Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-852/2025 02.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-1913/2025 nömrəli qərardadından İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh2 və Cavabdeh1 Şıxəli oğluna (üçüncü şəxs X3) qarşı əmlak, maddi və ziyan tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, İddiaçı ilə Cavabdeh1 Şıxəli oğlu arasında xx.xx.2022-ci il tarixində notarial qaydada bağlanmış “Gəncə şəhəri Nizami rayonu Avtozavod Yolu ünvanında yerləşən ümumi sahəsi 0,02 ha torpaq sahəsinin” satılmasına dair AN-İ No:1081688 saylı alğı-satqı müqaviləsi üzrə öhdəliklərin tam icra olunması, yəni müqavilədən göstərilən 0,02 ha torpaq sahəsinin iddiaçı - İddiaçı faktiki mülkiyyətinə (istifadəsinə) təhvil verilməsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Şıxəli oğlu tərəfindən müştərək qaydada təmin olunması, bu mümkün olmadıqda İddiaçı ilə Cavabdeh1 Şıxəli oğlu arasında xx.xx.2022-ci il tarixində notarial qaydada bağlanmış “Gəncə şəhəri Nizami rayonu Avtozavod Yolu ünvanda yerləşən ümumi sahəsi 0,02 ha torpaq sahəsinin” satılmasına dair bağlanmış AN-İ, No:1081688 saylı alğı-satqı müqaviləsi ləğv olunması və dəymiş olan 8300 manat maddi zərər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Şıxəli oğlundan müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, 2) Törətdiyi hüquq pozuntuları səbəbi ilə İddiaçı dəymiş mənəvi zərərin kompensasiya olunması üçün 1000 manat pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Şıxəli oğlundan müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, 3) 120 manat dövlət rüsumu, 50 manat hüquqi xidmət xərci cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Şıxəli oğlundan müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-1913/2025 nömrəli qərardadı ilə (hakim Camal Quliyev), iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Həmin qərardadın dəlilləri ilə razılaşmayan İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır. Belə ki, İddiaçı ilə Cavabdeh1 Şıxəli oğlu arasında xx.xx.2022-ci il tarixində notarial qaydada bağlanmış “Gəncə şəhəri Nizami rayonu Avtozavod Yolu ünvanında “Gəncə şəhəri Nizami rayonu Avtozavod Yolu ünvanında yerləşən ümumi sahəsi 0,02 hatorpaq sahəsinin” satılmasına dair AN-İNo:1081688 saylı alğı-satqı müqaviləsi üzrə öhdəliklərin tam icra olunması, yəni müqavilədən göstərilən 0,02 ha torpaq sahəsinin iddiaçı - İddiaçı faktiki mülkiyyətinə (istifadəsinə) təhvil verilməsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Şıxəli oğlu tərəfindən müştərək qaydada təmin olunsun. Bu mümkün olmadıqda İddiaçı ilə Cavabdeh1 Şıxəli oğlu arasında xx.xx.2022-ci il tarixində notarial qaydada bağlanmış “Gəncə şəhəri Nizami rayonu AvtozavodYolu ünvanda yerləşən ümumi sahəsi 0,02 ha torpaq sahəsinin” satılmasına dair bağlanmış AN-İ No:1081688 saylı alğı-satqı müqaviləsi ləğv olunsun və dəymiş olan 8300 manat maddi zərər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Şıxəli oğlundan müştərək qaydada tutularaq iddiaçıya ödənilsin. 2) Törətdiyi hüquq pozuntuları səbəbi iləİddiaçı dəymişmənəvizərərin kompensasiya olunması üçün 1000 manat pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Şıxəli oğlundan müştərək qaydada tutularaq iddiaçıya ödənilsin. 3 ) 120 manat dövlət rüsumu, 50 manat hüquqi xidmət xərci cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Şıxəli oğlundan müştərək qaydada tutularaq iddiaçıya ödənilsin”. Göründüyü kimi, iddia tələbinin əsasını Cavabdeh1 Şıxəli oğlu tərəfindən İddiaçı mülkiyyətinə verilmiş “Gəncə şəhəri Nizami rayonu Avtozavod Yolu ünvanında yerləşən ümumi sahəsi 0,02 ha torpaq sahəsi” üzərindəki mülkiyyət hüquqlarının müdafiə olunması ilə bağlıdır. Belə ki, həmin torpaq sahəsinin bir qismi zəbt olunub və iddiaçı hesab edir ki, bu zəbt etmədən cavabdehlər məsuliyyət daşıyır. Ona görə iddiaçı tələb edir ki, sənəd üzrə onun mülkiyyətində olduğu görünən 0,02 ha torpaq sahəsi zəbt etmədən azad edilərək tam formada onun mülkiyyətinə verilməsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Şıxəli oğlu tərəfindən müştərək qaydada təmin olunsun. Göründüyü kimi, iddia tələbinin əsasını İddiaçı mülkiyyətində olan “Gəncə şəhəri Nizami rayonu Avtozavod Yolu ünvanında yerləşən ümumi sahəsi 0,02 ha torpaq sahəsi” üzərindəki mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlıdır. Belə olan halda həmin işə müstəsna aidiyyat qaydasında torpaq sahəsinin yerləşdiyi Gəncə şəhərində baxılması qanunun tələbidir. Məhz Apərbaycan Respublikasının MPM-in 39.1-ci maddəsinə görə, “Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibinin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir”. Ona görə də məhkəmədən xahiş edirlər ki, e-2(125)-1913/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edərək, iddia ərizəsi icraata qəbul edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-1913/2025 nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və Azərbaycan Respublikasının MPM-in 269-cu maddəsinə müvafiq olaraq iş materialları ilə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-1913/2025 nömrəli qərardadı tam və onun əsasında çıxarılmış xx.xx.2025-ci il tarixli, e-2(125)-1913/2025 nömrəli qərardadı isə qismən şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli, mülki iş materialları mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, mülki prosessual qanunvericilik işlərə baxılmasının aidiyyət qaydalarını müəyyən etmişdir və bu qaydalara riayət olunmaması aparılmış prosessual hərəkətlərin qəbul edilməməsinə səbəb ola bilər. İlk növbədə kollegiya göstərir ki, Azərbaycan Respublikasının MPM-in 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının MPM-in 5.1-ci maddəsində göstərilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinin tələbinə görə işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə, məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Azərbaycan Respublikasının MPM-in 24.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının məhkəmələri pozulmuş və mübahisə edilən hüquq və azadlıqların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafıq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Konstitusiyasının 62-ci maddəsindən çıxış etməklə Azərbaycan Respublikasının MPM-in 31.1-ci maddəsində də aidiyyət qaydalarının pozulmasına yol verilməməsi əksini tapmışdır. Məhz bu baxımdan məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Bununla əlaqədar, Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqeyə əsasən məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə o, qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə icraatı qaydasında baxılmasına dair qeyrimüəyyənlik yaranmış olur. Belə qeyri-müəyyənlik işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarada, son nəticədə isə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” 6 oktyabr 2012-ci il tarixli; “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli qərarları) İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi işə baxan zaman belə qənaətə gəlmişdir ki, iddia tələbi daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında deyildir. Lakin İddiaçı iddia ərizəsində mübahisənin ərazi aidiyyəti üzrə müstəsna aidiyyət qaydaları əsasında həll edilməli olmasına istinad etmişdir. Halbuki, hazırki iddia tələbi Azərbaycan Respublikasının MPM-in 39.1-ci maddəsində sadalanan təsnifatla deyil, müqavilə öhdəliklərinin icrası ilə əlaqədar mübahisədir. Doğrudur ki, Azərbaycan Respublikasının MPM-in 35.1-ci maddəsində aidiyyətlə bağlı ümumi qayda müəyyən edərək göstərilir ki, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikasının MPM-in 36.2-ci maddəsinə görə rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Lakin, qanunvericilik bu ümumi qaydadan fərqli olaraq həm də iddiaçının seçməsinə görə (36-cü maddə), hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi (37-ci maddə), fiziki və hüquqi şəxslərin müflisləşməsinə dair işlərin aidiyyəti (38-ci maddə), müstəsna aidiyyət (39-cu maddə), müqavilə aidiyyəti (40-cı maddə) və sair aidiyyət qaydalarını da müəyyən edir. Azərbaycan Respublikasının MPM-in 39-cu maddəsində müstəsna aidiyyət üçün əsas meyar kimi əmlakın olduğu yer və yük, sərnişin və baqaj daşınması üzrə iddialar üzrə nəqliyyat təşkilatının olduğu yer müəyyən olunur. Hazırki işdən isə görünür ki, iddia tələbi 3 hissədən ibarətdir: - 0,02 ha torpaq sahəsinin İddiaçı faktiki mülkiyyətinə (istifadəsinə) təhvil verilməsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Şıxəli oğlu tərəfindən müştərək qaydada qaytarılması; - Bu mümkün olmadıqda İddiaçı ilə Cavabdeh1 Şıxəli oğlu arasında xx.xx.2022-ci il tarixində notarial qaydada bağlanmış “Gəncə şəhəri Nizami rayonu Avtozavod Yolu ünvanda yerləşən ümumi sahəsi 0,02 ha torpaq sahəsinin” satılmasına dair bağlanmış AN-İNo:1081688 saylı alğı-satqı müqaviləsi ləğv olunsun və dəymiş olan 8300 manat maddi zərər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Şıxəli oğlundan müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi; - Törətdiyi hüquq pozuntuları səbəbi ilə İddiaçı dəymişmənəvi zərərin kompensasiya olunması üçün 1000 manat pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Şıxəli oğlundan müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi. Göründüyü kimi, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixində bağlanmış AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsi üzrə torpaq sahəsinin əvəzi ödənilmiş, lakin torpaq sahəsi faktiki olaraq iddiaçıya təhvil verilməmişdir. İddiaçı, əgər təhvil mümkün deyilsə, müqavilənin ləğvini və zərərin ödənilməsini tələb edir. Hüquqi cəhətdən baxıldıqda bu iddia sadəcə müqavilə öhdəliyinin pozulması deyil, daşınmaz əmlakın faktiki istifadəyə verilməsinə dair tələb kimi çıxış edir. Hazırkı işdə iddiaçı faktiki olaraq əmlak üzərində istifadəyə sahib olmaq, yəni torpaq sahəsinin təhvilini tələb edir ki, bu hal da Azərbaycan Respublikasının MPM-in 39.1-ci maddəsi ilə müəyyən edilmiş müstəsna aidiyyət qaydasının təsiri altına düşür. Çünki, Azərbaycan Respublikasının MPM-in 39.1-ci maddəsinə əsasən, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Ümumiyyətlə nəzərə alınmalıdır ki, müstəsna aidiyyət qaydasında baxılan işlərin həlli zamanı mübahisə obyektinin yerində müayinə olunması, bu əmlaklara dair sənədlərin vaxtında toplanması və zərurət yaranarsa şahidlərin dindirilməsi zərurəti yarana bilər. Qanunverici buna görə də prosessual qənaət və işin icraatının asanlaşdırılması mülahizələrindən çıxış etməklə, müstəsna aidiyyət qaydasını müəyyən etmişdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 iyun 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Azərbaycan Respublikasının MPM-in 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur:daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması;- daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi;- sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Azərbaycan Respublikasının MPM-in 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz. Birinci instansiya məhkəməsi şikayətin dəlillərinə qiymət verən zaman bildirmişdir ki, iddiaçının nümayəndəsi Nümayəndə Gəncə Şəhər Məhkəməsinin 14 fevral 2025-ci il tarixli, 2(125)-1913/2025 nömrəli qərardadından şikayətdə daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi ilə əlaqədar mübahisənin müstəsna aidiyyət qaydalarına aid olmasını qeydə etsə də, iddia tələbinin yönəldiyi şəxslər torpaq sahəsini hazırda zəbt edən, yaxud torpaq sahəsinin qeyri-qanuni sahibliyində olan şəxslər deyil, iddiaçı ilə alğı-satqı müqaviləsi bağlayan şəxslərdir və mübahisənin subyekt tərkibi həmin mübahisənin həqiqi hallarının müəyyənləşdirilməsinin əsas meyarlarındandır. Qeyd olunan xüsusat da hazırki iddianın daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi ilə əlaqədar deyil, daşınmaz əmlakın alğı-satqı müqaviləsindən irəli mübahisə olmasına dəlalət edir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə aidiyyəti məsələsi həll edilərkən həm mübahisənin tərəfləri, həm də mübahisənin predmeti və münasibətlərin xarakteri dəqiq müəyyənləşdirilməlidir. Mübahisənin predmeti aydınlaşdırılarkən yalnız hüquq münasibətlərinin mahiyyətinə və tərəflərin subyektiv tərkibinə deyil, həmçinin mübahisənin yarandığı səbəblərə də nəzər yetirilməlidir. İddia tələbindən görünür ki, mübahisə torpaq sahəsinin iddiaçıya faktiki istifadəyə verilməsi ilə əlaqədardır. Belə olan halda, bu mübahisə faktiki olaraq daşınmaz əmlakın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi və qanuni sahibin hüquqlarının bərpası xarakteri daşıyır. Yuxarıda qeyd edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında aydın şəkildə göstərilmişdir ki, daşınmaz əmlakla bağlı mübahisələr yalnız hüquqi mülkiyyət hüququnun tanınması ilə deyil, faktiki sahibliyin təmin olunması, əmlakın istifadəyə verilməsi və sair hallarda da Azərbaycan Respublikasının MPM-in 39.1-ci maddəsi ilə tənzimlənə bilər. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, Gəncə şəhəri Nizami rayonu Avtozavod Yolu ünvanında yerləşən torpaq sahəsinin istifadəyə verilməsi tələbi faktiki olaraq daşınmaz əşyanın mübahisəli vəziyyətdən çıxarılmasına yönəlmiş iddia kimi qiymətləndirilməli və bu iddiaya həmin əmlakın yerləşdiyi ərazi məhkəməsində baxılmalıdır. Lakin, birinci instansiya məhkəməsi iddianı formal olaraq müqavilə öhdəliyinin pozulması kimi qiymətləndirmiş, lakin iddianın mahiyyətini – torpaq sahəsinin istifadəyə verilməsi və faktiki sahibliyin bərpasını – diqqətdən kənarda qoymuşdur. İddiaçının əsas tələbi alğı-satqı müqaviləsi üzrə pul vəsaiti ödədiyi torpaq sahəsinin faktiki istifadəyə təhvil verilməsidir. Bu tələb yalnız müqavilə pozuntusundan doğan məsuliyyət deyil, eyni zamanda daşınmaz əmlak üzərində faktiki və ya hüquqi sahiblik hüququnun həyata keçirilməsi məqsədi daşıyır. Torpaq sahəsi üzrə alğı-satqı müqaviləsi notarial qaydada bağlanıb və iddiaçı tərəfindən vəsait ödənilmişdir. Ancaq, əmlak cavabdehlər tərəfindən istifadəyə verilməyib və hal-hazırda üçüncü şəxslərin istifadəsindədir. Bu vəziyyət iddiaçının əmlaka sahib olmaq hüququnun faktiki pozulması deməkdir. Bu cür hüquq pozuntularının bərpası üçün əmlakın yerləşdiyi yerin məhkəməsinə müraciət olunması tam əsaslıdır. Qeyd olunan hallara əsasən, birinci instansiya məhkəməsi yalnız müqavilə öhdəliyinə əsaslanaraq mülki işi Azərbaycan Respublikasının MPM-in 35.1 və 36.2-ci maddələr kontekstində qiymətləndirmiş və iddianı cavabdehlərin qeydiyyatda olduğu rayon məhkəmələrinə yönləndirmişdir. Bu isə Azərbaycan Respublikasının MPM-in 39.1-ci maddəsinin tətbiqində dar və formal yanaşmadır ki, iddianın faktiki predmetinin təhlili ilə əsaslandırılmamış və bu da özlüyündə iddiaçının hüquqlarının effektiv müdafiəsinə əngəl yaratmışdır. Nəzərə alınmalıdır ki, Konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Eyni zamanda, kollegiya bildirir ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-1913/2025 nömrəli qərardadı tam və onun əsasında çıxarılmış xx.xx.2025-ci il tarixli, e-2(125)-1913/2025 nömrəli qərardadı isə qismən şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli, mülki iş materialları mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-in 398.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmçinin diqqətə çatdırılmalıdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman qərardadın əsaslandırma hissəsində göstərilən hüquqi mövqe nəzərə alınmalıdır. Azərbaycan Respublikasının MPM-in 399-cu maddəsində göstərilmişdir ki, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir. Ona görə də, hazırki iş üzrə çıxarılan qərardadlardan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 263, 264, 398.0.2, 399 və 400-402-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şikayət təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-1913/2025 nömrəli qərardadı tam və onun əsasında çıxarılmış xx.xx.2025-ci il tarixli, e-2(125)-1913/2025 nömrəli qərardadı isə qismən, yəni şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin. Mülki iş materialları mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-852/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-852/2025
02.04.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver