Məhkəmə qərarları › İş №2(104)-850/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-850/2025

07.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-850/2025 07.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Mustafayev Mustafa Əli oğlundan ibarət tərkibdə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin Maraqlı şəxs2 və Maraqlı şəxs1nə qarşı “atalığın qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 11 fevral 2025-ci il tarixli 2(066)-173/2025 nömrəli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin Maraqlı şəxs2 və Maraqlı şəxs1nə qarşı “atalıq faktının müəyyən edilməsinə” dair ərizə ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, 1926-cı ildə doğulmuş və 1996-cı ildə ölmüş Tağıyev Oruc Allahverdi oğlunun onun atası olmasının etiraf etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 11 fevral 2025-ci il tarixli, 2(066)-173/2025 nömrəli qərardadı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin Maraqlı şəxs2nə qarşı “atalığın qeyd edilmə faktının müəyyən edilməsinə” dair ərizəsi baxılmamış saxlanılmış və ərizəçiyə izah edilmişdir ki, qərardadda göstərilən nöqsanları aradan qaldırmaqla yenidən məhkəməyə müraciət edə bilər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ərizə əsaslandırılmadan, ərizəçinin valideynlərinin doğum və ölüm qeydləri haqqında məlumatlar, onların vərəsələri barədə məlumatlar və həmin şəxslərin şəxsiyyətinin müəyyən edilməsi üçün ərizəyə hər hansı bir sənəd əlavə edilməmiş, həmçinin təqdim edilmiş arayışlar və sənədlər sadə kserosurət olmaqla məhkəməyə verilmişdir. Həmçinin ərizəçi tərəfindən məhkəməyə təqdim olunan ərizədəki imza kserosürət olmaqla ərizənin oxunması mümkün deyil, bundan başqa ərizəçi tərəfindən ərizə məhkəməyə verilərkən qanunvericiliyin tələbinə uyğun məbləğdə dövlət rüsumunun ödənilməsi barədə qəbzin əsli təqdim edilməmişdir. Qərardaddan narazı qalan Ərizəçi şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə ərizəni icraata qəbul edərək iş üzrə dörd dəfə məhkəmə hazırlıq iclasları keçirilmişdir. Lakin 11 fervral 2025-ci il tarixli, 2(066)-173/2025 saylı qərardadla ərizə baxılmamış saxlanılmışdır. xx xxxxxx 1950-ci ildə Daşkəsən rayonunun Xoşbulaq kəndində anadan olmuşdur. Atası 1926-cı il təvəllüdlü Tağıyev Oruc Allahverdi oğlu, anası isə 1932-ci il təvəllüdlü Tağıyeva (Yusifova) Səmayə Qəmbər qızı olmuşdur. Atası 1996-cı ildə vəfat etmişdir. Anası isə 2005-ci ildə dünyasını dəyişmişdir. O, doğulduğu vaxtdan Daşkəsən rayonunda yaşamışdır. 1961-ci ildən isə Daşkəsən rayonu ilə bərabər Gəncə şəhərində də ev almış və Gəncə şəhəri, Əli Quliyev küçəsi 25-də atası, anası və digər ailə üzvləri ilə bərabər Gəncədə yaşamışlar. Evin böyük uşağı o olmuşdur. Hazırda həmin evdə o yaşayır. Atası dünyasını dəyişənədək həmin mənzildə onlarla birlikdə yaşamışdır. O, doğularkən atası ilə anasının rəsmi nikahları olmadığına görə onun doğum şəhadətnaməsində ata qrafasında onun tam adı qeyd olunmamışdır. Doğum şəhadətnaməmdə ata qrafası boş qalmışdır. Savadsızlıq ucbatından valideynləri doğum şəhadətnaməsindəki qüsuru aradan qalırmamışlar. Hazırda Daşkəsən rayonun Xoşbulaq kəndində atasından qalan miras əmlak mövcuddur. Lakin o, həmin əmlaka dair vərəsəlik hüququnu həyata keçirə bilmir. Həmçinin doğum şəhadətnaməsində ata qrafasının boş qalması həm hüquqi cəhətdən qeyri müəyyənliyə, ümumiyyətlə onun digər şəxsi və ya əmlak hüquqlarının həyata keçirilməsində maneələr törədir. Bu səbəbdən də atalıq faktının etirafı ilə bağlı xüsusi icraat qaydasında məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Lakin məhkəmə ərizəsinin baxılmamış saxlanılması barədə qərar qəbul etməklə qanunsuz hərəkət etmiş və onun hüquqlarını pozmuşdur. Belə ki, o məhkəməyə ərizə ilə müraciət edərkən qanunun tələblərinə əməl etmiş, valideynləri barədə əlində olan və əldə etməyə gücü çatan rəsmi sənədləri məhkəməyə təqdim etmişdir. Həmçinin məhkəmənin sorğusu əsasında müvafiq orqanlardan da məlumatlar məhkəməyə bildirilmişdir. Lakin məhkəmə təqdim edilən sübutlarla kifayətlənməyərək əsassız olaraq ərizəsini baxılmamış saxlamışdır. Həmçinin o, müvafiq dövlət rüsumunu da ödəmişdir. Məhkəmənin ondan tələb etdiyi digər rəsmi sənədləri isə təqdim etmək onun imkanı xaricindədir. Həmin zəruri sənədləri isə məhkəmə özü sorğu verərək əldə etməli idi. O elə lazımı sənədləri əldə edə bilmədiyindən hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmişdir. Məhkəməyə həmçinin iş üzrə izahat vermələri üçün şahidlər də təqdim edəcəkdi, lakin məhkəmə buna fürsət verməmişdir. MPM-nin 259.0.12: ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. MPM-in 305.1.1-ci maddəsinin tələbinə görə məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə baxa bilər. Həmin Məcəllənin 307.2.10cimaddəsinin tələbinə görə məhkəmə atalığın etiraf olunması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-cimaddəsinə görə məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpasımümkün olmasın. Qeyd olunan prosessual hüquq pozuntuları onda ifadə olunmuşdur ki, MPM-nin 259.0.12-ci maddəsində qeyd edilən əsaslar mövcud olmamışdır. Ərizəsinin baxılmamış saxlanılması üçün əsaslar mövcud deyildir. Məhkəmə işinə baxmalı və ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul etməli idi. Həmçinin əgər ərizəsi baxılmalı deyildisə nə üçün ərizə icraata qəbul edilmiş və iki dəfə məhkəmə hazırlıq iclası keçirilmişdir. Göygöl Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli 2(066)-173/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda da qeyd olunduğu kimi ərizə ona görə baxılmamış saxlanılmışdır ki, ərizəçi valideynlərinin doğum və ölüm qeydləri haqqında məlumatlar, onların vərəsələri barədə məlumatlar və həmin şəxslərin şəxsiyyətinin müəyyən edilməsi üçün ərizəyə hər hansı bir sənəd əlavə edilməmiş, həmçinin təqdim edilmiş arayışlar və sənədlər sadə kserosurət olmaqla məhkəməyə verilmişdir. Həmçinin ərizəçi tərəfindən məhkəməyə təqdim olunan ərizədəki imza kserosürət olmaqla ərizə oxunaqsız olmuş, bundan başqa ərizəçi tərəfindən ərizə məhkəməyə verilərkən qanunvericiliyin tələbinə uyğun məbləğdə dövlət rüsumunun ödənilməsi barədə qəbzin əsli təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsində göstərilmişdir ki, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. İşdən müəyyən olunur ki, birinci instansiya məhkəməsinin hazırlıq iclaslarında qeyd edilən çatışmamazlıqların aradan qaldırılması ərizəçinin nəzərinə çatdırılsada, lakin həmin çatışmamazlıqlar aradan qaldırılmamışdır. Belə olan təqdirdə kollegiya hesab edir ki, ərizəni baxılmamış saxlamaqda birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 31 mart 2011-ci il il tarixli 3 saylı qərarının 18-ci bəndində göstərilmişdir ki, ərizə baxılmamış saxlanıldıqda məhkəmə qəbul etdiyi qərardadda tərəflərin bu və ya digər maddi və yaxud prosessual hüquqlara malik olub-olmaması barədə fikir bildirməyə haqlı deyildir. Qərardadda yalnız mövcud vəziyyətdə işə mahiyyəti üzrə baxmağın mümkün olmaması əsaslandırılmalıdır. Bu nöqteyi-nəzərdən ərizənin baxılmamış saxlanılması barədə məhkəmənin qərardadı istisnalıq mənasında deyil, təkzibedilməzlik mənasında hüquqi nəticələrə səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398.0.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-nin 149, 259, 260, 372, 397, 398 və 402.2. maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R А R А А L D İ: Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin 11 fevral 2025-ci il tarixli 2(066)-173/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar