Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(104)-948/2025 22.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSI Açar sözlər: torpaqdan çıxarılma Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və X2 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı torpaqdan çıxarılma tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. JN-*** saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə Tovuz rayon Aqrar Islahat Komissiyasının ## ###### 1998-ci il tarixli, ** saylı qərarı ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində Tovuz rayonu, Aşağı Quşçu kənd sakinləri İddiaçı və onun ailə üzvlərinin adına 1,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydə alınmışdır.
2. JN-*** saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə Tovuz rayon Aqrar Islahat Komissiyasının ## ###### 1998-ci il tarixli, ** saylı qərarı ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində Tovuz rayonu Aşağı Quşçu kənd sakinləri Cavabdeh və onun ailə üzvlərinin adına 0,78 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydə alınmışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı torpaqdan çıxarma tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, ona və ailə üzvlərinə məxsus Tovuz rayonu Aşağı Quşçu kəndi ərazisində yerləşən 1.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdeh Cavabdeh çıxarılması və cavabdeh tərəfindən həmin torpaq sahəsinin boşaldılaraq təhvil verilməsinə, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Tovuz Rayon Aqrar Islahat Komissiyasının ## ###### 1998-ci il tarixli, ** saylı qərarına əsasən, ona və ailə üzvlərinə Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisindən 1.20 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmişdir. Cavabdehlə həmkəndlidirlər və bu günədək aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Son bir neçə ildir ki, cavabdeh ona və ailə üzvlərinə məxsus torpaq sahəsinin bir hissəsini zəbt edərək beton dirəklər basdırmış və üzüm tingləri əkmişdır.
5. Tovuz Rayon məhkəməsinin ## #### 2023-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim Z.Hünmətov) iddianın qismən təmin edilərək, cavabdehin iddiaçının və ailə üzvlərinin mülkiyyətində olan Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində yerləşən 1.20 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 5349 kv.metr hissəsindən çıxarılması və iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Mülki Məcəllənin 139.1, 139.3, 152.1, 157.2-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya instansiya məhkəməsində birinci icraat:
7. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, iddia tələbinin təmin edilməsi hissədə qətnamənin ləğv edilməsini, həmin hissədə də iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi ekspert rəyinə istinad etməkdə haqlı olmamışdır. Belə ki, mütəxəssis tərəfindən olçmə işləri aparılarkən torpaqlar (tarlalar) arası yollar nəzərə alınmamışdır. Eyni zamanda ölçmə işlərində iştirakı təmin edilmədiyindən yerdəki vəziyyət barədə düzgün məlumat verilməmişdir. Bu hal da reallıqda düsgün rəy verilməsinə səbəb olmuşdur. Ekspert rəyində mübahisəli torpaq sahəsinin X1 mülkiyyətində olduğunu bildirilsə də, ekspertiza tədqiqatı zamanı torpaq sahəsinin iddiaçıya məxsus olması, planı və ölçüsü sənədindən istifadə olması məhkəmə qətnaməsində öz əksini tapmamışdır. Mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə üs-üstə düşməsini müəyyən etmək üçün ilk növbədə çıxarışla iddiaçının adına reyestrdə qeydə alınmış torpaq sahəsinin koordinatlarını (döngə nöqtəlrini) özündə əks etdirən plan, ölçü sənədi ekspertiza tədqiqatına təqdim olunmalıydı. Qətnamədə qeyd olunmuşdur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 5349 kv.metr hissəsi mübahisəli torpaq sahəsində deyil, ərazidə olan mövcud tarlalar arası yola ilə üst-üstə düşə bilər. Buradan da belə nəticəyə gəlmək olar ki, reyestr xidməti tərəfindən iddiaçıya məxsus çıxarış səhvən, həm mübahisəli torpaq sahəsinə, həm də yolun üzərinə işlənmişdir. Belə olan halda iddiaçıya məxsus torpaq sahəsinə dair çıxarışın verilmsinə əsas olmuş ilkin torpaqayırma sənədləri məhkəməyə təqdim olunmalı və ekspertiza tədqiqatı məhz həmin sənədlər əsasında aparılmalıdır. Ona məxsus JN *** saylı “Torpağın mülkiyyətə verilməsi haqqında” Dövlət Aktında sağ tərəfdən *** saylı Dövlət Akt üzrə qonşu torpaq sahəsi, sol tərəfdən isə *** saylı Dövlət Aktı üzrə digər qonşu torpaq sahəsi yerləşməsi göstərilmişdir və iddiaçı həmin torpaq sahələrinin mülkiyyətçisi deyil. Belə olan halda iddiaçının torpaq sahəsi mübahisəli torpaq sahəsi ilə birbaşa qonşu ola bilməz. Iddiaçının mülkiyyətində olan torpaq sahəsinin mübahisəli ərazidə yerləşməsi öz təsdiqini tapmamışdır. Məhkəmə yerli baxış keçirərkən onun iştirakını təmin etməmişdir. Torpaq sahəsinin hansı hissəsində zəbt olunma iş materiallarında öz əksini tapmır. Iddiaçı tərəfindən naturada hansı torpaq sahəsinin mütəxəssisə təqdim etdiyi bilinmir. Buna görə də ekspert rəyi əsaslı hesab edilə bilməz. Bundan əlavə, torpaq sahəsi ilə bağlı mübahisələr olduqda ekspertin əraziyə baxış keçirməsi mütləqdir və tərəflərin iştirakını təmin etmək barədə məhkəməyə vəsatət təqdim etməlidir. Lakin ekspert rəyindən görünür ki, ekspert əraziyə baxış keçirmədən, mülki işin materiallarında olan hüquqmüəyyənedici sənədlərə, yəni mütəxəssis rəyinə əsasən müəyyən etmişdir.
9. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ## ###### 2024-cü il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsi ilə (hakimlər Ş.Rzaquliyev sədrlik edən, məruzəçi, L.Süleymanov və İ.Həsənov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Tovuz Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılaraq, iddiaçının cavabdehə qarşı “torpaq sahəsindən çıxarılma və cavabdeh tərəfindən həmin torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi” barədə iddiasının rədd edilməsi qət edilmişdir.
Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Iddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Rəhimov Elşad Əhməd oğlu kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və JN-*** saylı Dövlət Aktına əsasən ona və ailə üzvlərinə məxsus olan torpaq sahəsinin 823 B hissəsinin 5349 kv.metr hissəsindən cavabdehin çıxarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə iddiaçı İddiaçı kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ## ###### 2024-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsi ləğv edilməsi və mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Kollegiya işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
14. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüququndan ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
15. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
16. Maddə 152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır
17. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
18. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
19. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
20. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 124.1. Işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
26. Maddə 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Apellyasiya baxışının hədləri
28. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
32. Işin müəyyən olunmuş faktiki hallardan görünür ki, Tovuz rayon AIK-nın ## ###### 1998-ci il tarixli, ** saylı Qərarı ilə Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən 1.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçı İddiaçı Nürəddin oğlu və ailə üzvlərinin birgə mülkiyyətinə, 0.78 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi isə cavabdeh Cavabdeh və ailə üzvlərinin birgə mülkiyyətinə verilmişdir. Iddiaçı İddiaçı Nürəddin oğlu və ailə üzvlərinin adına ## ###### 1999-cu il tarixli, JN-*** saylı, cavabdeh Cavabdeh və ailə üzvlərinin adına ## ###### 1999-cu il tarixli, JN-*** saylı “Torpağa mülkiyyət hüququna” dair Dövlət Aktı verilmişdir. Sonradan Reyestr Xidməti tərəfindən Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən 0.73 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair cavabdehin və ailə üzvlərinin adlarına hüquqların dövlət qeydiyyatı haqqında ## ###### 2022-ci il tarixli Çıxarış və ## ###### 2022-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmişdir. Iddiaçı İddiaçı Nürəddin oğlu mülkiyyətlərində olan torpaq sahəsinin bir hissəsinin cavabdeh Cavabdeh tərəfindən zəbt edildiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə hazırkı mübahisələndirilən qətnaməni qəbul etmişdir. Yuxarıda da qeyd olunduğu kimi qətnamədən cavabdeh tərəf apellyasiya şikayəti vermişdir.
33. Kollegiya apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər qətnamənin ləğvi üçün əsas deyil. Çünki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.
34. Kollegiya ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
35. Hazırkı mübahisə üzrə iddiaçının tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 157.2ci maddəsinin tələbləri nəzərdən keçirilə bilər və həmin normada göstərilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
36. Kassasiya instansiya məhkəməsinin işin yeni apellyasiya baxışına qaytarılması barədə ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarında qoyulmuş göstərişlərə uyğun olaraq Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin ## #### 2016-cı il tarixli *** nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUIS) və AzCad məlumatları əsasında Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesti publik hüquqi şəxsi ** saylı Tovuz Ərazi Idarəsinin mütəxəssisləri işə cəlb edilməklə rəy alınması qərarı alınmışdır.
37. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesti publik hüquqi şəxsi ** saylı Tovuz Ərazi Idarəsinin verdiyi ## ### 2026-cı il tarixli mütəxəsis rəyindən müəyyən olunmuşdur ki, JN-823 KOD ******** nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Dövlət aktı ilə Yusifov Nurəddin Bayram oğlu, İddiaçı (iddiaçı) və digər ailə üzvlərinə məxsus Tovuz rayonu Aşağı Quşçu kəndində 1.20 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş torpaq sahəsinin hüdudları həm 823A-da, həmdə 823B-də müəyyən edildi. (Sxemdə göstərilmişdir). JN-823 KOD ******** nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Dövlət aktı ilə Yusifov Nurəddin Bayram oğlu, İddiaçı (iddiaçı) və digərlərinin mülkiyyətlərinə verilmiş 1.20 ha torpaq sahəsi ümumilikdə, həm 823A, həmdə 823B mülkiyyətçilərin tam istifadəsində deyil. Beləki JN *** nömrəli dövlət aktının 823B hissəsində olan 0.54 ha torpaq sahəsi Cavabdeh tərəfindən istifadə olunur. AZCAD baza məlumatlarına əsasən cavabdeh Cavabdeh və ailə üzvlərinə JN *** saylı Dövlət Aktında olan torpaq sahəsi ilə ********** qeydiyyat nömrəli çıxarışa və AN ****** nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən mülkiyyətlərinə verilmiş 0.73 ha torpaq sahəsinin sərhədləri bir birinə uyğun gəlmir. JN-823 KOD ******** nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktı ilə Yusifov Nurəddin Bayram oğlu, İddiaçı (iddiaçı) və digərlərinin mülkiyyətlərinə verilmiş 1.20 ha torpaq sahəsinin 823B hissəsində verilmiş 0.54 ha torpaq sahəsi ilə cavabdeh Cavabdeh və ailə üzvlərinə JN *** saylı Dövlət Aktı, habelə ********** qeydiyyat nömrəli çıxarışa və AN ****** nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən mülkiyyətlərində olan 0.73 ha torpaq sahəsi ilə üst-üstə düşmə yoxdur, lakin Cavabdeh faktiki istifadə etdiyi torpaq sahəsi ***B nömrəli torpaq sahəsi ilə üst-üstə düşür. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Tovuz Ərazi Idarəsinin mütəxəssisləri tərəfindən verilmiş ## #### 2022-ci il tarixli mütəxəssis rəyində göstərilən, yəni hazırki iş üzrə cavabdeh Cavabdeh istifadəsi kimi təqdim etdiyi torpaq sahəsinin 5400 kv.m hissəsi (üzüm bağı salınan sahə) JN *** saylı Dövlət Aktı, habelə ********** qeydiyyat nömrəli çıxarış və AN ****** nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında cavabdeh və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.73 ha torpaq sahəsinin hüdudları daxilində deyil. Cavabdeh Cavabdeh istifadəsi kimi təqdim olunan 5400 kv.m torpaq sahəsi iddiaçı İddiaçı Nürəddin oğlu və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.2 ha torpaq sahəsinin 823B hissəsinə aiddir.
38. Göründüyü kimi JN-823 KOD ******** nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Dövlət aktı ilə iddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.20 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş torpaq sahəsinin 823B-də yerləşən 5400 kv.m hissəsi cavabdeh Cavabdeh tərəfindən istifadə olunur və sonuncu həmin yerdə üzüm bağı salınmışdır.
39. Məhkəmə kollegiyası rəyi işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Belə ki, Azərbaycan Respublikası ƏMDX yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsinin ## ### 2026-cı il tarixli mütəxəssis rəyi və həmin rəyə əlavə edilmiş torpaq sahələrinin ölçü planı ilə torpaq sahələrinin yerləşmə koordinatları və torpaq sahələrindən faktiki istifadə vəziyyəti aşkar şəkildə müəyyən edilməklə, verilmiş rəyin mötəbərliyi məhkəmə kollegiyasında hər hansı şübhə yaratmamışdır.
40. Çünki, JN-*** saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə Tovuz rayon Aqrar Islahat Komissiyasının ## ###### 1998-ci il tarixli, ** saylı qərarı ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində Tovuz rayonu, Aşağı Quşçu kənd sakinləri İddiaçı və onun ailə üzvlərinin adına 1,20 ha (823A və 823B-də yerləşən) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd hazırkı məqamda hüquqi qüvvəsini saxlayır. Cavabdehin faktiki istifadə etdiyi 5400 kv.m torpaq sahəsi JN *** saylı Dövlət Aktı, habelə ********** qeydiyyat nömrəli çıxarış və AN ****** nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş JN-0.73 ha torpaq sahəsinin hüdudları daxilində deyil. Bu halda, həmin torpaq sahəsinin başqa şəxsə, hazırkı halda isə cavabdehə və ya onun ailə üzvlərinə məxsusluğundan söhbət gedə bilməz.
41. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır (Konstitusiya Məhkəməsi Plenumunun 2010-cu il ## ####### tarixli Qərarı).
42. Əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır (Mülki Məcəllə maddə 140). Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Eyni zamanda daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir (Mülki Məcəllə, maddə 166.1). Bununla belə, aidiyyəti şəxs tərəfindən həmin qanuni ehtimalların əksi iddia və sübut oluna bilər. Odur ki, əşya hüququnun əsaslandığı qeydin mötəbərliyinə aidiyyəti şəxs tərəfindən yazılı tələb irəli sürülməklə etiraz edilmədiyi halda, məhkəmənin həmin qeydin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi yaranmır. Əks yanaşma Mülki Məcəllənin qeyd olunan prezumpsiyaları nəzərdə tutan normalarına, reyestrin mötəbərliyinə qarşı etiraz hüququna dair 141.2-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində əks olunan dispozitivlik prinsipinə uyğun olmazdı (Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə ## #### 2022-ci il tarixli qərardad).
43. Iddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bir hissəsinin (823B də yerləşən 5400 kv.m həcmdə) cavabdeh tərəfindən heç bir hüquqi əsas olmadan zəbt edilməsi sübut olunur. Cavabdehin bu qanuna zidd hərəkətləri nəticəsində isə iddiaçının qanunla qorunan mülkiyyət hüquqları pozulmuşdur. Halbuki, mülkiyyət hüququ təbiəti etibarıilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
44. Birinci instansiya məhkəməsi cavabdehin 5349 kv.m hissədən çıxarılmasını qət etsədə, lakin Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesti publik hüquqi şəxsi ** saylı Tovuz Ərazi Idarəsinin verdiyi ## ### 2026-cı il tarixli mütəxəsis rəyində iddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.20 ha torpaq sahəsinin 5400 kv.m hissəsinin cavabdehin faktiki istifadəsində olan torpaqla üst-üstə düşdüyü müəyyən olunmuşdur. Iddiaçı tərəf birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir.
45. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər qətnamənin dəyişdirilməsi, eləcədə ləğvi üçün əsas deyil. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1, 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.