Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-841/2024 18.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və yaşayış hüququnun bərpa olunması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 05 fevral 2024-cü il tarixli 2(125)-363/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı Gəncə Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehi ailə üzvləri ilə birlikdə ona məxsus Gəncə şəhəri Atatürk prospekti 62 nömrəli fərdi yaşayış evindən çıxarılmaları və onun yaşayış hüququnun bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 iddia tələbinin dəqiqləşdirlməsinə dair ərizə verərək, Cavabdeh ailə üzvləri ilə birlikdə iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən evdən çıxarılmalarına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 05 fevral 2024-cü il tarixli 2(125)-363/2024 nömrəli (hakim F.Fərhadov) qərardadı ilə iddiaçı Cavabdehlər İddiaçı, Nümayəndə, X3 qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi) bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, dövlət reyestrindən çıxarışın ləğv edilməsi və alqı-satqı müqaviləsinin tanınması tələbinə dair Gəncə Şəhər Məhkəməsinin icraatında olan 2(125)-1445/2024 nömrəli mülki işə baxılıb yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək, hаzırki mülki iş üzrə icrааt dаyаndırılması qərara alınmışdır. Qərardaddan narazı qalan İddiaçı şikəyət verərək, qərardadın ləğv olunması və işin icraatının təzənlənməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 16 fevral 2024-cü il tarixli 2(125)-363/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 254.1.4. maddəsinə görə, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa icraat dayandırılır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, “Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətlərindən kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, iş üzrə icraatın dayandırılmasının əsası məhkəmədə baxılan mülki işin həllinin asılı olduğu başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. İşə baxılmanın mümkün olmaması dedikdə, başqa bir işdə icraatı dayandırılmış mülki iş üçün preyudisial əhəmiyyəti olan hər hansı faktın müəyyən olunmasının zəruriliyi başa düşülür. Preyudisial əhəmiyyəti olan həmin faktlar mülki icraat qaydasında baxılan iş üzrə araşdırma predmeti ola və bu faktları araşdıran məhkəmənin icraatında olan başqa bir iş məhkəmədə baxılan mülki işin həllini özündən asılı edə bilər. İşdən müəyyən olunur ki, Cavabdehlər İddiaçı, Nümayəndə, X3 və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, dövlət reyestrindən çıxarışın ləğv olunması və alqı-satqı müqaviləsinin tanınması tələbi ilə məhkəməyə müraciət etmiş və həmin tələb üzrə Gəncə Şəhər Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli 2(125)-1445/2024 nömrəli qərardadı ilə iş üzrə hazırlıq iclası 20 fevral 2024-cü il tarixə saat 10:30-a təyin olunmuşdur. Hazırki tələblə Gəncə Şəhər Məhkəməsinin icraatında olan 2(125)-1445/2024 nömrəli mülki iş üzrə baxılacaq tələb arasında qarşılıqlı bağlılq və asılılıq olduğundan iş üzrə icraat dayandırılmışdır .Məhkəmə kollegiyası da hesab edir ki, birinci instansiya məhkəməsi hazırki tələb üzrə icraatı dayandırmaqda haqlı olmuşdur. Beləki, Cavabdeh iddia ərizəsi ilə müraciət edərək məhkəmədən Bakı şəhəri 43 saylı notariat ofisinin 01 aprel 2023-cü il traixli 4Ə-303 reyestr nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsinin etibarsız hesab edilməsini, onun əsasında verilmiş çıxarışın ləğv olunmasını, eləcədə Nümayəndə ilə onun arasında Gəncə şəhəri Kəpəz rayon Atatürk prospektində yerləşən 62 nömrəli fərdi yaşayış evinə dair alqı-satqı müqaviləsinin tanınmasını xahiş etmişdir. Göründüyü kimi, hər iki iş üzrə iddia tələbinin predmetini Gəncə şəhəri Kəpəz rayon Atatürk prospektində yerləşən 62 nömrəli fərdi yaşayış evi təşkil edir. Bu da onu deməyə əsas verir ki, qeyd olunan işlə hazırkı icraatda olan iş arasında qarşılıqlı əlaqə mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398.0.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 05 fevral 2024-cü il tarixli 2(125)-363/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254, 256, 264 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 05 fevral 2024-cü il tarixli 2(125)-363/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-841/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-841/2024
18.03.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver