Məhkəmə qərarları › İş №2(104)-828/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-828/2025

18.03.2025 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-828/2025 18.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X2 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-6537/2024 saylı qərardadından İddiaçı hüquqi varisi (oğlu) X3 tərəfindən verilmiş şikayətə, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı əqdin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-6537/2024 saylı mülki iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı əqdin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri şərtlərə əməl edilmədən məhkəməyə verildiyindən geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan İddiaçı nümayəndəsi, vəkil Nümayəndə məhkəməyə şikayət edərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-6537/2024 saylı qərardadının ləğv edilməsi və ərizənin icraata qəbul edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-6537/2024 saylı qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin 2(125)-6537/2024 saylı mülki iş üzrə xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı nümayəndəsi, vəkil Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanmış, qərardaddan verilmiş şikayət baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)-2616/2024 saylı qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli 2(125)-6537/2024 nömrəli qərardadından İddiaçı adından verilmiş şikayət qeyri-mümkün hesab edilmiş və şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(125)-6537/2024 saylı qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin 2(125)-6537/2024 saylı mülki iş üzrə xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı nümayəndəsi, vəkil Nümayəndə tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-6537/2024 saylı qərardadından İddiaçı hüquqi varisi, oğlu X1 nümayəndəsi, vəkil Nümayəndə məhkəməyə şikayət edərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-6537/2024 saylı qərardadının ləğv edilməsi və ərizənin icraata qəbul edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən həmin prosessual hüquq normalarının tələblərinə formal olaraq düzgün istinad edilsə də, işin mahiyyəti baxımından, həmin prosessual hüquq normalarının tədbiqi əsaslı deyildir. Belə ki, iş materiallarından da, görünür ki, iddiaçı tərəf olaraq onlar Cavabdeh uzun müddət axtarıb tapa bilmədiklərinə görə məhkəmədə iddia qaldırmışlar. Ərizədə də, qeyd etmişlər ki, aralarındakı alqı-satqı faktiki icra olunub başa çatsa da, cavabdehin ev sənədlərinin tam olmamasına görə və o, sənədlərini düzəldib başa çatdırandan sonra, evin alqı-satqısını notariusda təsdiq etdirməklə bağlı aralarında razılaşma olduğuna görə, sənədləşməni başa çatdıra bilməmişlər. Bundan əlavə cavabdehin onlardan az miqdarda alacağı qaldığına və 2 ədəd köhnə əşyasını da sənədləşmədən sonra gəlib aparacağına görə onlar xeyli müddət onun gələcəyini gözləmişlər. Cavabdeh evi onlara satdıqdan sonra bir xeyli müddət Gəncə şəhəri, Həsən Əliyev küçəsi 75 nömrəli binada (Nizami kinoteatrının qarşısındakı bina) yaşamış, sonradan naməlum yerə köçmüşdür. Bu səbəbdən də, onlar onunla bağlı məlumat əldə edə bilmirlər. Bundan başqa nəzərə alınmalıdır ki, iddia tələbinə əsas verən ən mühüm dəlilləri də ondan ibarətdir ki, onlar cavabdehi tapa bilmədiklərinə və bu səbəbdən əqdi notariatda təsdiq etdirə bilmədiklərinə görə məhkəməyə müraciət etmişlər. Ona görə də, hesab edirlər ki, onların cavabdehlə bağlı onun şəxsiyyətini və yaşayış yerini müəyyən edən məlumatları məhkəməyə təqdim edə bilməmələri üzürlü hesab edilməlidir. Belə ki, onların iddia ərizəsində cavabdehlə aralarında uzun illər əvvəl bağlanmış və icra edilmiş əqdin rəsmiləşdirilməsi ilə bağlı mübahisənin həlli yolunun məhkəmə qaydasında zəruriliyini qeyd etmişlər. Bununla bağlı onlar əvvəl qüvvədə olmuş MM-nin 43-cü maddəsinin tələblərinə əsaslanmışlar. Məhkəmə ərizəni icraata götürəcəyi halda, faktik icra olunmuş alqı-satqı əqdinin rəsmiləşdirilməsinin notariatda deyil, məhkəmədə təsdiq edilməsinin mümkünlüyünü araşdırmalıdır. İddia ərizəsinin dəlillərindən də, görünür ki, alqı-satqı əqdinin predmeti olmuş ev Cavabdeh mülkiyyətində olmuş, o, həmin evdə yaşamış və 1973-cü ildə həmin evi onlara sataraq təhvil vermişdir. Aralarında alqı-satqı əqdi tam icra olmuşdur. Əqdi notariatda ona görə təsdiq etdirə bilməmişlər ki, cavabdeh bunun üçün lazımi sənədləri gətirməmiş, az miqdarda qalmış pulunu almamış və 2 ədəd köhnə əşyasını da götürməmiş və rəsmiləşdirməni başa çatdırmaqda marağı olmadığına görə uzatmışdır. Bütün bu faktlar iş üzrə tərtib edilmiş alqı-satqı aktı, qonşuluq aktı və şahidlərin izahatları ilə təsdiq edilir. Ona görə də hesab edirlər ki, iş üzrə mühüm əhəmiyyətli olan bu faktlar və sübutlar nəzərə alınmaqla mübahisəyə cavabdehin iştirakı olmadan baxılması mümkün olduğuna görə, ərizənin icraata qəbul edilməsi mümkün hesab edilməlidir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-6537/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-6537/2024 saylı qərardadı ləğv edilməli, İddiaçı Cavabdeh qarşı əqdin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaq, qeyd edir ki, iddiaçı cavabdehin ona məlum olan sonuncu yaşayış yerini qeyd etməklə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi qərardadında iddiaçının qeyd etdiyi məlumatlar işdə olduğu halda məhkəməyə təqdim edilməsini nəzərdə tutmuşdur. Bu baxımdan kollegiya qeyd edir ki, şikayət təmin edilməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-6537/2024 saylı qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbul qəbul məsələsinə yenidən baxılması üçün iş Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 398.0.2-ci maddəsinə əsasən, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan əsaslarla iddia ərizəsinin geri qaytarılması əsassız olmuşdur. İddiaçı Cavabdeh qarşı əqdin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi icraata qəbul edilməlidir. Buna görə də, şikayət təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-6537/2024 saylı qərardadı və həmin qərardadla bağlı xx.xx.2025-ci il tarixli, 2(125)- 6537/2024 nömrəli ləğv edilməli və iddia ərizəsinin icraata qəbul məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 4.1, 398.0.2 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-6537/2024 saylı qərardadından İddiaçı hüquqi varisi (oğlu) X3 tərəfindən verilmiş şikayət təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-6537/2024 saylı qərardadı ləğv edilsin. İddia ərizəsinin icraata qəbul qəbul məsələsinə yenidən baxılması üçün iş Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar