Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-957/2024 24.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qızına qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: evə köçürülmə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X3 ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı, vəkili X2 və maraqlarına toxunan şəxs X8 nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3675/2023 nömrəli qiyabi qətnaməsindən maraqlarına toxunan şəxs X8 nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə 24 aprel 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. DSMF-nin Gəncə şəhər Nizami rayon şöbəsindən verilmiş 006660 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müddətsiz İ qrup əlildir.
2. AZ-İ 593380 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X9 arasında 09 sentyabr 2008 il tarixdə 167 nömrəli nikah qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə Musayev, arvada Musayeva soyadı verilmişdir.
3. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2008-ci il tarixdə Göygöl rayon qeydiyyat şöbəsində 167 akt nömrəsi ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir.
4. Gəncə şəhər İcra Hakimiyyəti Başçısının Cavadxan qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli, 462 nömrəli arayışdan görünür ki, Musayeva X5 qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2018-2022-ci illərin ev təsərrüfatlarının uçotu kitabının M-2 kitabında 934-cü təsərrüfatda, 86-cı səhifədə qeydiyyatda olmuşdur.
5. X6, X10, X7 və digərlərinin (ümumilikdə 11 şəxsin) iştirakı ilə tərtib edilən aktdan görünür ki, həqiqətən İddiaçı əri Cavabdeh ilə birgə nikah dövründə öz vəsaitləri ilə Gəncə şəhəri, Cavadxan qəsəbəsində ev inşa etmişlər və orada birlikdə 16 il yaşamışlar.
6. Göygöl Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli, 2(066)-34/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, ümumilikdə 9179 manat dəyərində cehiz əşyaları naturada, cehiz əşyaları olmadıqda onların dəyəri 9179 manat pul, birgə nikah dövründə əldə edilmiş torpaq və onun üzərində tikinti aparmaq üçün xərclənmiş 26760 manat pulun ½ hissəsi, yəni 13380 manat pulun Cavabdeh alınaraq, İddiaçı verilməsi qət edilmişdir.
7. Gəncə Apellyasiya Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli 2(104)-3083/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Göygöl Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli, 2(066)-34/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
8. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli, 3(043)- 400/2022 nömrəli qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə bilinib 8 gün müddətinə inzibati qaydada həbs edilmişdir.
9. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən 0.0212 ha torpaq sahəsi X8 xüsusi mülkiyyətindədir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, Avtozavod qəsəbəsi, Quşçuluq Fabriki ərazisi, 22 nömrəli məktəbin yanında yerləşən 225 kvadratmetr torpaq sahəsində inşa edilmiş evə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikah qeydiyyatı ilə ailə qurub, 2020-ci ilə qədər birgə yaşamışdır. Yaşayış yerləri Gəncə şəhəri, Avtozavod ərazisində, 225 kvadratmetr torpaq sahəsində inşa etdikləri ev olmuşdur. Əşyaları da həmin evdə olmuşdur. Cavabdeh onu birgə tikdirdiyi evdən qovduğundan o, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(066)-34/2021 nömrəli qətnamə ilə cavabdehdən onun xeyrinə 9179 manat dəyərində ev əşyaları və evin tikintisinə çəkdiyi xərcin yarısını təşkil edən məbləği 13380 manat tutmuşdur. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş, lakin qətnamə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(104)-3083/2021 nömrəli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini alsa da, Cavabdeh “pulum yoxdur”-deyib, qərəzli olaraq qətnaməni icra etməmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib ona inzibati qaydada 8 gün həbs təyin edilmiş, lakin ötən son bir ildə də Cavabdeh evin tikintisinə xərclənmiş pulun yarısını təşkil edən 13380 manatı ona verməmişdir və vermək fikrində də deyil. Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməli idi, lakin edilmədi. Halbuki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmək, həmin maddə ilə məsuliyyətə səbəb olur. Belə vəziyyətdə o, tikintisində iştirak etdiyi, lakin haqqını ala bilmədiyi evə köçmək üçün bu iddianı qaldırmaq məcburiyyətində qalmışdır. O, uşaqlıqdan İ dərəcəli əlil olmaqla, işləmir, kiçik miqdarda, yalnız çörək pulu üçün yetərli olan pensiya alır, maddi imkanı çox ağırdır, ona görə də evsiz qalan gündən həyatı böhran içində keçir, öz evi olmadığından onunbunun qapısında qalır. Cavabdeh maddi imkanı olduğu halda, imkansızlığını uydurub məhkəmənin qərarını bilə-bilə icra etmir, bu isə onun gələcək həyatını təhlükə altına alır. Cavabdeh həmin evdə qalmır, bir nəfərin istifadəsinə vermişdir. Həmin adam ya evi ondan pulla almış, ya da kirayəyə götürmüşdür. Hər bir halda o, zəhməti ilə tikilmiş həmin evə köçmək istəyir. Əgər Cavabdeh evin tikintisinə xərclənmiş pulun yarısını təşkil edən 13380 manatı ona ödəmək istəmirsə, həmin məbləği o, cavabdehə ödəməyə hazırdır. Ev bahalı evdir, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, olduğu vəziyyətdə onun bazar dəyəri minimum 40000 manatdır. Dəyər-dəyməzinə satıb, cavabdehin payını təşkil edən 13380 manatı ona ən azı yarım ay müddətində ödəyər. Cavabdeh birgə tikdirdikləri evin nə mülkiyyətçisi, nə də qanuni sahibi deyil, amma sahiblik edir. O, uzun illər cavabdehin ailə üzvü kimi həmin mənzildə yaşadığından cavabdehin onu mənzilə buraxmamaq hüququ yoxdur, lakin aralarında mübahisə olduğundan, yuxarıda qeyd etdiyi kimi, nə pulunu vermir, nə də zəhməti ilə tikilmiş evə onu yaxın buraxmır. Cavabdehin onu yaşadığı mənzildən məhrum etməsi qanuna ziddir. Odur ki, iddiasının təmin olunmasını xahiş etmişdir.
12. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3675/2023 nömrəli qiyabi qətnaməsi ilə (hakim Zaman İmanov), iddianın təmin edilməsi, İddiaçı Gəncə şəhəri, Cavadxan (əvvəlki qaydada Avtozavod) qəsəbəsi, Quşçuluq Fabriki ərazisi, 22 nömrəli məktəbin yanında yerləşən 225 kvadratmetr torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir.
13. Məhkəmə həmin nəticəyə gələrkən Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 43-cü maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1 və 27.3-cü maddələrinə, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş 1982-ci il redaksiyalı Mənzil Məcəlləsinin 3, 17.2.1, 17.3.1, 53, 54 və 123-cü maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 213, 216-220, 233 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
14. Maraqlarına toxunan şəxs X8 nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3675/2023 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, İddiaçı ilə keçmiş əri Cavabdeh ilə aralarında olan birgə nikah dövründə əldə edilmiş torpaq sahəsinin və onun üzərində olan ev mübahisəsi Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(066)-34/2021 saylı qətnaməsinə əsasən artıq həll olunmuşdur və Cavabdeh tərəfindən İddiaçı 13380 manat pulun verilməməsi İddiaçı həmin evə köçürülməsinə əsas ola bilməz. Hesab edirəm ki, birinci instansiya məhkəməsi belə nəticəyə gəlməkdə haqlı olmamışdır. Digər tərəfdən həmin torpaq sahəsi və onun üzərində olan ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla ona çıxarış verilmişdir və bununla da qəbul edilən qətnamə onun maraqlarına toxunaraq mülkiyyət hüququ pozulmuşdur. Məhkəmə yalnız işdə iştirak etmiş iddiaçının mülahizələrinə əsaslanmışdır. Məhkəmə işi obyektiv araşdırması üçün Cavabdeh məhkəmədə iştirak etməsini lazımınca təmin etməmiş və bununla da məhkəmə çəkişmə prinsipini pozmuşdur. Əgər məhkəmə cavabdehin məhkəmədə iştirakını təmin etmiş olsa idi, cavabdeh məhkəmə iclasında bu işin iddiaçı tərəfindən göstərilməyən bəzi hallarına aydınlıq gətirə bilərdi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlarına toxunan şəxs X8 nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, həmin torpaq sahəsi və onun üzərində olan ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla Elgün Həmidovaya çıxarış verilmişdir. Qətnamə onun mülkiyyət hüququnu pozur. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili X4 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək və iddiaçının göstərdiyi xüsusatları təsdiq edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
20. İş üzrə Cavabdeh və maraqlarına toxunan şəxs X14 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
22. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
23. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
24. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
25. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır.
26. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
27. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
28. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
29. Maddə 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar.
30. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
31. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarı
32. Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi). Həmçinin, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.
01 sentyabr 2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsi
33. Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilənmüqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı(əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddədin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvləri nin eyni hüquq və vəzifələrinə onlar da malikdirlər.
34. Maddə 123, 1-ci hissə. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər.Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri saylırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqların köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
35. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
42. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
43. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
44. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
45. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
46. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
Apellyasiya baxışının hədləri
47. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
48. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
50. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.
52. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
53. Beləliklə, işin halları ondan ibarətdir ki, İddiaçı Cavabdehlə 2005-ci ildə faktiki olaraq ailə qurmuş, nikahlarını xx.xx.2008-ci il tarixdə rəsmləşdirmişlər. Onların birgə nikahları dövründə uşaqları doğulmamışdır. 2008-ci ildə iddiaçı və cavabdeh Gəncə şəhəri, Cavadxan (əvvəlki adı Avtozavod) qəsəbəsi, Quşçuluq Fabriki ərazisi, 22 nömrəli məktəbin yanında yerləşən 225 kvadratmetr torpaq sahəsi əldə edib orada birgə vəsait hesabına ev tikdirmişlər. 26 avqust 2021-ci il tarixdə isə tərəflər arasında olan nikah məhkəmə qaydasında pozulmuşdur. Gəncə şəhəri, Cavadxan (əvvəlki qaydada Avtozavod) qəsəbəsi, Quşçuluq Fabriki ərazisi, 22 nömrəli məktəbin yanında yerləşən 225 kvadratmetr torpaq sahəsində inşa edilən ikimərtəbəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Bundan sonra Göygöl Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli, 2(066)-34/2021 nömrəli qətnaməsi ilə, ümumilikdə 9179 manat dəyərində cehiz əşyaları naturada, cehiz əşyaları olmadıqda onların dəyəri 9179 manat pul, birgə nikah dövründə əldə edilmiş torpaq və onun üzərində tikinti aparmaq üçün xərclənmiş 26760 manat pulun ½ hissəsi, yəni 13380 manat pulun Cavabdeh alınaraq, İddiaçı verilməsi qət edilmişdir. Daha sonra mübahisəli əmlak Cavabdeh tərəfindən X1 və bu barədə sonuncuya Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.
54. Baxılan işdə birinci instansiya məhkəməsi tərəfindən iddiaçının mübahisəli yaşayış sahəsindən istifadə hüququnun əsasları kimi 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş 1982-ci il redaksiyalı Mənzil Məcəlləsinin müddəaları əsasında yoxlamış və müəyyən etmişdir ki, iddiaçının yaşayış sahəsindən istifadə hüququ yaranmışdır.
55. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, iddianın təmin edilməsi əsassız olmuşdur.
56. Belə ki, Göygöl Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli, 2(066)-34/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, ümumilikdə 9179 manat dəyərində cehiz əşyaları naturada, cehiz əşyaları olmadıqda onların dəyəri 9179 manat pul, birgə nikah dövründə əldə edilmiş torpaq və onun üzərində tikinti aparmaq üçün xərclənmiş 26760 manat pulun ½ hissəsi, yəni 13380 manat pulun Cavabdeh alınaraq, İddiaçı verilməsi qət edilmişdir.
57. Gəncə Apellyasiya Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli 2(104)-3083/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Göygöl Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli, 2(066)-34/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
58. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üzrə mövqeyini əsaslandırarkən Göygöl Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli, 2(066)-34/2021 nömrəli qətnaməsi ilə iddiaçıya cavabdehlə birgə nikah dövründə əmlaka çəkilmiş xərcin almasını və mübahisəli əmlaka istifadə hüququnun yaranmadığını nəzərə almamışdır.
59. Digər tərəfdən, birinci instansiya məhkəməsi hazırki iddianın qaldırılması ilə iddiaçı tərəfindən hüquqdan sui-istifadə halına yol verilməsi baxımından hüquqi qiymət verməmişdir.
60. Belə ki, Mülki Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Göründüyü kimi, bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur.
61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir (X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli, F.Nəcəfovanın şikayəti üzrə 2023-cü il 03 mart tarixli Qərarları).
62. Konstitusiya Məhkəməsinin Plenumu X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli qərarında həmçinin izah etmişdir ki, hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan suiistifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıbsığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.
63. Oxşar mövqe Avropa Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervsog Selskabsstyrelsen” işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan suiistifadə etmiş olur.
64. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı faktiki olaraq birgə nikah dövründə qanunsuz tikili olmuş mübahisəli əmlaka çəkdiyi xərcin 1/2 hissəsini, yəni 13.380 manat məbləğində pulu Cavabdeh məhkəmə qətnaməsi ilə aldıqdan sonra hazırki tələblə mübahisəli əmlaka köçürülməsini tələb etməsi barədə hərəkətləri hüquqdan sui-istifadə hesab edilməlidir.
65. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə, hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
66. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin 3-cü hissəsinə əsasən, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrını də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir.
67. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi.
68. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
69. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.
70. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.
71. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.
72. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
73. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
74. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
75. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
76. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
77. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
78. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməməlidir.
79. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.2, 385.1, 388, 392, 393, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3675/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.