Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-937/2024 17.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı, cavabdeh Azərbycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti Bərdə regional X5 nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti Bərdə regional X3rşı əmrin etibarsız hesab edilməsi və işə bərpa tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-2721/2023 saylı qətnaməsindən cavabdeh Azərbycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti Bərdə X8 Mərkəzi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-2721/2023 saylı qətnaməsi ilə (hakim E.Əhmədov) İddiaçı cavabdeh Azərbycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti Bərdə regional X3rşı əmrin etibarsız hesab edilməsi və işə bərpa, əmək haqqı tələbinə dair iddiasının təmin edilməsi, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti X18 X4 meşəbəyliyinin 1 saylı dolayında meşə gözətçisi vəzifəsinə bərpa edilməsi, İddiaçı məcburi işburaxma dövrü üçün ödənilməyən əmək haqlarının hesablanaraq ödənilməsi qət edilmişdir. Cavabdeh Azərbycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti Bərdə X8 Mərkəzi apellyasiya şikayəti verərək Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli , 2(021)-2721/2023 saylı qətnaməsinin apellyasiya icraatı qaydasında ləğv edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdeh Azərbycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti X18 X4 meşəbəyliyinin 1 saylı dolayında meşə gözətçisi işləməyini nəzərə alaraq 27 aprel 2023-cü il tarixli 030/K nömrəli əmrin etibarsız hesab edilərək, işə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, 17 aprel 2019-cü ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin meşələrin inkişafı departamentinin Bərdə regional X7 yardımçı təsərüfatı işlər üzrə mütəxəsis vəzifəsinə təyin edilmişdir. Bundan sonra Soltanbut Meşəbəyliyinə fəhlə təyin edilmişdir. 05 may 2022-ci ildə isə mərkəzin Bərdə meşəbəyliyinin 1 nömrəli meşə dolayına meşə gözətçisi təyin edilmişdir. Buna baxmayaraq onun Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndi əsas götürərək əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini guya yerinə yetirmədiyinə görə 27 aprel 2023-cü il tarixdən işinə xitam verilmişdir. İşindən azad edilməsinə səbəb onun günahı və təqsiri deyil. Hesab edir ki, o, haqsız işdən çıxrılmışdır. Çünki o, Tərtər rayonun kəndində yaşayır, ara məsafəsinə baxılsa müəyyən olunar ki, meşədə törədilən hadisədən o, tez məlumat tuta bilməzdi. Məlumat bilən kimi də regional rəhbərliyə şifahi olaraq bildirmişdir. Bundan sonra o, Mediasiyaya müraciət etmişdir, cavabdeh tərəf gəlməmişdir. Mediasiya 30 may 2023-cü il tarixdə 01815 saylı imtina arayışı verərək məhkəməyə müraciət etməsini məsləhət görmüşdür. Mən də məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Daha sonra İddiaçı məhkəməyə ərizənin dəqiqləşdirilməsi barədə ərizə verərək onun Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin inkişafı xidmətinin X18 X4 meşəbəyliyinin 1 saylı dolayında meşə gözətçisi işinə bərpa olunmağı və ödənilməyən əmək haqqının ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddiaçının sözlərinə istinad edərək obyektiv olmayan qərar qəbul etmiş, dövlətin bu sahədə olan maraqlarını diqqətə almadan şəxsdən dediklərini təstiq edən sübutlar təqdim etməyi istəməmişdir. Belə ki, 13 saylı RMTM-in Bərdə meşəbəyliyinin 1 saylı meşə dolayısında xx.xx.2023-cü ildə aparılan qəfləti yoxlama zamanı meşə ərazisində qanunsuz kəsilmiş quru akasiya ağacları və nar kolları müəyyən edildi. Ümumilikdə 60 ədəd 1.22 m3 həcmində ağac hesablanmış və 225.0 manat məbləğində ziyan dəyməsi müəyyən olunmuşdur. 13 saylı Regional X5 əsasnaməsinə görə meşəbəylik müəyyən olunmuş qaydada təşkil edilmiş meşə dolaylarından ibarətdir və meşə dolaylarında meşələrin mühafizəsi və qorunması işi bilavasitə meşə gözətçiləri tərəfindən həyata keçirilir. Yəni meşə gözətçiləri maddi məsul olduğu dolayda birbaşa olaraq mühafizə işlərinə nəzarət etməli, ağacların qanunsuz kəsilməsi və və digər meşə qanunvericiliyinin pozulması hallarından qorumalıdır. İş saatları müddətində dolayı mühafizə etməlidir. İddiaçı qeyd edir ki, mövcud qırıntılar onun iş saatları müddətində baş verməmişdir. Azərbaycan Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan əlavə, İddiaçı qeyd etdiyi hal doğru olsa belə, o, iş saatı başladığı anda bu qanun pozuntusu barədə dərhal Mərkəzə məlumat verməli və Mərkəzin əməkdaşları hadisə yerinə gəldikdən sonra aktlaşdırılmalı idi. Lakin mövcud situasiyada aydın görünür ki, sabiq meşə gözətçisi İddiaçı tərəfindən qanunsuz ağackəsmə barədə yazılı məlumat Mərkəzə daxil olmamışdır. Həmin fakt sözügedən ərazidə qəfləti yoxlama aparılması nəticəsində müəyyən olunmuşdur. Göründüyü kimi, İddiaçı əmək funksiyalarına laqeyd yanaşaraq əmək müqaviləsi üzrə öhdəliklərini lazımınca, kifayət qədər yerinə yetirməmişdir və nəticədə dövlətin meşəsinə əhəmiyyətli dərəcədə zərər vurulmuşdur. Dövlət meşə fondunun vəsaiti ölkə ərazisində meşələrin bərpası, məhsuldarlığın artırılması, meşə fondunun mühafizəsi üçün istifadə edilir və dövlətin bu sahədə olan maraqları təmin edilir. Hər bir ağacın yetkin bir ağac halına gəlməsi üçün çəkilən əziyyət və zaman nəzərə alınsa, kəsilən hər bir ağac bu kontekstdə təbiətə, cəmiyyətə və dövlətə mühüm zərər vurur. Kəsilən ağaclar nəticəsində dövlət meşə fonduna vurulan hesablanır. Həmin məbləğ hesabına kəsilmiş və ya korlanmış ağacların yerinə meşə bərpa tədbirləri həyata keçirilir. Odur ki, meşə gözətçisi ona həvalə edilmiş dolayda dövlətin maraqlarının müdafiə olunması çərçivəsində mühüm addımlar atmalı və mühafizə tədbirlərinə ciddi riayət etməlidir. xx.xx.2023-cü il tarixdə Mərkəz tərəfindən 023/ Əmrlə İddiaçı işində yol verdiyi nöqsanlara görə Azərbaycan Respublikası Əmək Məcəlləsininin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. xx.xx.2023-cü il tarixdə Mərkəz tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsininin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndinə uyğun olaraq (işçi özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhtəliyi yerinə yetirmədikdə) xitam verilmişdir. Buna uyğun olaraq işçinin səhlənkar davranışı nəticəsində Mərkəzə vurulmuş zərər cavabdeh tərəfindən ödənilməlidir. Əlavə olaraq bildirilmişdir ki, İddiaçı mühafizə etdiyi ərazidən qanunsuz quru ağacların və nar kollarının çıxarılması faktı üzrə dəymiş ziyan hesablanaraq İddiaçı tərəfindən ödənilmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X12 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-2721/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-2721/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş üzrə tərəfləri dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan AA ******* nömrəli Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx xxxx 1962-ci ildə doğulmuşdur. İş materiallarında olan AZE 14280808 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X12 07 sentyabr 1979-cu ildə ünvan 1 ünvanında qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Tərtər rayon İcra Hakimiyyəti başçısının İrəvanlı kənd inzbati ərazi dairəsi üzrə nümayəndəiyi tərəfindən verilmiş 69 nömrəli, 01 iyun 2023-cü il tarixli arayışdan müəyyən olur ki, İddiaçı Tərtər rayonu İrəvanlı kəndində yaşayır. İş materiallarında olan 05 may 2022-ci il tarixli Əmək Müqaviləsinin surətindən müəyyən olunur ki, həmin müqavilə İddiaçı ilə Azərbycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti Bərdə X8 Mərkəzi arasında bağlanmış, İddiaçı Bərdə regional X7 Bərdə meşəbəyliyinin 1 saylı dolayına meşə gözətçisi vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti Bərdə regional X5 23 saylı, 05 may 2022-ci il tarixli əmrinin surətindən müəyyən olunur ki, İddiaçı 05 may 2022-ci il tarixdən X18 X4 meşəbəyliyində ümumi sahəsi 74,0 ha olan 15 saylı kvartalın və sahəsi 156.4 ha olan 16 saylı kvartalın və sahəsi 114,1 ha olan 17 saylı kvartalın bazasında yaradılmış ümumi sahəsi 344,5 ha olan 1 saylı meşə dolayına Meşə gözətçisi vəzifəsinə (9-cu dərəcə) təyin edilmiş və həmin tarixdən Soltanbud-02 meşəbəyliyinin fəhləsi vəzifəsindən azad edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti Bərdə regional X5 13 mart 2023-cü il tarixli 005288 nömrəli AKT-ın surətindən müəyyən olunur ki, Bərdə meşəbəyliyi 1 saylı dolayının 16-cı kvartalında qəfləti yoxlama aparılarkən sözügedən meşə ərazisində qanunsuz akasiya cinsindən müxtəlif diametrdə, yəni 10 ədəd diametri-8 sm, 30 ədəd -10 sm, 15 ədəd diametr 12 sm, 5 ədəd diametri 20-cm kəsilmiş ağaclar 034 nömrə ilə damğalandı, 70-ədəd yabanı nar kolu, cəmi 60 ədəd akasya ağacı kök üstə kəsilməmiş, 70 ədəd yabanı nar kolunun kökündən çıxarılmasının təqsirkarı məlum olmamışdır, 01 saylı meşə dolayının meşə gözətçisi İddiaçı izahatı alınması aktlaşdırılmışdır. İş materiallarında İddiaçı iş materiallarında olan xx.xx.2023-cü il tarixli izahatında göstərmişdir ki, meşə gözətçisi kimi ona məxsus olan ərazidə qeyri iş günləri vaxtında ağacların kəsilməsi və nar ağaclarının kəsilməsi, nar kollarının kökündən çıxrılması baş vermişdir. O, iş saatı vaxtında gəldikdə görmüşdür və dərhal meşəbəyi Camalov Müşviqə telefon vasitəsi ilə məlumat vermişdir. Müşviq isə ona bildirmişdir ki, onlar həmin ərazidə meşə zolağı üçün əkin sahəsi hazırlayırlar, ərazidə əkin üçün şum aparılmışdır. İş materiallarında olan Bərdə meşəbəyliyinin meşəbəyisi Camalov Müşfiq tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli Xidməti Məruzədə göstərilmişdir ki, Bərdə meşəbəyliyinin 1 saylı dolayının meşə gözətçisi İddiaçı verilmiş göstərişlərə əməl etmir, Tərtər rayonunda yaşadığı üçün iş yerinə çox gec gəlib çatır, bu səbəbdən də Bərdə Meşəbəyliyinin 1 saylı meşə dolayının 15, 16, 17 saylı kvartallarında xoşa gəlməz halların baş verməsinə gətirib çıxarır. Belə ki, yuxarıda adı gedən meşə dolayısında və əksər kvartallarında sahibsiz malqara otlamasının, qurumuş ağacların qanadlarının kəsilməsinin şahidi olmuşdur. Göstərilən səbəbləri nəzərə alıb İddiaçı barəsində tədbir görülsün. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti Bərdə regional X5 xx.xx.2023-cü il tarixli 023/k saylı əmrində göstərilmişdir ki, X18 X4 meşəbəyliyinin 1 saylı meşə dolayının meşə gözətçisi İddiaçı işində yol verdiyi nöqsanlara görə və əmək funksiyasını keyfiyyətsiz yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti Bərdə regional X5 030/k saylı, 27 aprel 2023cü il tarixli əmrinə əsasən İddiaçı 25 aprel 2023-cü il tarixdən mərkəzin Bərdə meşəbəyliyinin 1 saylı dolayının meşə gözətçisi ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndinə uyğun olraq (işçi özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhtəliyi yerinə yetirmədikdə) xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişfaı Xidmətinin 13 saylı Regional X5 3-14-27-23/2- 133/2023 saylı, 21 avqust 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, 13 Saylı X8 Mərkəzi bildirir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı xidmətinin 25 aprel 2023-cü il tarixli 142/ü nömrəli əmrinə əsasən Mərkəzin Bərdə meşəbəyliyinin meşəbəyisi X9 ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Meşələrin qorunması və mühafizəsi üzrə baş mühəndis X15 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir və Mərkəzin meşə əkinləri üzrə baş mühəndisi X1 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-ci maddəsinin 3-cü hissəsinə əsasən xəbərdarlıq edilmişdir. Mərkəzin Bərdə meşəbəyliyinin 1 saylı dolayının meşə gözətçisi İddiaçı barəsində 27 mart 2023-cü il tarixdə 023/k nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət və 27 aprel 2023-cü il tarixli 030/k nömrəli əmrlə əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı 17 aprel 2019-cü ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin meşələrin inkişafı departamentinin Bərdə regional X7 yardımçı təsərüfatı işlər üzrə mütəxəsis vəzifəsinə təyin edilmiş, bundan sonra Soltanbut Meşəbəyliyinə fəhlə təyin edilmiş, 05 may 2022-ci ildə isə mərkəzin Bərdə meşəbəyliyinin 1 nömrəli meşə dolayına meşə gözətçisi təyin edilmişdir. Bərdə meşəbəyliyi 1 saylı dolayının 16-cı kvartalında xx.xx.2023-cü il tarixdə qəfləti yoxlama aparılarkən sözügedən meşə ərazisində qanunsuz akasiya cinsindən müxtəlif diametrdə, yəni 10 ədəd diametri-8 sm, 30 ədəd -10 sm, 15 ədəd diametr 12 sm, 5 ədəd diametri 20-cm kəsilmiş ağaclar 034 nömrə ilə damğalandı, 70-ədəd yabanı nar kolu, cəmi 60 ədəd akasya ağacı kök üstə kəsilməmiş, 70 ədəd yabanı nar kolunun kökündən çıxarılmasının təqsirkarı məlum olmamışdır. Cavabdehin xx.xx.2023-cü il tarixli 023/k saylı əmri ilə İddiaçı işində yol verdiyi nöqsanlara görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmiş, daha sonra 27 aprel 2023-cü il tarixli 030/k saylı əmri ilə 25 aprel 2023-cü il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunverici işçinin əmək müqaviləsinin ləğv edilməsi zamanı işəgötürənin və ya onun qanunvericiliyə uyğun səlahiyyət verdiyi rəhbər şəxsin üzərinə mühüm vəzifələr qoymuşdur. Lakin iş materiallarından görünür ki, İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişfı Xidmətinin 13 saylı X8 X2 Təşkilatının üzvü olsa da, onun işdən çıxarılması zamanı qanunvericiliklə müəyyən edilmiş tələblərə və qaydalara riayət edilməmiş, Həmkarlar İttifaqı təşkilatının razılığı alınmamışdır. Bundan başqa İddiaçı tərəfindən vəzifə təlimatları üzrə meşələrin qorunması və qeyri-qanuni hərəkətlər barədə vaxtında məlumat vermiş olsa da, onun hansı tələbləri kobud pozması qeyd edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, işçinin işdən azad edilmə ilə bağlı əmr qanunamüvafiq qaydada rəsmiləşdirilmədiyindən qanunsuz hesab edilərək ləğv edilməlidir. Məhkəmə iddia tələbinin “məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia həmin hissədə də təmin edilməlidir. Belə ki, iddiaçının işdən çıxarılma ilə bağlı əmri qanunsuz hesab edilərək ləğv edildiyindən onun işə bərpa olunan günə qədər hər ay üçün məcburi işburaxmaya görə əmək haqqı da ödənilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin maddənin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinin1-ci hissəsinbə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Həmin maddənin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Əmək Məcəlləsinin işçiyə intizam tənbehi verilməsinin şərtlərini tənzimləyən 189-cu maddəsinin 1-ci hissəsinə əsasən bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən intizam tənbeh qismində əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək səlahiyyətindədir. Həmin Məcəllənin 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə iclasında verilən izahatlar, toplanmış və tədqiq olunmuş sübutların məcmusu, iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, iddiaçıya 27 aprel 2023-cü il tarixli 030/k saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi kimi intizam tənbehi tətbiq ediləndə barəsində xx.xx.2023-cü il tarixli 023/k saylı əmri ilə işində yol verdiyi nöqsanlara görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verildiyi nəzərə alınmamışdır. Həmçinin qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsinə əsasən Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Lakin iş materiallarından göründüyü kimi İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 13 saylı X8 X2 Təşkilatının üzvü olsa da, onun işdən çıxarılması zamanı Həmkarlar İttifaqı təşkilatının razılığı alınmamışdır. Beləliklə, əmək müqaviləsi həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmadan ləğv edildiyinə görə də bu barədə olan əmr qanunsuzdur. Ona görə də, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Belə ki, Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsində göstərilir ki, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-2721/2023 saylı iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384.0.1, 392, 393, 402-406-cı maddələrini rəhbər tutub, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh Azərbycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti Bərdə X8 Mərkəzi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-2721/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-937/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-937/2024
17.04.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver