Məhkəmə qərarları › İş №2(104)-844/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-844/2025

27.05.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-844/2025 27.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X7 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı, Gəncə şəhər İmadəddin Nəsimi adına 44 saylı İngilis-dili təmayüllü məktəbliseyin nümayəndəsi (direktoru) X1 və onun nümayəndəsi (vəkil) Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Gəncə şəhər İmadəddin Nəsimi adına 44 saylı İngilis-dili təmayüllü məktəb-liseyinə qarşı və üçüncü şəxs X4rşı əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 2(125)- 545/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi (vəkil) Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Gəncə şəhər İmadəddin Nəsimi adına 44 nömrəli ingilis dili təmayüllü məktəb-liseyinin direktoru tərəfindən həmin məktəbin Həmkarlar İttifaqı Komitəsinə ünvanlanmış xx.xx.2025-cü il tarixli təqdimatdan görünür ki, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavinin İddiaçı əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını yerinə yetirmir. Təlim tərbiyə işləri üzrə direktor müavini İddiaçı əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi barədə razılıq verilməsini xahiş etmişdir. Müvafiq sənədlər əlavə olunmuşdur.

2. Gəncə şəhər İ. Nəsimi adına 44 nömrəli ingilis dili təmayüllü məktəb-liseyin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2024-cü il tarixli iclasının 5 nömrəli protokolunun çıxarışından görünür ki, Gəncə şəhər İ. Nəsimi adına 44 nömrəli ingilis dili təmayüllü məktəb-liseyin direktoru Gülşən Məmmədəliyevanın xx.xx.2024-cü il tarixli təqdmatına baxılması barədədir. Gəncə şəhər İ. Nəsimi adına 44 nömrəli ingilis dili təmayüllü məktəb-liseyin Həmkarlar İttifaqı komitəsinin sədri Sədaqət Həsənova məktəbin direktoru Gülşən Məmmədəliyevanın xx.xx.2024-cü il tarixli təqdimatını heyət üzvlərinin nəzərə çatdıraraq bildirdi ki, məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini İddiaçı əmək intizamını ciddi şəkildə pozduğuna görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi qərara alınmışdır. Gəncə şəhər İ. Nəsimi adına 44 nömrəli ingilis dili təmayüllü məktəb-liseyin Həmkarlar İttifaqı komitəsinin sədri Sədaqət Həsənova məsələyə münasibət bildirilməsini heyət üzvlərindən xahiş etdi. Çıxışlarda, 1. Məktəb-liseyin Həmkarlar İttifaqı komitəsinin sədr müavini Ruhiyə Məmmədova çıxış edərək bildirdi ki, İddiaçı günün tələblərinə uyğun işləmədiyi və iş vaxtından tez getməsi məsələsi dəfələrlə kollektivdə müzakirə edilib. 01 aprel 2024-cü il tarixində verilmiş töhmətdən nəticə çıxarıb işinə daha məsuliyyətlə yanaşmalı idi; 2. Məktəb-liseyin psixoloqu Jalə Qurbanova çıxış edərək bildirdi ki, İddiaçı üzərinə düşən işi yerinə yetirmir, dəfələrlə o, tabelə imza atanda Rəfiqə Ramaznovanın işə gələrkən və işdən gedərkən davamiyyət tabelinə imza atmadığını görmüşdür. Bu həm işə, həm də rəhbərliyə qarşı saymamazlıqdır; 3. Məktəb-liseyin tarix müəllimi Elgün Qarayeva çıxış edərək bildirdi ki, İddiaçı 02 sentyabr 2024- cü il tarixdə işə gəlmədiyini heç cürə qanuni şəkildə əsaslandıra bilmir. İşə gəlməmə səbəbini rəhbərliyə məlumat verməli və icazə almalı idi. Digər heyət üzvləri eyni məzmunlu çıxış edərək təqdimatın təmin edilməsinə tərəfdar olduqlarını bildirdilər. Bütün çıxışlar və təkliflər nəzərə alınaraq, təqdimatın təmin edilməsi, Gəncə şəhər İ.Nəsimi adına 44 nömrəli ingilis dili təmayüllü məktəb-liseyin təlim tərbiyə işləri üzrə direktor müavini İddiaçı Azərbaycan Respublikasının əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə razılıq verilməsi qərara alınmışdır.

3. Gəncə şəhər İmadəddin Nəsimi adına 44 nömrəli ingilis dili təmayüllü məktəb-liseyin Həmkarlar İttifaqı Komitəsi tərəfindn həmin məktəbin direktoruna ünvanlanmış xx.xx.2024-cü il tarixli 294 nömrəli məktubunun təsdiqlənmiş surətindən görünür ki, məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə etiraz etmir.

4. Cavabdeh Gəncə şəhər İmadəddin Nəsimi adına 44 nömrəli ingilis dili təmayüllü məktəbliseyi tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli, 458 nömrəli əmrin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı – məktəbin-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini ilə bağlanmış əmək müqaviləsi vəzifə funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç“ bəndinə əsasən xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir. Əsas: müvafiq aktlar, məktəb-liseyin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2024-cü il tarixli razılıq məktubudur.

5. Azərbaycan Tibb Universiteti Tədris Terapevtik klinika tərəfindən verilmiş əmək qabiliyyətinin olmaması ******* nömrəli vərəqindən görünür ki, İddiaçı qızı durğunluq ürək çatışmamazlığı olmadan başlıca olaraq ürəyin hipertenziv diaqnozu ilə xəstə olduğu üçün xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müvəqqəti olaraq əmək qabiliyyətini itirmişdir. xx.xx.2024-cü il tarixdən işə başlamalıdır.

6. Cavabdeh Gəncə şəhər İmadəddin Nəsimi adına 44 nömrəli ingilis dili təmayüllü məktəb liseyin direktoru Gülşən Məmmədəliyeva tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli, 384 nömrəli əmrin təsdiqlənmiş surətindən görünür ki, əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini və sinif jurnalının aparılmasına dair qeydlərin 14-cü bəndini nəzərə alaraq məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. Əsas: Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı məlumatı, xx.xx.2023-cü il tarixdə tərtib edilmiş akt, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsi.

7. Cavabdeh Gəncə şəhər İmadəddin Nəsimi adına 44 nömrəli ingilis dili təmayüllü məktəbliseyin direktoru Gülşən Məmmədəliyeva tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli, 115 nömrəli əmrin təsdiqlənmiş surətindən görünür ki, əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələri və Azərbaycan Respublikası təhsil nazirinin xx.xx.2022-ci il tarixli F-438 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisəsinə aid tədris-pedaqoji sənədlərin saxlanması haqqında Təlimat”ın nəzərə alaraq məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir.

8. Gəncə şəhər İmadəddin Nəsimi adına 44 nömrəli ingilis dili təmayüllü məktəb-liseyin heyəti tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, məktəb liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı xx.xx.2023-cü il tarixində keçirilən Pedaqoji Şuranın iclasına məktəbdə olduğu halda heç bir üzrlü səbəb göstərmədən gəlməmişdir. Məktəb-liseyin direktoru, pedaqoji şuranın sədri Gülşən Məmmədəliyeva, Azərbaycan dili və ədəbiyyat müəllimi, pedaqoji şuranın katibi Günel Əsgərova, məktəb-liseyin HİK-nin sədri Sədaqət Həsənova, Azərbaycan dili və ədəbiyyat müəllimi Yeganə Musayeva, riyaziyyat müəllimi Günay Əhmədova, tarix müəllimləri Kamal Verdiyev, Tacəddin Verdiyev, Elgün Qarayeva, Zeynəb Abbasova, informatika müəllimi Tamella Əsgərova, biologiya müəllimi Vüsalə Həsənova, coğrafiya müəllimi Gülnar Məmmdəova, kimya müəllimi Lalə Qurbanova, ingilis dili müəllimləri Türanə Əkbərova, Nərgiz Nağıyeva, Simuzər Əsədova, fiziki tərbiyə müəllimləri Yeganə Məmmədova, Təranə Qaragözova, ibtidai sinif müəllimləri Ruhiyə Məmmədova, Gülnarə Məmmədova, Sevil Quliyeva aktı öz imzaları ilə təsdiq etmişdirlər.

9. Gəncə şəhər İmadəddin Nəsimi adına 44 nömrəli ingilis dili təmayüllü məktəb-liseyin direktor əvəzi Afət Fərzəliyeva, xadimə Xalidə Hüseynova, laborant Aygün Rzayeva tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, məktəb-liseyin təlim tərbiyə işləri üzrə direktor müavini İddiaçı iş vaxtının saat 17:00-da bitməsinə baxmayaraq xx.xx.2024-cü il tarixdə məktəb direktoruna heç bir məlumat vermədən iş yerini saat 15:45-də tərk etmişdir.

10. Gəncə şəhər İmadəddin Nəsimi adına 44 nömrəli ingilis dili təmayüllü məktəb-liseyin təsərrüfat işləri üzrə direktor müavini, məktəb-liseyin direktor əvəzi Afət Fərzəliyeva, UBR Könül Musayeva, laborant Gülnür Əlizadə, ibtidai sinif müəllimləri Sevil Quliyeva, Ruhiyə Məmmədova, ingilis dili müəllimi Simuzər Əsədova, xadimə Xalidə Hüseynova tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünr ki, məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı həqiqətən də, heç kimə məlumat vermədən 02 sentyabr 2024-cü il tarixdə işə gəlməmişdir.

11. Gəncə şəhər İmadəddin Nəsimi adına 44 nömrəli ingilis dili təmayüllü məktəb-liseyin direktoru Gülşən Məmmədəliyeva, katibə Aytəkin Həsənova, məktəb-liseyin HİK-nin sədri Sədaqət Həsənova, xadimə Xalidə Hüseynova, fəhlə Mübariz Əhmədov tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli aktdan görünür ki, məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı iş vaxtının saat 17:00-da bitməsinə baxmayaraq 08 oktyabr 2024-cü il tarixdən məktəb direktoruna heç bir məlumat vermədən iş yerini saat 16:27-də tərk etmişdir.

12. Gəncə şəhər İmadəddin Nəsimi adına 44 nömrəli ingilis dili təmayüllü məktəb-liseyin təlim tərbiyə işləri üzrə direktor müavini İddiaçı tərəfindən tərdib edilmiş xx.xx.2024-cü il tarixli ərizədən gorünür ki, o, xx.xx.2024-cü il tarixdə Bakı şəhərində həkim müayinəsində olmuşdur; xx.xx.2024-cü il tarixdən xəstəli ilə əlaqədar işə çıxmamışdır. Xəstəliyini təstiq edən sənədləri təqdim etmişdir.

13. Gəncə şəhər İmadəddin Nəsimi adına 44 nömrəli ingilis dili təmayüllü məktəb-liseyin direktoru Gülşən Məmmədəliyeva, təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı, katibə Aytəkin Həsənova, məktəb-liseyin HİKnin sədri Sədaqət Həsənova tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, təlim tərbiyə işləri üzrə direktor müavini İddiaçı 08 oktyabr tarixində xəstəlik vərəqəni təqdim edərkən məlum olmuşdur ki, o, 02 sentyabr 2024-cü il tarixdən işə gəlmədiyi üçün xəstəlik vərəqi həmin tarixdən başlamalıdır. İddiaçı xəstəlik vərəqinin 03 sentyabr tarixindən başladığını qeyd etmişdir və bildirmişdir ki, burda heç bir problem yoxdur. Məktəb-liseyin direktoru X6 Ramazanovadan heç bir izahat yazmadan otağı tərk etmişdir.

14. Gəncə şəhər İmadəddin Nəsimi adına 44 nömrəli ingilis dili təmayüllü məktəb-liseyin direktoru Gülşən Məmmədəliyeva, katibə Aytəkin Həsənova, UBR Könül Musayeva, HİK-nin sədri Sədaqət Həsənova, ibtidai sinif müəllimi Natəvan Zeynalova tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı 08 oktyabr 2024-cü il tarixdən izahat istənilməsinə baxmayaraq, məktəb rəhbərliyinə saymazlıq edərək 09 oktyabr 2024cü il tarixdə saat 12:10-da UBR Könül Musayevadan 08 oktyabr 2024-cü il tarixli ərizə göndərmişdir. O, ərizədə 03 sentyabr əvəzinə 03 oktyabr qeyd etməklə nə zamandan xəstə olduğunu dəqiq bilmədiyini sübut etmişdir.

15. İddiaçı məxsus ******* nömrəli, xx.xx.2019-cu il tarixli əmək kitabçasının təsdiqlənmiş surətindən görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixdən təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə 36 nömrəli, xx.xx.2011-ci il tarixli əmrlə təyin edilmişdir; İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç“ bəndinin əsasən xx.xx.2024-cü il tarixdən 458 nömrəli əmrlə müqaviləsi ləğv edilmişdir.

16. Azərbaycan Tibb Universiteti Tədris Terapevtik klinika tərəfindən verilmiş əmək qabiliyyətinin olmaması 844643 nömrəli vərəqindən görünür ki, İddiaçı qızı durğunluq ürək çatışmamazlığı olmadan başlıca olaraq ürəyin hipertenziv diaqnozu ilə xəstə olduğu üçün xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müvəqqəti olaraq əmək qabiliyyətini itirmişdir. xx.xx.2024-cü il tarixdən işə başlamalıdır.

17. xx.xx.2024-cü il tarixli Azərbaycan Tibb Universiteti tərəfindən verilmiş resepdən görünür ki, həmin tarixdə İddiaçı Bakı şəhərində, Azərbaycan Tibb Universiteti həkim X3 müayinəsində olmuş, ona Hiporteniya xəstəliyi İİİ m, Vegetativ damar distoniyası diaqnozu qoyulmuş və müalicə yazılmışdır.

18. Əmək müqaviləsinə bağlanması ilə bağlı xx.xx.2014-cü il tarixli xxxxxxx000100 saylı elektron əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə xx.xx.2011-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən həmin tarixdən əsas iş yeri kimi müddətsiz TTİDM vəzifəsinə işə qəbul edilmişdir.

19. Əmək müqaviləsinə bağlanması ilə bağlı xx.xx.2014-cü il tarixli xxxxxxx000200 saylı elektron əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə xx.xx.2011-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən həmin tarixdən əlavə iş yeri kimi müddətsiz ingilis dili müəllimi vəzifəsinə işə qəbul edilmişdir.

20. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli xxxxxxx0004X0 saylı elektron əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə xx.xx.2022-ci il tarixdə bağlanmış xxxxxxx000403 saylı əmək müqaviləsinə özünün əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç“ bəndinin əsasən xx.xx.2024-cü il tarixdən 458 nömrəli əmrlə xitam verilmişdir.

21. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli xxxxxxx0005X0 saylı elektron əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə xx.xx.2022-ci il tarixdə bağlanmış xxxxxxx000502 saylı əmək müqaviləsinə özünün əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç“ bəndinin əsasən xx.xx.2024-cü il tarixdən 458 nömrəli əmrlə xitam verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

22. İddiaçı cavabdeh Gəncə şəhər İmadəddin Nəsimi adına 44 nömrəli ingilis dili təmayüllü məktəb-liseyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhər İmadəddin Nəsimi adına 44 nömrəli ingilis dili təmayüllü məktəb liseyin xx.xx.2024cü il tarixli, 458 nömrəli əmrini ləğv edilməsi, məcburi işburaxma günləri üçün əmək haqqı ödənilməsinə, onun əvvəlki vəzifəsinə bərpa olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

23. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə “Gəncə şəhər İmadəddin Nəsimi adına 44 nömrəli ingilis dili təmayüllü məktəb lisey” (bundan sonra təhsil müəssisəsi) arasında olan əmək müqaviləsinə xx.xx.2024-cü il tarixli 458 nömrəli əmrə əsasən xitam verilmiş, işdən azad edilmə əsası kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra ƏM) 70-ci maddəsinin “ç” bəndi-əmək müqaviləsi vəzifə funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirilməməsi göstərilmişdir. Qeyd edir ki, o, xx.xx.1988-ci ildən, yəni ali təhsil müəssisəsini bitirdikdən dərhal sonra təhsil sahəsində fəaliyyətə başlamış, müxtəlif təhsil müəssisələrində və fərqli vəzifələrdə çalışmış, ümumilikdə 36 il əmək stajı vardır, bu illər ərzində hər hansı intizam tənbehi olmamışdır. Lakin təhsil müəssisəsinə Gülşən Məmmədəliyevə direktor təyin olunduqdan sonra ondan əmək funksiyalarının icrası ilə bağlı qanunsuz tələblər etməyə başladı, mən o da razılaşmadığımdan onunla qərəzli mövqe tutmağa başladı, öz təşəbüssüylə işdən çıxmağını tələb etdi, bununla razılaşmadığından iki dəfə heç bir əsaslı səbəb olmadan barəsində intizam tənbehi tətbiq etdi. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 115 saylı saylı əmrlə “sinif jurnallarının müəyyən edilmiş qaydalara uyğun aparılması və qorunub saxlanması işini zəif yerinə yetirdiyinə” görə ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Bu əmr onun barəsində sinif jurnalı cırıldığına görə verilmişdir, yəni o, sinif jurnalı kiminsə tərəfindən yararsız hala salındığına görə şiddətli töhmət almışdır. Bu hal özü G.Məmmədəliyevanın ona qarşı qərəzli olduğunu və gələcəkdə onun işdən çıxarılmağı üçün zəmin hazırladığının nümunəsidir. Bu faktlardan da aydın olur ki, işdən azad edilməyi ilə onun əmək funksiyanı həyata keçirməməyinin və ya əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetriməməyinin arasında heç bir əlaqə yoxdur. Təhsil müəssisəsinin direktoru Gülşən Məmmədəliyevanın istəyi ilə şəxsi münasibətlər zəminində qanunsuz olaraq onun əmək qanunvericiliyi ilə qorunan hüquqlarını kobud şəkildə pozmuş, bu da öz növbəsində əmək müqaviləsinə AR ƏM-in 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi işəgötürən tərəfindən əmək qanunvericiliyinin pozuntusudur. Əlavə olaraq bildirir ki, cavabdeh tərəf mediasiya prosesində də iştirakdan imtina etmişdir. xx.xx.2024cü il tarixli əmrdə formal olaraq yalnız “əmək müqaviləsi üzrə funksiyalarını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmə” əsası qeyd edilmişdir, lakin cavabdeh müəssisə onun əmək funksiyasına daxil olan hansı vəzifələri yerinə yetirmədiyini və əmək müqaviləsi üzrə hansı öhdəliklərimi icra etmədiyini əmrdə göstərməmiş, bu Məcəllənin 70ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamışdır. Halbuki, ƏM-si 71-ci maddəsinin 3- cü bəndində bunu imperativ norma kimi qoymuşdur. İşin məhkəmə baxışı zamanı müvafiq əmrin əsaslandırılması üçün məhkəməyə hər hansı sübut təqdim ediləcəyi təqdirdə həmin sənədlərin sonradan tərtib olunması halı nəzərə alınmalıdır. Qeyd etdiyi kimi cavabdehin müvafiq əmrində müqavilənin ləğv edilməsinin əsası qeyd edilməmiş, Həmkarlar İttifaqı Komitəsinin müvafiq protokolu əmrin məzmununa daxil edilməmiş, eyni zamanda əmri imzalayan şəxsin “ata” adı göstərilməmişdir. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının yuxarıda da qeyd olunan müvafiq xx.xx.2021-ci il tarixli, İş №2(102)- 3598/2021nömrəli qərarında bu hallar pozuntu kimi öz əksini tapmış, aşağı instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas olmuşdur. Cavabdeh o, faktiki əmək qabiliyyətini müvəqqəti itirdiyi müddəti pozuntu kimi qiymətləndirmiş və bu əsasla onunla əmək müqaviləsinə xitam vermişdir. Belə ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək xəstəliyiylə bağlı işə getməmişəm və bu barədə ərizə ilə müvafiq tibbi sənədləri də əlavə etməklə təhsil müəssisəsinə təqdim etmişdir. Lakin, cavabdeh xx.xx.2024-cü il tarixdə iş buraxmağını üzürlü hesab etməmiş, bunu pozuntu hesab etmişdir. Baxmayaraq ki, xx.xx.2024-cü il tarixində Bakı şəhərində, həkim X3 müayinəsində olmuş, bununla bağlı arayışı da, təqdim etmişəm. Hətta müalicə ilə bağlı ödənişin bir hissəsi onun maaş kartına ödənilmişdir. Nəzərə almaq lazımdır ki, əmək müqaviləsinin ləğv edilməsi ən ağır intizam tənbehidir və işəgötürən həmin tənbehdən əvvəl töhmət, şiddətli töhmət verə və ya aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə də tətbiq edə bilərdi. Lakin tətbiq edilən intizam tənbehi işçinin hərəkətinə münasibətdə ədalətli deyil. İntizam tənbehinin məqsədi əmək və icra intizamını artırmaqdır, şəxsi münasibətlər zəminində işçini cəzalandırmaq deyil. Həmçinin, qeyd etmək lazımdır ki, ƏM-in 186.3-cü maddəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. O, uzun illərdir sözügedən müəssisədə çalışmış və hər zaman intizamlı bir işçi olmuşdur. Ona ƏM-in 186.2-ci maddəsində göstərilmiş intizam tənbehlərindən ən ağırı olan əmək müqaviləsinin 70-ci maddənin “ç” bəndi ilə xitam olunması intizam tənbehinin verilməsi onun peşəkarlıq səviyyəsinə, kollektivdə olan nüfuzuna qətiyyən uyğun deyildir. Ümumiyyətlə, ƏM-də göstərilməyən əsaslara görə, şəxsi münasibətlər zəmnində əmək müqaviləsinə xitam verilməsi əmək qanunvericiliyinin normalarına uyğun deyildir. Bundan başqa, təhsil müəssisəsinin direktoru G.Məmmədəliyeva xx.xx.2024-cü il tarixdə həmin müəssisənin Həmkarlar İttifaqı Komitəsinin (bundan sonra HİK) sədri Sədaqət Həsənovaya məktub ünvanlayaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən razılıq verilməsini xahiş etmişdir. Bundan sonra, Həmkarlar ittifaqı Komitəsi xx.xx.2024-cü il tarixdə iclas keçirmiş və 5 nömrəli protokolla təqdimatın təmin edilməsi qərara alınmışdır. Baxmayaraq ki, direktor G.Məmmədəliyeva məktub göndərmişdir, HlK sədri bunu təqdimat kimi qiymətləndirmiş və təmin etmişdir. HlK-nin 5 saylı protokolunda aşağıdakı çıxışlar qeyd edilmişdir: 1. Məktəbliseyin HİK-nin sədr müavini Ruhiyyə Məmmədova çıxış edərək bildirdi ki, İddiaçı günün tələblərinə uyğun işləmədəyi və iş vaxtından tez getməsi məsələsi dəfələrlə kollektivdə müzakirə edilib. xx.xx.2024-cü il tarixində verilmiş töhmətdən nəticə çıxarıb işinə daha məsuliyyətlə yanaşmalı idi; 2. Məktəb-liseyin psixoloqu Jalə Qurbanova çıxış edərək bildirdi ki, İddiaçı üzərinə düşən işi yerinə yetirmir, dəfələrlə o, tabelə imza atanda İddiaçı işə gələrkən və işdən gedərkən davamiyyət tabelinə imza atmadığını görmüşdür. Bu həm işə, həm də rəhbərliyə qarşı saymamazlıqdır; 3. Məktəb-liseyin tarix müəllimi Elgün Qarayeva çıxış edərək bildirdi ki, İddiaçı xx.xx.2024-cü il tarixdə işə gəlmədiyini heç cürə qanuni şəkildə əsaslandıra bilmir. İşə gəlməmə səbəbini rəhbərliyə məlumat verməli və icazə almalı idi; Digər heyət üzvləri eyniməzmunlu çıxış edərək təqdimatın təmin edilməsinə tərəfdar olduqlarını bildirdilər. Qeyd olunan HİK-nin xx.xx.2024-cü il tarixli iclasının səs yazısı iddiaçı tərəfindən aparılmış və orada bir neçə qadın çıxış etmişdir. Çıxış edən HİK-nin sədri İddiaçı xx.xx.2024-cü il tarixdə işə gəlmədiyini və bununla bağlı heç bir sübut təqdim etmədiyini, bu barədə təhsil müəssisəsinin rəhbərinin məktubunun olduğunu bildirmiş, iş saatları ilə bağlı digər iştirakçılar müzakirə apardıqda Sədaqət Həsənova iclasda məhz İddiaçı xx.xx.2024-cü il tarixdə işə gəlməməsi məsələsinin müzakirə olunduğu israrla bildirmişdir. Bundan sonra bir qadın çıxış edərək uzun müddətdir ki, İddiaçı məktəbdə işlədiyini, buna görə də, kompramisə gedərək işləmək lazım olduğunu, müzakirə olunan məsələnin həm ürəkaçan mövzu olmadığım, həm də, psixoloji də olaraq yaxşı hal olmadığını qeyd etmişdir. Daha sonra qanunu bilmədiyini və bu səbəbdən də çıxış edə bilməyəcəyini qeyd etmişdir. Daha bir iclas iştirakçısı can sağlığı ilə bağlı nümunə gətirərək İddiaçı başqa bir işdə də işləyə biləcəyini məsləhət görür. Daha bir iştirakçı qadın rəhbərlik tərəfindən məktub göndərildiyi təqdirdə bunun düz olduğunu və icra olunmalı olduğunu bildirir. Bu çıxışlardan sonra Sədaqət Həsənova göndərilmiş məktuba oturub cavab hazırlamalı olduğunu bildirir, daha sonra iclas yekunlaşır. Göründüyü kimi iclasda faktiki olaraq, heç kim tərtib 5 saylı protokolda qeyd olunan 3 bəndlə bağlı fikir bildirmir. Bu fikirlər HİK-in sədrinin özünün də, bildirdiyi kimi sonradan müvafiq məktuba cavab hazırlanan zaman komissiya sədri tərəfindən qeyd edilmişdir. Faktiki olaraq HİK-nin protokolu, keçirilmiş iclasda səsləndirilən fikirlərlə eynilik təşkil etmir və sübut kimi qəbul edilə bilməz. Bundan başqa Təhsil müəssisəsinin HİK-in protokolu ilə tanış olduqda yuxanda da, qeyd etdiyi kimi 3 bəndən ibarət pozuntu ilə bağlı fikir bildirilmişdir. Burada həm İddiaçı işə davamiyyəti pozduğu, həm tabelə imza etmədiyi, həm də xx.xx.2024- cü il tarixdə bütün günü işə gəlməməsi qeyd olunmuşdur. K.Ramazanovamn işdən azad olunması ilə bağlı xx.xx.2024-cü il tarixli, 458 saylı əmrə diqqət edilsə, burada əmək müqaviləsi ilə bağlı vəzifə funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə işdən azad olunmasını görərlər. Əgər işəgötürən əmək müqaviləsinə xitam verən zaman HİK-in xx.xx.2024-cü il tarixli razılıq məktubunu əsas götürmüşsə burada yenə də, səhvə yol vermişdir. Belə ki, əmək qanunvericilyinin tələblərinə görə işə gəlmək-əmək vəzifəsini, işləmək isə-əmək funksiyalarım yerinə yetriməkdir. HİK-in protokoldan çıxarışında isə yalnız işə davamiyyətlə bağlı hissəyə toxunulmuşdur. Bundan başqa əgər işəgötürən əmək müqaviləsinə xitam verilməsi zamanı əsas kimi HİK-in xx.xx.2024-cü il tarixli razılıq məktubuna istinad edirdisə, bu zaman protokoldan çıxarışda qeyd olunan 3 bənddən hansı birinə istinad etdyini əmrdə dəqiq göstərməli idi. AR Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsində qeyd edilmişdir ki, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. xx.xx.2024-cü il tarixli, 458 saylı əmr isə əsaslandırılmamışdır. Qeyd edirik ki, İddiaçı işdən çıxarılma üçün əsas olmuş sənədləri məhkəmə tələb etmiş və cavabdeh tərəfindən məhkəməyə bir sıra sənədlər təqdim edilmişdir ki, onlardan bir neçəsi də R.Ramazanovnın işə davamiyyəti ilə bağlı olmuş, işdən vaxtından tez getməsi ilə bağlı AKT tərtib edilmişdir. Qeyd edir ki, istər xx.xx.2024cü il, istər xx.xx.2024-cü il, istərsə də xx.xx.2024-cü il tarixində tərtib edilmiş AKT-larda qeyd olunanlar həqiqəti əks etdirmir, sonradan tərtib edilmişdir. Belə ki, həmin AKT-lann tərtib olunaraq İddiaçı təqdim edilməsinə dair iş materiallarında heç bir sübut yoxdur. Bununla bağlı İddiaçı nə sms, nə e-mail, nə də ki, yaşadığı ünvana məktub göndərilməmişdir. Bundan başqa əgər iddiaçı xx.xx.2024-cü il tarixli işə davamiyyətlə bağlı pozuntu aşkar etmişdirsə, bununla da bağlı tədbir görməli idi, lakin heç bir tədbir görməmişdir. Ümumiyyətlə, işəgötürən xx.xx.2024-cü il tarixli əmrdə sübut kimi təqdim etdiyi sənədlərdən hansına istinad etdiyini əsaslandırmamışdır. Yəni, iddiaçını xx.xx.2024cü il tarixli işburaxmaya, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə işdən iş vaxtından tez getməsinə və ya xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərdə verilmiş intizam tənbehlərinə görə işdən azad etməsini qeyd etməyərək əsaslandırmamışdır. Lakin, məhkəmə sorğusuna iddiaçının işdən azad edilməsinə səbəb olmuş hallan əsaslandıran zaman qeyd olunan sübutlan iş materiallarına əlavə etmişdir. İddia ərizəsində də, qeyd edildiyi kimi cavabdeh İddiaçı qarşı olan şəxsi qərəzli münasibətlərindən irəli gələrək onu işdən azad etmək istəmiş, öz ərizəsi ilə işdən azad etməsini ona bildirsə də, sonuncu bununla razılaşmadığından təhsil müəssisəsinin rəhbəri sahib olduğu hüquqi imkanlardan sui-istifadə edərək iddiaçını işdən azad etmişdir. Bunu cavabdehin məhkəməyə təqdim etdiyi digər sübutlardan da, görmək mümkündür. Təqdim edilmiş sübutların arasında təhsil müəssisəsinin bir çox əməkdaşları tərəfindən direktorun adına yazılmış ərizələrdə guya İddiaçı onlardan müəyyən fəaliyyətləri həyata keçirmək üçün müxtəlif məbləğlərdə pul tələb edib alması, İddiaçı qızı Gülnar Ramazanovanın xadiməçi kimi işdə görmədikləri qeyd olunmuşdur. Həmin ərizələrdə cinayət hüquqi xarakterli məlumatlar olduğu halda üzərindən bir ildən çox vaxt keçməsinə baxmayaraq hələ də, tədbir görülməməsi, əməkdaşlardan pul tələb olunduğu halda niyə hüquq-mühafizə orqanlarına şikayət etməyib, yeni direktor işə gələndə ona ərizə yazmaları, niyə əvvəlki direktora bu barədə məlumat verməmələri cavabdehin qərəzli şəkildə İddiaçı işdən çıxarmasını bir daha sübut edir. Heç bir yerdə rəsmi qeydiyyatı aparılmayan sübutların məhz məhkəmə baxışı zamanı təqdim edilməsi iddiaçıya iddia tələbindən imtinaya məcbur etmə kimi də qiymətləndirilə bilər. Göründüyü kimi cavabdeh Təhsil müssisəsinin rəhbəri G.Məmmədəliyeva tərəfindən iddiaçının hüquqları kobud şəkildə pozulmuşdur. Cavabdehin göstərdiyi münasibətdən də aydındır ki, ona verilmiş səlahiyyətlərdən öz şəxsi mənafeyi və məqsədləri üçün istifadə edir və gələcəkdə hüquqlarından istifadə edərək müəssisənin digər əməkdaşlarına da bu formada işdən azad edə bilər.

24. Gəncə Şəhər Məhkəməsinin 2(125)-545/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Xədicə Səfərli) iddianın təmin edilməsi, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair Gəncə şəhər İmadəddin Nəsimi adına 44 nömrəli ingilis dili təmayüllü məktəb-liseyinin xx.xx.2024-cü il tarixli, 458 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxma dövrü üçün əmək haqqı tam hesablanıb ona ödənilməsi qət edilmişdir.

25. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh iddiaçının öz əmək funksiyasına daxil olan hansı vəzifələri yerinə yetirmədiyini və əmək müqaviləsi üzrə hansı öhdəlikləri icra etmədiyini əmrdə göstərməmiş, bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamışdır.

26. Məhkəmə öz hüquqi mövqeyində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42, 70 və 72-ci maddələrinin müddəalarına istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

27. Gəncə Şəhər Məhkəməsinin 2(125)-545/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi (vəkil) Vəkil2 apellyasiya şikayəti verərək, qətnаmənin ləğv еdilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

28. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Gəncə şəhər İmadəddin Nəsimi adına 44 nömrəli ingilis dili təmayüllü məktəb-liseydə direktor müavini vəzifəsində işləmişdir. İddiaçı işləyən zaman heç vaxt nizam-intizam qaydalarına riayət etməmiş, işə davamiyyət jurnallarına imza etməmiş, üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Dəfələrlə onunla söhbətlər aparılsa da, heç bir nəticəsi olmamışdır. Nəticədə işdə yol verdiyi ciddi nöqsanlara görə ona intizam tənbehi olaraq töhmət, daha sonra isə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Lakin İddiaçı nə inki bu töhmətlərdən nəticə çıxarmamış, hətta bu azmış kimi 02 sentyabr 2024-cü il tarixində heç kimə məlumat vermədən işə də gəlməmişdir. Ona görə də, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Sonradan iddaçı guya həmin gün həkimə getdiyini bildirərək, sadəcə həkimin yazdığı resepti təqdim etmişdir. Lakin məlum olduğu kimi bu hal Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 08 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş «Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında təlimat»a 2 nömrəli əlavədə göstərilənlərə ziddir və ona görə də, iddia bu əsasla təmin edilə bilməzdi. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 08 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş «Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında təlimat»a 2 nömrəli əlavənin: 1-ci bəndinə görə, sığorta haqları ödəyən şəxsin müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi yalnız xəstəlik (əmək qabiliyyətini itirmək) vərəqəsi ilə təsdiq olunur. Sığorta haqları ödəyən şəxslərə müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi haqqında digər şəhadətnamə və arayışın verilməsi bu təlimatda göstərilmiş xüsusi hallardan başqa qadağan olunur; 4-cü bəndinə görə, xəstəlik, məişət zədəsi və ya şikəstlik nəticəsində əmək qabiliyyətini itirdikdə xəstəlik vərəqələri həmin gündən onları vermək hüququna malik olan tibb müəssisələrinin həkimləri tərəfindən verilir. Keçmiş tarixlə xəstəlik vərəqələrinin verilməsi qadağandır; 7-ci bəndinə görə, həkimlər hər dəfə 3 gündən artıq olmayaraq, ümumiyyətlə həmin xəstəlik və ya şikəstlik üzrə 6 gündən artıq olmayaraq xəstəlik vərəqəsi vermək hüququna malikdirlər; 8-ci bəndinə görə, əmək qabiliyyətinin itirilməsi başlandıqdan sonra xəstəlik vərəqəsinin 6 gün və daha çox artırılması, müalicə həkimi tərəfindən yalnız baş həkimin və ya həmin tibb müəssisəsində təşkil olunmuş həkim-məsləhət komissiyasının təsdiqindən sonra mümkündür; 12-ci bəndinə görə, poliklinikanın və ya ambulatoriyanın həkimi sığorta edilmiş şəxsin əmək qabiliyyətini itirməsini təsdiq edərək, ona arayışda göstərilmiş vaxtdan etibarən xəstəlik vərəqəsi verir. Həkim onun əmək qabiliyyəti olduğunu etiraf edərsə, bu zaman arayışda göstərildiyi vaxtdan başlayaraq yalnız həmin növbə qurtaranadək xəstəlik vərəqəsi verir; 13-cü bəndinə görə, stasionarda (xəstəxanada, klinikada və i.a.) müalicə edilərkən xəstənin stasionarda qaldığı bütün vaxt üçün müalicə edən həkim, şöbə müdiri ilə birlikdə xəstəlik vərəqəsi verir; 16-cı bəndinə görə, başqa şəhərdə (yerlərdə) xüsusi müalicə olunmaq üçün xəstəlik vərəqəsi həkim-məsləhət komissiyası tərəfindən (bu komissiya olmadıqda isə müalicə həkimi ilə birlikdə baş həkimlə) verilib, həmin vərəqə ərazi üzrə dövlət tibb müəssisəsi tərəfindən təsdiq olunmalıdır. Xəstəlik vərəqəsi olan şəxs müalicə həkiminin icazə qeydiyyatı olmadan başqa şəhərə gedirsə, bu hal rejimin pozulması kimi hesab olunur; 36-cı bəndinə görə, əmək qabiliyyətinin müvəqqəti itirilməsilə əlaqədar qeyrimüəyyən formalı arayışlar aşağıdakı hallarda verilir: müəssisədə, idarədə işləyən zaman axşam və ya gecə vaxtı xəstənin xəstəliyi və zədəsi ağırlaşdıqda, tibb məntəqəsində isə yalnız tibb bacısı və ya feldşer növbə çəkdikdə; zərərli və əlverişsiz iş şəraitində çalışan zəhmətkeşlər mövcud qaydada dövri tibbi müayinələri keçdikdə; ambulatoriya və stasionar şəraitdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin göndərişilə tibbi müayinədən keçən hərbi qulluqçular və hərbi xidmətə çağırılmış şəxslərə, eləcə də müayinə olunduğu yerə getdiyi və qayıtdığı müddətdə; tibbiməhkəmə ekspertizasının (məhkəmə psixiatriyasının) eyni zamanda stasionar şəraitində ekspertizanın keçirildiyi hallarda; xalq məhkəməsinin qərarı ilə məcburi müalicə keçdikdə; sağlam uşaqlara xidmət üçün, məs., ana xəstələndiyi halda, məktəbəqədər təhsil müəssisələrinə və ya həmin uşağa karantin qoyulduqda (körpələr evi, uşaq bağçası). Ana xəstə olduğu halda, ataya və ya ailənin digər üzvünə sağlam uşağa xidmət üçün arayış, ananın müalicə həkimi tərəfindən, karantinlə əlaqədar xidmət üçün isə həkimepidemioloqun rəyi əsasında verilir. Müalicə həkimi özü arayışı 6 təqvim günü müddətinə verir, bu müddətdən sonra şöbə ilə (o olmadıqda baş həkimlə) birlikdə verir. işdən azad olmuş şəxslər əgər fasiləsiz iş stajının saxlanılması şərti ilə təzə iş yerinə daxil olduğu müddət üçün xəstə ailə üzvünə qulluqla əlaqədar əmək qabiliyyətini itirdikdə (xəstəlik vərəqəsinin verildiyi müddətdən çox olmayaraq). Göstərilən arayışlar müalicə həkimi və tibb müəssisəsinin baş həkimi tərəfindən verilərək, dəyirmi möhürlə təsdiq olunur. yaşlılara qulluq üçün mövcud qanunvericilik əsasında xəstəlik vərəqələrinin ambulator müalicəsində verilmə müddətləri qurtardıqdan sonra xəstənin xəstəliyinin ağırlığını, xəstəxanaya yerləşdirmək mümkün olmadığını, ailə vəziyyətini nəzərə alaraq (göstərilən hallarda arayış qeyrimüəyyən formada tibb müəssisəsinin baş həkiminin razılığı ilə verilir). Yaşlılara stasionar müalicəsi zamanı onlara qulluq etmək vacib olduqda (xəstənin yanında qalan qohumlarından birinə qulluq lazım olan müddət üçün xəstəlik vərəqəsinin verilməsini stasionarın baş həkimi, tibb hissəsi üzrə baş həkimin müavini ilə həll edir və bu haqda xəstənin tibb kartasında müalicə həkimi və şöbə müdiri tərəfindən qeydiyyat aparılır); 37-ci bəndinə görə, xəstəlik vərəqəsinin və arayışının əsassız verilməsi və ya səhv doldurulması üçün həkimlər inzibati və ya cinayət məsuliyyəti daşıyırlar. Göründüyü kimi, iddiaçının guya xəstə olması barədə təqdim etdiyi resept qanunvericiliyin tələblərinə zidd olmaqla işçinin işdə olmaması üçün üzürlü hal hesab oluna bilməzdi. Bu səbəbdən də tamamilə qanuni olaraq iddiaçı ilı bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq əmr verilmişdir. Həmin əmr verilən zaman əmək qanunvericiliyin tələblərinə riayyət olunmuş və hər hansı bir pozuntuya yol verilməmişdir. Belə ki, əmək müqaviləsinə xitam verilməzdən öncə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinə uyğun olaraq məktəbin Həmkarlar İttifaqı Komitəsinə müraciət edilmiş və Komitənin qərarına əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən həmin Məcəllənin 72-ci maddəsinin “a” bəndində sadalanan hala, yəniheç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi səbəbindən xitam verilməli olduğu qərara alınmışdır. Bu səbəbdən də hesab edirik ki, hazırki iddia ərizəsi əsassız olduğundan rədd olunmalı idi. Lakin çox təəssüflər olsun ki, məhkəmə qeyd edilənlərə hər hansı bir əhəmiyyət vermədən, yalnız iddiaçının heç bir sübuta söykənməyən əsassız mülahizələrinə istinad edərək sözügedən qanunsuz qətnaməni çıxarmış, bununla da əmək qanunvericiliyinin tələblərini kobud surətdə pozmuşdur. Hesab etmişdir ki, məhkəmə sözügedən qətnaməni çıxaran zaman maddi və prosessual hüquq normalarını kobud surətdə pozmuşdur. Bu səbəbdən də qətnamə ləğv edilməli, iş yeni qətnamə çıxarılaraq iddia tələbi rədd edilməlidir. Ona görə də, qətnamədən apellyasiya şikayəti vermək məcburiyyətində olmuşlar. Yuxarıda qeyd edildiyi kimi, İddiaçı 02 sentyabr 2024-cü il tarixində heç kimə məlumat vermədən işə gəlməmişdir. Ona görə də, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Sonradan iddiaçı guya həmin gün həkimə getdiyini bildirərək, sadəcə həkimin yazdığı resepti təqdim etmişdir. Lakin məlum olduğu kimi bu hal Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 08 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş «Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında təlimat»a 2 nömrəliəlavədə göstərilənlərə ziddir və ona görə də iddia bu əsasla təmin edilə bilməzdi. Hesab etmişlər ki, məhkəmə sözügedən qətnaməni çıxaran zaman işin yuxarıda qeyd edilən faktiki hallarını aydınlaşdırmamışdır ki, bu da məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki haldır. Məhkəmə İddiaçı iddiasını təmin edən zaman 02 sentyabr 2024-cü il tarixində guya onun xəstə olmasını, ona görə də, həmin gün işə gəlməməsinin üzürlü hal olmasının müəyyən edildiyini göstərsə də, hansı əsasa və hansı sübuta istinad edərək, belə bir qənaətə gəldiyini, belə bir sübutun olmadığı təqdirdə nə üçün ondan istifadə etdiyini əsaslandıra bilməmişdir. Məhkəmə qətnamədə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmri ləğv edən zaman əmrin məzmununda göstərilməli bütün məlumatların öz əksini tapmaması kimi, yaxud da əmrin əsası qismində qeyd edilən müvafiq aktların qeyri-müəyyən yazılması kimi bəsit bəhanələr gətirərək, bu əsasla əmrin ləğv edilməli olduğu qənaətinə gəlmişdir ki, bu da tamamilə yalnış bir yanaşmadır. Yəni, məhkəmənin qətnamədə göstərdiyi nəticələrin hər biri tamamilə əsasızdır və işin faktiki hallarına uyğun gəlmir.

29. İddiaçı vəkili Nümayəndə apellyasiya şikayətinə qarşı etiraz vermişdir.

30. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh Gəncə şəhər məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsindən şikayət verərək, aşağıdakı yalnız bir əsasa görə qərarla razılaşmadığını və ləğv edilməsini xahiş etmişdir. Göstərmişdir ki, məhkəmə iddianı İddiaçı xəstəliyi ilə bağlı iş buraxması ilə bağlı işdən azad olumasına görə olan hissədə pozuntu kimi tanıyıb iddianı bu əsasla təmin edə bilməzdi və bunu çox geniş formada əsaslandırmışdır. Onlar tərəfindən iddia tələbində bu hal qeyd olunsa da, Gəncə şəhər məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsində ümumiyyətlə bu hissəyə qiymət verilməmiş, bununla bağlı hər hansı mövqe qeyd olunmamışdır. İddianın təmin edilməsində bu hal pozuntu kimi göstərilməmişdir. Apellyasiya şikayətində AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il 09 nömrəli qərarının tələblərinin pozulduğu göstərilir və burada İddiaçı təqdim etdiyi arayışa istinad edilir. Daha sonra AR MPM-nin 14.2-ci maddəsinin tələblərinin pozulduğu qeyd edilir və məhkəmə tərəfindən təqdim edilmiş sübutlara düzgün qiymət verilmədiyi göstərilir. Burada da İddiaçı təqdim etdiyi arayış qeyd edilir. Daha sonra yenə də AR MPM-nin 88-ci maddəsinin tələblərinin pozulduğunu göstərib bunları qeyd edir: "Məhkəmə sözügedən qətnaməni çıxaran zaman iddiaçı tərəfindən təqdim edilərək məhkəmədə tədqiq olunmuş həkim reseptinə istinad edərək, iddiaçının 02 sentyabr 2024-cü il tarixində həkimə getməsi qənaətinə gələrək həmin resepti mötəbər sübut kimi qəbul etmiş və sözügedən qətnaməni qəbul etmişdir. Lakin əmək qabiliyyətinin müvəqqəti itirilməsilə əlaqədar qeyri-müəyyən formalı arayışlar verilməsi halları sadalanan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 08 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş «Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında təlimat»a 2 nömrəli əlavənin 36-cı bəndində onların halına uyğun hər hansı bir əsas yoxdur. Ona görə də, hesab etmişdir ki, məhkəmə heç bir halda bu resepti sübut kimi qəbul edə bilməzdi. Lakin məhkəmə tamamilə qanunsuz olaraq məhz həmin reseptə əsaslanıb sözügedən qətnaməni qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur". MPM-nin 88-ci maddəsinə istinad edilsə də, yenə də yuxarıda qeyd olunan AR NK-nın qərarından nümunə göstərilir!? Yəni, bütün apellyasiya şikayəti tamamilə taftalogiyadır, əsaslandırılmamışdır. Məhkəmə tərəfindən hüquqi qiymət verilməyən maddi hüquq normasına istinad edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qərarda hansı prosessual hüquq normasının pozulması ümumiyyətlə qeyd edilməmişdir, yəni bu hissədə apellyasiya şikayəti natamamdır. Eyni əsaslar başqa qanunvericilik normalarına istinad olunmaqla apellyasiya şikayətində göstərilmişdir. Bir sözlə ifadə etsələr bütün apellyasiya şikayəti yalnız İddiaçı məhkəməyə təqdim etdiyi xəstəlik sənədi ilə bağlı tərtib edilmişdir. Gəncə şəhər məhkəməsi isə xx.xx.2025-ci il tarixli qətnaməsində təqdim etdikləri həmin sənədin adını qeyd etsə də, sübut kimi qiymət verməmişdir, yəni məhz həmin sənədə istinad edib əmri ləğv etməmişdir. Apellyasiya şikayəti ilə tanış olduqda belə bir təəssürat yaranır ki, cavabdeh ümumiyyətlə birinci instansiya məhkəməsinin müvafiq qətnaməsi ilə tanış olmamış və ya formal olaraq apellyasiya şikayəti vermək xətrinə şikayət vermişdir. Gəncə şəhər məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi tamamilə əsaslı və düzgündür, yuxarıda qeyd olunanları nəzərə alaraq ki, apellyasiya şikayətini təmin etmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanmasına dair qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur.

Məhkəmə icraatı iştirakçılarının izahatları

31. Məhkəmə kollegiyasının iclasında iştirak edən Gəncə şəhər İmadəddin Nəsimi adına 44 saylı İngilis-dili təmayüllü məktəb-liseyin nümayəndəsi (direktoru) X2 apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat vermiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə iddiaçı heç bir məlumat vermədən işə gəlməmişdir. Dərs bölgüsü zamanı məktəbdə olmadığına görə iddiaçıya dərs verilməmişdir. Ancaq ingilis dili müəllimi kimi vəzifəsi yerində qalırdı. İddiaçı heç bir səbəb olmadan xx.xx.2024-cü il tarixdə işə gəlməmişdir və məhz həmin tarixdə işə çıxmadığı üçün tutduğu vəzifədən azad edilmişdir.

32. Məhkəmə kollegiyasının iclasında iştirak edən Gəncə şəhər İmadəddin Nəsimi adına 44 saylı İngilis-dili təmayüllü məktəb-liseyin nümayəndəsi (vəkil) Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat vermiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq göstərmişdir ki, Knyaz müəllim əvvəlki direktor olmuşdur və onun vaxtında İddiaçı həm TTİDM vəzifəsinə , həm də, ingilis dili müəllimi vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli, 458 nömrəli əmrlə İddiaçı xx.xx.2024-cü il tarixdə işə gəlmədiyi üçün yalnız təlim tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən azad edilmişdir.

33. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, 2011-ci ildən həmin məktəbdə işləyir. Lakin ona dərs verilməmişdir. Həmin gün səhhəti ilə bağlı işə gedə bilməmişdir. Direktor onunla küsülü olduğu üçün birbaşa direktora məlumat verməmişdir. Direktor müavininə məlumat vermişdir.

34. İddiaçı vəkili Nümayəndə məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, verdiyi etiraza uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

35. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

36. Maddə 35. İ. Əmək fərdi və ictimai rifahın əsasıdır.

37. Maddə 35. Vİ. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrıseçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin:

38. Maddə 70. ç) bəndi. Əmək müqaviləsi işəgötürən tərəfindən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər.

39. Maddə 71. 2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

40. Maddə 71. 3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

41. Maddə 72. a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

42. Maddə 84.1. Əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.

43. Maddə 186.1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

44. Maddə 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.

45. Maddə 186.3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.

46. Maddə 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

47. 80-ci maddəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

48. 2-ci bəndinə görə, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

49. Maddə 300-cü maddəsinin 1-ci bəndinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də, nəzərdə tuta bilər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

50. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

52. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

53. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

54. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

55. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

56. Maddə 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

57. MPM-in 372.1-cı maddəsinə əsasən, instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

58. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

59. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

60. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

61. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 2(125)-545/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

62. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixdən Gəncə şəhər İmadəddin Nəsimi adına 44 nömrəli ingilis dili təmayüllü məktəb-liseyinə məktəbliseyin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. Cavabdeh məktəb-lisey tərəfindən xx.xx.2024-cü il tarixli, 458 nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə vəzifə funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir, bu barədə əmrin müvafiq aktlar və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2024-cü il tarixdə keçirilən 5 nömrəli Protokolu ilə əsaslandırıldığı göstərilmişdir.

63. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, cavabdeh iddiaçı ilə əmək müqaviləsinə xitam verərkən, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək Məcəlləsində nəzərdə tutulmuş tələbləri pozmuşdur. Belə ki, həm iş materialları, həm də, kollegiyanın iclasında tədqiq olunmuş materiallardan müəyyən olunur ki, iddiaçının işdən çıxarılması əsası kimi, onun üzərinə düşən əmək funksiyalarını düzgün yerinə yetirməməsi və işində ciddi nöqsanlar buraxmasına istinad olunmuşdur. Əmək Məcəlləsinin 71. 3-cü maddəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Cavabdeh Gəncə şəhər İmadəddin Nəsimi adına 44 nömrəli ingilis dili təmayüllü məktəb-liseyi tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli, 458 nömrəli əmrdə İddiaçı ilə bağlanmış əmək müqaviləsi vəzifə funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç“ bəndinə əsasən xx.xx.2024-cü il tarixdən ləğv edilməsi göstərilmişdir. Göründüyü kimi iddiaçının işdən çıxarılması Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndində göstərildiyi kimi ümumi qaydada qeyd edilmiş, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamışdır. Məhkəmə kollegiyası bununla bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir.

64. Həmçinin kollegiya qeyd edir ki, cavabdeh iddiaçının işdən azad edilməsi əsası kimi iddiaçının barəsində tərtib edilmiş aktlara istinad etmişdir. Lakin, cavabdehin əmrin əsası qismində qeyd etdiyi müvafiq aktlar qeyri-müəyyəndir. Həmin aktların iddiaçıya təqdim edilməsi, münasibət bildirməsinə şərait yaradılması müəyyən olunmur.

65. Cavabdeh apellyasiya şikayətinin dəlili kimi iddiaçıya əvvəllər verilmiş intizam tənbehindən nəticə çıxarmamasını qeyd etmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, Əmək Məcəlləsinin 187.1-ci maddəsinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Cavabdeh tərəfindən iddiaçı X5 əmək intizamını pozması haqqında xəbərdar edilməsi, habelə əmək intizamını pozduğu üçün yazılı izahat verməsi təklifi olunması və bu barədə ondan yazılı izahatı alınması, sonuncunun izahat verməkdən imtina etdiyi halda, bunu təsdiq edən sənədlər təqdim olunmamış, ümumiyyətlə işəgötürən tərəfindən iddiaçının həmin əmrlərlə tanış edilməsi barədə sübut məhkəməyə təqdim olunmamışdır. Cavabdehin əmək intizamı ilə bağlı təqdim etdiyi dəlillər hazırki mübahisəyə məhkəmə qaydasında baxılan zaman o, halda tədqiq oluna bilər ki, işdən çıxarılma barədə əmr verilərkən prosedur qaydalarına riayət edilmiş olsun.

66. ƏM-nin 186.2-ci maddəsinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Həmin məcəllənin 80-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

67. Kollegiya apellyasiya şikayətinin iddiaçının 02 sentyabr 2024-cü il tarixində işə gəlməməsi və əmək qabiliyyətini itirməsi yalnız xəstəlik vərəqəsi ilə təsdiqini tapmasına dair dəlili ilə bağlı qeyd edir ki, işəgötürən ilk növbədə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmalı, Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işçini işdən azad edərkən isə həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığını almaqla, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verməli, əmək qanunvericiliyinin tələblərinə əməl etməli idi. İddiaçının işdən azad edilməsi barədə əmrdə konkret olaraq göstərilməsə də, cavabdehin nümayəndələrinin məhkəmə iclasında verdikləri izahatı ilə müəyyən olunmuşdur ki, iddiaçının işdən azad edilməsi üçün səbəb onun 02 sentyabr 2024-cü il tarixində işə gəlməməsi ilə bağlı olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Azərbaycan Tibb Universiteti tərəfindən verilmiş reseptdən görünür ki, həmin tarixdə İddiaçı Bakı şəhərində, Azərbaycan Tibb Universiteti həkim X3 müayinəsində olmuş, ona Hiporteniya xəstəliyi İİİ m, vegetativ damar distoniyası diaqnozu qoyulmuş və müalicə yazılmışdır. İddiaçı həmin gün xəstə olması və həkim müayinədən keçməsini qeyd etsə də, cavabdeh onun bu arqumentini xəstəlik vərəqəsinin xx.xx.2024-cü il tarixdən yazıldığını, xx.xx.2024-cü il üçün xəstəlik vərəqəsinin olmadığını əsas gətirərək və iddiaçının həmin gün ərzində işdə olmadığını kobud pozuntu kimi qiymətləndirərək onunla bağlanmış əmək nüqaviləsinə xitam vermişdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, Əmək Məcəlləsinin 72-ci maddəsinin a) bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilmişdir. xx.xx.2024-cü il tarixli Azərbaycan Tibb Universiteti tərəfindən verilmiş resept sübut edir ki, iddiaçı həmin tarixdən xəstəliyi ilə əlaqədar həkimə müarciət etmiş, xx.xx.2024-cü il tarixdən isə barəsində əmək qabiliyyətinin olmaması barədə vərəqə açılmışdır. Əmək Məcəlləsi 72-ci maddəsinin a) bəndində işçinin xəstəlik vərəqəsinin olması deyil, özünün xəstəliyi ifadəsini qeyd etmişdir. Kollegiya hesab edir ki, işçinin bütün iş günü işə gəlməməsinin işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirilməsi təkcə xəstəlik vərəqəsinin olması ilə deyil, işin bütün halları ilə birlikdə götürülməlidir. Hazırkı iş materialları ilə müəyyən olunur ki, iddiaçının xx.xx.2024-cü il tarixdə Azərbaycan Tibb Universitetinə müraciət etməsi və bununla bağlı resept verilməsi, sonrakı gün isə eyni diaqnozla barəsində xəstəlik vərəqəsinin açılması onun həmin xəstə olması təsdiqləyir və kollegiyanın qənaətinə görə işəgötürən iddiaçının xx.xx.2024-cü il tarixdə iddiaçının işə gəlməməsini kobud pozuntu kimi qiymətləndirməkdə səhvə yol vermiş və əmək qanuvericiliyinin tələblərini pozmuşdur.

68. Məhkəmə kollegiyası apellyasiya şikayətinə etirazda iddiaçının nümayəndəsinin istinad etdiyi səs yazısı ilə bağlı qeyd edir ki, iddiaçı həmin səs yazısının həmkarlar ittifaqının iclasında aparıldığını qeyd etsə də, səs yazısında onun harada, hansı şəraitdə kim tərəfindən aparılması müəyyən olunmur. Bu baxımdan birinci instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim edilmiş audio yazını həmkarlar ittifaqının müvafiq iclasında qeydə alındığını müəyyən etmək mümkün olmadığından sübut qismində nəzərə almamaqda haqlı olmuşdur.

69. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur.

70. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

71. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

72. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi:

Gəncə Şəhər Məhkəməsinin 2(125)-545/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi (vəkil) Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-545/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar