Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-877/2024 04.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-77/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh onun mülkiyyətində olan Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən ümumi sahəsi 2.00 ha torpaq sahəsinə və Tovuz rayonu X2 tərəfindən verilmiş həmin torpaq sahəsinə gediş-gəliş yolunun yerləşdiyi torpaq sahəsinə qanunsuz müdaxiləsinin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, Cavabdeh qanunsuz tutduğu ona məxsus Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən 0,30 ha torpaq sahəsindən və icarə müqaviləsi əsasında ona verilmiş 0,30 ha torpaq sahəsindən çıxarılmasına, onun mülkiyyətində olan ümumi sahəsi 2,00 ha torpaq sahəsinə və Tovuz rayonu X2 tərəfindən verilmiş həmin torpaq sahəsinə gediş-gəliş yolunun yerləşdiyi torpaq sahəsinə qanunsuz müdaxiləsinin qadağan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-77/2023 saylı qətnaməsi ilə (hakim Zaur Hünmətov) iddianın təmin edilməsi, İddiaçı mülkiyyətinə verilmiş və istifadəsində olan Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən torpaq sahəsindən Cavabdeh çıxarılması, Cavabdeh hər birindən 200 (iki yüz) manat ekspertiza xərcinin tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-77/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, 2007-ci ildə Tovuz rayonu Aşağı Quşçu kənd bələdiyyəsi ilə 1 ha torpağa dair icarə müqaviləsi bağlamışdır. 2011-ci ilə kimi həmin torpaq sahəsindən örüş kimi, sonra isə əkin sahəsi kimi istifadə etməyə başlamışdır. 2021-ci ildə iddiaçının valideyni X3 bulduzer və ekskavator vasitəsilə təpəni dağıdaraq onun torpağını iddiaçının torpaq sahəsinə birləşdirməyə başlamış, o, bələdiyyəyə və ekologiya qurumuna şikayət etmış, nümayəndə gəlib iddiaçını çəkindirmişdir. Hal-hazırda orada meyvə bağı salmışdır. Ekspertlərin rəyləri əsassızdır, belə ki, GPS aparatı istifadə olunmayıb, koordinatlar, iddiaçı ilə mənim örüş sahəm arasındakı sərhəd təyin edən nöqtələr göstərilməmişdir. Mütləq qaydada təkrar və müstəqil ruhlu ekspertin və ya ekspetlərin iştirakı ilə ekspertiza keçirilməlidir. Belə mki, 2007-ci ildən heç bir problem olmadan istifadəsində olan torpaq sahəsinin ondan alınması dü deyil Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, o, 2007-ci ildə mübahisəli torpaq sahəsindən istifadə edir. İcarəsində olan topraq sahəsinə dair yalnız icarə müqaviləsi vardır və başqa sənədi yoxdur. Apellyasiya şikayətinin təmin edilməsini, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)- 77/2023 saylı qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etdi. İddiaçı nümayəndəsi X4 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, mübahisələndirilən torpaq sahəsinin 3088 ha hissəsi iddiaçının mülkiyyətində olan pay torpaq sahəsidir və cavabdeh həmin torpaq sahəsini zəbt edərək, istifadə edir. İddianın onun icarəsinə verilmiş verilmiş 0,30 ha torpaq sahəsi ilə bağlı icarə müqaviləsinin müddəti bitdiyi üçün, iddianın həmin hissəsi ilə bağlı marağı yoxdur və başqa yoldan istifadə edir və maneəsiz olaraq öz tarpağına daxil ola bilir. Məhkəmənin qətnanəsini qanuni hesab edir. Ona görə də, şikayətin təmin edilməməsini və Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-77/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmsını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-77/2023 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı məxsus Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən yerləşən 2 ha torpaq sahəsinin 3088 kv.m hissəsindən çıxarılmalı, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin **********227 qeydiyyat nömrəli, çıxarışından görünür ki, Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən 0.14 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsi xx.xx.2021-ci il tarixdə İddiaçı xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, DTXK Tovuz rayon şöbəsi 09 avqust 1999-cu il tarixli JN-920 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı, Tovuz rayon Dövlət notariat kontoru xx.xx.2021-ci il tarixli 4Ə-181 nömrəli daşınmaz əmlakın alqı satqı müqaviləsinə əsasən, Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı adına qeydiyyata alınmışdır. hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin **********49 qeydiyyat nömrəli, çıxarışından görünür ki, Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən 0.14 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsi xx.xx.2020-ci il tarixdə İddiaçı xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, DTXK Tovuz rayon şöbəsi 09 avqust 1999-cu il tarixli JN-935 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı, Tovuz rayon Dövlət notariat kontoru 27 fevral 2020-ci il tarixli 4Ə-298 nömrəli daşınmaz əmlakın alqı satqı müqaviləsinə əsasən, Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı adına qeydiyyata alınmışdır. hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin **********02 qeydiyyat nömrəli, çıxarışından görünür ki, Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən 0.14 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsi xx.xx.2022-ci il tarixdə İddiaçı xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin ********** qeydiyyat nömrəli, çıxarışından görünür ki, Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən 1,46 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsi xx.xx.2018-ci il tarixdə İddiaçı xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, DTXK Tovuz rayon şöbəsi 09 avqust 1999-cu il tarixli JN-934 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı, Tovuz rayon Dövlət notariat kontoru xx.xx.2018-ci il trixli 4Ə-95 nömrəli daşınmaz əmlakın alqı satqı müqaviləsinə əsasən, Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən 1,46 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı adına qeydiyyata alınmışdır. hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin **********51 qeydiyyat nömrəli, çıxarışından görünür ki, Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən 0.1159 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsi xx.xx.2022-ci il tarixdə İddiaçı xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. torpaq sahəsinin icarəyə verilməsi müqaviləsinin surətindən görünür ki, Tovuz rayonu Aşağı Quşçu kəndi bələdiyyəsi tərəfindən Cavabdeh 1 hektar torpaq sahəsi icarəyə verilmişdir. torpaq sahəsinin icarəyə verilməsi müqaviləsinin surətindən görünür ki, Tovuz rayonu Aşağı Quşçu kəndi bələdiyyəsi tərəfindən 0,30 ha torpaq sahəsi xx.xx.2022-ci il tarixədək İddiaçı icarəsinə verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 10 mart 2023-cü il tarixli 10/1108 nömrəli və 19 oktyabr 2023-cü il tarixli 3-16-16/2-10/7076 nömrəli ekspert rəyllərindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyinin məlumatlarına əsasən, Cavabdeh faktiki istifadəsi kimi təqdim edilən 6678 kv.m torpaq sahəsinin baza məlumatlarına əsasən 3496 kv.m-ə qədər hissəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir və 3088 kv.m-ə qədər hissəsi isə İddiaçı məxsus **********51, **********49, **********02 və **********27 reyestr nömrəli çıxarışda olan torpaq sahələri ilə üst-üstə düşür. işə əlavə olunmuş aktdan görünür ki, kənd sakini İddiaçı kənd bələdiyyəsinə ünvanladığı 16 saylı məktubuna əsasən ünvan 1 Tovuz ərazi İdarəsi tərəfindən verimiş İddiaçı məxsus reyestr nömrəli **********51 **********49 olan torpaq sahələrinə baxış keçirilərkən maşın və texnika üçün yolların olmadığı müəyyən edilmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh qanunsuz tutduğu ona məxsus Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən 0,30 ha torpaq sahəsindən və icarə müqsaviləsi əsasında ona veürilmiş 0,30 ha torpaq sahəsindən çıxarılmasına, onun mülkiyyətində olan ümumi sahəsi 2,00 ha torpaq sahəsinə və Tovuz rayonu X2 tərəfindən verilmiş həmin torpaq sahəsinə gediş-gəliş yolunun yerləşdiyi torpaq sahəsinə qanunsuz müdaxiləsinin qadağan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi isə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10 mart 2023-cü il tarixli 10/1108 nömrəli və 19 oktyabr 2023-cü il tarixli 3-16-16/2-10/7076 nömrəli ekspert rəylərinə əsaslanaraq, iddanı tam təmin edib, Cavabdeh İddiaçı mülkiyyətinə verilmiş və istifadəsində olan Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən torpaq sahəsindən çıxarılmasını qət etmişdir. Əslində isə, yuxarıda qeyd edilən ekspertiza rəyləri ilə müəyyən edilir ki, Cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin 3088 kv.m-ə qədər hissəsi zəbt edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyət növündə ola bilər. 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır; Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur; Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və onun üzərində sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin : 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111-ci maddəsinin 2-ci bəndinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 10 mart 2023-cü il tarixli 10/1108 nömrəli və 19 oktyabr 2023-cü il tarixli 3-16-16/2-10/7076 nömrəli ekspert rəylləri ilə müəyyən edilir ki, Cavabdeh faktiki istifadəsi kimi təqdim edilən 6678 kv.m torpaq sahəsinin baza məlumatlarına əsasən 3496 kv.m-ə qədər hissəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir və 3088 kv.m-ə qədər hissəsi isə İddiaçı məxsus **********51, **********49, **********02 və **********27 reyestr nömrəli çıxarışda olan torpaq sahələri ilə üst-üstə düşür. Cavabdeh apellyasiya şikayətinin dəlillərində ekspert rəylərini əsassız hesab edərək, təkrar və müstəqil ruhlu ekspertin və ya ekspetlərin iştirakı ilə ekspertiza keçirilməsini xahiş etsə də, əldə edilmiş ekspertiza rəylərinin mötəbərliyi heç bir şübhə doğurmadığından, onun həmin dəlilini əsassız hesab edilir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı məxsus **********51, **********49, **********02 və **********27 reyestr nömrəli çıxarışda olan torpaq sahələrinin 3088 kv.m-ə qədər hissəsindən Cavabdeh istifadə etdiyi üçün, o, həmin torpaq sahəsindən çıxarılmalıdır. İddianın onun icarəsinə verilmiş verilmiş 0,30 ha torpaq sahəsindən çıxarılma hissəsinə gəldikdə isə, həmin icarə müqaviləsinin müddəti bitdiyi üçün, ona xitam verilmişdir. İddiaçının nümayəndəsi də, məhkəmə kollegiyasının iclasında həmin icarə müqaviləsinin müddəti bitdiyi üçün, iddianın həmin hissəsi ilə bağlı marağının olmamasını və başqa yoldan istifadə edəcəyini bildirmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin : 65-ci maddə:
1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.
2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır.
4. Torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir.
5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
6. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir.
7. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. 66-cı maddə:
2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 68-ci maddə: Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, torpaq sahəsinin icarəyə verilməsi müqaviləsi ilə Tovuz rayonu Aşağı Quşçu kəndi bələdiyyəsi tərəfindən 1 hektar torpaq sahəsi Cavabdeh icarəsinə verilsə də, həmin topraq sahəsinin sərhədləri yerdə müəyyən edilməmiş, onların planı və ölçüsü tərtib edilməmiş, ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr, nişanələr və koordinatları əks olunmamış və müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməmişdir. Azərbaycan Respublikası MPM-nin: 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun olmamışdır ki, bu hallar da qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-77/2023 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı məxsus Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən 2 ha torpaq sahəsinin 3088 kv.m hissəsindən çıxarılmalı, iddia qalan hissədə rədd edilməlidir. İşdə olan ekspertiza xərclərinə dair xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli bildirişlərdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri ümumilikdə 200 manat təşkil etmişdir ki, həmin məbləğ Cavabdeh tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 390, 392- 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ :
Apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-77/2023 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı məxsus Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən 2 ha torpaq sahəsinin 3088 kv.m hissəsindən çıxarılsın. İddia qalan hissədə rədd edilsin. İş üzrə ekspertiza xərci cavabdehə aid edilsin və ekspertiza tədqiqatının dəyəri olan 200 manat Cavabdeh tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülsün. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.