Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-952/2025 07.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı2, İddiaçı1 nümayəndəsi X3 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK tabeliyində DƏDKR-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə ümumi paylı mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair çıxarışın qismən ləğv edilməsi, həmin torpaq sahəsindəki payının natura halında bölünməsi və faktiki sahibliyinə verilməsi tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-134/2025 nömrəli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK tabeliyində DƏDKR-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 47 saylı qərarı və JN-686 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı əsasında ailəsinə ümumi paylı mülkiyyətinə verilmiş 3,69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 3,1406 ha hissəsinə dair xx.xx.2010-cu il tarixli ********** nömrəli, 0,05 ha hissəsinə dair xx.xx.2010-cu il tarixli ********** qeydiyyat nömrəli Çıxarışların ləğv edilməsi, həmin 3,69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 686 A saylı kordinatında yerləşən, 31406,00 kv.m, torpaq sahəsinin 1-ci cavabdehǝ satılmamış qalan 20,006 kv.m hissəsinin və 686 C saylı kordinatda yerləşən 500,00 kv.m torpaq sahələrinin payına düşən hissələrinin faktiki sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-134/2025 nömrəli qətnaməsi (hakim Həvayət Məhəmmədi) ilə, iddianın təmin edilməməsi, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X6 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Həmçinin, hazırda digər mülki iş ilə bir icraatda birləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Həmçinin, hazırda digər mülki iş ilə bir icraatda birləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. İş üzrə İddiaçı1, Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK tabeliyində DƏDKR-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, o heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların (nümayəndələrinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatlarını dinləyib, mülki işdə olan sənədləri araşdırıb məcmu halda hüquqi qiymət verərək aşağıdakılara əsasən hesab edir ki, hazırki mülki işin iddiaçı X2 Cavabdeh1 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işlə əlaqəli olduğundan hər iki iş bir icraatda birləşdirilməlidir. Belə ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(104)-593/2025 nömrəli qərardadı ilə, iddiaçı X2 Cavabdeh1 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı X2 Cavabdeh1 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-2157/2024 saylı qətnaməsindən iddiaçı X4 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işlə hazırki icraatda baxılan iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK tabeliyində DƏDKR-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə ümumi paylı mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair çıxarışın qismən ləğv edilməsi, həmin torpaq sahəsindəki payının natura halında bölünməsi və faktiki sahibliyinə verilməsi tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-134/2025 nömrəli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işlə əlaqəlidir. Çünki, eyni tərəflərin iştirak etdiyi eyni növlü tələblərdir və tələblər bir-birilə əlaqəlidir. Eyni zamanda, digər icraat üzrə mülki iş xx.xx.2025-ci il tarixdə, hazırki mülki iş isə xx.xx.2025-ci il tarixdə apellyasiya instansiya məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi, digər icraat üzrə olan mülki iş daha əvvəl daxil olmuşdur. Azərbaycan Respublikasının MPM-in 169.3-cü maddəsinə görə, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qyed olunan halları nəzərə alaraq hesab edir ki, qeyd edilən mülki iş hazırki işlə bir icraatda birləşdirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə (MPM maddə 402.2 və 402.3) müəyyənləşdirilmişdir. Ona görə də hazirki iş üzrə çıxarılan qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 263, 264, 169.3 və 402-ci maddələrini rəhbər tutaraq, Qəraraaldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK tabeliyində DƏDKR-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə ümumi paylı mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair çıxarışın qismən ləğv edilməsi, həmin torpaq sahəsindəki payının natura halında bölünməsi və faktiki sahibliyinə verilməsi tələbinə dair 2(104)-952/2025 saylı mülki iş, digər icraatda olan iddiaçı X2 Cavabdeh1 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair 2(104)-593/2025 nömrəli mülki işlə bir icraatda birləşdirilsin və birləşmiş mülki işə 2(104)-593/2025 nömrə verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-952/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-952/2025
07.05.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver