Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-844/2024 21.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Gəncə şəhəri 1 saylı notariat kontoruna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X4 ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı2 nümayəndəsi (bacısı) Nümayəndə və maraqlarına toxunan şəxs X21 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Gəncə şəhəri 1 saylı notariat konturuna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı Ərazi İdarəsinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(044)- 1715/2019 nömrəli qiyabi qətnaməsindən maraqlarına toxunan şəxs X37 tərəfindən verilmiş apellyasiya şikayətinə 21 may 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası ƏMDKY DƏDRX 3 saylı ərazi İdarəsi tərəfindən göndərilmiş məktubdan görünür ki, X38, X24, X28 və X13 adlarına hal-hazırda ünvanı ünvan 1 kvm torpaq sahəsinə dair xx.xx.1939-cu il tarixli torpaq qeydi tərtib edilmişdir.
2. Kirovabad şəhər notariat kontorunun xx.xx.1948-ci il tarixli 13731 saylı bağışlama müqaviləsinə əsasən X38, X28 və X29 mülkdə olan paylarını X25 bağışlamışdırlar. 1 saylı notariat kontorunun xx.xx.1984-cü il tarixli 3-1-33 saylı qanun üzrə vərəsəlik hüququ haqqında səhadətnaməsinə əsasən X22 bu əmlakda olan payı X10 və X2 adlarına keçmişdir.
3. 1 saylı notariat kontorunun xx.xx.1986-cı il tarixli 2-3-336 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X11 vərəsəsi X39 vəfat etdiyi üçün, X26 vəfat etdiyi üçün ailə üzvləri X30, Cavabdeh1, X31, X32 və X33 hesab edilmişdirlər. X14, Cavabdeh1, X15, X16 və X17 ümumi birgə payları 3/4 olmaqla, X5 payı 1/4 olmaqla adlarına xx.xx.1986-cı il tarixli 1610 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir.
4. 1 saylı notariat kontorunun xx.xx.2016-cı il tarixli 2V-1-226 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən, X2 mülkdə olan payı Cavabdeh1 adına keçmişdir.
5. Bakı şəhəri 12 saylı notariat kontorunun xx.xx.2016-cı il tarixli 2V-118 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X14 bu əmlakda olan payı Cavabdeh1 adına keçmişdir.
6. 03 oktyabr 2016-cı il tarixli Cavabdeh1 nümayəndəsi X37 tərəfindən ünvanlanmış ərizədən görünür ki, 19 avqust 2000-ci ildə bibisi X12 ölmüşdür. Miras əmlak Gəncə şəhəri, Cavadxan küçəsi, 2-ci döngə, 17 saylı evin X6 məxsus olan hissəsindən ibarətdir. Ondan başqa vərəsələr yoxdur.
7. Evlər üçlüyü tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli arayışdan görünür ki, həqiqətən Cavabdeh1 mərhum anası X30 və bibisi X18 vəfat edən günə qədər ünvan 2 ünvanında yaşamışdırlar. Mərhumların valideynləri və həyat yoldaşları vəfat etmişdirlər. X14 və X5 vəfatlarından sonra aşağıda adları qeyd olunan ailə üzvləri qalmışdır. Sultanova Rənanın ailə üzvləri bunlardır: Cavabdeh1, X31, X32, X33, Sultanova Ofeliyanın ailə üzvləri Nümayəndə və X23r. Adları qeyd olunanlardan başqa mərhumların digər ailə üzvləri qalmamışdır. X5 övladları: Nümayəndə və Əliyev Abbas analarının sağlığında və hal-hazırda başqa ünvanda yaşayırlar və başqa ünvanda qeydiyyatdadırlar. Lakin, mərhum X14 övladları Cavabdeh1 həmin ünvanda qeydiyyatda olmasa da, anasının sağlığında və hal-hazırda həmin ünvanda yaşayır, kommunal xərcləri ödəyir, təsərrüfat işlərini idarə edir. Sultanov Murad, Sultanov Rüfət və Sultanov Tofiq analarının sağılığında və hal-hazırda başqa ünvanda yaşayırlar və orada da qeydiyyatdadırlar. Sultanova Ofelya və Sultanova Rənanın vəfatından sonra öhdəsində azyaşlı və əmək qabiliyyətini itirmiş ailə üzvü qalmamışdır.
8. 30 avqust 2000-ci il tarixli az 024370 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X12 30 avqust 2000-ci il tarixdə Belarus Respublikasında ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 492№ ilə qeyd edilmişdir.
9. Nikah haqqında şəhadətnamədən görünür ki, 30 oktyabr 1970-ci ildə X12 və X34 1076 saylı akt qeydi ilə nikahları qeyd edilmişdir.
10. Ölüm haqqında arayışdan görünür ki, X34 xx.xx.1989-cu ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 205№ ilə qeyd edilmişdir.
11. Kirovabad VVAQ tərəfindən verilmiş İV-жг 424585 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X34 və X2 birgə nikahlarından X35 10 iyun 1970-ci ildə anadan olmuşdur. Uşağın ata qrafasında X34, ana qrafasında isə anası X1 göstərilmişdir. Bu barədə 12 noyabr 1970-ci il tarixdə 3948 saylı akt nömrəsi ilə qeydiyyat aparılmışdır.
12. Kirovabad şəhər ZAQS bürosu tərəfindən verilmiş AZ-556564 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X34 və X2 birgə nikahlarından Nümayəndə 03 may 1962-ci ildə anadan olmuşdur. Uşağın ata qrafasında X34, ana qrafasında isə anası X1 göstərilmişdir. Bu barədə 04 noyabr 1963-cü il tarixdə 689 saylı akt nömrəsi ilə qeydiyyat aparılmışdır.
13. Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 22 yanvar 2015ci il tarixli AZ-715461 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X30 22 yanvar 2015-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 88№ ilə qeyd edilmişdir.
14. Bakı ZAQS şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, X26 ilə X42 arasında 28 may 1973-cü il tarixdə nikah bağlanmış, bu barədə 650 saylı akt nömrəsi ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra arvada “Sultanova” soyadı verilmişdir.
15. İİİ-жг 301709 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X26 20 yanvar 1986-cı ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 54 № ilə qeyd edilmişdir.
16. Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ 224808 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X26 və X14 birgə nikahlarından X33 01 avqust 1985-ci ildə anadan olmuşdur.Uşağın ata qrafasında X26, ana qrafasında isə anası X7 göstərilmişdir. Bu barədə 09 sentyabr 1985-ci il tarixdə 1957 saylı akt nömrəsi ilə qeydiyyat aparılmışdır.
17. Kirovabad ZAQS şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X26 və X14 birgə nikahlarından X32 fevral 1977-ci ildə anadan olmuşdur. Uşağın ata qrafasında X26, ana qrafasında isə anası X7 göstərilmişdir. Bu barədə 10 mart 1977-ci il tarixdə 967 saylı akt nömrəsi ilə qeydiyyat aparılmışdır.
18. Kirovabad ZAQS şöbəsi tərəfindən verilmiş Vİİ-JQ 259893 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X26 və X14 birgə nikahlarından X31 01 mart 1980ci ildə anadan olmuşdur. Uşağın ata qrafasında X26, ana qrafasında isə anası X7 göstərilmişdir. Bu barədə 07 may 1980-ci il tarixdə 1867 saylı akt nömrəsi ilə qeydiyyat aparılmışdır.
19. X35 tərəfindən yazılmış notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, O, anası X2 vəfatından sonra anasına məxsus olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi miras qalmış, həmin mirasdan ona düşən payı nə ərizə, nə də faktiki qəbul etməmişdir. Gələcəkdə pay tələbi də olmayacaqdır.
20. Nümayəndə tərəfindən yazılmış notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, O, anası X2 vəfatından sonra anasına məxsus olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi miras qalmış, həmin mirasdan ona düşən payı nə ərizə, nə də faktiki qəbul etməmişdir. Gələcəkdə pay tələbi də olmayacaqdır.
21. Cavabdeh1 tərəfindən yazılmış notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, O, bibisi X2 vəfatından sonra bibisinə məxsus olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən qalmış mirasdan imtina etmiş, ona düşən payı nə ərizə, nə də faktiki qəbul etməmişdir. Gələcək də pay tələbi də olmayacaqdır.
22. X32 tərəfindən yazılmış notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, O, bibisi X2 vəfatından sonra bibisinə məxsus olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən qalmış mirasdan imtina etmiş, ona düşən payı nə ərizə, nə də faktiki qəbul etməmişdir. Gələcək də pay tələbi də olmayacaqdır.
23. X33 tərəfindən yazılmış notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, O, bibisi X2 vəfatından sonra bibisinə məxsus olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən qalmış mirasdan imtina etmiş, ona düşən payı nə ərizə, nə də faktiki qəbul etməmişdir. Gələcək də pay tələbi də olmayacaqdır.
24. X31 tərəfindən yazılmış notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, O, bibisi X2 vəfatından sonra bibisinə məxsus olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən qalmış mirasdan imtina etmiş, ona düşən payı nə ərizə, nə də faktiki qəbul etməmişdir. Gələcək də pay tələbi də olmayacaqdır.
25. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyat Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışının surətindən görünür ki, Gəncə şəhəri , Gəncə küçəsi, 2-ci döngə, ev 17 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət kimi 3/20 pay olmaqla X19, 3/20 pay olmaqla X15, 3/20 pay olmaqla X20, 11/20 pay olmaqla Cavabdeh1 adına daşınmaz əmlak üzərində istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində 119 nömrəli reyestr kitabının 80 nömrəli vərəqində qeydiyyata alınmışdır.
26. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 2-ci döngə, ev 17 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı2 xüsusi mülkiyyətindədir. Daşınmaz əmlakın dövlət reyestrində 119 nömrəli reyestr kitabının 80 nömrəli vərəqində qeydiyyata alınmışdır.
27. Qanun üzrə vərəsəlik haqqında xx.xx.2022-ci il tarixli şəhadətnamədən görünür ki, X5 vərəsələri İddiaçı1 və İddiaçı2 müəyyən edilmişdir.
28. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 2-ci döngə, ev 17 ünvanında yerləşən fərdi yaşayış evi X5 xüsusi mülkiyyətindədir. Daşınmaz əmlakın dövlət reyestrində 119 nömrəli reyestr kitabının 80 nömrəli vərəqində qeydiyyata alınmışdır.
29. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2018-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 2-ci döngə, ev 17 ünvanında yerləşən fərdi yaşayış evi X21 xüsusi mülkiyyətindədir. Daşınmaz əmlakın dövlət reyestrində 119 nömrəli reyestr kitabının 80 nömrəli vərəqində qeydiyyata alınmışdır.
30. xx.xx.2018-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqısı müqaviləsindən görünür ki, satıcılar Cavabdeh1, X31, X33, X3 şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 2-ci döngə, ev 17 ünvanında yerləşən ümumi sahəsi 0.0119 ha torpaq sahəsinin öz paylarına düşən hissəsini alıcı X27 ümumilikdə 30.000 manata satmışlar.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
31. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Gəncə şəhəri 1 saylı notariat konturuna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı Ərazi İdarəsinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri 1 saylı notariat kontorunda 03 oktyabr 2016-cı il tarixdə ünvan 4 ünvanda yerləşən evin mərhum anası X8 məxsus hissəsinə dair Cavabdeh1 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və bu şəhadətnamə əsasında cavabdeh Azərbaycan Respublikası ƏMDKY DƏDRX 3 saylı ərazi İdarəsi tərəfindən Cavabdeh1 Tofıq oğlunun adına mülkün anasına məxsus hissəsinə dair verilmiş xx.xx.2016-cı il tarixli ********** saylı çıxarışın etibarsız hesab edilməsi və mülkün anasına aid hissəsinin əvvəlki vəziyyətinə qaytarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
32. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Cavadxan küçəsi 12-ci dalan 17 saylı fərdi yaşayış evinin 1/4 hissəsi mərhum anası X9 məxsus olmuşdur. Bildirmişdir ki, Gəncə şəhəri 1 saylı notariat kontorunun xx.xx.2016-cı il tarixli 2V-1-226 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən mərhum anasına məxsus mülkdə olan paya dair cavabdehin adına qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmiş və bu şəhadətnamə əsasında anasına məxsus mülkdəki 1/4 hissə pay Cavabdeh1 adına keçmişdir. Bildirmişdir ki, mülkə dair 1 saylı notariat kontorunda cavabdehin adına qanun üzrə vərəsəlik şəhadətnaməsi verilərkən onun və qardaşı Rövşənin adı arayışa salınmadan gizlədilmişdir. Ona görə də onun qanun üzrə vərəsə kimi vərəsəlik hüququ kobud şəkildə pozulmuşdur. O, bu yaxında bilmişdir ki, onun razılığı olmadan anasına məxsus mübahisəli mülkdə olan payı cavabdehin adına keçmişdir. Ona görə də onun razılığı olmadan anasına məxsus paya dair 1 saylı notariat kontorunda Cavabdeh1 adına verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsi və bunun əsasında bu paya dair verilmiş çıxarış etibarsız hesab edilməli və mülkün mərhum anasına aid olan hissəsi əvvəlki vəziyyətinə qaytarılmalıdır.
33. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(044)- 1715/2019 nömrəli qətnaməsi ilə (hakim Emin Axundov), iddianın təmin edilməsi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1715/2019 nömrəli, 01 iyul 2019-cu il tarixli qiyabi qətnaməsi ilə, Gəncə şəhəri 1 saylı notariat kontorunda 03 oktyabr 2016-cı il tarixdə ünvan 5 ünvanda yerləşən evin mərhum anası X9 məxsus hissəsinə dair Cavabdeh1 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və bu şəhadətnamə əsasında cavabdeh Azərbaycan Respublikası ƏMDKY DƏDRX 3 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına mülkün anasına məxsus hissəsinə dair verilmiş xx.xx.2016-cı il tarixli, ********** saylı çıxarışın etibarsız hesab edilməsi, mülkün X9 aid hissəsinin əvvəlki vəziyyətinə qaytarılması qət edilmişdir.
34. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1, 139.1, 139-1.1, 139-1.1.3, 324.1, 337.1, 337.2, 337.4, 346.1, 1133.2, 1151.1, 1151.1, 1159.1, 1159.1.1, 1159.1.2, 1159.1.3, 1159.1.4, 1159.1.5, 1159.2, 1159.3, 1159.4, 1159.5, 1243.1, 1243.2, 1243.3 və 1274-cü maddələrinə istinad etmiş və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 78.1, 88, 106.1, 119.1, 216-220 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
35. Maraqlarına toxunan şəxs X37 apellyasiya şikayəti verərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(044)-1715/2019 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
36. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, Gəncə şəhəri Nizami Rayon Məhkəmənin 2(044)- 1715/2019 saylı (hakim Emin Axundov) mülki işi üzrə 01 iyul 2019-cu il tarixli qiyabi qətnamə qəbul edilərək icra sənədi verilmişdir. Həmin icra sənədi üzrə ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinin Cavabdeh1 adına mülkün anasına məxsus hissəsinə dair verilmiş xx.xx.2016-cı il tarixli ********** saylı çıxarışın etibarsız hesab edilərək, həmin mülkün X9 aid hissəsinin əvvəlki vəziyyətə qaytarılması qət edilmişdir. Həmin icra sənədi 01 iyul 2019-cu il tarixdə icra edilərkən, artıq onun əlində həmin mənzilə dair tam mülkiyyət hüququnu təsdiq edən xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarış var idi. Yəni, icra sənədi icra edilərkən həmin mənzil tam mülkiyyət hüququ ilə ona məxsus idi və o həmin fərdi yaşayış evini 29 may 2018-ci il tarixdə notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti icra sənədini icra edərkən, tam mülkiyyət hüququ əsasında ona məxsus olan və qüvvədə olan çıxarışı görə-görə icra sənədini icra etmişdir. Halbuki, həmin icra sənədini icra etmək üçün ona məxsus çıxarışın qüvvədə olmasını bildirərək imtina etməli idi. Anlaşılmayan səbəbdən bunu etməmiş və mübahisəli mülkü əvvəlki vəziyyətə qaytarmışdır. Miras kütləsi əvvəlki vəziyyətə qaytarıldığından sonra Sultanova Ofelyanın vərəsəsi İddiaçı2 notariusa müraciət edərək qanun üzrə vərəsəlik şəhadətnaməsi əldə etmiş və bunun əsasında mülkə dair 1/4 hissədə çıxarış almışdır. Tam mülkiyyət hüququ ilə ona məxsus əmlakın 1/4 hissədə İddiaçı2 verilməsi və həmin əmlakın miras kütləsi kimi hesab edilərək əvvəlki vəziyyətə qaytarılmasına və həmin əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə əsas və səbəb hazırki qiyabi qətnamə olmuşdur. Bu qətnamə ləğv edilməyincə onun heç bir prosesual hərəkət etməyi mümkün deyil. O vicdanlı alıcıdır və pulunu ödəyib ev almışdır, vərəsələr arasında olan mübahisə onun işinə sirayət etməməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
38. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlarına toxunan şəxs X37 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında göstərmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti icra sənədini icra edərkən, tam mülkiyyət hüququ əsasında ona məxsus olan və qüvvədə olan çıxarışı görə-görə icra sənədini icra etmişdir. Halbuki, həmin icra sənədini icra etmək üçün ona məxsus çıxarışın qüvvədə olmasını bildirərək imtina etməli idi. Anlaşılmayan səbəbdən bunu etməmiş və mübahisəli mülkü əvvəlki vəziyyətə qaytarmışdır. Miras kütləsi əvvəlki vəziyyətə qaytarıldıqdan sonra Sultanova Ofelyanın vərəsəsi İddiaçı2 notariusa müraciət edərək qanun üzrə vərəsəlik şəhadətnaməsi əldə etmiş və bunun əsasında mülkə dair 1/4 hissədə çıxarış almışdır. O vicdanlı alıcıdır və pulunu ödəyib ev almışdır. Odur ki, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
39. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 nümayəndəsi (bacısı) Nümayəndə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, Gəncə şəhəri Cavadxan küçəsi 12-ci dalan 17 saylı fərdi yaşayış evinin 1/4 hissəsi mərhum anası X9 məxsus olmuşdur. Gəncə şəhəri 1 saylı notariat kontorunun xx.xx.2016-cı il taxili 2V-1-226 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən mərhum anasına məxsus mülkdə olan paya dair cavabdehin adına qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmiş və bu şəhadətnamə əsasında anama məxsus mülkdəki 1/4 hissə pay Cavabdeh1 adına keçmişdir. Mülkə dair 1 saylı notariat kontorunda cavabdehin adına qanun üzrə vərəsəlik şəhadətnaməsi verilərkən onun və qardaşı İddiaçı2 adı arayışa salınmadan gizlədilmişdir. Onun qanun üzrə vərəsə kimi vərəsəlik hüququ kobud şəkildə pozulmuşdur. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.
40. İş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdehlər Cavabdeh1, Gəncə şəhəri 1 saylı notariat konturu və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Lakin, cavabdeh ünvan 7 ünvanlayaraq, mülki işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların (nümayəndələrinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
41. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
42. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
43. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
44. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
45. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
46. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
47. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
48. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
49. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.
50. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
51. Maddə 324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəlmiş birtərəfli, iki tərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli ədq) və ya üç və ya daha çox tərəfin razılaşdırlmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (1, 2 və 4-cü bəndlər).
52. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
53. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
54. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır
55. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
56. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
57. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
58. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
59. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:
60. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
61. Maddə 1301.1. Əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər.
62. Maddə 1301.2. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər.
63. Maddə 1301.3. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər.
“Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli Qərarı
64. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərarı
65. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir.
66. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq qeyd etmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarı
67. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu.
68. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
69. Maddə 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
“Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu
70. Maddə 9. Bənd 1. Fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir; Bənd 2. Hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməlidir; Bənd 3. Bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əməl etməli, peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ona məlum olan məlumatları gizli saxlamalıdır;
71. Maddə 55. Açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür.
72. Maddə 60. Notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır.
73. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli Qərarı.
74. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarı.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
75. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
76. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
78. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
79. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
80. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
81. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
82. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
83. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
84. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
85. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
86. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarı
87. Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
88. Bənd 2.2. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.
89. Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
Apellyasiya baxışının hədləri
90. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
91. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
92. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
93. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
94. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.
95. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
96. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, “qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. ...Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyrimüəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair Konstitusiya təminatına da xələl yetirmiş olur”.
97. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıdakı hüquqi mövqelərin davamı olaraq, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarında göstərilmişdir ki, “Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. ...vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. ...mirasın qəbulu universal hüquq varisliyi prinsipi əsasında həyata keçirilir. Bu prinsipə müvafiq olaraq miras qoyanın ölümü ilə mirası qəbul etmiş vərəsələr onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Bu məsuliyyətin vərəsələr üçün yaradacağı çətinlikləri aradan qaldırmaq, habelə şəxslərin iradələrindən kənar vərəsə olmasının qarşısını almaq məqsədilə qanunverici mirasdan imtina hüququnu nəzərdə tutmuşdur. Bununla belə, hüquqi müəyyənliyi və sabitliyi təmin etmək, vərəsələrin, habelə miras qoyanın və vərəsələrin kreditorlarının mənafeləri baxımından bu hüquqdan istifadə imkanı qanunverici tərəfindən müəyyən müddətlə məhdudlaşdırılmışdır. İmtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür. Bu baxımdan mirasdan imtina institutu mülki dövriyyə iştirakçılarının hüquqlarının müdafiəsi yönümündən başda Konstitusiya olmaqla, mülki qanunvericiliyin tələblərinə daha uyğundur. Vurğulanmalıdır ki, “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması, qəbulla şərtləndirilməməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 oktyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi bir daha təsdiqləyir. ...miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. ...mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. ...vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir”.
98. Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.
99. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma yuxarıda göstərilən hüquqi mövqelərə və qanunvericiliyə uyğun olmamışdır.
100. Qeyd olunmalıdır ki, vərəsəlik ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir.
101. İş materialları ilə müəyyən edilir ki, mərhum X12 xx.xx.2000-ci il tarixdə ölmüş, öldükdən sonra onun birinci növbəli vərəsələri, oğulları İddiaçı2 və İddiaçı1 olmuşdur. Mərhum öldükdən sonra Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 2-ci dalan, 17 nömrəli mənzil miras qalmışdır. Cavabdeh1 Gəncə şəhər 1 nömrəli notariat ofisinə müraciət etmiş, Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 2-ci dalan, 17 nömrəli mənzil ona çatası hissəyə dair vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Buna görə də sonuncuya 03 oktyabr 2016-cı il tarixli reyestrdə 2V-İ-226 nömrə ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmişdir. Bunun əsasında isə cavabdeh həmin mənzilə dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən” xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli çıxarış almışdır. Lakin, digər birinci növbə vərəsələr olan iddiaçılar İddiaçı2 və İddiaçı1 mirasdan qanunla müəyyən olunmuş qaydada imtina edib-etməməsi barəsində 3 ay ərzində notariat kontoruna müraciət etməmiş, miras əmlaka dair hüquqlarını rəsmiləşdirməmişlər.
102. Qeyd edilməlidir ki, notariuslar tərəfindən vərəsəliklə bağlı notarial hərəkətlər həyata keçirilərkən şəxslərə müvafiq hərəkətlərlə bağlı onların hüquq və vəzifələri izah edilməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərilməli, o cümlədən yerində olmayan vərəsələrin məlumatlandırılması üçün bütün mümkün vasitələrdən istifadə olunmalıdır. Açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür.
103. Göründüyü kimi, Gəncə şəhər 1 nömrəli notariat ofisi tərəfindən Cavabdeh1 03 oktyabr 2016-cı il tarixli reyestrdə 2V-İ-226 nömrə ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilərkən iddaçıların heç bir məlumatı olmamışdır və onlar miras əmlakdan pay almaq hüququndan məhrum olmuşdur.
104. Belə ki, birinci instansiya məhkəməsi bu nəticəyə gələrkən hansı sübutlara istinad etdiyini qeyd etməmiş, sadəcə olaraq maddi hüquq normalarını sadalamaqla kifayətlənmişdir. Halbuki, iddiaçıların “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədən məlumatlı olması barədə sübutları cavabdeh tərəf təqdim etməli idi. Ancaq, cavabdeh tərəf belə bir sübutu məhkəmələrə təqdim edə bilməmişdir. Eyni zamanda, kollegiya təkrar olaraq vurğulayır ki, Gəncə şəhər 1 nömrəli notariat ofisi tərəfindən Cavabdeh1 03 oktyabr 2016-cı il tarixli reyestrdə 2V-İ-226 nömrə ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilərkən iddiaçılar məlumatlandırılmamış, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmuşdur.
105. Bundan başqa, vərəsə olan İddiaçı2 və İddiaçı1 mirasdan imtina etmək barədə notariat konturuna müraciət etməmiş, bununla da vərəsə mübahisəli miras əmlakını qəbul etmişdir.
106. Məhkəmə kollegiyası qeyd edir ki, mərhum X12 vəfat etdikdən sonra ondan miras qalan əmlaklara dair qardaşı oğlu olan Cavabdeh1 “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilərkən qanunvericiliyin yuxarıda qeyd edilən tələbləri pozulmuşdur.
107. Məhkəmə kollegiyası belə olan halda hesab edir ki, iddiaçılar Cavabdeh1 qarşı Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 2-ci dalan, 17 nömrəli mənzilə dair verilmiş 03 oktyabr 2016-cı il tarixli reyestrdə 2V-İ-226 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbində haqlı olmuşdur. Ona görə də, həmin şəhadətnamə etibarsız hesab edilməlidir.
108. Bundan əlavə, xx.xx.2018-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqısı müqaviləsindən görünür ki, satıcılar Cavabdeh1, X31, X33, X3 şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 2-ci döngə, ev 17 ünvanında yerləşən ümumi sahəsi 0.0119 ha torpaq sahəsinin öz paylarına düşən hissəsini alıcı X27 ümumilikdə 30.000 manata satmışlar. Bundan sonra isə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2018-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə, Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 2-ci döngə, ev 17 ünvanında yerləşən fərdi yaşayış evi X21 xüsusi mülkiyyətindədir. Daşınmaz əmlakın dövlət reyestrində 119 nömrəli reyestr kitabının 80 nömrəli vərəqində qeydiyyata alınmışdır.
109. Lakin, birinci instansiya məhkəməsi mübahisəli əmlaka dair verilmiş çıxarışı etibarsız hesab edərkən həmin əmlakın üçüncü şəxsə satılıb-satılmamasını və şəxsin vicdanlı əldə edib-etməməsi ilə bağlı gəldiyi nəticəni Mülki Məcəllənin 140-cı maddəsinin tələbləri baxımından tam, hərtərəfli və obyektiv araşdırmamışdır.
110. Əvvəla, mülki qanunvericiliyə görə mülkiyyətçi olmayan şəxsdən əmlakın satın alınmasının hüquqi nəticələri Mülki Məcəllənin 140-cı maddəsinin tələblərinə uyğun tənzimlənir. Əmlakı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda əldə edən əmlakın mülkiyyətçisi olur. Vicdanlılıq faktı əmlak verilənə qədər mövcud olmalıdır.
111. Beləliklə, əmlak üzərində mülkiyyət və s. kimi əşya hüquqları əldə edən şəxs həmin əmlakla bağlı hüquqlara dair dövlət reyestrindəki qeydə inanaraq hərəkət edirsə və bu zaman qeydiyyatın düzgün olmadığını bilmirsə və ya qeydiyyatın qeyri-dəqiqliyinə dair qeyd reyestrə daxil edilməyibsə, vicdanlı əldə edən hesab edilir. Yəni, Mülki Məcəllənin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddələrində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapıb.
112. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə sayılır. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı əmlakı əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab olunur.
113. Digər tərəfdən, dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilib. Bu prezumpsiyaya görə, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əmlak üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur.
114. Yaddan çıxarmaq olmaz ki, Mülki Məcəllənin 152-ci maddəsinə görə, əmlak üzərində sərəncam vermək hüququ müstəsna hüquq kimi yalnız mülkiyyətçiyə aiddir, yəni əmlakın hüquqi taleyini yalnız mülkiyyətçi həll edir. O, bu hüqüqunu şəxsən özü və yaxud səlahiyyətli nümayəndəsi vasitəsi ilə həyata keçirə bilər. Lakin, məhkəmə təcrübəsində əmlakın səlahiyyəti olmayan şəxs tərəfindən özgəninkiləşdirilməsi hallarına da təsadüf olunur. Qanunsuz özgəninkiləşdirilmiş əmlak mülkiyyətçi tərəfindən geri tələb edildikdə əmlakı əldə edənin vicdanlı əldə edən olub-olmaması məsələsi meydana çıxır və bundan asılı olaraq əldə edilmiş əmlakın mülkiyyətçiyə qaytarılıb-qaytarılmaması məsələsi işin halları nəzərə alınmaqla həll olunur. İstənilən əmlaka münasibətdə vicdanlı əldə etmə üçün ümumi şərtlər, habelə əmlakın daşınmaz və yaxud daşınar olmasından asılı olaraq xüsusi şərtlər fəqləndirilir. Vicdanlı əldə etmə üçün ümumi şərtlərə - əmlakın müqavilə üzrə əldə olunması və əldə etmənin əvəzli xarakter daşıması aiddir.
115. Əmlakı əldə edən şəxsin vicdanlı əldə edən kimi tanınması üçün hər bir halda o, sübut etməlidir ki, əmlakı özgəninkiləşdirənin buna səlahiyyətli olub-olmadığını müəyyən etmək üçün bütün ağlabatan tədbirləri görüb: məsələn, özgəninkiləşdirənin əmlakın mülkiyyətçisi olmasına dair hüquq müəyyənedici sənədləri tələb edib onları nəzərdən keçirib; səlahiyyətli orqandan əmlakın üzərində hər hansı məhdudiyyətin, yüklülüyün olub-olmamasına dair müvafiq arayış alınıb və sair. Lakin, bütün bunlara baxmayaraq o, özgəninkiləşdirənin səlahiyyətsiz şəxs olduğunu müəyyən etməyib. Əgər əldə edilən əmlak barədə üçüncü şəxslərin iddiası olmuşsa və bu hal əmlakı əldə edənə məlum idisə, vicdanlı əldə edən istisna olunur. Əmlakı əldə edən şəxsin vicdanlı əldə edən olması, əmlakın ondan geri alınmasını məhdudlaşdırır və belə olan halda əmlakın mülkiyyətçisinin ona zərər vuran şəxslərə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ əmələ gəlmiş olur.
116. Hazırkı halda, alıcı X37, əmlakın daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə satıcı Cavabdeh1 adına qeydə alınmasına dair aparılmış və qüvvədə olan reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına inanıb, etibar etməklə, həmin əmlakı alqı-satqı müqaviləsinə əsasən əvəzi ödənilməklə bilavasitə mülkiyyətçinin özündən, yəni Cavabdeh1 satın alıb.
117. İşin bu halları mübahisəli əmlakın daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə satıcı Cavabdeh1 adına qeydə alınmasına dair çıxarışla, həmin əmlakın üzərində hər hansı məhdudiyyətin və yüklülüyün olmamasına dair arayışla, habelə və sair sübutlarla da təsdiq olunur. Başqa sözlə, əmlaka dair caavbdeh Cavabdeh1 ilə X37 arasında notarial qaydada xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi bağlanarkən həmin əmlak barədə hər hansı üçüncü şəxsin, o cümlədən iddiaçıların iddiası olmayıb və əmlakın iddiaçıların iradəsi olmadan özgəninkiləşdirilməsi isə Əkbər Quliyevə yalnız 2024cü ilin fevral ayından sonra məlum olub və apellyasiya şikayəti vermişdir.
118. Göründüyü kimi, maraqlı şəxs X37 əqdə münasibətdə vicdanlı olmuş, əqdin legitimsizliyi barədə onlarda hər hansı şübhə olmamış və fərdi yaşayış evi əvəzli şəkildə əldə edərək, hüquqlarını qeydə aldırmışdır.
119. Belə ki, mülki qanunvericilikdə mülkiyyətçi olmayan şəxsdən əmlakın satın alınmasının hüquqi nəticələri, yəni əmlakı əldə edənin vicdanlı əldə edən olub-olmaması məsələsi Mülki Məcəllənin 140-cı maddəsinin tələbləri ilə tənzimlənir və həmin norma daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən isə reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və sair hüquqlarının olmasını istisna edir. Həmin norma əslində reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur.
120. Məhkəmə iddianın Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 2-ci döngə, ev 17 ünvanında yerləşən fərdi yaşayış evinə iddiaçıların miras payının müəyyən edilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, yuxarıda qeyd edildiyi kimi, miras əmlakı alqı-satqı yolu ilə əldə edən X37 əqdə münasibətdə vicdanlı alıcı olduğundan, iddia həmin hissədə təmin edilməməli və iddiaçıya izah edilməlidir ki, cavabdehin etibarsız hesab edilən 03 oktyabr 2016-cı il tarixli 2V-İ-226 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə ilə əldə edib, özgəninkiləşdirdiyi mübahisə edilən fərdi yaşayış evi ilə bağlı, onlar, vurulmuş ziyanla bağlı Cavabdeh1 qarşı iddia ilə məhkəməyə müraciət edə bilərlər.
121. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
122. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.
123. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.
124. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
125. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
126. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
127. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
128. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
129. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
130. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilməlidir.
131. Eyni zamanda kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçılara özünə aid edilməlidir.
132. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 10-1, 372.1, 382, 384.0.2, 385.1, 388, 392, 393, 402, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Maraqlarına toxunan şəxs X21 apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(044)-1715/2019 nömrəli qiyabi qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Gəncə şəhər 1 nömrəli notariat ofisi tərəfindən Cavabdeh1 adına verilmiş 03 oktyabr 2016-cı il tarixli reyestrdə 2V-İ-226 nömrə ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə etibarsız hesab edilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.