Məhkəmə qərarları › İş №2(104)-865/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-865/2023

21.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-865/2023 21.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı1 Qənbər qızının (o, həm də, digər iddiaçı olan bacısı İddiaçı3 nümayəndəsidir) və İddiaçı2 nümayəndəsi olan həyat yoldaşı X1 iştirakları ilə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-1696/2022 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı torpaq sahəsinin zəbtdən azad edilməsi və zəbt olunmuş torpaqlarda qanunsuz əkilmiş meyvə ağaclarının çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 tərəfındən zəbt edilmiş **********99 reyestr nömrəli, ünvan 1 ünvanında yerləşən 0.06 ha onlara məxsus torpaq sahəsinin zəbtdən azad edilərək əvvəlki vəziyyətə qaytarılması, Cavabdeh2 tərəfindən onlara məxsus **********99 reyestr nömrəli zəbt olunmuş ünvan 2 ünvandan yerləşən 0.06 ha torpaq sahəsində qanunsuz əkilmiş 44 ədəd meyvə ağaclarının cavabdehin vəsaiti hesabına çıxarılması, daşınmaz əmlakın **********22 reyestr nömrəli çıxarışlara əsasən ünvan 3 ünvanında yerləşən onlara məxsus 0.06 ha torpaq sahəsindən Cavabdeh1 tərəfındən qanunsuz əkilmiş 25 ədəd meyvə ağaclarının cavabdehin öz vəsaiti hesabına çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-1696/2022 saylı qətnaməsi ilə (hakim Şəfəq Məmmədova) iddia təmin edilmiş, Cavabdeh2 **********99 nömrəli dövlət reyestrindən çıxarış əsasında İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətində olan Şəmkir şəhəri, S.Bəhlulzadə küçəsi-39-da yerləşən 0.06 ha torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin zəbtdən azad edilməsi, Cavabdeh2 tərəfindən həmin torpaq sahəsində qanunsuz əkilmiş meyvə ağaclarının Cavabdeh2 vəsaiti hesabına çıxarılması, Cavabdeh1 tərəfindən **********22 nömrəli dövlət reyestrindən çıxarış əsasında X4 mülkiyyətində olan Şəmkir şəhərində yerləşən 0.06 ha torpaq sahəsində qanunsuz əkilmiş meyvə ağaclarının Cavabdeh1 vəsaiti hesabına çıxarılması, ödənilmiş 71 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçılara verilməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-1696/2022 saylı qətnaməsinin ləğv edilərək, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onlar uzun illərdir ki, istifadələrində olan torpaq sahəsindən istifadə edirlər və onlar tərəfindən iddiaçıların mülkiyyətində olan torpaq sahəsində heç bir ağac əkilməmişdir. Belə ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)- 1340/2019 saylı, 26 noyabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 **********2 nömrəli çıxarış əsasında X4 mülkiyyətində olan Şəmkir şəhərində yerləşən 0.06 ha torpaq sahəsindən çıxarılması qət edilmiş, iddia Cavabdeh2 münasibətdə əsassız olduğundan təmin edilməmişdir. Məhkəmənin həmin qətnaməsi ilə iddia Cavabdeh1 münasibətdə təmin edilmiş olsa da, həmin qətnamə ilə Cavabdeh1 tərəfindən həmin torpaq sahəsində ağac əkilməsi müəyyən edilməmişdir. Cavabdeh1 tərəfindən əkilmiş ağaclar uzun illərdir ki, onun istifadəsində olan torpaq sahəsində yerləşir. Məhkəmə tərəfindən yerli baxış zamanı əkilmiş ağacların kimin torpaq sahəsində yerləşməsi heç bir mütəxəssis və ekspert rəyi olmadan müəyyən edilmişdir. Məhkəmə qətnaməsində məhkəmə tərəfindən yerli baxış zamanı torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edildiyi müəyyən edilmiş olsa da, həmin torpaq sahəsinin həqiqətən Cavabdeh2 tərəfindən zəbt edilməsi və orada ağaclar əkilməsi heç bir ölçmə aparılmadan, mütəxəssis rəyi və ya ekspert rəyi olmadan məhkəmə tərəfindən müəyyən edilmişdir. Odur ki, hesab edirlər ki, iş üzrə məhkəmə tikinti-texniki ekseprtizası keçirilməlidir. Cavabdehlər Cavabdeh1 və onun nümayəndəsi olan vəkili Vəkil, Cavabdeh2 işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə cavabdehlərin və vəkilin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı və digər İddiaçı3 nümayəndəsi İddiaçı1 Qənbər qızı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, iddiaçılar Aybəniz və Elza onun bacılarıdır. Cavabdehlər zəbt olunmuş onlara məxsus torpaq sahələrində onlardan icazəsiz və qanunsuz meyvə ağacları əkmişlər. Şəmkir Rayon Məhkəməsinin 2(076)- 1340/2019 saylı, 26 noyabr 2019-cu il tarixli qətnaməsinə əsasən mərhum anası X4 iddiası əsasında Cavabdeh1 Məmməd qızsının onlara məxsus torpaq sahəsini zəbtdən azad edərək oradan çıxarılması qət edilmişdir. Cavabdeh2 zəbt etdiyi onlara məxsus 0.06 ha torpaq sahəsinə dair onların mülkiyyət hüququnu təsdiqləyən çıxarış olmadığına görə məhkəmə qətnaməsində öz əksini tapmamışdır. Hazırda onların əlində həmin torpaq sahəsinə dair hüquqlarını təsdiqləyən **********99 reyestr nömrəli çıxarışları vardır. İş üzrə əldə edilmiş mütəxəssis və ekspert rəyləri ilə onların iddiasının əsaslı olması öz təsdiqini tapmışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-1696/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı2 nümayəndəsi olan həyat yoldaşı X5 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, digər İddiaçı1 Qənbər qızı ilə oxşar məzmunlu izahat verdi. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-1696/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-1696/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021 -ci il tarixli çıxarışdan görünür ki, Şəmkir şəhəri S.Bəhlulzadə küçəsi-39-da 0.06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın **********99 nömrəli dövlət reyestrində İddiaçı1, Rüstəmova(Hüseynova)Aybəniz Qənbər qızının və Alırzayeva (Hüseynova) Elza Qənbər qızının adlarına qeyd edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********22 nömrəli çıxarışın surətindən görünür ki, Şəmkir şəhəri, S.Bəhlulzadə küçəsi- 37-də yerləşən 0.06 ha torpaq sahəsi İddiaçı1, İddiaçı2 və İddiaçı3 adına xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışından müəyyən edilir ki, xx.xx.2022-ci il tarixə təyin edilmiş yerli məhkəmə baxışına mühəndis İlqar Məmmədovun iştirakı təmin olunmuş, lakin cavabdehlərin etdiyi maneçilik səbəbindən mübahisələndirilən ərazidə çöl ölçmə işlərinin aparılması mümkün olmamışdır. Şəmkir Rayon Məhkəməsinin 26 noyabr 2019-cu il tarxili M 2 (076)-1340/2019 saylı qətnaməsinə əsasən X4 (hazırki iddiaçıların anası) iddia tələbinə əsasən, Cavabdeh1 Məmməd qızmın torpaq sahəsini zəbtdən azad edərək oradan çıxarılması qət edilmişdir. Şəmkir Rayon Məhkəməsinin 23 iyun 2020-ci il tarixli 2 (076)-1548/2020 saylı qətnaməsinə əsasən İddiaçı1 Qənbər qızı Cavabdeh2 qarşı ölçmə işlərinə qoyulan maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və həmin qətnamə ilə müəyyən edilmişdir ki, İddiaçı1 Qənbər qızı mərhum X2 məxsus Şəmkir şəhərində yerləşən 600 kv.m həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi idarəsinə müraciət etmiş, lakin mütəxəssislər tərəfindən ölçü işlərinin aparılmasına Cavabdeh2 tərəfındən icazə verilmədiyi üçün İddiaçı1 Qənbər qızınm ərizəsinin icrası mümkün olmamışdır, ona görə də Cavabdeh2 hərəkətləri İddiaçı1 Qənbər qızının hüquqlarının həyata keçirilməsinə maneə yaratdığından iddia təmin edilmiş və Cavabdeh2 tərəfindən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün zəruri olan ölçmə işlərinin aparılmasına DƏDRX-in 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşlarına qoyulan maneənin aradan qaldırılması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tikinti-texniki ekspertizası təyin edilmiş və həmin qərardad əsasında əldə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, cavabdeh X3 oğlu tərəfindən maneçilik olması səbəbindən iddia olunan ərazidə ölçü işlərinin aparılması mümkün olmadığı üçün sualları cavablandırmaq mümkün olmamışdır. 27.12 2021-ci il tarixli, **********2 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla İddiaçı1, İddiaçı2 və İddiaçı3 ümumi birgə mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən 0.06 ha torpaq sahəsində Cavabdeh1 tərəfindən ağac əkilmişdir və həmin ağaclar 0.06 ha torpaq sahəsini bütünlüklə əhatə edir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə yenidən məhkəmə-tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssis arayışından görünür ki, cavabdeh tərəf etiraz etdiyindən və maneçilik etməsi səbəbindən iddia olunan ərazidə ölçü işlərinin aparılması mümkün olmamışdır. Gəncə Apellyasiya Məhkəməsi tərəfindən yenidən xx.xx.2023-cü il tarixinə tədqiqat obyektinə baxış keçirilməsi təyin edilmiş, Gəncə Apellyasiya Məhkəməsi tərəfindən bununla bağlı mübahisə tərəfləri məlumatlandırılmış, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis arayışından görünür ki, yenədə cavabdeh tərəfin gəlməməsi səbəbindən ərazidə ölçü işlərinin aparılması mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/6450 saylı ekspert rəyindən görünür ki, cavabdeh X3 oğlu tərəfindən maneçilik olması səbəbindən iddia oluna ərazidə ölçü işlərinin aparılması mümkün olmadığı üçün sualları cavablandırmaq mümkün olmamışdır. 27.12 2021-ci il tarixli, **********2 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla İddiaçı1, İddiaçı2 və İddiaçı3 ümumi birgə mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən 0.06 ha torpaq sahəsində Cavabdeh1 tərəfindən ağac əkilmişdir və həmin ağaclar 0.06 ha torpaq sahəsini bütünlüklə əhatə edir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, Şəmkir şəhəri S.Bəhlulzadə küçəsi- 39-da 0.06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın **********99 nömrəli dövlət reyestrində İddiaçı1, Rüstəmova(Hüseynova)Aybəniz Qənbər qızının və Alırzayeva (Hüseynova) Elza Qənbər qızının adlarına qeyd edilmiş və bu barədə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********99 nömrəli çıxarış və Şəmkir şəhəri, S.Bəhlulzadə küçəsi-37-də yerləşən 0.06 ha torpaq sahəsi İddiaçı1, İddiaçı2 və İddiaçı3 adına qeyd edilmiş və bu barədə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********922 nömrəli çıxarış verilmişdir. Həmçinin müəyyən edildi ki, Şəmkir Rayon Məhkəməsinin 26 noyabr 2019-cu iltarixli,2(076)-1340/2019 saylı qətnaməsinə əsasən X4 (hazırki iddiaçıların anası)iddia tələbinə əsasən, Cavabdeh1 Məmməd qızının torpaq sahəsini zəbtdən azad edərək oradan çıxarılması qət edilmişdir. Hazırda həmin qətnamə qüvvədədir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçılar mərhum anaları Hüseynova Minə və ataları Hüseynov Qəmbərin övladlarıdır. İddiaçılar ata və analarından miras qalan əmlakı vərəsəlik qaydasında qəbul etmişlər. Həmin torpaqlardan atalarından miras qalmış torpaq sahəsinə çıxarış almışlar, lakin analarından qalmış torpağa isə vərəsəlik şəhadətnamələri vardır. Ona görə də hazırki iddianı qaldırmağa subyektiv hüquqları olmuşdur. Lakin cavabdehlərdən Cavabdeh1 onlara məxsus torpağı zəbt etməsi qüvvədə olan qətnamə ilə müəyyən edilmiş, Cavabdeh2 isə həmin zaman onlara məxsus digər torpağı zəbt etməsi torpağa mülkiyyət hüququnu təsdiq edən çıxarış olmaması səbəbindən mümkün olmamışdır. Hazırda iddiaçılar Cavabdeh2 də zəbt etdiyi torpaq sahəsinə qanunla müəyyən edilmiş qaydada çıxarışı almışlar. Həmçinin yerli baxış zamanı da müəyyən edilmişdir ki, cavabdehlər iddiaçılara məxsus torpaq sahələrində meyvə ağacları əkmişlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Belə ki, cavabdeh tərəf həmin qətnaməni mübahisələndirərək, torpaq sahəsini zəbt etmədiklərini göstərib, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsini xahiş etmişlər. Halbu ki, birinci instansiya məhkəməsi tərəfindən mütəxəssis rəyinin alınması üçün müvafiq qərardad qəbul edilsə də, DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışı ilə müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixə təyin edilmiş yerli məhkəmə baxışına mühəndis İlqar Məmmədovun iştirakı təmin olunmuş, lakin cavabdehlərin etdiyi maneçilik səbəbindən mübahisələndirilən ərazidə çöl ölçmə işlərinin aparılması mümkün olmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh tərəfin vəsatəti ilə iş üzrə yenidən məhkəmə-tikinti-texniki ekspertizası təyin edilmiş və cavabdeh tərəf ekspertiza keçirilməsinə maneçilik etməyəcəklərini bildirsələr də, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssis arayışından görünür ki, cavabdeh tərəf yenidən etiraz etdiyindən və maneçilik etməsi səbəbindən iddia olunan ərazidə ölçü işlərinin aparılması mümkün olmamışdır. Gəncə Apellyasiya Məhkəməsi tərəfindən yenidən xx.xx.2023-cü il tarixinə tədqiqat obyektinə baxış keçirilməsi təyin edilmiş, Gəncə Apellyasiya Məhkəməsininunla bağlı mübahisə tərəfləri məlumatlandırılmış, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis arayışından görünür ki, yenədə cavabdeh tərəfin gəlməməsi səbəbindən ərazidə ölçü işlərinin aparılması mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/6450 saylı ekspert rəyindən görünür ki, cavabdeh X3 oğlu tərəfindən maneçilik olması səbəbindən iddia oluna ərazidə ölçü işlərinin aparılması mümkün olmadığı üçün sualları cavablandırmaq mümkün olmamışdır. 27.12 2021-ci il tarixli, **********2 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla İddiaçı1, İddiaçı2 və İddiaçı3 ümumi birgə mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən 0.06 ha torpaq sahəsində Cavabdeh1 tərəfindən ağac əkilmişdir və həmin ağaclar 0.06 ha torpaq sahəsini bütünlüklə əhatə edir. Məhkəmə kollegiyasında müəyyən edildi ki, Şəmkir Rayon Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli 2(076)-1340/2019 saylı qətnaməsinə əsasən X4 (hazırki iddiaçıların anası)iddia tələbinə əsasən, Cavabdeh1 Məmməd qızmın torpaq sahəsini zəbtdən azad edərək oradan çıxarılması qət edilmiş, həmin qətnamə hazırda qanuni qüvvədədir. Eyni zanmanda, məhkəmə kollegiyası tərəfindən əldə edilmiş mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/6450 saylı ekspert rəyi ilə müəyyən edilir ki, 27.12 2021-ci il tarixli, **********2 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla İddiaçı1, İddiaçı2 və İddiaçı3 ümumi birgə mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən 0.06 ha torpaq sahəsində Cavabdeh1 tərəfindən ağac əkilmişdir və həmin ağaclar 0.06 ha torpaq sahəsini bütünlüklə əhatə edir. Lakin həm birinci instansiya məhkəməsi və həm də məhkəmə kollegiyası tərəfindən bir neçə dəfə iş üzrə məhkəmə-tikinti-texniki ekspertizası təyin edilsə də, cavabdeh X6 tərəfindən maneçilik olması səbəbindən iddia olunan ərazidə ölçü işlərinin aparılması mümkün olmadığı üçün sualları cavablandırmaq mümkün olmamış və hər dəfə maneçilik tərətmişlər. Bundan başqa, cavabdeh tərəf heç bir üzrlü səbəb oılmadan xx.xx.2023-cü il tarixinə təyin edilmiş məhkəmə iclasına gəlməmiş və Vəkil məhkəmə kollegiyasına ərizə göndərərək, hazırkı iş üzrə iddiaçıların adlarına verilmiş çıxatrışların etibarsız hesab edilməsi haqqında Şəmkir Rayon Məhkəməsində iddia qaldırdıqları üçün, hazırkı iş üzrə təyin edilmiş ekspertiza ilə bağlı rəy verilmədən işin geri qaytarılmasını xahiş etmişdir. Ərizəyə Cavabdeh2 və Cavabdeh1 iddia ərizəsinin icraata qəbul edilməsi barədə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı əlavə edilmişdir. Bundan başqa, Vəkil xx.xx.2023-cü il tarixinə təyin edilmiş məhkəmə iclasına xx.xx.2023-cü ildə elektron qaydada imzalanmış ərizəsi, həmçinin xx.xx.2023-cü ildə elektron qaydada imzalanmış ərizəsi daxil olmuş və həmin ərizələrində Şəmkir Rayon məhkəməsində iddiaçıların adına verilmiş çıxarışları mübahisələndirildiyi üçün, hazırkı işin icraatının dayandırılması və ekspertin yerli baxışa gəlməsinin təxirə alınamsı xahiş edilmişdir. Həmin ərizələrdən də göründüyü kimi, cavabdeh tərəfdən maneçilik olması səbəbindən iddia olunan ərazidə ölçü işlərinin aparılması mümkün olmamışdır. İddiaçı tərəf Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadını təqdim edərək, bildirmişdir ki, həmin qərardadla Cavabdeh2 və Cavabdeh1 iddia ərizəsi üzrə icraata xitam verilmişdir. İddiaçı tərəfin təqdim etdiyi Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, iddiaçılar Cavabdeh2 və Cavabdeh1 hazırkı iş üzrə iddiaçıların adlarına verilmiş müvafiq torpaq sahəsinin plan və ölçü sənədi və çıxarışalrın etibarsız hesab edilməsinə dair iş üzrə icraata xitam verilmişdir. Ona görə də, iş üzrə icraatın dayandırılmasına dair verilmiş vəsatətin təmin edilməsinə hüquqi əsaslar olmamış və məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilərək, cavabdeh tərəfə bu barədə məlumat verilmiş, lakin cavabdeh tərəf heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin: 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarını, iş üzrə cavabdeh tərəfin xahişi ilə dəfələrlə məhkəmə-tikinti-texniki ekspertizası təyin edilsə də, cavabdeh tərəfindən maneçilik olması səbəbindən iddia olunan ərazidə ölçü işlərinin aparılması mümkün olmadığı üçün sualları cavablandırmaq mümkün olmadığından, hesab edir ki, cavabdeh tərəfin mübahisə olunan torpaq sahəsini zəbt etməmələrinə dair dəlilləri əsasız olmaqla, rədd edilməlidir. Cavabdeh tərəfin həmin dəlili, onların hazırkı iş üzrə iddiaçıların adlarına verilmiş müvafiq torpaq sahəsinin plan və ölçü sənədi və çıxarışalrın etibarsız hesab edilməsinə dair iddia qaldırmaları da təsdiq edir. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyət növündə ola bilər. 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır; Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur; Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və onun üzərində sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin : 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111-ci maddəsinin 2-ci bəndinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddianı təmin edərək, Cavabdeh2 **********99 nömrəli dövlət reyestrindən çıxarış əsasında İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətində olan Şəmkir şəhəri, S.Bəhlulzadə küçəsi-39-da yerləşən 0.06 ha torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin zəbtdən azad edilməsi, Cavabdeh2 tərəfindən həmin torpaq sahəsində qanunsuz əkilmiş meyvə ağaclarının Cavabdeh2 vəsaiti hesabına çıxarılması, Cavabdeh1 tərəfindən **********22 nömrəli dövlət reyestrindən çıxarış əsasında X4 mülkiyyətində olan Şəmkir şəhərində yerləşən 0.06 ha torpaq sahəsində qanunsuz əkilmiş meyvə ağaclarının Cavabdeh1 vəsaiti hesabına çıxarılması, ödənilmiş 71 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçılara verilməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-1696/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDi : Apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-1696/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar