Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-820/2025 24.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: öhdəliklərin qarşılıqlı icrası; öhdəliyin icrasından imtina Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı gecikdirilmiş vaxt üçün illik beş faiz borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli 2(021)-1109/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 24 iyun 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2430/2018 nömrəli 15 fevral 2018-ci il tarixli qətnaməsinə əsasən, Cavabdeh və İddiaçı MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-84/2017 nömrəli, 13 aprel 2017-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılaraq, Cavabdeh İddiaçı MMC-yə qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab olunması, avtomobillərin təhvil verilməsi, dəyəri ödənilmiş avtomobillərə mülkiyyət hüququnun tanınması, müqavilə üzrə artıq ödənilmiş pul vəsaitinin qaytarılması, mənəvi zərərin əvəzinin ödənilməsi” barədə ilkin iddia tələbinin qismən təmin edilməsi; Cavabdeh ilə İddiaçı MMC-nin arasında “SHACMAN” markalı **- JR-***, **-JR-***, **-JR-***, **-JR-***, **-JN-***, **-JN-***, **-JN-***, **-JN-***, **-JN-***, **-JN-***, **-JN-***, **-JM-***, 90-JN914, **-JN-***, **-JN-***, **-JN-*** və “FAW” markalı **-JN-*** dövlət qeydiyyat nişanlı 17 ədəd yük avtomaşınlarına dair bağlanmış 24 aprel 2015-ci il tarixli 13 nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; “SHACMAN” markalı **-JN-*** və 90-JN917 dövlət qeydiyyat nişanlı yük avtomobillərinin İddiaçı MMC-dən alınaraq Cavabdeh verilməsi; 22 oktyabr 2010-cu il tarixli 171 saylı, 08 noyabr 2010-cu il tarixli 182 saylı və 12 noyabr 2011-ci il tarixli 276 saylı alğı-satqı müqavilələrinin şərtlərinə uyğun olaraq “SHACMAN” markalı **-JR-***, **- JR-***, **-JR-***, **-JR-***, **-JN-***, **-JN-***, **-JN-***, **-JN-***, **-JN-***, **-JN-***, **-JN-***, **-JM-***, 90-JN914, **-JN-***, **-JN-***, **-JN-*** və “FAW” markalı **-JN-*** dövlət qeydiyyat nişanlı 17 ədəd yük avtomaşınlarının Cavabdeh mülkiyyətinə verməsi vəzifəsinin "xxxx" MMC-yə həvalə edilməsi; qarşılıqlı iddia tələblərinin qismən təmin edilərək, 24 aprel 2015-ci il tarixli 13 nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə əlaqədar restitusiya qaydasında İddiaçı MMC-də Cavabdeh xeyrinə tutulmalı olan 20000 manat Cavabdeh, həmin MMC-nin xeyrinə tutulmalı olan pul məbləğinin müvafiq hissəsində əvəzləşdirilməsi və Cavabdeh 107.798 manat alınaraq İddiaçı MMC-yə ödənilməsi; ilkin və qarşılıqlı iddia tələblərinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir;
2. Azərbaycan Respulikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-4804/2018 nömrəli 02 iyul 2018-ci il tarixli qərarından görünür ki, kassasiya şikayətlərinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2430/2018 nömrəli, 15 fevral 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır;
3. Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmurunun “icrası mümkün olmayan icra sənədinin qaytarılması barədə” 23 may 2022-ci il tarixli qərarından görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh təhvil verilməli olan nəqliyyat vasitələri “Elektron icra” informasiya sistemindən çıxarışa əsasən özgəninkiləşdirildiyindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2430/2018 nömrəli, 15 fevral 2018-ci il tarixli icra sənədi geri qaytarılmışdır;
4. İddiaçı MMC-nin direktoru X1 ilə Cavabdeh arasında 21 fevral 2019-cu il tarixdə bağlanaraq, Bakı şəhəri 13 saylı dövlət notariat ofisinin dövlət notariusu Kəmalə Hüseynzadə tərəfindən təsdiq edilmiş Barışıq Sazişindən görünür ki, İddiaçı MMC-nin ilə Cavabdeh aşağıdakı şərtlərlə razılaşmanı imzalamışlar: - 1. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2430/2018 nömrəli mülki iş üzrə 15 fevral 2018-ci il tarixli qətnaməsinə əsasən İddiaçı MMC “SHACMAN” markalı dövlət qeydiyyat nişanı **-JR-***, **-JR-***, **-JR-***, **-JR-***, **-JN-***, **-JN-***, **-JN-***, **-JN-***, **-JN-***, **-JN-***, **-JN-***, **-JM-***, **-JN-***, 90-JN215, **-JN-***, **-JN-*** və “FAW” markalı dövlət qeydiyyat nişanı **-JN- *** olan (17 ədəd yük avtomaşınlarını) Cavabdeh mülkiyyətinə rəsmiləşdirməli və öz növbəsində Cavabdeh İddiaçı MMC-nin xeyrinə 107798 manat ödəməlidir; - 2. Cavabdeh İddiaçı MMC-nin xeyrinə 107798 manat pulu birdəfəlik ödəmə imkanının olmadığı nəzərə alınaraq, tərəflər həmin ödənişi aşağıdakı şəkildə razılaşdırırlar; -3. Cavabdeh İddiaçı MMC-nin xeyrinə 107798 manat əvəzində 150000 manat pul məbləğini 3 il müddətinə hissə-hissə ödəməlidir; -4. İddiaçı MMC isə “SHACMAN” markalı dövlət qeydiyyat nişanı **-JR-***, **-JR-***, **-JR- ***, **-JR-***, **-JN-***, **-JN-***, **-JN-***, **-JN-***, **-JN-***, **-JN-***, **-JN-***, **-JM-***, **- JN-***, **-JN-***, **-JN-***, 90-JN917 və “FAW” markalı dövlət qeydiyyat nişanlı **-JN-*** olan 17 ədəd yük avtomaşınlarından dövlət qeydiyyat nişanı **-JR-***, **-JR-***, **-JR-***, **-JR-***, **-JN- ***, **-JN-***, **-JN-***, **-JN-***, **-JN-***, **-JN-***, **-JM-***, 90-JN915 olan “SHACMAN” markalı və dövlət qeydiyyat nişanı **-JN-*** olan “FAW” markalı avtomaşını (cəmi 13 ədəd avtomaşın) Cavabdeh mülkiyyətinə rəsmiləşdirməyi öhdəsinə götürür; -5. “SHACMAN” markalı dövlət qeydiyyat nişanı **-JN-***, **-JN-***, **-JN-***, **-JN-*** olan avtomaşınlar (cəmi 4 ədəd avtomaşın) İddiaçı MMC-nin mülkiyyətində qalır. Həmin avtomaşınlara dair Cavabdeh hər hansı bir tələbi gələcəkdə də olmayacaqdır; -6. Cavabdeh apardığı hissə-hissə ödənişlərə dair müvafiq kassa qəbzi verilir və tam məbləğ bağlandığı gün bu razılaşmada göstərilən öhdəliklər yerinə yetirilmiş hesab edilir; -7. Bu razılaşmadan irəli gələn mübahisələr danışıqlar yolu ilə həll edilir, bu mümkün olmadıqda Azərbaycan Respublikası qanunvericiliyinə əsasən həll edilir;
5. İddiaçı MMC Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı MMC borcun ödənilməsi ilə bağlı Cavabdeh xəbərdarlıq etmişdir;
6. İddiaçı MMC-nin 23 iyun 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 21 fevral 2019-cu il tarixli Barışıq Sazişinə əsasən - əsas borcu 113.000 manat, illik 5 faiz dərəcəsi ilə dəymiş zərər və əldən çıxmış fayda qismində 1.883 manat (əsas borcun 5%-i 5.650 AZN:12ay=470 AZN; 470 AZN x 4ay=1.883 AZN), ümumilikdə 114883 manat təşkil edir;
7. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinə verilmiş sorğuya cavab əsasında məlum olmuşdur ki, “SHACMAN” markalı dövlət qeydiyyat nişanı **-JR-*** (üzərində həbs yoxdur), **-JR-*** (üzərində həbs var), **-JN-*** (üzərində həbs yoxdur), **-JN-*** (üzərində həbs yoxdur), **-JN-*** (üzərində həbs yoxdur), **-JN-*** (üzərində həbs yoxdur), **-JN-*** (üzərində həbs yoxdur), **-JN-*** (üzərində həbs yoxdur), **-JM-*** (üzərində həbs yoxdur), **-JN- *** (üzərində həbs yoxdur) **-JR-*** (üzərində həbs yoxdur) və **-JR-*** (üzərində həbs yoxdur) olan nəqliyyat vasitələri İddiaçı MMC-nin mülkiyyətindədir. “SHACMAN” markalı ** JN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bağlı məlumat aşkar edilməmişdir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 21 fevral 2019-cu il tarixli barışıq sazişi üzrə əsas borcu 113000 manat, illik 5 faiz dərəcəsi ilə dəymiş zərər və əldən çıxmış fayda qismində 1883 manat (əsas borcun 5 faizi 5650 azn:12ay=470 azn; 470 azn x 4 ay=1.883 azn), ümumilikdə 114883 manat məbləğində borcun və ödənilmiş 404 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı MMC ilə cavabdeh arasında 21 fevral 2019-cu il tarixdə barışıq sazişi bağlanmışdır. Sazişin 3-cü bəndinə əsasən, cavabdeh iddiaçı MMC-yə 107798 manat əvəzində 150000 manat pul məbləğini 3 il müddətinə hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Sazişin 4-cü bəndinə əsasən, iddiaçı MMC dövlət qeydiyyat nişanı **-JR-***, **-JR-***, **-JR-***, **-JR-***, **-JN-***, **- JN-***, **-JN-***, 90-JN210, **-JN-***, **-JN-***, **-JM-***, **-JN-*** olan “SHACMAN” markalı özüboşaldan və dövlət qeydiyyat nişanı **-JN-*** olan “FAW” markalı Çən yanacaq nəqliyyat vasitəsini (cəmi 13 ədəd) cavabdehin mülkiyyətinə rəsmiləşdirməyi öhdəsinə götürmüşdür. Sazişin 6-cı bəndinə əsasən, cavabdehin apardığı hissə-hissə ödənişlərə dair müvafiq kassa mədaxil qəbzi verilir və tam məbləğ bağlandığı gün bu razılaşmada göstərilən öhdəliklər yerinə yetirilmiş hesab ediləcəkdir. Lakin cavabdeh tərəfindən barışıq sazişinə əsasən üzərinə götürdüyü öhdəliyi müəyyən olunmuş müddətdə yerinə yetirməmiş, bununla əlaqədar 113000 manat borcu qalmışdır. 23 iyun 2022-ci il tarixli maliyyə arayışına əsasən, cavabdehin barışıq sazişi üzrə 23 iyun 2022-ci il tarixinə iddiaçı MMC-yə ümumilikdə borcu 114.883 manat (əsas borcu 113.000 manat, illik 5% dərəcəsi ilə dəymiş zərər və əldən çıxmış fayda qismində 1.883 manat (əsas borcun 5%-i 5.650 azn:12ay = 470AZN; 470 azn x 4ay=1.883 azn) təşkil edir.
10. Bərdə Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli 2(021)-1109/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən 113000 manat və əldən çıxmış fayda qismində 1.883 manat, ümumilikdə, 114.883 manat tutularaq iddiaçının xeyrinə ödənilməsi, iş üzrə ödənilmiş 404 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 21, 385.1, 386.1, 442, 445, 448-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119, 217.3, 217.4, 218.1, 218.3 və 220.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, öhdəlikləri yerinə yetirməyə başlasa da, qarşı tərəf öhdəliyini tam yerinə yetirilməmişdir. Buna baxmayaraq, iddiaçı MMC ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmiş və yalnız pul tələbinin təmin edilməsini xahiş etmişdir. Qətnamədən də göründüyü kimi müvafiq olaraq ödənişlər həyata keçirtmişdir. Yəni, onun 107798 manat borcu olmasına baxmayaraq, iddiaçı onun vəziyyətini daha da ağırlaşdıraraq, 150000 manatlıq pulun ödənilməsi öhdəliyini üzərinə qoymuşdur. Bundan başqa saziş üzrə geri qaytarılmalı olan avtomobillərdə Nəsimi rayon İcra Şöbəsinin 23 may 2022-ci il tarixli icra sənədinə əsasən özgəninkiləşdirildiyindən icra edilməsi mümkün olmamışdır. Birinci instansiya məhkəməsi iş üzrə müvafiq qətnamə qəbul edərkən, həmin halları nəzərə almamışdır. Eyni zamanda iddiaçının hazırkı məhkəmə iclası barədə məlumatı olmamışdır. Onun vəkili Vəkil2 “covid” xəstəliyinə tutulmuş və daha sonra isə məhkəməyə getmədiyindən tərəflər arasında olan müqavilə ləğv olunmuşdur. Buna baxmayaraq məhkəmə qəbul olunmuş qətnaməni Vəkil2 göndərmişdir. Göründüyü kimi, məhkəmə işə birtərəfli qaydada baxmış, qərəzli olaraq barışıq sazişi üzrə sazişi tam şəkildə araşdırmamış, sazişdə qeyd olunan avtomobilin özgəninkiləşdirilməsinə əhəmiyyət vermədən cavabdehin hüququnu pozan qətnamə qəbul etmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Apellyasiya instansiya məhkəməsində birinci icraat:
15. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 iyul 2024-cü il tarixli 2(104)-1122/2024 nömrəli qərardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, iddiaçı MMC-nin cavabdehə qarşı “barışıq sazişi üzrə borc və əldən çıxmış fayda” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə iddianın borcun qaytarılması 107.798 manat hissəsi üzrə icraata xitam verilmişdir.
16. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 iyul 2024-cü il tarixli 2(104)-1122/2024 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilmiş, iddia qismən təmin edilərək, cavabdehdən pul məbləğinin gecikdirilməsinə görə illik 5 % qismində 5.389,9 manat və 73,89 manat dövlət rüsumu alınaraq, iddiaçı MMC-yə verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
e) Kassasiya instansiyası məhkəməsində icraat:
17. İddiaçı MMC tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2025-ci il tarixli 2(102)-194/2025 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1122/2024 nömrəli, 03 iyul 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün həmin apellyasiya instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.
f) Prosessual məsələlər
19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi
20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
21. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
22. Maddə 441.1. Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır.
23. Maddə 441.2. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
24. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
25. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
26. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
27. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
28. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilənədək qüvvədə olan redaksiya).
29. Maddə 447.7. Müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir.
30. Maddə 448. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
31. Maddə 881.1. Barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər.
32. 881.2. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Ayrı şərt haqqında razılaşma olmadıqda: 881.2.1. hər hansı iddiaya aid təminat və üstünlük hüquqları, məsələn, girov hüquqları, mülkiyyət və zaminlik hüquqlarının saxlanması haqqında qeyd-şərt qüvvədə qalır, bu şərtlə ki, belə iddia barışıq razılaşması ilə təsdiqlənsin; 881.2.2. barışıq razılaşmasının qüvvəsi barışıq razılaşması məqamında müqavilənin iştirakçısına məlum olmayan iddialara şamil edilmir.
33. Maddə 881.3. Barışıq razılaşmasının bağlanması üçün forma tələb olunmur. Lakin əgər barışıq razılaşmasında hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır, amma barışıq razılaşmasının məhkəmə qaydasında protokol şəklində tərtib olunduğu hallar istisna təşkil edir.
34. Maddə 881.5. Əgər müqavilə iştirakçıları hüquq münasibətlərini və ya iddiaları həyata keçirə bilmirlərsə, xüsusən məcburi qüvvəyə malik qanuni göstərişlərlə əlaqədar həyata keçirə bilmirlərsə, barışıq razılaşmasının qüvvəsi yoxdur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
40. Maddə 385.1.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
41. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
42. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
43. Qeyd edilməlidir ki, əvvəlki apellyasiya baxışında Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 iyul 2024-cü il tarixli 2(104)-1122/2024 nömrəli qərardadı ilə iddiaçı MMC-nin cavabdehə qarşı “barışıq sazişi üzrə borc və əldən çıxmış fayda” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə iddianın borcun qaytarılması 107.798 manat hissəsi üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan kassasiya şikayəti verilməmiş və qərardad qanuni qüvvəyə minmişdir. Bu halda hazırkı apellyasiya baxışı çərçivəsində birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı cavabdehdən 5 faiz dərəcəsi ilə dəymiş zərər, əldən çıxmış fayda qismində 1883 manat və 113000 manat əsas borcun 5202 manat hissəsində (əsas borcla bağlı işin icraatına xitam verilməmiş hissə) yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına ailə qanunvericiliyinə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi «cavabdehdən 5202 manat və əldən çıxmış fayda qismində 1883 manat tutularaq iddiaçının xeyrinə ödənilməsi, iş üzrə ödənilmiş 404 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması» hissədə ləğv edilməli və yeni qətnamə qəbul edilərək iddia həmin hissədə təmin edilməməlidir.
45. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 15 fevral 2018-ci il tarixli 2(103)-2430/2018 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə Cavabdeh ilə İddiaçı MMC-nin arasında “SHACMAN” markalı **-JR-***, **-JR-***, **- JR-***, **-JR-***, **-JN-***, **-JN-***, **-JN-***, **-JN-***, **-JN-***, **-JN-***, **-JN-***, **-JM-***, 90-JN914, **-JN-***, **-JN-***, **-JN-*** və “FAW” markalı **-JN-*** dövlət qeydiyyat nişanlı 17 ədəd yük avtomaşınlarına dair bağlanmış 24 aprel 2015-ci il tarixli 13 nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; “SHACMAN” markalı **-JN-*** və **-JN-*** dövlət qeydiyyat nişanlı yük avtomobillərinin İddiaçı MMC-dən alınaraq Cavabdeh verilməsi, 22 oktyabr 2010-cu il tarixli 171 saylı, 08 noyabr 2010-cu il tarixli 182 saylı və 12 noyabr 2011-ci il tarixli 276 saylı alğı-satqı müqavilələrinin şərtlərinə uyğun olaraq “SHACMAN” markalı **-JR-***, **-JR-***, **- JR-***, **-JR-***, **-JN-***, **-JN-***, **-JN-***, **-JN-***, **-JN-***, **-JN-***, **-JN-***, **-JM-***, 90-JN914, **-JN-***, **-JN-***, **-JN-*** və “FAW” markalı **-JN-*** dövlət qeydiyyat nişanlı 17 ədəd yük avtomaşınlarının Cavabdeh mülkiyyətinə verməsi vəzifəsinin "xxxx" MMC-yə həvalə edilməsi, həmçinin 24 aprel 2015-ci il tarixli 13 nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə əlaqədar restitusiya qaydasında İddiaçı MMC-də Cavabdeh xeyrinə tutulmalı olan 20000 manat Cavabdeh, həmin MMC-nin xeyrinə tutulmalı olan pul məbləğinin müvafiq hissəsində əvəzləşdirilməsi və Cavabdeh 107.798 manat alınaraq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Qətnamə əsasında verilmiş icra sənədi icra edilməsi üçün aidiyyəti icra orqanına göndərilmiş, lakin icra sənədinin icrası mümkün olmadığından icra orqanının 23 may 2022-ci il tarixli qərarı ilə icra sənədi məhkəməyə geri qaytarılmışdır. Bununla yanaşı müəyyən edilir ki, İddiaçı MMC-nin direktoru X1 ilə Cavabdeh arasında 21 fevral 2019-cu il tarixdə barışıq sazişi bağlanmış və saziş Bakı şəhəri 13 saylı dövlət notariat ofisinin dövlət notariusu tərəfindən təsdiq edilmişdir. Həmin sazişlə tərəflər aşağıdakı razılığa gəlmişlər: - Cavabdeh İddiaçı MMC-nin xeyrinə 107798 manat əvəzində 150000 manat pul məbləğini 3 il müddətinə hissə-hissə ödəməlidir; İddiaçı MMC isə “SHACMAN” markalı dövlət qeydiyyat nişanı **-JR-***, **-JR-***, **-JR-***, **-JR-***, **-JN-***, **- JN-***, **-JN-***, **-JN-***, **-JN-***, **-JN-***, **-JN-***, **-JM-***, **-JN-***, **-JN-***, **-JN-***, 90-JN917 və “FAW” markalı dövlət qeydiyyat nişanlı **-JN-*** olan 17 ədəd yük avtomaşınlarından dövlət qeydiyyat nişanı **-JR-***, **-JR-***, **-JR-***, **-JR-***, **-JN-***, **-JN-***, **-JN-***, **- JN-***, **-JN-***, **-JN-***, **-JM-***, 90-JN915 olan “SHACMAN” markalı və dövlət qeydiyyat nişanı **-JN-*** olan “FAW” markalı avtomaşını (cəmi 13 ədəd avtomaşın) Cavabdeh mülkiyyətinə rəsmiləşdirməyi öhdəsinə götürür; “SHACMAN” markalı dövlət qeydiyyat nişanı **-JN-***, **-JN-***, **-JN-***, **-JN-*** olan avtomaşınlar (cəmi 4 ədəd avtomaşın) İddiaçı MMC-nin mülkiyyətində qalır. Həmin avtomaşınlara dair Cavabdeh hər hansı bir tələbi gələcəkdə də olmayacaqdır; Cavabdeh apardığı hissə-hissə ödənişlərə dair müvafiq kassa qəbzi verilir və tam məbləğ bağlandığı gün bu razılaşmada göstərilən öhdəliklər yerinə yetirilmiş hesab edilir; Bu razılaşmadan irəli gələn mübahisələr danışıqlar yolu ilə həll edilir, bu mümkün olmadıqda Azərbaycan Respublikası qanunvericiliyinə əsasən həll edilir. İddiaçı "xxxx" MMC cavabdehin saziş üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
46. Kassasiya instansiyası məhkəməsi işin yeni apellyasiya baxışına göndərilməsi ilə bağlı 13 yanvar 2025-ci il tarixli qərarında mövqeyinin hüquqi əsasını belə şərh etmişdir ki, İddiaçı barışıq sazişi üzrə cavabdehin icra etmədiyi öhdəliyin icrasını tələb edir, cavabdeh isə barışıq sazişi üzrə vəziyyətinin ağırlaşdırılmasını və üzərinə daha ağır öhdəliyin qoyulduğunu, həmçinin iddiaçı tərəfindən barışıq sazişinin şərtləri pozulmaqla ona verilməli avtomobilin özgəninkiləşdirilməsini bildirərək, iddiaya qarşı etiraz edir. Cavabdeh tərəfindən barışıq sazişinin etibarlılığı məhkəmə qaydasında mübahisələndirilmədiyindən, bu halda işə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən öhdəlik, öhdəliklərin qarşılıqlı icrası, öhdəliyin icra edilməməsi, öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi əsasları, borclunun icranı gecikdirməsi ilə bağlı normaların tələbləri nəzərdən keçirilməli, tərəflərin irəli sürdükləri faktiki hallar üzrə bu istiqamətdə araşdırma aparılmalı idi. Apellyasiya instansiya məhkəməsi isə, cavabdeh tərəfindən barışıq müqaviləsinin məhkəmə qaydasında mübahisələndirilməməsinə diqqət yetirməmiş və həmin müqavilənin mövcudluğunu nəzərə almamış, yalnız cavabdehin apellyasiya şikayətində göstərdiklərinə uyğun olaraq tərəflər arasında əvvəllər mövcud olmuş öhdəlik münasibətlərini təsdiqləyən məhkəmə qətnaməsinə istinad etmiş, həmin qətnamənin icraya yönəldildikdən sonra icrası mümkün olmayan icra sənədi kimi geri qaytarılmasını, məhkəmə qətnaməsində nəzərdə tutulmuş şərtlərin barışıq sazişi ilə dəyişdirilməsini diqqətdən qaçırmış, bununla bağlı işin hallarnı və sübutları tam hüquqlu məhkəmə kimi araşdırmamışdır. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin hədləri barədə bölmədə qeyd etdiyi kimi, iddiaçı tərəfindən iddia tələbinin 107798 manat hissəsi üzrə icraata xitam verilməsi barədə apellyasiya instansiya məhkəməsinin 03 iyul 2024-cü il tarixli qərardadı kassasiya qaydasında mübahisələndirilmədiyinə görə apellyasiya məhkəməsinin həmin qərardadda göstərdiyi mövqeyinə münasibət bildirmir. İddia tələbində cavabdehdən 21 fevral 2019-cu il tarixli barışıq sazişi üzrə 113000 manat əsas borcun iddiaçının xeyrinə tutulması tələb olunsa da, apellyasiya instansiya məhkəməsi iddiaçının cavabdehdən borc aldığı 107798 manat borcun ödənilməsinin gecikdirildiyi 1 il üçün illik 5 faiz ödəməyə borclu olması qənaətinə gəlmiş, illik 5 faiz məbləğini 113000 manat əsas borca münasibətdə hesablamalı olduğu halda bunu etməmiş, tələb olunan 113000 manat əsas borc məbləği ilə, apellyasiya məhkəməsinin 1 il üçün illik 5 faiz tutulmasını təmin etdiyi 107798 manat arasında yaranan (5.202 manat) fərqin səbəbini əsaslandırmamışdır. Həmçinin apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin, saziş üzrə geri qaytarılmalı olan avtomobillərin Nəsimi rayon İcra Şöbəsinin 23 may 2022-ci il tarixli icra sənədinə əsasən özgəninkiləşdirildiyindən icra edilməsinin mümkün olmaması barədə dəlili araşdırılmamış və hər hansı hüquqi qiymət verilməmişdir.
47. Məhkəmə kollegiyası iddianın təmin edilməsi (yoxlanılan hissə) barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir.
48. Hər hansı iddia üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
49. Kollegiya ilk növbədə qeyd etməyi zəruri sayır ki, yuxarıda da göstərildiyi kimi əvvəlki apellyasiya baxışı zamanı 03 iyul 2024-cü il tarixli 2(104)-1122/2024 nömrəli qərardadla iddiaçı MMC-nin cavabdehə qarşı “barışıq sazişi üzrə borc və əldən çıxmış fayda” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə iddianın borcun qaytarılması 107.798 manat hissəsi üzrə icraata xitam verildiyindən hazırkı apellyasiya baxışı çərçivəsində birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı cavabdehdən 5 faiz dərəcəsi ilə dəymiş zərər, əldən çıxmış fayda qismində 1883 manat və 113000 manat əsas borcun 5202 manat hissəsi (əsas borcla bağlı işin icraatına xitam verilməmiş hissə) yoxlanılır.
50. İşin müəyyən edilmiş və faktiki hallarından görünür ki, tərəflər arasında məhkəmə mübahisəsi olmuş, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçı MMC “SHACMAN” markalı dövlət qeydiyyat nişanı **-JR-***, **-JR-***, **-JR-***, **-JR-***, **- JN-***, **-JN-***, **-JN-***, **-JN-***, **-JN-***, **-JN-***, **-JN-***, **-JM-***, **-JN-***, **- JN-***, 90-JN216, **-JN-*** və “FAW” markalı dövlət qeydiyyat nişanı **-JN-*** olan 17 ədəd yük avtomobilini cavabdehin mülkiyyətinə rəsmiləşdirməsi və öz növbəsində cavabdehin iddiaçı MMC-nin xeyrinə 107798,0 manat ödəməsi qət edilmişdir. Həmin qətnamə icraya yönəldikdən sonra icra mərhələsində tərəflər arasında 21 fevral 2019-cu il tarixli barışıq sazişi bağlanmış, sazişin şərtlərinə əsasən, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 107798 manat əvəzində 150000 manat pul məbləğini 3 il müddətinə hissə-hissə ödəməyi; İddiaçı MMC isə “SHACMAN” markalı dövlət qeydiyyat nişanı **-JR-***, **-JR- ***, **-JR-***, **-JR-***, **-JN-***, **-JN-***, **-JN-***, **-JN-***, **-JN-***, **-JN-***, **-JM- ***, 90-JN915 olan “SHACMAN” markalı və dövlət qeydiyyat nişanı **-JN-*** olan “FAW” markalı avtomaşını (cəmi 13 ədəd avtomaşın) Cavabdeh mülkiyyətinə rəsmiləşdirməyi öhdəsinə götürmüşdür.
51. Bu baxımdan kollegiya hesab edir ki, hazırkı mübahisə üzrə iddianın qanuni əsasının müəyyən edilməsi üçün tərəflər arasında bağlanmış müqavilələrin şərtləri təhlil olunmalıdır
52. Çünki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edibetməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2018-ci il tarixli qərarı).
53. Kassasiya instansiyası məhkəməsinin göstərişləri nəzərə alınmaqla hazırkı apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinə müvafiq sorğu verilmiş, verilmiş sorğuya cavab əsasında məlum olmuşdur ki, “SHACMAN” markalı dövlət qeydiyyat nişanı **-JR-*** (üzərində həbs yoxdur), **-JR-*** (üzərində həbs var), **-JN-*** (üzərində həbs yoxdur), **-JN-*** (üzərində həbs yoxdur), **-JN-*** (üzərində həbs yoxdur), **-JN-*** (üzərində həbs yoxdur), **-JN-*** (üzərində həbs yoxdur), **-JN-*** (üzərində həbs yoxdur), **-JM-*** (üzərində həbs yoxdur), **-JN-*** (üzərində həbs yoxdur) **-JR-*** (üzərində həbs yoxdur) və **-JR-*** (üzərində həbs yoxdur) olan nəqliyyat vasitələri İddiaçı MMC-nin mülkiyyətindədir. “SHACMAN” markalı ** JN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bağlı məlumat aşkar edilməmişdir.
54. Beləliklə, müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış sazişin şərtlərinə görə Cavabdeh 150000 manat pul məbləğini 3 il müddətinə hissə-hissə iddiaçı A-Trans- Motors” MMC-yə ödəməyi öhdəsinə götürmüş; İddiaçı MMC isə “SHACMAN” markalı dövlət qeydiyyat nişanı **-JR-***, **-JR-***, **-JR-***, **-JR-***, **-JN-***, **-JN-***, **-JN- ***, **-JN-***, **-JN-***, **-JN-***, **-JM-***, 90-JN915 olan “SHACMAN” markalı və dövlət qeydiyyat nişanı **-JN-*** olan “FAW” markalı avtomaşını (cəmi 13 ədəd avtomaşın) Cavabdeh mülkiyyətinə rəsmiləşdirməyi öhdəsinə götürmüşdür. Həmçinin müəyyən olunur ki, cavabdeh iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi qismən icra edərək 37.000 (otuz yeddi min manat) iddiaçıya ödəmiş, iddiaçı MMC isə öz növbəsində “SHACMAN” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh adına rəsmiləşdirsə də, digər **-JR-***, **-JR-***, **-JR-***, **-JN-***, **-JN-***, **-JN-***, **-JN- ***, **-JN-***, **-JN-***, **-JM-***, 90-JN915 olan “SHACMAN” markalı və dövlət qeydiyyat nişanı **-JN-*** olan “FAW” markalı nəqliyyat vasitələrini cavabdehin mülkiyyətinə vermək barədə saziş üzrə üzərinə götürdüyü öhdəliyini icra etməmişdir.
55. Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır (MM maddə 441.1).
56. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər (MM maddə 441.2).
57. Mülki hüquqda nəzərdə tutulmuş «öhdəliklərin qarşılıqlı icrası» - müqavilə və ya digər hüquqi münasibətlərdə tərəflərin öhdəliklərinin eyni vaxtda və ya müəyyən bir sıra ilə yerinə yetirilməsi məzmununu ifadə edir. Başqa sözlə, hüquqi münasibətdə iştirak edən tərəflərin bir-birinə qarşı olan öhdəliklərini eyni zamanda və qarşılıqlı şəkildə yerinə yetirməsi başa düşülür. Məsələn, bir tərəf malı təhvil verir, digər tərəf isə pul ödəyir. Öhdəliklərin qarşılıqlı icrası istənilən hüquqi münasibətdə deyil, yalnız elə münasibətlərdə mövcud olur ki, hüquq subyektlərinin üzərinə götürdüyü öhdəliklər bir-biri ilə bağlıdır və qarşılıqlı icra tələb edir. Yəni, bir tərəfin öhdəliyi digər tərəfin öhdəliyinə bağlıdır. Bu növ öhdəlik hüquq münasibətlərində əgər bir tərəf öhdəliyini yerinə yetirmirsə, digər tərəf də öhdəliyini icra etməkdən imtina edə bilər.
58. Baxılan işdə 21 fevral 2019-cu il tarixli barışıq sazişi üzrə tərəflərin bir-birinə qarşı olan öhdəlikləri də eyni vaxtda və qarşılıqlı şəkildə yerinə yetirilməli hərəkətlərdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mərhələdə iddiaçı müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını tam həyata keçirmədiyi halda qarşılıqlı icra öhdəsinə düşən tərəfdən, yəni cavabdehdən öz öhdəliyini icrasını tələb etməkdə haqlı olmamışdır.
59. Eyni zamanda işdən müəyyən olunur ki, Cavabdeh barışıq sazişi üzrə 150000 manat məbləği iddiaçı MMC-yə birdəfəlik deyil, 3 il müddətə hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Bununla belə, iddiaçı MMC isə hazırkı tələbində cavabdehdən 113000 manat borc məbləğinin ödənilməsini tələb etmişdir. Başqa sözlə, iddiaçı MMC saziş üzrə 37000 (150000-113000=37000) manat vəsaitin cavabdeh tərəfindən ona ödənilməklə qarşılıqlı öhdəliyin qismən icra edildiyini etiraf etmişdir. Digər tərəfdən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinə verilmiş sorğuya cavab əsasında məlum olmuşdur ki, iddiaçı MMC-yə məxsus olmuş “SHACMAN” markalı **-JR- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə (saziş bağlandıqdan sonra) cavabdehin adına qeydə alınmışdır.
60. Göründüyü kimi tərəflər saziş üzrə üzərlərinə götürdüyü öhdəlikləri qismən icra etmişlər. Eyni zamanda, onlar arasında bağlanmış sazişdə öhdəliklərin icra qaydası barədə hər hansı şərt də nəzərdə tutulmadığından saziş üzrə öhdəliklərin ilkin olaraq kim tərəfindən və hansı ardıcıllıqla icra edilməli olduğu müəyyən deyildir. Məhkəmə kollegiyası iddiaçı MMC-nin saziş üzrə üzərinə götürdüyü öhdəliyini tam icra etmədiyini və sazişdə öhdəliklərin icra qaydası barədə hər hansı şərt olmadığını nəzərə alaraq hesab edir ki, hazırkı mərhələdə iddiaçı MMC cavabdehdən saziş üzrə öhdəliklərin tam və birdəfəlik icra edilməsini tələb etməkdə haqlı deyildir. Gəldiyi qənaətə uyğun olaraq kollegiya iddiaçının digər tələbləri ilə bağlı geniş əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayır, çünki saziş üzrə yoxlanılan hissədə əsas borcun ödənilməsi tələbinin təmin edilməməsi, bu tələbdən irəli gələn digər tələbin dispozitiv şərtlərini də istisna edir.
61. Birinci instansiya məhkəməsi isə yoxlanılan hissədə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlməyərək həmin hissədə iddianı təmin etmişdir. Ona görə də, yoxlanılan hissədə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və həmin hissədə iddia təmin edilməməlidir.
62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 372.1, 384, 385, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli 2(021)-1109/2023 nömrəli qətnaməsi «cavabdehdən 5202 manat (borcun 107.798 manat hissəsi üzrə icraata xitam verilib 113.000-107.798=5202) və əldən çıxmış fayda qismində 1883 manat tutularaq iddiaçının xeyrinə ödənilməsi, iş üzrə ödənilmiş 404 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması» hissədə ləğv edilsin Həmin hissədə yeni qətnamə qəbul edilərək iddia həmin hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.