Məhkəmə qərarları › İş №2(104)-948/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-948/2023

24.02.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-948/2023 24.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Hüseynzadə Afiq Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh və müstəqil tələb sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “maneənin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə məhkəmələr arasında yaranmış fikir ayrılığına Gəncə Apelyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh və müstəqil tələb sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ona məxsus torpaq sahəsi ilə ünvan 2 yerləşən Cavabdeh məxsus torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi barədə müarciətinə əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin əməkdaşlarının fəaliyyətinin həyata keçririlməsinə cavabdeh tərəfindən maneənin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 2(125)-710/2023 nömrəli (hakim X.Səfərli) qərardadı ilə işin ərazi aidiyyəti üzrə baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Göygöl Rayon Məhkəməsinin 14 fevral 2023-cü tarixli, 2(066)-423/2023 nömrəli (hakim Ə.Kərimov) qərardadı ilə mülki iş məhkəmələr arasında yaranmış fikir ayrılığının aradan qaldırlması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, mülki işə ərazi aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsində baxılmalıdır. Belə ki, Gəncə Şəhər Məhkəməsi Cavabdeh yaşayış yeri üzrə Göygöl rayonu, Üçtəpə kəndində qeydiyyatda olmasını nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinin tələbini rəhbər tutmaqla mülki işi aidiyyəti üzrə Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. İddiaçının tələbindən isə görünür ki, yaranmış mübahisə daşınmaz əmlakla bağlı mülkiyyət hüququnun müdafiəsi ilə əlaqədar olmaqla, müstəsna aidiyyət qaydalarına aiddir. Azərbaycan Respbulikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinin tələbinə əsasən isə daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Mülkiyyət hüququnun obyektini təşkil edən obyekt isə Gəncə şəhərində yerləşməkdədir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, mülki iş baxılması üçün Gəncə Gəhər Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respbulikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 39.1 və 45.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh və müstəqil tələb sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “maneənin aradan qaldırılması” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə verilsin. Qərardad qəbul olunduğu andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar