Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-945/2025 17.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X10 (sədrlik edənməruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5 və Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və qeyrilərinin Cavabdeh qarşı azyaşlı uşaqları və cehiz əşyaları ilə birlikdə evdən çıxarılma tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-298/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********81-10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və 129.1 kv.m fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı1, İddiaçı2, İddiaçı3, X3 və İddiaçı5 adına daşınmaz əmlakın dövlət reyestrində 59 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində qeydiyyata alınmışdır.
2. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-3264/2021 nömrəli, 23 sentyabr 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Şəmkir rayon Məhkəməsinin 2(076)-1322/2021 nömrəli, 24 may 2021-ci il tarixli, qətnaməsi ilə ilk iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X3 və İddiaçı5 cavabdeh X2 qarşı “cehiz əşyaları ilə birlikdə evdən çıxarılma” barədə ilk iddiası təmin edilməmiş, cavabdeh (qarşılıqlı iddiaçı) X1 ilk İddiaçı1, İddiaçı2, İddiaçı3, X5 və İddiaçı5 qarşı evə köçürülmə tələbinə dair qarşılıqlı iddiası təmin edilmişdir. Həmin qətnamədən ilk iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X8 və İddiaçı5 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Şəmkir rayon Məhkəməsinin 2(076)-1322/2021 nömrəli, 24 may 2021-ci il tarixli, qətnaməsi qarşılıqlı iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə qismən təmin edilmiş, ilk iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X3 və İddiaçı5 cavabdeh X1 mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən fəedi yaşayış evində qarşılıqlı iddia üzrə iddiaçı, ilk üzrə cavabdeh X1 3 il müddətinə istifadə hüququnun saxlanması qət edilmişdir.
3. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-2737/2022 saylı qərarından görünür ki, həmin qərarla ilk iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X3 və İddiaçı5 cavabdeh X2 qarşı “cehiz əşyaları ilə birlikdə evdən çıxarılma” barədə ilk iddiası, cavabdeh (qarşılıqlı iddiaçı) X1 ilk İddiaçı1, İddiaçı2, İddiaçı3, X5 və İddiaçı5 qarşı evə köçürülmə tələbinə dair qarşılıqlı iddiası üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-3264/2021 nömrəli, 23 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X8 və İddiaçı5 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, İddiaçı1, İddiaçı2, İddiaçı3, X3 və İddiaçı5 birgə mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə cavabdeh X1 3 il müddətinə istifadə hüququnun saxlanması hissəsində dəyişdirilərək, X1 iddiaçıların mülkiyyətində olan evdən istifadə hüququ 2(iki) il müdətində saxlanılması qərara alınmışdır.
4. Doğum haqqında arayışlardan görünür ki, İddiaçı1 ilə X1 birgə nikahlarından 28 avqust 2013-cü ildə X6 və 21 dekabr 2014-cü ildə X7 adlı uşaqları doğulmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçılar İddiaçı1, İddiaçı2, X8 və İddiaçı5 Cavabdeh qarşı azyaşlı uşaqları cehiz əşyaları ilə birlikdə evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məkəməsinə müraciət etmişlər.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X1 xx.xx.2013-cü il təvəllüdlü Zəhra və xx.xx.2014-cü il təvəllüdlü Hüseyn adlı uşaqları və özünə məxsus olan ev əşyaları ilə birlikdə ünvan 4 ünvanda yerləşən, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli HDQH DƏDR-dən Çıxarış əsasında mülkiyyətlərinə verilmiş evlərindən çıxarılması tələbi üzrə Şəmkir rayon Məhkəməsinin 2(076)-1322/2021 nömrəli, 24 may 2021-ci il tarixli, qətnaməsi və Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-3264/2021 saylı, 23 sentyabr 2021-ci il tarixli qətnaməsi üzrə verilmiş şikayətlər Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)- 2737/2022 saylı qərarı ilə qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçıların birgə mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə cavabdeh X1 3 il müddətinə istifadə hüququnun saxlanması hissəsində dəyişdirilərək, X1 iddiaçıların, yəni onların mülkiyyətində olan evdən istifadə hüququ 2 il müddətinə saxlanmışdır. Həmin iki il müddət qurtarmışdır. Lakin, dəfələrlə xəbərdarlıq etməklərinə baxmayaraq cavabdeh X4 onların mülkiyyətində olan evdən çıxmaqdan imtina edir. Ona görə də məlum iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşlar. Bu səbəbdən məhkəmədə iddia qaldırmışlar. Odur ki, cavabdeh X1 xx.xx.2013-cü iltəvəllüdlü Zəhra və xx.xx.2014-cü il təvəllüdlü Hüseyn adlı uşaqları və ona məxsus olan, 1 ədəd paltar şkafı, 1 ədəd qab üçün servand, 2 ədəd termo, 2 ədəd bar, 1 ədəd televizor altı, qoşa çarpayı üstündə 1 ədəd döşək, 1 ədəd uşaq çarpayısı, 1 ədəd divan kreslo, 1 ədəd jurnal stolu, 1 ədəd qabaq stol üstü klyonka, 12 ədəd stul, 1 ədəd sadə paltar yuyan maşın, 1 ədəd divar saatı, 1 ədəd süni ağac, 1 ədəd pəncərə və 1 ədəd aynabənd pərdəsi, 1 ədəd lüstr, 1 ədəd stolaltı gəvə, 1 ədəd güzgü ilə birlikdə ünvan 4 ünvanda yerləşən, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli HDQH DƏDR-dən Çıxarış əsasında mülkiyyətlərinə verilmiş evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-298/2025 saylı qətnaməsi ilə (hakim T.Musayev) iddianın təmin edilməsi, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü Zəhra və xx.xx.2014-cü il təvəllüdlü Hüseyn adlı uşaqları və ona məxsus olan 1 ədəd paltar şkafı, 1 ədəd qab üçün servand, 2 ədəd termo, 2 ədəd bar, 1 ədəd televizor altı, qoşa çarpayı üstündə 1 ədəd döşək, 1 ədəd uşaq çarpayısı, 1 ədəd divan kreslo, 1 ədəd jurnal stolu, 1 ədəd qabaq stol üstü klyonka, 12 ədəd stul, 1 ədəd sadə paltar yuyan maşın, 1 ədəd divar saatı, 1 ədəd süni ağac, 1 ədəd pəncərə və 1 ədəd aynabənd pərdəsi, 1 ədəd lüstr, 1 ədəd stolaltı gəvə, 1 ədəd güzgüdən ibarət cehiz əşyaları ilə birlikdə ünvan 3 ünvanında yerləşən və iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X3 və İddiaçı5 ümumi birgə mülkiyyətində olan olan fərdi yaşayış evindən çıxarılması qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi olan iddiaçıların evinin yaşayış sahəsindən onlarla bərabər istifadə etmək hüququ olmadığından, cavabdehin iddiaçılara məxsus evdə yaşaması və ona məxsus cehiz əşyalarının mübahisəli evdə saxlanılması iddiaçının öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olunmasına səbəb olur. Məhkəmə hesab etmişdir ki, iddiaçıların mülkiyyət hüququ olan fərdi yaşayış evindən istifadə hüququ cavabdeh tərəfindən pozulmaqdadır.
9. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 82.3, 152, 157-ci maddələri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88 və 217.4-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
10. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-298/2025 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsindən narazıdır və ləğv edilməsini istəyir. Belə ki, həqiqətən 2011-ci ildə iddiaçılardan İddiaçı1 ilə evlənmiş və iddiaçılara ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan evə gəlin köçmüşdür. Cehiz əşyaları da, həmin evə yığılmışdır. Mübahisəli evdə iddiaçılarla birlikdə birgə ailə şəraitində yaşamış, uşaqları da həmin evdə doğulmuşdur. Lakin, İddiaçı1lə arasında baş vermiş narazılıqlara görə ayrılmışdır. Məhkəmə qərarı ilə İddiaçı1, İddiaçı2, İddiaçı3, X3 və İddiaçı5 birgə mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququ 2 (iki) il müdətində saxlanılmışdır. Hazırda həmin müddət bitdiyindən, iddiaçılar onun azyaşlı uşaqları və cehiz əşyaları ilə birlikdə evdən çıxarılmağını tələb edirlər. Lakin, iddiaçılar onların mülkiyyətində olan evdə yerləşən ona məxsus cehiz əşyalarının çox hissəsini qeyd etməmişlər. Həmçinin, onun 2 il istifadə hüququ tanınsa da, iddiaçılar maneçilik törətdiyinə görə həmin hüquqdan istifadə edə bilməmişdir. Digər cehiz əşyalarını da tələb edir. Əgər o, həmin evdə 2 il müddətinə istifadə hüququ tanınsa belə orada yaşaya bilməmişsə necə olar ki, həmin müddət artıq bitmişdir. Lakin, məhkəmə tərəfindən qeyd olunan hallar nəzərə alınmamışdır. Yuxarıda qeyd edilənlər əsasən qətnaməni tamamilə əsassız hesab etmişdir. Qətnamənin nəticə hissəsindən aydın görünür ki, bu hüquq normaları pozulmuşdur. Belə ki, iddiaçıların mülkiyyət hüququ olan fərdi yaşayış evindən istifadə hüququ onun tərəfindən pozulmamışdır. Əksinə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)- 2737/2022 saylı qərarı ilə iddiaçıların birgə mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən onun istifadə hüququ 2 (iki) il müddətində saxlanılmış olsa da, iddiaçılar ona həmin evdən istifadə etməyə imkan verməmişlər. Məhkəmə qətnaməsi çıxarıldıqdan sonra o həmin evdə yaşaya bilməmişdir. İstifadə edə bilmədiyi halda necə onun evdən istifadə hüququnun müddəti bitmişdir. Məhkəmə tərəfindən işin faktiki halları tam araşdırılmamışdır. Belə ki, o, məhkəmə qətnaməsi çıxarıldıqdan sonra mübahisəli evdə yaşamasa da, məhkəmə onun azyaşlı uşaqları və cehiz əşyalarıla birlikdə mübahisəli fərdi yaşayış evindən çıxarılmağım qənaətinə gəlmişdir. Həmçinin, ona məxsus əmlakların çox hissəsi iddiaçılar tərəfindən mənimsənilsə də, məhkəmə tərəfindən həmin hal nəzərə alınmamışdır. Əslində iddiaçılar ona məxsus əmlakları mənimsəməklə onun mülkiyyət hüquqlarını pozmuşlar. Göründüyü kimi, məhkəmə öz qətnaməsində AR Konstitusiyasının 13 və 29-cu maddələrinə istinad etsə də, həmin hüquq normaları düzgün tətbiq edilməmişdir.
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, o, 2 ildir ki, mübahisəli mənzildən istifadə etməmişdir. Qarşı tərəf onun mənzildən istifadə etməsinə imkan verməmişdir. Hazırda Çınarlı qəsəbəsində 2 uşağı ilə birlikdə kirayədə yaşayır. Cehiz əşyalarını iddiaçılar özləri vermirlər.
14. Məhkəmə kollegiasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişlər ki, cavabdehə 2 il istifadə hüququ verilsə də, o, özü gəlib həmin mənzildə yaşamamışdır.
15. Məhkəmə kollegiasının iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
16. Məhkəmə kollegiasının iclasında iştirak edən İddiaçı5 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişlər ki, iki icra məmuru gəlib qətnaməni icra etmişdir. Cavabdeh özü gəlib yaşamamışdır.
17. İddiaçı X5 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə bildirişi ilə ona hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasına gəlməyəcəyi təqdirdə işə onun iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ və İİ hissələri:
18. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
19. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
20. 152.5-ci maddəsində göstərilir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
21. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
22. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
Azərbaycan Respublikası Mənzil Məcəlləsi:
23. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
24. 30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir.
25. 30.6. Məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı əsasında yaşayış sahəsindən istifadə edən keçmiş ailə üzvü bu Məcəllənin 30.2-30.4-cü maddələrində nəzərdə tutulmuş vəzifə və məsuliyyəti daşıyır.
26. 30.7. Mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
27. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
33. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
34. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
35. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
37. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-298/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-2737/2022 saylı qərarı ilə iddiaçıların birgə mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdeh Mustafayeva (Həsənova) Samirə Məhərrəm qızının istifadə hüququ 2 (iki) il müddətində saxlanılmış, hazırda həmin müddət bitmişdir. Lakin, cavabdeh cehiz əşyaları ilə birlikdə iddiaçıların mülkiyyətində olan evdə qalmaqda davam edir. Məhkəmə kollegiyasının iclasında tərəflərin qarşılıqlı izahatları ilə müəyyən edilmişdir ki, cavabdeh Mustafayeva (Həsənova) Samirə Məhərrəm qızı faktiki olaraq mübahisəli fərdi yaşayış evində yaşamasa da, əmlakları hazırda həmin evdədir və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-2737/2022 saylı qərarının icrası ilə bağlı icra məmurları tərəfindən müvafiq icra hərəkətləri yerinə yetirilmişdir. İşin müəyyən olunmuş faktiki hallarından çıxış edərək, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin istifadə hüququ 2 (iki) il müddətində saxlanılmış olsa da, artıq həmin müddət bitmişdir. Cavabdehin həmin mübahisəli fərdi yaşayış evi üzərində heç bir hüququ yoxdur. Cavabdehin iddiaçılara məxsus fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə etmək hüququna malik olmadığı müəyyən edildiyindən, iddiaçıların cavabdehə qarşı azyaşlı uşaqları və cehiz əşyaları ilə birlikdə iddiaçılara məxsus fərdi yaşayış evindən çıxarılması qənaətinə gələrkən birinci instansiya məhkəməsi haqlı olmuşdur.
40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin onun 2 il istifadə hüququ tanınsa da, iddiaçılar maneçilik törətdiyinə görə həmin hüquqdan istifadə edə bilməməsi və istifadə edə bilmədiyi halda onun evdən istifadə hüququnun müddətinin bitməsinin düzgün olmaması dəlilləri bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin qanunun 3.2-ci maddəsinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, cavadbehin maddi vəziyyətini və diqqətə layiq digər halları nəzərə alan məhkəmə onun iddiaçılara məxsus evdən 2 il müddətə istifadə hüququnu saxlamışdır. Cavabdeh həmin müddətdə evdən istifadə etmədiyinə əsaslanaraq evdən çıxarılması barədə iddianını təmin edilməməsini xahiş edir. Kollegiya qeyd edir ki, qanunverici müəyyən müddətə evdən istifadə hüququnu saxlayarkən, keçmiş ailə üzvünün maddi vəziyyətini və digər halları nəzərə almışdır. Göründüyü kimi burada məqsəd keçmiş ailə üzvünün maddi baxımdan özününü yaşayış sahəsi təmin edə bilməməsi ehtimalını nəzərə alaraq keçmiş ailə üzvününü gələcəkdə özünü mənzillə təmin etmək üçün müəyyən zaman tanınmasından ibarətdir. Həmin müddət ərzində isə keçmiş ailə üzvünün müəyyən müddətə hüququ saxlanılmış yaşayış sahəsindən istifadə etməməsi qanunvericilikdə yenidən istifadə hüququnun uzadılması üçün əsas kimi nəzərdə tutulmamışdır. Həmçinin cavabdeh 2 il istifadə hüququnu iddiaçılar maneçilik törətdiyinə görə istifadə edə bilmədiyini qeyd etsə də, bununla bağlı hər hansı şikayətinin və ya müraciətinin olmasını sübut edən sənədləri təqdim edə bilməmiş, iddiaçılar isə cavabdehin özünün mübahisəli mənzildə gəlib yaşamadığını bildirmişlər. Buna baxmayaq, tərəflərin qarşılıqlı izahatları ilə müəyyən olunur ki, cavabdehin əmlakları həmin mənzildə qalmaqda davam etmişdir.
41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehə məxsus əmlakların çox hissəsinin iddiaçılar tərəfindən mənimsənilsə də, məhkəmə tərəfindən həmin halın nəzərə alınmaması dəlili ilə bağlı qeyd edir ki, cavabdehin cehiz əşyası tələbinə dair iddiası olmamışdır. Hazırkı iş üzrə isə birinci instansiya məhkəməsi isə işə verilmiş iddia tələbi həcmində baxmışdır. İddiaçının cehiz əşyaları ilə bağlı ayrıca iddia qaldırmaq hüququ vardır.
42. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
43. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı «Marks Belçikaya qarşı» işdə şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibari ilə mülkiyyət hüququna təminat verir».
44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-298/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-298/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.