Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-886/2023 19.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Ələmdar oğluna qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: torpaq sahəsinin boşadılması və tikilinin sökülməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, Cavabdeh Ələmdar oğlunun etibarnamə üzrə nümayəndəsi (vəkil) X4 iştirakı ilə, İddiaçı Cavabdeh Ələmdar oğluna qarşı torpaq sahəsinin boşadılması və tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli 2(066)-562/2021 nömrəli qətnaməsindən Cavabdeh Ələmdar oğlunun etibarnamə üzrə nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya apellyasiya şikayətinə 19 iyun 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 30 iyun 2020-ci il tarixli ********** nömrəli çıxarışın surətindən görünür ki, Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən 0,12 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 aprel 2023-cü il tarixli 10/2625 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Gəncə LTİ-nin mütəxəssisləri tərəfindən elektron bazasında araşdırılmış və 27 sentyabr 2021-ci il tarixli **********64 nömrəli mütəxəssis rəyinə əsasən müəyyən olunmuşdur ki, iddiaçının mübahisələndirdiyi su çəninin yerləşdiyi qurğunun 4,0 kv.m hissəsi **********90 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,12 ha (1200 kv.m) həyətyanı torpaq sahəsi ilə üst-üstə düşür; **********90 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,12 ha (1200 kv.m) həyətyanı torpaq sahəsinin hüdudları daxilində 32,0 metr uzunluğunda metal tor hasarın mövcudluğu müşahidə olunur.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh Ələmdar oğluna qarşı torpaq sahəsinin boşadılması və tikilinin sökülməsi tələbi ilə Göygöl Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdeh tərəfindən ona məxsus torpaq sahəsində qurlaşdırılmış 10 ton həcmdə su çəninin zəbt etdiyi 100 kv.m torpaq sahəsindən götürülməsi və çəkilmiş hasarın sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Hüseynov X8 rayonu Yeni Qızılca kəndində onunla qonşuluqda yaşayır. Bir müddət evdə olmamasından istifadə edərək cavabdeh onun mülkiyyətində olan torpaq sahəsində 10 ton həcmində su çəni qurlaşdırmışdır. Su çəni 100 kv.m torpaq sahəsini tutmuş, eləcədə cavabdeh zəbt etdiyi torpaq sahəsini qeyri-qanuni hasara almışdır. Dəfələrlə cavabdehdən torpaq sahəsinin boşadılması və tikilinin sökülməsini tələb etsədə, heç bir nəticə əldə olunmamışdır.
5. Göygöl Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli 2(066)-562/2021 nömrəli (hakim Q.Abbasov) qətnaməsi ilə iddia qismən təmin edilərək, **********90 reyestr nömrəli çıxarışa əsasən Göygöl rayonu Yeni Qızılca kəndi ərazisində İddiaçı xüsusi mülkiyyətində olan 0,12 ha torpaq sahəsindən Cavabdeh qurlaşdırdığı su çəninin zəbt etdiyi 4,0 kv.m hissəsi cavabdehin öz vəsaiti hesabına boşadılması və iddiaçıya məxsus qeyd edilən 0,12 ha torpaq sahəsinin hüdudları daxilində quraşdırılmış 32 metr uzunluğunda metal tor hasar cavabdehin öz vəsaiti hesabına sökülməsi; İddia üzrə ödənilmiş 10 manat məbləğindədövlət rüsumu və iş üzrə aparılmış məhkəmə ekspertiza tədqiqatının dəyəri 311 manat Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.1, 146.2, 152.1, 157.2, 157.4, 180.1, 180.2, 180.4 maddələri, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111, 112 maddələri və Mülki Prosessual Məcəlləsinin 77.1, 117.1, 119.1, 124.1, 185.5, 217.4, 216-220, 227, 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh Ələmdar oğlunun etibarnamə üzrə nümayəndəsi X2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normasının pozulması ilə çıxarılmışdır. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtəfli və obyektiv araşdırma aparmamış və təqdim olunmuş subutlara qiymət verməmişdir. Məhkəmə sənədlərində cavabdehin ata adı səhv yazıldığına görə məhkəmə sənədləri ona çatdırılmamış və geri qaytarılmışdır. Mübahisəli torpaq sahəsini iddiaçının anası X3 ona satmış və buna görədə həmin ərazini hasara almışdır. Lakin iddiaçı onun xəbəri olmadan hasarı sökmüş və bununlada ziyan vurmuşdur.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh Ələmdar oğlunun etibarnamə üzrə nümayəndəsi (vəkil) X7 apellyasiya şikayətini müdafiə edərək, izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsi iddiaçının anası tərəfindən cavabdehə satılmışdır. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, İddiaçı və Cavabdeh Ələmdar oğlu məhkəmə iclasına gəlməmişlər, eləcədə gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Cavabdeh Ələmdar oğlu məhkəmə iclasında nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
12. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüququndan ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
13. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
14. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
15. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
16. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər.
17. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.
18. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər.
19. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
20. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
21. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
22. Maddə 49 Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ-torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır.
23. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
24. Maddə 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri, qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
30. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
32. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması
33. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
34. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
Apellyasiya baxışının hədləri
35. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
37. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Göygöl Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli 2(066)-562/2021 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin olunmalıdır.
39. İşin halları ondan ibarətdir ki, Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən 0,12 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir və buna dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən sonuncuya 30 iyun 2020-ci il tarixli ********** nömrəli çıxarış verilmişdir. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin Cavabdeh Ələmdar oğlu tərəfindən zəbt olunmasını və zəbt olunmuş torpaqda cavabdeh tərəfindən su çəninin qurlaşdırılmasını və hasar çəkilməsini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi dəAzərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 27 sentyabr 2021-ci il tarixli 170 nömrəli mütəxəssis rəyinə istinad edərək iddianı qismən təmin etmişdir.
40. Birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə məhkəmə torpaqşunaslıq-tikinti kompleks ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti ilə yanaşı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 27 sentyabr 2021-ci il tarixli 170 nömrəli mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, **********90 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,12 ha həyətyanı torpaq sahəsinin AA 517924 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə istinadən yerləşmə mövqeyi rəyə əlavə edilmiş çızgi planda öz əksini tapır, İddiaçının ekspertiza baxışı zamanı mübahisələndirdiyi su çəninin yerləşdiyi qurğunun 4,0 kv.m hissəsi **********90 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,12 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşür, **********90 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,12 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilində 32,0 metr uzunluğunda metal tor hasar mövcuddur.
41. Beləliklə birinci instansiya məhkəməsinin icraatı zamanı mütəxəssis rəyi alınsada, ekspert rəyi alınmamışdır. Ona görədə kollegiya hesab etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 27 sentyabr 2021-ci il tarixli 170 nömrəli mütəxəssis rəyi əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən rəy alınması üçün iş ekspertiza mərkəzinə göndərilməlidir.
42. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 aprel 2023-cü il tarixli 10/2625 nömrəli ekspert rəyi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Gəncə LTİ-nin mütəxəssisləri tərəfindən elektron bazasında araşdırılmış və 27 sentyabr 2021-ci il tarixli **********64 nömrəli mütəxəssis rəyinə əsasən müəyyən olunmuşdur ki, iddiaçının mübahisələndirdiyi su çəninin yerləşdiyi qurğunun 4,0 kv.m hissəsi **********90 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,12 ha (1200 kv.m) həyətyanı torpaq sahəsi ilə üst-üstə düşür; **********90 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,12 ha (1200 kv.m) həyətyanı torpaq sahəsinin hüdudları daxilində 32,0 metr uzunluğunda metal tor hasarın mövcudluğu müşahidə olunur.
43. Göründüyü kimi ekspert rəyi ilə müəyyən olunur ki, Cavabdeh Ələmdar oğlu iddiaçının mülkiyyətində olan torpaq sahəsini heç bir qanuni əsas olmadan zəbt edərək, 4,0 kv.m hissəsində su çəni yerləşdirməklə 32,0 metr uzunluğunda metal tor hasar çəkmişdir. Cabvabdeh tərəf zəbt olunmuş torpaq sahəsinin iddiaçının anası tərəfindən onlara satılmasını iddia etsədə, lakin bu barədə məhkəməyə hər hansı bir möhtəbər sübut təqdim etməmişdir. Ona görə də kollegiya apellyasiya şikayətinin dəlilini əsassız hesab edir.
44. Qeyd olunmalıdır ki, mülkiyyət hüququ təbiəti etibarı ilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Göründüyü kimi, İddiaçı mülkiyyət hüquqları qeydə alınmış və əmlak hüquqları qanunla qorunur, həmçinin bütün pozulmalardan müdafiə olunur.
45. İddia ərizəsində isə cavabdehin tasının adı Qasım kimi göstərilmiş, birinci instansiya məhkəməsi də qətnamə qəbul edərkən Cavabdeh ata adını qətnamənin giriş və nəticə hissəsində Qasım kimi göstərilmişdir. İşin 73-cü vərəqində olan Rusiya Federasiyası tərəfindən verilmiş pasportun, eləcədə 76-cı vərəqində olan etibarnamənin surətindən müəyyən olunur ki, Cavabdeh atasının adı Ələmdar kimi qeyd olunmuşdur. Cavabdeh birinci instansiya məhkəməsində iştirak etməsədə, lakin kollegiya hesab edir ki, işə baxan hakim cavabdehin şəxsiyyətini, yəni soyad, ad və atadının düzgünlüyünü müəyyən etməliydi.
46. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 223.1. maddəsinə görə, məhkəmə əmlakın və ya pul məbləğinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir.
47. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Göygöl Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli 2(066)-562/2021 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi qismən təmin edilməli **********90 reyestr nömrəli çıxarışa əsasən Göygöl rayonu Yeni Qızılca kəndi ərazisində İddiaçı xüsusi mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin 4,0 kv.m hissəsində Cavabdeh Ələmdar oğlunun yerləşdirdiyi (quraşdırdığı) su çəni, eləcədə 0,12 ha torpaq sahəsinin hüdudları daxilində cavabdeh tərəfindən çəkilmiş 32 metr uzunluğunda metal tor hasar onun vəsaiti hesabına sökülərək götürülməli, iddia tələbi qalan hissədə təmin edilməməli, eləcədə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
48. İşdən müəyyən olunur ki, mütəxəssis rəyinin verilməsi üçün iddiaçı tərəf Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşinmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin hesabına 311 manat ödəniş etmişdir.
49. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərininə dair 27 aprel 2023-cü il tarixli 10/2625 nömrəli bildirşdən isə görünür ki, ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir.
50. Kollegiya hesab edir ki, Cavabdeh Ələmdar oğlundan 311 manat alınaraq İddiaçı verilməli, eləcədə ekspertiza tədqiqatının dəyəri 50 manat Cavabdeh Ələmdar oğlundan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməlidir.
51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 385, 392, 393, 402, 403, 404 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh Ələmdar oğlunun etibarnamə üzrə nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli 2(066)-562/2021 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh Ələmdar oğluna qarşı torpaq sahəsinin boşadılması və tikilinin sökülməsi tələbinə dair iddiası qismən təmin edilsin. **********90 reyestr nömrəli çıxarışa əsasən Göygöl rayonu Yeni Qızılca kəndi ərazisində İddiaçı xüsusi mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin 4,0 kv.m hissəsində Cavabdeh Ələmdar oğlunun yerləşdirdiyi (quraşdırdığı) su çəni, eləcədə 0,12 ha torpaq sahəsinin hüdudları daxilində cavabdeh tərəfindən çəkilmiş 32 metr uzunluğunda metal tor hasar onun öz vəsaiti hesabına sökülərək götürülsün. Mütəxəssis rəyinin alınması üçün iddiaçı tərəfindən ödənilmiş 311 manatın əvəzi Cavabdeh Ələmdar oğlundan alınaraq İddiaçı verilsin. Eləcə də aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat Cavabdeh Ələmdar oğlundan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə şikayət verilməzsə 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.