Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-876/2023 06.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkil) X8 və üçüncü şəxs X4 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı1 Cavabdeh1nə qarşı icarə müqaviləsinin ləğv edilməsi və cavabdehin icarə obyektindən çıxarılması, eləcə də icarə haqqının və dəymiş ziyanın ödənilməsi tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı1 və üçüncü şəxs X6 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli 2(043)- 217/2022 nömrəli qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1, həmçinin ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İlkin iddia üzrə İddiaçı1 Cavabdeh1nə qarşı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, onunla Cavabdeh1 MMC arasında bağlanmış 19 sentyabr 2019-cu il tarixli icarə müqaviləsinin ləğv edilməsi, cavabdehin icarə obyektindən çıxarılması və vurulmuş 100000 manat ziyanın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 İddiaçı1 qarşı qarşılıqlı iddia ərizəsi verərək, İddiaçı1 185448 manat maddi və 100000 manat mənəvi ziyana görə pulun tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkil) X5 vəsatəti əsasında X9 iş üzrə üçüncü şəxs qismində işə cəlb edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli 2(003)- 175/2021 nömrəli qərardadı ilə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 noyabr 2021-ci il tarixli 2(104)-4212/2021 nömrəli qərardadı ilə Cavabdeh1 təsisçisi X7 Samux Rayon Məhkəməsinin hakimi X3 etdiyi etiraz təmin edilmiş və mülki iş baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. İlkin iddia üzrə İddiaçı1 tərəfindən sonuncu təqdim olunmuş iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəyə əsasən, Cavabdeh1 MMC arasında bağlanmış 19 sentyabr 2019-cu il tarixli icarə müqaviləsinin ləğv edilməsi, cavabdehin icarə obyektindən çıxarılması və icarə predmetinə daxil olan əmlaklara vurulmuş 100000 manat zərərin, ödənilməmiş 244000 manat icarə haqqı və 12200 manat faiz olmaqla, ümumilikdə 356200 manat cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş olunmuşdur. Qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi (vəkil) X8 tərəfindən sonuncu təqdim olunmuş iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəyə əsasən, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilərək X1 MMC-nin 19 aylıq məhrum olunmuş gəlirinə görə 779000 ABŞ dollarının ödənilən günə Azərbaycan manatına olan məzənnə ilə hesablanaraq ödənilməsi, eyni zamanda (ixrac prosesindən İnvoice 12,13,14 görə olan 179365,68 manat, hazırda sexdə olan İnvoice 12,13,14 olan xammala görə gələcəkdə gözlənilən zərəri 80580 manat, İstehsal prosesi zamanı istifadə olunan köməkçi vasitələrə görə (duz, əhəng) 2447,81 manat, İxrac prosesi zamanı gömrük, sənədləşmə və laboratoriya xərclərinə görə 111476,37 manat, əmək haqqı və MDSS ödənişlərinə görə 13445,66 manat, sexin kommunal xərclərinə görə 5622,72 manat, İcarə haqqı və ədv ilə bağlı ödəmələrə 27816 manat, Dərinin beynəlxalq daşıma xərci 26144,90 manat, mühafizə xərcləri 16372 manat, Digər əlavə xərclərə 34223 manat, işçilərin həyat sğortası üç) 497753.14 (dörd yüz doxsan yeddi min yeddi yüz əlli üç manat 14 qəpik) manat maddi ziyana görə pulun tutularaq Cavabdeh1 MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli 2(043)- 217/2022 nömrəli qətnaməsi ilə (hakim Z.Hüseynov) ilk iddia qismən təmin edilməsi; Cavabdeh1ndən 244000 manat icarə haqqı və 9657,70 manat illik faiz məbləği olmaqla, cəmi 253657,70 manat (iki yüz əlli üç min altı yüz əlli yeddi manat yetmiş qəpik) pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pulun alınaraq İddiaçı1 verilməsi; İlkin iddianın qalan hissədə təmin edilməməsi; Qarşılıqlı iddia təmin edilməməsi; İddiaçı1 iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul tutularaq Azərbaycan respublikası Ədliyyə naziriliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən narazı qalan ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 apellyasiya şikayəti verərək, qətnamənin ilkin iddia tələbinin təmin edilməyən hissədə ləğv edilməsi və ilkin iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin qətnamədən narazı qalan ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilkin iddia tələbinin rədd olunması və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyun 2022-ci il tarixli 2(104)-1612/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməyərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli 2(043)-217/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən narazı qalan ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 dekabr 2022-ci il tarixli 2(102)-5958/2022 nömrəli qərarı ilə cavabdeh və qarşılıqlı iddiaçı “Akyol İnternational" Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsi; Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1612/2022 nömrəli, 30 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilməsi və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 ərizə verərək ilkin iddia tələbindən imtan etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkil) X8 da ərizə verərək qarşılıqlı iddia tələbindən imtina etdiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X9 da ərizə verərək heç bir tələbinin olmadığını bildirmişdir. Məhkəmə kollegiyası ilkin iddia üzrə İddiaçı1 ilkin iddia tələbindən və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia tələbdən imtina barədə ərizələrini, eləcədə üçüncü şəxs X4 heç bir tələbinin olmamasını nəzərdən keçirərək hesab edir ki, ərizələr təmin olunmalı, ilkin və qarşılıqlı iddiadan imtina qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47-ci və 52.1. maddələrinə əsasən iddiaçının iddiadan imtina etmək hüququ vardır. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.1. maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.1. maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2. maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilibedilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 261.0.4. maddəsinə görə, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul edilmişsə, iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.1. maddəsinə görə, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Sadalanan mülki prosessual qanunvericilik normalarından bu nəticəyə gəlmək olur ki, mülki məhkəmə icraatında tərəflər dispozitivlik prinsipindən çıxış edərək öz pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edirlər. Tərəflərin öz maddi hüquqları üzərində sərəncam vermək imkanları saxlanılır. Prosesin gedişində tərəflər mübahisə predmetinə dair öz mövqelərini müəyyən dərəcədə dəqiqləşdirə və ya ümumiyyətlə mübahisədən imtina edə bilərlər. Mülki Prosessual Məcəllənin 52-ci maddəsində iddiaçının iddiadan imtina etməsi dedikdə, iddiaçının cavabdehə olan öz maddi-hüquqi tələblərindən və deməli, məhkəmə prosesini davam etdirməkdən şərtsiz imtina etməsi başa düşülür. İddiadan imtina iddiaçının birtərəfli sərəncamverici hərəkətidir və yazılı formada ifadə edilməlidir. Məhkəmə iddiadan imtinanın motivlərini qiymətləndirmir, lakin o, imtinanın qanuniliyini qiymətləndirməli və bu zaman imtinanın azad iradə ifadəsi nəticəsində baş vermədiyini (məsələn, iddiaçı bunu cavabdeh tərəfindən hədələndiyinə görə etdikdə və s.) aşkar etdikdə imtinanı qəbul etməməlidir. Bununla belə, iddiaçı iddiadan imtina barədə ərizəsində imtinanın səbəblərini, motivlərini göstərməyə borclu deyildir. Məhkəmə iddiaçının etdiyi hərəkətlərin əhəmiyyətini və mənasını ona izah etməli və belə imtinanın könüllü olmasını müəyyənləşdirməlidir. İddiadan imtina edilməsinin məhkəmə tərəfindən təsdiq edilməsi barədə qərardad çıxarılır və eyni zamanda bu qərardadla iş üzrə icraata xitam verilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, ilkin iddia üzrə İddiaçı1 və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 etibarnamə üzrə nümayəndəsinin iddia tələblərindən imtinaları qanunvericiliyin tələbinə uyğundur, eləcə də ilkin və qarşılıqlı iddiadan imtina digər şəxslərin qanunla qorunan hüquq və mənafelərinə toxunmur. Belə olduğu təqdirdə ilkin və qarşılıqlı iddiadan imtina qəbul edilməli, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli 2(043)-217/2022 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Eləcədə işdən müəyyən olunur ki, birinci və apellyasiya instansiya məhkəmələrinin icraatı zamanı iş üzrə ekspertizalar təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinidən daxil olmuş ekspert rəylərinə əlavə olunmuş bildirişlərdən görünür ki, aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri 200 (100+100=200) manatdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 122.1. maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə, onun çəkdiyi xərclər cavabdeh tərəfindən ödənilmir. Məhkəmə kollegiyası hesab edir ki, ekspertiza tədqiqatlarının dəyəri ilkin iddia üzrə İddiaçı1 və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1ndən, yəni hər birindən 100 manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ43CTRE********************, X2, KOD 210005, VÖEN **********, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməli,. eləcədə ödənilmiş dövlət rüsümi iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2.4 maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261.0.4, 263, 264, 267, 268, 370, 402, 405.0.2 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İlkin iddia üzrə İddiaçı1 Cavabdeh1nə qarşı icarə müqaviləsinin ləğv edilməsi və cavabdehin icarə obyektindən çıxarılması, eləcə də icarə haqqının və dəymiş ziyanın ödənilməsi tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı1 və üçüncü şəxs X6 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iş üzrə ilkin iddia üzrə İddiaçı1 ilkin iddiadan, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 isə qarşılıqlı iddiadan imtina barədə ərizələri qəbul edilsin. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli 2(043)- 217/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 200 manat ilkin iddia üzrə İddiaçı1 və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1ndən, yəni hər birindən 100 manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ43CTRE********************, X2, KOD 210005, VÖEN **********, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməli,. eləcədə ödənilmiş dövlət rüsümi iddiaçıya aid edilməlidir. Hər iki iddia üzrə ödənilmiş dövlət rüsumları ilkin və qarşılıqlı iddiaçılara aid edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-876/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-876/2023
06.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver