Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-934/2025 12.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X1 və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yaşayış evindən və torpaq sahəsindən məcburi qaydada çıxarılma tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, 2(066)-18/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış evindən və torpaq sahəsindən məcburi qaydada çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən yaşayış evindən və həmin evin yerləşdiyi 0.06 ha həyətyanı torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əşyaları ilə birlikdə məcburi qaydada çıxarılmaları barədə qətnamə çıxarılmnasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli 2(066)-18/2025 nömrəli qətnaməsi ilə (hakim R.Mustafayev) iddia tələbinin təmin edilməsi; İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən və həmin evin yerləşdiyi 0.06 ha həyətyanı torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 əşyaları ilə birlikdə məcburi qaydada çıxarılması; ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməsi qət olunmuşdur. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Göygöl Rayon Məhkəməsinin Gəncə Apellyasiya Məhkəməsinə ünvanladığı 29 aprel 2025-ci il tarixli məktubdan müəyyən olunmuşdur ki, Göygöl Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, 2(066)-18/2025 nömrəli qətnaməsindən iş üzrə digər Cavabdeh2 da apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün işin Göygöl Rayon Məhkəməsinə qaytarılması xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün işin məhkəmə baxışından çıxarılaraq Göygöl Rayon Məhkəməsinə qaytarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünzülüyü barədə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357.1. maddəsinə görə, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 361.1. maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; şikayətə əlavə edilən sənədlərin siyahısı. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın. Həmin Məcəllənin 384.0.6. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Kollegiya Göygöl Rayon Məhkəməsinin Gəncə Apellyasiya Məhkəməsinə ünvanladığı 29 aprel 2025-ci il tarixli məktubu nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayətinin mümkünlüyünə dair Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 aprel 2025-ci il tarixli, 2(104)-934/2025 nömrəli qərardadı ləğv edilməli, iş apellyasiya baxışından çıxarılmalı və Cavabdeh2 Göygöl Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, 2(066)-18/2025 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətinə münasibətdə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357, 360-363-cü maddələrinin tələblərinə uyğunluğu yoxlanılması üçün Göygöl Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 384.0.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 aprel 2025-ci il tarixli, 2(104)-934/2025 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yaşayış evindən və torpaq sahəsindən məcburi qaydada çıxarılma tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli 2(066)-18/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 aprel 2025-ci il tarixli, 2(104)-934/2025 nömrəli mülki iş apellyasiya baxışından çıxarılsın. Göygöl Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, 2(066)-18/2025 nömrəli qərardadından iş üzrə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357, 360-363-cü maddələrinin tələblərinə uyğunluğu yoxlanılması üçün mülki iş Göygöl Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-934/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-934/2025
12.05.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver