Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-875/2025 05.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X7 cavabdeh X8 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: mənzildən çıxarılma Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X3 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, 2(125)-66/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 05 may 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 08 dekabr 2023-cü il tarixli, **********79 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Yeni qaydalarla AZ 2005, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,0212 ha olan torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir;
2. 08 fevral 2021-ci il tarixli aktın surətindən görünür ki, X5 şəhəri, Quşçuluq fabriki ərazisində yerləşən 225 kv/m torpaq sahəsini və orada tikiləcək evi etibarnamə ilə ünvan 2 ünvanında qeydiyyatda olan X4 22.000 manata satmışdır.19.000 manat vəsaiti X14 ödənilmiş, 3.000 manat isə torpaq sahəsi və evin boşaldılaraq təhvil verilməsindən sonra ödəniləcəyi ilə bağlı razılıq əldə olunmuşdur;
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dölvət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş 05 mart 2024-cü il tarixli, 3-21-3-33/2- 2301/2024 nömrəli məktubun surətindən görünür ki, ünvan 3 ünvanı ilə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir.
4. ünvan 4iat ofisində 24 noyabr 2023-cü il tarixində 4Ə-1274 reyestr nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Azərbaycan Respublikası Gəncə şəhəri, Kəpəz rayonu, X18 şəhəri, Heydər Əliyev prospekti, ev 101 ünvanında yerləşən ümumi sahəsi 0,0212 ha olan torpaq sahəsini İddiaçı satmışdır.
5. Gəncə Şəhər Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 2(125)- 3675/2023 nömrəli qiyabi qətnaməsinin surətindən görünür ki, Cavabdeh Gəncə şəhəri, Cavadxan (əvvəlki qaydada Avtozavod) qəsəbəsi, Quşçuluq Fabriki ərazisi, 22 nömrəli məktəbin yanında yerləşən 225 kv/m torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir.
6. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 aprel 2024-cü il tarixli, 2(104)-957/2024 nömrəli qətnaməsindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 2(125)-3675/2023 nömrəli qiyabi qətnaməsi tamami ilə ləğv edilmiş, yeni qətnamə çıxarılmışdır.Cavabdeh X14 qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi təmin edilməmişdir.
7. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 oktyabr 2024-cü il tarixli, 2(102)-3140/2024 nömrəli qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 aprel 2024-cü il tarixli, 2(104)- 957/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
8. Gəncə Şəhər Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, 2(125)-802/2025 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh X14 və X4 qarşı X17 tərəfindən X4 Gəncə şəhəri, Cavadxan qəsəbəsində (keçmiş Quşçuluq fabriki, Avtozavod qəsəbə ərazisində) yerləşən 225 kv.m torpaq sahəsinə və orada tikilən evə dair verilmiş 07 fevral 2021-ci il tarixli, 7E- 828 reyestr nömrəli etibarnamənin etibarsız hesab edilməsi və X2 ailə üzvləri ilə birlikdə Gəncə şəhəri, Cavadxan qəsəbəsində (keçmiş Quşçuluq fabriki, Avtozavod qəsəbə ərazisində), 225 kv.m torpaq sahəsində yerləşən evdən çıxarılmaları tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh iddiası təmin olunmamışdır.
9. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 iyun 2024-cü il tarixli, 2(125)-1017/2024 nömrəli qətnaməsindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, 2(125)-802/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
10. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 21 noyabr 2024cü il tarixli, 2(102)-3442/2024 nömrəli qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Müelki Kollegiyasının 05 iyun 2024-cü il tarixli, 2(125)-1017/2024 nömrəli qətnaməsindən Cavabdeh vermiş olduğu kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus Gəncə şəhəri, Cavadxan qəsəbəsi, Murad Mehdiyev küçəsində yerləşən 13 nömrəli fərdi yaşayış evindən çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Cavadxan qəsəbəsi, Murad Mehtiyev kuçəsi 13 nömrəli ünvanında yerləşən 0,0212 ha yaşayış məntəqələrinin torpaq sahəsi 08 dekabr 2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 81 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində adına qeydiyyata alınmış və bu barədə ona Çıxarış verilmişdir. Həmin torpaq sahəsini 08 fevral 2023-cü il tarixdə etibarnamə və akt əsasında bibisi Səkinənin həyat yoldaşı X9 22000 (iyirmi iki min) manata Cavabdehnin əri X11 almışdır. Həmin vaxt torpaq sahəsinin və orada tikilmiş evin sənədləri olmamış və onlar həmin evdə yaşayaraq torpaq sahəsinin və orada tikilmiş evin sənədlərini düzəltmiş, eləcədə evdə təmir işləri aparmışlar. Evin ayna, qapıları dəyişdirilmiş, reşotkalar qoyulmuş, hamam-tualet təmir olunmuş, evin bütün işıq sistemi dəyişmiş, bəzi otaqlara pol vurulmuşdur, həmçinin evin bütün divarlarına suvaq vurulmuş və torpaq sahəsinin dörd tərəfinə barı çəkilmişdir. Təmir işlərinə təxminən 30000 manat pul xərcləmişlər. Üç ildir ki, həmin evdə yaşayır, lakin onların xəbəri olmadan Gəncə Şəhər Məhkəməsinin 2(125)- 3675/2023 nömrəli, 03 iyul 2023-cü il tarixli qiyabi qətnaməsi ilə (hakim Zaman İmanov) Cavabdeh Gəncə şəhəri, Cavadxan (əvvəlki qaydada Avtozavod) qəsəbəsi, Quşçuluq Fabriki ərazisi, 22 nömrəli məktəbin yanında yerləşən 225 kvm torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə köçürülməsi qət edilmiş və 01 dekabr 2023-cü il tarixdə Cavabdeh Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru vasitəsilə həmin evə köçürülmüşdür. Həmin evə köçürüldükdən sonra Cavabdeh evin qıfıllarını dəyişmiş və onları həmin evə buraxmamışdır. Ev əşyaları və şəxsi geyim əşyaları həmin evdə qalmışdır. Cavabdeh evdə yaşamalarına imkan vermir. Hər dəfə onları nalayiq sözlərlə təhqir edir, hədə-qorxu gəlir, Polis İdarəsinə şikayət edərək onlara şər və böhtan atır. Fərdi yaşayiş evinə Texniki pasport və Çıxarış almaq üçün daşınmaz əmlakın dövlət reyestr xidmətinin əməkdaşlarını da evə buraxmır ki, evin sxematik planı çəkilsin. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində mülkiyyətindən məhrum olunmuşdur.
13. Gəncə Şəhər Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli 2(125)-66/2025 nömrəli qətnaməsi ilə (hakim C.Quliyev) iddia təmin edilərək, Musayeva X6 Elgün Rafiq qızına məxsus Gəncə şəhəri, Cavadxan qəsəbəsi, Murad Mehdiyev küçəsində yerləşən 13 nömrəli fərdi yaşayış evindən çıxarılması qət edilmişdir.
14. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 152.1, 152.2, 152.5, 157.2, 157.4 və 157.8-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 216-220, 358-360 və 362-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
15. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, İ qrup əlil olmaqla heç kimi yoxdur. Səhhəti ilə bağlı çox əziyyət çəkir, hazırd onu evsiz qoymaq istəyirlər. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən səhv nəticəyə gəlmişdir. Belə ki, Mülki Məcəllənin tələbinə görə daşınmaz əmlak üzərində hüquqlar Dövlət reyestrində qeydiyyata alındıqdan sonra şəxs həmin əmlaka mülkiyyət hüququ əldə etmiş olur. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi qeyri-qanuni yollarla Elgünə satılmış və Elgün həmin evdə heç bir təmir işləri aparmamışdır. Mülkiyyət hüququna gözləntisi olsa belə ona məxsus olan əmlak qeydiyyata alınmamış əmlak olmuşdur. Buna baxmayaraq verilmiş etibarnamə əsasında əmlak qanunsuz yollarla Dövlət reyestrində qeydiyyata alınmışdır. Bütün bu göstərilənlər təsdiq edir ki, qeyd olunan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi onun istifadəsində, bir sözlə mülkiyyətində olmuşdur.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları,
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, birinci qrup əlildir. Onun razılığı və xəbəri olmadan alğı-satqı müqaviləsi bağlanmışdır. Alğı-satqı müqaviləsi üzrə ödənilmiş puldan keçmiş əri onun pulunu vermədiyi üçün evdən çıxmır. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, 0,0212 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınmış əmlakdır. Həmin torpaq sahəsi alğı-satqı müqaviləsi əsasında, üzərində yerləşdiyi ev (08 fevral 2021-ci il tarixli akt əsasında) cavabdehin keçmiş əri Məmməd Musayevdən 22000 manata almışdır.Cavabdeh məhkəmə qətnaməsi ilə həmin evə köçürülsədə, lakin həmin qətnamə apellyasiya məhkəməsi tərəfindən ləğv olunmuş və iddia rədd edilmişdir. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilsədə, kasassiya instansiya məhkıəməsi şikayəti təmin etməmişdir. Buna baxmayaraq cavabdeh evdən çıxmır. İddiaçının nümayəndəsi (vəkil) Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Sonuncu nümayəndəsi vastəsilə təmsil olunduğundan kollegiya işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
21. 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
23. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
24. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
31. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
35. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, X12 və Cavabdeh birgə nikahı dövründə Gəncə şəhəri, Cavadxan qəsəbəsi (keçmiş Quşçuluq fabriki, Avtozavod qəsəbə ərazisində) yerləşən 225 kv.m torpaq sahəsi 19 fevral 2008-ci il tarixdə X1 alınmış, həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa olunmuşdur. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli 2(044)- 1539/2021 nömrəli qətnaməsi ilə X17 və Cavabdeh arasında olan nikah pozulmuşdur. Daha sonra Cavabdeh X14 qarşı ona məxsus cehiz əşyalarının və ya onların dəyəri olan 9.179 manat pulun alınıb ona verilməsi, həmçinin birgə nikah dövründə əldə edilmiş torpaq və onun üzərində tikinti aparmaq üçün xərclənmiş 30.000 manat məbləğində pul vəsaitinin 2/3 hissəsinin, yəni 20.000 manat məbləğində pul vəsaitinin M.Ə.Musayevdən alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət etmişdir. Göygöl Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli 2(066)-34/2021 nömrəli qətnaməsi ilə X11 ümumilikdə 9.179 manat dəyərində cehiz əşyaları naturada, onları naturada vermək mümkün olmadıqda 9.179 manat pulun, birgə nikah dövründə əldə edilmiş torpaq və onun üzərində tikinti aparmaq üçün xərclənmiş 26.760 manat pulun ½ hissəsi olan 13.380 manat alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Mübahisəli əmlak cavabdeh X17 tərəfindən İddiaçı satılmış və bu barədə sonuncuya Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 08 dekabr 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Sonradan Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Cavadxan (əvvəlki qaydada Avtozavod) qəsəbəsi, Quşçuluq Fabriki ərazisi, 22 nömrəli məktəbin yanında yerləşən 225 kv/m torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmiş, Gəncə Şəhər Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 2(125)- 3675/2023 nömrəli qiyabi qətnaməsi ilə Cavabdeh Gəncə şəhəri, Cavadxan (əvvəlki qaydada Avtozavod) qəsəbəsi, Quşçuluq Fabriki ərazisi, 22 nömrəli məktəbin yanında yerləşən 225 kv/m torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldığından icraya yönəlmiş və icra orqanı tərəfindən qətnamənin icrası təmin olunmuşdur. Lakin sonradan Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 aprel 2024-cü il tarixli, 2(104)-957/2024 nömrəli qətnaməsi ilə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3675/2023 nömrəli qiyabi qətnaməsi tamamilə ləğv edilmiş, yeni qətnamə çıxarılmış, Cavabdeh X14 qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 oktyabr 2024-cü il tarixli, 2(102)-3140/2024 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 aprel 2024-cü il tarixli, 2(104)-957/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmçinin Cavabdeh X14 və X4 qarşı X17 tərəfindən X4 Gəncə şəhəri, Cavadxan qəsəbəsində (keçmiş Quşçuluq fabriki, Avtozavod qəsəbə ərazisində) yerləşən 225 kv.m torpaq sahəsinə və orada tikilən evə dair verilmiş 07 fevral 2021-ci il tarixli, 7E-828 reyestr nömrəli etibarnamənin etibarsız hesab edilməsi və X2 ailə üzvləri ilə birlikdə Gəncə şəhəri, Cavadxan qəsəbəsində (keçmiş Quşçuluq fabriki, Avtozavod qəsəbə ərazisində), 225 kv.m torpaq sahəsində yerləşən evdən çıxarılmaları tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)- 802/2025 nömrəli qətnaməsi ilə iddia təmin olunmamış, Gəncə Apellyasiya Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, 2(125)-1017/2024 nömrəli qətnaməsi ilə Gəncə Şəhər Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, 2(125)-802/2025 nömrəli qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-3442/2024 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, 2(125)- 1017/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh İddiaçı mülkiyyətində olan torpaq sahəsindən, eləcədə sahibliyində və istifadəsində olan fərdi yaşayış evindən çıxmadığını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı təmin etmişdir.
36. Məhkəmə kollegiyasıda birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.
37. Cavabdeh Gəncə şəhəri, Cavadxan qəsəbəsində (keçmiş Quşçuluq fabriki, Avtozavod qəsəbə ərazisində) yerləşən 225 kv.m torpaq sahəsinin, eləcədə onun üzərində inşa olunmuş fərdi yaşayış evinin qanunsuz yolla iddiaçının sahibliyinə və mülkiyyətinə keçdiyini qeyd etsədə, lakin onun bu dəlili işin yuxarıda qeyd olunan faktiki halları ilə təsdiq olunmur.
38. Belə ki, bundan əvvəldə qeyd olunduğu kimi Gəncə Şəhər Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 2(125)-3675/2023 nömrəli qiyabi qətnaməsi ilə Cavabdeh Gəncə şəhəri, Cavadxan (əvvəlki qaydada Avtozavod) qəsəbəsi, Quşçuluq Fabriki ərazisi, 22 nömrəli məktəbin yanında yerləşən 225 kv/m torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə köçürülməsi qət edilsədə, lakin Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 aprel 2024-cü il tarixli, 2(104)-957/2024 nömrəli qətnaməsi ilə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3675/2023 nömrəli qiyabi qətnaməsi tamamilə ləğv edilmiş, iddiaçı Cavabdeh X14 qarşı evə köçürülmə tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamədən kassasiya şikayəti verilsədə, şikayət təmin edilməmişdir. Göründüyü kimi Cavabdeh hal hazırda heç bir hüquqi əsas olmadan iddiaçının sahibliyində və istifadəsində olan fərdi yaşayış evindən, eləcədə mülkiyyətində olan 0,0212 ha torpaqdan istifadə edir.
39. Apellyasiya icraatı zamanı Cavabdeh apellyasiya şikayətində qeyd etdiklərindən fərqli olaraq 0,0212 ha torpaqdan və onun üzərində yerləşən fərdi yaşayış evindən çıxmamasının səbəbini alğı-satqı müqaviləsi üzrə ödənilmiş puldan payına düşən hissənin keçmiş əri tərəfindən ona verilmədiyini bildirmişdir.
40. Bununla bağlı kollegiya ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, cavabdehin göstərdiyi bu səbəb heçdə ona əsas vermir ki, iddiaçının sahibliyində və mülkiyyətində olan əmlaklardan istifadə etsin. Digər tərəfdən yuxarıda da qeyd olunduğu kimi Cavabdeh X14 qarşı ona məxsus cehiz əşyalarının və ya onların dəyəri olan 9.179 manat pulun alınıb ona verilməsi, həmçinin birgə nikah dövründə əldə edilmiş torpaq və onun üzərində tikinti aparmaq üçün xərclənmiş 30.000 manat vəsaitin 2/3 hissəsinin, yəni 20.000 manat Məmməd Musayevdən alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 25 yanvar 2021-ci il tarixli 2(066)- 34/2021 nömrəli qətnaməsi ilə X11 ümumilikdə 9.179 manat dəyərində cehiz əşyaları naturada, onları naturada vermək mümkün olmadıqda 9.179 manat pulun, birgə nikah dövründə əldə edilmiş torpaq və onun üzərində tikinti aparmaq üçün xərclənmiş 26.760 manat pulun ½ hissəsi olan 13.380 manat alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Qətnamə ilə müəyyən olunmuş 13.380 manatın (birgə nikah dövründə əldə edilmiş torpaq və onun üzərində tikinti aparmaq üçün xərclənmiş pulun ½ hissəsi) X17 tərəfindən tələbkara verilməməsi halında Cavabdeh icra orqanından qətnamənin icrasını tələb edə bilər.
41. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1, 372.1, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli 2(125)-66/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.