Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-95/2024 24.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mülki iş üzrə Açar sözlər: Evdən çıxarılma Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və X1 ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı evdən çıxarılma tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli 2(023)-22/2023 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə 24 may 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 2 saylı Bakı “ASAN xidmət” mərkəzindəki notariat ofisində 25 yanvar 2020-ci il tarixdə bağlanmış 4Ə-162 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X7 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.072 ha torpaq sahəsini və üzərində yerləşən 136.7 kv.m fərdi yaşayış evini İddiaçı bağışlamışdır;
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Tovuz Ərazi İdarəsinin verdiyi xx.xx.2020- ci il tarixli, **********71-10301 reyestr nömrəsi ilə ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda 0.072 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 136.7 kvm yaşayış sahəsi olan ev İddiaçı Mədəd oğlunun adına qeydə alınmışdır;
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 noyabr 2023cü il tarixli 2(102)-4146/2023 nömrəli qərarından görünür ki, iddiaçı Cavabdeh1 cavabdehlər X7 və İddiaçı qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir;
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 01 may 2024-cü il tarixli 2(102)-801/2024 nömrəli qərarından görünür ki, iddiaçılar Cavabdeh2 və X2 cavabdehlər Cavabdeh1, X7, X10 və Qazax rayon notariat kontoruna qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası Qazax Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli 2(023)-30/2023 nömrəli qətnaməsi ilə təmin edilməmişdir. Həmin qətnamə müvafiq olaraq apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır.
5. AZ-H 242603 nömrəli Nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, Cavabdeh2 ilə Cavabdeh3 arasında 26 yanvar 2018-ci il tarixdə Qazax rayon Qeydiyyat şöbəsində rəsmi nikah bağlanmış və həmin nikah 29 nömrə ilə dövlət qeydiyyatına alınmışdır;
6. Doğum haqqında şəhadətnamələrdən müəyyən olunur ki, Cavabdeh2 ilə Cavabdeh3 birgə nikahlarından 02 aprel 2018-ci il təvəllüdlü X8 və 20 may 2019-cu il təvəllüdlü X9 adlı uşaqları anadan olmuşdur.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 və onun himayəsində olan uşaqları X11 və X13 ilə birlikdə və əşyaları ilə bərabər onun mülkiyyətində Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi İdarəsindən verilmiş xx.xx.2020- ci il tarixli, **********71-10301 reyestr nömrəsi ilə ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. Birinci instansiya məhkəməsində icraat zamanı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddia ərizəsində texniki səhv olaraq cavabdehlər siyahısında Cavabdeh1 adını da qeyd etdiyini və Cavabdeh1 cavabdehlər siyahısından çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsindən verilmiş xx.xx.2020-ci il tarixli, **********71-10301 reyestr nömrəsi ilə ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında onun mülkiyyətindədir. Cavabdehlər hər hansı qanuni əsas olmadan həmin evə daxil olmuşlar və oradan çıxmırlar. Cavabdehlərin həmin evdə yaşamaq hüquqları yoxdur. Onlar başqa ünvanda pasport qeydiyyatındadırlar.
10. Qazax Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli 2(023)-22/2023 nömrəli qətnaməsi ilə (hakim Nemət Musayev) iddia təmin edilərək, Cavabdeh2 və Cavabdeh3 uşaqları X11, X13 ilə birlikdə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmaları qət edilmişdir.
11. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5 və 157.2-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Qazax şəhəri Azadlıq küçəsi ev 125 ünvanında yerləşən 0,072 ha torpaq sahəsi və ümumi sahəsi 136.7 kv.m-dən ibarət olan fərdi yaşayış evi anası Cavabdeh1 mülkiyyətində olmuşdur. Həmin fərdi yaşayış evi anası Mehriban, o və qardaşı Vüqarın xəbəri və məlumatı olmadan xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən qızı X3 bağışlanmışdır. Evin bağışlanması barədə anası Mehriban məhkəməyə müraciət etdikdən sonra məlumatları olmuşdur. Anası Mehriban bildirmişdir ki, ona məxsus fərdi yaşayış evinı qızı Günaya bağışlamışdır. Günay Məmmədova anası Cavabdeh1 notariat kontoruna apararaq bildirmişdir ki, guya evi banka girov qoyub kredit alıb ev inşa etdirəcək. Anası da qızı olduğu üçün Günaya inanmışdır. Beləliklə, bağışlanma müqaviləsi anasının şəxsi iradə ifadəsi ilə bağlanmamışdır. Anası Mehriban evi Günaya bağışlayarkən onun və qardaşı Vüqarın həmin evdə qeydiyyatda olmağına və həmin evdə yaşamasına baxmayaraq, Günay notariat ofisinə icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli xx-xx/3234 nömrəli arayış təqdim etmişdir ki, guya anası Mehriban həmin evdə tək qeydiyyatdadır. Buna görə də bağışlama müqaviləsi bağlanarkən onun və qardaşı Vüqarın razılığı alınmamış və həmin bağışlama müqaviləsi nəticəsində onların mübahisə predmeti olan evə istifadə hüquqları pozulmuşdur. Həmin müqavilə bağlandıqdan 2 il sonra bacısı Günay Məmmədova həmin fərdi yaşayış evini öz mülkiyyətinə keçirmiş və sonra İddiaçı bağışlamışdır. Hazırda isə İddiaçı onlara qarşı evdən çıxarılma tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, guya onlar mübahisəli evdə qeyri-qanuni olaraq yaşayırlar. Cavabdehlərin sözügedən evdə yaşaması nəticəsində iddiaçının sözügedən ev üzərində mülkiyyət hüquqları pozulmuşdur. Hesab edir ki, birinci instansiya məhkəməsi belə nəticəyə gəlməkdə haqlı olmamışdır. Bu ev əvvəllər babasının, sonra atasının, sonra isə anasının adına olmuş, Cavabdeh2 xx.xx.1980-ci il tarixdə doğulmuş, ailə üzvü kimi həmişə, yəni 43 ildir ki, həmin mübahisəli evdə yaşamış və daimi yaşayış yeri olaraq həmin ünvanı seçmişdir. Onun başqa yerdə evi, mülkiyyəti yoxdur. Mən həmin vaxtdan həmin evə istifadə hüququ əldə etmişəm. Baxılan iş üzrə mübahisəli ev xx.xx.2020-ci il tarixdə İddiaçı adına tam mülkiyyət üzrə qeydiyyata alınmışdır. Bu halda həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin tələbləri baxımından həmin evə onun tərəfimdən istifadə hüququ əldə edilmişdir. 2020-ci ildə evin hüquqi vəziyyəti dəyişərək isə tərəflər arasında yeni hüquq münasibətləri yaranmış, lakin onun əldə etmiş olduğu istifadə hüququ heç bir halda məhdudlaşdırılmamışdır. Bu halda isə onun istifadə hüququ Mülki Məcəlləsinin 228-ci maddəsi baxımından saxlanılır. Tərəflər arasında 2020-ci ildə evin mülkiyyətçisinin dəyişməsi ilə onun ev üzərində istifadə hüququna xitam verilməsi üçün əsas kimi qəbul oluna bilməz. Cavabdeh3 ilə 2017-ci ildə ailə qurmuş, sonuncu da həmin evə gəlin kimi köçmüş, cehiz əşyaları həmin evə yerləşdirilmiş və hazırda iki uşağı ilə birlikdə həmin evdə yaşayır. Belə olan halda hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə hüquqi mövqeyi əsassız olmuşdur. Onun mübahisəli evdə istifadə hüququ vardır və bu hüquq itirilməmişdir. Çünki 43 ildir mübahisəli evdə yaşamış və daimi yaşayış yeri olaraq həmin ünvanı seçmiş, başqa yerdə evi, mülkiyyəti isə yoxdur. Mübahisəli ev 29 yanvar 2020-ci il tarixdə İddiaçı adına tam mülkiyyət üzrə qeydiyyata alınmışdır, bu halda həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin tələbləri baxımından evə artıq onun tərəfindən istifadə hüququ əldə edilmişdir. 2020-ci ildə evin hüquqi vəziyyəti dəyişərək isə tərəflər arasında yeni hüquq münasibətləri yaranmış ola da, bu hal onun evə dair istifadə hüquqlarını məhdudlaşdıran hal kimi qiymətləndirilə bilməz. Çünki, mənzil qanunvericiliyinin tələbinə görə istifadə hüququna xitam verilməsi brədə razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya ödənilməsi yolu ilə xitam verilə bilər.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları,
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, mübahisəli evdə böyümüşdür və doğulduğu gündən yaşayış yeri həmin evdir. Sözügedən ev mərhum atasının mülkiyyətində olmuşdur. Atasının vəfatından sonra onun xəbəri olmadan anası Cavabdeh1 mərhum atasının vərəsəsi tanınmışdır. Bundan sonra anası mübahisə predmeti olan evi qızı X3 bağışlamış, bacısı Günay isə evi əri İddiaçıya bağışlamışdır. Sözügedən evin bağışlama müqaviləsini məhkəmə qaydasında mübahisələndirsə də, lakin müsbət nəticə əldə edə bilməmişdir. Sədrlik edənin suallarına cavab olaraq cavabdeh bildirmişdir ki, doğulandan hazırkı vaxtadək ailə üzvləri ilə birlikdə mübahisəli evdə yaşayır və yaşamağa başqa yeri yoxdur. Həmin evdə pasport qeydiyyatındadır. Cavabdeh3 arvadıdır və ailə qurduqları vaxtdan, yəni 2016-cı ildən mübahisəli evdə yaşayır. Uşaqları da anadan olandan bəri həmin evdə yaşayırlar. Cavabdeh2 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, mübahisəli ev onun mülkiyyətindədir. Cavabdehlərin onun mülkiyyətində olan evdən çıxarılmalarını istəyir. Özü 2017-ci ildən həmin evdə cavabdehlərlə birlikdə yaşayır. Lakin cavabdehlər həmin evdə yaşamağına imkan vermirlər, aralarında tez-tez mübahisələr yaranır. Cavabdehlər uzun müddətdir ki, həmin evdə yaşayırlar, lakin onların yaşamağa başqa yerləri var. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
18. 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə 152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
20. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
21. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsi:
23. Maddə 123. Yaşayış evinin mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar.
24. Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirdər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.
25. Maddə 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.
26. Maddə 60. Kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış yeri 6 ay saxlanılır.
27. Maddə 87. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində başqa yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
01 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş Mənzil Məcəlləsi:
28. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
29. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
34. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
35. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
36. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
37. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
39. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi “Cavabdeh2 uşaqları X11 və X13 ilə birlikdə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmaları” hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılaraq iddia tələbi həmin hissədə təmin edilməməli, apellyasiya şikayəti qalan hissədə təmin edilməməli, qətnamə “Cavabdeh3 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması” hissədə dəyişdirilmədən saxlanılmalıdır.
41. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh2 mərhum atası X4 mülkiyyətində olmuşdur. X12 11 dekabr 2015-ci il tarixdə ölmüşdür. Bundan sonra, 08 iyun 2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə X4 vərəsəsi kimi arvadı Cavabdeh1 tanınmış və sonuncunun miras əmlaka mülkiyyət hüququ 16 sentyabr 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. 16 dekabr 2017-ci il tarixdə Cavabdeh2 anası Cavabdeh1 mülkiyyətində olan ünvan 4 ünvanda 0,072 ha torpaq sahəsini və onun üzərində yerləşən fərdi yaşayış evini qızı X3 bağışlamış, həmin bağışlama müqaviləsi əsasında da sözügedən əmlak üzərində Günay Məmmədovanın mülkiyyət hüququ 29 avqust 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Həmçinin 2 saylı Bakı “ASAN xidmət” mərkəzindəki notariat ofisində 25 yanvar 2020-ci il tarixdə bağlanmış 4Ə-162 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə X7 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.072 ha torpaq sahəsini və üzərində yerləşən 136.7 kv.m fərdi yaşayış evini əri İddiaçı bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Tovuz Ərazi İdarəsinin verdiyi xx.xx.2020- ci il tarixli, **********71-10301 reyestr nömrəsi ilə ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında həmin əmlak İddiaçı Mədəd oğlunun adına qeydə alınmışdır. Sonuncu cavabdehlərin azyaşlı uşaqları ilə birlikdə ona məxsus evdə yaşadıqlarını bu halın onun mülkiyyət hüququnu məhdudaşdırdığını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddia tələbini təmin etmişdir.
42. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin olunması barədə gəlmiş olduğu qənaətini onunla əsaslandırmışdır ki, X7 öz şəsxi mülkiyyətində olan fərdi yaşayış evini iradə ifadəsi əsasında 25 yanvar 2020-ci il tarixdə əri İddiaçı bağışlamışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən müvafiq çıxarışa əsasən ünvan 2 ünvanda 0.072 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 136.7 kvm yaşayış sahəsi olan fərdi yaşayış evi İddiaçı adına qeydə alınmışdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 azyaşlı uşaqları ilə birlikdə mübahisəli evdə qeyri-qanuni olaraq yaşayırlar. Cavabdehlərin sözügedən evdə yaşaması nəticəsində iddiaçının ev üzərində mülkiyyət hüquqları pozulmuşdur.
43. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinun gəldiyi nəticə ilə qismən razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
44. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddia tələbi iki cavabdehə qarşı yönəlib və onların mübahisə predmeti olan fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması tələb edilir. Belə olan halda kollegiya hesab edir ki, iddia tələbi üzrə cavabdehlərə münasibətdə ayrı-ayrılıqda hüquqi dəyərləndirmə aparılmalı və ilk növbədə iddia tələbinin Cavabdeh2 münasibətdə əsaslığı araşdırılmalıdır.
45. İşin hallarından göründüyü kimi, Cavabdeh2 doğulduğu vaxtdan, yəni 1980-ci ildən mübahisəli fərdi yaşayış evində yaşamağa başladığından iddia tələbi həmin dövrdə qüvvədə olan 08 iyul 1982-ci il tarixli Qanunla təsdiq edilmiş və 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına əsasən həll olunmalıdır. Çünki MPM-nin 217.2-ci maddəsinin tələbinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
46. İşin müəyyən olunan hallarından göründüyü kimi, Cavabdeh2 1980-ci ildə mübahisəli evdə doğulub boya-başa çatmış, hətta evləndikdən sonra da arvadı (digər cavabdeh) və uşaqları ilə birlikdə hazırkı vaxtadək həmin evdə yaşamağa davam edir. Cavabdehin uşaqları da həmin evdə doğulmuşdur. Cavabdeh2 mübahisəli yaşayış sahəsindən 1980-ci ildən hazırkı vaxtadək fasiləsiz yaşaması ona dəlalət edir ki, onun fərdi yaşayış evindən istifadə hüququ yaranmışdır.
47. Cavabdeh2 mübahisəli yaşayış sahəsindən istifadə hüququnun yarandığı təsdiq olunduğuna görə, indi iddianın, yəni adı qeyd olunan cavabdehin həmin evdən çıxarılması məsələsinin həlli üçün, onun yaşayış sahəsindən istifadə hüququnun itirilməsi məsələsi araşdırılmalıdır.
48. Mülki hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış yeri 6 ay saxlanılır.
49. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində başqa yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
50. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi ilə əlaqədar məhkəmələrdə mübahisələrə baxılarkən nəzərə alınmalıdır ki, həmin Məcəllənin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulan əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum edə bilməz.
51. Bu baxımdan işin halları təhlil olunduqda görünür ki, Cavabdeh2 mübahisəli yaşayış sahəsindən çıxması və daimi yaşamaq üçün başqa yerə getməsi sübut olunmur.
52. Həmçinin, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mübahisəli evin xx.xx.2020-ci ildə iddiaçıya bağışlanması, həmin evdən Cavabdeh2 yaranmış istifadə hüququnun xitamına səbəb olmur. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.3-cü maddəsinə görə əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun.
53. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş mənzil qanunvericiliyi yaşayış sahəsinin mülkiyyətçisinin dəyişməsinin evdən istifadə hüququ olan şəxsin həmin huququnun aradan qalxmasının əsası kimi müəyyən etməmişdir.
54. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 mübahisəli yaşayış sahəsindən istifadə hüququ yaranmış və itirilməmişdir. Həmçinin onun mübahisəli mənzildən istifadə hüquqlarının olması yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının qanuni əsaslarından biridir. Ona gorə ki, mülkiyyət hüququnun əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması zamanı aşağıdakı prinsiplərə dəqiq riayət olunmalıdır: 1. Bu cür məhdudlaşdırma qanunçuluğun tələbinə cavab verməli; 2. başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli; 3. mütənasib olmalı; 4. bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir.
55. Azərbaycan Respublikası Konstitusiyasının 33, 43 və 71-ci maddələrinin tələbinə görə hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz və Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
56. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Cavabdeh2 azyaşlı uşaqları X5 və X6 da mübahisəli evdən çıxarılmaları yolverilməzdir. Belə ki, Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır.
57. İşə baxan birinci instansiya məhkəməsi isə Cavabdeh2 azyaşlı uşaqları ilə birlikdə mübahisəli evdən çıxarılması hissədə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri ilə bağlı düzgün nəticəyə gəlməmiş, eləcə də maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi göstərilən hissədə ləğv olunmalı və həmin hissədə iddia təmin edilməməlidir.
58. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Cavabdeh2 mübahisəli evə istifadə hüququ olduğundan, onun iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən çıxarılması ancaq iddiaçı tərəfindən müvafiq kompensasiya ödəməklə mümkün ola bilər.
59. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
60. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddia tələbinin Cavabdeh3 mübahisəli evdən çıxarılması hissədə təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
61. Belə ki, işin hallarından göründüyü Cavabdeh2 ilə Cavabdeh3 26 yanvar 2018-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar və Cavabdeh3 həmin vaxtdan mübahisəli fərdi yaşayış evinə gəlin köçmüşdür.
62. Cavabdeh Zeynab Məmmədova mübahisəli evə gəlin köçdüyü zaman qüvvədə olan mənzil qanunvericiliyin tələbləri baxımından cavabdeh yaşayış sahəsindən istifadə hüququ əldə etmiş sayılmır. Eləcə də cavabdeh Zeynab Məmmədova yaşayış sahəsinin hazırkı mülkiyyətçisinin ailə üzvü də hesab edilmir. İşin göstərilən halları isə onu deməyə əsas verir ki, cavabdeh Zeynab Məmmədova hər hansı hüquqi əsas olmadan İddiaçı mülkiyyətində olan yaşayış sahəsində yaşayır.
63. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372.1, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qazax Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli 2(023)-22/2023 nömrəli qətnaməsi “Cavabdeh2 uşaqları X11 və X13 ilə birlikdə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmaları” hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılaraq iddia tələbi həmin hissədə təmin edilməsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə “Cavabdeh3 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması” hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.