Məhkəmə qərarları › İş №2(104)-919/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-919/2025

10.06.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-919/2025 10.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Ağstafa şəhər bələdiyyəsi, üçüncü şəxslər Ağstafa rayon notariat ofisi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iş üzrə Açar sözlər: alqı-satqı müqaviləsi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə1, Cavabdeh2, üçüncü şəxslər X3 və X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Ağstafa şəhər Bələdiyyəsi, üçüncü şəxslər Ağstafa rayon notariat ofisi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin 03 fevral 2025-ci il tarixli 2(015)-11/2025 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə 10 iyun 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 19 fevral 2004-cü il tarixli 172 saylı Cavabdeh1 sərəncamından görünür ki, Ağstafa şəhər sakini İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Ağstafa şəhəri Azadlıq küçəsində təsdiq edilmiş situasiya planına əsasən 141,6 kv.m torpaq sahəsi ayrılmışdır;

2. 05 oktyabr 2007-ci il tarixli aktdan görünür ki, Ağstafa şəhər sakini İddiaçı Cavabdeh1ndən aldığı 141,6 kv.m torpaq sahəsində tikinti işləri aparılması məqsədəmüvafiq hesab edilmişdir;

3. 08 oktyabr 2007-ci il tarixli sərəncamdan görünür ki, Ağstafa şəhər sakini İddiaçı Cavabdeh1ndən aldığı 141,6 kv.m torpaq sahəsində mağaza binasının tikintisinə icazə verilmişdir;

4. Ağstafa Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli 2(015)-1083/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında 19 fevral 2004-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 19 fevral 2004-cü il tarixli 172 saylı sərəncamı və xx.xx.2007-ci il tarixli 49 nömrəli uçot qeydiyyatının etibarsız hesab edilməsi qət edilmişdir;

5. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)-494/2024 saylı qətnaməsinin surətindən görünür ki, Ağstafa Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli 2(015)-1083/2023 nömrəli qətnaməsi yoxlanılan, yəni “Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 19 fevral 2004-cü il tarixdə bağlanmış alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi” hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılaraq iddia tələbi həmin hissədə təmin edilməmişdir. Eyni zamanda Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 aprel 2024-cü il tarixli 2(104)-494/2024 nömrəli qərardadı ilə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Ağstafa Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli 2(015)- 1083/2023 nömrəli qətnaməsi “Cavabdeh1 19 fevral 2004-cü il tarixli 172 saylı sərəncamı və xx.xx.2007-ci il tarixli 49 nömrəli uçot qeydiyyatının etibarsız hesab edilməsi” hissədə ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir;

6. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)- 3018/2024 saylı qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-494/2024 nömrəli 17 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır;

7. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,01774 ha olan torpaq sahəsi Cavabdeh1 adına qeydiyyata alınmışdır;

8. xx.xx.2023-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Ağstafa rayon bələdiyyəsi ilə Cavabdeh2 arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,01774 ha olan torpaq sahəsi ünvan 3 ünvanı Cavabdeh2 satılmışdır;

9. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,01774 ha olan torpaq sahəsi Cavabdeh2 adına qeydiyyata alınmışdır;

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024- cü il tarixli, 10/5772 saylı ekspert rəyindən görünür ki, 13 oktyabr 2023-cü il tarixli çıxarışla Cavabdeh2 mülkiyyətinə verilmiş ünvan 5a olan 0.01774 ha torpaq sahəsi ünvan 4lan həyatyanı sahənin daxilində yerləşir. ünvan 5a olan 0.01774 ha torpaq sahəsinin üzərində 37,8 kv.m-ə qədər ölçüdə qeyri-yaşayış tikilisi mövcuddur və Cavabdeh2 istifadəsindədir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdehlər Cavabdeh2, Ağstafa şəhər Bələdiyyəsi, üçüncü şəxslər Ağstafa rayon notariat ofisi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 ilə Ağstafa rayon Bələdiyyəsi arasında bağlanmış 01 sentyabr 2023-cü il tarixli alqı-satqı müqaviləsi və onun əsasında verilmiş 13 oktyabr 2023-cü il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək, Ağstafa rayon bələdiyyəsi ilə Cavabdeh2 arasında bağlanmış 01 sentyabr 2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş 13 oktyabr 2023-cü il tarixli çıxarışın ləğv edilməsi, Ağstafa şəhər Bələdiyyəsinin əməlinə hüquqi qiymət verilməsi və cinayət tərkibinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verilməsi barədə müvafiq qərardad çıxarılmasını xahiş etmişdir.

13. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 19 fevral 2004-cü il tarixli 172 nömrəli sərəncam və qərarına əsasən ünvan 6 ünvanla E.Qələmçəli küçəsinin kəsişməsindən istifadəsinə 141.6 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi X10 kitabında 19 sentyabr 2007-ci il tarixli 49 nömrəli uçot qeydiyyatı ilə rəsmiləşərək torpaq sahəsinin plan-ölçüsü tərtib edilmişdir. Hazırda Ağstafa rayon məhkəməsinin icraatında iddiaçılar Cavabdeh2 və X4 cavabdehlər İddiaçı və Cavabdeh1nə qarşı yuxarıda qeyd edilən torpaqla bağlı “alqı-satqı müqaviləsinin, uçot qeydiyyatının və qərarın ləğv edilməsi” tələbinə dair mülki iş davam edir. Hələ məhkəmə mübahisəsi yekunlaşmamışdır. Onun ərizəsinə əsasən Ağstafa rayon məhkəməsi 17 noyabr 2023-cü il tarixli qərardadla, X7, Cavabdeh2 və digərilərinə sözügedən ünvanda hər hansı tikinti, bərpa və dəyişikliklərin edilməsi qadağan edilmişdir. Həmin qərardaddan Cavabdeh2 şikayət etmiş, şikayət ərizəsinə 01 sentyabr 2023-cü il tarixli alqı-satqı müqaviləsi və 13 oktyabr 2023-cü il tarixli çıxarış əlavə etmişdir. Amma bu alqı-satqı və çıxarışdan xəbəri olmamışdır. Bu sənədlər məhkəməyə təqdim olunduqdan sonra məlumatı olub. Mələhat Musayeva ərizəsində bildirir ki, Ağstafa rayon məhkəməsinin qəbul etdiyi qərardadla, onun mülkiyyətində olan ünvan 5a 0.01774 ha torpaq sahəsinə məhdudiyyət qoyulub. Yəni, Cavabdeh2 qeyd edir ki, mülkiyyətində (E.Qələmçəli küçəsi 2 ünvanında) olan 0.01774 ha torpaq sahəsi, ünvan 7da olan torpaq sahəsi ilə eynidir. Bununla da belə nəticə çıxır ki, Ağstafa rayon Bələdiyyəsi eyni torpaq sahəsini müxtəlif vaxtlarda iki şəxsə satıb, lüzumsuz məhkəmə mübahisələrinin yaranmasına şərait yaradır. Belə olan halda İddiaçı maddi və ağır mənəvi sartıntılar keçirməklə ciddi zərərlə üzləşir. Buna görə də 01 sentyabr 2023-cü il tarixli alqısatqı müqaviləsi ilə satılmış 0.01774 ha torpaq sahəsi İddiaçı maraqlarına toxunur. Çünki, həmin torpaq sahəsi Cavabdeh1 2004-cü il tarixli Sərəncam və qərarı ilə İddiaçı satılmışdır.

14. Ağstafa Rayon Məhkəməsinin 03 fevral 2025-ci il tarixli 2(015)-11/2025 nömrəli qətnaməsi ilə (hakim Heyran Mürsəlova) Ağstafa şəhər Bələdiyyəsi ilə Cavabdeh2 arasında Ağstafa rayon Notariat Ofisində bağlanılmış xx.xx.2023-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh2 adına olan xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi; İddia tələbinin qalan hissədə təmin edilməməsi; İş üzrə ekspertiza xərci olan 100 (yüz) manat məbləğində pulun cavabdehlər Cavabdeh2 və Ağstafa şəhər Bələdiyyəsindən müştərək qaydada tutularaq X2, VÖEN **********, Kod 210005, m/h AZ41NABZ********************, SWİFT. Bik: CTREAZ22, VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına keçirilməsi qət edilmişdir.

15. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə, Mülki Məcəllənin 152.1, 152.2, 152.3, 152.4 və 157.8ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

16. Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

17. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli **********saylı çıxarışla 0,01774 ha torpaq Ağstafa rayon bələdiyyəsininn mülkiyyətində olmuşdur. Həmin torpaq sahəsi ünvan 1 ünvanı olmuşdur və qeyd olunan alqı-satqı yolu ilə də rəsmi qaydada adına DƏDRX-dən 0,01774 ha torpaq sahəsinə xx.xx.2023-cü il tarixdə ********** nömrəli qeydiyatla çıxarış verilmişdir. Amma həqiqət isə tamam başqadır. Məhkəmə işə baxarkən iddiaçının tələbində qeyd olunan torpaq sahəsinin hansı ünvanda yerləşməsini araşdırmamışdır. Çünki, iddiaçıya məxsus Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 494/24-saylı qətnaməsi ilə və Ali Məhkəmənin 2(102)-3018/2024-saylı qərarı ilə təsdiqlənmiş iddiaçıya məxsus olan həmin qətnamə və qərarda göstərilən 19 fevral 2004cü il tarixli 172 nömrəli sərancamı ilə 72,0 kvm olan sahə ləğv olunmuş həmin sahə isə hazırkı yeni qaydalarla AZ 0500 Ağstafa şəhəri Heydər Əliyev prospekti giriş 83-dür. Yəni əvvəl isə köhnə Azadlıq küçəsi olmuşdur. Amma məhkəmə isə iddiaçının məhkəmə qətnamələri ilə ləğv edilmiş alqı-satqı müqaviləsi ilə 72 kv.m sahənin çıxarışına heç bir aidiyyatı olmadığı halda yəni çıxarışın həmin 72 kv.m sahə ilə tamamilə ayrı yerlər yəni ünvan 1 ünvanı olduğu halda mülkiyyət hüququ kobud şəkildə pozaraq iddiaçının həmin sahəsi yerində durduğu halda qanunsuz olaraq çıxarışını da ləğv etmişdir. Halbuki, iddiaçıya məxsus 72 kv.m sahə onun çıxarışında olan 0,01774 kv.m sahənin həmin sahəyə heç bir aidiyyatı yoxdur. Cavabdeh1 ilə İddiaçı arasında olan 19 fevral 2004-cü il tarixli sərancamı və xx.xx.2007-ci il tarixli 49 nömrəli uçot qeydiyyatı ləğv edilərək etibarsız sayılmışdır. Sonradan isə qarşı tərəf şikayətindən sonra qeyd etdiyi Gəncə Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixli 2(104)-494/2024 saylı qətnaməsi ilə xx.xx.2007-ci il tarixli 49 nömrəli uçot qeydiyyatının heç bir arxiv sənədləri məhkəməyə təqdim edilmədiyi və var olmadığı üçün ancaq Cavabdeh1 ilə İddiaçı arasında olan 19 fevral 2004-cü il tarixli 172 saylı sərancamını yoxlanılmasını zəruri hesab etdikləri üçün yalnız o hissədə yəni Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissədə ləğv edərək, şikayətin yalnız həmin hissədə təmin olunmasını qət etmişdir. Bundan sonra isə Ali Məhkəməyə şikayətindən sonra da həmin qətnamə dəyişdirilmədən öz qüvvəsində saxlanılmışdır. Belə ki, İddiaçı tərəfindən Ağstafa rayon Məhkəməsinə 23 sentyabr 2024-cü il tarixli müraciətdən sonra keçmiş hakim Z.Rəsulovun icraatında olmuş sonra isə hazırkı işə baxan H. Mürsəlovanın icraatına keçmişdir. Məhkəmə iclaslarında araşdırma aparılması üçün dövlət qurumlarından DƏDRX-ni Notarus və Bələdiyyədən heç kim dəvət olunmamışdır, ancaq o və qarşı tərəf iştirak etməklə çəkişmə prinsipi ikisi arasında olmuşdur. Bundan başqa tərəfindən xx.xx.2024-cü il tarixli təqdim etdiyi vəsatət təmin edilsəydi yəni kompleks ekspertiza təyin olunsaydı onda həmin ünvanların ayrı və torpaq sahələrinin ayrı-ayrı yerlər. Hətta sübut növündə məhkəməyə torpaq sahəsinin faktiki vəziyyətini əks etdirən müayinə baxış Aktını da şəxsən məhkəməyə təqdim etsə də yenədə mülkiyyət hüquqları pozulmuşdur. Məhkəmədə şəxsən tərəfindən sərancamda sözügedən 72 kv.m torpaq sahəsinin aktda göstərilmiş işarələnmiş hissədə yerləşdiyini ona aid olan torpağın isə ondan aşağıda E.Qələmçəli küçəsinə aid olan 4 rəqəminə bənzər, oxşar boş və ağ rəngdə göstərilən hissədə yerləşdiyini bildirsə də məhkəmə fikirinə önəm verməyərək "o tamam başqa bir iddia tələbidir" deyərək onu susdurmuşdur. Belə ki, məhkəmə istər Gəncə Apellyasiya Məhkəməsinin istərsə də Ali Məhkəmənin qətnamələrini nəzərə belə almamış və mülkiyyət hüquqlarını pozmaqda israrlı olmuşdur.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, Bu işlə bağlı digər qətnamələr də onun xeyrinə olmuşdur. Əvvəlki qətnamə ilə müəyyən edilmiş torpaq sahəsinin ona aidiyyəti yoxdur. O, hissədə torpaq ona satılmadı, lakin ona görə yox ki, həmin torpaq iddiaçının mülkiyyətində idi, ona görə ki, həmin hissə yüksək gərginlik xətti keçən əraziyə düşürdü. O, doğulduğu vaxtdan mübahisəli torpağın yerləşdiyi evdə yaşayır, orada qeydiyyatdadır, həmin torpağı istifadə edir, hər il bələdiyyə vergisi ödəyir. Torpaq əvvəlcə bələdiyyənin, daha sonra isə onun mülkiyyətinə keçmişdir. Bələdiyyə ilə rəsmi alqı-satqı müqaviləsi bağlamışlar. Alqı-satqı zamanı heç bir qanun pozuntusuna yol verilməyib. Çünki Bələdiyyənin adına aldığı torpaq sahəsinə dair müvafiq çıxarış mövcud olmuşdur.

20. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə1 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi məhkəmənin qiyabi qətnaməsi əsasında bağlanılıb, hansı ki, həmin qətnamə artıq ləğv edilmişdir. Tərəflər bacıqardaşdırlar. Həmin torpağın yerləşdiyi yaşayış evi tərəflərə atalarından miras qalmışdır. 2004-cü ildə iddiaçıya 141.6 kv.m torpaq sahəsi verilib. Həmin vaxt iddiaçı Bakı şəhərində yaşayıb, digər qardaşı Rusiyada, hazırkı cavabdeh olan bacısı Məlahət isə ər evində olmuşdur. Ev xüsusi mülkiyyətdə olsa da, torpaq bələdiyyə mülkiyyətində olmuşdur. Bələdiyyənin qərarı ilə 141.6 kv.m torpaq sahəsi iddiaçıya verilmişdir. Həmin torpaq sahəsinin üzərində qeyri-yaşayış sahəsi olmuşdur, hansı ki, cavabdeh tərəfindən sökülmüşdür. 2023-cü ilin yay aylarına qədər məhkəmə prosesləri olsa da, iddiaçının bu məhkəmələrdən məlumatı olmamışdır. 2023-cü ilin yay aylarında iddiaçı rayona gəlib, bələdiyyə vergilərini ödəmək üçün getdikdə torpaq sahəsinin məhkəmə qətnaməsi əsasında cavabdehin adına keçdiyi ona məlum olmuşdur. Həmin qətnamədən şikayət vermişlər, nəticədə iddia təmin edilməmişdir. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, torpaq sahələri eynidir. Qiyabi qətnamə ləğv edildiyinə görə iddiaçının adına verilmiş sərəncam qüvvədədir. Həmin sərəncamdan sonra o torpağa dair kadastr məlumatlar verilib. Alqı-satqı müqaviləsi qətnamə əsasında bağlanılmışdır. Yəni, sərəncamla iddiaçının adına olan torpaq sahəsi cavabdehə satılmışdır. Eyni torpaq sahəsi olması barədə ekspertiza rəyi vardır.

21. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, hazırda istifadə etdikləri torpaq mübahisəli torpaq deyil, mübahisəli torpaq hazırda başqa şəxsin mülkiyyətindədir. Torpaq sahəsi bələdiyyənin mülkiyyətinə keçdikdən sonra, yəni xx.xx.2023-cü il tarixdə alqı-satqı müqaviləsi bağlamışlar. Cavabdeh2 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

22. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə1 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, apellyasiya şikayətinin dəlillərində mübahisə edilən əmlakın cavabdehə məxsus əmlak olmadığı göstərilir. Əslində isə eyni torpaqdır, sadəcə dalan olduğu üçün ünvan fərqli ola bilər. Heç bir hərrac keçirilməyib, cavabdeh özü Bələdiyyəyə müraciət edib və alqı-satqı müqaviləsini imzalayıblar. Bələdiyyənin həmin torpağa dair çıxarışından məlumatları omamışdır. İddiaçı və cavabdehə bələdiyyə tərəfindən verilən torpaqlar eyni sahədir, sadəcə ünvanlar fərqli göstərilmişdir. Ekspert də rəy verir ki, torpaqlar üst-üstə düşür. Bələdiyyə ilə iddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsi hələ də qüvvədədir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

23. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxslər X3 və X5 məhkəmə kollegiyasından iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişlər.

24. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər proses iştirakçıları məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.

26. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

31. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 384.0.2. apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

33. Maddə 385.1.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

34. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

37. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia qismən təmin edilmiş və iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. O, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini xahiş etsə də, lakin şikayətin məzmunundan müəyyən edilir ki, qətnamə iddianın təmin edilmiş hissəsində mübahisələndirilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamənin qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi «Ağstafa şəhər Bələdiyyəsi ilə Cavabdeh2 arasında Ağstafa rayon Notariat Ofisində bağlanılmış xx.xx.2023-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh2 adına olan xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi» hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia həmin hissədə təmin edilməməli, apellyasiya şikayəti qalan hissədə təmin edilməməli, həmçinin qətnamə «İş üzrə ekspertiza xərci olan 100 (yüz) manat məbləğində pulun cavabdehlər Cavabdeh2 və Ağstafa şəhər Bələdiyyəsindən müştərək qaydada tutularaq X2, VÖEN **********, Kod 210005, m/h AZ41NABZ********************, SWİFT. Bik: CTREAZ22, VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına keçirilməsi» hissədə ləğv edilməli, ekspertiza xərci olan 100 manat məbləğində pulun İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülməsi müəyyən edilməlidir.

39. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Cavabdeh1 19 fevral 2004-cü il tarixli 172 saylı sərəncamı əsasında cavabdeh İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Ağstafa şəhəri Azadlıq küçəsində təsdiq edilmiş situasiya planına əsasən 72 kv.m torpaq sahəsi ayrılmış və bu barədə müvafiq uçot qeydiyyatı aparılmışdır. Həmin sərəncam və uçot qeydi əsasında da 19 fevral 2004-cü il tarixdə Cavabdeh1 ilə İddiaçı arasında alqı-satqı müqaviləsi bağlanmış və Ağstafa şəhəri Azadlıq küçəsində yerləşən 72 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti üçün İddiaçı satılmışdır. Hazırkı iddiadan əvvəl X7 və Cavabdeh2 cavabdehlər İddiaçı və Ağstafa rayon bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsinin, Cavabdeh1 xx.xx.2004-cü il tarixli 172 saylı qərarının və xx.xx.2007-ci il tarixli 49 nömrə ilə uçot qeydiyyatının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər, Ağstafa Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli 2(015)-1083/2023 nömrəli qətnaməsinə əsasən Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 19 fevral 2004-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 19 fevral 2004-cü il tarixli 172 saylı sərəncamı və xx.xx.2007- ci il tarixli 49 nömrəli uçot qeydiyyatının etibarsız hesab edilməsi qət edilmişdir. X6 Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(104)-494/2024 saylı qətnaməsi ilə Ağstafa Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli 2(015)- 1083/2023 nömrəli qətnaməsi yoxlanılan, yəni “Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 19 fevral 2004-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılaraq iddia tələbi həmin hissədə təmin edilməmişdir. Eyni zamanda Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 aprel 2024-cü il tarixli 2(104)- 494/2024 nömrəli qərardadı ilə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Ağstafa Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli 2(015)-1083/2023 nömrəli qətnaməsi “Cavabdeh1 19 fevral 2004-cü il tarixli 172 saylı sərəncamı və xx.xx.2007- ci il tarixli 49 nömrəli uçot qeydiyyatının etibarsız hesab edilməsi” hissədə ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Bununla yanaşı müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarış əsasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,01774 ha olan torpaq sahəsi Cavabdeh1 adına qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında həmin torpaq sahəsi cavabdeh Ağstafa rayon bələdiyyəsi tərəfindən digər Cavabdeh2 satılmışdır. Həmin alqı-satqı müqaviləsi əsasında da xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında sözügedən torpaq sahəsi Cavabdeh2 adına qeydiyyata alınmışdır. İddiaçı həmin torpaq sahəsinin 19 fevral 2004-cü il tarixdə Cavabdeh1 ilə aralarında alqı-satqı müqaviləsi əsasında ona məxsus olduğuna əsaslanaraq cavabdehlər arasında bağlanmış xx.xx.2023-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş çıxarışın ləğvi barədə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

40. Məhkəmə kollegiyası yoxlanılan hissədə iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir.

41. İstənilən iddia ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

42. İşin mübahisəsiz halları kimi müəyyən edilir ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarış əsasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,01774 ha olan torpaq sahəsi Cavabdeh1 adına qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında həmin torpaq sahəsi cavabdeh Ağstafa rayon bələdiyyəsi tərəfindən digər Cavabdeh2 satılmışdır. Həmin alqı-satqı müqaviləsi əsasında da xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında sözügedən torpaq sahəsi Cavabdeh2 adına qeydiyyata alınmışdır.

43. Eyni zamanda, 19 fevral 2004-cü il tarixdə Cavabdeh1 tərəfindən İddiaçı satılan torpaq sahəsinin xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi əsasında bələdiyyə tərəfindən Cavabdeh2 satılan torpaq sahəsi olub-olmamasının aydınlaşdırılması məqsədilə birinci instansiya məhkəməsində icraat zamanı tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024- cü il tarixli, 10/5772 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, 13 oktyabr 2023-cü il tarixli çıxarışla Cavabdeh2 mülkiyyətinə verilmiş ünvan 5a olan 0.01774 ha torpaq sahəsi ünvan 4lan həyatyanı sahənin daxilində yerləşir.

44. İddiaçı iddiasında mübahisəli torpaq sahəsinin 19 fevral 2004-cü il tarixdə Cavabdeh1 ilə aralarında alqı-satqı müqaviləsi əsasında ona məxsus olduğunu iddia etsə də, lakin yuxarıda da göstərildiyi kimi hüquqların mübahisələndirilən alqı-satqı müqaviləsi bağlanan zaman Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarış əsasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,01774 ha olan torpaq sahəsi Cavabdeh1 adına qeydiyyata alınmışdır. Eyni zamanda, əmlaka dair bələdiyyənin adına verilmiş çıxarış məhkəmədə mübahisələndirilməmiş və alqı-satqı müqaviləsi bağlanan zaman həmin çıxarış qüvvədə olmuşdur.

45. Məhkəmə kollegiyası qeyd edir ki, mövcud vəziyyətdə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi yolverilməzdir.

46. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarı).

47. Məlumdur ki, əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır (Mülki Məcəllə maddə 140). Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Eyni zamanda daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir (Mülki Məcəllə, maddə 166.1). Bununla belə, aidiyyəti şəxs tərəfindən həmin qanuni ehtimalların əksi iddia və sübut oluna bilər. Odur ki, əşya hüququnun əsaslandığı qeydin mötəbərliyinə aidiyyəti şəxs tərəfindən yazılı tələb irəli sürülməklə etiraz edilmədiyi halda, məhkəmənin həmin qeydin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi yaranmır. Əks yanaşma Mülki Məcəllənin qeyd olunan prezumpsiyaları nəzərdə tutan normalarına, reyestrin mötəbərliyinə qarşı etiraz hüququna dair 141.2-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində əks olunan dispozitivlik prinsipinə uyğun olmazdı («Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə» 14 iyun 2022-ci il tarixli qərardad).

48. Şərh olunanları ümümiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsinə dair sərəncam hüququndan istifadə edərək xx.xx.2023-cü il tarixdə notariat qaydada təsdiq edilmiş əqd əsasında mübahisəli torpaq sahəsini Cavabdeh2 satmışdır. Əmlaka dair Cavabdeh1 adına verilmiş və alqısatqı zamanı qüvvədə olan çıxarış iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Birinci instansiya məhkəməsi isə həmin reyestr qeydinin mövcudluğunu və reyestrin həqiqiliyi və tamamlığı prezumpsiyası nəzərə almayaraq əsassız olaraq iddianı təmin etmişdir.

49. Kollegiya eyni zamanda qeyd edir ki, mübahisəli əmlaka dair Cavabdeh2 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış törəmə hüquq münasibəti olub, həmin əmlaka dair cavabdehlər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən törəmişdir. Mübahisəli əmlaka dair qeyd olunan müqavilə etibarsız hesab edilmədiyindən, əmlaka dair törəmə hüquq münasibəti olan Cavabdeh2 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın da ləğv olunması üçün də əsaslar yoxdur.

50. Birinci instansiya məhkəməsi isə yoxlanılan hissədə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlməyərək iddianı həmin hissədə təmin etmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilərək iddia həmin hissədə təmin edilməməlidir.

51. Bundan əlavə işdən müəyyən edilir ki, birinci instansiya məhkəməsində icraat zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı vəziyyətdə iddia təmin edilmədiyindən ekspertiza xərci iddiaçıya aid edilməli, ekspertiza tədqiqatının dəyəri iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına ödənilməlidir.

52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin 03 fevral 2025-ci il tarixli 2(015)-11/2025 nömrəli qətnaməsi «Ağstafa şəhər Bələdiyyəsi ilə Cavabdeh2 arasında Ağstafa rayon Notariat Ofisində bağlanılmış xx.xx.2023-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh2 adına olan xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi» hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilərək iddia həmin hissədə təmin edilməsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə «İş üzrə ekspertiza xərci olan 100 (yüz) manat məbləğində pulun cavabdehlər Cavabdeh2 və Ağstafa şəhər Bələdiyyəsindən müştərək qaydada tutularaq X2, VÖEN **********, Kod 210005, m/h AZ41NABZ********************, SWİFT. Bik: CTREAZ22, VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına keçirilməsi» hissədə ləğv edilsin. Ekspertiza xərci olan 100 (bir yüz) manat məbləğində pul İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar