Məhkəmə qərarları › İş №2(104)-90/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-90/2023

05.01.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-90/2023 05.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı1, onun vəkili X28, cavabdeh X21, onun, həmçinin digər cavabdehlər Cavabdeh3, X29, X22 və Cavabdeh1 nümayəndəsi - vəkil Osmanov Elxan Osman oğlunun iştirakı ilə, İddiaçılar x cavabdehlər Cavabdeh1, X30, Cavabdeh3, X34, X7, X15, X11 və X23 qarşı torpaq sahəsindən çıxarılma və tikililərin sökülməsi tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli 2(066)-02/2020 saylı qətnaməsindən cavabdeh X35, cavabdehlər X38, Cavabdeh3, X29, X22 və Cavabdeh1 nümayəndəsi vəkil Osmanov Elxan Osman oğlu tərəfindən birgə verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar Məx iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək Göygöl rayonu Qızılca kndində yerləşən 0.5896 ha torpaq sahəsindən cavabdehlər X21, Cavabdeh3, Cavabdeh1 məcburi qaydada çıxarılmaları və tikililərin sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar xx sonradan iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək X21, Cavabdeh3, Cavabdeh1, X16, X31, X2, X8 və X12 Göygöl rayonu, Qızılca kəndində yerləşən onlara məxsus olan 0.5896 ha torpaq sahəsindən məcburi qaydada çıxarılmaları və tikililərin sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Göygöl Rayon Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli 2(066)-02/2020 saylı qətnaməsi ilə (hakim Q.Abbasov) iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaş əmlakın Dövlət Reyestindən seriya RX, ******* nömrəli çıxarışla Qxx mülkiyyətlərində olan 0,5896 ha torpaq sahəsinin 0,22 ha hissəsinin X21, 0,16 ha hissəsinin Cavabdeh3, 170,00 kv.m hissəsinin X12, 0,0725 ha hissəsinin X8, 0,0323 ha hissəsinin X16 və 0,0282 ha hissəsinin cavabdeh X31 və ailə üzvüləri X2 zəbtdindən azad edilməsi, X21 zəbt etdyi 0,22 ha torpaq sahəsində inşa etdiyi şərq tərəfdən 28,46 m, qərb tərəfdən isə 27,00 m uzunluğunda daş hasarın, Cavabdeh3 inşa etdiyi fərdi yaşayış evinin zəbt etdiyi 0,16 ha torpaq sahəsinə düşən 0,018 ha (180.0 kvm) hissəsinin, X12 inşa etdiyi fərdi yaşayış evinin zəbt etdiyi 170,00 kv.m torpaq sahəsinə düşən 78.0 kv.m hissəsinin, X8 inşa etdiyi fərdi yaşayış evinin və yardımçı tikilinin zəbt etdiyi 0,0725 ha torpaq sahəsinə düşən (yaşayış evinin) 286.0 kv.m və (yardımçı tikilinin) 75.0 kv.m hissəsinin, X16 inşa etdiyi fərdi yaşayış evinin zəbt etdiyi 0,0323 ha torpaq sahəsinə düşən 107.0 kvm hissəsinin, X46 və ailə üzvüləri X2 inşa etdiyi yarımçıq tiklinin zəbt etdiyi 0,0282 ha torpaq sahəsinə düşən 89.0 kv.m hissəsinin sökülməsi, Məmmədova (Qəhrəmanova) Arifə Oruc qızından 9 manat, Qəhrəmanova (Əsgərova) Elnarə Mehman qızından 9 manat, Qəhrəmanova (Ələkbərova) Aytən Mehman qızından 9 manat, X17 99 manat, Cavabdeh3 72 manat, X9 8 manat, X3 33 manat, X13 14,40 manat və X24 13 manat, cəmi 266,40 manatın tutularaq Kapitalbank ASC Xətai filialı Kod 200071,VOEN (bank) **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ********************, KADASTR VƏ YERQUR LAYİHA TADQ MAR, AZ23AİİB******************** VÖEN ********** hesabına və Məmmədova (Qəhrəmanova) Arifə Oruc qızından 13,50 manat, Qəhrəmanova (Əsgərova) Elnarə Mehman qızından 13,50 manat, Qəhrəmanova (Ələkbərova) Aytən Mehman qızından 13,50 manat, X17 149,27 manat, Cavabdeh3 108,56 manat, X9 11,60 manat, X3 49 manat, X13 22 manat və X24 19 manat, cəmi 400 manat ekspertiza xərcinin tutularaq, Az.MEM, VÖEN **********, Hesab №AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, KOD- 210005 VÖEN-**********, AZ41NABZ013601********** 3944, SFİFT-BİK STREAZ22 Müxbir hesaba keçirilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh X35 və cavabdehlər X38, Cavabdeh3, X29, X22 və Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi vəkil Osmanov Elxan Osman oğlu həmin qətnamədən birgə apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin 2(066)-02/2020 saylı mülki iş üzrə 10 yanvar 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Gəncə Apellyasiya Məhkəməsinin 05 fevral 2021-ci il tarixli 2(104)-511/2021 saylı qətnaməsi ilə (hakimlər Ə.Məmmədov - sədrlik edən və məruzəçi, R.Muradov və F.Mehtiyev) apellyasiya şikayətinin təmin edilməməsi, Göygöl Rayon Məhkəməsinin 2(066)-02/2020 saylı mülki iş üzrə 10 yanvar 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh X35, cavabdehlər X38, Cavabdeh3, X29, X22 və Cavabdeh1 nümayəndəsi - vəkil Osmanov Elxan Osman oğlu kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin 05 fevral 2021-ci il tarixli 2(104)-511/2021 saylı qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılmasına dair qərar çıxarılmasını xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-5100/2021 saylı qərarı ilə (hakim A.Abbasov sədrliyi və məruzəsi ilə, hakimlər E.Vəliyeva və E.Şamayev) kassasiya şikayətinin təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin 05 fevral 2021-ci il tarixli 2(104)-511/2021 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Xanlar (Göygol) rayon Aqrar İslahat Komissiyasının 16 fevral 1998-ci il tarixli 02 nömrəli qərarı ilə onlara JN-439 kod 50807005 saylı Dövlət aktı ilə yaşadıqları Göygöl rayonu Qızılca kəndindən kənd təsərrüfatı təyinatlı 0,81 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi iki yerdən verilmişdir. Torpaq sahəsi onların istifadəsinə verilsə də, bələdiyyə tərəfindən sərhədləri müəyyən edilib onlara göstərilməmişdir. Uzun müddət get-gəldən sonra Gəncə şəhər Layihə İnstitutu və Göygöl rayon Daşınmaz Əmlakın Dövlət Reyestr İdarəsinə müraciət etmişlər və torpaqlarının sərhədləri dəqiqləşdirilərək onlara göstərilmişdir. Torpağın 0,5896 hektarına dair onların adına RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Cavabdehlər onlara məxsus 0,5896 ha torpaq sahəsini zəbt edərək, mişar daşı ilə hasar çəkib, içərisində yaşayış evləri tikib, ağac əkmişlər. Dəfələrlə cavabdehlərə təklif etmişlər ki, onların torpaq sahələrini boşaltsınlar. Cavabdehlər əvvəllər torpaq sahələrini boşaldacaqlarını desələr də, sonradan imtina edərək onlara hədə-qorxu gəlmişlər. Cavabdehlər onların torpaqlarını boşaltmadıqlarından onlar torpaqlarından təyinatına görə istifadə edib faydalana bilmirlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, məhkəmə iclası barədə məlumatları olmamış və birinci instanisya məhkəməsi MPM-in 9-cu maddəsinin tələblərini pozmuşdur. İş üzrə məhkəmə tərəfindən təyin edilmiş ekspert rəyinin tədqiqi onların iştirakı olmadan aparılmış və təkrar ekspertizanın təyin edilməsi ilə bağlı münasibət bildirə bilməmişlər. Mübahisəli torpaq sahəsi əvvəl X25 mülkiyyətində olmaqla, onlar tərəfindən alqı-satqı edilərək alınmışdır. Həmin torpaq sahəsi Vüqar Hacıyevin mülkiyyətində olması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. Belə olan halda mübahisəli torpaq sahəsinin X32 aid olmaması nəticəsinə gəlinməsi ziddiyyətlidir, ekspert tərəfindən belə bir ziddiyyətli rəyin verilməsi iş üzrə təkrar və əlavə ekspertizaların təyin edilməsini zəruri edir. Mübahisəli torpaq sahəsi ilə bağlı alqı-satqı müqaviləsi bağlanarkən DƏDRX-nin mütəxəssisləri tərəfindən torpaq sahəsini koordinatları təyin edilməklə müvafiq bölgü aparılmışdır. Mübahisə predmeti olan torpaq sahəsi iddiaşçıların göstərdiklərinə görə 1998-ci il tarixdən onlara verilmiş uzun müddət get gəldən sonra bələdiyyə ona torpaq sahəsini ölçüb verməmişdir. İddiaçının göstərdiyi işin həqiqi halları ilə uyğun olmamaqla zidiyyət təşkil edir. Belə ki, iddiaçı torpaq sahəsinin ona Aqrar İslahat Komissiyası tərəfindən verildiyini göstərsə də, torpağın ona bələdiyyə tərəfindən verilməli olmasını bildirir. İlkin olaraq əgər torpaq sahəsi iddiaçıya onun iddia elədiyi yer idisə Aqrar İslahat Komissiyası tərəfindən həmin torpaq sahəsi ölçülərək iddiaçıya verilməli idi. Apellyasiya şikayətinə əlavə edilmiş arayışdan da göründüyü kimi 16 fevral 1998-ci il tarixli 2 nömrəli qərar üzrə həmin qərara əsasən torpaq sahəsinin iddiaçılara verilməsi təsdiq edilmir. İş materiallarında olan ekspert rəylərinə diqqət edildikdə müəyyən edilir ki, kifayət qədər ziddiyyətli rəylərdir. Məhkəmə həmin rəyləri sübut kimi işdə olan digər sübutlarla, o cümlədən ekspert rəyləri ilə həmçinin işin həqiqi halları ilə araşdırılmalı olduğu halda qətnaməsində heç bir tədqiq və hüquqi qiymətləndirmə aparmayaraq yalnız rəyləri olduğu kimi köçürməklə kifayətlənərək nəticəyə gəlmişdir. Odur ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-02/2020 saylı mülki iş üzrə 10 yanvar 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş tərəflərdən iddiaçılar xxx, cavabdehlər Cavabdeh1, Cavabdeh3, X46, X18, X29, X22 və X35 məhkəmə iclasına gələməmiş (cavabdehlərdən Cavabdeh1, Cavabdeh3, X29 və X22 etibarnamə üzrə nümayəndə vasitəsi ilə məhkmədə təmsil olunurlar), gəlməmənin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə kollegiyası gəlməmiş şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün sayır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X38 nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, istifadəsində olan torpaq sahəsinin 0,40 hissəsini qanuni əsaslarla əldə etdiyini, digər hissəsi ilə bağlı iddiaçılara başqa yerdən 0,30 ha torpaq sahəsi alıb verməyə hazır olduğunu, odur ki, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X21, həmçinin digər cavabdehlər Cavabdeh3, X29, X22 və Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi - vəkil Osmanov Elxan Osman oğlu apellyasiya şikayətini müdafiə edib, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş edərək ekspertizanın daşınmaz əmlakla bağlı elektron bazadakı məlumatlar əsasında aparılmalı olduğunu, hazırkı halda isə ekspertizanın iddiaçıların adına 0,5896 ha torpaq sahəsi ilə bağlı verilmiş çıxarış əsasında aparıldığını, ekspertin iddiaçılara aid torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunması ilə bağlı düzgün olmayan nəticəyə gəldiyini bildirdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 və onun vəkili X47 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb həmin şikayətin təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı1 əlavə olaraq izah etdi ki, ailə üzvləri ilə birlikdə ona ayrılmış kənd təsərrüfatı təyinatlı 0,81 ha torpaq sahəsi iki ayrı-ayrı - 0,5896 ha və 0,22 ha hissələrdən ibarət olmaqla 0,22 ha torpaq sahəsi zəbtdə olmadığına görə həmin torpaq sahəsi ilə bağlı plan və ölçü sənədi tərtib edilmişdir. Lakin onlara ayrılmış torpaq sahəsinin 0,5896 ha hissəsi cavabdehlər tərəfindən zəbt edilərək orada tikinti işləri aparıldığına və cavabdehlər tərəfindən ölçmə işlərinin aparılmasına maneçilik törədildiyinə görə torpaq sahəsinin həmin hissəsi ilə bağlı plan və ölçü sənədinin hazırlanması mümkünsüz olmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb işin halları barədə məruzəçi hakimi, məhkəmə kollegiyasının iclasında iştirak etmiş tərəfləri dinləyib, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, habelə kassasiya instansiyası məhkəməsinin qərarında göstərilən halları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti Cavabdeh1 aid hissədə təmin edilməməli, digər cavabdehlərə aid hissədə isə qismən təmin edilməli, Göygöl Rayon Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli 2(066)-02/2020 saylı qətnaməsi dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respubilkasının MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, işdə olan Torpağa Mülkiyyət hüququna dair JN-439 KOD 50807005 saylı Dövlət Aktının surətindən görünür ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının16 fevral 1998-ci il tarixli 02 nömrəli qərarı ilə X4, X5 və İddiaçı2 mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 0,81 ha torpaq sahəsi verilmişdir. İşdə olan AZ-İ seriyalı 115665 nömrəli nigahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X19 ilə X14 nikahları xx.xx.2005-ci il tarixdə pozulmuşdur. Nigah pozulduqdan sonra kişiyə Qəhrəmanov, qadına Məmmədova soyadı verilmişdir. İşdə olan nigah şəhadətnamənin surətindən görünür ki, X36 ilə X20 arasında nıkah akt qeydi xx.xx.2011-ildə Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsində 329 sayla qeydə alınmış, nigah bağlandıqdan sonra kişiyə Ələkbərov, qadına Ələkbərova soyadı verilmişdir. İşdə olan nigah şəhadətnamənin surətindən görünür ki, X51 ilə İddiaçı2 arasında nıkah akt qeydi xx.xx.2016-cı ildə Göygöl rayon Qeydiyyat şöbəsində 44 sayla qeydə alınmış, nikah bağlandıqdan sonra kişiyə Əsgərov, qadına Əsgərova soyadı verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Göygöl rayonunun Qızılca kəndində yerləşən 0,5896 ha torpaq sahəsi X14, X5 və İddiaçı2 mülkiyyətidir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Göygöl rayonunun Qızılca kəndində yerləşən 0,25 ha torpaq sahəsi Cavabdeh3 mülkiyyətidir. İşdə olan AN-İ seriyalı ******* saylı xx.xx.2012-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X1 rayonun Qızılca kəndində yerləşən 1.2752 ha torpaq sahəsinin 0,40 ha hissəsini X30 5000 manata satmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Göygöl rayonunun Qızılca kəndində yerləşən 0,40 ha torpaq sahəsi X21 mülkiyyətidir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Göygöl rayonunun Qızılca kəndində yerləşən 0,05 ha torpaq sahəsi X12 mülkiyyətidir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Göygöl rayonunun Qızılca kəndində yerləşən 0,10 ha torpaq sahəsi X8 mülkiyyətidir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi 3 saylı Layihə Tədqiqat İdarəsinin xx.xx.2017-ci il tarixli Mütəxəssis rəyinə əsasən verdiyi 10 avqust 2017-ci il tarixli 11337 №-li ekspert rəyindən görünür ki, Göygöl rayonu Qızılca kəndinin ərazisində yerləşən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Gəncə Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2016-cı il olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı2 X14 və X5 mülkiyyətində olan və cavabdehlər Cavabdeh1, X38 və Cavabdeh3 (Cavabdeh1 mülkiyyət sənədi təqdim etməmiş, odur ki, onun istifadə etdiyi torpaq sahəsi mübahisələndirilir) torpaq sahələri faktik olaraq naturada üst-üstə düşdüyü, iddiaçılara məxsus torpaq sahəsində X35, Cavabdeh3 və Məmmədov Mikayıl tərəfindən fərdi yaşayış evi, Hüseyn adlı vətəndaş tərəfindən fərdi yaşayış evi və tövlə inşa edildiyi, iddiaçılara məxsus torpaq sahəsinin faktiki olaraq X35 tərəfindən 0.0323 ha, X46 tərəfindən 0,0280 ha, X38 tərəfindən 0,225 ha, Cavabdeh3 tərəfindən 0,156 ha, Hüseyn tərəfindən 0,0765 ha, Məmmədov Mikayıl tərəfindən 0,0151 ha hissəsindən istifadə olunduğu və iddiaçılara məxsus torpaq sahəsinin 0,0340 ha hissəsi həmin ərazidə istifadə olunan yol ilə üst-üstə düşür. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi 3 saylı Layihə Tədqiqat İdarəsinin xx.xx.2018-ci il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçılar X33, İddiaçı2 və X5 cavabdehlər X38 və Cavabdeh3 mülkiyyətlərində olan torpaq sahələri elektron baza məlumatlarına əsasən üst-üstə düşmür. Lakin RX seriyalı, ******* nömrəli, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2016-cı il olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin elektron baza məlumatlarına istinadən naturada yerləşən kordinatları cavabdehlər X21 və Cavabdeh3 faktiki olaraq naturada istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşdüyü göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 10 sentyabr 2018-ci il tarixli 21393 №-li ekspert rəyində xx.xx.2017-ci il tarixli qərardadla ekspertiza qarşısında qoyulmuş suallar mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Yerquruluşu Layihə-X37 LTİ-nin mütəxəssis rəyində cavablandırılmadığından, qərardadla ekspertiza qarşısında qoyulmuş suallar üzrə tədqiqat aparılaraq rəy verilməsinin mümkün olmadığı göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli **********43 nömrəli məktubundan görünür ki, İddiaçı2 və qeyrilərinə məxsus çıxarışda göstərilən torpaq sahəsində başqa vətəndaşlara məxsus fərdi yaşayış evləri tikilib və sərhədləri daş hasarla əhatələndiyindən ərazidə ölçmə işlərinin aparılması mümkün olmadığından və mübahisə yarandığından sözü gedən torpaq sahəsinə torpaq sahəsinin planı və ölçüsünün işlənməsi mümkün olmamışdır (182-ci vərəq, 2-ci cild). İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi 3 saylı Layihə Tədqiqat İdarəsinin xx.xx.2019-cu il tarixli mütəxəssis rəyində və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2019-cu il tarixli 18385 №-li ekspert rəyində Azərbaycaqn Respublikası ƏMDK yanında DƏDRX-nin Gəncə şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2016-cı il olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla İddiaçı2, Məmmədova (Qəhrəmanova) Arifə Oruc qızının və X5 mülkiyyətində olan və cavabdehlər Cavabdeh1, X38 və Cavabdeh3 (Cavabdeh1 mülkiyyət sənədi təqdim etməmiş, odur ki, onun istifadə etdiyi torpaq sahəsi mübahisələndirilir) torpaq sahələrinin faktiki olaraq naturada üst-üstə düşdüyü müəyyən edilmişdir: -Tərəflərə məxsus olan torpaq sahələri yerində təqdim edilmiş və sxemə köçürülmüşdür. -İddiaçılara məxsus torpaq sahəsində X35, Cavabdeh3 və Məmmədov Mikayıl tərəfindən fərdi yaşayış evinin Hüseyn adlı vətəndaş tərəfindən fərdi yaşayış evi və tövlənin inşa edildiyi müəyyən edilmişdir. -İddiaçılara məxsus torpaq sahəsinin 0.0323 ha hissəsinin X35 tərəfindən, 0,0280 ha hissəsinin X46 tərəfindən, 0,0225 ha hissəsinin X38 tərəfindən, 0,156 ha hissəsinin Cavabdeh3 tərəfindən, 0,0765 ha hissəsinin Hüseyn tərəfindən, 0,0151 ha hissəsinin Mikayıl Məmmədov tərəfindən istifadə edildiyi müəyyən edilmişdir. -İddiaçılara məxsus torpaq sahəsinin 0,0340 ha hissəsinin həmin ərazidə istifadə olunan yol ilə üst-üstə düşür. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi 3 saylı Layihə Tədqiqat İdarəsinin xx.xx.2019-cu il tarixli Mütəxəssis rəyinə əsasən verdiyi xx.xx.2019-cu il tarixli 27956 №-li ekspert rəyindən görünür ki, JN-439 nömrəli Dövlət Aktına əsasən X4, İddiaçı2 və X5 mülkiyyətində olan Göygöl rayonu Qızılca kəndində yerləşən Xanlar rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 16 fevral tarixli, 02 nömrəli qərarı ilə verilmiş kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrılmış 0,81 ha torpaq sahəsinin 0,5896 ha hissəsinin 0,22 ha hissəsi cavabdeh X26 faktiki naturada istifadəsindədir. Cavabdeh tərəfindən həmin mübahisəli torpaq sahəsində şərq tərəfdən 28,46 m, qərb tərəfdən isə 27,00 m uzunluğunda daş hasar inşa edildiyi, 0,16 ha hissəsinin Cavabdeh3 faktiki naturada istifadəsində olması və həmin hissədə fərdi yaşayış evinin inşa olunması müəyyən olunmuşdur. Cavabdeh3 tərəfindən inşa edilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 0,018 ha (180.0 kvm) hissəsi iddiaçılara məxsus olan 0,81 ha torpaq sahəsinin 0,5896 ha hissəsinin sərhədləri daxilində yerləşməsi, 170,00 kvm hissəsi cavabdeh X12 faktiki naturada istifadəsində olması və həmin hissədə fərdi yaşayış evinin inşa olunması müəyyən olunmuşdur. X29 tərəfindən inşa edilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 78.0 kvm hissəsi iddiaçılara məxsus olan 0,81 ha torpaq sahəsinin 0,5896 ha hissəsinin sərhədləri daxilində yerləşməsi, 0,0725 ha hissəsi cavabdeh X8 faktiki naturada istifadəsində olması və həmin hissədə fərdi yaşayış evinin inşa olunması müəyyən olunmuşdur. X22 tərəfindən inşa edilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 286.0 kvm, yardımçı tikilinin isə 75.0 kv.m hissəsi iddiaçılara məxsus olan 0,81 ha torpaq sahəsinin 0,5896 ha hissəsinin sərhədləri daxilində yerləşməsi, 0,0323 ha hissəsi cavabdeh X16 faktiki naturada istifadəsində olması və həmin hissədə fərdi yaşayış evinin inşa olunması müəyyən olunmuşdur. X35 tərəfindən inşa edilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 107.0 kv.m hissəsi iddiaçılara məxsus olan 0,81 ha torpaq sahəsinin 0,5896 ha hissəsinin sərhədləri daxilində yerləşməsi, 0,0282 ha hissəsi cavabdeh X46 və ailə üzvüləri X2 faktiki naturada istifadəsində olması və həmin hissədə yarımçıq tikilinin inşa olunması müəyyən olunmuşdur. X46 və ailə üzvüləri X18 tərəfindən inşa edilmiş yarımçıq tikilinin yerləşiyi torpaq sahəsinin 89.0 kvm hissəsi iddiaçılara məxsus olan 0,81 ha torpaq sahəsinin 0,5896 ha hissəsinin sərhədləri daxilində yerləşməsi müəyyən olunmuşdur. Məhkəmə kollegiyasının 03 avqust 2022-ci il tarixli qərardadına əsasən təyin edilmiş məhkəmə təkrar tikinti-texniki və torpaqşünaslıq ekspertizasının nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 noyabr 2022-ci il tarixli 10/5736 nömrəli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqiu şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin mütəxəssis rəyinə əsaslanaraq verdiyi rəyində aşağıdakılar göstərilir: -RX seriyalı ******* nömrəli Çıxarışa əsasən İddiaçı2, X33 və X5 ümumi birgə mülkiyyətində olan Göygöl rayonu Qızılca kəndinin ərazisində yerləşən 0,5896 ha torpaq sahəsinə dair plan və ölçü sənədi tərtib olunmadığından sualın cavablandırılması mümükün deyil. Araşdırma zamanı arxiv materiallarına istinadən, iddiaçıların birgə mülkiyyət hüququnu təsdiq edən RX seriyalı ******* nömrəli Çıxarışın, Torpağa mülkiyyət hüququna dair JN-439 KOD 50807005 saylı Dövlət aktı əsasında verildiyi müəyyən olundu. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqiu şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən Göygöl rayonu Qızılca kəndinin ərazisində Cavabdeh3 faktiki istifadəsində olan 0,61 ha torpaq sahəsinin 0,11 ha hissəsi, RX seriyalı ******* nömrəli Çıxarışa əsasən öz mülkiyyətində olan 0,25 ha torpaq sahəsinin 0,11 ha hissəsi ilə üst-üstə düşür. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqiu şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən Göygöl rayonu Qızılca kəndinin ərazisində X21 faktiki istifadəsində olan 0,79 ha torpaq sahəsinin 0,12 ha hissəsi, RX seriyalı ******* nömrəli çıxarışa əsasən öz mülkiyyətində olan 0,40 ha torpaq sahəsi ilə üstüstə düşür. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqiu şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən Göygöl rayonu Qızılca kəndinin ərazisində X12 faktiki istifadəsində olan 0,06 ha torpaq sahəsi, RX seriyalı ******* nömrəli Çıxarışa əsasən öz mülkiyyətində olan 0,05 ha torpaq sahəsi ilə üst-üstə düşmür. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqiu şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən ekspertiza baxışında cavabdeh X22 iştirak etməmişdir. Bu səbəbdən də onun faktiki istifadə sahəsi olaraq, iddiaçının naturada taqdim etdiyi sahəyə istinad edildi. Beləliklə, Göygöl rayonu Qızılca kandi ərazisində, X8 faktiki istifadəsində olan 0.11 ha torpaq sahəsinin RX seriyalı * * * * * * * nömrəli Çıxarışa əsasan öz mülkiyyətində olan 0,10 ha torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edildi. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən yuxarıda qeyd edildiyi kimi, RX seriyalı ******* nömrəli Çıxarışa əsasən İddiaçı2, X33 və X5 ümumi birgə mülkiyyətində olan 0.5896 ha torpaq sahəsinə dair plan va ölçü sənədi tərtib olunmamışdır. Bu səbəbdən də, sualın cavablandırılması üçün, Torpağa Mülkiyyət Hüququna dair JN-439 (KOD ********) saylı Dövlət Aktına istinadən 0.5896 ha torpaq sahasi: a) RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Cavabdeh3 mülkiyyətində olan 0,25 ha torpaq sahəsi ilə həmsərhəddir, lakin üst-üstə düşmür. b) RX seriyalı 021134 nömrəli Çıxarışa əsasən X30 məxsus olan 0,40 ha torpaq sahəsi ilə həmsərhəddir, lakin üst-üstə düşmür. c) RX seriyalı ******* nömrəli Çıxarışa əsasən X15 məxsus olan 0,05 ha torpaq sahəsi ilə üst-üstə düşmür. ç) RX seriyalı ******* nömrəli Çıxarışa əsasən X11 məxsus olan 0,10 ha torpaq sahəsi ilə üst-üstə düşmür. d) X46 ekspertiza baxışında iştirak etməmişdir. X2 naturada təqdim etdiyi faktiki istifadələrində olan torpaq sahəsinin 0,0285 ha hissəsi və X16 faktiki istifadəsində olan torpaq sahəsinin isə 0,03 ha hissəsi Torpağa Mülkiyyət hüququna dair JN-439 KOD 50807005 saylı Dövlət Aktında göstərilən 0,5896 ha torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdeh1 ekspertiza baxışı zamanı mübahisəli ərazidə onun faktiki istifadəsində torpaq sahəsi olmadığını bildirdi. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqiu şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən Torpağa Mülkiyyət hüququna dair JN- 439 KOD 50807005 saylı Dövlət Aktına əsasən İddiaçı2, X33 va X5 ümumi mülkiyyətlərində olan torpaq sahəsinin 0.22 ha hissəsi X21, 0.158 ha hissəsi Cavabdeh3, 0.07 ha hissəsi X8, 0.02 ha hissəsi X12, 0.0285 ha hissəsi X6, 0.03 ha hissasi isə X16 faktiki istifadəsindədir. Torpağa Mülkiyyat Hüququna dair JN-439 (KOD ********) saylı Dövlat Aktına asasən iddiaçıların mülkiyyətlərində olan torpaq sahəsinin 0.03 ha hissəsi mülki işdə adları çəkilməyən digər şəxslərin faktiki istifadə sahəsi ilə, 0.034 ha hissəsi isə ərazidə mövcud olan yol ilə üst-üstə düşür. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Tədqiq edilmiş sübutlarla təsdiq olunur ki, həqiqətən də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaş əmlakın Dövlət Reyestrindən seriya RX, ******* nömrəli çıxarışla Qəhrəmanova (Məmmədova) Arifə Oruc qızının, Qəhrəmanova (Əsgərova) Elnarə Mehman qızının və Qəhrəmanova (Ələkbərova) Aytən Mehman qızının mülkiyyətlərində olan 0,5896 ha torpaq sahəsinin 0,22 ha hissəsi X38, 0,158 ha hissəsi Cavabdeh3, 0,02 ha hissəsi X29, 0,07 ha hissəsi X22, 0,03 ha hissəsindən X35 və 0,0285 ha hissəsi cavabdeh X46 və ailə üzvlərindən X18 tərəfindən zəbt edilmiş, torpaq sahəsinin zəbt plunmuş hissələrində müəyyən tikinti işləri görülmüşdür. Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunmasıüçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratınıöz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqları haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi mülkiyyət hüququnu təmin edir. orada deyilir – “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Həmçinin İnsan hüquqları haqqında Ümumi Bəyannamədə təsbit edilir ki, “Hər kəs istər təkbaşına, istərsə də başqaları ilə birlikdə mülkiyyətə sahib olmaq hüququna malikdir”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinəəsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Yuxarıda istinad olunan daxili və beynəlxalq qanunvericiliyin müddəalarından görünür ki, mülkiyyət hüququ dövət tərəfindən qorunur və ona təminat verilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin torpaq sahəsinin planı, torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsini tənzimləyən 65-ci maddəsində aşağıdakılar göstərilir:

1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.

2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.

3. Torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır.

4. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, mərz nişanlarının qoyulması, torpaq əldə edən şəxsin hesabına həyata keçirilir.

5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

6. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir.

7. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır.

8. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir.

9. Torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır. Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Gəncə Apellyasiya Məhkəməsinin 05 fevral 2021-ci il tarixli 2(104)-511/2021 saylı qətnaməsini ləğv etmiş kassasiya instansiyası məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)- 5100/2021 saylı qərarında göstərilir ki, iddiaçılar Dövlət aktı əsasında yeni Çıxarış alsalar da, Çıxarışa əlavə olaraq torpaq sahəsinin planı və ölçü sənədləri işlənməyib, birinci instansiya məhkəməsi bunun səbələrini araşdırmayıb, apellyasiya instansiyası məhkəməsi də eyni səhvi təkraralayaraq buna diqqət yetirməyib. Halbuki iddiaçılar məhz RX seriyalı ******* çıxarışa istinadən mübahisəli torpağın mülkiyyətlərində olmasını iddia edir. Kollegiya qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin qərarında vurğulanmış həmin göstəriş məhkəmə iclasında araşdırılarkən İddiaçı1 izahatında bildirdi ki, uşaqları ilə birlikdə ona məxsus torpaq sahəsi cavabdehlər tərəfindən zəbt edilərək orada müəyyən tikinti işləri aparıldığına görə həmin torpaq sahəsində ölçü işlərinin aparılması mümkünsüz olmuşdur. Digər tərəfdən iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli **********43 nömrəli məktubunda da göstərilir ki, İddiaçı2 və qeyrilərinə məxsus çıxarışda göstərilən torpaq sahəsində başqa vətəndaşlara məxsus fərdi yaşayış evləri tikilib və sərhədləri daş hasarla əhatələndiyindən ərazidə ölçmə işlərinin aparılması mümkün olmadığından və mübahisə yarandığından sözü gedən torpaq sahəsinə torpaq sahəsinin planı və ölçüsünün işlənməsi mümkün olmamışdır. Göründüyü kimi iddiaçılar tərəfindən onlara məxsus torpaq sahəsinə dair plan və ölçü sənədinin təqdim edilməməsi onlardan asılı olmayan səbəblərə görədir. Digər tərəfdən qeyd olunduğu kimi, Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Lakin nəzərə alınmalıdır ki, iddiaçılara mübahisəli torpaq sahəsi onların müraciəti ərizəsi əsasında yox, Azərbaycan Respublikasında torpaq islahatının keçirilməsi ilə bağlı qanunvericiliyə uyğun olaraq verilmiş və bu X10 müvafiq qərarları əsasında həyata keçirilmiş, kənd təsərrüfatı təyinatlı Dövlət torpaqlarından pay torpaq sahəsi almaq hüququ olan şəxslərə Dövlət aktları verilmişdir. İddiaçılara Dövlət aktı əsasında Çıxarış veriləndə onlara məxsus torpaq sahələrinin zəbtdə olduğu müəyyən edildiyinə görə torpaq sahəsinin planı və ölçüsü sənədinin tərtib edilməsi mümkünsüz olmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehlər tərəfindən müxtəlif ölçülərdə zəbt olunmuş torpaq sahələrindən istifadə etmələri işin mübahisəsiz halıdır. Beləliklə də, məhkəmə iclasında müəyyən edilmişdir ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının16 fevral 1998-ci il tarixli 02 nömrəli qərarı ilə X4, X5 və İddiaçı2 mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün iki ayrı-ayrı yerdən, ümumilikdə 0,81 ha torpaq sahəsi verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, RX seriyalı ******* nömrəli Çıxarışla Qəhrəmanova (Məmmədova) Arifə Oruc qızının, Qəhrəmanova (Əsgərova) Elnarə Mehman qızının və Qəhrəmanova (Ələkbərova) Aytən Mehman qızının mülkiyyətlərində olan 0,5896 ha torpaq sahəsinin 0,22 ha hissəsi X38, 0,158 ha hissəsi Cavabdeh3, 0,02 ha hissəsi X29, 0,07 ha hissəsi X22, 0,03 ha hissəsindən X35 və 0,0285 ha hissəsi cavabdeh X46 və ailə üzvlərindən X18 tərəfindən zəbt etmişdir. Mübahisənin sülh yolu ilə həlli tərəflərə təklif edilsə də barışıq əldə olunmamışdır. Cavabdehlər apellyasiya şikayətində işə onların iştirakı olmadan baxıldığını göstərmişdir. Apellyasiya şikayətinin həmin dəlili ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarının 299-317-ci vərəqələrində olan bildiriş və poçt göndərişinin verilməsi haqqında xəbərnamələrdən görünür ki, cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilmişdir. Göründüyü kimi cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə də lazımi qaydada xəbərdar edilmiş, lakin onlar, hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Apellyasiya şikayətinin Cavabdeh1 aid hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 maraqlarına toxunmadığından onun apellyasiya şikayəti təmin edilməməlidir. Digər cavabehlərin apellyasiya şikayətinə münasibətdə isə kollegiya qeyd edir ki, məhkəmə kollegiyasının iclasında RX seriyalı ******* nömrəli Çıxarışla Qəhrəmanova (Məmmədova) Arifə Oruc qızının, Qəhrəmanova (Əsgərova) Elnarə Mehman qızının və Qəhrəmanova (Ələkbərova) Aytən Mehman qızının mülkiyyətlərində olan 0,5896 ha torpaq sahəsinin 0,22 ha hissəsi X38, 0,158 ha hissəsi Cavabdeh3, 0,02 ha hissəsi X29, 0,07 ha hissəsi X22, 0,03 ha hissəsindən X35 və 0,0285 ha hissəsi cavabdeh X46 və ailə üzvlərindən X18 tərəfindən zəbt edildiyi müəyyən olunduğundan onların apellyasiya şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaş əmlakın Dövlət Reyestrindən seriya RX, ******* nömrəli çıxarışla Qəhrəmanova (Məmmədova) Arifə Oruc qızının, Qəhrəmanova (Əsgərova) Elnarə Mehman qızının və Qəhrəmanova (Ələkbərova) Aytən Mehman qızının birgə mülkiyyətində olan 0,5896 ha torpaq sahəsinin 0,22 ha hissəsindən X38, 0,158 ha hissəsindən Cavabdeh3, 0,02 ha hissəsindən X29, 0,07 ha hissəsindən X22, 0,03 ha hissəsindən X35 və 0,0285 ha hissəsindən cavabdeh X46 və ailə üzvlərindən X18 çıxarılmalı (işə əlavə olunmuş sxemə uyğun olaraq), X21 inşa etdiyi tikililərin zəbt etdiyi 0,22 ha torpaq sahəsinə düşən hissələri, Cavabdeh3 inşa etdiyi tikililərin zəbt etdiyi 0,158 ha torpaq sahəsinə düşən hissələri, X12 inşa etdiyi tikilərin zəbt etdiyi 0,02 ha torpaq sahəsinə düşən hissələri, X8 inşa etdiyi tikililərin zəbt etdiyi 0,07 ha torpaq sahəsinə düşən hissələri, X16 inşa etdiyi tikililərin zəbt etdiyi 0,03 ha torpaq sahəsinə düşən hissələri, X46 və ailə üzvüləri X2 inşa etdiyi tikililərin zəbt etdiyi 0,0285 ha torpaq sahəsinə düşən hissələri müvafiq surətdə cavabdehlərin hesabına sökülməli və ekspertiza xərci cavabdehlər X38, Cavabdeh3, X29, X22, X35 və X34 aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.3, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, Qət etdi: Göygöl Rayon Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli 2(066)-02/2020 saylı qətnaməsindən cavabdehlər X21, Cavabdeh3, X12, X8 və Cavabdeh1 nümayəndəsi vəkil Osmanov Elxan Osman oğlu və cavabdeh X35 tərəfindən birgə verilmiş apellyasiya şikayəti Cavabdeh1 aid hissədə təmin edilməsin. Apellyasiya şikayəti cavabdehlər X38, Cavabdeh3, X29, X22 və X23 aid hissələrdə qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli 2(066)-02/2020 saylı qətnaməsi iddianın qismən təmin edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaş əmlakın Dövlət Reyestindən seriya RX, ******* nömrəli çıxarışla Qəhrəmanova ( Məmmədova) Arifə Oruc qızının, Qəhrəmanova (Əsgərova) Elnarə Mehman qızıxxəsinin Cavabdeh3, 170,00 kv.m hissəsinin X12, 0,0725 ha hissəsinin X8, 0,0323 ha hissəsinin X16 və 0,0282 ha hissəsinin cavabdeh X31 və ailə üzvüləri X2 zəbtindən azad edilməsi, X21 zəbt etdyi 0,22 ha torpaq sahəsində inşa etdiyi şərq tərəfdən 28,46 m, qərb tərəfdən isə 27,00 m uzunluğunda daş hasarın, Cavabdeh3 inşa etdiyi fərdi yaşayış evinin zəbt etdiyi 0,16 ha torpaq sahəsinə düşən 0,018 ha (180.0 kv.m) hissəsinin, X12 inşa etdiyi fərdi yaşayış evinin zəbt etdiyi 170,00 kv.m torpaq sahəsinə düşən 78.0 kv.m hissəsinin, X8 inşa etdiyi fərdi yaşayış evinin və yardımçı tikilinin zəbt etdiyi 0,0725 ha torpaq sahəsinə düşən (yaşayış evinin) 286.0 kv.m və (yardımçı tikilinin) 75.0 kv.m hissəsinin, X16 inşa etdiyi fərdi yaşayış evinin zəbt etdiyi 0,0323 ha torpaq sahəsinə düşən 107.0 kv.m hissəsinin, X46 və ailə üzvüləri X2 inşa etdiyi yarımçıq tiklinin zəbt etdiyi 0,0282 ha torpaq sahəsinə düşən 89.0 kv.m hissəsinin sökülməsi hissələrində dəyişdirilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışla Qəhrəmanova (Məmmədova) Arifə Oruc qızının, Qəhrəmanova (Əsgərova) Elnarə Mehman qızının və Qəhrəmanova (Ələkbərova) Aytən Mehman qızının birgə mülkiyyətində olan 0,5896 ha torpaq sahəsinin 0,22 ha hissəsindən X38, 0,158 ha hissəsindən Cavabdeh3, 0,02 ha hissəsindən X29, 0,07 ha hissəsindən X22, 0,03 ha hissəsindən X35 və 0,0285 ha hissəsindən cavabdeh X46 və ailə üzvlərindən X18 çıxarılsın (işə əlavə olunmuş sxemə uyğun olaraq). X21 inşa etdiyi tikililərin zəbt etdyi 0,22 ha torpaq sahəsinə düşən hissələri, Cavabdeh3 inşa etdiyi tikililərin zəbt etdiyi 0,158 ha torpaq sahəsinə düşən hissələri, X12 inşa etdiyi tikilərəin zəbt etdiyi 0,02 ha torpaq sahəsinə düşən hissələri, X8 inşa etdiyi tikililərin zəbt etdiyi 0,07 ha torpaq sahəsinə düşən hissələri, X16 inşa etdiyi tikililərin zəbt etdiyi 0,03 ha torpaq sahəsinə düşən hissələri, X46 və ailə üzvüləri X2 inşa etdiyi tikililərin zəbt etdiyi 0,0285 ha torpaq sahəsinə düşən hissələri müvafiq surətdə cavabdehlərin hesabına sökülsün. Ekspertiza xərci 50 (əlli) manat miqdarında pul cavabdehlər X38, Cavabdeh3, X29, X22, X35 və X24 müştərək qaydada tutularaq Az.MEM, VÖEN **********, Hesab №AZ34CTRE**********000 2088501, Dövlət xəzinədarlığı Agentliyi, KOD-210005 VÖEN- **********, AZ41NABZ 013601**********3944, SFİFT-BİK STREAZ22 Müxbir hesaba keçirilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar