Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-819/2025 09.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra ASC) cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: mənzildən çıxarılma, mənzilin boşaldılması və təhvil verilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X2 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X6 və Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı ASC cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılma, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-268/2025 nömrəli qətnaməsindən Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə 09 aprel 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2014-cü il tarixli, 10-G-1-0-2077-14 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" İKB ASC tərəfindən X4 60 ay müddətinə illik 25 faiz dərəcə ödəmək şərti ilə 30.000 manat məbləğində kredit verilmişdir.
2. 09.10.2014-cü il tarixli, 10-G-1-0-2077 nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, xx.xx.2014-cü il tarixli, 10-G-1-0-2077-14 nömrəli kredit müqaviləsinin təminat üsulu kimi Cavabdeh1 məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, məhəllə V-13, sahə 19-da yerləşən fərdi yaşayış evi "xxxx" İKB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
3. 30.09.2014-cü il tarixli arayışın surətindən görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X10 (2004-cü il təvəllüdlü) və X7 (2008-ci il təvəllüdlü) Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, məhəllə V13, sahə 19 ünvanında qeydiyyatdadırlar.
4. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)- 3275/2018 nömrəli icra sənədinin surətindən görünür ki, X8 ilə "xxxx" İKB ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi ləğv olunmuş, X3 "xxxx" İKB ASC-nin xeyrinə 27.087 manat 79 qəpik əsas borc, 17.791 manat 11 qəpik faiz borc və 50 manat cərimə borcu olmaqla,cəmi 44.928 manat 90 qəpik məbləğində pul vəsaiti və ödənilmiş 30 manat manat məbləğində dövlət rüsumu tutulmuşdur, tutma ipoteka predmeti olan Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, məhəllə V-13, sahə 19-da yerləşən fərdi yaşayış evinə və 0,04 ha torpaq sahəsinə yönəldilmiş, həmin daşınmaz əmlak açıq hərracda satılmaqla əldə olunan vəsait borcun ödənilməsinə yönəldilmişdir.
5. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-134/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-3275/2018 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
6. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-4395/2023 nömrəli qərarının surətindən görünür ki, Cavabdeh1 tərəfindən verilmiş kasassiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-134/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
7. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, **********446-10302 reyestr nömrəli elektron çıxarışdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, məhəllə V-13, sahə 19 ünvanında yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsi və ümumi sahəsi 135,70 kv/m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı ASC-yə məxsusudur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı ASC cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, məhəllə V13, sahə 19 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldıması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(043)-3275/2018 nömrəli qətnaməsinə əsasən "xxxx" İKB ASC ilə X8 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq ipoteka qoyulmuş, X5 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, məhəllə V13, sahə 19 ünvanında yerləşən 0,04 ha torpaq sahəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 135,7 kv/m, yaşayış sahəsi 55,6 kv/m, yardımçı sahəsi 80,1 kv/m-dən ibarət fərdi yaşayış evinə tutma yönəldilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(104)- 134/2023 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayət təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)- 4395/2023 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(104)-134/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin əmlaka dair İddiaçı ASC-nin mülkiyyət hüquqları xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə DƏDRX-da qeydə alınmış və bankın adına çıxarış alınmışdır. Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, məhəllə V13, sahə 19-da yerləşən fərdi yaşayış evində Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qeydiyyatda olmaqla yaşayırlar. Qeyd olunan fərdi yaşayış evi İddiaçı ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdehlər mənzildən çıxmaqdan imtina edirlər.
10. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-268/2025 nömrəli qətnaməsi (hakim Camal Quliyev) ilə iddianın təmin edilməsi, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, məhəllə V13, sahə 19 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, məhəllə V13, sahə 19 ünvanında yerləşən fərdi yaşayış evi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən boşaldılması və İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Cavabdeh1 məxsus olan, Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, məhəllə V13, sahə 19 ünvanında yerləşən fərdi yaşayış evi kredit öhdəliyinin təminatı kimi ipoteka ilə yüklü edilmiş, məhkəmə qətnaməsinə əsasən kredit borcu üzrə tutma həmin evə yönəldilmiş və sözügedən ev iddiaçının mülkiyyətinə keçmişdir. Lakin fərdi yaşayış evinin iddiaçının mülkiyyətinə keçməsinə baxmayaraq cavabdeh tərəf həmin evi iddiaçıya təhvil verməmiş, iddiaçının mülkiyyət hüququnu pozmuşdur. Cavabdeh1 özünə məxsus olan evi ipoteka ilə yüklü etməklə qanundan irəli gələrək öz üzərinə tutma ipoteka predmetinə yönəldildikdə və mənzil başqasının mülkiyyətinə keçdikdə mənzili tərk etmək və yeni mülkiyyətçiyə təhvil vermək öhdəliyi götürmüşdür.
12. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin olunmalı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, məhəllə V13, sahə 19 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmalı, sözügedən ünvan cavabdehlər tərəfindən boşaldılmalı və İddiaçı ASC-yə təhvil verilməlidir.
13. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.1, 157.2 və 157.4-cü maddələrinə istinad etmiş, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 59.3, 59.3.1 və 59.3.2-ci maddələrinə, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 216-220, 227, 358-360 və 362-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-268/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, qardaşı X1 Bankdan pul götürmüş və hazırki mübahisəli evlərini ipotekaya qoymuşdur. Onlara qarşı iddia qaldırılmış və iddia təmin olunmuşdur. Sonda evləri bankın balansına keçmişdir. Onlar evlərini bankdan nisyə alqısatqı müqaviləsi əsasında almaq istəyirlər, bununla bağlı onların bankla müəyyən danışıqları olmuşdur. Sadəcə gözlənilməz müəyyən problemlər olduğundan onların bankla razılaşmamış sona yetirilməmişdir. Gözlənilməz müəyyən problemlər olduğundan onların bankla razılaşmamış sona yetirilməmişdir. Mühahisəli ev onların yeganə qalacaq yerləridir. Onlar evdən çıxsalar gedəcək yerləri yoxdur. Onların bankla olan söhbətlərinin yaxın vaxlarda baş tutacağını birinci instansiya məhkəməsində bildirərək bizə müəyyən müddətə vaxt verilməsini xahiş etmişlər. Lakin, birinci instansiya məhkəməsi onların müraciətlərinə əhəmiyyət verməmişdir. İşə mahiyyəti üzrə baxmış və iddianı təmin etməklə işlərini sonlandırmışdır. Ona görə də o Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)- 268/2025 saylı qətnaməsi ilə razı deyil, hesab edir ki, həmin qətnamə qanunsuz və əsassızdır. Ona görə də sözügedən qətnamə ləğv edilməlidir və onun iddiası təmin edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
19. İş üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
20. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
21. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.
22. Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.
23. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
25. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
26. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
27. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu
28. Maddə 1.0.6. ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur.
29. Maddə 59. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
30. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
37. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
38. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
39. 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
40. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
41. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
42. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
44. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
46. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-268/2025 nömrəli nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Belə ki, işin müəyyən olunmuş faktiki hallarına görə, Cavabdeh1 məxsus olan, Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, məhəllə V13, sahə 19 ünvanında yerləşən fərdi yaşayış evi kredit öhdəliyinin təminatı kimi ipoteka ilə yüklü edilmiş, məhkəmə qətnaməsinə əsasən kredit borcu üzrə tutma həmin evə yönəldilmiş və sözügedən ev iddiaçının mülkiyyətinə keçmişdir. Lakin fərdi yaşayış evinin iddiaçının mülkiyyətinə keçməsinə baxmayaraq cavabdeh tərəf həmin evi iddiaçıya təhvil verməmiş, iddiaçının mülkiyyət hüququnu pozmuşdur. Cavabdeh1 özünə məxsus olan evi ipoteka ilə yüklü etməklə qanundan irəli gələrək öz üzərinə tutma ipoteka predmetinə yönəldildikdə və mənzil başqasının mülkiyyətinə keçdikdə mənzili tərk etmək və yeni mülkiyyətçiyə təhvil vermək öhdəliyi götürmüşdür.
49. İddiaçı mübahisəli əmlakın mülkiyyətçisidir və onların mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə əsasən toxunulmazdır və bu toxunulmazlığa təminat verilir.
50. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri).
51. İddiaçı mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində göstərilən sərəncam hüququna malikdir və sərəncam hüququndan çıxış etməklə cavabdehin torpaqdan çıxarılmasını tələb etmək ixtiyarı vardır. Onun iddiası hüquqdan sui-istifadə ilə əlaqədar deyildir.
52. Belə ki, Mülki Məcəlləyə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ya ipoteka qoyan müqavilə əsasında kreditorun şəxsi borcluya qarşı tələb hüququna öz əmlakı ilə təminat verməklə həmin əmlak üzərindəki mülkiyyət hüququnu məhdudlaşdırır. Belə ki, şəxsi borclu öz öhdəliyini yerinə yetirmədiyi halda kreditor girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əmlakın satılmasını və dəyərindən alacağının qarşılanmasını təmin etmək imkanına malik olur.
53. Girov və ya ipoteka hüququ yazılı müqavilənin bağlanması ilə (Mülki Məcəllə, maddə 270.1), yaxud digər əsaslarla meydana gəlir (Mülki Məcəllə, maddə 270.2): məsələn, qanuna əsasən yaranan ipoteka hüququ (Mülki Məcəllə, maddə 252.4, 253.3 və s.).
54. Hansı əsasla yaranmasından asılı olmayaraq, mülki dövriyyədə girov və ya ipoteka saxlayanın məhdud əşya hüququnun təmin edilməsi və qorunması üçün qanunvericilikdə bir sıra müddəalar nəzərdə tutulmuşdur.
55. Girovla təminat altına alınmış əsas öhdəlik icra edilmədikdə girov saxlayanın girov predmetini məcburi satdırmaq hüququ, eləcə də alacağın girov predmeti hesabına ödənilməsində girov saxlayanın üstünlük hüquqları təsbit edilmişdir.
56. Üstünlük hüququ dedikdə, girov saxlayanın girov predmetinin mülkiyyətçisinin digər kreditorlarına nisbətən üstün qaydada təminat almaqla (Mülki Məcəllə, maddə 269.7) yanaşı, girov əmlakın çevrildiyi digər maddi dəyərlərdən də üstün təminat almaq imkanı başa düşülür.
57. Bu cür hüquq münasibətlərini tənzimləyən Mülki Məcəllənin 290.1-ci və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-ci maddələrində göstərilir ki, ipoteka qoyanın ipoteka predmeti olan əşyaya mülkiyyət hüququna qanunla müəyyənləşdirilmiş əsaslar üzrə və qaydada dövlət ehtiyacları üçün özgəninkiləşdirilmə, rekvizisiya və ya milliləşdirilmə nəticəsində xitam verildikdə və ipoteka qoyana başqa əşya və (və ya) müvafiq əvəz verildikdə ipoteka hüququ əvəz kimi verilmiş əşyaya şamil edilir və ya müvafiq surətdə ipoteka saxlayan ipoteka qoyana çatası əvəzin məbləğindən öz tələbinin üstün ödənilməsi hüququnu əldə edir. Bu hüquqları tam müdafiə olunmayan (əvəz kimi verilən əşya və (və ya) müvafiq əvəz ipoteka predmetinin dəyərindən aşağı olduqda) ipoteka saxlayan əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər, tələb yerinə yetirilmədikdə ipoteka qoyanın aldığı müvafiq əvəzə tutmanı yönəldə bilər.
58. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş işin mübahisə edilməyən hallarından görünür ki, cavabdeh Mehdi Verdiyev tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Buna görə də qanuni qüvvəsini almış məhkəmə qətnamələrinə əsasən öhdəliyin icrasının təmin edilməsi üçün tələb borcalan tərəfindən girov qoyulmuş mübahisə predmeti olan fərdi yaşayış evinə yönəldilmiş və həmin əmlak kreditorun, yəni hazırki iş üzrə iddiaçı olan İddiaçı ASC-nin mülkiyyətində keçmişdir.
59. Yuxarıda sadalanan hüquq normalarına və işin hallarına əsasən, iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur.
60. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.
61. Kollegiya iş materiallarını göstərilən nomralar əsasında araşdıraraq hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslar olmuş və birinci instansiya məhkəməsi iddianı təmin etməklə iddiaçının fərdi mənzil üzərində pozulmuş mülkiyyət hüquqlarını haqlı olaraq bərpa etmişdir.
62. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
63. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
64. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
65. Məhkəmə Kollegiyası işin araşdırılmış halları ilə müəyyən etmişdir ki, cavabdeh Mehdi Verdiyev tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Buna görə də qanuni qüvvəsini almış məhkəmə qətnamələrinə əsasən öhdəliyin icrasının təmin edilməsi üçün tələb borcalan tərəfindən girov qoyulmuş mübahisə predmeti olan fərdi yaşayış evinə yönəldilmiş və həmin əmlak kreditorun, yəni hazırki iş üzrə iddiaçı olan İddiaçı ASC-nin mülkiyyətində keçmişdir. Yəni Cavabdeh1 əvvəllər məxsus olan, Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, məhəllə V13, sahə 19 ünvanında yerləşən fərdi yaşayış evi kredit öhdəliyinin təminatı kimi ipoteka ilə yüklü edilmiş, məhkəmə qətnaməsinə əsasən kredit borcu üzrə tutma həmin evə yönəldilmiş və sözügedən ev iddiaçının mülkiyyətinə keçmişdir. Lakin fərdi yaşayış evinin iddiaçının mülkiyyətinə keçməsinə baxmayaraq cavabdeh tərəf həmin evi iddiaçıya təhvil verməmiş, iddiaçının mülkiyyət hüququnu pozmuşdur. Cavabdeh1 özünə məxsus olan evi ipoteka ilə yüklü etməklə, mənzil başqasının mülkiyyətinə keçdikdə mənzili tərk etmək və yeni mülkiyyətçiyə təhvil vermək öhdəliyi götürmüşdür. Göründüyü kimi, cavabdehlər həmin mənzildən çıxmamışlar.
66. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
67. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
68. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-268/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.