Məhkəmə qərarları › İş №2(104)-881/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-881/2024

14.05.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-881/2024 14.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Gəncə şəhəri T.Hacıyev adına 2 saylı uşaq musiqi məktəbinə qarşı mülki iş üzrə Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əməkhaqqının ödənilməsi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə və cavabdeh Gəncə şəhəri T.Hacıyev adına 2 saylı uşaq musiqi məktəbinin direktor vəzifəsini icra edən X6 iştirakı ilə, İddiaçı cavabdeh Gəncə şəhəri T.Hacıyev adına 2 saylı uşaq musiqi məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əməkhaqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 22 yanvar 2*24-cü il tarixli 2(125)-525/2*24 nömrəli qətnaməsindən cavabdeh Gəncə şəhəri T.Hacıyev adına 2 saylı uşaq musiqi məktəbi tərəfindən verilmiş apellyasiya şikayətinə 14 may 2*24-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 19 may 2*23-cü il tarixli 3-16- 5/8-7*N-2134/2*23 nömrəli arayışın surətindən görünür ki, İddiaçı 22.*3.1951-ci il tarixdə Gəncə şəhərində doğulmuşdur;

2. Gəncə Şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş fərdi uçot kartoçkasının təsdiqlənmiş surətindən görünür ki, İddiaçı 22 mart 1951-ci il tarixdə Kirovabad şəhərində doğulmuşdur;

3. Apellyasiya baxışı zamanı sorğu əsasında Gəncə şəhər Qeydiyyat Şöbəsindən alınmış 22 mart 1951-ci il təvəllüdlü X7 doğum akt qeydinin təsdiqlənmiş surətindən görünür ki, həmin şəxs 22 mart 1951-ci il təvəllüdlüdür. Bu barədə 12 aprel 1951-ci il tarixdə Gəncə şəhər qeydiyyat şöbəsində 897 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir.

4. 2*.*9.1977-ci il tarixdə yazılmış İddiaçı tərcümeyi-halının surətindən görünür ki, adı qeyd olunan şəxs Kirovabad şəhərində qulluqçu ailəsində doğulmuş, 1959-cu ildə 6 nömrəli orta məktəbdə 1-ci sinifə getmiş, 1969-cu ildə həmin məktəbin 1*-cu sinfini bitirmiş, 197*-ci ildə T.Hüseynli adına 1 nömrəli orta ixtisas musiqi məktəbinin qarmon şöbəsi üzrə 1-ci sinfə daxil olmuş, 1975-ci ildə həmin məktəbi tərifnamə ilə bitirmişdir;

5. İş materiallarındakı İddiaçı kadrlar uçotu vərəqində adı qeyd olunan şəxsin doğum tarixi 1951-ci il qeyd edilmişdir. Sənəd İddiaçı imzası ilə təsdiqlənmişdir;

6. AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətində qeyd edilmişdir ki, İddiaçı xx.xx.1961-ci il tarixdə Gəncə şəhərində doğulmuşdur;

7. X1 İdarəsi Gəncə şəhəri T.Hacıyev adına 2 nömrəli Uşaq Musiqi Məktəbi tərəfindən qəbul olunmuş İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında 26 avqust 2*23-cü il tarixli 1** nömrəli əmrdən çıxarışın surətindən görünür ki, İddiaçı - musiqi məktəbinin qarmon ixtisası üzrə müəllimi ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “e“ bəndinə əsasən 26 avqust 2*23-cü il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. Əsas Gəncə şəhər Qeydiyyat şöbəsinin 3-16-5/8-7*N2134/2*23 nömrəli, 19.*5.2*23-cü il tarixli arayışı;

8. İddiaçı məxsus *161474 nömrəli *5.12.1974-cü il tarixli əmək kitabçasının təsdiqlənmiş surətindən görünür ki, İddiaçı 21.*9.2*17-ci il tarixdən 2 saylı uşaq Musiqi məktəbinə qarmon ixtisası üzrə müəllim vəzifəsinə 13 nömrəli 21.*9.2*17-ci il tarixli əmrlə təyin edilmişdir. Əmək kitabçası *5 dekabr 1974-cü il tarixdə açılmışdır; Əmək kitabçasında İddiaçı doğum tarixi 22 mart 1951-ci il göstərilmişdir;

9. 22.*1.2*24-cü il tarixli Gəncə şəhər 1 saylı X2 Sevil Tağıyeva tərəfindən verilmiş məktubda qeyd edilmişdir ki, İddiaçı əmək münasibətindən irəli gələn Uşaq musiqi məktəbinə qarşı iddia predmeti olan işə bərpa məsələsi ilə bağlı iş mediatorun icraatına *7.*9.2*23-cü il tarixdə MŞG-3*42 nömrə ilə verilmişdir. İddiaçı *7.*9.2*23-cü il tarixdə müraciəti əsasında Gəncə 1 saylı Mediasiya Təşkilatında qəbul edilmişdir. Təyin edilmiş 22.*9.2*23-cü il tarixdə X4 dəvət bildirişləri və lazımi məlumatları əvvəlcədən poçt vasitəsi ilə 12.*9.2*23-cü il tarixdə almışdınız bu barədə hər iki tərəfə poçt göndərişinin verilməsi haqqında xəbərnamələr mövcuddur. İMS zamanı 2-ci tərəf olan cavabdeh 2 saylı Gəncə Uşaq musiqi məktəb tərəfindən nümayəndə X13 tək İMS-a gəlmişdir. Lakin iddiaçı 22.*9.2*23-cü il tarixdə İMS-na gəlməmiş və iştirak etməmişdir. Noyabr ayının 1* da İddiaçı nümayəndəsi olan Azərbaycan Respublikasının Vəkillər Kolegiyasinin üzvü Nümayəndə mediasiya prosesinə xitam protokolun surətini 1*.11.2*23-cü il tarixdə imzalayaraq almışdır. 1*. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasına təqdim edilmiş Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin təhqiqatçısı X3 tərəfindən qəbul edilmiş materialın istintaq aidiyyatı üzrə göndərilməsi haqqında qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış HK-1/324 nömrəli material istintaq aidiyyəti üzrə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə göndərilmişdir. Qərarın təsviri hissəsindən görünür ki, İddiaçı şəxsiyyətini təsdiq edən və rəsmi sənəd olan şəxsiyyət vəsiqəsinin təhqiqat zamanı müəyyən edilməsi mümkün olmayan vaxtda və şəraitə saxtalaşdırılaraq, həmin sənədlərdə doğum ili ilə bağlı təhrif edilmiş məlumatlar daxil etdirməklə anadan olduğu il 1961-ci il göstərilməsinə nail olmuş və bilə-bilə həmin saxta sənəddən uzun müddət, yəni hazırkı vaxtadək istifadə etməkdə davam etmişdir. Toplanmış materialda CM-nin 32*.1 və 32*.2-ci maddələrinin tərkib əlamətləri olduğundan material araşdırmanın davam etdirilməsi və cinayət törətmiş şəxslərin əməlinə hüquqi qiymət verilməsi üçün istintaq aidiyyəti üzrə göndərilmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdeh Gəncə şəhəri T.Hacıyev adına 2 saylı uşaq musiqi məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri T.Hacıyev adına 2 saylı Uşaq Musiqi Məktəbinin direktoru Qahirə Məmmədovanın 26.*8.2*23-cü il tarixli əmrinin ləğv edilməsi, Gəncə şəhəri T.Hacıyev adına 2 saylı Uşaq Musiqi Məktəbində müəllimə vəzifəsinə bərpa olunması və çarəsizlikdən məcburi iş buraxma dövrü üçün əmək haqqının cavabdeh təşkilatdan tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əsas iş yeri Gəncə şəhəri T.Hacıyev adına 2 saylı Uşaq Musiqi Məktəbidir, ikinci iş yeri isə Gəncə şəhəri Bülbül adına 3 saylı Uşaq Musiqi Məktəbidir. 1981 ildən 1-ci iş yeri olan Gəncə şəhəri T.Hacıyev adına 2 saylı Uşaq Musiqi Məktəbində müəllimə vəzifəsində işləyir. İşlədiyi müddət ərzində heç bir nöqsanı olmadığı üçün rəhbərlik tərəfindən xəbərdarlıq, töhmət və sair tənbeh tədbirinə məruz qalmamışdır. Lakin heç bir əsas olmadan həmin məktəbin yeni direktoru 26.*8.2*23-cü il tarixdə Əmək Məcəlləsinin 7*-ci maddəsinin e bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə əmr vermişdir. Halbuki, onun Gəncə şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi Məktəbinə qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmədə baxılan zaman cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş əmək bildirişində təvəllüdü xx.xx.1961-ci il kimi qeyd edilmişdir. Həmçinin əmək kitabçasında və ona verilən şəxsiyyət vəsiqəsində təvəllüdü xx.xx.1961-ci il qeyd edilmişdir. Bundan başqa 1981-ci ildən Gəncə şəhəri T.Hacıyev adına 2 saylı Uşaq Musiqi Məktəbində işlədiyi dövrdə onunla müddətli əmək müqaviləsi bağlanmamış və yaş həddi ilə bağlı ona töhmət, irad və ya xəbərdarlıq edilməmişdir. Həmçinin yaş həddi ilə bağlı onunla hər hansı bir əmək müqaviləsi bağlanmamışdır. İşdən çıxarıldıqdan sonra ona əmək kitabçasını təqdim etdikdən sonra məlumatı olmuşdur ki, məktəb direktoru onun barəsində 21.*9.2*17-ci il tarixdə eyni tarixli işdən çıxarılmağı və işə bərpa edilməyi barədə əmrlər vermişdir. Lakin həmin əmrlərin mövcudluğundan məlumatsız olmuş və həmin əmrlərin surəti ona verilməmişdir. İşlədiyi dövrdə həm əsas iş yerinin, həm də əlavə iş yerinin mühasibatlığını Regional şöbədə işləyən Pərvanə adlı xanım aparmış, onun hər iki məktəbdə işlədiyi əməkhaqqını bir karta köçürtmüş və hər iki məktəbdən aldığ əmək haqqını birləşdirərək gəlir vergisini və sosial xərcləri əsas iş yerindən tutmuşdur. Bu səbəblərdən, bu halların araşdırılması üçün həmin mühasibatçının məhkəmə iclasına dəvət edilərək şahid qismində ifadə verməsini xahiş edir. Ona verilən dərs saatı düzgün olmadığına narazılıq bildirdiyi üçün onun barəsində hazırki iddia tələbində göstərilən əmr verilmişdir.

13. Gəncə Şəhər Məhkəməsinin 22 yanvar 2*24-cü il tarixli 2(125)-525/2*24 nömrəli qətnaməsi ilə (hakim Xədicə Səfərli) iddia təmin edilərək, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair Gəncə şəhəri T.Hacıyev adına 2 saylı uşaq musiqi məktəbinin 26.*8.2*23-cü il tarixli 1** nömrəli əmrinin ləğv edilməsi; İddiaçı əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxma dövrü üçün əmək haqqının tam hesablanıb ona ödənilməsi qət edilmişdir.

14. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2.3, 1*-1.1, 42.1, 68, 7*, 296.3, 296.7 və 3**.1-ci maddələrinə, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1, 3, 4 və 7.3-cü maddələrinə, həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1, 375.2, 377.1 və 425.1-ci maddələrinə, habelə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1 və 35.2-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

15. Cavabdeh Gəncə şəhəri T.Hacıyev adına 2 saylı uşaq musiqi məktəbi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, İddiaçı şəxsiyyət vəsiqəsində doğum tarixi xx xxxx 1961-ci il tarix qeyd olunmuş, lakin digər hüquqmüəyyənedici sənədlərdə isə doğum tarixi 22 mart 1951-ci il göstərilmişdir. İddiaçının doğum tarixlərində olan ziddiyyətlərə aydınlıq gətirilməsi və şəxsiyyət vəsiqəsinin hansı hüquqmüəyyənedici sənədlər əsasında verilməsi barədə müvafiq orqanlardan məlumat alınmasını və hüquqi qiymət verilməsini məhkəmədən xahiş edir. Çünki mübahisənin səbəbi dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdığına görə işdən azad olunmuşdur. 26 avqust 2*23-cü il tarixli əmrin əsası kimi məhz Gəncə Şəhər Qeydiyyat Şöbəsinin 19.*5.2*23-cü il tarixli arayışına istinad edilmişdir. Eyni zamanda hesab edir ki, iddia ərizənin verilməsi müddəti ötürülmüşdür. Çünki Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır və məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin iddia müddətinin tətbiq edilməsi barədə ərizə verdiyi halda iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İlkin olaraq 3*.*8.2*23-cü il tarixdə iddiaçıya əmək kitabçası təqdim olunmuş və həmin tarixdə onlara qarşı mediasiya təklifi göndərilmişdir. Yəni, həmin vaxtdan iddiaçının rəsmi məlumatı olub. Mediasiya prosesi 22 sentyabr 2*23-cü il tarixə təyin edilsə də, lakin iddiaçı prosesdə iştirak etməmiş və mediasiya prosesinə xitam verilmişdir. Lakin iddiaçı hər bir halda qanunvericiliyə əsasən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etmək müddətini ötürmüşdür. Sonradan iddiaçı X8 müraciət edərək arayış almış, bununla da yalandan formal olaraq yeni müddət yaratmışdır. X8 müraciət edərək aidiyyət məsələsini pozmuşdur. Belə ki, X11 əsasən, işə baxan məhkəməyə ən yaxın yerləşən mediasiya təşkilatına müraciət etməlidir. Halbuki , Gəncə Şəhər Məhkəməsinə ən yaxın yerləşən Gəncə şəhərində 2 təşkilat var. Belə ziddiyyət yaradan məsələləri birinci instansiya məhkəməsi araşdırmamış və düzgün nəticəyə gəlməmişdir. Belə olan halda, məhkəmə prosessual pozuntuya yol verərək MPM-nin və X1* tələblərini kobud surətdə pozmuşdur. Hal-hazırkı, mübahisə üzrə hesab edir ki, iddiaçı qanunla müəyyən olunmuş iddia müddətini ötürməklə iddia qaldırmışdır. Həmçinin məhkəmə doğum tarixi ilə bağlı hüquqmüəyyənedici sənədlərdə cinayət tərkibi olub-olmaması barədə xüsusi qərardad qəbul etməmişdir. Məsələ ilə bağlı istantaq orqanları tərəfindən araşdırma aparılsa idi, iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin qanunsuz əsaslar ilə verilməsi aşkarlanaraq etibarsız (deaktiv) hesab ediləcək idi. Bununla da mübahisə üzrə düzgün nəticəyə gəlinərək əsaslı qətnamə qəbul olunacaq idi. şəxsiyyət vəsiqəsi ilə doğum haqqında arayışda və digər hüquq müəyyən edici sənədlərlə ilə olan ziddiyyət aradan qaldırılmadan və hüquqmühafizə orqanları tərəfindən hüquqi qiymət verilmədən məhkəmə səhf nəticəyə gəlmişdir. Çünki burda məsələ ondan gedir ki, iddiaçı 1* ildən artıq dövlət büdcəsindən əsassız əmək haqqı alır. Yəni məhkəmə birbaşa mübahisəyə təsir göstərən məsələni araşdırmadan qətnamə qəbul etmişdir. Bildirmək istəyir ki, bununla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinə müraciət etmiş, lakin həmin qurum məsələ ilə bağlı araşdırma aparmamışdır. Yenidən həmin orqana bu qanunsuzluqla bağlı müraciət etmişlər. məhkəmənin qətnamədə istinad etdiyi iddiaçının şəxsiyyət vəsiqəsi etibarsızdır. Çünki həmin şəxsiyyət vəsiqəsi müəyyən sənədlər əsasında ən əsas isə doğum haqqında şəhadətnaməyə əsasən verilir. Məhkəməyə qeydiyyat şöbəsinin doğum haqqında arayışı təqdim edilərək və əlavə olaraq sübuta yetirilmiş digər hüquqmüəyyənedici sənədlər ilə iddiaçıya verilmiş şəxsiyyət vəsiqəsinin etibarsız olduğu barədə məlumat vermişlər. Lakin məhkəmə bu məsələyə aydınlıq gətirməmişdir, çünki mülki qanunvericiliyin tələbinə əsasən etibarsız hesab edilmiş sənəd və onun əsasında verilmiş digər sənədlər öz etibarlığını itirmiş hesab olunur. Məhkəmə isə açıq aşkar cinayət tərkibi göründüyü halda, bu məsələni araşdırmaq üçün xüsusi qərardaq qəbul etməmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları,

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Gəncə şəhəri T.Hacıyev adına 2 saylı uşaq musiqi məktəbinin direktor vəzifəsini edən X12 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, xx xxxx 1961-ci il tarixdə anadan olmuşdur. 1974-cü ildən, yəni 13 yaşından musiqi müəllimi vəzifəsində işləməyə başlamışdır. Gəncə şəhəri 1 nömrəli musiqi məktəbini bitirmişdir, ona görə də 13 yaşından musiqi müəllimi kimi işə qəbul edilmişdir. Doğum akt qeydində təvəllüdünün hansı səbəbdən 1951-ci il yazılmasından məlumatı yoxdur. Əmək kitabçası onda olmayıb, işlədiyi müəssisədə saxlanılmışdır. Həmin kitabçaya hər hansı dəyişiklik etdirməmişdir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 2*. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının sənədlərində hər hansı uyğunsuzluq var idisə, cavabdeh bunu əvvəlcədən müəyyən etməli idi. Şəxsiyyət vəsiqəsində iddiaçının doğum tarixi 1961-ci il göstərildiyi halda, işdə olmanın yaş həddinə çatma əsası ilə şəxslə bağlanmış əmək müqaviləsinə xitam verilməsi qanunauyğun hesab edilə bilməz. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanunu

21. Maddə 1.1. Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir.

22. Maddə 3. Şəxsiyyət vəsiqəsinin üzərində vətəndaşın soyadı, adı, atasının adı, vətəndaşın cinsi, doğulduğu tarix, doğulduğu yer, qan qrupu, fərdi identifikasiya nömrəsi, vəsiqənin nömrəsi və etibarlılıq müddəti göstərilir, həmçinin şəxsiyyət vəsiqəsi sahibinin şəxsi imzası və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəkli yerləşdirilir. Bu maddənin birinci hissəsində göstərilən məlumatlar; vətəndaş soyadını və (və ya) adını dəyişdiribsə, əvvəlki soyadı və (və ya) adı; vətəndaşın yaşadığı yer, ailə vəziyyəti, boyu, gözlərinin rəngi, əl-barmaq izləri, hərbi vəzifəsi; vətəndaşın valideynlərinin soyadı, adı, atasının adı, vətəndaşın qanuni nümayəndəsinin soyadı, adı, atasının adı və əlaqə məlumatları (poçt ünvanı, telefon nömrələri); vətəndaşın ərinin (arvadının) soyadı və adı (nikaha daxil olarkən soyad dəyişdiribsə, nikahdan əvvəlki soyad da göstərilir); vətəndaşın uşaqlarının soyadı və adı; vətəndaşın istəyi əsasında onun gücləndirilmiş elektron imzası ilə əlaqədar sertifikatlar, akkreditə edilmiş sertifikat xidmətləri mərkəzi tərəfindən verilmiş elektron imza yaratma və elektron imzanı yoxlama məlumatları (imza yaratma məlumatları oxunuş üçün bağlıdır); şəxsiyyət vəsiqəsini verən orqanın adı və vəsiqənin verilmə tarixi; “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də nəzərdə tutulduğu halda digər məlumatlar şəxsiyyət vəsiqəsinə yerləşdirilən elektron daşıyıcıya (çipə) daxil edilir. Bu maddədə nəzərdə tutulmuş məlumatları şəxsiyyət vəsiqəsinə və ya vəsiqənin elektron daşıyıcısına daxil edən vəzifəli şəxs onların düzgünlüyünə görə cavabdehdir.

23. Maddə 4 (ikinci hissə). Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya şəxsiyyət vəsiqəsi, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, yaxud vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirildikdə, şəxsiyyət vəsiqəsi dəyişdirilməlidir.

24. Maddə 4 (üçüncü hissə). Bu maddənin ikinci hissəsində göstərilən hallardan biri baş verdikdən sonra vətəndaş və ya onun qanuni nümayəndəsi şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün bir ay müddətində vəsiqəni verən orqana özü və ya vətəndaşın qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxs vasitəsilə müraciət etməlidir.

25. Maddə 7. Bu Qanunun 4-cü maddəsində nəzərdə tutulmuş hallarda və müddətdə vətəndaş şəxsiyyət vəsiqəsini dəyişmədikdə şəxsiyyət vəsiqəsi qüvvədən düşmüş hesab edilir. Azərbaycan Respublikası Prezidentinin 2*13-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə:

26. Maddə 1.1. Bu Əsasnamə “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi məqsədi ilə, şəxsiyyət vəsiqəsinin verilməsi, dəyişdirilməsi, müvəqqəti alınması, təhvil verilməsi, qüvvədən düşmüş hesab edilməsi və məlumatların şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına (çipə) daxil edilməsi, həmin məlumatların dəyişdirilməsi və istifadəsi qaydalarını müəyyən edir.

27. Maddə 2.1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları (bundan sonra — vəsiqə verən orqan) tərəfindən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir.

28. Maddə 2.2.2. vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün vətəndaşın doğum haqqında şəhadətnaməsi tələb olunur.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

29. Maddə 1*-1.1. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. 3*. Maddə 42.1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

31. Maddə 68. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallardır.

32. Maddə 7*. a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

33. Maddə 83. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

34. Maddə 84. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada-təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.

38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 4*. Maddə 384.*.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

41. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

42. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

43. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

44. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına əmək qanunvericiliyinə və əlaqəli hüquq normalarına əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir.

46. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı doğum akt qeydində, fərdi uçot kartoçkasında, əmək kitabçasında, habelə onun özü tərəfindən yazılmış tərcümeyi halda təvəllüd tarixi 12 aprel 1951-ci il göstərilmişdir. Lakin iddiaçının şəxsiyyət vəsiqəsində doğum tarixi 12 aprel 1961-ci il tarix qeyd olunmuşdur. Həmçinin işdən görünür ki, İddiaçı 21 sentyabr 2*17-ci il tarixdən 2 saylı uşaq musiqi məktəbində qarmon ixtisası üzrə müəllim vəzifəsinə təyin edilmişdir. Cavabdeh məktəb tərəfindən qəbul edilmiş 26 avqust 2*23-cü il tarixli 1** nömrəli əmrlə həmin əmək müqaviləsinə işçinin büdcədən maliyyələşən müəssisəsədə çalışmasının son yaş həddinə - 65 yaşa çatması əsası ilə xitam verilmiş, bu barədə əmr Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışa əsasən İddiaçı 1951-ci il təvəllüdlü olması ilə əsaslandırılmışdır. İddiaçı həmin əmrin qanunazidd olmasını əsas gətirərək hazırkı tələblə məhkəməyə müraciət etmiş və iddia etmişdir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən ona verilmiş şəxsiyyət vəsiqəsində doğum tarixi 12 aprel 1961-ci il tarix göstərilmişdir və doğum tarixi də məhz həmin tarixdir.

47. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin olunması barədə gəlmiş olduğu qənaətini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən qəbul olunmuş və mübahisələndirilən əmrin əsası qismində qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışda işçinin 1951-ci il təvəllüdlü olması göstərilsə də, iddiaçının qüvvədə olan şəxsiyyət vəsiqəsində doğulduğu tarix “xx.xx.1961” olaraq göstərilmişdir. Həmin vəsiqədə doğum tarixinə dair göstərilən məlumatın düzgünlüyünə görə vətəndaş deyil, həmin məlumatı daxil edən vəzifəli şəxs cavabdehdir. Eyni zamanda məhkəmə nəzərə almışdır ki, şəxsiyyət vəsiqəsində doğum tarixinə dair məlumatın düzgün olmamasına dair və (ya) bu barədə araşdırma aparılması zərurətini yaradan hər hansı əmələ və (ya) iddiaçının şəxsiyyətinə dair məlumatların göstərildiyi həmin vəsiqənin qüvvədən düşməsinə dair hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı, cavabdeh tərəfin tələbə etirazının dəlili qismində təqdim etdiyi və iddiaçının 1951-ci il təvəllüdlü olmasına dair sənəd(lər) qüvvədə olan şəxsiyyət vəsiqəsində göstərilən doğum tarixinin düzgün olmadığını təsdiqləyən sənəd(lər) hesab edilə bilməz. Belə ki, həmin sənədlər iddiaçının təvəllüdünə dair məlumatı əks etdirsə də, daha sonra həmin tarixin qanunvericiliklə müəyyən edilmiş qaydada dəyişdirilmədiyini və (ya) hazırkı doğum tarixinə dair məlumatın qanunvericiliyə zidd olaraq göstərildiyini təsdiqləmir. Qanunvericilik doğum tarixinin dəyişdirilməsi hüquqi imkanını nəzərdə tutulmuşdur və qanunazidd qaydada doğum tarxinin dəyişdirildiyini təsdiqləyən dəlil iddiaya etirazını əsaslandırmaq yükü daşıyan cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.

48. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinun gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir.

49. Kollegiya ilk növbədə qeyd edir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə mübahisələndirilən əmr iddiaçının büdcədən maliyyələşən müəssisəsədə çalışmasının son yaş həddinə - 65 yaşa çatması əsası ilə qəbul edilmişdir. Bununla belə işdəki sənədlərdən göründüyü kimi İddiaçı şəxsiyyət vəsiqəsində və ona məxsus digər hüquqmüəyyənedici sənədlərdə şəxsin doğum tarixi fərqli olaraq göstərilmişdir ki, bununla da onun doğum tarixinin müəyyən edilməsi ilə bağlı ziddiyyət yaranmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, işdəki müvafiq sənədlər əsasında İddiaçı doğum tarixinin müəyyən edilməsi zəruridir. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən iddiaçıya verilmiş şəxsiyyət vəsiqəsinin etibarlılığının yoxlanılması hazırkı mübahisənin predmetini təşkil etmir. Çünki bundan əvvəldə qeyd edildiyi kimi işəgötürənlə işçi arasında yaranmış mübahisə məhz büdcədən maliyyələşən müəssisəsədə çalışmasının son yaş həddinə - 65 yaşa çatması əsası ilə əlaqədar işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsindən yaranmışdır. 5*. Nəzərə almaq lazımdır ki, şəxsin doğumu vətəndaşlıq vəziyyəti aktı qeydidir və bu barədə qeyd qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydə alınır. Şəxsin doğum tarixi isə həmin orqan tərəfindən onun adına verilmiş doğum haqqında şəhadətnamədə göstərilir və şəxsin doğum tarixi də məhz həmin sənəd əsasında müəyyən edilir.

51. Vətəndaşın şəxsiyyət vəsiqəsində onun doğum tarixi və yeri barədə məlumatlar göstərilir. Lakin nəzərdan qaçırmaq olmaz ki, həmin məlumat da məhz şəxsin adına verilmiş doğum haqqında şəhadətnamədə göstərilən doğum tarixi və yeri barədə məlumat əsasında müəyyən edilərək vətəndaşın şəxsiyyət vəsiqəsində göstərilir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2*13-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamənin 2.2.2-ci maddəsində qeyd edildiyi kimi vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün vətəndaşın doğum haqqında şəhadətnaməsi tələb olunur.

52. Bu qənaətinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, İddiaçı doğum tarixi onun adına verilmiş doğum haqqında şəhadətnamədə göstərilən məlumatlar əsasında müəyyən edilməlidir. İş materiallarında olan iddiaçı X7 doğum haqqında şəhadətnaməsindən, habelə sonuncunun doğum akt qeydindən görünür ki, o, 22 mart 1951-ci il tarixdə doğulmuşdur.

54. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı 22 mart 1951-ci il təvəllüdlü olması onun adına verilmiş doğum haqqında şəhadətnamə ilə yanaşı işdəki digər rəsmi sənədlərlə də öz təsdiqini tapır.

55. Belə ki, Gəncə Şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş fərdi uçot kartoçkasının təsdiqlənmiş surətindən (bax mülki işin 29-cu vərəqi) görünür ki, İddiaçı 22 mart 1951-ci il tarixdə Kirovabad şəhərində doğulmuşdur. Həmçinin İddiaçı kadrlar uçotu vərəqində də (bax işin 66-cı vərəqi) adı qeyd olunan şəxsin doğum tarixi 1951-ci il qeyd edilmişdir. Diqqət yetirilməli haldır ki, kadrlar uçot vərəqi İddiaçı imzası ilə təsdiqlənmişdir. Mülki 62-ci səhifəsinin arxa hissəsində olan İddiaçı attestat sənədində də adı qeyd olunan şəxsin doğum tarixi 1951-ci il göstərilmişdir. Eyni zamanda, İddiaçı əmək kitabçasının surətində (bax işin 69-cu vərəqi) onun doğum tarixi 1951-ci il göstərilmişdir.

56. Xüsusilə nəzərə almaq lazımdır ki, 2*.*9.1977-ci il tarixdə yazılmış İddiaçı tərcümeyi-halının surətindən (bax mülki işin 71-ci vərəqi) görünür ki, adı qeyd olunan şəxs Kirovabad şəhərində qulluqçu ailəsində doğulmuş, 1959-cu ildə 6 nömrəli orta məktəbdə 1-ci sinfə getmiş, 1969-cu ildə həmin məktəbin 1*-cu sinfini bitirmiş, 197*-ci ildə T.Hüseynli adına 1 nömrəli orta ixtisas musiqi məktəbinin qarmon şöbəsi üzrə 1-ci sinfə daxil olmuş, 1975-ci ildə həmin məktəbi tərifnamə ilə bitirmişdir. Təcrümüyi-hal İddiaçı imzası ilə təsdiqlənmişdir.

57. Məhkəmə kollegiyası qeyd edir ki, 2*.*9.1977-ci il tarixdə İddiaçı tərəfindən yazılmış tərcümeyi-halda onun doğum tarixi göstərilməsə də, lakin adı qeyd olunan şəxsin özü tərəfindən qeyd edilmişdir ki, 1959-cu ildə 6 nömrəli orta məktəbdə 1-ci sinfə getmişdir.

58. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı özünün xx xxxx 1961-ci il təvəllüdlü olduğunu iddia etdiyi halda, işin müəyyən olunan və faktiki halları özü-özlüyündə onun 1951-ci il təvəllüdlü olmasına dəlalət edir.

59. Konstitusiyanın 127-ci maddəsinə əsaslanan Mülki Prosessual Məcəllənin 9.1 və 9.3-cü maddələrində qeyd edilmişdir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 6*. Mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb.

61. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar.

62. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.

63. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

64. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir.

65. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

66. Məhkəmə kollegiyası İddiaçı 22 mart 1951-ci il təvəllüdlü olmasını nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən 26 avqust 2*23-cü il tarixdə əmək müqaviləsinə işçinin büdcədən maliyyələşən müəssisəsədə çalışmasının son yaş həddinə - 65 yaşa çatması əsası ilə xitam verilməsi barədə əmr qanuni və əsaslı olmuşdur. Çünki əmr qəbul edildiyi zaman artıq iddiaçının 65 yaşı tamam olmuşdur.

67. İşin yuxarıda şərh olunan hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən əmr əmək qanunvericiliyinin tələblərinə uyğundur. Əmrin qanunvericiliyin tələblərinə zidd olması barədə hazırkı iddia tələbi əsassızdır, mübahisələndirilən əmrin ləğv edilməsi üçün hər hansı hüquqi əsas yoxdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, əmrin ləğv edilməsi hissədə iddia tələbi təmin edilmədiyindən prosessual qənaət prinsipi baxımından kollegiya iddia tələbinin digər hissələri ilə bağlı hüquqi dəyərləndirilmə aparılmasını zəruri hesab etmir.

68. İşə baxan birinci instansiya məhkəməsi isə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Ona görə də qətnamə ləğv olunmalı və yeni qətnamə çıxarılaraq iddia təmin edilməməlidir.

69. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 385, 392-393, 4*2 və 4*5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh Gəncə şəhəri T.Hacıyev adına 2 saylı uşaq musiqi məktəbi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 22 yanvar 2*24-cü il tarixli 2(125)-525/2*24 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Gəncə şəhəri T.Hacıyev adına 2 saylı uşaq musiqi məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əməkhaqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar