi varsa, borclu onun barəsində öhdəlik icra edilənədək öz öhdəliyinin icrasından imtina edə bilər (ləngitmə hüququ).
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
31. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
34. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, ilkin və qarşılıqlı iddia təmin edilməmişdir. Qarşılıqlı iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Yalnız ilkin iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnaməni ilkin iddiaya aid hissədə mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslığı yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, yəni ilkin iddiaya aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.
36. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Göygöl rayon İcra Hakimiyyəti Göygöl Rayon Dövlət Arxivinin xx.xx.2016-cı il tarixli 444 nömrəli arxiv arayışı və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon (şəhər) şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2009-cu il tarixli 1071 nömrəli (A107416) torpaq sahəsinin planı və ölçüsünə əsasən ünvan 1 ünvanında yerləşən 0,059 ha torpaq sahəsi X5 adına qeydiyyata alınaraq xx.xx.2017-ci il tarixli **********06 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Şöhrət Rəhimov həmin torpaq sahəsini 2011-ci ildə faktiki olaraq Elşən Alıyevə satmışdır. 2012-ci ildə isə Elşən Alıyevlə Cavabdeh arasında torpaq sahəsinin alqı-satqısına dair razılaşma olmuş, həmin razılaşmaya uyğun olaraq, X5 adından X4 Sahil Cəmil oğluna xx.xx.2012-ci il tarixli AR-İ seriyalı 164321 nömrəli etibarnamə ilə əmlaka dair sərəncam, satmaq, bağışlamaq, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq, pul almaq, buna dair müqaviləni imzalamaq, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətlər etmək səlahiyyətləri verilmişdir (etibarnamə üzrə səlahiyyətlər xx.xx.2051-ci il tarixədək verilmişdir, etibarnamə üzrə səlahiyyətlərin üçüncü şəxsə ötürülməsi də nəzərdə tutulmuşdur). Bundan sonra Cavabdeh 2015-ci ildə həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etmiş və ailəsi ilə birlikdə həmin fərdi yaşayış evində yaşamışdır. Daha sonra Gəncə şəhəri 5 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli 4Ə-1212 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən, mübahisəli torpaq sahəsi X7 tərəfindən X2. Gəncə şəhəri 5 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli 4Ə-792 reyestr nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən, X10 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, İbn Sina, 24 ünvanında yerləşən ümumi sahəsi 0,059 ha torpaq sahəsindən yalnız 0,0295 ha torpaq hissəsini İddiaçı bağışlamışdır. Bu müqavilə əsasında ünvanı yeni qaydalarla AZ 1024, Gəncə şəhəri, İbn Sina küçəsi, 24A kimi göstərilməklə İddiaçı adına xx.xx.2022-ci il tarixli, **********1 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Bu əmlak bölündükdən sonra "xxxx" MMC-nin eskiz layihəsinə əsasən Gəncə şəhəri, İbn Sina küçəsi, 24 ünvanında yerləşən torpaq sahəsində (0,0295 ha) inşa edilmiş fərdi yaşayış evi X10 adına qeydiyyata alınaraq, xx.xx.2022-ci il tarixli, **********83-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı ona məxsus torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edildiyini və orada qanunsuz tikili inşa edildiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi tərəfindən də onun iddiası təmin edilməmişdir.
37. Məhkəmə kollegiyası yoxlanılan (ilkin iddiaya aid) hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
38. İstənilən iddia ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
39. Baxılan işdə iddiaçı mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyini və orada qanunsuz tikili inşa edildiyini iddia edir. Cavabdeh isə buna etiraz edərək, torpağın könhə mülkiyyətçisinin (iddiaçının əri) torpağı 2012-ci ildə etibarnamə ilə faktiki olaraq ona satdığını və torpağı satın aldıqdan sonra orada fərdi yaşayış evi inşa edərək yaşadığını bildirir.
40. Qeyd edilməlidir ki, torpaq sahəsində mülkiyyətçinin razılığı olmadan və ya onun iradəsi əleyhinə başqası tərəfindən tikili inşa edildikdə, Mülki Məcəllənin 157.2, 157.4 və 180-ci maddələrinə əsasən mülkiyyətçinin öz hüququnun müdafiəsi çərçivəsində həmin özbaşına tikilinin sökülməsini tələb etmək hüquqları qanunla tanınır. Mülkiyyətçinin iradəsinə zidd və özbaşına şəkildə torpaq sahəsində inşaat aparılması mülki hüquq pozuntusu hesab edilir və mülkiyyət hüququna bu xarakterli müdaxilə qanunsuz sayılır.
41. Lakin nəzərə alınmalıdır ki, mülkiyyətə müdaxilə kimi təqdim edilən hərəkətin qanuni və ya qanunsuz olmasını müəyyən etmək üçün mühüm meyarlardan biri mülkiyyətçinin iradəsidir. Bu baxımdan binanı torpaq mülkiyyətçisinin, o cümlədən ümumi birgə mülkiyyətdə mülkiyyətçilərdən birinin razılığı əsasında inşa edən şəxsin hərəkətləri mülkiyyətçiyə (o cümlədən digər birgə mülkiyyətçiyə) münasibətdə qanunsuz hesab edilmir və həmin şəxs vicdansız sahib də sayılmır.
42. Bu razılıq açıq şəkildə bəyan edilə biləcəyi kimi, qapalı formada da ifadə oluna bilər (torpaq mülkiyyətçisinin maddi marağı, tikilinin inşası barədə məlumatlı olduğu halda buna etiraz bildirməməsi, cavabdehin həmin binada yaşamasına şərait yaratması, əldə edənin torpaq sahəsini tikililərin başqa şəxs tərəfindən inşa edildiyini və istifadə olunduğunu bilsə də, etirazsız qəbul etməsi və s).
43. Bununla belə, torpaq mülkiyyətçisi öz hüququna əsaslanıb özünün və ya digər birgə mülkiyyətçinin verdiyi razılığı sonradan geri götürərək, tikililərin sökülməsini tələb etdikdə, mülkiyyətçinin hüquqları ilə yanaşı, göstərilən şəxsin də qanuni mənafeləri nəzərə alınmalı, hər iki mənafe arasında ədalətli tarazlıq təmin olunmalıdır. Başqa sözlə, mülkiyyətin qorunmasına dair normalar nəzərə alınarkən, mülkiyyətçinin razılığına və rəftarına güvənərək müvafiq vəsait qoymaqla tikinti inşa etmiş şəxsin əmlak mənafeləri də diqqətdən kənar qalmamalıdır.
44. Odur ki, mübahisənin qanuni həlli baxımından sökülməsi tələb olunan tikilinin kim tərəfindən və nə zaman inşa edildiyi, iddiaçının torpaq sahəsini əldə edərkən həmin tikilinin torpaq sahəsi üzərində mövcud olub-olmadığı, torpaq sahəsinin əvvəlki mülkiyyətçisinin həmin tikililərin inşasına razılıq verib-vermədiyi halları araşdırılmalıdır.
45. Hazırkı işin müəyyən olunmuş və faktiki hallarından aydın olur ki, mübahisəli torpaq sahəsinin mülkiyyətçisi Şöhrət Rəhimov 2011-ci ildə torpağı faktiki olaraq iddiaçının əri Elşən Alıyevə satmışdır. Lakin onlar arasında notariat qaydada əqd bağlanmadığından əmlak alıcının adına rəsmiləşməmiş, Şöhrət Rəhimovun mülkiyyəti olaraq qalmışdır. 2012-ci ildə iddiaçının əri Elşən Alıyevlə Cavabdeh arasında torpaq sahəsinin alqı-satqısına dair razılaşma olmuş, həmin razılaşmaya uyğun olaraq, Şöhrət Rəhimovun adından iddiaçının əri Elşən Alıyev Cavabdeh xx.xx.2012-ci il tarixli AR-İ seriyalı 164321 nömrəli etibarnamə ilə əmlaka dair sərəncam, satmaq, bağışlamaq, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq, pul almaq, buna dair müqaviləni imzalamaq, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətlər etmək səlahiyyətləri vermişdir (etibarnamə üzrə səlahiyyətlər xx.xx.2051-ci il tarixədək verilmişdir, etibarnamə üzrə səlahiyyətlərin üçüncü şəxsə ötürülməsi də nəzərdə tutulmuşdur). Bundan sonra Cavabdeh 2012-2015-ci illərdə həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etmiş və ailəsi ilə birlikdə həmin fərdi yaşayış evində hazırda da yaşamaqdadır.
46. Digər tərəfdən İddiaçı mübahisəli əmlaka dair əri E.Alıyev tərəfindən Cavabdeh verilmiş xx.xx.2012-ci il tarixli etibarnamənin sonuncunun orada əkinçilik fəaliyyəti ilə məşğul olması, torpağın sahibsiz qalmaması və başqalarının həmin torpağı zəbt etməməsi məqsədilə verildiyi barədə arqumentlər irəli sürsə də, məhkəmə kollegiyası bu arqumentləri əsassız saymışdır. Ona görə ki, həmin etibarnamə üzrə səlahiyyətlər 40 (qırx) ilə yaxın müddətə verilmişdir və bu müddətə verilmiş etibarnamənin məhz iddiaçının qeyd etdiyi məsələlərə görə verilmiş olması inandırıcı və ağlabatan deyildir. Xüsusilə diqqət yetirilməli haldır ki, iddiaçının əri E.Alıyevin Cavabdeh verdiyi etibarnamədə sonuncuya əmlaka dair sərəncam, satmaq, bağışlamaq, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq, pul almaq, buna dair müqaviləni imzalamaq, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətlər etmək səlahiyyətləri vermişdir ki, işin bu halı həmin etibarnamənin məhz cavabdehin əkinçilik fəaliyyəti ilə məşğul olması, habelə torpağın sahibsiz qalmaması məqsədlərilə verilmiş olmasını birmənalı təkzib edir.
47. Bundan əlavə, İddiaçı cavabdeh tərəfindən torpaq sahəsində tikinti işləri aparılmasının qarşısının alınması üçün özü və əri E.Alıyev tərəfindən müvafiq dövlət orqanlarına müraciət edilməsi barədə arqumentlər irəli sürsə də, lakin bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, cavabdeh tərəf də bu arqumentləri qəbul etməmiş, habelə məhkəmə araşdırması zamanı da bu hal öz təsdiqini tapmamışdır. Belə ki, göstərilən xüsusatın aydınlaşdırılması məqsədilə birinci instansiya məhkəməsi tərəfindən şəhər prokurorluğuna və polis şöbə və bölmələrinə müvafiq sorğular verilmiş, sorğulara cavab olaraq iddiaçının aidiyyəti dövlət orqanlarına qeyd edilən məzmunda hər hansı müraciəti olmadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası iddiaçının bu arqumentlərinin əsassız olması qənaətinə gələrkən həm də bu xüsusatı nəzərə alır ki, iddiaçının əri E.Alıyev torpaq sahəsinə dair 2012-ci ildə cavabdehə etibarnamə verdiyi halda, mübahisəli torpaq sahəsində tikili 2012-2015-ci illərdə inşa edilmişdir. Tikilinin inşa edildiyi vaxtdan hazırkı iddianın məhkəməyə verildiyi vaxtadək 10 ilə yaxın müddət keçsə də, ötən həmin illər ərzində iddiaçının əri E.Alıyev torpağa dair verilmiş etibarnamənin ləğvi ilə bağlı hər hansı iddia irəli sürməmiş, eləcə də iş materialları ilə onlar arasında torpağa və ya onun üzərində inşa edilmiş mübahisəli evə dair hər hansı mübahisə olması müəyyən edilməmişdir. İşin qeyd olunan halları özözlüyündə ona dəlalət edir ki, cavabdeh iddiaçıya məxsus torpaq sahəsinin əvvəlki mülkiyyətçisi ilə (iddiaçının əri) aralarında etibarnamə əsasında baş tutmuş şifahi alqı-satqı müqviləsinə və onun rəftarına güvənərək müvafiq vəsait qoymaqla mübahisəli torpaq sahəsində fərdi yaşayış evi inşa etmişdir.
48. Şərh olunanları ümumiləşdirərək kollegiya belə qənaətə gəlir ki, 2012-ci ildən mübahisəli torpaq sahəsinin Cavabdeh sahiblik və istifadəsinə keçməsi, 2012-2015-ci illərdə orada cavabdeh tərəfindən mübahisəli fərdi yaşayış evinin inşa edilməsi, həmin illərdən hazırkı iddianın məhkəməyə verildiyi xx.xx.2023-cü il tarixədək iddiaçının və ya ərinin cavabdehə qarşı iddia irəli sürüb torpaq sahəsindən istifadə etməyə, habelə orada tikinti işləri aparmağa son qoymasını tələb etməməsi, işin hallarına həm də Mülki Məcəllənin 560-cı maddəsində bəhs olunan hüquqdan suiistifadə müddəalarına uyğun yanaşmanı tələb edir. Çünki həmin norma, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsini, hüquqdan sui-istifadə kimi qiymətləndirir və bu əsasa söykənən iddianın yolverilməzliyini müəyyən edir (MM 560.3.4).
49. Məhkəmə kollegiyası 2012-2015-ci illərdən Cavabdeh mübahisəli torpaq sahəsinə sahiblik və istifadə hüquqları həyata keçirtdinini, həmin illərdə orada mübahisəli fərdi yaşayış evini inşa etdiyini, 2012-2015-ci illərdən hazırkı iddianın məhkəməyə verildiyi xx.xx.2023-cü il tarixədək iddiaçının və ya ərinin cavabdehə qarşı iddia irəli sürüb torpaq sahəsindən istifadə etməyə, habelə orada tikinti işləri aparmağa son qoymasını tələb etməməsini, bir sözlə cavabdehin hər hansı mane olmadan torpaq sahəsinə və həmin torpaq sahəsində inşa etdiyi tikiliyə qanuni əsaslarla sahiblik hüququ həyata keçirtdiyini, iddiaçının və ərinin torpağın mülkiyyətçisi kimi görülən bu işlərdən məlumatlı olmasını, cavabdehin həmin torpaq sahəsində tikili inşa etməyə başlamasından tikilinin inşa işlərinin bitməsinədək ötən müddət ərzində iddiaçının və ərinin buna hər hansı narazılığının olmaması, yəni susması barədə işin hallarını ağlabatan mühakimə əsasında tədqiq edərək qeyd edir ki, cavabdeh tərəfindən inşa edilmiş tikili hazırda iddiaçının mülkiyyətində olan torpaq sahəsinin üzərində inşa edilmiş olsa belə, lakin Mülki Məcəllənin 560-cı maddəsinin tələbləri baxımından iddiaçının bu hərəkətləri hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir.
50. Məhkəmə kollegiyası cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsində inşa edilmiş tikilinin qanunsuz (özbaşına) tikili olmadığını nəzərə alaraq qeyd edir ki, İddiaçı Cavabdeh kompensasiya ödəməklə hazırkı tələblə iddia irəli sürə bilər.
51. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, mübahisəli torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə cavabdehin qanuni əsaslarla sahiblik hüquqlarının olması torpağın mülkiyyətçisi olan iddiaçının torpağa mülkiyyət hüququnun məhdudlaşdırılmasının qanuni əsaslarından biridir. Məhz bu səbəbdən İddiaçı cavabdehin torpaq sahəsindən çıxarılması barədə tələbi də əsassızdır. Ona gorə ki, mülkiyyət hüququnun əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması zamanı aşağıdakı prinsiplərə dəqiq riayət olunmalıdır: 1. Bu cür məhdudlaşdırma qanunçuluğun tələbinə cavab verməli; 2. başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli; 3. mütənasib olmalı; 4. bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir.
52. Göründüyü kimi iddiaçının iddia tələbi ilə bağlı irəli sürdüyü faktiki hallar, onun tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
53. Qeyd olunanlara əsasən məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci intansiya məhkəməsi yoxlanılan hissədə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin yoxlanılan hissədə ləğvi üçün əsas deyildir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
54. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İlkin iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli 2(125)-164/2024 nömrəli qətnaməsi yoxlanılan, yəni ilkin iddianın təmin edilməməsi hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.