Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-883/2023 19.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Zamir oğlunun cavabdeh Şəmkir rayon S.Rüstəmov adına Sabirkənd tam orta məktəbinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: Əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X5 iştirakı ilə, İddiaçı cavabdeh Şəmkir rayon S.Rüstəmov adına Sabirkənd tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2(076)-3367/2023 nömrəli qətnaməsindən cavabdeh Şəmkir rayon S.Rüstəmov adına Sabirkənd tam orta məktəbinin direktoru vəzifəsini müvəqqəti icra edən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 19 may 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Şəmkir rayon S.Rüstəmov adına Sabirkənd tam orta məktəbin direktoru G.Rüstəmova tərəfindən qəbul edilmiş 34 nömrəli xx.xx.2022-ci il tarixli əmrdən görünür ki, İddiaçı-məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini işində yol verdiyi nöqsanlara, tabeliyində olan təhsilalanlara qarşı fiziki zor tətbiq etməyinə, dəfələrlə işindəki yol verdiyi nöqsanlara görə intizam tənbehi aldığı üçün xx.xx.2022-ci il tarixdən tutduğu təlim tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən azad edilmişdir. Əsas: Qazax -Tovuz Regional Təhsil İdarəsinin Şəmkir sektorunun xx.xx.2022-ci il tarixli araşdırmanın nəticəsi.
2. Xasiyyətnamədən görünür ki, İddiaçı 2007-ci ildən S.Rüstəmov adına Sabirkənd tam orta məktəbində tarix müəllimi işləyir. 2014-cü ildən məktəbin təlim tərbiyə işləri üzrə Direktor müavini vəzifəsində işləmişdir. İşlədiyi dövrdə daim işindəki nöqsanlara, üzərinə düşən vəzifə öhdəliklərini yerinə yetirmədiyi, yarıtmaz fəaliyyətinə görə intizam tənbehləri almışdır. Belə ki, 2018-ci ilin aprel ayında Şəmkir RTŞ-nın Pedaqoji Şura iclasının qərarı ilə vəzifə öhdəliklərini yerinə yetirə bilmədiyi üçün Əmək Məcəlləsinin 186cı maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən intizam tənbehi almışdır. 2021-ci ilin yanvar ayında məktəb rəhbərliyi tərəfindən işinə məsuliyyətsiz yanaşdığı və vəzifə öhdəliklərini yerinə yetirmədiyi üçün intizam tənbehi almışdır. xx.xx.2022-ci il tarixdə öhdəliyində olan təhsilalanlara qarşı fiziki zor tətbiq etmiş və onlara xəsarət yetirmişdir. Bu hal Şəmkir rayon Prokurorluğunda və Şəmkir rayon Məhkəməsində araşdırılıb və onun suçlu olduğu təsdiq olunmuş və 500 (beş yüz) manat cərimə olunmuşdur. xx.xx.2022-ci il tarixdə 7 saylı ƏMHM-nın məktəbdə apardığı yoxlamanın nəticəsində xx.xx.2022-ci il tarixdə Şəmkir RTŞ-nın 17 nömrəli əmri ilə tənbeh almışdır. Nəhayət xx.xx.2022-ci il tarixdə Şəmkir sektorunun məktəbdə apardığı yoxlaması nəticəsində İddiaçı vəzifə öhdəliklərini yerinə yetirməməsi, işə gəlmədiyi öz təsdiqini tapmış. Araşdırma zamanı iş günü olmasına baxmayaraq işdə olmadığı üçün izahatı alınmamışdır. xx.xx.2022-ci il tarixdən müəllimlərin yay məzuniyyəti dövrü başladığı üçün onun haqqında tədbir görülməmişdir. Məzuniyyətdən qayıdarkən Sabirkənd tam orta məktəbinin Həmkarlar İttifaqının iclasında müzakirə edilərək məktəb rəhbərliyinin xx.xx.2022-ci il tarixli 34 nömrəli əmri ilə məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən azad edilmişdir. İşdə olmadığı üçün də izahatı alınmamışdır.
3. Sabirkənd tam orta məktəbi üzrə xx.xx.2007-ci il tarixli 23/5 nömrəli əmrdən çıxarışdan görünür ki, İddiaçı - GDU-nin tarix fakültəsini bitirmiş xx.xx.2007-ci il tarixdən ixtisası üzrə Sabirkənd tam orta məktəbinə müəllim təyin edilmişdir.
4. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-240/2022 nömrəli qərardan görünür ki, İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinməsi 500 (beş yüz) manat cərimə edilməsi qərara alınmışdır.
5. İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, xx.xx.1985-ci il tarixdə Şəmkir rayonu, Sabirkənd kəndində doğulmuş, həmin kənddə qeydiyyatda olmaqla yaşayan, evli, ali təhsilli, Şəmkir rayonu, Sabirkand kənd tam orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini işləyən İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində inzibati xeta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün Şəmkir rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır.
6. Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən Şəmkir rayon S.Rüstəmov adına Sabirkənd tam orta məktəbində direktorun fəaliyyətinin yoxlanılmasının nəticəsi haqqında arayışdan görünür ki, baxış zamanı məktəbdə tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini İddiaçı eyni zamanda şikayətçi vəzifə funksiyalarını icra etmir, sadalanan nöqsanları nəzərə alaraq məktəb direktoru və tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini haqqında tədbir görülməsi xahiş edilmişdir.
7. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2022-ci il tarixli Şəmkir rayon prokurorluğunun 351-C-21 nömrəli materialından görünür ki, Şəmkir rayon Sabirkənd kənd tam orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı “X4 Qaydaları”nda göstərilmiş xidməti fəaliyyəti ilə bağlı tələbləri pozaraq 26 noyabr 2021-ci il tarixdə, saat 11:20-də məktəbin 8 sinif şagirdləri - X6, X7, Həsənov Cəfər llyas oğlu, X1 otağında tarix fənni üzrə dərs saatı başlayan zaman şagirdlərin, məktəbin tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) Cavabdeh və məktəbin tarix müəllimi X2 yanında şillə ilə üz nahiyələrindən şillə ilə vurması xüsusatı üzrə cinayət işinin başlanması rədd edilməli, barəsində intizam məsuliyyəti tətbiq edilməsi üçün Şəmkir rayon təhsil şöbəsinə təqdimatla müraciət edilməsi üçün Şəmkir rayon prokuroru qarşısında məsələ qaldırılması, İddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2013-cü il tarixədək Şəmkir rayon Sabirkənd kənd tam orta məktəbində tarix müəllimi kimi işə çıxmadan adına yazılmış xeyli miqdarda, yəni 14.963,08 manat məbləğində əməkhaqqını mənimsəməsi xüsusatı üzrə barəsində cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır.
8. Həmin materialda müəyyən edilmişdir ki, Şəmkir rayon Sabirkənd kənd tam orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı “X4 Qaydaları”nda göstərilmiş xidməti fəaliyyəti ilə bağlı tələbləri pozaraq 26 noyabr 2021-ci il tarixdə, saat 11:20-də məktəbin 8a sinif şagirdləri - X6, X7, X10, X1 otağında tarix fənni üzrə dərs saatı başlayan zaman şagirdlərin, direktor müavini Cavabdeh və tarix müəllimi Sevinc Bayramovanın yanında şillə ilə üz nahiyələrindən vurmuşdur. X9, Nahid Xəlilsoy hadisə ilə əlaqədar ekspert müayinəsindən dərhal deyil, 29 noyabr 2021-ci il tarixdə keçdiklərindən, Cəfər Həsənov, Rabil Qurbanov ekspert müayinəsindən keçmədiklərindən, eləcə də xəsarətlər qalıcı olmadığından həmin xəsarətlərin ağırlıq dərəcəsini ekspert müayinəsi zamanı müəyyən etmək olmamışdır.
9. xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2021-ci il tarixli xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli aktlardan görünür ki, Şəmkir rayon S.Rüstəmov adına Sabirkənd tam orta məktəbinin tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini işləyən İddiaçı onun adına tarifləşmiş dərs saatından imtina edərək dərsə girmir, işə vaxtı-vaxtında gəlmir, vəzifə öhdəliyində olan işləri yerinə yetirmir.
10. Şəmkir rayon S.Rüstəmov adına Sabirkənd tam orta məktəbinin direktorunun G.Rüstəmovun məktəbin həmkarlar təşkilatının sədrinə ünvanladığı xx.xx.2022-ci il məktubundan görünür ki, S.Rüstəmov adına Sabirkənd tam orta məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Vasim Məmmədovun işində yol verdiyi nöqsanlar, üzərinə düşən vəzifə öhdəliklərini yerinə yetirmədiyi öhdəliyində olan təhsilalanlara qarşı fiziki zor tərbiq etməklə onlara xəsarət yetirdiyi nəzərə alınaraq onun xx.xx.2022-ci il tarixdən tutduğu təlim tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən azad olunması münasibət bildirməyinizi xahiş etmişdir.
11. Şəmkir rayon S.Rüstəmov adına Sabirkənd tam orta məktəbinin Həmkarlar Təşkilatının sədrinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə Həmkarlar Təşkilatının iclası keçirilmiş və məktəb direktorunun qərarına etiraz edilməmişdir. Həmin qərar iclas iştirakçıları direktor müavini Cavabdeh, direktor müavini Xudaverdi Sadıqov, müəllim Əliyeva Səmidə, müəllim Bayramova Sevinc, müəllim Hüseynova Təranə, psixoloq Məmmədova Sevinc, müəllim Nəbiyeva Xatirə, məktəbin Həmkarlar Təşkilatının sədri Məlahət Əhmədova tərəfindən imzalanmaqla təsdiqlənmişdir.
12. Şəmkir rayon S.Rüstəmov adına Sabirkənd tam orta məktəbi üzrə 34 nömrəli əmrdən xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı-məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini işində yol verdiyi nöqsanlara, tabeliyində olan təhsilalanlara qarşı fiziki zor tətbiq etməyinə, dəfələrlə işindəki yol verdiyi nöqsanlara görə intizam tənbehi aldığı üçün xx.xx.2022-ci il tarixdən tutduğu təlim tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən azad edilmişdir. Əsas: İşinda yol verdiyi nöqsanlar, işinə məsuliyyətsiz yanaşma, üzərinə düşən vəzifə öhdəliklərini yerinə yetirə bilməmə, barəsində dəfələrlə intizam tənbehi görülməsi va Qazax-Tovuz Regional Təhsil İdarəsinin Şəmkir Sektorunun xx.xx.2022-ci il tarixli araşdırmanın nəticəsinə əsasən Əmək Məcəllasinin 186-cı maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsi bu məcəllənin 70 maddasinin ç bəndinə asasən ləğv edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı cavabdeh Şəmkir rayon S.Rüstəmov adına Sabirkənd tam orta məktəbinə qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, onun barəsində cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixinə verilmiş 34 saylı əmrin ləğv olunmasını, onun əvvəlki vəzifəsinə bərpa olunmasını, qətnamə icra olunan vaxta kimi vəzifə maaşının ödənilməsini, 50 manat mediasiya xərcinin cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
14. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qeyd olunan ünvanda yaşayır. 2007-ci ilin sentyabr ayından cavabdeh məktəbdə müəllim işləyir. 2014-cü ilin sentyabr ayının 15-dən cavabdeh məktəbdə dərs deməklə, eyni zamanda təlim-tərbiyə işləri üzrə derektor müavini vəzifəsinə qəbul olunmuşdur. 2014-cü ilin sentyabr ayının 15-dən 2022ci ilin sentyabr ayının 1-nə kimi həmin vəzifədə işləmişdir. İşlədiyi müddətdə heç bir qayda pozuntusuna yol verməmişdir. Şəmkir rayon S. Rüstəmov adına Sabirkənd tam orta məktəbinin 02 sentyabr 2022-ci il tarixli 34 nömrəli əmri ilə tutduğu təlim tərbiyyə işləri üzrə direktor müavini vəzifəsindən azad edilmişdir. (əmrdə xx.xx.2022-ci il tarixdə tutduğu vəzifədən azad olunması göstərilsə də, əmr xx.xx.2022-ci il tarixində imzalanıb). Barəsində verilmiş əmrdə göstərilir ki, “İddiaçı məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini işində yol verdiyi nöqsanlara, tabeliyində olan təhsilalanlara qarşı fiziki zor tətbiq etməsinə, dəfələrlə işindəki yol verdiyi nöqsanlara görə intizam tənbeh aldığı üçün xx.xx.2022-ci il tarixdən tutduğu təlim tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən azad edilsin. Əsas: Qazax- Tovuz Regional Təhsil İdarəsinin Şəmkir sektorunun xx.xx.2022-ci il tarixli araşdırması.” Cavabdeh tərəfindən verilmiş 01 (02) sentyabr 2022-ci il tarixli 34 saylı əmirlə razı deyil. Əvvala ona görə ki, o işlədiyi müddətdə heç bir qanun pozuntusuna yol verməmişdir. Əgər hər hansı qayda pozuntusuna yol vermişsə, bəs nə üçün onun izahatı alınmayıb? Onun vəzifədən azad olunması məktəb kollektivində, həmkarlar təşkilatında müzakirə olunmayıb? Onların bu barədə fikirləri soruşulmayıb və rəsmi olaraq münasibəti öyrənilməyib? Əmrdən aydın olur ki, o qayda pozuntusuna yol vermişdir. Tabeliyində olan təhsil alanlara fiziki zor tətbiq etmişdir. Dəfələrlə işində nöqsanlara yol verib, intizam tənbehi almışdır. Bu barədə əmrə heç bir sənəd əlavə olunmayıb. Onun barəsində tətbiq olunmuş intizam tənbehi nədən ibarət olub? Olubsa nə üçün onun izahatları alınmayıb? Nə üçün ona xəbərdarlıq olunmayıb? Hesab edir ki, cavabdeh müəssisədə fasiləsiz və nöqsansız fəaliyyəti, şəxsiyyəti, praktikası və kollektivdə nüfuzu, ailə vəziyyəti əsas verirdi ki, cavabdeh onun barəsində qeyd olunan əmri verməsin. Göründüyü kimi, cavabdeh ona qarşı qərəzçilik etmiş, bu halların heç birinə əhəmiyyət verməmiş, heç bir ciddi əsas olmadan ona qarşı aqressivlik göstərərək, onu ciddi şəkildə cəzalandırmışdır. Mübahisə predmeti olan əmri ədalətsiz və qanunsuz hesab edir. Ləğv olunması istəyir.
15. Şəmkir Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2(076)-3367/2022 nömrəli qətnaməsi ilə (hakim Rəşad Mustafayev) iddianın təmin edilməsi, cavabdeh Şəmkir rayonu S.Rüstəmov adına Sabirkənd tam orta məktəbinin direktorunun xx.xx.2022-ci il tarixli, 34 saylı əmrinin ləğv edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki vəzifəsi Şəmkir rayonu S.Rüstəmov adına Sabirkənd tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə bərpa edilməsi, məhkəmə xərci olaraq 50 (əlli) manat mediasiya xərcinin cavabdeh Şəmkir rayonu S.Rüstəmov adına Sabirkənd tam orta məktəbindən tutularaq İddiaçı verilməsi qət edilmişdir.
16. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 57-ci maddənin 1-2 bəndlərinə, 70, 71, 76, 80, 83, 84, 186, 300-cü maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 119.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
17. Cavabdeh Şəmkir rayon S.Rüstəmov adına Sabirkənd tam orta məktəbinin direktoru vəzifəsini müvəqqəti icra edən Cavabdeh apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2(076)-3367/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün aydınlaşdırmamışdır. Belə ki, işin halları ondan ibarətdir ki, İddiaçı məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini işində yol verdiyi nöqsanlara, tabeliyində olan təhsilalanlara qarşı fiziki zor tətbiq etməsinə, dəfələrlə işində yol verdiyi nöqsanlara görə işdən azad edilmişdir. Lakin, məhkəmənin sözügedən qətnaməsinə əsasən onun əvvəlki işinə bərpa edilməsi qət edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X13 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
22. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdeh Şəmkir rayon S.Rüstəmov adına Sabirkənd tam orta məktəbinin direktoru vəzifəsini müvəqqəti icra edən Cavabdeh və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, İddiaçı barəsində olan bütun sənədlər Regional Təhsil İdarəsinin Şəmkir sektorunda olduğundan onlardan asılı olmayan səbəblərdən birinci instansiya məhkəməsinə təqdim etməmişlər. Həmin sənədlər Məhkəmə Kollegiyasina təqdim olunmuşdur. Birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün aydınlaşdırmamışdır. Belə ki, işin halları ondan ibarətdir ki, İddiaçı məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini işində yol verdiyi nöqsanlara, tabeliyində olan təhsilalanlara qarşı fiziki zor tətbiq etməsinə, onları döyməsinə, dəfələrlə işində yol verdiyi nöqsanlara görə işdən azad olunmuşdur. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
23. İş üzrə cavabdeh Şəmkir rayon S.Rüstəmov adına Sabirkənd tam orta məktəbinin direktoru Cavabdeh, məktəbin nümayəndəsi və vəkili X3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə və məhkəmə bildirişini imzalayaraq almalarına baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
24. Maddə 70, “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən əsaslarla ləğv edilə bilər.
25. Maddə 71, 2-ci hissəsi. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra inztizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
26. Maddə 71, 3-cü hissəsi. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
27. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi ; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələ gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai təhlükəli əməllərə yol verməsi.
28. Maddə 80. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
29. Maddə 186. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
30. Maddə 186, 2-ci hissəsi. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək;
31. Maddə 186, 3-cü hissəsi. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.
32. Maddə 187, 1-ci hissəsi. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
33. Maddə 187, 2-ci hissəsi. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.
34. Maddə 294.
1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.
2. Kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır.
35. Maddə 296.
1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
36. Maddə 300. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
37. Maddə 1.0.34. sertifikatlaşdırılma – dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurudur.
38. Maddə 23.1. Ümumi təhsil sahəsində təhsilverənlərin hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun və digər normativ hüquqi aktlar, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, təhsil müəssisəsinin nizamnaməsi və daxili intizam qaydaları, eləcə də işəgötürənlə təhsilverən arasında bağlanılan əmək müqaviləsi ilə tənzimlənir.
39. Maddə 28.1. Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər. Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
“X4 Qaydaları” haqqında Qanun
40. Maddə 2.1. Müəllim peşə fəaliyyətində aşağıdakı etik davranış prinsiplərini gözləməli və tələblərə ciddi şəkildə əməl etməlidir:
41. Maddə 3.10. Müəllim təhsilalanların şərəf və ləyaqətinə hörmətlə yanaşır, əsassız mühakimələrə yol vermir, obyektivlik və qərəzsizlik nümayiş etdirir. 3.14. Müəllim icra və əmək intizamına riayət edir, iş vaxtında kənar işlərlə məşğul olmur, üzrsüz səbəbdən işdən yayınmır. 3.15. Müəllim şəxsi həyatında milli əxlaq, ictimai davranış normalarına riayət edir.
42. Maddə 4.1.1. Müəllim təhsilalanlarla münasibətdə qarşılıqlı hörmətə əsaslanan ünsiyyət tərzi seçməlidir. 4.1.9. Müəllim təhsilalanlara qarşı fiziki zor işlətməməli, onların şərəf və ləyaqətini alçaldan hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir. 4.3.1. Müəllim rəhbərin qanunauyğun yazılı əmrlərini, sərəncamlarını və ya şifahi tapşırıqlarını yerinə yetirməyə borcludur.
43. Maddə 6.1. Hər bir müəllim etik davranış qaydalarına əməl etməyə borcludur. 6.3.6. bu Qaydaların pozulması hallarının rəhbərlikdə və kollektivdə müzakirəsini təşkil etməli və qayda pozmuş müəllimlərin intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
44. Maddə 14.1. məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
45. Maddə 76.1. Sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
46. Maddə 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
48. Maddə 88. məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
50. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
51. Maddə 217.3. qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
52. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;
53. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
54. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
55. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
Apellyasiya baxışının hədləri
56. MPM-in 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
57. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
58. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
59. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır.
60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyinə görə qətnamənin əsaslılığı tam yoxlanmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
61. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.
62. Belə ki, məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2007-ci il tarixdə Şəmkir rayon Söhrab Rüstəmov adına Sabirkənd tam orta məktəbinə tarix müəllimi işinə qəbul edilmiş, 2014-cü ildən məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilərək icra etmişdir. İddiaçı işlədiyi müddətdə, yəni xx.xx.2021-ci il tarixdə həmin məktəbin məktəbin 8a sinfində təhsil alan X6, X7, X10 və X1 otağında tarix fənni üzrə dərs saatı başlayan zaman şagirdləri şillə ilə üz nahiyələrindən vurmuşdur. Buna görə də Şəmkir rayon prokurorluğunun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2022-ci il tarixli qərarı əsasında Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-240/2022 nömrəli qərarı ilə, İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinməsi 500 (beş yüz) manat cərimə edilməsi qərara alınmış və sonuncu tərəfindən həmin cərimə məbləği ödənilmişdir. İddiaçı təlim tərbiyə işləri üzrə direktor müavini vəzifəsində olduğu müddətdə müəssisədaxili intizam qaydalarına əməl etməmişdir. Belə ki, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il trixli, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə işə müəyyən edilmiş vaxtda gəlməmiş, üzərinə düşən öhdəlikləri tam icra etməmiş və buna görə barəsində göstərilən tarixlərdə aktlər tərtib olunmuşdur. Həmçinin, Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən Şəmkir rayon S.Rüstəmov adına Sabirkənd tam orta məktəbində direktorun fəaliyyətinin yoxlanılmasının nəticəsi haqqında arayışdan görünür ki, baxış zamanı məktəbdə tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini İddiaçı eyni zamanda şikayətçi vəzifə funksiyalarını icra etmir, sadalanan nöqsanları nəzərə alaraq məktəb direktoru və tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini haqqında tədbir görülməsi xahiş edilmişdir. Göstərilən əsaslara görə Şəmkir rayon S.Rüstəmov adına Sabirkənd tam orta məktəbin direktoru G.Rüstəmova tərəfindən qəbul edilmiş 34 nömrəli xx.xx.2022-ci il tarixli əmr ilə, İddiaçı-məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini işində yol verdiyi nöqsanlara, tabeliyində olan təhsilalanlara qarşı fiziki zor tətbiq etməyinə, dəfələrlə işindəki yol verdiyi nöqsanlara görə intizam tənbehi aldığı üçün xx.xx.2022-ci il tarixdən tutduğu təlim tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən azad edilmişdir.
63. Yuxarıda qeyd olunduğu kimi, Əmək Məcəlləsinin 300-cü maddəsi, işçinin işə bərpası və ona məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi üçün vacib şərtlər kimi: 1. işəgötürənin əmək müqaviləsini bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq xitam verməsi; 2. Əmək Məcəlləsinin 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən əmək müqaviləsinə xitam verilməsi; 3. Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verilməsini müəyyən etmişdir.
64. Bunun üçün ilk növbədə işçi ilə işəgötürən arasında əmək münasibətlərinə xitam verilməsi əsasları araşdırılmalıdır.
65. İş materiallarından görünür ki, İddiaçı tutduğu təlim tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən azad edilməsi onun işində yol verdiyi nöqsanlara, tabeliyində olan təhsilalanlara qarşı fiziki zor tətbiq etməyinə, dəfələrlə işindəki yol verdiyi nöqsanlara görə intizam tənbehi almasıdır. Göstərilən hallar isə cavabdeh tərəfindən apellyasiya baxışında kollegiyaya təqdim edilmiş sübutlarla öz təsdiqini tapır.
66. Belə ki, “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2022-ci il tarixli Şəmkir rayon prokurorluğunun 351-C-21 nömrəli materialından görünür ki, Şəmkir rayon Sabirkənd kənd tam orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı “X4 Qaydaları”nda göstərilmiş xidməti fəaliyyəti ilə bağlı tələbləri pozaraq 26 noyabr 2021ci il tarixdə, saat 11:20-də məktəbin 8a sinif şagirdləri - X6, X7, Həsənov Cəfər llyas oğlu, X1 otağında tarix fənni üzrə dərs saatı başlayan zaman şagirdlərin, məktəbin tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) Cavabdeh və məktəbin tarix müəllimi X2 yanında şillə ilə üz nahiyələrindən şillə ilə vurması xüsusatı üzrə cinayət işinin başlanması rədd edilməli, barəsində intizam məsuliyyəti tətbiq edilməsi üçün Şəmkir rayon təhsil şöbəsinə təqdimatla müraciət edilməsi üçün Şəmkir rayon prokuroru qarşısında məsələ qaldırılması, İddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2013-cü il tarixədək Şəmkir rayon Sabirkənd kənd tam orta məktəbində tarix müəllimi kimi işə çıxmadan adına yazılmış xeyli miqdarda, yəni 14.963,08 manat məbləğində əməkhaqqını mənimsəməsi xüsusatı üzrə barəsində cinayət məsuliyyətine catbetma müddəti keçdiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır.
67. Bundan sonra Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)- 240/2022 nömrəli qərarı ilə, İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinməsi 500 (beş yüz) manat cərimə edilməsi qərara alınmışdır.
68. Göründüyü kimi, iddiaçı Şəmkir rayon S.Rüstəmov adına Sabirkənd tam orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini işləyən zaman xx.xx.2021-ci il tarixdə həmin məktəbin məktəbin 8a sinfində təshil alan X6, X7, X10 və X1 otağında tarix fənni üzrə dərs saatı başlayan zaman şagirdləri şillə ilə üz nahiyələrindən vurmuş və bununla da “X4 Qaydaları”nda göstərilmiş xidməti fəaliyyəti ilə bağlı tələbləri pozduğu üçün məhkəmə qərarı ilə 500 manat məbləğində cərimə edilmişdir. Lakin, iddiaçı tərəfindən həmin qərar apellyasiya qaydasında mübahisələndirilməmiş və sonuncu tərəfindən cərimə məbləği ödənilmişdir.
69. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Şəmkir rayon S.Rüstəmov adına Sabirkənd tam orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsini icra edərkən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş etik davranış qaydalarına əməl etməyək məktəbdə təhsil alan şagirdlərə qarşı zor tətbiq edərək, “X4 Qaydaları”nda göstərilmiş xidməti fəaliyyəti kobud surət pozmuşdur.
70. Həmçinin, iddiaçı məhkəmə kollegiyasının iclasında şagirdlərə qarşı zor tətbiq etmədiyini bildirsə də, sonuncu tərəfindən məhkəmə qərarının mübahisələndirilmədən inzibati tənbehin qəbul edilməsi və yuxarıda qeyd olunan hallarla göstərdiyi xüsusatlar təkzib olunmuşdur.
71. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsini icra edən vaxt vəzifə funksiyalarını icra etməmiş, əmək intizamına riayət etməmiş, üzrsüz səbəbdən işdən yayınmış və bu barədə də işəgötürənə məlumat verməmişdir.
72. Belə ki, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2021-ci il tarixli xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli aktlardan və həmin məktəbdə işləyən müəllim tərəfindən verilmiş izahatlarından görünür ki, Şəmkir rayon S.Rüstəmov adına Sabirkənd tam orta məktəbinin tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini işləyən İddiaçı onun adına tarifləşmiş dərs saatından imtina edərək dərsə girmir, işə vaxtı-vaxtında gəlmir, vəzifə öhdəliyində olan işləri yerinə yetirmir.
73. Həmçinin, Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən Şəmkir rayon S.Rüstəmov adına Sabirkənd tam orta məktəbində direktorun fəaliyyətinin yoxlanılmasının nəticəsi haqqında arayışdan görünür ki, baxış zamanı məktəbdə tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini İddiaçı eyni zamanda şikayətçi vəzifə funksiyalarını icra etmir, sadalanan nöqsanları nəzərə alaraq məktəb direktoru və tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini haqqında tədbir görülməsi xahiş edilmişdir.
74. Lakin, iddiaçı tərəfindən üzrsüz səbəbdən işə gəlməməsi və vəzifə öhdəliklərini tam yerinə yetirməsini bildirsə də, əksini təsdiq edəcək mötəbər sübutlar təqdim edilməmiş və irəli sürülən dəlillər təsdiqini tapmamışdır. Göstərdiyi xüsusatlar isə yalnız iddiaçının subyektiv mülahizəsi ilə təsdiq olunur.
75. Kollegiya xatırladır ki, MPM-in 77.1-ci maddəsinə əsasən sübutetmə yükü iddiaçının üzərinə qanunla qoyulmuş vəzifədir. Həmin normada qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
76. Belə ki, iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir. Bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Bu baxımdan işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir
77. Nəzərə alınmalıdır ki, bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
78. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).
79. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
80. Kollegiya qeyd edir ki, yuxarıda göstərilən hallar İddiaçı əmək intizamına riayət etməməsi deməkdir. Nəzərə almaq lazımdır ki, Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş əsas vəzifəsinin və bu əmək funksiyalarının vaxtında, keyfiyyətlə yetirilməsinə əməl etməlidir. Kollegiya bununla bağlı Əmək Məcəlləsinin 10-cu maddəsinə də nəzər salmağı zəruri hesab edir.
81. Həmin maddənin a) və b) bəndlərində əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək və əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək işçinin əsas vəzifələri kimi göstərilmişdir.
82. Məhkəmədə müəyyən olunmuşdur ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilmə əsası kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi göstərilmişdir. Həmin bənddə deyilir ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
83. Həmin Məcəllənin 80-ci maddəsinə görə, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
84. Məhkəmə kollegiyası iddiaçının işdən azad olunması barədə əmrin tərtibatı ilə bağlı qeyd edir ki, Əmək Məcəlləsinin 84-cü maddəsinin birinci hissəsində əmək müqaviləsinin ləğv olunması barədə əmrin məzmununa dair bir sıra tələblər irəli sürülmüşdür. Bu tələblərdən biri də ondan ibarətdir ki, əmrdə başqa məlumatlarla yanaşı həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi, bəndi göstərilməlidir.
85. Mübahisə predmeti olan əmrdə isə əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş Əmək Məcəlləsinin müvafiq maddəsi, hissəsi, bəndi göstərilməmişdir. Əmək Məcəlləsinin 84-cü maddəsinin ikinci hissəsinə görə bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız sayıla bilər.
86. Lakin, sözügedən əmrdə əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş Əmək Məcəlləsinin müvafiq maddəsi, hissəsi və bəndinin göstərilməməsi, onun etibarsız sayılması üçün yetərli deyildir. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 84-cü maddəsinin ikinci hissəsində bu cür əmrin etibarsız sayılması mütləq nəticə kimi müəyyən olunmamışdır. Əmrin etibarsız sayılması imperativ xarakterli tələb olmayıb, məhkəmənin hüququ kimi nəzərdə tutulmuşdur.
87. Mübahisənin Əmək Məcəlləsinin 84-cü maddəsinin müddəalarının məzmununa və legitim məqsədinə uyğun həll edilməsi üçün məhkəmə tərəfindən bu normanın mahiyyəti və qanunvericilik tənzimlənməsinin məqsədləri, həmçinin bu normada ehtiva olunan söz və ifadələrin hərfi mənası deyil, qanunvericinin normanı müəyyən edərkən güddüyü məqsəd də nəzərə alınmalıdır.
88. Bu baxımdan Əmək Məcəlləsinin 84-cü maddəsinin birinci hissəsinin əsas məqsədi, ilk növbədə işçinin əmək müqaviləsinə xitam verilməsinin səbəb və əsasları barədə əlavə sual yeri qoymadan aydın şəkildə bütün məlumatlara malik olma hüququnu təmin etməkdir. Digər tərəfdən bu məlumatlar əmək mübahisəsinə baxan orqan üçün işin hallarının tam və obyektiv araşdırılmasına zəmin yaradır. Əgər əmrdə bu məlumatlar tam əks olunmamışdırsa və işin hallarının tam və obyektiv araşdırılması mümkün olmadığına görə bu boşluğu doldurmaq mümkün deyildirsə, həmin əmr etibarsız sayıla bilər. Əks təqdirdə, yəni işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması açıq-aşkardırsa, əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş Əmək Məcəlləsinin müvafiq maddəsi, hissəsi və bəndinin əmrdə göstərilməməsi, həmin əmrin etibarsız sayılması üçün yetərli sayıla bilməz. Baxılan işdə də iddiaçının əmək vəzifələrinin kobud şəkildə pozması açıq-aşkardır və əmrdən də göründüyü kimi iddiaçı həmin səbəbdən işdən azad edilmişdir.
89. İddiaçı tərəfindən əmək müqaviləsi üzrə müəyyən edilmiş əmək funksiyası lazımınca yerinə yetirilməmiş, əmək və icra intizamının tələbləri ciddi şəkildə pozulmuşdur. Həmin hallara əsasən işçinin azad edilməsi isə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində öz əksini tapmışdır. Həmin bənddə qeyd olunmuşdur ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Kollegiya hesab edir ki, iddiaçının yuxarıda qeyd olunan tarixlərdə üzrlü səbəb olmadan işə gəlməməsi, etik davranış qaydalarına əməl etməyərək məktəbdə təhsil alan şagirdlərə qarşı zor tətbiq etməsi və vəzifə funksiyalarının icrasından yayınması məhz həmin halların dairəsinə aiddir və iddiaçı tərəfindən bu normaya riayət edilməməsi açıq-aşkar öz təsdiqini tapdığı üçün əmrdə iddiaçı ilə hansı maddəyə əsasən əmək müqaviləsinə xitam verilməsinin göstərilməməsi işəgötürənin Əmək Məcəlləsi ilə müəyyən edilmiş hüquqlarının pozulmasına zəmin yarada bilməz.
90. Məhkəmə kollegiyası bildirir ki, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrdə iddiaçının əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi qeyd olunmuşdur ki, iddiaçının üzürlü səbəb olmadan işə gəlməməsi müvafiq iş yerində işin, əmək və icra intizamının normal ahəngi pozulmasına səbəb olmaqla yanaşı, digər işçilərin də əmək intizamına riayət etməsinə mənfi təsir göstərən hal kimi qəbul olunmaqla, bu hallar da işəgötürənin qanunla qorunan mənafelərinə ziyan vurur.
91. Beləliklə, kollegiya hesab edir ki, iddiaçının iddia tələbinin əsaslılığı tam sübut olunmadığından və həmçinin cavabdehin iddiaya qarşı dəlilləri, yəni sübut növü kimi təqdim etdiyi iddiaçının barəsində tərtib edilmiş aktlar, xidməti yoxlama barədə arayış, əmrlər, xəbərdarlıq məktublar və izahatlar öz təsdiqini tapdığından iddia ərizəsinin təmin edilməsi üçün əsaslar yoxdur.
92. Belə ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
93. Ədalət mühakiməsinin müvafiq məhkəmə tərəfindən qüvvədə olan hüquqi prosedurlar üzrə məhkəmə müdafiə hüququ (ədalətli məhkəmə araşdırılması hüququ) məcburi təmin edilməklə həyata keçirilməsi qanunun aliliyi baxımından mühüm şərtlərdən biridir (Xanlar Qasımovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin 13 dekabr 2005-ci il tarixli qərarı).
94. Hüququn aliliyi hüquqi dövlətin təməl prinsiplərindən biridir. Bu prinsipə riayət olunması demokratik cəmiyyətdə ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinə dair hüquq kimi qəbul edilmiş ədalətli məhkəmə araşdırılması hüququnun həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Hüququn aliliyi və ədalət mühakiməsinin lazimi qaydada həyata keçirilməsi müasir məhkəmə icraatının iki qarşılıqlı və bir-birini tamamlayan şərtləridir (Lamiyə Binnətovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarı).
95. Məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (Salatın Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarı).
96. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
97. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 50 manat mediasiya xərci Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçının özünə aid edilməlidir.
98. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilsin. İş üzrə Şəmkir Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2(076)-3367/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Şəmkir rayon S.Rüstəmov adına Sabirkənd tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki iş yerinə bərpa edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 50 (əlli) manat mediasiya xərci iddiaçının özünə aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.