Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-873/2023 31.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı, cavabdeh X9, cavabdeh X5 nümayəndəsi Cavabdeh və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh X10 və X8 qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 26 aprel 2011-ci il tarixli, 2(066)-173/2011 saylı qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2003-cü ildə Göygöl rayonu Aşıqlı bələdiyyəsinin Üçtəpə kəndi ərazisində yerləşən kəndində yerləşən 0,16 ha torpaq sahəsinə dair bağladığı alqısatqı müqavilələrinin etibarlı sayılmasını və torpağın onun mülküyyətinə verilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, 2003-cü ilin dekabr ayında Cavabdeh uşaqları X14 və X5 adına hər biri 0,08 ha olmaqla, cəmi 0,16 ha torpaq sahələrini 1200 ABŞ dollarına almış və bu barədə aralarında 24 dekabr 2003-cü il tarixli akt tərtib edilmişdir. Həmin vaxt daşınmaz əmlak olan torpaq sahəsi onun öhdəliyinə verilmiş və torpaq sahəsinin dəyərini satıcıya ödəmişdir. Bundan sonra torpağı onun adına rəsmiləşdirmək istədikdə məlum olmuşdur ki, alqı-satqı müqaviləsi bağlamaq üçün sənədlər tam qaydasında deyil, yəni torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə yoxdur. Torpaqğı satıcısı Cavabdeh qısabir müddətdə sənədlərin qaydaya salınmasını və alqı-satqısını öz üzərinə götürmüş, lakin Cavabdeh bugünədək torpağın alqı-satqı edilməsi üçün heç bir hərəkət etməmişdir. Həmin torpaq üzərində özünə fərdi yaşayış evi tikmiş və 2003-cü ildən həmin evdə yaşayır. Beləliklə, onların ararsında faktiki olaraq alqı-satqı müqaviləsi bağlandığı üçün onun faziləsiz və maneəsiz istifadə sində olan Göygöl rayonu, Üçtəpə kəndində yerləşən Aşıqlı bələdiyyəsinin 02 dekabr 2000-ci il tarixli 10 nömrəli qərarı ilə X8 və X10 verilmiş torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini və torpaq sahəsinin onun mülkiyyətinə verilməsini xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 26 aprel 2011-ci il tarixli, 2(066)-173/2011 saylı qətnaməsi ilə (hakim. E.Həsənova) iddia tələbi təmin edilərək, Göygöl rayonu Aşıqlı bələdiyyəsinin Üçtəpə kəndi ərazisində yerləşən X9 adına olan 0,08 ha və X5 adına olan 0,08 ha torpaq sahəsinə dair İddiaçı ilə X14 və X11 arasında bağlanmış alqı-satqı müqaviləsinni etibarlı hesab edilməsi və 0.16 ha torpaq sahəsinin İddiaçı qızının mülkiyyətinə verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Göygöl Rayon Məhkəməsinin 26 aprel 2011-ci il tarixli, 2(066)-173/2011 saylı qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi həmin qətnamədən apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin 26 aprel 2011-ci il tarixli, 2(066)-173/2011 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən qətnamədə göstərilən Göygöl rayonu Aşıqlı bələdiyyəsinni Üçtəpə kəndi ərazisində yerləşən 0.16 ha torpaq sahəsi qeydiyyata alınmadan digər şəxs İddiaçı satılmışdır. Qətnamədə məhkəmə tərəfindən torpaqğın hansı hüquqmüəyyənedici sənəd əsasında alqı-satqı predmeti olduğu göstərilməmişdir. Bununla da “Daşınmaz əmlakın dövlət resyetri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə etdiyini bildirib, təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X5 nümayəndəsi Cavabdeh izahat verib bildirmişdir ki, həqiqətən də o, övladlarına məxsus torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydiyyata alınmadan iddiaçıya satmışdır. Həminvaxt o, iddiaçıya torpaq sahəsinin sənədlərini qaydasına salaraq, nitarial qaydada alqı-satqı edəcəyini bildirmiş, lakin bir müddət spnra iddiaçı məsələni məhkəmə qaydasında jəll edəcəyini ona bildirdiyindən o da torpaq sahəsini sənədləşdirib notarial alqı-satqı bağlanması işini başa çatdımamışdır. Hazırda həmin torpaq sahəsini sənədləşdirməklə notarial qaydada alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə verməyə hazırdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X14 həqiqətən də torpaq sahəsinin onun tərəfindən atası vasitəsi ilə iddiaçıya satıldığını, hazırda həmin torpaq sahəsini sənədləşdirməklə notarial qaydada alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə verməyə hazır olduğunu bildirmişdir. İşdə olan sübutlar: Xanlar rayonu Aşıqlı bələdiyyəsinin 02 dekabr 2000-ci il tarixli 10 nömrəli protokolundan çıxarışların surətindən görünür ki, Xanlar rayonu Aşıqlı bələdiyyəsinin pesrpektiv inkişaf fond torpaq sahəsindən fərdi yaşayış evinin tikintisi üçün 0.08 ha torpaq sahəsi X8 və 0.08 ha torpaq sahəsi isə X1. “Torpaqların alqı-satqısına dair” 25 yanvar 2021-ci il aktdan görünür ki, X11 16 iyun 2000-ci il tarixdə torpaq sahəsi alması barədə müraciət etmiş, müraciətə əasən Aşıqlı bələdiyyə ərazisində 0.08 ha torpaq sahəsinin satılması barədə 2000-ci il 02 dekabr tarixli 10 nörməli qərar qəbul edilmiş, bununa müqabilində X11 tərəfindən 345000 (üç yüz qırx beş min) manat haqq ödənilmişdir. xx.xx.2001-ci il tarixli aktın surətindən görünür ki, 02 dekabr 2000-ci il tarixli qərar əsasında X7 Kərim adlanan sahəsində vətəndaş X2 0.0.8 ha torpaq sahəsi daimi istifadə üçün ona təhvil verilmişdir. “Torpaqların alqı-satqısına dair” 25 yanvar 2021-ci il tarixli aktdan görünür ki, X14 18 avqust 2000ci il tarixdə torpaq sahəsi alması barədə müraciət etmiş, müraciətə əasən Aşıqlı bələdiyyə ərazisində 0.08 ha torpaq sahəsinin satılması barədə 2000-ci il 02 dekabr tarixli 10 nörməli qərar qəbul edilmiş, bununa müqabilində X14 tərəfindən 345000 (üç yüz qırx beş min) manat haqq ödənilmişdir. xx.xx.2001-ci il tarixli aktın surətindən görünür ki, 02 dekabr 2000-ci il tarixli qərar əsasında X7 Kərim adlanan sahəsində vətəndaş X3 0.0.8 ha torpaq sahəsi daimi istifadə üçün ona təhvil verilmişdir. 24 dekabr 2003-cü il tarixli aktın (müqavilə) surətindən görünür ki, satıcı Əliyev X12 rayonu Üştəpə kəndində “Mirzə Kərim” adlanan ərazidə yeləşən X8 məxsus 0.08 ha və X10 məxsus 0.0.8 ha torpaq sahələrini alıcı İddiaçı 1200 ABŞ dollarına satmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 334.1-ci maddəsinə əsasən, əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Göygöl Rayon Məhkəməsinin 26 aprel 2011-ci il tarixli, 2(066)-173/2011 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə çıxarılaraq iddia tələbi rədd edilməlidir . Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi Göygöl (Xanlar) rayon Aşıqlı bələdiyyə şurasının 02 dekabr 2000-ci il tarixli 10 nömrəli protokolundan çıxarışdan, torpaqların alqı-satqısına dair aktdan, Xanlar rayonu Aşıqlı Bələdiyyəsinin yerquruluşu planından çıxarışdan və xx.xx.2001-ci il tarixli aktdan görünür ki, Aşıqlı bələdiyyəsinin perspektiv inkişaf fond torpaq sahəsindən ayrılıb fərdi yaşayış evinin tikintisi üçün cavabdehlərin hər birinə ayrı ayrılıqda 0,08 ha satılması qərara alınmış, 0,08 ha torpaq sahəsi 345000 manata qiymətləndirilərək satılmış və təhvil verilmişdir. Bu barədə DT və XK-nin Göygöl rayon şöbəsinin nümayəndəsinin möhürü və imzası ilə torpaqların alqı-satqısına dair akt tərtib edilmiş, alıcıya Aşıqlı Bələdiyyəsinin yerquruluşu planından müvafiq çıxarış verilmişdir. Daha sonra birinci instansiya məhkəməsi 2003-cü ildə qüvvədə olmuş Mülki Məcəllənin 335.2-ci maddəsinə istinad edərək, qeyd etmişdir ki, tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyan vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, alqı-satqı İddiaçı tərəfindən tamamilə icra olunmuş, lakin satılmış torpaq sahələrinə daşınmaz əmlakın dövlət reyestr xidmətinin çıxarışı alınmadığından alqı-satqı müqaviləsini notariatda təsdiqləşdirmək mümkün olmamışdır. Məhkəmə hesab edir ki, torpaqların alqısatqısına dair xx.xx.2000-ci il tarixli aktdan sonra alqı-satqını notariatda təsdiqlətməyə ehtiyac olmadığından cavabdeh Ramil Əliyev və Əfsanə Əliyeva həmin tarixdən mübahisəli 0,08 ha torpaqlarına istifadə və sahiblik hüququ əldə etmişlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, 24 iyun 2005-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin əvvəlki redaksiyasında “əqdin notarial formasına riayət edilməməsinin nəticələri” adlı 335-ci maddə mövcud olsa da, həmin normanın hazırkı mübahisəyə tətbiqi düzgün olmamışdır. Belə ki, yuxarıda qeyd olunan Mülki Məcəllənin normalarının tələbindən göründüyü kimi, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüququdur ki, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Hazırkı işin hallarına görə isə alqı-satqı müqaviləsinin predmeti olmuş 0,08 ha torpaq sahələri üzərində birinci instansiya məhkəməsi tərəfindən cavadbeh kimi qəbul edilmiş X9 və X5 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır. Belə olduğu təqdirdə isə onların həmin əmlak üzərində sərəncam vermə hüquqları mövcud olmamışdır. Daşınmaz əmlak üzərində sərəncam vermə hüququ yaranmamış şəxsin isə həmin əmlakı başqa şəxsə satmasına dair hər hansı bir formada bağladığı əqd əhəmiyyətsiz hesab olunur. Əhəmiyyətsiz əqdin isə 24 iyun 2005-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin 335-ci maddəsinin tələbləri baxımından məhkəmə qaydasında bağlanmış hesab edilməsi yol verilməzdir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Göygöl Rayon Məhkəməsinin 26 aprel 2011-ci il tarixli, 2(066)-173/2011 saylı qətnaməsindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Göygöl Rayon Məhkəməsinin 26 aprel 2011-ci il tarixli, 2(066)-173/2011 saylı qətnaməsi ləğv olunmalı, yeni qətnamə çıxarılmalı və iddia tələbi rədd edilməlidir . Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393, 402, 403, 404 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏTETDİ: Göygöl Rayon Məhkəməsinin 26 aprel 2011-ci il tarixli, 2(066)-173/2011 saylı qətnaməsindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 26 aprel 2011-ci il tarixli, 2(066)-173/2011 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.