Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-854/2023 06.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Rzaquliyev Şamil Qəhraman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh və X5, onların vəkili Vəkiliştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1687/2022 saylı qətnaməsindən cavabdehlər Cavabdeh və X5 verdiyi apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh və X6 qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyəmüraciət edərək, cavabdehlərin Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Gülçülük yaşayış sahəsindəki evdən çıxarılması və onun əşyalarının həmin evdən boşaldılaraq evin onun sahibliyinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, Gülçülük yaşayış sahəsindəki ev 2008-ci tarixdən ona məxsusdur. 17 noyabr 2017-ci il tarixdə hazırki Cavabdeh ilə aralarında razılığa gələrək, cavabdehə 3 il müddətinə hər ay 250 manat aylıq kirayə ödəməklə kirayəyə vermişdir. Həmin vaxt bitəndən sonra cavabdeh evdən çıxmamaqlaona məxsus evdən qanunsuz olaraq istifadə edir, həmin evə əsassız sahiblik həyatakeçirir. O, cavabdehə evdən çıxmağı barədə dəfələrlə müraciət etsə də, müxtəlif bəhanələr gətirməklə ona məxsus evdən çıxmamış, hələ də qanunsuz olaraq sahibliyini davam etdirməkdədir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1687/2022 saylı qətnaməsi ilə (hakim X.Ə.Səfərli) iddia təmin edilmiş, İddiaçı 80400 (səksən min dörd yüz) manat pulu müştərək qaydada cavabdehlər Cavabdeh və X6 təhvil verilməklə eyni anda, cavabdehlər Cavabdeh və X5 çıxarılaraq, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Gülçülük yaşayış sahəsindəki evin İddiaçı təhvil verilməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh və X7 həmin qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayəti verərək,Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1687/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişlər. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı təmin edərkən, onlar arasında evlə bağlı alqı-satqıya dair razılaşmanın daşınmaz əşyanın alqı-satqısına uyğun olmadığını və aralarında olan razılaşmanın əhəmiyyətsiz əqd olduğunu hesab etmişdir. Halbu ki, qeyd edilən mənzil dövlət qeydiyyatına alınmasa da, həmin mənzilin materialları üzərində iddiaçının mülkiyyət hüququ olmuşdur ki, belə olan halda, iddaçı həmin materiallara dair sahiblik istifadə və sərəncam vermə hüququna malik olmuşdur. Cavabdeh X7 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətlərini müdafiə edərək, göstərdi ki, o, 2017-ci ildə İddiaçı aid olan Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Gülçülük yaşayış sahəsindəki evini onunla nisyə alqı-satqısına dair razılığa gəlməklə, həmin evi 80.000 manata hissə-hissə, 3 il müddətinə ödəmək şərti ilə almışdır. Razılaşmaya görə, ödənişi 3 il müddətində hər ilin sonu verməli idi. Birinci ili 16.000 manat, ikinci ili 24.000 manat, üçüncü ili isə 40.400 manat, cəmi 80.400 manat ödəmişdir. Əslində iddiaçı həmin evi ona satarkən, evin 12 sot torpaq sahəsində yerləşdiyini bildirmiş, həmçinin çardağın və sanitar qovşağın təmir olunmasını öz üzərinə götürmüşdür. Lakin sonradan mütəxəssis dəvət edərək ərazini ölçdürərkən, məlum olmuşdur ki, ərazi cəmi 8 sotdur. O, vaxtında söz verdiyi məbləği ödəmiş, Fazil isəona verdiyi vədi yerinə yetirməmiş, çardağı və sanitar qovşağı təmir etməmişdir. O, Fazilə telefon vasitəsi ilə 4 sot torpağı və sanitar qovşağın təmirini tələb etdikdən sonra, hazırkı iddianı qaldırmışdır ki, guya onlar razılaşdıqları pulu tam ödəməmişlər. Onlar 5 ildən çoxdur ki, mübahisəli evdə yaşamaqla, evin işıq və qaz müqavilələri də, onun oğlu Xaləddinin adınadır və bu barədə arayışı təqdim edir. Məhkəmə isə həmin halları nəzərə almamış və qanunsuz qətnamə qəbul etmişdir. Ona görə də, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)- 1687/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətlərini müdafiə edərək, oxşar məzmunlu izahat verdi və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1687/2022 saylı qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh və X5 vəkili Vəkil məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətlərini müdafiə edərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1687/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətlərinə etiraz edərək, göstərdi ki, mübahisə edilən Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Gülçülük yaşayış sahəsindəki ev 2008-ci ildən ona məxsus olsa da, həmin evin və yerləşdiyi torpaq sahəsinin heç bir sənədi yoxdur. O, 2017-ci ildə həmin evi X6 85000 manata niysə satmağa razılaşmışdır. Belə ki, cavabdeh həmin evin razılaşdırılmış qiyməti olan 85.000 manat pulu 3 il müddətinə ödəməli, gecikdirdiyi halda isə, hər ay əlavə olaraq 250 manat kirayə pulu verməli idi. Buna baxmayaraq, Murad ona 80400 manat ödəniş edərək, qalan 4.600 manatı ödəməmiş və ötən vaxt üçün kirayə pulları ilə birlikdə, cəmi 13.600 manat borcu qalmışdır. Məhkəmənin qətnaməsini qanuni hesab edir və cavabdehin evə görə ödədiyi 80.400 manat pulu qaytarmağa hazırdır. Ona görə də, apellyasiya şikayətlərinin təmin edilməməsini və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)- 1687/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri və vəkili dinləyərək, hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1687/2022 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan Azərbaycan Respublikası Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının Aparatının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixli 2(125)-1687/2022 nömrəli məktuba Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətində baxılmışdır. Müraciətdə qaldırılan məsələ ilə bağlı 2015-ci ildən halhazıradək bu barədə heç bir sənəd verilməmişdir. Göstərilənləri və Rayon İcra Hakimiyyətində kardınatı dəqiqləşdirmək imkan xaricində olduğu üçün bu haqda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin 3 saylı Gəncə Ərazi idarəsinə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan X5 Gəncə şəhəri 1-ci PolisŞöbəsinə verdiyi izahatdan görünür ki, o, 2017-ci ildə İddiaçı ilə şifahi sövdələşərək ona məxsus evi 80.000 manata hissəhissə, 3 il müddətinə ödəmək şərti ilə almışdır. Bundan sonra ona verdiyi aralarında olan müqavilə əsasında vəd etdiyi 12 sot torpaq və çardağın təmir olunması, sanitar qovşağın təmir olunmasını öz üzərinə götürmüşdür. Sonradan mütəxəssis dəvət edərək ərazini ölçdürərkən məlum olmuşdur ki, ərazi cəmi 8 sotdur. Bundan başqa Fazil ona şərt qoyaraq 80.000 manatı gec ödədikdə üzərinə müəyyən faiz qoyacağını və alacağını bildirdi. O, vaxtında söz verdiyi məbləği ödəmişdir. Fazil isə ona verdiyi vədi yerinə yetirməmişdir. Belə ki, çardağı və sanitarqovşağı etməmişdir. Aralarında olan mübahisədən sonra çardağı təmir etdirmiş, sonra ondan əlavə faiz tələb edərək ona böhtan atmışdır. O, Fazilə telefon vasitəsi ilə 4 sot torpağı və sanitar qovşağın təmirini tələb etdikdə onu və övladlarını şantaj edərək DİN-in 102 xidmətinə şikayət edərək vaxtını alır. O və oğlanları heç vaxt Fazili ölümlə hədələməmişlər, sadəcə olaraq öz tələblərini irəli sürmüşlər. Bundan qabaq görüləsi işləri tələb etdikdə oğlanlarından şikayət etmişdir, lakin şikayət öz əksini tapmamışdır. Bundan Fazilə 2000 manat faiz ödəmişdir.Cəmi faizdən əlavə ona 80.400 manat ödədiyini bildirmişdir. Məhkəmə kollegiyasına təqdim edilmiş İddiaçı ərizəsindən görünür ki, o, abonent kodunun X3 adına keçirilməsini, onunla təbii qazın alqı-satqı müqaviləsinin bağlanılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyasına təqdim edilmiş X10 təchizatı və satışı idarəsinin xx.xx.2023cü iltarixli arayışından görünür ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ADAU-nun 6 saylı yataqxanasının ətrafinda yerləşən fərdi yaşayış evinin elektrik enerji ilə təchizatı Texniki şərt və xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi ilə həyata keçirilir. X2 verilmişdir. Məhkəmə kollegiyasında müəyyən edildi ki, mübahisə edilən Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Gülçülük yaşayış sahəsindəki fərdi yaşayış evi 2008-ci ildən İddiaçı faktiki sahibliyində olmuşdur. O, 2017-ci ildə həmin yaşayış evinin nisyə alqı-satqı müqaviləsi ilə cavabdeh X1 dair şifahi razılığa gələrək, həmin evini faktiki olaraq sonuncunun sahibliyinə və idarəçiliyinə vermişdir. Razılaşmalarına əsasən, cavabdeh həmin evin razılaşdırılmış qiymətini 3 il müddətində hissə-hissə ödəməli olduğundan, cavabdeh üç il müddətinə 80.400 manat pul ödəmişdir. Həmin evdə 2017-ci ildə başlayaraq, cavabdeh və onun ailə üzvləri yaşayır və iddiaçının yazılı ərizəsi ilə evin təbii qazın abonent kodu da, cavabdehin oğlunun adına dəyişdirilmiş və kommunal ödəmə də, cavabdehin ailə üzvləri tərəfindən edilir. Qeyd edilən bu hallar işin mübahisə edilməyən hallarıdır. Tərəflər arasında evin şifahi razılaşdırılmış alqı-satqı qiyməti ilə bağlı mübahisə yaranmışdır. Belə ki, İddiaçı evin nisyə alqı-satqı qiymətinin 85.000 manat olmaqla, 80.400 manat ödənildiyini, cavabdeh tərəf isə 80.000 manata razılaşdıqlarını və 80.400 manat ödəməsini bildirir. Göründüyü kimi, mübahisə edilən evin şifahi alqı-satqı razılaşmasına əsasən, cavabdeh tərəfindən üç il müddətində 80.400 manat ödəniş edilməsi də, mübahisə edilməyən haldır. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisə edilən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi mülkiyyət kimi qeydə alınmasa da, həmin evin tikilməsi, mövcudluğu, iddiaçının faktiki idarəçilində olması, orada işıq xəttinin olması mübahisə doğurmur və həmin ev 2017-ci ildə tərəflərin şifahi razılaşmalarına uyğun olaraq, niysə qaydada cavabdehə satılmış və cavabdeh tərəfindən 3 il müddətində hissə-hissə 80.400 manat ödənilmişdir. Göründüyü kimi tərəflər arasında fərdi yaşayış evinin nisyə satılması ilə bağlı şifahi razılaşma olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə əşyanın nisyə satılmasına dair mülki qanunvericiliyin tələblərinə uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə kollegiyasında müəyyən edildi ki, cavabdeh X7 mübahisə edilən fərdi yaşayış evini 2017-ci ildə şifahi olaraq niysə alqı-satqını razılaşaraq, razılaşmaya uyğun olaraq 80.400 manat məbləğində pulu İddiaçı ödəmiş və həmin vaxtdan ailə üzvləri ilə həmin evdə yaşamaqla, faktiki sahibliyi və idarəçiliyi həyata keçirir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisə edilən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi mülkiyyət kimi qeydə alınmasa belə, bu halda belə mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Mülki Məcəllənin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. Mülki işin müəyyən edilmiş hallarından görünür ki, mübahisəli fərdi yaşayış evi ilə bağlı 2017-ci il tarixində şifahi olaraq nisyə alğı-satqı müqaviləsi bağlanmış, həmin vaxtdan etibarən həmin ev cavabdehlərin aşkar sahibliyində və istifadəsində olmuş və cavabdeh tərəfindən 80.400 manat pul ödənilmişdir. Belə olan halda, iddiaçı tərəfindən cavabdehlərin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı məhkəmə kollegiyasının iclasında mübahisə edilən evi X6 85000 manata niysə satmağa razılaşmasını, cavabdehin həmin evin razılaşdırılmış qiyməti olan 85.000 manat pulu 3 il müddətinə ödəmədiyi halda isə, hər ay əlavə olaraq 250 manat kirayə pulu verməli olmasını göstərsə də, bu barədə məhkəməyə heç bir mötəbər sübut növü təqdim etməmişdir. Digər tərəfdən, məhkəmə kollegiyası onu da qeyd edir ki, hətta belə razılaşma olduğu halda da, bu hal hazırkı iddianın təmin edilməsinə hüquqi əsas vermir və belə halda, iddiaçı qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə uyğun olaraq, əşyanın ödənilməmiş hissəsini tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin: 385.1, 385.1.1-cı maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin maddi hüquqi əsaslarını düzgün müəyyən etməmiş, hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan qanunu tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 385.1, 385.1.1-ci maddələrinə əsasən məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, apellyasiya şikayətləri təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1687/2022 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-386, 390, 392- 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayətləri təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1687/2022 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh və X6 qarşı Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Gülçülük yaşayış sahəsindəki evdən çıxarılması və onun əşyalarının həmin evdən boşaldılaraq evin onun sahibliyinə verilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-854/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-854/2023
06.04.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver