Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-894/2024 25.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 və İddiaçı2 cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (mülkiyyət hüququnun müdafiəsi) Sədrlik edən və məruzəçi hakim Süleymanov Loğman Srac oğlu, hakimlər Həsənov İslam Telman oğlu və X1 ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, İddiaçı1, onun və digər İddiaçı2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Tovuz Rayon Məhkəməsinin 2(062)-920/2022 saylı mülki iş üzrə 17 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh3 hüquqi varisi X11, Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi Vəkil1 tərəfindən ayrı ayrılıqda verilmiş apellyasiya şikayətlərinə 25 aprel 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları: ünvan 1 ünvanda 0.2904 ha torpaq sahəsi (bundan sonra – mübahisəli torpaq sahəsi) və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 383.1 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış binası xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş “dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” xx.xx.1996-cı il tarixli 008962 saylı şəhadətnaməyə əsasən, Tovuz rayonu, Bozalqanlı kəndində Səsyazma sexinin avadanlığı 231.000 manata Cavabdeh2 satılmış və mülk alıcının toxunulmaz mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti ilə cavabdeh X6 arasında bağlanmış xx.xx.2001- ci il tarixli 150 nömrəli alqısatqı müqaviləsinə əsasən “Orbita-servis” texniki ticarət müəssisəsinin 1 saylı filialı 379000 manata həmin cavabdehə satılmış və Departament tərəfindən cavabdehin adına “dövlət əmlakının hüquq və fiziki şəxslərə satılması haqqında” xx.xx.2001-ci il tarixli 000435 nömrəli şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş “dövlət əmlakının hüquq və fiziki şəxslərə satılması haqqında” xx.xx.2004-cü il tarixli 001690 nömrəli şəhadətnaməyə əsasən, ünvan 2 ünvanında yerləşən Ayaqqabı təmiri sexi ******* manata Cavabdeh3 satılmışdır. Cavabdeh3 xx.xx.2006-cı il tarixdə ölmüşdür, oğlu X11 onun hüquqi varisidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat: İddiaçılar cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2nın və Cavabdeh3 mübahisəli torpaq sahəsindən çıxarılmaları və tikililərin sökülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyd olunan ünvanında yerləşən qeyri-yaşayış binası iddiaçıların xüsusi mülkiyyətindədir. Onların mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və buna dair reyestrdən çıxarış verilmişdir. Cavabdehlərin isə onlara məxsus ərazi daxilində tikililəri mövcuddur ki, həmin tikililərdə qanunsuz sahibkarlıq fəaliyəti ilə məşğuldurlar. Hazırda cavabdehlərin həmin ərazidən çıxarılmaları zərurəti yaranmışdır. Belə ki, iddiaçılar həmin ərazidə yeni layihələr həyata keçirməklə, abadlıq işləri aparacaqlar. Cavabdeh X6 iddiaya qarşı etiraz təqdim edərək, bildirmişdir ki, qeyd olunan ərazidə yerləşən müəssisə dövlət tərəfindən xx.xx.2001-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdehə satılmış və buna dair cavabdehin adına şəhadtnamə və texniki pasport verilmişdir. İddiaçılar isə xx.xx.2013-cü il tarixdə mülkiyyət çıxarışı əldə etmişlər. Cavabdeh 21 ilə yaxın bir vaxtdır ki, həmin obyektdə çalışaraq ailəsinin ehtiyacların ödəyir. Hesab edir ki, iddia tələbi qanunsuz və əsassız olduğundan rədd olunmalıdır. Digər Cavabdeh3 hüquqi varisi X11 məhkəmə iclasında verdiyi izahatında iddiaya etiraz edərək, göstərmişdir ki, iddiaçılar qanunsuz yollarla mübahisəli torpaq sahəsinə dair çıxarış əldə etmişlər. İddiaçıların iddia etdikləri ərazidə cavabdehlərə məxsus əmlak olmaqla, onlar hazırda da həmin əmlakdan istifadə edirlər. Ona görə də onların iddiaları təmin edilə bilməz. Tovuz Rayon Məhkəməsinin (hakim Zaur Hünmətov) 2(062)-920/2022 nömrəli 17 may 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlərin əmlakları ilə birlikdə iddiaçılara məxsus mübahisəli ünvanda yerləşən 0.2904 ha torpaq sahəsindən çıxarılmaları qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi iddiaçıların xüsusi mülkiyyətində olmaqla, cavabdehlərin qanunsuz sahibliyindədir və cavabdehlər uzun müddətdir ki, iddiaçıların qanula qorunan mülkiyyət hüquqlarını davamlı şəkildə pozurlar. Məhkəmə cavabdeh Ədalət Quliyevin həmin torpaq sahəsinə dair dövlət tərəfindən onunla alqı-satqı müqaviləsinin bağlanması barədə dəlillərinə münasibətdə bildirmişdir ki, cavabdehlərin heç birinə torpaq sahəsinin satılmasına dair şəhadətnamə verilməmişdir. Məhkəmə digər Cavabdeh3 hüquqi varisi X7 iddiaçıların qanunsuz yollarla mübahisəli torpaq sahələrinə çıxarış əldə etmələrinə dair dəlillərinə münasibətdə qeyd etmişdir ki, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamlığı prezumpsiyası qüvvədədir. Məhkəmə öz mövqeyini,Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 157.2, 139.1, 139.3, 140-cı, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 29.5-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiya məhkəməsində birinci icraat: X11, Cavabdeh2 və Cavabdeh1 ayrı-ayrılıqda apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişlər. X11 tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsi dövlət əmlakı olduğu üçün yalnız qanunla müəyyən edilmiş qaydada özəlləşmə yolu ilə Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentindən mülkiyyətə dair çıxarış alınmalı idi. Ancaq iddiaçılar saxta yolla dövlət torpağı olan əmlakı dair çıxarış almışlar. Həmin torpaq sahəsi və üzərində olan köşk 1975- ci ildən onların istifadəsində olmuş, sonra həmin köşkü özəlləşdirmişlər, nə vaxt onlara torpağı almağı təklif etsələr, özəlləşdirməyə hazırdırlar. Əgər həmin köşkdən onlar istifadə etmişlərsə, torpaq sahəsi ilk növbədə onlara satılmalı idi, lakin onlara heç kim tərəfindən təklif olunmamışdır. Məhkəmə işə baxarkən işin faktiki hallarını aydınlaşdırmamış, iş üzrə şahidləri dindirməmiş, obyektiv araşdırma aparmamış, bununla da maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul edilmişdir. Cavabdeh2 apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, cavabdeh məhkəmə iclasında iştirak etməsinə baxmayaraq, qətnamədə adı qeyd edilməmiş, sonda iddia tələbindən kənara çıxmaqla iddia təmin edilmişdir. Məhkəmə tərəfindən mübahisəli torpaq sahəsi üzərində onun mülkiyyətində olan əmlakın mövcudluğu, həmçinin iddiaçıların adına olan müvafiq çıxarışın mübahisələndirməsi nəzərə alınmamış, onun hüquqları pozulmuşdur. Məhkəmə iclasında sübut kimi yalnız iddiaçıların vəkilinin izahatı və mübahisəli çıxarışa əsaslanaraq qətnamə qəbul edilmişdir. Cavabdeh X2 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıların tələbi onların maraqlarına toxunur. Onların adına verilmiş çıxarış ləğv edilməli, ekspertiza təyin edilərək yenidən daşınmaz əmlaka baxış keçirilməli və onların maraqları nəzərə alınmalıdır. Texniki pasportdan da görünür ki, cavabdehə məxsus olan 10 kv.m qeyri-yaşayış sahəsinin iddiaçıların mülkiyyətində olan qeyri-yaşayış sahəsinə heç bir maneçiliyi yoxdur. Qeyd etdiklərini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib iddianın ona aid hissəsə təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya baxışında təyin edilmiş məhkəmə-mühəndis ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 may 2023-cü il tarixli 10/2188 nömrəli rəyinə əsasən, iddiaçıların sökülməsini tələb etdikləri tikililərin onların xüsusi mülkiyyətində olan 0.2904 ha torpaq sahəsinin üzərində yerləşdiyi müəyyən edilmişdir (əsas: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3- 21-3- 37/21400/2023 saylı mütəxəssis rəyi). Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-208/2023 nömrəli, 05 iyul 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia rədd olunmuşdur (hakimlər – Ədil Məmmədov (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Fikrət Mehtiyev). Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehlərin, o cümlədən barəsində Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən “dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” xx.xx.1996-cı il tarixli 008962 saylı şəhadətnamənin verildiyi ünvan 3i ünvanında “Səsyazma sexinin avadanlığı” adlandırılmış əmlakın mülkiyyətçisi olan Cavabdeh2 vaxtilə tam dəyərini ödəməklə aldıqları və yerləşdiyi obyektdə də istifadə edilməsi ehtiva edilən ayrı-ayrı əmlaklar üzərində onların (cavabdehlərin) mülkiyyət hüquqlarının real gözləntisi vardır. İddiaçılar hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olsalar da, onların mülkiyyət hüquqları cavabdehlərin real gözləntisi olan mülkiyyət hüquqlarından üstün tutula bilməz. Bundan əlavə, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” 16 may 2000-ci il tarixli Qanunun 29.6-cı maddəsi nəzərdə tutur ki, özəlləşdirilmiş obyektlərin mülkiyyətçiləri həmin obyektlərin yerləşdiyi torpaq sahələrini müvafiq normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada satın ala və ya satınalma hüququ ilə icarəyə götürə bilər, habelə müvafiq qərar (müqavilə) əsasında həmin torpaqdan daimi və ya müvəqqəti istifadə edə bilər. Odur ki, qeyd olunanlara əsasən, cavabdehlərin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvinə və irəli sürülən iddianın təmin olunmamasına əsas verir. Kollegiya onu da qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinin iddiaçıların xüsusi mülkiyyətinə verilməsi barədə reyestrdən çıxarışın qanuni əsaslarla verilib-verilmədiyi məsələsi hazırkı məhkəmə araşdırmasının predmeti deyil, ona görə də həmin məsələyə hazırkı işdə hüquqi qiymət verilə bilməz. Məhkəmə kollegiyası öz mövqeyini, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29cu, Mülki Məcəllənin 139.1, 139.3, 139-1-1, 152.1, 152.5-ci, “Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” 07 yanvar 1993-cü il tarixli Qanunun 1,3, 7.4, 25-ci, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” 16 may 2000-ci il tarixli Qanunun 1.0.1, 15.1, 29.1, 29.5, 29.6, 33.2-ci və MPM-in 77.1, 81, 88, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiya məhkəməsində icraat İddiaçı1 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Z.Ə.Əliyev, hakimlər A.Ə.Abbasov və V.M.Məmmədovdan ibarət tərkibdə) kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-208/2023 nömrəli, 05 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı işdə iddiaçılar, mübahisəli torpaq sahəsinin onların mülkiyyətində olduğuna istinad edərək, cavabdehlərin həmin torpaq sahəsindən çıxarılmasını və onlara məxsus tikililərin sökülməsini tələb edirlər. Cavabdehlər isə, iddiaya etiraz edərək, mübahisəli torpaq sahəsində yerləşən tikililərin uzun müddətdir ki, onlara məxsus olduğunu, iddiaçıların həmin torpağa dair çıxarışlarının saxta olduğunu və torpağın özəlləşdirilməsi zamanı onların üstünlük hüquqlarının pozulduğunu bildirirlər. Bu baxımdan tələbin qanuni əsası kimi Mülki Məcəllənin 157.4-cü maddəsi nəzərdən keçirilə bilər. Həmin normaya görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətin müdafiəsini təmin edən bu normanın mənasından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün əşyanın mülkiyyətçisi olması, cavabdeh tərəfindən əşyaya qəsd və ya başqa maneələr törədilməsi və həmin maneələrin əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilməsi aşkar edilməlidir. Cavabdehlərin mübahisəli torpaq sahəsinə sahiblik etmələrinin iddiaçılarla bağlanmış müqaviləyə (tələb hüququna), yaxud hər hansı əşya hüququna söykəndiyi məhkəmələr tərəfindən müəyyən edilməmişdir. Qeyd edilənlər ona dəlalət edir ki, üzərində iddiaçıların mülkiyyət hüquqları olan torpaq sahəsinin mübahisəli tikililər yerləşən hissəsində onların iradəsinə zidd şəkildə cavabdehlərin sahiblik etmələrinin qanuni olubolmamasına apellyasiya məhkəməsi tərəfindən əsaslı şəkildə hüquqi qiymət verilməmişdir. Mülkiyyət hüququnun müdafiəsinə dair mübahisənin bu qaydada həll edilməsi, yəni qanuni əsası, məqsədi və mütənasibliyi göstərilmədən bu hüquqa məhdudiyyət gətirilməsi barədə məhkəmə aktı əsaslandırılmış qətnamə hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir. Apellyasiya instansiya məhkəməsində ikinci icraat Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hüquqi varisi X11 apellyasiya şikayətlərini müdafiə edərək, oxşar məzmunlu izahat verdilər və apellyasiya şikayətlərinin təmin edilməsini, Tovuz Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdilər. İddiaçı1, onun və digər İddiaçı2 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətlərinə etiraz edərək, göstərdilər ki, ünvan 1 ünvanda yerləşən 0.2904 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 383.1 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış binası xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 adlarına mülkiyyət kimi qeydiyyata alınmışdır. Cavabdehlərə aid əmlaklar isə iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin üzərində yerləşir və onların mülkiyyət hüquqları pozulur. Hesab edirlər ki, cavabdehlərə aid tikililər sökülməklə onların torpaq sahəsindən çıxarılmalıdırlar. Məhkəmənin qətnaməsini qanuni hesab edirlər. Cavabdehlərə heç bir kompensasiya vermək fikrində deyillər. Ona görə də, apellyasiya şikayətlərinin təmin edilməməsini və Tovuz Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. Cavabdeh X2 nümayəndəsi və vəkili Vəkil1 ərizə göndərərək, məhkəmə iclasının təxirə alınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehlərin əvvəlki məhkəmə iclasında iştirak etmələrini və izahat vermələrini nəzıərə alarrq, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyət növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Maddə 60, hissə 1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X5 X4: Maddə 6, hissə. 1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolu: Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu: Maddə 3.1 və 3.4. Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst sürətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bu şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ; 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 420-ci maddəyə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikasının MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, Tovuz Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir. Hazırkı işdə iddiaçılar mübahisəli torpaq sahəsinin onların mülkiyyətində olduğuna istinad edərək, cavabdehlərin həmin torpaq sahəsindən çıxarılmasını və onlara məxsus tikililərin sökülməsini tələb edirlər. Cavabdehlər isə, iddiaya etiraz edərək, mübahisəli torpaq sahəsində yerləşən tikililəri özəlləşdirərək, mülkiyyətlərinə aldıqlarını və uzun müddətdir ki, istifadə etdiklərini göstərirlər. İş materialları ilə də, müəyyən edilir ki, iddiaçıların sökülməsini tələb etdikləri Tovuz rayonu, Bozalqanlı kəndində Səsyazma sexi Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş “dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” xx.xx.1996-cı il tarixli 008962 saylı şəhadətnaməyə əsasən, 231.000 manata Cavabdeh2 satılmış və mülk alıcının toxunulmaz mülkiyyətinə verilmişdir. “Orbita-servis” texniki ticarət müəssisəsinin 1 saylı filialı Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti ilə cavabdeh X6 arasında bağlanmış xx.xx.2001ci il tarixli 150 nömrəli alqı-satqı müqaviləsinə əsasən, 379000 manata həmin cavabdehə satılmış və Departament tərəfindən cavabdehin adına “dövlət əmlakının hüquq və fiziki şəxslərə satılması haqqında” xx.xx.2001-ci il tarixli 000435 nömrəli şəhadətnamə verilmişdir. ünvan 2 ünvanında yerləşən Ayaqqabı təmiri sexi isə, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş “dövlət əmlakının hüquq və fiziki şəxslərə satılması haqqında” xx.xx.2004-cü il tarixli 001690 nömrəli şəhadətnaməyə əsasən, ******* manata Cavabdeh3 satılmışdır. ünvan 1 ünvanda 0.2904 ha torpaq sahəsi (bundan sonra – mübahisəli torpaq sahəsi) və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 383.1 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış binası xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 may 2023-cü il tarixli 10/2188 nömrəli rəyinə əsasən, iddiaçıların sökülməsini tələb etdikləri tikililərin onların xüsusi mülkiyyətində olan 0.2904 ha torpaq sahəsinin üzərində yerləşdiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarında şərh edilən göstərişlərə uyğun olaraq, hazırkı iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 157.4-cü maddəsi nəzərdən keçirməyi zəruri hesab edir. Həmin normaya görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətin müdafiəsini təmin edən bu normanın mənasından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün əşyanın mülkiyyətçisi olması, cavabdeh tərəfindən əşyaya qəsd və ya başqa maneələr törədilməsi və həmin maneələrin əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilməsi aşkar edilməlidir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən, mübahisəli torpaq sahəsinin xx.xx.2013-cü il tarixdən iddiaçıların xüsusi mülkiyyətində olması və həmin torpaq sahəsində cavabdehlərə məxsus tikililərin yerləşməsi mübahisə olunmur. Cavabdehlər sökülməsi iddia olunan əmlakların mülkiyyətçisi olmaqla, onlar tərəfindən iddiaçının mülkiyyətinə qəsd və ya başqa maneələr törədilməsi və həmin maneələrin əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilməsi aşkar edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlərin mübahisəli torpaq sahəsinə sahiblik etmələri iddiaçılarla bağlanmış müqaviləyə, yaxud hər hansı əşya hüququna söykənməsə də, iddiaçı tərəf cavabdehlərin mülkiyyəti olan tikililərin yerləşdiyi alt torpaq sahəsini yüklü formada özəlləşdirmiş və cavabdehlər uzun müddətdir ki, əmlaklarından heç bir maneə və etiraz olmadan istifadə etmişlər. Mübahisə edilən tikililər cavabdehlərin toxunulmaz mülkiyyəti olduğundan, həmin əmlakın altı olan torpaq sahəsi onların əmlak hüquqlarının əsasını təşkil edir ki, bu hüquq isə istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin torpaq sahəsinə mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, ona görə ki, iddiaçı tərəf həmin torpaq sahəsinin yüklülüyünün olmasını bilirdi və yüklü şəkildə qəbul etmişdir. Belə olan halda, iddia olunan əmlaklara münasibətdə ədalətli kompensasiya verilmədən, həmin əmlakların sökülməsi yolverilməz olmaqla, mülkiyyətə müdaxilə hesab edilir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, Tovuz Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393 və 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apllyasiya şikayətləri təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iddia tələbi təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-894/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-894/2024
25.04.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver