Məhkəmə qərarları › İş №2(104)-947/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-947/2025

02.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-947/2025 02.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu) hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsinə dair iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondununun etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi (bundan sonra - ərizəçi) (maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu (bundan sonra – maraqlı şəxs) hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli 2(040)-248/2025 nömrəli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə 02 iyun 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Kəlbəcər Rayon Dövlət Arxivinin müdirinin Ərizəçi ünvanlanmış 09 dekabr 2024-cü il tarixli 79 nömrəli məktuba əsasən, Kəlbəcər rayonu 1993-cü ilin aprel ayının 02-də Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildiyinə görə, Kəlbəcər rayon idarə, müəssisə, təşkilatlarının, eləcə də kolxoz və sovxozların bütün sənədləri işğal zonasında qalmışdır. Ərizəçinin işləməsi barədə Kəlbəcər Rayon Dövlət Arxivində heç bir sənəd olmadığından bu barədə hər hansı bir hüquqi sənəd verilməsi imkan xaricindədir.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 4 saylı Bakı DOST Mərkəzi tərəfindən 12 dekabr 2024-cü il tarixdə verilmiş 3-17-7/2-A-51462/2024 nömrəli arayışına əsasən, Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” alt sisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan yaşa görə 220 manat (iki yüz iyirmi) məbləğində sosial müavinət alır.

3. Şahid3 adına olan ИТ-İ № ******* sayli əmək kitabçasının təsdiqlənmiş surətinə əsasən, o, 1983-cü ildə Kəlbəcər rayonunda əmək fəaliyyətinə başlamış, o cümlədən 26 iyun 1983-cü ildə Kəlbəcər Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan mədəni çadıra müdir təyin edilmiş, 01 sentyabr 1983-cü ildə Kəlbəcər rayonu Mədəniyyət evində avtokluba müdir təyin edilmiş, 01 mart 1984-cü ildə Kəlbəcər Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan Mərkəzləşdirilmiş kitabxana sisteminə anbardar vəzifəsinə keçmiş, bundan sonra əmək kitabçasında hər hansı qeyd aparılmamış, 04 sentyabr 1993-cü ildə MKS-nin anbardarı vəzifəsinə bərpa edilmişdir.

4. Şahid4 adına olan ИТ-İ № ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surətinə əsasən, o, 01 avqust 1984-cü ildən 06 aprel 1987-ci ilədək Kəlbəcər rayonu Mədəniyyət evinə avtoklubun müdiri vəzifəsində işləmiş, 06 aprel 1987-ci ildə Kəlbəcər Rayon Mədəniyyət evində metodist vəzifəsinə təyin edilmiş və 08 dekabr 1987-ci ilədək həmin vəzifədə işləmiş, 08 dekabr 1987-ci ildə Kəlbəcər Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan Kəlbəcər rayon Mədəniyyət evinə bədii rəhbər vəzifəsinə təyin edilmiş, 01 sentyabr 1988-ci ildə Kəlbəcər rayon İncəsənət məktəbində qarmon müəllimi vəzifəsinə təyin edilmiş və 27 avqust 2012-ci ilədək həmin vəzifədə işləmişdir.

5. Şahid2 adına olan АЗЕ № ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surətinə əsasən, o, 01 noyabr 1966-cı ildən 02 avqust 1967-ci ilə kimi Kəlbəcər rayon Xanlar kolxozunda kolxoz üzvü kimi işləmiş, 01 oktyabr 1969-cu ildən Kəlbəcər rayon Başlıbel kəndində müəllim vəzifəsinə təyin edilmiş və 01 sentyabr 1993-cü ilədək əmək kitabçasında əlavə qeydlər aparılmamışdır. İş materiallarında olan: Şahid1 adına olan № ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surətindən görünür ki, o, 25 iyul 1978-ci ildən 30 dekabr 2015-ci ilədək Kəlbəcər rayonu Başlıbel kənd Mədəniyyət evinə direktor vəzifəsində işləmişdir.

6. Kəlbəcər Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin verdiyi 03 fevral 2025-ci il tarixli 5-55/3- 3-204/2025 saylı arayışına əsasən, Kəlbəcər rayonunun Başlıbel kənd sakini Ərizəçi anası X3 1993-cü ildə Kəlbəcər rayonunun Başlıbel kəndində Erməni silahlı birləşmələri tərəfindən qətlə yetirilmişdir; X1 adı Kəlbəcər Rayon İcra Hakimiyyətində “Mülki şəhidlər” siyahısında qeydiyyatdadır.

7. Ərizəçiyə xx.xx.1995-ci il tarixdən etibarən pensiya təyin edilmişdir. Onun pensiya işində saxlanılan pensiya təyin edilməsi üçün müraciətində doğum tarixi xx.xx.1951 olduğu halda xx.xx.1944-cü il kimi göstərilmiş və ona müraciətinə əsasən pensiya təyin edən qurumun qərarına əsasən xx.xx.1995-ci il tarixdən “qocalığa” görə pensiya təyin edilmişdir.

8. Müxtəlif dövlərdə pensiyası yenidən hesablanmış və əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli qərarla müəyyən edilmişdir ki, ərizəçinin təvəllüdü pensiya işində xx.xx.1944-cü il kimi göstərilməsinə baxmayaraq təvəllüdü xx.xx.1951-ci ildir. Eyni zamanda tələb olunan iş stajı və sığorta kapitalı olmadığı üçün pensiya hüququ yaranmır. Bu səbəbdən də xx.xx.1995-ci il tarixdən xx.xx.2024-cü il tarixədək ödənilmiş 39671,22 manat artıq vermə hesab edilir. Vətəndaşın ərizəsinə əsaən sosial müavinət hüququna baxılsın və hər ay 10 faizi tutulsun.

9. Pensiya işində saxlanılan əmək kitabçasında ərizəçinin xx.xx.1963-cü il tarixdən xx.xx.1980-ci il tarixdək Başlıbel kənd klubunda müdir, xx.xx.1980-ci il tarixdən xx.xx.1993cü il tarixədək Başlıbel Mədəniyyət evində xadimə, xx.xx.1993-cü ildən Bakı Süd Kombinatında fəhlə işlədiyi qeyd edilmişdir.

10. Əmək kitabçasının yazılma tarixi müəyyən olunmamaqla yanaşı içərisində olan qeydlər latın qrafikalı əlifba ilə yazılmış, Kəlbəcər rayonu Başlıbel kəndi ərazisində olan iş fəaliyyəti işə götürən tərəfindən imza və möhürlə təsdiqlənməmiş, Bakı Süd Kombinatında işə qəbul olnmasına dair qeyd Kombinatın rəhbərinin imzası və Kombinatın möhürü ilə təsdiq edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

11. Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun 01 avqust 1967-ci ildən 15 sentyabr 1978-ci ilə qədər Kəlbəcər rayon Başlıbel kənd mədəniyyət evində klub müdiri, 15 sentyabr 1978-ci ildən 02 aprel 1993-cü ilə qədər Başlıbel kənd mədəniyyət evində xadimə işləməsinə dair faktların müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Ərizə onunla əsaslandırılmışdır ki, o, 1993-cü ilin aprel ayında Kəlbəcər rayonundan məcburi köçkün düşməklə Bakı şəhərində yataqxanada məskunlaşmışdır. Əmək fəaliyyətinə 16 yaşından başlamışdır. Belə ki, 01 avqust 1967-ci ildən 15 sentyabr 1978-ci ilədək Kəlbəcər rayonu Başlıbel kənd mədəniyyət evində klub müdiri, 15 sentyabr 1978-ci ildən 02 aprel 1993-cü ilədək Başlıbel kənd mədəniyyət evində xadimə işləmişdir. Kəlbəcər rayonunda işlədiyi illər əmək stajına daxil edilməmiş, bunun üçün Kəlbəcər rayonunda işləməsini təsdiq edən sənədlər tələb olunmuş, o isə həmin sənədləri təqdim edə bilməmişdir, belə ki, onun Kəlbəcər rayonunda işləməsinə dair müvafiq sənədləri Kəlbəcər rayonunda qalmışdır. Bununla bağlı Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Kəlbəcər rayon dövlət arxivinə müraciət etmiş, orada da 02 aprel 1993-cü il tarixə qədər Kəlbəcər rayonunun idarə, müəssisə, təşkilatlarında, eləcə də kolxoz və sovxozlarında işləməklə bağlı heç bir sənədin olmaması səbəbindən ona işləməsini təsdiq edən hüquqi sənədin verilməsi mümkün olmamışdır. Belə olan halda, o, Kəlbəcər rayonunda işləməsinə dair iş stajı faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onun Kəlbəcər rayonunda işləməsini təsdiq edən və onunla birlikdə vaxtilə işləmiş şahidləri vardır.

13. Maraqlı şəxs ərizəyə etirazla məhkəməyə müraciət edərək etirazını onunla əsaslandırmışdır ki, 1) Ərizəçi işləmə faktının təsdiqlənməsi onunla eyni illərdə, eyni idarədə işləmiş və əmək kitabçası olan ən azı iki şahidin iştirakı ilə mümkündür. İş materiallarına əlavə edilmiş Şahid3 məxsus ******* nömrəli əmək kitabçasından görünür ki, o, 26 iyun 1983-cü il tarixdən 01 noyabr 2016-cı il tarixədək Kəlbəcər Rayon Mədəniyyət Şöbəsində işləmişdir; ərizəçinin işlədiyi müəssisə ilə Şahid3 işlədiyi müəssisə fərqli müəssisələrdir. Həmçinin şahidin işlədiyi dövrlər iddia ərizəsində təsdilənməsi tələb olunan dövrlərlə üst-üstə düşmür. 2) iş materiallarına əlavə edilmiş: Şahid4 məxsus ******* nömrəli əmək kitabçasından görünür ki, o, 01 avqust 1984-cü il tarixdən 27 avqust 2012-ci il tarixədək Kəlbəcər rayon Mədəniyyət Şöbəsində işləmişdir. Bildirilir ki, ərizəçinin işlədiyi müəssisə ilə Şahid4 işlədiyi müəssisə fərqli müəssisələrdir. Həmçinin şahidin işlədiyi dövrlər iddia ərizəsində təsdilənməsi tələb olunan dövrlərlə üst-üstə düşmür. 3) iş materiallarına əlavə edilmiş: Şahid2 məxsus ******* nömrəli əmək kitabçasından görünür ki, o, 01 sentyabr 1966-cı il tarixdən Kəlbəcər rayonundakı Xanlar adına kolxozda kolxozçu işləmişdir. Bildirilir ki, ərizəçinin işlədiyi müəssisə ilə Şahid2 işlədiyi müəssisə fərqli müəssisələrdir. Həmçinin şahidin işlədiyi dövrlər iddia ərizəsində təsdilənməsi tələb olunan dövrlərlə üst-üstə düşmür. 4) iş materiallarına əlavə edilmiş Şahid1 məxsus ******* nömrəli əmək kitabçasından görünür ki, o, 05 iyul 1988-ci il tarixdən 30 dekabr 2015-ci il tarixədək Kəlbəcər rayon Başlıbel kənd Mədəniyyət Evində direktor işləmişdir. Bildirilir ki, şahidin işlədiyi dövrlər iddia ərizəsində təsdilənməsi tələb olunan dövrlərlə üst-üstə düşmür. Yuxarıda qeyd edilən qanunvericilik normalarından da göründüyü kimi, Ərizəçi iş stajının hüquqi əhəmiyyətli fakt qismində təsdiq edilməsi üçün eyni müəssisədə birgə işlədiyi və əmək kitabçası olan iki şahid olmalıdır. Lakin, ərizəçi tərəfindən iş stajının tam şəkildə üst-üstə düşdüyü iki şahidin əmək kitabçası məhkəməyə təqdim edilməmişdir.

14. Ərizəçinin nümayəndəsi (vəkil) Vəkil məhkəmə baxış iclasında ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, ərizəçinin anası X3 1993-cü ildə Kəlbəcər rayonunun Başlıbel kəndində erməni silahlıları tərəfindən qətlə yetirilmişdir.

15. Maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, qanunvericilik normalarından da göründüyü kimi, Ərizəçi iş stajının hüquqi əhəmiyyətli fakt qismində təsdiq edilməsi üçün eyni müəssisədə birgə işlədiyi və əmək kitabçası olan ən azı iki şahid olmalıdır. Lakin ərizəçi tərəfindən əmək fəaliyyətlərinin tam şəkildə üst-üstə düşdüyü iki şahidin əmək kitabçası məhkəməyə təqdim edilməmişdir. Ona görə də ərizənin təmin edilməməsini xahiş etmişdir.

16. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid1 bildirmişdir ki, o özü 1954-cü ildə Kəlbəcər rayonu Xallanlı kəndində doğulmuş və Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsinin məzunudur. 1978-ci ildə ailə qurması ilə əlaqədar yaşamaq üçün Kəlbəcər rayonunun Başlıbel kəndinə köçmüş, 25 iyul 1978-ci ildən 1993-cü ilin aprel ayınadək Kəlbəcər rayonu Başlıbel kənd mədəniyyət evində direktor vəzifəsində işləmiş, məcburi köçkün olduqdan sonra direktoru olduğu mədəniyyət evi 05 oktyabr 1993-cü ildən öz fəaliyyətini Bərdə rayonunun Türkmən kəndində davam etdirmiş və o, 30 dekabr 2015ci ilədək- pensiya yaşına çatanadək həmin vəzifədə işləmişdir. Onun doğulduğu Xallanlı kəndi ilə Başlıbel kəndi qonşu kəndlər olaraq o zamanlar da eyni inzibati ərazi dairəsinə (sovetliyə) daxil olduğundan ona yaxşı məlumdur ki, ərizəçi o zaman mərhum anası X1 müdiri olduğu Başlıbel kənd klubunda başlamış, 01 avqust 1967-ci ildən 28 iyul 1969-cu ilədək Kəlbəcər Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan Başlıbel kənd klubunda xadimə işləmiş, bundan sonra ərizəçinin anası X3 yerli kənd sovetinə sədr seçildikdən sonra Ərizəçi anasının yerinə klub müdiri təyin edilmiş, 28 iyul 1969-cu ildən 15 sentyabr 1978-ci ilə kimi Başlıbel kənd klubunda klub müdiri işləmiş, 15 sentyabr 1978- ci ildə Başlıbel kənd klubu mədəniyyət evinə çevrildiyindən həmin müəssisəyə o özü (Şahid1) müdir təyin olunmuş, Ərizəçi da öz ərizəsi ilə klub müdir vəzifəsindən azad edilərək həmin müəssisədə xadimə vəzifəsinə keçmiş, 15 sentyabr 1978-ci ildən 2 aprel 1993-cü ilədək Başlıbel kənd mədəniyyət evində xadimə işləmişdir.

17. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid2 bildirmişdir ki, o özü 1948-ci ildə Kəlbəcər rayonu Başlıbel kəndində doğulmuş və 01 sentyabr 1966-cı ildən 1967-ci ilin avqust ayınadək yerli Xanlar adına kolxozda kolxozçu işləmiş, 1967-ci ilin avqust ayında Azərbaycan Pedaqoji İnstitunun əyani şöbəsinə daxil olmuş və sonradan təhsilini qiyabi şöbədə davam etdirmiş, 01 sentyabr 1969-cu ildən 1993-cü ilin aprel ayınadək Kəlbəcər rayonunun Başlıbel kənd orta məktəbində Coğrafiya müəllimi vəzifəsində işləmişdir. Başlıbel kəndinin sakini olaraq hələ məktəbli olduğu vaxtlardan ona məlumdur ki, Ərizəçi mərhum anası X3 əvvəllər Başlıbel kəndində klub müdiri olmuş, kəndin kitabxanası ilə klubu eyni binada yerləşdiyindən ona məlumdur ki, Şökət 1967-ci ildən öz anasının müdir olduğu klubda xadimə kimi çalışmış, 1969-cu ildə Şökətin anası Çiçək xanım yerli sovetə sədr təyin olundu, Ərizəçi da elə həmin ildən- 1969-cu ildən 1978-ci ilədək Başlıbel kəndində klub müdiri işləmiş, 1978-ci ildə kənddə mədəniyyət evi yarandı və Ərizəçi 1978-ci ildən 1993-cü ilin aprel ayınadək kənd mədəniyyət evində xadimə işlədi.

18. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid3 bildirmişdir ki, o, 1962-ci ildə Kəlbəcər rayonunda doğulmuş, 26 iyun 1983-cü ildən indiyədək Kəlbəcər Rayon Mədəniyyət Şöbəsində işləyir: 26 iyun 1983-cü ildən başlayaraq əvvəlcə mədəni çadır müdiri, ardınca avtoklub müdir, daha sonra isə anbardar işləmişdir. Ərizəçi 1983-cü ildən tanıyır. Ona məlumdur ki, Ərizəçi 1978-ci ildən 1993-cü ilin aprel ayınadək Kəlbəcər Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan Bşlıbel kənd mədəniyyət evində xadimə işləmişdir.

19. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid4 bildirmişdir ki, o, xx xxxx 1964-cü ildə Kəlbəcər şəhərində doğulmuş, 01 avqust 1984-cü ildən 06 aprel 1987-ci ilədək Kəlbəcər Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan Kəlbəcər rayon Mədəniyyət evində avtoklub müdiri vəzifəsində işləmiş, 06 aprel 1987-ci ildən 08 dekabr 1987-ci ilədək Kəlbəcər Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan Kəlbəcər rayon Mədəniyyət evində metodist işləmiş, 08 dekabr 1987-ci ildən Kəlbəcər rayon Mədəniyyət evinə bədii rəhbər vəzifəsinə dəyişdirilmiş və 01 sentyabr 1988-ci ilədək bədii rəhbər vəzifəsində işləmişdir. 01 sentyabr 1988-ci ildən 1993-cü ilin aprel ayınadək (Kəlbəcər rayonunun işğalınadək) Kəlbəcər Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan Kəlbəcər rayon İncəsənət məktəbində müəllim işləmişdir. Yuxarıda qeyd olunan illər ərzində işi ilə əlaqədar Kəlbəcər rayonunun bütün kəndlərində, o cümlədən Başlıbel kəndində olmuş, Ərizəçi Kəlbəcər rayon Başlıbel kənd Mədəniyyət evində xadimə işlədiyini görmüşdür. Ərizəçi 1984-cü ildən tanıyır və Ərizəçi 1978-ci ildən 1993-cü ilədək Kəlbəcər rayon Başlıbel kənd Mədəniyyət evində xadimə işlədiyini təsdiq edir.

20. Kəlbəcər Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli 2(040)-248/2025 nömrəli nömrəli qətnaməsi (hakim Həsən Qəniyev) ilə, ərizənin qismən təmin edilməsi, Ərizəçi 01 avqust 1967-ci ildən 28 iyul 1969-cu ilədək Kəlbəcər Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan Başlıbel kənd klubunda xadimə, 28 iyul 1969-cu ildən 15 sentyabr 1978-ci ilədək Kəlbəcər Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan Başlıbel kənd klubunda klub müdiri, 15 sentyabr 1978-ci ildən 02 aprel 1993-cü ilədək Kəlbəcər Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan Başlıbel kənd mədəniyyət evində xadimə işləməsi faktı müəyyən edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

21. Məhkəmə qeyd etmişdir ki, ərizə qismən əsaslı olduğundan qismən-Ərizəçi 01 avqust 1967-ci ildən 28 iyul 1969-cu ilədək Kəlbəcər Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan Başlıbel kənd klubunda xadimə, 28 iyul 1969-cu ildən 15 sentyabr 1978-ci ilədək Kəlbəcər Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan Başlıbel kənd klubunda klub müdiri, 15 sentyabr 1978-ci ildən 02 aprel 1993-cü ilədək Kəlbəcər Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan Başlıbel kənd mədəniyyət evində xadimə işləməsi faktlarının müəyyən edilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilməli, Ərizəçi 01 avqust 1967-ci ildən 28 iyul 1969-cu ilədək Kəlbəcər Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan Başlıbel kənd klubunda xadimə, 28 iyul 1969-cu ildən 15 sentyabr 1978-ci ilədək Kəlbəcər Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan Başlıbel kənd klubunda klub müdiri, 15 sentyabr 1978-ci ildən 02 aprel 1993-cü ilədək Kəlbəcər Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan Başlıbel kənd mədəniyyət evində xadimə işləməsi ilə bağlı hüquqi faktlar məhkəmə qaydasında müəyyən edilməlidir.

22. Ərizə qalan hissədə- Ərizəçi 01 avqust 1967-ci ildən 28 iyul 1969-cu ilədək Kəlbəcər Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan Başlıbel kənd klubunda xadimə işlədiyi halda ərizədə həmin müddətdə klub müdiri işləməsi faktının müəyyən edilməsi hissəsində əsassız olduğundan, həmin hissədə təmin edilməməlidir.

23. Məhkəmə onu da qeyd edir ki, hazırki mülki iş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri üzrə iş üzrə mərkəzi filialının ərizəyə qarşı verdiyi etirazı Mülki Prosessual Məcəllənin 306.4-cü maddəsində nəzərdə tutulmuş hüquq haqqında etirazın olması ilə (xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir-hakimin qeydi) eyniləşdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019cu il tarixli 03 saylı Qərarının1.5-ci bəndində qeyd edilmişdir ki, hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür.

24. Məhkəmə öz hüquqi mövqeyini “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.1 və 23.2-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1 və 4.1.1-ci bəndlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının müəyyən edilməsi qaydası barədə” Əsasnamənin 16 və 17-ci bəndlərinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 81, 88, 216-220, 305.1 və 308-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

25. Maraqlı şəxs tərəfindən birinci instansiyası məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək qətnamənin ləğv edilməsi və ərizənin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, qüvvədən düşmüş Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən, əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda iş stajı ən azı iki nəfər şahidin ifadələrinə əsasən həmin Əsasnamənin İİİ bölməsində nəzərdə tutulan qaydada müəyyən olunur. Həmin Əsasnamənin İİİbölməsinin 16-cı bəndinə əsasən, iş stajı barədə sənədlər olmadıqda və onları hərbi əməliyyatlar, təbii fəlakət, qəza, dağıntı, milli münaqişə zəmini və digər fövqəladə hallarla əlaqədar olaraq əldə etmək mümkün olmadıqda əmək stajı, o cümlədən imtiyazlı pensiyaya və xidmət illərinə görə pensiyaya hüquq verən iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindənmüəyyən edilmiş qaydada rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzləri nəzdində təşkil olunan pensiya təyin edən komissiya tərəfindən müəyyən edilir. Həmin Əsasnamənin İİİ bölməsinin 17-ci bəndinə əsasən, iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Eyni zamanda, Əsasnamənin eyni bəndinin tələbinə görə, şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz. Qeyd olunan müddəadan göründüyü kimi, müəyyən edilmiş səbəblər üzündən iş stajı barədə sənədlərin təqdim edilməsi mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iş stajını təsdiq edən sənəd kimi qəbul edilmişdir. Lakin məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə həmin müddətdə birgə işləmələri barədə öz sənədlərini təqdim etməlidirlər. Beləliklə, iş stajının məhkəmə qərarıəsasında müəyyən edilməsi o halda qanuni hesab edilməlidir ki, məhkəmə qərarı ilə göstərilmiş şərtlər gözlənilmişdir. Ərizəçi işləmə faktının təsdiqlənməsi onunla ilə eyni illərdə, eyni idarədə işləmiş və əmək kitabçası olan ən azı iki şahidin iştirakı ilə mümkündür. Bildirirlər ki, ərizəçi tərəfindən sentyabr 2024-cü il tarixdə məhkəməyə ünvanlanmış iddia ərizəsində 1970-ci il tarixdən Başlıbel kəndində klub müdiri işlədiyi qeyd edilsə də, 10 dekabr 2024-cü il tarixli iddia ərizəsində xx.xx.1967-ci il tarixdən həmin müəssisədə işləməyə başladığını qeyd etmişdir. Qeyd edirik ki, Ərizəçi sonuncuiddia ərizəsində 01 avqust 1967-ci il tarixdən 15 sentyabr 1978-ci il tarixədək Kəlbəcər rayon Başlıbel kənd mədəniyyət evində xadimə işlədiyini açıq-aşkar göstərmişdir. Buna baxmayaraq, məhkəmə, heç bir əsaslandırma etmədən, yaranmış ziddiyyətə hüquqi qiymət vermədən ərizəçinin 01 avqust 1967-ci ildən 28 iyul 1969-cu ilədək Kəlbəcər Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan Başlıbel kənd klubunda xadimə, 28 iyul 1969-cu ildən 15 sentyabr 1978-ci ilədək Kəlbəcər Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan Başlıbel kənd klubunda klub müdiri işlədiyini qeyd etmişdir. Əlavə olaraq bildiririk ki, Ərizəçi işləməfaktının təsdiqlənməsi onunla ilə eyni illərdə, eyni idarədə işləmiş və əmək kitabçası olan ən azı iki şahidin iştirakı ilə mümkündür. İş materiallarına əlavə edilmiş şahidlər Şahid3na, Şahid2, Şahid1 və Əliyevİlqar Bəhmən oğluna məxsus əmək kitabçalarından görünür ki, şahidlərin işlədiyi müəssisələrlə ərizəçinin işlədiyi müəssisə fərqli müəssisələrdir və ərizədə tələb olunan dövrlərlə tamüst-üstə düşmür. Yuxarıda qeyd edilən qanunvericilik normalarından da göründüyü kimi, Ərizəçi iş stajının hüquqi əhəmiyyətli fakt qismində təsdiqedilməsi üçün ərizəçinin şahid qismində çağırılan şəxslərlə eyni müəssisədə birgə işləməsi faktı müəyyən olunmalıdır. Lakin təqdim edilən əmək kitabçalarından görünür ki, ərizəçinin işlədiyi müəssisə ilə şahidlərin işlədiyi müəssisələr fərqli müəssisələrdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

28. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi izahatında bildirdi ki, məhkəmənin sorğusuna əsasən aparılmış araşrma zamanı müyyən edilmişdir ki, ərizəçi əlilliyə görə pensiya almışdır. Onun pensiya işində əmək kitabçası vardır. Ərizəçinin şəxsiyyət vəsiqəsində doğum tarixi xx.xx.1951-ci il kimi göstərilsə də pensiya işində doğum tarixi xx.xx.1944-cü il kimi göstərilmişdir. Aparılmış inventarizasiya zamanı iş stası pensiya təminatına imkan vermədiyindən onun əlilliyə görə pensiyası dayandırılmış və ona müavinət təyin edilmişdir. Məhkəmədə dindirilmiş şahidlər onunla bir idarədə işləməmişdir. Apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

29. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə ərizəçinin iştirakı olmadan baxmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

30. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı. İ hissə. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

“İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 saylı qərarı

31. Maddə. 1.1.Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu

32. Maddə 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafıq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafıq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.

33. Maddə 31.2-1. Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir.

01 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu

34. Maddə 67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.

35. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” əsasnamə

36. Bənd 16. İş stajı barədə sənədlər olmadıqda və onları hərbi əməliyyatlar, təbii fəlakət, qəza, dağıntı, milli münaqişə zəmini və digər fövqəladə hallarla əlaqədar olaraq əldə etmək mümkün olmadıqda əmək stajı, o cümlədən imtiyazlı pensiyaya və xidmət illərinə görə pensiyaya hüquq verən iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzləri nəzdində təşkil olunan pensiya təyin edən komissiya tərəfindən müəyyən edilir. Arxiv məlumatlarının saxlanılması səbəbindən asılı olmayaraq iş stajı barədə sənədlərin alınması mümkün olmaqdıqda 1965-ci ilə qədər kolxozda olan iş stajı da şahid ifadələri ilə bu qaydada rəsmiləşdirilir. İş stajı barədə sənədlər olduqda imtiyazlı pensiyaya hüquq verən işin xarakteri şahid ifadələrinə əsasən müəyyən edilmir.

37. Bənd 17. İş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisələrin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin Əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçinin bir idarə, müəssisə, təşkilat və ya sistemdə birgə işdən tanıyan ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir.

“Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il 175 №-li qərarı

38. Bənd 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyə ti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir.

“Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı

39. Bənd 1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.

40. Bənd 13.1. Nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir.

41. Bənd 13.4. Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

42. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

45. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

48. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

51. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

52. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

53. Maddə 306.1. Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır.

54. Maddə 306.2. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır.

55. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

56. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır:

307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların.

57. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

58. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

59. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

60. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

Apellyasiya baxışının hədləri

61. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

62. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

63. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnamənin ləğv edilməsoini xahiş etsə də, əslində qətnaməni ərizənin təmin edilmiş hissəsində mübahisələndirir.

64. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını mübahisələndirilən hissədə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

65. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş və iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.

66. Əvvəla, mülki prosessual qanunvericiliyə görə, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o, halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, habelə ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın.

67. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir.

68. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə - qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur.

69. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə isə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür.

70. Bundan başqa, ərizədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə olunmalıdır.

71. Ərizəçinin bu tələbi hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə aiddir. Bu cür faktlar, mahiyyəti konkretləşdirilərək MPM-in 307.2.1-307.2.10-1-ci maddələrində müəyyən edilmişdir. Eyni zamanda MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların da müəyyən edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur və hazırki tələb məhz MPM-in 307.2.11-ci maddəsində müəyyən edilmiş tələblərə aiddir.

72. MPM-in 307.1 və 308-ci maddələrinin mənasına görə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında o faktlar müəyyən edilə bilər ki, belə faktlar fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın.

73. Bu baxımdan müəyyən olunması tələb edilən fakt, ərizəçi üçün hüquqi əhəmiyyət kəsb edir. Yəni bu fakt təsdiq olunduğu halda, onun sosial sığorta stajı kimi pensiya təyin edilməsi zamanı nəzərə alına bilər.

74. Eyni zamanda, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndlərinin tələblərinə görə, 01 yanvar 2006-cı il tarixədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir.

75. İş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən, habelə başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir.

76. Göründüyü kimi, qanunvericiliyə görə iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənədlər təqdim edilə bilmədikdə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə əmək stajı müəyyən edilə bilər. Lakin bu halda, əmək fəaliyyətinə dair məlumatların təqdim edilə bilməməsi üzrlü səbəbdən (təbii fəlakət, qəza,dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) baş verməli və həmin sənədləri (yəni mövcud olmuş sənədləri) başqa qaydada bərpa etmək qeyri-mümkün olmalıdır.

77. Baxılan işdə ərizəçi işğal olunmuş ərazidə yaşamış şəxsdir və apelyasiya instansiyası məhkəməsi tətəfindən ona aid iş stajı sənədlərini işğal və hərbi əməliyyatlar nəticəsində əldə edə bilmədiyi müəyyən edilmişdir.

78. Ərizəçi, 01 avqust 1967-ci ildən 15 sentyabr 1978-ci ilə qədər Kəlbəcər rayon Başlıbel kənd mədəniyyət evində klub müdiri, 15 sentyabr 1978- ci ildən 02 aprel 1993-cü ilə qədər Başlıbel kənd mədəniyyət evində “xadimə” vəzifəsində işlədiyini, həmin müəssisəyə aid arxiv sənədləri Kəlbəcər royonunun Ermənistan Respublikası tərəfindən işğal edildiyi üçün Kəlbəcər rayonunda qaldığını, sözügedən illərə aid iş stajını təsdiq edən sənədləri başqa qaydada əldə edə bilmədiyini, iş stajının müəyyən edilməsinin ona gələcəkdə əmək pensiyasına çıxarkən əmək stajına hesablanması üçün lazım olduğunu göstərib, qeyd olunan illərə aid sözügedən müəssisədə “klub müdiri və xadimə” vəzifəsində işləməsi faktının müəyyən edilməsini iddia edir.

79. Maraqlı tərəf isə ərizəçinin iddia etdiyi faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsinə dair ərizəsinə hər hansı sübutlar əlavə etmədiyini və beləliklə də ərizənin təmin edilməsi üçün qanuni əsasların olmadığını göstərib, ərizəyə etiraz edir.

80. Hazırda isə ərizəçi tərəfindən sübut növü qismində şahidlər təqdim edilmiş və həmin şahidlərin onunla birgə idarələrdə işlədiyini bildirmişdir.

81. Apellyasiya şikayətinin məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı xüsusi diqqət şahid ifadələrinin iş stajının təsdiqi funksiyasına verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci və 16-17-ci bəndləri iş stajının müəyyən olunması üçün müvafiq hüquqi tələbləri müəyyən edir. Belə ki, iş stajı barədə sənədlər olmadıqda və onları bərpa etmək mümkün olmadıqda, əmək stajı ən azı iki nəfər şahidin ifadələrinə əsasən müəyyən edilməli, həmin şahidlər ərizəçi ilə birgə eyni idarə, müəssisə və ya təşkilatda əmək fəaliyyəti göstərdiklərini təsdiq etməlidirlər.

82. Əsasnamənin İİİ bölməsinin 16-cı bəndinə görə, iş stajı yalnız şəxsən ərizəçi ilə birgə işdə olan, əmək kitabçası kimi sənədlərə malik olan ən azı iki nəfərdən çox olmayan şahidin ifadəsi əsasında müəyyən oluna bilər. Bu tələbin məqsədi əmək fəaliyyətinin real və konkret idarə və ya müəssisədə, konkret dövrdə olmasıdır ki, pensiya təminatı üçün müvafiq hüquqi əsas yaransın.

83. Əsasnamənin 17-ci bəndi isə bu qaydaların tətbiqində istisnaları nəzərdə tutur ki, bunlar arasında müəssisənin tam ləğvi, arxiv sənədlərinin itirilməsi və digər fövqəladə hallar var. Lakin bu istisnalar da həmin əmək fəaliyyətinin təsdiqində iş yoldaşlarının birgə işlədiyini sübut edən sənədlərin olması şərtilə tətbiq olunur.

84. İş materiallarında təqdim olunmuş 12-14-cü paraqraflarında qeyd olunmuş şahid ifadələrinin təhlili zamanı aşağıdakı əsas məqamlar müəyyən edilmişdir: - Şahid1: Öz ifadəsində qeyd edir ki, o, 1978-1993-cü illərdə Başlıbel kənd Mədəniyyət evində direktor vəzifəsində işləmişdir. Eyni zamanda, ərizəçinin mərhum anası və Ərizəçi işlədiyi müəssisələr barədə məlumat verir. Lakin, Şahid1 şahid kimi ərizəçi ilə birgə əmək fəaliyyətini təsdiq etməmiş, onun öz fəaliyyəti Başlıbel kənd Mədəniyyət evində olmuşdur. - Şahid2 ifadəsində bildirir ki, ərizəçi 1967-1978-ci illərdə Başlıbel kənd klubunda, daha sonra mədəniyyət evində xadimə vəzifəsində çalışmışdır. Lakin şahidin özü 1969- 1993-cü illərdə Başlıbel kənd orta məktəbində müəllim kimi fəaliyyət göstərmişdir. Bu isə göstərir ki, şahid ilə ərizəçinin iş yerləri bir-birindən fərqlidir və şahid ərizəçinin iş yerində birgə çalışmasını sənədlərlə təsdiqləməyib. Beləliklə, Həmidovun ifadəsi də iş stajını təsdiq etmək üçün qanuni əsas sayılmır. - Şahid3 ifadəsində qeyd edir ki, ərizəçi 1978-1993-cü illərdə Başlıbel kənd mədəniyyət evində xadimə vəzifəsində çalışmışdır. Lakin, şahidin özünün iş yeri Kəlbəcər Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan müəssisədir və o, ərizəçi ilə eyni müəssisədə çalışmadığını göstərir. Bundan əlavə, şahid ərizəçinin iş yerini sənədlərlə təsdiqləmir. Buna görə də, Nəcəfovun ifadəsi də əmək stajının təsdiqində kifayət qədər əsaslı sübut kimi qiymətləndirilə bilməz. - Şahid4 ifadəsində göstərir ki, ərizəçi Başlıbel kənd mədəniyyət evində xadimə işləyib. Lakin, şahidin özü Kəlbəcər rayonunun digər mədəniyyət müəssisələrində çalışmışdır və ərizəçi ilə birgə əmək fəaliyyətini sənədlərlə təsdiqlənmir. Bu isə şahidin ifadəsinin əmək stajının təsdiqində hüquqi əhəmiyyətini azaldır.

85. Ərizəçi iddia edir ki, o, əmək fəaliyyətinə 01 avqust 1967-ci ildən başlamışdır. Bu tarixə əsasən onun əmək stajı 16 yaşından başladığı kimi göstərilir.

86. Lakin, Şahid2 ifadəsində bildirir ki, ərizəçi 1967-ci ildən 1978-ci ilə qədər Başlıbel kənd klubunda, daha sonra isə mədəniyyət evində xadimə işləyib. Burada işə başlama tarixi ərizəçinin dediyi ilə üst-üstə düşsə də, iş funksiyası ilə bağlı uyğunsuzluq vardır. Ərizəçi 1967-1978-ci illərdə klub müdiri vəzifəsində çalışdığını qeyd edir, şahid isə xadimə kimi işlədiyini bildirir.

87. Bu isə əmək stajının keyfiyyət və məzmun baxımından fərqlənməsinə səbəb olur – rəhbər vəzifə (klub müdiri) ilə texniki vəzifə (xadimə) arasında əhəmiyyətli fərq mövcuddur.

88. Vəzifə ilə bağlı uyğunsuzluq ərizədə qeyd olunur ki, ərizəçi 01 avqust 1967 – 15 sentyabr 1978 tarixləri arasında klub müdiri, 15 sentyabr 1978 – 02 aprel 1993 tarixləri arasında isə xadimə olmuşdur.

89. Lakin, şahid ifadələrinin heç birində ərizəçinin klub müdiri işlədiyi açıq və konkret şəkildə təsdiqlənmir. Əksinə, bütün şahidlər onun sadəcə xadimə kimi çalışdığını bildirirlər. Bu isə ərizəçinin öz vəzifə statusunu daha yüksək göstərməyə çalışdığını ehtimal etməyə əsas verir və ifadələrlə ziddiyyət təşkil edir.

90. Ərizəçi iş stajının xx.xx.1967 - xx.xx.1993 tarixlərini əhatə etdiyini bildirir. Bu isə təxminən 25 il 8 ay müddəti əhatə edir.

91. Lakin, şahidlərin ifadələrində bu müddətin tam şəkildə, yəni ardıcıl 25 il 8 ay işləməsi barədə birmənalı və detallı təsdiq yoxdur.

92. Şahid1 yalnız 1978-1993-cü illəri əhatə edən dövrdə işlədiyini və ərizəçini həmin dövrdə tanıdığını deyir – bu isə 1967-1978-ci illər üzrə məlumatın ondan alınmasının qeyri-mümkünlüyünü göstərir.

93. Şahid2 də əsasən 1969-cu ildən başlayaraq onu tanıdığını bildirir, halbuki ərizəçi 1967-ci ildən işlədiyini deyir. Bu 2 illik müddət üzrə şahidlik boşluğu yaranır.

94. Digər tərəfdən, ərizəçi hər iki dövrdə (1967-1993) Başlıbel kənd mədəniyyət evində işlədiyini qeyd edir.

95. Lakin şahidlər ifadələrində iş yerini bəzən klub, bəzən mədəniyyət evi kimi qeyd edirlər. Bu isə hüquqi baxımdan fərqli müəssisələrdir, çünki “klub” və “mədəniyyət evi” ayrı idarəedici struktur vahidləridir.

96. Həmçinin, ərizəçi şahidlərin onunla birlikdə işlədiyini bildirir. Lakin, şahidlərin heç biri konkret olaraq onunla eyni strukturda və eyni dövrdə birbaşa işlədiklərini, eyni idarəetmədə əməkdaş olduqlarını, yaxud əmək fəaliyyətini yaxından müşahidə etdiklərini ətraflı şəkildə ifadə etmir. Bütün ifadələr ümumi və formal xarakter daşıyır, məsələn “tanıyıram, işləyirdi, kənddə xadimə idi” kimi qeyri-dəqiq ifadələrlə məhdudlaşır. Bu isə birgə əmək fəaliyyəti və faktiki əmək münasibətlərinin sübutu üçün yetərli əsas yaratmır. Eyni zamanda şahidlərin əmək kitabcalarında da onların ərizəçi ilə eynimüəssisədə işləməsi təsdiq olunmur.

97. Bu halda sübut yükü demək olar ki, tam şəkildə şahid ifadələrinə düşür. Bu isə şahidlərin dəqiq, ardıcıl, bir-birini tamamlayan və mötəbər ifadələr verməsini zəruri edir. Lakin təqdim olunmuş ifadələrdə bu tələblər ödənmir, əksinə ziddiyyətlər və qeyridəqiqliklər hökm sürür.

98. Yuxarıda qeyd olunan ziddiyyətlər əmək stajının məhkəmə qaydasında müəyyən olunması baxımından şahid ifadələrinin hüquqi qüvvəsini zəiflədir. Ərizəçi tərəfindən təqdim olunan iş stajı dövrləri və vəzifələr şahid ifadələri ilə dəqiq şəkildə uyğun gəlmir, əksinə bir çox hallarda fərqliliklər müşahidə olunur. Bu fərqliliklər məhkəmə tərəfindən faktın sübuta yetirilməsini çətinləşdirir və mənbə etibarlılığına şübhə doğurur.

99. Həmçinin, apellyasiya icraatı zamanı müəyyən edildiyi kimi ərizəçiyə xx.xx.1995-ci il tarixdən etibarən pensiya təyin edilmişdir. Onun pensiya işində saxlanılan pensiya təyin edilməsi üçün müraciətində doğum tarixi xx.xx.1951 olduğu halda xx.xx.1944-cü il kimi göstərilmiş və ona müraciətinə əsasən pensiya təyin edən qurumun qərarına əsasən xx.xx.1995-ci il tarixdən “qocalığa” görə pensiya təyin edilmişdir.

100. Müxtəlif dövlərdə pensiyası yenidən hesablanmış və əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli qərarla müəyyən edilmişdir ki, ərizəçinin təvəllüdü pensiya işində xx.xx.1944-cü il kimi göstərilməsinə baxmayaraq təvəllüdü xx.xx.1951-ci ildir. Eyni zamanda tələb olunan iş stajı və sığorta kapitalı olmadığı üçün pensiya hüququ yaranmır. Bu səbəbdən də xx.xx.1995-ci il tarixdən xx.xx.2024-cü il tarixədək ödənilmiş 39671,22 manat artıq vermə hesab edilir. Vətəndaşın ərizəsinə əsasən sosial müavinət hüququna baxılsın və hər ay 10 faizi tutulsun.

101. Pensiya işində saxlanılan əmək kitabçasına əsasən ərizəçi xx.xx.1963-cü il tarixdən xx.xx.1980-ci il tarixdək Başlıbel kənd klubunda müdir, xx.xx.1980-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Başlıbel Mədəniyyət evində xadimə, xx.xx.1993-cü ildən Bakı Süd Kombinatında fəhlə işlədiyi qeyd edilmişdir. Əmək kitabçasının yazılma tarixi müəyyən olunmamaqla yanaşı içərisində olan qeydlər latın qrafikalı əlifba ilə (1963-cü ildə kiril əlifbası tətbiq olunub) yazılmış, Kəlbəcər rayonu Başlıbel kəndi ərazisində olan iş fəaliyyəti işə götürən tərəfindən imza və möhürlə təsdiqlənməmiş, Bakı Süd Kombinatında işə qəbul olnmasına dair qeyd Kombinatın rəhbərinin imzası və Kombinatın möhürü ilə təsdiq edilmişdir.

102. Göründüyü kimi, ərizəçi yaşını və işləməsi ilə bağlı digər məlumatlarını təhrif edərək özünə pensiya təyin edilməsinə nail olmuş və sonradan uyğunsuzluqlar aşakara çıxarılaraq əmək pensiyasının ödənişi dayandırılmışdır.

102. Əmək kitabçasında edilən qeydlərin hüquqi qüvvəyə malik olması üçün aidiyyəti idarənin möhürü və məsul şəxsin imzası ilə təsdiqlənməsi qanunvericiliyin tələbidir.

103. Nazirlər Kabinetinin 28 aprel 1997-ci il tarixli, 83 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək kitabçalarının aparılması, saxlanılması və doldurulması Qaydaları”nın bir nömrəli əlavənin 3.11-ci bəndinə əsasən, əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir.

104. Həmin əlavənin 4.1-ci bəndinə əsasən, işəgöürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir

105. Göründüyü kimi, əmək kitabçasında edilən hər bir qeyd müəssisənin möhürü və məsul şəxsin imzası ilə təsdiqlənmədikdə, həmin qeyd hüquqi sübut kimi qəbul edilə bilməz.

106. Bu səbəbdən, ərizəçinin təqdim etdiyi əmək kitabçasında qeyd edilən iş dövrləri təkbaşına onun əmək stajının mövcudluğunu sübut etməyə yetərli hesab edilmir.

107. Beləliklə, ərizəçinin əmək kitabçasında 03 aprel 1963-cü il tarixdən 02 avqust 1993-cü il tarixədək müxtəlif təşkilatlarda işlədiyi qeyd edilsə də, həmin dövrlər üzrə işlədiyi idarə və müəssisələrin rəsmi təsdiqedici möhürü vurulmamışdır. Bu vəziyyət əmək kitabçasının hüquqi qüvvəsini və sübutedici əhəmiyyətini şübhə altına alır. Hansı ki, qeyd olunan hallar şahid ifadələri ilə öz təsdiqini tapmamış və ziddiyyətli hallar yaranmışdır.

108. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.

109. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş və iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.

110. Eyni zamanda mıəhkəmə qeyd etməyi zəruri hesab edir ki, ərizəçinin əmək kitabçasının mövcud olması və bu səbəbdən də iş üzrə icraata hazırki icraat qaydasında baxılmalı olmaması əsası ilə icraata xitam verilməli olmasına məhkəmə üstünlük verməmişdir.

111. Belə ki, iş üzrə icraata xitam veriləcəyə təqdirdə ərizəçi pensiya təyin edilməsi üçün inzibati məhkəmələrə müraciət etməlidir ki, əmək kitabçasında iş barədə məlumatlar imza və möhürlə təsdiq olunmadığından əmək kitabçasında olan qeydlər sübut qismində qəbul edilməyəcəkdir. Yəni, qeydlər imza və möhürlə təsdiq olunmadığından onun həmin iş yerlərində işləməsini təsdiq edən sübut növü deyildir.

112. Eyni zamanda ərizəçi əmək kitabçasını məhkəməyə təqdim etməkdən yayınmış və iş stajının məhkəmə qaydasında tanınmasını arzu etməklə əmək kitabçasında olan qeydlərin mötəbər olmadığını qəbul edir. Bu səbəbdən də məhkəmə icraata xitam verməmiş və qətnamədən apellyasiya şikayətinə mahiyyəti üzrə qiymət vemişdir.

113. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə ləğv edilməli və həmin hissədə iddia tələbi rədd edilməlidir.

114. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən ərizəçi tərəfindən kassasiya şikayəti verilə bilər.

115. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.2, 385.1, 388, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi : Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Kəlbəcər Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli 2(040)-248/2025 nömrəli qətnaməsi “Ərizəçi 01 avqust 1967-ci ildən 28 iyul 1969-cu ilədək Kəlbəcər Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan Başlıbel kənd klubunda xadimə, 28 iyul 1969-cu ildən 15 sentyabr 1978-ci ilədək Kəlbəcər Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan Başlıbel kənd klubunda klub müdiri, 15 sentyabr 1978-ci ildən 02 aprel 1993-cü ilədək Kəlbəcər Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan Başlıbel kənd mədəniyyət evində xadimə işləməsi faktı müəyyən edilməsi” hissəsində ləğv edilsin və həmin hissədə ərizə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar