Məhkəmə qərarları › İş №2(104)-879/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-879/2024

15.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-879/2024 15.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İldırım qızına qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: cavabdehlərin evdən çıxarılması və vərəsəlik qaydasında düşən payın bölünməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı və Cavabdeh1, (o, eyni zamanda cavabdehlər Cavabdeh2 və Cavabdeh3 İldırım qızının etibarnamə üzrə nüməyəndəsidir) iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İldırım qızına qarşı mülkiyətindən cavabdehlərin çıxarılmasına və mərhum atasına verilən 1⁄2 hissənin xx.xx.2010-cu il tarixli vərəsə şəhadətnaməsi ilə ona düşən hissəsinin bölünərək onun mülkiyətinə verilməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-154/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 15 may 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 7269 saylı xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında yaşayır.

2. “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin” surətindən göünür ki, 21 aprel 2010-cu ildə vəfat etmiş X9 vərəsələri: Bərdə şəhəri, Gəncə küçəsi ev 81-də qeydiyyatda olan qızı: İddiaçı, Bərdə rayonu Gərənə kəndində qeydiyyatda olan qızı X5r. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikas ƏMDKY DƏDRX Bərdə Ərazi İdarəsinin 25 avqust 2010-cu il tarixli 5194 saylı müqavilə və digər əsaslar üzrə vəfat etmiş şəxsə məxsus olmuş, üzərində mülkiyyət və digər əşya hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka dair hüquqların rəsmiləşdirilməsinin mümkünlüyü barədə arayışına əsasən Bərdə şəhəri, Gəncə küçəsində 81 nömrəli ünvanda 0:03 ha torpaq sahəsində yerləşən, 1971-ci ildə tikilmiş, 1 (bir) otaqlı, 61.7 kv.m ümumi, 31.1 kv.m yaşayış, 30.6 kv.m köməkçi sahəsi olan A/yaşayış evinin, 1961-ci ildə tikilmiş, 1 (bir) otaqlı, 29 kv.m ümumi, 16.8 kv.m yaşayış, 12.2 kv.m köməkçi sahəsi olan B/yaşayış evinin, 1980-ci ildə tikilmiş, 8 kv.m ümumi sahəsi olan hamamın, 1 kv.m ümumi sahəsi olan ayaqyolunun və 10 kv.m ümumi sahəsi olan darvazanın 2/6 hissəsindən ibarətdir. Həmin əmlakın 4/6 hissəsinə vərəsəlik hüququ haqqında şahadətnamə verilib. (Vərəsəlik işinin nömrəsi V-176/xx.xx.2010-cu il)

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən İddiaçı adına verilmiş Seriya MA, №0047079, reyestr nömrəsi **********27-10301 olan Çıxarışdan görünür ki, Bərdə şəhəri Gəncə küçəsi 81 ünvanında 0.03 ha torpaq sahəsində yerləşən 1 (bir) otaqlı, 61.7 kv.m ümumi, 31.1 kv.m yaşayış, 30.6 kv.m köməkçi sahəsi olan A/yaşayış evi, 1 (bir) otaqlı, 29 kv.m ümumi, 16.8 kv.m yaşayış, 12.2 kv.m köməkçi sahəsi olan B/yaşayış evi, 10.6 kv.m umumi sahəsi olan hamam, 1 kv.m ümumi sahəsi olan ayaqyolu və darvaza X9 (1/2 hissə) və İddiaçı (1/2 hissə) paylı mülkiyyətindədir.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən X13 adına verilmiş Seriya MA, №0046813, reyestr nömrəsi **********27-10301 olan Çıxarışdan görünür ki, Bərdə şəhəri Gəncə küçəsi 81 ünvanında 0.03 ha torpaq sahəsində yerləşən 1 (bir) otaqlı, 61.7 kv.m ümumi, 31.1 kv.m yaşayış, 30.6 kv.m köməkçi sahəsi olan A/yaşayış evi, 1 (bir) otaqlı, 29 kv.m ümumi, 16.8 kv.m yaşayış, 12.2 kv.m köməkçi sahəsi olan B/yaşayış evi, 10.6 kv.m umumi sahəsi olan hamam, 1 kv.m ümumi sahəsi olan ayaqyolu və darvaza X9 (1/2 hissə) və X13 (1/2 hissə) paylı mülkiyyətindədir.

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən Arayışdan qeyd olunur ki, Bərdə şəhəri, Gəncə küçəsi ünvanında yerləşən 81 nömrəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində paylı mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır.

6. AZ-İ №409340 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir.

7. AG-JQ №397321 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.1961-cı il tarixdə anadan olmuşdur. Ata qrafasında ata adı X18, ana qrafasında ana adı X4 qeyd olunmuşdur.

8. XV-JQ №379701 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1990-cı il tarixdə anadan olmuşdur. Ata qrafasında ata adı X17, ana qrafasında ana adı Cavabdeh1 kimi qeyd olunmuşdur.

9. 01 avqust 1961-ci ildə doğulmuş, Bərdə şəhəri, Gəncə küçəsi ev 81-də yaşayan X19 tərəfindən ünvan 3 ünvanlanmış ərizədən görünür ki, X19 21 aprel 2010-cu ildə vəfat etmiş atası X14 vəfatından sonra qalmış və Bərdə şəhəri, Gəncə küçəsində yerləşən 81 nömrəli yaşayış evindən vərəsəlik qaydasında ona çatası paydan vəsiyyətnamə üzrə vərəsəsi oğlu Cavabdeh2 xeyrinə imtina etdiyini bildirmişdir.

10. 25.02.2007-ci il tarixli Vəsiyyətnamənin surətindən görünür ki, X18 ölən günədək ona məxsus olan Əmlakını, o cümlədən, ünvan 4 ünvanda yerləşən yaşayış evini Bərdə şəhəri Gəncə küçəsi ev 81-də yaşayan oğul nəvəsı – Cavabdeh2 vəsiyyət etmişdir.

11. Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında xx.xx.2010-cu il tarixli Şəhadətnamənin surətindən görünür ki, Bərdə rayon 1 saylı dövlət notariat kontoru tərəfindən "25" fevral 2007-ci ildə təsdiq edilən və reyestrdə 2V-19 №-ilə qeyd olunan vəsiyyətnaməyə əsasən -"21" aprel 2010-cu ildə vəfat etmiş X9 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi: Bərdə şəhəri, Gəncə küçəsi, ev 81-də yaşayan nəvəsi - Cavabdeh2dur. Şəhadətnamə verilən miras emlak: Azərbaycan Respublikası ƏMDKY DƏDRX Bərdə r-nu Ərazi İdarəsinin 25 avqust 2010-cu il, 5194 saylı arayışına və 17 08 2010-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********27-10301 reyestr nömrəsindən çıxarışına əsasən Bərdə şəhəri, Gəncə küçəsində 81 nömrəli ünvanda 0,03 ha torpaq sahəsində yerləşən, 1971-ci ildə tikilmiş, 1 (bir) otaqlı, 61,7 kv.m ümumi, 31,1 kv.m yaşayış, 30,6 kv.m köməkçi sahəsi olan A/yaşayış evinin, 1961-ci ildə tikilmiş, 1 (bir) otaqlı, 29 kv.m ümumi, 16,8 kv.m yaşayış, 12,2 kv.m köməkçi sahəsi olan B/yaşayış evinin, 1980- ci ildə tikilmiş, 8 kv.m ümumi sahəsi olan hamamın, 1 kv.m ümumi sahəsi olan ayaqyolunun və 10 kv.m ümumi sahəsi olan darvazanın 4/6 hissəsindən ibarətdir. Göstərilən miras əmlakın 2/6 hissəsi açıq buraxılır.

12. İddiaçı tərəfindən Bərdə rayon 1 saylı Dövlət Notariat Kontoruna verilmiş xx.xx.2010-cu il tarixli Ərizədən görünür ki, İddiaçı 21 aprel 2010-cu ildə vəfat etmiş atası X9 vəfatından sonra qalmış və Bərdə şəhəri Gəncə küçəsində yerləşən 81 nömrəli fərdi yaşayış evindən vərəsəlik qaydasında ona çatası payı qəbul etdiyini qeyd etmişdir.

13. X15 tərəfindən Bərdə rayon 1 saylı Dövlət Notariat Kontoruna verilmiş xx.xx.2010-cu il tarixli Ərizədən görünür ki, X15 21 aprel 2010-cu ildə vəfat etmiş atası X9 vəfatından sonra qalmış və Bərdə şəhəri Gəncə küçəsində yerləşən 81 nömrəli fərdi yaşayış evindən vərəsəlik qaydasında ona çatası payı qəbul etdiyini qeyd etmişdir.

14. 30.03.2010-cu il tarixli Bağışlama Müqaviləsinin surətindən görünür ki, X21 Azərbaycan Respublikası ƏMDKY DƏDRX Bərdə Ərazi İdarəsinin 17 mart 2010-cu il, 1735 saylı arayışına və xx.xx.2010-cu il, ********** qeydiyyat nömrəli, **********27-10301 reyestr nömrəsindən çıxarışına əsasən ona məxsus olan, ünvan 6 ünvanda 0,03 ha torpaq sahəsində yerləşən, 1971-ci ildə tikilmiş,1 (bir) otaqlı, ümumi sahəsi 61.7 kv.m,yaşayış sahəsi 31,1 kv.m olan A/yaşayış evinin və 1961-ci ildə tikilmiş, 1 (bir) otaqlı,ümumi sahəsi 29 kv.m, yaşayış sahəsi 16,8 kv.m olan B/yaşayış evinin, 980-ci ildə tikilmiş, ümumi sahəsi 8 kv.m olan hamamın, ümumi sahəsi 1 kv.m olan ayaqyolunun və ümumi sahəsi 10 kv.m olan darvazanın ona məxsus olan hissəsini qızı-İddiaçı bağışlamışdır.

15. İş materiallarına əlavə edilmiş Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş Fərdi yaşayış evinin Texniki Pasportun surətindən görünür ki, Bərdə şəhəri Gəncə küçəsi ev 81 ünvanında yerləşən fərdi yaşayış evinin hüquq subyekti kimi X18 və İddiaçı qeyd olunmuşdur.

16. Bərdə rayon Məhkəməsinin 2-654/2007 nömrəli xx.xx.2007-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı atası X6 miras qalacaq əmlakdan məcburi pay almaq hüququndan məhrum edilməsi qət olunmuşdur.

17. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2(104)255/(05-42) nömrəli qətnaməsindən görünür ki, Bərdə rayon Məhkəməsinin 2-654/2007 nömrəli xx.xx.2007-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti qismən təmin olunaraq, Bərdə rayon Məhkəməsinin 2-654/2007 nömrəli xx.xx.2007-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia tələbi təmin olunmamışdır.

18. Bərdə rayon Məhkəməsinin 2-621/2007 nömrəli xx.xx.2007-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X13 cavabdeh X18 ilə birgə nikah dövründə əldə etdikləri Bərdə şəhəri Gəncə küçəsi 81 sayda yerləşən ümumi sahəsi 93-1 kv, yaşayış sahəsi 48,6 kv.m, köməkçi sahəsi 44,5 kv olan iki otaqlı evin və aşağıda adları qeyd edilən 70 adda Böyük şifer 100 ədəd-520 manat, Pol taxtası 240 manat, sütunlar 10 ədəd-200 manat, Xalça 1 ədəd 3x2-60 manat, Daroşka 2 ədəd- 40 manat, Palaz 3 ədəd-40 manat, Böyük döşək 6 ədəd-120 manat, Yorğan 6 aded-80 manat, Yastıq 6 ədəd 60 manat, uzun döşəkcə 4 ədəd-30 manat, Yun adyal 2 ədəd-20 manat, Çarpayı örtüyü 4 ədəd-12 manat, Naxışlı çexol 1 dəst-16 manat, Təzə çexol 3 ədəd-18 manat, Təzə prostina 8 ədəd-16 manat, Təzə yastıq üzü 6 ədəd-3,60 manat, Güllü ağ 20 metr-12 manat, Məhrəba 6 ədəd- 6 manat, Çay dəsmalı 6 ədəd-3,60 manat, Təzə ağ 10 metr-6 manat, Yaşıl irək 3ədəd-3 manat, stul 6 ǝded-60 manat, Şifoner 1 ədəd - 60 manat, Soyuducu 1 ədəd-120 manat, Televizor 1 ədəd-60 manat, stol 2 ədəd-60 manat, Balaca qaz balonu 2 ədəd-14 manat, Çarpayı 4 ədəd-80 manat, Samovar 2 ədəd-20 manat, Çaydan 2 ədəd-12 manat, Aliminium böyük teşt 2 ədəd-16 manat, Su betonu 40 letrlik-40 manat, Böyük tuj ləyən 1 ədəd-6 manat, aliminium ləyən 2 ədəd-10 manat, Böyük tiyan 1 ədəd-20 manat, Aliminium qazan 6 ədəd-30 manat, Balon (1 tuj,1 aliminium) 2 ədəd-10 manat, Tuj qazan 8 litrlik-10 manat, 1 ədəd aliminium qazan 40-lik 1 ədəd- 30 manat, Göy tuj qazan 40- lik-30 manat, Aliminium qazan 10-lik-10 manat, dəmir vedrə 2 ədəd-6 manat, Nazik stəkan 90 ədəd-20 manat, Padnos 2 ədəd-4 manat, stəkan armudu 30 ədəd-6 manat, şüşə qənd qabı 30 ədəd-24 manat, duz qabı 30 ədəd-4 manat, Nəlbəki 90 ədəd-18 manat, armudu stəkan nəlbəkisi 30 ədəd-6 manat, Aş boşqabı 70 ədəd-28 manat, Sous boşqabı 50 ədəd 20 manat, dolma boşqabı 50 ədəd-15 manat, Kasa 50 ədəd-15 manat, Şoraba boşqabı 50 ədəd-10 manat, Tərəzi 1 ədəd-20 manat, Gümüş böyük qaşıq 50 ədəd-20 manat, çəngəl 30 ədəd-12 manat, çay qaşığı 12 eded-2 manat, Böyük qazan qaçığı gümüş 1 ədəd-2 manat, miss kəfkir 1 ədəd-4 manat, qrafin 1 ədəd-2 manat, meyvə vazı 2 ədəd-2 manat, tuj padnos 6 ədəd-12 manat, böyük meyvə vazı 6 ədəd-10 manat, 20 litrlik kanistr 2 ədəd 10 manat, irili-xırdalı şüşə balon 50 ədəd-10 manat, şiş 6 eded- 3 manat, Duxovka (1 qırmızı,1 düzəltmə) -36 manat, Dördayaq, oxlov 1 ədəd-4 manat, tuj çaynik 2 litrlik- 4 manat əşyaların ikidə bir hissəsinə iddiaçı X13 mülkiyyət hüququnun tanınması qət olunmuşdur.

19. Bərdə rayon Məhkəməsinin 2-282/2007 nömrəli xx.xx.2007-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh1 iki uşağı ilə birlikdə ünvan 7 ünvanda yerləşən X9 adına olan evin sahəsi 24 kv.m olan otağında yaşayış hüququnun, həmçinin həmin otağın qarşısındakı hissədən və yardımçı binalardan istifadə hüququnun verilməsi qət olunmuşdur.

20. Bərdə rayon Məhkəməsinin 2(021)-14/2009 nömrəli xx.xx.2009-cu il tarixli qərardadından görünür ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2-282 saylı qətnaməsinin qət hissəsində olan yanlışlıq və səhvlər düzələrək “Cavabdeh1 2 uşağı ilə birlikdə ünvan 7 ünvanda yerləşən X9 adına olan 2 otaqlı evin 31.10 kv.m sahəsi olan otağına yaşayış hüququ həmçinin həmin otağın qarşısındakı hissədən və yardımcı binalardan istifadə verilsin” sözlərinin qeyd edilməsi qərara alınmışdır.

21. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2(104)381/(05-63) nömrəli qətnaməsindən görünür ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2- 282 saylı qətnaməsindən narazı qalan cavabdeh X21 və işdə iştirak etməyə cəlb edilməmiş İddiaçı apellyasiya şikayəti vermiş, lakin apellyasiya şikayəti təmin edilməmiş, Bərdə rayon Məhkəməsinin qəbul etdiyi xx.xx.2007-ci il tarixli 2-282 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

22. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2008-ci il tarixli 2(102)564/08 nömrəli Qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsindən cavabdeh X21 və 3-cü şəxs İddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, lakin kassasiya şikayəti təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

23. Bərdə rayon Məhkəməsinin 2-670/2007 nömrəli xx.xx.2007-ci il tarixli qətnaməsindən görünür ki, Quliyeva Gülayǝ Elman qızının cavabdeh X9 mülkiyyətində olan ünvan 8 ünvanda yerləşən yaşayış sahəsi 48.6 kv\m olan, köməkçi sahəsi 44.5 kv\m olan, ümumi sahəsi 44.5 kvm olan 2 otaqlı yaşayış evinin 33.3 kvm sahəsi olan otağında yaşayış hüququnun tanınması və onun həmin otağa köçürülməsi qət olunmuşdur.

24. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(104)471/2009 nömrəli qətnaməsindən görünür ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsindən cavabdeh-iddiaçı X18 tərəfindən apellyasiya şikayəti verilmiş, lakin apellyasiya şikayəti təmin olunmamış, Bərdə Rayon Məhkəməsinin bu iş üzrə 2-670/2007 saylı 29 avqust 2007-ci il tarixli qətnaməsinin Quliyeva Gülayǝ Elman qızının cavabdeh X9 mülkiyyətində olan ünvan 8 ünvanda yerləşən 2 otaqlı yaşayış sahəsinin 33.3 kv.m sahəsi olan otağında yaşayış hüququnun tanınması və onun həmin otağa köçürülməsi hissəsində qismən ləğv edilmiş, cavabdeh-iddiaçı X9 qaşılıqlı iddiası təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

25. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2009-cu il tarixli 2(102)3183/2009 nömrəli Qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(104)-471/2009 nömrəli qətnaməsindən cavabdeh X18 tərəfindən kassasiya şikayəti verilmiş, lakin kassasiya şikayəti təmin olunmamış və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(104)471/2009 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

26. Bərdə rayon Məhkəməsinin 2-35/2008 nömrəli xx.xx.2008-ci il tarixli qətnaməsindən görünür ki, ünvan 9 ünvanda yerləşən mülkün «A» yaşayış evi X13, «B» yaşayış evi isə X9 mülkiyyətinə verilmiş, ünvan 9 ünvanda yerləşən mülkün «A» yaşayış evi liǝ «B» uşayış evinin qiyməti arasındakı fərq hesabına yaranan 10584 (on min beş yüz səksən dörd) manat pay tanasübsüzlüyü Quliyeva Sayad-Alı qızından alınaraq X16 ödənilməsi, mülkün hayətyanı torpaq sahəsi, hamamı və ayaqyolusu tərəflərin birgə istifadəsində saxlanılması qət olunmuşdur.

27. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(104)09/2010 nömrəli qətnaməsindən görünür ki, Bərdə rayon Məhkəməsinin 2- 35/2008 nömrəli 11 iyul 2008-ci il tarixli qətnaməsindən iddiaçı X21 və cavabdeh X18 apellyasiya şikayəti vermiş, cavabdeh X18 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iddiaçı X21 tərəfindən verilmiş apellyasiya şikayəti qismən edilərək, Berde rayon Məhkəməsinin bu iş üzrə 11 iyul 2008-ci il tarixli qətnaməsi qismən ləğv edilmiş, iddiaçı X13 iddia tələbi aşağıdakı qaydada təmin edilmişdir: -ünvan 9 ünvanda yerləşən mülkün «A» yaşayış evi X13, «B» yaşayış evi isə X9 mülkiyyətinə verilsin. -ünvan 9 ünvanda yerləşən mülkün «A» yaşayış evinin qarşısında yerləşən hamam-tualet tikilisi sökülərək, bu evdən qonşu sərhəd hasarına qədər olan məsafə 4,3 m müəyyən olunduğundan, tərəflərin torpaq sahəsindən ayrıayrılıqda istifadələri üçün həmin evin qarşısında eni 1,5 metr məsafədə sərhəd hasarı çəkilsin. «B» yaşayış evinin sərəncamında qalan 2,8 metr torpaq sahəsində küçəyə giriş-çıxış qapısı açılsın. -ünvan 10 ünvanda yerləşən mülkün «A» yaşayış evi ilə B. yaşayış evinin qiyməti arasındakı fərq hesabına yaranan 8348 manat pay tənasübsüzlüyü X10 alınaraq X16 ödənilsin. -Mülkün bölünməsi ilə bağlı yeni hama-tualetin tikilməsi, sanitar qurğularının çəkilməsi, söküntü işlərinin aparılması X13 və X9 hər birinə aid hissədə öz xərcləri hesabına, payların iki yerə ayrılması üçün hasarın çəkilməsi xərcləri isə X13 və X9 birgə vəsaitləri hesabına həyata keçirilsin. Payların naturada bölünməsi ilə bağlı işlərin görülməsi və pay tənasübsüzlüyü ilə bağlı pulun (kompensasiyanın) alınıb verilməsi eyni vaxtda icra edilsin.

28. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2010-cu il tarixli 2(102)1734/10 nömrəli Qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(104)09/2010 nömrəli qətnaməsindən cavabdeh X18 və Cavabdeh1 tərəfindən kassasiya şikayəti verilmiş, lakin kassasiya şikayəti təmin olunmamış və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(104)09/2010 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

29. 25 dekabr 2013-cü il tarixli, 1284/12 saylı icra sənədinin qaytarılması haqqında qərardan görünür ki, tələbkarın- İddiaçı hərəkətsizliyi nəticəsində -8348 manat pulun ödənilməməsi səbəbindən icra edilməyən icra sənədi kimi geri qaytarılmışdır.

30. Tərtər Rayon Məhkəməsinin 17 may 2011-ci il tarixli 2-205/2011 saylı qətnaməsindən görünür ki, Bərdə rayon İHB-nın Bərdə şəhər nümayəndəliyinin xx.xx.2010-cu il tarixli 864 saylı, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə Ərazisi İdarəsinin xx.xx.2010-cu il tarixli 1735 saylı arayışlarının, Bərdə rayon 1 saylı natariat kontoru tərəfindən Reyestrdə qeyd edilmiş 30 mart 2010-cu il tarixli bagişlama müqaviləsinin etibarsız hesab olunmaqla ləğv olunması və həmin müqavilənin dövlət reyestrinin qeydiyyatından çıxarılması qət edilmişdir.

31. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(104)845/2011 nömrəli qətnaməsindən görünür ki, Tərtər Rayon Məhkəməsinin 17 may 2011-ci il tarixli 2-205 saylı qətnaməsindən cavabdeh İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti təmin olunaraq İş üzrə Tərtər Rayon Məhkəməsinin 17 may 2011-ci il tarixli 2-205 saylı qətnaməsi ləğv edilmiş, iddiaçılar X11, Cavabdeh2, Cavabdeh1ı qızının və X7 cavabdehlər İddiaçı, Bərdə rayon İHB-nin Bərdə şəhəri üzrə nümayəndəliyə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə Ərazi İdarəsinə və Bərdə rayon 1 saylı notariat kontoruna qarşı Bərdə rayon İHB-nin Bərdə şəhər nümayəndəliyinin xx.xx.2010-cu il tarixli 864 saylı və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə Ərazi İdarəsinin xx.xx.2010-cu il tarixli 1735 saylı arayşıların, həmçinin Bərdə rayon 1 saylı notariat kontoru tərəfindən Reyestrdə qeyd edilmiş 30 mart 2010-cu il tarixli bağışlama müqaviləsinin etibarsız hesab olunmaqla ləğv edilməsi və həmin müqavilənin dövlət reyestri qeydiyyatından çıxarılmasına dair iddiaları təmin edilməmişdir.

32. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2012-ci il tarixli 2(102)748/12 nömrəli Qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(104)-845/2011 nömrəli qətnaməsindən iddiaçılar X19, Cavabdeh2, Cavabdeh1ı qızı və X7 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamış, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(104)845/2011 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

33. Bərdə rayon Məhkəməsinin 2-153/2011 nömrəli xx.xx.2011-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh2 və X11 cavabdehlər İddiaçı və X8 qarşı ləyaqətsiz vərəsə hesab edilmələrinə və onların mərhum ataları X6 miras qalmış əmlaka vərəsəlik hüququndan məhrum edilmələrinə dair tələbləri əsassız olduğundan təmin olunmamışdır.

34. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2012-ci il tarixli 2(102)-463/2012 nömrəli qərarından görünür ki, Bərdə rayon Məhkəməsinin 2- 153/2011 nömrəli xx.xx.2011-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(104)754/2011 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, həmin qətnamədən kassasiya şikayəti verilmiş, lakin şikayət təmin olunmamış və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(104)754/2011 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

35. Bərdə rayon Məhkəməsinin 2-150/2011 nömrəli xx.xx.2011-ci il tarixli qətnaməsindən görünür ki, Quliyeva Gülayǝ Elman qızının və X3 mərhum ataları X6 miras qalmış ünvan 7 ünvanda 0,03 hektar həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 1⁄2 hissəsinin 1/6 hissəsinə mirasdan məcburi pay hüquqlarının müəyyən edilməsi, bu qətnamənin mərhum X6 miras qalmış ünvan 7 ünvada 0,03 hektar həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 1⁄2 hissəsinin 1/6 hissəsi Quliyeva Gülayǝ Elman qızının və 1/6 hissəsi X3 adına Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bərdə Ərazi İdarəsində qeydə alınması üçün əsas olması qət olunmuşdur.

36. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(104)1252/2013 nömrəli qətnaməsindən görünür ki, Bərdə Rayon Məhkəməsinin 03 iyul 2013-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh2 qarşı tutmanın miras əmlakdan məcburi paya yönəldilməsi, qalıq borc məbləğin ödənilməsi ilə yaşayış sahəsinə köçürülmə tələbinə dair ilkin iddianın, Cavabdeh2 və onun nümayəndəsi X12 cavabdehlər İddiaçı və X8 qarşı ilkin iddia tələbinin əsassız olduğu üçün rədd edilməsi, ünvan 11 ünvanda yerləşən evlə bağlı mərhum X16 aid müəyyən edilmiş 17500 manatdan cavabdehlər İddiaçı və X8, hər birinə 2917 manat macburi pay düşdüyü, 3-cü şəxs X19 isə 2917 manat məbləğində olan öz məcburi payını iddiaçıya bağışladığına görə payına 11667 manat düşdüyü üçün İddiaçını mülkiyyət hüququndakı payına tənasübsüzlüyü aradan qaldırmaq məqsədi ilə cabdehlər İddiaçı və X2 11667 manat məbləğində pulun alınıb ona verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi qət edilmiş, qətnamədən narazı qalan ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti qismən təmin edilərək, Bərdə Rayon Məhkəməsinin bu iş üzrə 03 iyul 2013-cü il tarixli qətnaməsi qismən cavabdeh İddiaçı mənzilə köçürülməsi hissəsində ləğv edilmiş, İddiaçı mülkiyyətində olan ünvan 13 fərdi yaşayış evinin 1/2 hissəsinə köçürülməsi qət olunmuşdur. Bərdə Rayon Məhkəməsinin 03 iyul 2013-cü il tarixli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

37. Yerli baxış protokolundan görünür ki, ünvan 12 ünvanında yerləşən iki fərdi yaşayış evi vardır. Onlardan biri kiçik həcimli olmaqla köhnə tikilidir və yaşayış yoxdur. Digər ev isə restavrasiya olunmuş və cavabdehlər faktiki olaraq orada yaşayırlar.

38. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/1516 nömrəli Ekspert rəyindən görünür ki, ünvan 12 ünvanında yerləşən A və B fərdi yaşayış evlərinin tərəflər arasında 1/6 paylara uyğun olaraq təcrid mənzillər şəklində bölünməsi, İnşaat Norma və Qaydaları 2.08.01.89-11, 2.1 2.2 2.4, 2.7, 2.9. bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

39. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İldırım qızına qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, mərhum atası X18 ilə onun mülkiyətinə Daşınmaz Əmlakın Reyster nömrəli **********27-10301 saylı verilən çıxarışda olan mülkiyyətindən cavabdehlərin çıxarılmasına mərhum atasına verilən 1⁄2 hissənin xx.xx.2000-ci il tarixli Nazirlər Kabinetinin 148 saylı qərarı ilə xx.xx.2010-cu il tarixli vərəsə şəhadətnaməsi ilə ona düşən hissəsinin bölünərək onun mülkiyətimə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

40. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-154/2023 nömrəli qətnaməsi ilə (hakim Qamət Əbilov), iddianın təmin edilməməsi, ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı aid edilməsi, ekspertiza tədqiqatının dəyəri 100 manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının hesabına ödənilməsi qət edilmişdir.

41. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 164.1, 165.1, 220.2, 220.3, 1133.1, 1133.2, 1134.1, 1151.1 və 1159.1.1-ci maddələrinə istinad etmiş və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 213-214, 216-220, 227, 233 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

42. İddiaçı apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-154/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

43. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, mərhum anası ona vərəsəlik vermiş, mübahisəli evin 1/2 hissəsi onun mülkiyətinə verilərək DƏDRX-də **********27-10301 saylı qeydiyyat çıxarışı verilib. Həmin çıxarışda 1/2 hissəsi mərhum atasının adına qeyd olunub. Mərhum atasından qalan evin o da vərəsəsidir. Ona görə də hesab edir ki, sözügedən ev ünvan 7 ünvanda yerləşir, həmin evin 1⁄2 hissəsi onun mülkiyyətindədir. Digər hissə isə mərhum atası X9 xx.xx.2010-cu il tarixdə verilən vərəsəlik şəhadətnaməsi ilə öz vərəsəlik payları var idi. Cavabdehlər mübahisəli evin sənədləşdirilməsinə imkan vermirlər. Belə ki, o Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X25 Reyster Xidmətinin 7 saylı Bərdə ərazi idarəsinə müraicat etmişdir ki, sözügedən evin atasına düşən hissəsindən vərəsəlik şəhadətnaməsində göstərilən formada ona düşən hissəsi mülkiyətinə verilməsi üçün sənədləşmə və layihələşmə aparılsın. Lakin, cavabdehlər mütəxəsisləri evə baxış üçün buraxmadıqlarından onun xx.xx.2002-ci ildə ərizəsindən imtina etmək barədə bildiriş vermişdirlər. Mərhum anasından qalan ev mülkiyətinə verildiyi üçün mərhum atasının da vərəsəsi kimi ona düşən payın tanınaraq mülkiyət hüququ verilməsinə və cavadehlərin mülkiyətindən və atasından ona vərəsə kimi düşən hissədən çıxarılaraq mərhum atasından qalan vərəsə kimi ona düşən hissə ona alınıb verilərək cavabdehlər onun ümumi mülkiyətindən çıxarılmalıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

44. Cavabdeh1 iddiaçının apellyasiya şikayətinə etiraz verərək, şikayətin təmin edilməməsini və Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-154/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

45. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında göstərmişdir ki, mərhum anası ona vərəsəlik vermiş, mübahisəli evin 1/2 hissəsi onun mülkiyətinə verilərək DƏDRX-də **********27-10301 saylı qeydiyat çıxarışı verilib. Həmin çıxarışda 1/2 hissəsi mərhum atasının adına qeyd olunmuşdur. Mərhum atasından qalan evin o da vərəsəsidir. Ona görə də hesab edir ki, sözügedən ev ünvan 7 ünvanda yerləşir, onun həmin evin 1⁄2 hissəsi mülkiyətindədir. Digər hissə isə mərhum atası X9 xx.xx.2010-cu il tarixdə verilən vərəsəlik şəhadətnaməsi ilə öz vərəsəlik payları var idi. Cavabdehlər mübahisəli evin sənədləşdirilməsinə imkan vermirlər. Belə ki, o, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınma Əmlak Dövlət Reyster Xidmətinin 7 saylı Bərdə ərazi idarəsinə müraicat etmişdir ki, sözügedən evin atasına düşən hissəsindən vərəsəlik şəhadətnaməsində göstərilən formada ona düşən hissəsi onun mülkiyyətinə verilməsi üçün sənədləşmə və layihələşmə aparılsın. Lakin, cavabdehlər mütəxəsisləri evə baxış üçün buraxmadıqlarından ona imtina barədə bildiriş vermişlər. Mərhum anasından qalan ev onun mülkiyətinə verildiyi üçün mərhum atasının da vərəsəsi kimi ona düşən payın tanınaraq mülkiyyət hüququ verilməsinə və cavadehlərin onun mülkiyyətindən və atasından ona vərəsə kimi düşən hissədən çıxarılaraq onun mərhum atasından qalan vərəsə kimi ona düşən hissə ona alınıb verilərək cavabdehlər onun ümumi mülkiyətindən çıxarılmalıdır. Odur ki, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

46. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 (o, eyni zamanda cavabdehlər Cavabdeh2 və Cavabdeh3 İldırım qızının etibarnamə üzrə nüməyəndəsidir) apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(104)09/2010 nömrəli qətnaməsi ünvan 9 ünvanda yerləşən mülkün «A» yaşayış evi ilə B. yaşayış evinin qiyməti arasındakı fərq hesabına yaranan 8348 manat pay tənasübsüzlüyü X10 alınaraq X16 ödənilməsi qət olunmuşdur. X13 varisi İddiaçıdır. X9 varisi isə hazırkı iş üzrə cavabdehlərdən biri olan oğlu Cavabdeh2dur. 8348 manat isə vərəsə olaraq İddiaçı ödəməyərək qətnaməni icra etməmişdir. Həmçinin məhkəmə qətnaməsi ilə onun mənzildən yaşamaq hüququ tanınmışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

47. İş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 İldırım qızı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

48. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

49. Maddə 29. İİİ. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

50. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

51. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

52. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

53. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.

54. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

55. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

56. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

57. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

58. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar.

59. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

60. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

61. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

62. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

63. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

64. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

65. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

66. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

67. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

68. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

69. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

70. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

71. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

72. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

73. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

74. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

75. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

76. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

77. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

78. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

79. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-154/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

80. İşin hallarından göründüyü kimi, iddiaçı cavabdehlərin çıxarılmasına və mərhum atasına verilən 1⁄2 hissənin xx.xx.2010-cu il tarixli vərəsə şəhadətnaməsi ilə ona düşən hissəsinin bölünərək onun mülkiyyətinə verilməsini tələb etməklə, iddia tələbi 2 hissədən ibarətdir.

81. Belə ki, məhkəmə kollegiyası ilk öncə iddianın “mərhum atasına verilən 1⁄2 hissənin xx.xx.2010-cu il tarixli vərəsə şəhadətnaməsi ilə ona düşən hissəsinin bölünərək onun mülkiyətinə verilməsi” hissəsi ilə bağlı qiymət verərək bildirir ki, apellyasiya şikayəti üzrə tərəflər arasında yaranmış mübahisə ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən payın ayrılması ilə bağlı yaranmış mübahisədir və qeyd olunan hüquq normalarına əsasən hüquqi qiymət verilməlidir.

82. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri).

83. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

84. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər.

85. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir.

86. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər, payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Paylara mütənasib ümumi əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir paylara uyğun şəkildə bölüşdürülür (Mülki Məcəllənin 216-cı maddəsi). Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə üsulu pul kompensasiyasının ödənilməsidir.

87. Kollegiya göstərir ki, iddia tələbinin ümumi mülkiyyətdə olan payın ayrılması hissəsinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.3-cü maddəsidir.

88. Həmin normada qeyd olunmuşdur ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gəlmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər.

89. Paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasında razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər (Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri).

90. İş materialları ilə müəyyən edilir ki, mübahisəli mülk üzərində iddiaçının ümumi paylı mülkiyyət hüquqları dövlət tərəfindən tanınmış və qeydiyyata alınmışdır. Belə ki, xx.xx.2010-cu il tarixli vərəsəlik şəhadətnaməsinin mövcudluğu İddiaçı mülkiyyət hüququnun olmasını təsdiq edir. İddiaçı paylı özünə məxsus mülkün (payın) naturada ayrılmasını tələb etmişdir. Ümumi paylı mülkiyyətdə olan torpaq sahəsi və fərdi yaşayış evindən iddiaçıya düşən hissəsinin paya uyğun naturada ayrılması istifadə qaydalarına və paylara tənasübsüz zərər vurmadan mümkün deyildir.

91. Bu hal, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220-ci maddəsinin tətbiqinə imkan vermir və iddianın əsassızlığına dəlalət edir.

92. Belə ki, iş üzrə obyektiv nəticəyə gəlinməsi üçün birinci instansiya məhkəməsi tərəfindən tikinti-texniki sahə üzrə ekspertiza keçirilmiş və ekspertin xx.xx.2023-cü il tarixli 10/1516 nömrəli nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ünvan 12 ünvanında yerləşən A və B fərdi yaşayış evlərinin tərəflər arasında 1/6 paylara uyğun olaraq təcrid mənzillər şəklində bölünməsi, İnşaat Norma və Qaydaları 2.08.01.89-11, 2.1 2.2 2.4, 2.7, 2.9. bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir.

93. Qeyd olunmalıdır ki, ekspertiza tədqiqatı ekspert qarşısında qoyulan suallar əsasında aparılmaqla, onun əsas vəzifəsi elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir və ekspertin verdiyi rəy kompleks şəkildə qiymətləndirilməlidir. Ekspertin müəyyənləşdirdiyi faktların mübahisənin hüquqi həlli üçün əhəmiyyətini, habelə bu faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğunluğunu yoxlamaq isə məhkəmənin vəzifəsidir və məhkəmə bu zaman ekspertin müəyyən etdiyi faktlara müxtəlif standartlarla yanaşmamalıdır.

94. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 103-cü maddəsinə əsasən, həmin rəyləri qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, MPM-nin 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur.

95. Azərbaycan Respublikasının MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir. Qeyd olunan Məcəllənin 206.1-ci maddəsinə görə də, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur.

96. Məhkəmə kollegiyası rəyləri tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Çünki, ekspertin rəyi dəqiq və müfəssəl tərtib edilmiş, eyni zamanda həmin rəydə bütün ölçülər dəqiqliklə göstərilmişdir. Habelə, rəy verilən zaman hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa, mübahisəli əmlaka məxsus texniki pasportda qeyd olunan məlumatlara və digər iş materiallarında olan sənədlərə istinad edilmişdir. Həmçinin, ekspert tərəfindən torpaq sahəsinə və fərdi yaşayış evinə baxış keçirilərək ölçü işləri aparılmışdır.

97. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbininin həmin hissədə təmin etməməkdə haqlı olmuşdur.

98. Digər tərəfdən, məhkəmə kollegiyası iddianın cavabdehlərin mübahisəli əmlakdan çıxarılması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə də əsassız olmuşdur.

99. Belə ki, Bərdə rayon Məhkəməsinin 2-282/2007 nömrəli xx.xx.2007-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh1 iki uşağı ilə birlikdə ünvan 7 ünvanda yerləşən X9 adına olan evin sahəsi 24 kv.m olan otağında yaşayış hüququnun, həmçinin həmin otağın qarşısındakı hissədən və yardımçı binalardan istifadə hüququnun verilməsi qət olunmuşdur.

100. Bərdə rayon Məhkəməsinin 2(021)14/2009 nömrəli xx.xx.2009-cu il tarixli qərardadından görünür ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2-282 saylı qətnaməsinin qət hissəsində olan yanlışlıq və səhvlər düzələrək “Cavabdeh1 2 uşağı ilə birlikdə ünvan 7 ünvanda yerləşən X9 adına olan 2 otaqlı evin 31.10 kv.m sahəsi olan otağına yaşayış hüququ həmçinin həmin otağın qarşısındakı hissədən və yardımcı binalardan istifadə verilsin” sözlərinin qeyd edilməsi qərara alınmışdır.

101. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2(104)381/(05-63) nömrəli qətnaməsindən görünür ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2- 282 saylı qətnaməsindən narazı qalan cavabdeh X21 və işdə iştirak etməyə cəlb edilməmiş İddiaçı apellyasiya şikayəti vermiş, lakin apellyasiya şikayəti təmin edilməmiş, Bərdə rayon Məhkəməsinin qəbul etdiyi xx.xx.2007-ci il tarixli 2-282 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

102. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2008-ci il tarixli 2(102)564/08 nömrəli Qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsindən cavabdeh X21 və 3-cü şəxs İddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, lakin kassasiya şikayəti təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

103. Yəni, artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında hazırda Cavabdeh1 ünvan 13 ünvanda yerləşən X9 adına olan evin sahəsi 24 kv.m olan otağında yaşayış hüququnun, həmçinin həmin otağın qarşısındakı hissədən və yardımçı binalardan istifadə hüququnun olması müəyyən edilmişdir.

104. Bu hal hazırki iddiaya həlledici təsir edir. Çünki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

105. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir.

106. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Müki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır.

107. Azərbaycan Respublikasının MPM-in 220.4-cü maddəsinə görə, qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir .

108. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir.

109. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə xx.xx.2015-ci il tarixli Qərarı).

110. Göründüyü kimi, ünvan 13 ünvanda yerləşən X9 adına olan mənzilə Cavabdeh1 istifadə hüququnun olması barədə faktların predusiallığı qanuni qüvvədə olan məhkəmə qərarı ilə müəyyən edilmişdir və həmin halın yenidən mübahisələndirilməsini mülki prosessual qanunvericilik tərəflərə (həmin işdə və hazırkı işdə olan şəxslərin subyekt tərkibi eyni olmuşdur) qadağan etmiş və həmin halın sübut edilməsinə ehtiyac qalmır.

111. Azərbaycan Respublikasının MPM-in 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

112. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il tarixli Qərarının 7-ci bəndində qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.2 və 82.3-cü maddələrində qeyd olunan məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur.

113. Qeyd olunmalıdır ki, vərəsəlik ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir.

114. Məhkəmə kollegiyası iddia tələbinin evdən çıxarma hissəsinin digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 İldırım qızına münasibətdə qeyd edir ki, iddia tələbi həmin cavabdehlərə münasibətdə də əsassız olmuşdur. Çünki, Cavabdeh2 X18 olmaqla mübahisəli evin pay hissəsinə vərəsəlik hüququ üzrə mülkiyyətçidir. Digər Cavabdeh3 İldırım qızı isə Cavabdeh2 həyat yoldaşıdır.

115. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.

116. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

117. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

118. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

119. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

120. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

121. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

122. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-154/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar