Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-93/2025 21.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2; İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı mülki iş üzrə Açar sözlər: torpaq sahəsindən çıxarılma; torpaq sahəsindən istifadə hüququ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddialar üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) X2, ilkin iddia üzrə Cavabdeh4 (həmçinin ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi) və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X4 qarşı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını pozan hərəkətlərin qanunsuz hesab edilməsi və torpaq sahəsindən çıxarılma tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı qarşı çıxarışın etibarsız hesab olunması tələbinə, həmçinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı torpaq sahəsindən istifadə hüququnun təmin olunması tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixli 2(021)-169/2024 nömrəli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 21 yanvar 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********67 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Bərdə rayonu Mirzəxan-Qaraqoyunlu kəndində yerləşən 1,4484 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı tam mülkiyyətindədir;
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********52 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Bərdə rayonu Mirzəxan-Qaraqoyunlu kəndində yerləşən 1,65 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı tam mülkiyyətindədir;
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, TEKUİS məlumat bazasına əsasən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı mülkiyyəti kimi qeydiyyata alınmış Bərdə rayonu Mirzəxan-Qaraqoyunlu kəndində yerləşən 1.4484 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı mülkiyyəti kimi qeydiyyata alınmış Bərdə rayonu Mirzəxan-Qraqoyunlu kəndində yerləşən 1.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X5 tǝrǝindən istifadə olunur. TEKUİS məlumat bazasına əsasən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 1.4484 ha torpaq sahəsinin 0.84 ha hissəsi Cavabdeh1, 0.60 ha hissəsi isə Cavabdeh3 tərəfindən istifadə olunur. TEKUİS məlumat bazasına əsasən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 1.65 ha torpaq sahəsinin 1.22 ha hissəsi cavabdehlər Cavabdeh2, Cavabdeh4 və X5 tərəfindən istifadə olunur. Cavabdehlərin hazırda istifadələrində olan torpaq sahələri TEKUİS məlumat bazasına əsasən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** ve ********** qeydiyyat nömrəli çıxarışlarla İddiaçı mülkiyyətində olan torpaq sahələridir.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 noyabr 2024-cü il tarixli 3-16-16/2-10/8634 nömrəli ekspert rəyindən görünür ki, TEKUİS məlumat bazasına əsasən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli **********52 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarış əsasında İddiaçı mülkiyyətinə verilmiş Bərdə rayonu Mirzəxan-Qaraqoyunlu kəndindəki 1,65 ha torpaq sahəsinin elektron məlumat bazasında mövcud koordinatları cavabdehlərin iştirakı ilə naturada müəyyən edilmişdir; TEKUİS məlumat bazasına əsasən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli **********67 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarış əsasında İddiaçı mülkiyyətinə verilmiş Bərdə rayonu Mirzəxan-Qaraqoyunlu kəndindəki 1,4484 ha torpaq sahəsinin elektron məlumat bazasında mövcud koordinatları cavabdehlərin iştirakı ilə naturada müəyyən edilmişdir; TEKUİS məlumat bazasına əsasən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli **********67 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarış əsasında İddiaçı mülkiyyətinə verilmiş Bərdə rayonu Mirzəxan-Qaraqoyunlu kəndindəki 1,4484 ha torpaq sahəsi Cavabdeh2 tərəfindən faktiki istifadə edilmir; TEKUİS məlumat bazasına əsasən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli **********52 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarış əsasında İddiaçı mülkiyyətinə verilmiş Bərdə rayonu Mirzəxan-Qaraqoyunlu kəndindəki 1,65 ha torpaq sahəsinin 1.22 ha hissəsi Cavabdeh2 tərəfindən faktiki istifadə edilir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İlkin iddia üzrə İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ona məxsus Bərdə rayonu Mirzəxan-Qaraqoyunlu kəndində yerləşən 1,65 və 1.4484 ha torpaq sahəsindən çıxarılması və torpaq sahələri üzərində mülkiyyət hüquqlarını pozan hərəkətlərin qanunsuz hesab edilməsi və cavabdehlərdən iddia qaldırmaq üçün ödədiyi 100 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. Cavabdeh3 İddiaçı qarşılıqlı iddia ərizəsi verərək, İddiaçı adına qeydiyyata alınmış xx.xx.2023-cü il tarixli ********** nömrəli və xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışların etibarsız hesab olunması və ilk iddianın təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. Həmçinin Cavabdeh2 İddiaçı qarşılıqlı iddia ərizəsi verərək, ilk iddianın təmin olunmamasını, rəsmi olaraq alınmış torpaqlarına köçənə kimi Bərdə rayonu Mirzəxan kəndində yerləşən fermada yaşamaq və həmin ünvanda yerləşən torpaq sahəsindən istifadə etmək hüququnun təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. İlkin İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bərdə rayonu Mirzəxan-Qaraqoyunlu kəndində tam mülkiyyət hüququ ona məxsus olmaqla 1.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Bundan başqa, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bərdə rayonu Mirzəxan-Qaraqoyunlu kəndində tam mülkiyyət hüququ ona məxsus olmaqla 1.4484 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Bu günlərdə mübahisəli torpaq sahəsi üzərində əkin-biçin işləri apararaq ailəsini dolandırmaq istədikdə məlum olmuşdur ki, hazırkı iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ona məxsus torpaq sahəsində özləri əkib-biçin işləri görürlər. Dəfələrlə cavabdehlərə qanunsuz olaraq zəbt etdikləri torpaq sahələrindən çıxmasını tələb etsə də, lakin müsbət nəticə olmamışdır.
9. Qarşılıqlı iddiaçı Cavabdeh2 tələbini onunla əsaslandırmışdır ki, ailə üzvlərilə birlikdə 1988-ci il tarixdə Əsgəran rayon Şuşukənd kəndindən məcburi köçkün olaraq Ağdam rayonu Göytəpə kəndində məskunlaşıb yaşamışlar. 5 il həmin rayonda məskunlaşıb yaşadıqdan sonra 1993-cü ildə Ağdam rayonu işğal edildikdən sonra məcburi köçkün kimi Bərdə rayon Qaraqoyunlu-Mirzəxan kəndinə gəlmişlər. Həmin zaman isə oradan onlara torpaq sahəsi verilmiş və fermada yaşamışlar. 30 ildir ki, o, ailə üzvlərilə birlikdə orada yaşayır. Hazırda isə cavabdeh İddiaçı onların həmin torpaq sahəsindən çıxartması qanunsuzdur. Onların yaşamağa başqa bir yeri və gəlir əldə etməyə başqa torpaq sahələri olmadığı üçün rəsmi olaraq alınmış torpaqlarına köçənə qədər Bərdə rayon Mirzəxan kəndində yerləşən fermada yaşamaq və həmin ünvanda yerləşən torpaq sahəsindən istifadə etmək istəyirlər.
10. Birinci instansiya məhkəməsində icraat zamanı Cavabdeh4 və X5 ilkin iddia üzrə cavabdeh qismində işə cəlb olunmuşlar.
11. Bərdə Rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixli 2(021)-169/2024 nömrəli qətnaməsi ilə (hakim Qamət Əbilov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X4 qarşı "torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını pozan hərəkətlərin qanunsuz hesab edilməsinə və torpaq sahəsindən çıxarılma" tələbinə dair ilk iddianın təmin edilməsi; Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı mülkiyyətnə verilmiş 1.4484 ha torpaq sahəsinin 0.84 ha hissəsindən Cavabdeh1, 0.60 ha hissəsindən Cavabdeh3 və Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 1.65 ha torpaq sahəsinin 1.22 ha hissəsindən cavabdehlər Cavabdeh2, Cavabdeh4 və X3 çıxarılması; İlk iddia üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun İddiaçı aid edilməsi; Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 iddiaçı, (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı "çıxarışın etibarsız hesab olunması" tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi; Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 iddiaçı, (qarşılıqlı iddialar üzrə cavabdeh) İddiaçı qarşı “istifadə hüququnun təmin olunması" tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir.
12. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1, 152.1, 152.5, 154.1, 157.2, 157.4 və 560.1-ci maddələrinə, Torpaq Məcəlləsinin 84-cü maddəsinə, həmçinin «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 2, 4 və 6-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
13. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və ilkin iddia tələbinin təmin olunmaması, qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
14. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, torpaqları işğaldan azad olunub, lakin məcburi köçkünlər hələ öz yurd-yuvasına qayıtmayıb. Məcburi köçkün evlə təmin olunmayana qədər müvəqqəti yaşadığı yerdən çıxarıla bilməz. Məcburi köçkün olduqlarından və digər gəlir yerləri olmadığından mübahisəli torpaq sahəsindən 1993-cü ildən bu günədək istifadə etmişlər. Həmin torpaq sahəsini uzun illərdir ki, əkib-becərərək ailələrini dolandırmışlar. İşə baxan məhkəmə isə məcburi köçkün olduqlarına əhəmiyyət verməmişdir. Buna görə də qanuna zidd qətnamə qəbul edilmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə Cavabdeh4 (həmçinin ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi) nümayəndəsi olduğu şəxs tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, iş üzrə verilmiş ekspert rəyi ilə razı deyildir. İlkin İddiaçı 30 ildir ki, onların mübahisəli torpaq sahəsindən istifadə etməsinə imkan yaratmışdır. İlkin iddiaçı bircə il də səbr etsə, onlar öz torpaqlarına geri dönəcəklər. Dolanışıqlarını mübahisəli torpaq sahəsinin hesabına təmin edirlər. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və ilkin iddia tələbinin təmin olunmaması, qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddialar üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) X2 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, hazırkı iddia yaşayış sahəsindən deyil, torpaqdan çıxarılma barədə tələbdir. Cavabdehlər torpaqdan çıxmağa möhlət istəyirlər. Halbuki, bu qətnamə hələ 2 ay müddətdən sonra qanuni qüvvəyə minəcəkdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 da izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsini onlar yararlı vəziyyətə gətirmişlər. Onları torpaqla təmin etsinlər ki, mübahisəli torpaq sahəsini tərk etsinlər. Cavabdeh3 sonda məhkəmə kollegiyasından iş üzrə ədalətli qərar qəbul olunmasını xahiş etmişdir.
19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
20. 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır
22. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
23. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
24. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
25. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
26. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
31. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
32. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
35. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
38. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, ilkin iddia tələbi təmin edilmiş, qarşılıqlı iddia tələbləri təmin edilməmişdir. Yalnız ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Digər tərəflər qətnamədən apellyasiya şikayəti verməmişlər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığı mübahisələndirilən, yəni «Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 1.65 ha torpaq sahəsinin 1.22 ha hissəsindən Cavabdeh2 çıxarılması; Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 iddiaçı, (qarşılıqlı iddialar üzrə cavabdeh) İddiaçı qarşı “istifadə hüququnun təmin olunması tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi» hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
40. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********67 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışa əsasən Bərdə rayonu Mirzəxan-Qaraqoyunlu kəndində yerləşən 1,4484 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Həmçinin, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********52 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışa əsasən Bərdə rayonu Mirzəxan- Qaraqoyunlu kəndində yerləşən 1,65 ha kənd təsərrüfatu təyinatlı torpaq sahəsi də İddiaçı mülkiyyətindədir. İddiaçı torpaq sahələrinin cavabdehlər tərəfindən zəbt edildiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, Cavabdeh2 da İddiaçı qarşı torpaq sahəsindən istifadə hüququnun təmin olunması barədə qarşılıqlı iddia ərizəsi vermişdir.
41. Bu qətnamənin 38-ci bəndində qeyd edildiyi kimi birinci instansiya məhkəməsinin qətnaməsi «Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 1.65 ha torpaq sahəsinin 1.22 ha hissəsindən Cavabdeh2 çıxarılması; Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 iddiaçı, (qarşılıqlı iddialar üzrə cavabdeh) İddiaçı qarşı “istifadə hüququnun təmin olunması tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi» hissələrdə yoxlanılır.
42. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
43. İlk növbədə qeyd edilməlidir ki, iş üzrə ilkin və qarşılıqlı iddia tələbi mövcuddur. İlkin iddianın yoxlanılan hissəsi Cavabdeh2 torpaq sahəsindən çıxarılmasından ibarətdir. Sonuncunun qarşılıqlı iddiası isə onun mübahisəli torpaq sahəsindən istifadə hüququnun təmin edilməsi barədədir. Kollegiya hesab edir ki, iddia tələblərinə ayrı-ayrılıqda hüquqi qiymət verilməli və ilk növbədə qarşılıqlı iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparılmalıdır. Çünki, qarşılıqlı iddiada Cavabdeh2 mübahisəli torpaq sahəsindən istifadə hüququ mübahisələndirilir ki, bu məsələnin həlli də bilavasitə ilkin iddianın aqibətinə təsir göstərir.
44. Mülki Məcəllənin daşınmaz əmlaka hüququn əmələ gəlməsindən bəhs edən 146.1-ci maddəsində deyilir ki, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
45. Torpaq Məcəlləsinin 50.5-ci maddəsinə görə isə, xüsusi mülkiyyətdə olan torpaq sahələrinin istifadəyə verilməsi həmin sahələrin mülkiyyətçiləri ilə istifadəçilər arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında həyata keçirilə bilər.
46. Hazırkı işin hallarından görünür ki, mübahisəli torpaq sahəsindən istifadə hüququ ilə bağlı tərəflər arasında notariat qaydasında təsdiq edilmiş əqd mövcud deyildir. Əksinə, torpaq sahəsinin mülkiyyətçisi olan İddiaçı Cavabdeh2 onun iradəsinə zidd olaraq torpaqdan istifadə etdiyi bildirir. Göründüyü kimi, qarşılıqlı iddiaçı Cavabdeh2, ümumiyyətlə, mübahisəli torpaqdan istifadə hüququ yaranmamışdır. Bu halda isə, belə bir hüququn tanınmasından söhbət gedə bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Cavabdeh2 qarşılıqlı iddiasını təmin etməmişdir.
47. İlkin iddia ilə bağlı məhkəmə kollegiyası bildirir ki, torpaq sahəsinin zəbt edilibedilməməsinin araşdırılması xüsusi bilik tələb edən sualların cavablandırılmasını tələb edir. Bu hal isə MPM-nin 97.1-ci maddəsinə əsasən, həmin işlərə baxılarkən ekspertiza təyin olunması zərurətini doğurur.
48. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” 18 noyabr 1999-cu il tarixli 758-İQ saylı Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, məhkəmə ekspertizası məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır.
49. Mülki işin icraatı zamanı ekspertiza mülki iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə elm, texnika və ya digər peşə sahələri üzrə, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliyə ehtiyac yarandıqda təyin edilməlidir. Qanunvericilikdə ekspertizanın keçirilməli olduğu xüsusi bilik sahələrinin dəqiq siyahısı göstərilməmişdir. Lakin mülki məhkəmə icraatı təcrübəsinin təhlili əsasında belə qənaətə gəlmək olar ki, hüquqi biliklər və hamı üçün aşkar olan ümumi məsələlər istisna olmaqla, xüsusi bilik tələb olunan istənilən halda ekspetiza təyin edilə bilər.
50. Qanunvericiliyin bu tələblərinə uyğun olaraq, apellyasiya instansiyasında icraat zamanı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 noyabr 2024-cü il tarixli 3-16-16/2-10/8634 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli **********52 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarış əsasında İddiaçı mülkiyyətinə verilmiş Bərdə rayonu Mirzəxan-Qaraqoyunlu kəndindəki 1,65 ha torpaq sahəsinin 1.22 ha hissəsi Cavabdeh2 tərəfindən faktiki istifadə edilir.
51. Azərbaycan Respublikasının MPM-nin 76.2-ci maddəsində ekspertlərin rəyləri sübut növü kimi müəyyən olunmuşdur.
52. Həmin Məcəllənin 101.3-cü maddəsinin tələbinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
53. Məhkəmə kollegiyası rəyi işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Belə ki, Azərbaycan Respublikası ƏMDX yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi və həmin rəyə əlavə edilmiş torpaq sahələrinin ölçü planı ilə torpaq sahələrinin yerləşmə koordinatları və torpaq sahəsindən faktiki istifadə vəziyyəti aşkar şəkildə müəyyən edilməklə, verilmiş rəyin mötəbərliyi məhkəmə kollegiyasında hər hansı şübhə yaratmamışdır. Bundan əlavə, cavabdeh tərəf rəyin qeyri-obyektivliyi barədə formal arqumentlər irəli sürsə də, lakin bunu əsaslandıra bilməmişdir.
54. Beləliklə, iş üzrə verilmiş ekspert rəyi ilə müəyyən olunmuşdur ki, ilkin İddiaçı mülkiyyətində olan Bərdə rayonu Mirzəxan-Qaraqoyunlu kəndindəki 1,65 ha torpaq sahəsinin 1.22 ha hissəsi Cavabdeh2 tərəfindən hər hansı hüquqi əsas olmadan zəbt edilir. Bu hal isə, ilkin iddiaçının qanunla müəyyən edilmiş və dövlət tərəfindən qorunan mülkiyyət hüquqlarını məhdudlaşdırır.
55. İşin şərh olunan hallarını məcmu halda qiymətləndirən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, yoxlanılan hissədə ilkin iddia tələbinin təmin edilməsi qanuni əsaslara söykənir. Birinci instansiya məhkəməsinin bu hissədə gəldiyi nəticə iş üzrə müəyyən edilmiş faktlara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğundur.
56. Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğvi üçün əsas deyildir.
57. Bundan əlavə, işdən müəyyən olunur ki, apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına ödənilməlidir.
58. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 372, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixli 2(021)-169/2024 nömrəli qətnaməsi yoxlanılan, yəni «Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 1.65 ha torpaq sahəsinin 1.22 ha hissəsindən Cavabdeh2 çıxarılması; Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 iddiaçı, (qarşılıqlı iddialar üzrə cavabdeh) İddiaçı qarşı “istifadə hüququnun təmin olunması tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi» hissələrdə dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci olan 100 (bir yüz) manat məbləğində pul Cavabdeh2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.