Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-909/2024 11.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı3, Əhmədova (Rüstəmova) Tünzalə Sabir qızının və Əhmədova (Zamanlı) Aynurə Sabir qızının Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin yanında DƏDK və Reyestri Publik Hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi) qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçılar İddiaçı1, nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı3, Əhmədova (Rüstəmova) Tünzalə Sabir qızının və Əhmədova (Zamanlı) Aynurə Sabir qızının Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin yanında DƏDK və Reyestri Publik Hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi) qarşı torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-71/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 11 iyun 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. JN-1057 KOD 50400048 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının notariat qaydasında təsdiqlənmiş surətindən görünür ki, Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndində yerləşən 1.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1, İddiaçı3, Əhmədova (Rüstəmova) Tünzalə Sabir qızının və Əhmədova (Zamanlı) Aynurə Sabir qızının, X4, X3 mülkiyyətindədir
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı1, İddiaçı3, Əhmədova (Rüstəmova) Tünzalə Sabir qızının və Əhmədova (Zamanlı) Aynurə Sabir qızının, X4, X3 JN-1057 KOD 50400048 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə Şəmkir rayonunun Zəyəm-Cırdaxan kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin JN-1057 A/0.42 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Həmin torpaq sahəsinin JN-1057 A/0.42 ha hissəsi bütünlüklə Cavabdeh tərəfindən istifadə edilməklə 444.09 kv.m hissəsində tikinti işləri aparılmışdır.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/5326 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi İlqar Məmmədovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir: İddiaçı1, İddiaçı3, Əhmədova (Rüstəmova) Tünzalə Sabir qızının və Əhmədova (Zamanlı) Aynurə Sabir qızının, X4, X3 JN-1057 KOD 50400048 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə Şəmkir rayonunun Zəyəm-Cırdaxan kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin JN-1057 A/0.42 h hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Həmin torpaq sahəsinin JN-1057 A/0.42 ha hissəsi bütünlüklə Cavabdeh tərəfindən istifadə edilməklə 444.09 kv.m hissəsində tikinti işləri aparılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçılar İddiaçı1, İddiaçı3, Əhmədova (Rüstəmova) Tünzalə Sabir qızı və Əhmədova (Zamanlı) Aynurə Sabir qızı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin yanında DƏDK və Reyestri Publik Hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçılara mülkiyyət hüququ ilə məxsus olan, Şəmkir rayonunun Zəyəm-Cırdaxan kəndində təsərrüfatı təyinatlı yerləşən 5869.99 kv.metr kənd torpaq sahəsindən çıxarılmasına və cavabdeh tərəfindən həmin torpaq sahəsində inşa olunmuş qanunsuz tikilinin Cavabdeh öz vəsaiti hesabına sökülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaları üzrə Cavabdeh onların həmkəndliləridir. O, iddiaçılara mülkiyyət hüququ ilə məxsus olan və Şəmkir rayonunun Zəyəm-Cırdaxan kəndinin ərazisində yerləşən 5869.99 kv.metr dövlət pay torpaq sahəsinin bir hissəsini zəbt edib və həmin torpaq sahəsindən onların razılığı olmadan istifadə edir. Eyni zamanda həmin torpaq sahəsinin bir hissəsində qanunsuz tikinti aparıb. Qeyd olunan torpaq sahəsi Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli 51 saylı qərarı ilə iddiaçıların mülkiyyətinə verilib və bu barədə iddiaçılara JN 1057 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilib. Həmin torpaq sahəsi 4 hissədə olmaqla, bir-birindən fərqli məkanlarda yerləşir. Cavabdeh mülkiyyətlərində olan pay torpaq sahəsinin yalnız bir hissəsini 5869.99 kv.metr hissəini zəbt edib və həmin ərazinin bir hissəsində tikinti işləri aparıb. İddiaçılar dəfələrlə cavabdehdən zəbt etmiş olduğu torpaq sahələrindən çıxmasını, həmin torpaq sahəsində inşa etmiş olduğu qanunsuz tikilini sökməsini xahiş etsələr də, cavabdeh onların xahişinə məhəl qoymur. Buna görə də hazırkı iddia ilə məhkəməyə müraciət edirlər. İstəyirlər ki, məhkəmə iddiaçılara mülkiyyət hüququ ilə məxsus olan, Şəmkir rayonunun Zǝyǝm Cırdaxan kəndi ərazisində yerləşən 5869.99 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən cavabdehin çıxarılmasına və həmin torpaq sahəsində cavabdehin inşa etmiş olduğu qanunsuz tikilinin cavabdehin öz vəsaiti hesabına sökülməsinə dair qərar versin. Torpaq mülkiyyətçilərinin və istifadəçilərinin hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Azərbaycan Respublikasının Torpaq Məcəlləsi və digər normativ hüquqi aktları ilə tənzimlənir. Cavabdehin mübahisəli torpaq sahəsi ilə bağlı heç bir hüquq müəyyən edici sənədi yoxdur.
6. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-71/2024 nömrəli qətnaməsi ilə (hakim Rəşad Mustafayev), iddianın təmin edilməsi, İddiaçı1, İddiaçı3, Əhmədova (Rüstəmova) Tünzalə Sabir qızının və Əhmədova (Zamanlı) Aynurə Sabir qızının, X4, X3 JN-1057 KOD 50400048 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə mülkiyyətində olan, Şəmkir rayonunun Zəyəm-Cırdaxan kəndində yerləşən 1.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDK və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş iş üzrə 13 iyul 2023-cü il tarixli mütəxəssis rəyində və ona əlavə edilmiş torpaq sahəsinin yerquruluşu planında göstərilən 0.42 ha hissəsindən Cavabdeh çıxarılsın və həmin torpaq sahəsinin zəbt edilmiş hissəsində inşa edilmiş 444.09 kvadrat metr tikinti Cavabdeh hesabına sökülməsi, Cavabdeh 100 (bir yüz) manat pul tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına X2 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülməsi, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıların özünə aid edilməsi qət edilmişdir.
7. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 139.3, 139-1.1.1, 140, 146.1, 148.2, 152.1, 152.2, 152.3, 152.5, 157.2, 158, 162, 163.1, 164.1, 180.1 və 180.4-cü maddələrinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84, 111, 111.2 və 111.3-cü maddələrinə istinad etmiş və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(076)-71/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə qətnaməsində onun iddiaçıların mülkiyyətində olan torpaq sahəsini zəbt edərək orada tikinti inşa etdirdiyi müəyyən edilsə də, bu heç də belə deyil. Mübahisəli torpaq sahəsi iddiaçılara məxsus deyildir. Baxmayaraq ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində mübahisəli torpaq sahəsinin JN-1057 KOD 50400048 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı əsasında 0.42 ha hissəsinin mənim tərəfimdən zəbt edildiyi qeyd edilmiş olsa da mübahisəli torpaq sahəsi Şəmkir rayonu Zəyəm-Cırdaxan Bələddiyəsinin xx.xx.2006-cı il tarixli qərarı ilə kəndə gəelən mərkəzi yolun şərq hissəsindən əkinə yararsız sahədən 1 ha torpaq sahəsi ayrılmış və ona satılmışdır. Həmin torpaq sahəsindən 0,12 ha-dan maşınları təmiri maşınqayırma sexi tikdirilməsinə icazə verilmişdir. Bundan sonra onun bələdiyyə arasında alqı-satqı bağlanmış və o torpağın dəyərini ödəmişdir. Həmin vaxtdan torpaq sahəsi onun istifadəsindir. Ona görə də Gəncə İnzibati Məhkəmədə həmin torpaq sahəsinə dair ona çıxarış verilməsi öhdəliyinin DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkili) Vəkil oglu apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında göstərmişdir ki, mübahisəli torpaq sahəsi iddiaçılara məxsus deyildir. Baxmayaraq ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində mübahisəli torpaq sahəsinin JN-1057 KOD 50400048 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı əsasında 0.42 ha hissəsinin cavabdeh tərəfindən zəbt edildiyi qeyd edilmiş olsa da mübahisəli torpaq sahəsi Şəmkir rayonu Zəyəm-Cırdaxan Bələddiyəsinin xx.xx.2006-cı il tarixli qərarı ilə kəndə gələn mərkəzi yolun şərq hissəsindən əkinə yararsız sahədən 1 ha torpaq sahəsi ayrılmış və cavabdehə satılmışdır. Həmin torpaq sahəsindən 0,12 ha-dan maşınları təmiri sexi tikdirilməsinə icazə verilmişdir. Bundan sonra onun bələdiyyə arasında alqı-satqı bağlanmış və o torpağın dəyərini ödəmişdir. Həmin vaxtdan torpaq sahəsi onun istifadəsindir. Lakin həmin yerə çıxarış almamışdır. Cavabdeh iddiaçıların torpaq sahəsini zəbt etməmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılarin nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, Tərəflər həmkəndlidirlər. Cavandeh, iddiaçılara mülkiyyət hüququ ilə məxsus olan və Şəmkir rayonunun Zəyəm-Cırdaxan kəndinin ərazisində yerləşən 5869.99 kv.metr dövlət pay torpaq sahəsinin bir hissəsini zəbt edib və həmin torpaq sahəsindən iddiaçıların razılığı olmadan istifadə edir, orada qanunsuz tikinti aparmışdır. Həmin torpaq sahəsi Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli 51 saylı qərarı ilə iddiaçıların mülkiyyətinə verilib və bu barədə iddiaçılara JN 1057 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilib. Həmin torpaq sahəsi bələdiyyənin deyil. İddiaçılar dəfələrlə cavabdehdən zəbt etmiş olduğu torpaq sahələrindən çıxmasını, həmin torpaq sahəsində inşa etmiş olduğu qanunsuz tikilini sökməsini xahiş etsələr də, cavabdeh onları eşitməmişdir. Cavabdehin mübahisəli torpaq sahəsi ilə bağlı heç bir hüquq müəyyən edici sənədi yoxdur. Bu ekspertiza rəyi ilə bir daha sübut olunmuşdur. Ona görə də apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən mütəxəssis X6 oglu izahatında göstərmişdir ki, o, mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazidə mütəxəssis kimi olmuş, tədqiqat aparmışdır. Yerində apaşdırma aparılarkən müəyyən olunmuşdur ki, İddiaçı1, İddiaçı3, Əhmədova (Rüstəmova) Tünzalə Sabir qızının və Əhmədova (Zamanlı) Aynurə Sabir qızının, X4, X3 JN-1057 KOD 50400048 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə Şəmkir rayonunun Zəyəm-Cırdaxan kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin JN-1057 A/ 0.42 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Həmin torpaq sahəsinin JN-1057 A/ 0.42 ha hissəsi bütünlüklə Cavabdeh tərəfindən istifadə edilməklə 444.09 kv.m hissəsində tikinti işləri aparılmışdır. Mübahisəli torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid deyildir. Aqrar İslahat vaxtı iddiaşılara verilmişdir. Mübahisəli torpaq sahəsi bələdiyyənin alqı-satqı predmeti ola bilməz. Rəyi müdafiə edirəm.
15. İş üzrə iddiaçılar İddiaçı3, Əhmədova (Rüstəmova) Tünzalə Sabir qızı, Əhmədova (Zamanlı) Aynurə Sabir qızı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada təkrar xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. İddiaçılar və cavabdeh nümayəndə, vəkillə təmsil olunmuşlar. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
16. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
17. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.
18. Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.
19. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
21. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
22. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
23. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
24. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
25. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
26. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.
27. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir.
28. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
29. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.
“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş)
30. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
31. Maddə 84. 1-ci hissə. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
32. Maddə 111. 1-ci hissə. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
33. Maddə 111. 2-ci hissə. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
34. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
40. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
41. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
42. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
43. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
44. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
45. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
47. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
49. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-71/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
51. Beləliklə, işin halları ondan ibarətdir ki, JN-1057 KOD 50400048 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının notariat qaydasında təsdiqlənmiş surətindən görünür ki, Şəmkir rayonunun Zəyəm-Cırdaxan kəndində yerləşən 1.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1, İddiaçı3, Əhmədova (Rüstəmova) Tünzalə Sabir qızının və Əhmədova (Zamanlı) Aynurə Sabir qızının, X4, X3 mülkiyyətindədir. Həmin torpaq sahəsi birgə mülkiyyətdədir və torpaq sahəsinə mülkiyyətçilərin payları müəyyən olunmamaqla naturada ayrılmamışdır. Hazırda iddiaçıların torpaq sahəsi cavabdehdən zəbt edilmişdir.
52. İlk növbədə iddianın faktik əsaslarının təhlili, konkret olaraq iddiaçıların mübahisəli torpaq sahəsinə hər hansı hüququnun olub-olmamasının araşdırılması züruridir.
53. Belə ki, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında deyilir: «Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır».
54. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.
55. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz."
56. Bu baxımdan araşdırma aparıldıqda görünür ki, iddiaçılar məhz həmin şəhadətnaməyə istinad edərək və bu torpaq sahəsinin onlara düşən payının cavabdeh tərəfindən zəbt edildiyini iddia edir. Yəni, şəhadətnamənin mövcudluğu iddiaçıların subyektiv hüququnun olmasına dəlalət edir və sonuncuların həmin torpaq sahəsindən gözlənilən mülkiyyəti vardır.
57. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri mülkiyyətin müdafiəsi ilə bağlıdır və aşağıdakı hüquq normaları əsasında təhlil olunmalıdır.
58. İddiaçılar mübahisəli torpaq sahəsinin mülkiyyətçisidir və onların mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə əsasən toxunulmazdır və bu toxunulmazlığa təminat verilir.
59. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.4-cü və Torpaq Məcəlləsinin 111-ci maddələri birlikdə təşkil edir. Həmin maddələrin dispozisiya şərtlərinə əsasən mülkiyyətçi onun əmlakına qəsd etmiş, o cümlədən, mülkiyyətində olan torpağı, onun bir hissəsini özbaşına tutmuş (zəbt etmiş) şəxsdən bu hərəkətlərə son qoymağı tələb edə, belə hərəkətlər davam etdirildikdə isə bununla bağlı məhkəməyə müraciət edə bilər.
60. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri).
61. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
62. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
63. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır (Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1 və.111.2-ci maddələri).
64. İddiaçılar mübahisəli torpaq sahəsinin mülkiyyətçisi kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində göstərilən sərəncam hüququna malikdir və sərəncam hüququndan çıxış etməklə cavabdehlərin torpaqdan çıxarılmasını tələb etmək ixtiyarı vardır. Onların iddiası hüquqdan sui-istifadə ilə əlaqədar deyildir.
65. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası keçirilmiş və ekspertin xx.xx.2023-cü il tarixli, 10/5326 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi İlqar Məmmədovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir: İddiaçı1, İddiaçı3, Əhmədova (Rüstəmova) Tünzalə Sabir qızının və Əhmədova (Zamanlı) Aynurə Sabir qızının, X4, X3 JN-1057 KOD 50400048 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə Şəmkir rayonunun Zəyəm-Cırdaxan kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin JN-1057 A/0.42 h hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Həmin torpaq sahəsinin JN- 1057 A/0.42 ha hissəsi bütünlüklə Cavabdeh tərəfindən istifadə edilməklə 444.09 kv.m hissəsində tikinti işləri aparılmışdır.
66. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 103-cü maddəsinə əsasən həmin rəyləri qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, MPM-nin 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur.
67. Azərbaycan Respublikasının MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir.
68. Məhkəmə kollegiyası mütəxəssis X6 oglunun məhkəmə iclasinda verdiyi izahatını, həmçinin rəyləri tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə əlaqəli təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Çünki, ekspertin rəyi dəqiq və müfəssəl tərtib edilmiş, eyni zamanda həmin rəydə bütün ölçülər dəqiqliklə göstərilmişdir. Habelə, rəy verilən zaman ərazinin situasiya planı, ortofoto materialları və elektron baza məlumatlarına istinad edilmişdir.
69. Göründüyü kimi, iddiaçıların mükiyyətində olan torpaq sahəsinin 1,50 ha hissəsi Cavabdeh tərəfindən qanunsuz zəbt edilməklə 444.09 kv.m hissəsində tikinti işləri aparılmış və hazırda da oradan istifadə edilir.
70. Kollegiya iş materiallarını göstərilən normalar əsasında araşdıraraq hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslar olmuş və birinci instansiya məhkəməsi iddianı təmin etməklə iddiaçıların torpaq sahəsi üzərində pozulmuş mülkiyyət hüquqlarını haqlı olaraq bərpa etmişdir.
71. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.
72. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
73. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
74. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
75. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
76. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
77. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-71/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.