Məhkəmə qərarları › İş №2(104)-833/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-833/2025

14.03.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-833/2025 14.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Bərdə Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli 2(021)-82/2024 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Bərdə Regional X6 Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Laçın Rayon Lolabağırlı kənd sakini hal-hazırda Bərdə rayon Şirvanlı kəndində yaşayan vətəndaş Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X8 X3 meşəbəyliyində özbaşına tutduğu (zəbt etdiyi) meşə fondu torpağının istifadəsinə qadağa qoyulması və zəbt edilmiş ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq Bərdə regional X4 təhvil verilməsi haqqında qətnamə çıxarılmasını xаhiş etmişdir. Cavabdeh Bərdə X1rşılıqlı iddia ərizəsi verərək sənəd üçün aldıqları 14000 manat və mənzilə çəkilən 60000 manatın onların xeyrinə tutulmasına dair saxta aktda imzaları keçən 13 saylı Bərdə RMTM-nin vəzifəli şəxslərinin barələrində MPM-nin 265.4-cü maddəsi ilə xüsusi qərardad çıxarılaraq Prokurorluğa göndərilməsinə, 7 saylı Bərdə Ərazi İdarəsinin mütəxəssisi qəsdən bilərəkdən verdiyi saxta rəyə görə barələrində qanunvericiliyin tələbinə müvafiq tədbir görülüməsinə gələcəkdə verəcəkləri saxta rəylərin qarşısının alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli 2(021)-82/2024 nömrəli qərardadı ilə (hakim Fuad Babaşov) iddiaçı Cavabdeh Bərdə X1rşı “ pul ” tələbinə dair qarşılıqlı iddiа ərizəsinin icrааtа qəbulundan imtina edilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan Cavabdeh şikayət verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv olunmasını və qarşılıqlı iddia ərizəsinin icraata qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ilkin iddia tələbi qanunsuz və əsassız verilmişdir. Belə ki, X8 X3 Meşəbəyliyinin 2 saylı meşə dolaysı 25-ci kvartalda güya xx.xx.2022-ci il tarixli yoxlama apararkən güya müəyyən edilmişdir ki,Laçın rayon Lolabağırlı kənd sakini hal-hazırda Bərdə rayon Şirvanlı kəndində yaşayan Cavabdeh özünün 180 baş xırda buynuzlu qoyun quzunu qanunsuz olaraq Bərdə RMTM-nin Bük Meşəbəyliyinin ərazisində otarması həmin ərazidə qanunsuz yaşayış evi və bir neçə tövlə tikintisi faktı aşkarlanmışdır.Lakin Bərdə RMTM-nin ilkin iddia üzrə iddia qaldıranları özləridə 08.09 2022-ci il tarixli 27/13/99-044 saylı bildirişdə və 23 sentyabr.2024-cü il tarixli 3-14-27-13/2- 185/2024 saylı bildirişində də Cavabdeh Bərdə RMTM-nin Bük Meşəbəyliyində 1993-1994cü illərdən bu ərazidə yaşamalarını göstərsələrdə iddia tələbində Bərdə rayon Şirvanlı Kəndində yaşadıqlarını və Bərdə rayon şirvanlı kəndindən Cavabdeh olmayan 180 baş qoyun quzusunu Bərdə rayon Şirvanlı kəndindən gətirərək Bərdə rayon Bük Meşəbəyliyində otarıb Bərdə raycn Şirvanlı kəndinə qaytarmalarını və.s bu barəoə saxta xx.xx.2022-ci ıl tarixdə 001359 saylı Akt da yazıblar Aktda 4 ha körpə əkin meşəsi və 1 ha aşkarladıqları cücərti güya Cavabdeh 180 baş olmayan qoyun quzuları X7 25-cı , kvartal 2 -ci dolaysında olmayan 4 ha körpə meşə ağacları və bir hektar olmayan cücərtiləri məhv edərək güya Bərdə RMTM-yə 1250 manat ziyan vurub.Əkin səpinləri və heç bir cücərtiləri olmayan ilkin iddiaçı Bərdə RMTM-nin özlərinin həmin ərazilərdə əkin səpinlərin olmadığını bilə-bilə məhkəmədə 8000 manat istədikləri rüşvəti ala bilmədiklərindən və 14.000 manat alıb həmin ərazidə ev tikdirtdirıb mənimsədiyi pullaın üstünü ört-basdır etmək niyyəti ilə bugün sabah evin sənədlərini Bərdə RMTM- nin verəcəyini bildirib alıb mənimsədikləri pulların üstünü və törətdikləri ağır cinayət əməllərinin üstünü ört-basdır etmək məqsədi ilə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. Bərdə Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli 2(021)-44/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq, yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdırıb aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 155.1-ci maddəsinə əsasən, cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Həmin Məcəllənin 155.2-ci maddəsinə əsasən, bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Həmin Məcəllənin 155.3-cü maddəsinə əsasən, qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Məhkəmə kollegiyası qarşılıqlı iddia ərizəsinin geri qaytarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. İş materaialları əsasında müəyən edilir ki, ilkin iddia ərizəsi Bərdə Rayon Məhkəməsinin 27 noyabr 2022-ci il tarixli qərardadı ilə icraata götürülərək, məhkəmənin hazırlıq iclası 20 dekabr 2022-ci il tarixə təyin olunmuş, tərəflərə həmin tarixdə məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə bildiriş, həmçinin cavabdehə iddia ərizəsinin surəti göndərilmişdir. Bundan sonra 31 yanvar 2018-ci il tarixdə iş üzrə ekspertiza təyin edilmişdir. Buna baxmayaraq, qarşılıqlı iddia ərizəsi xx.xx.2024-cü il tarixdə, yəni MPM-nin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət keçdikdən sonra məhkəməyə daxil olmuşdur. Eyni zamanda həmin tələb ilkin tələbin qarşılıqlı ödənilməsinə yönəlməmişdir. Göründüyü kimi iş üzrə verilmiş qarşılıqlı iddia qeyd olunan prosessual normaların tələblərinə uyğun deyildir. Şərh olunan halları məcmu halda qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qarşılıqlı iddia ərizəsini geri qaytarmışdır. Şikayətin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, yuxarıda göstərilənlərə əsasən şikayətin dəlilləri əsassız sayılmışdır. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 398.0.1.-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyətinə malikdir. Göstərilənlərə əsasən və MPM-nin 155-156, 263-264, 398.0.1 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli 2(021)-82/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar