Məhkəmə qərarları › İş №2(104)-965/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-965/2025

24.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-965/2025 24.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X2 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Ərizəçi hüquqi faktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-1293/2025 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ərizəçı Ərizəçi (maraqlı şəxslər Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Maraqlı şəxs2 və Maraqlı şəxs1) ərizə ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X5 Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tərkibində erməni işğalçılarına qarşı döyüşən N saylı hərbi hissədə (Daşkəsən özünümüdafiə taborunda) hərbi xidmət keçərkən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlər zamanı 03 sentyabr 1993-cü il tarixdə öz hərbi xidməti borcunu yerinə yeirərkən həlak olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-1293/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraata xitam verilmişdir. Ərizəçi həmin qərardaddan şikayət vermişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-1293/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə qərardaddan şikayət geri qaytarılmışdır. Ərizəçi şikayəti verərək, Gəncə şəhər Məhkəməsinin 25 fevral 2025-ci il tarixli, 2(125)-1293/2025 saylı və 01 aprel 2025-ci il tarixli 2(125)-1293/2025 saylı qərardadlarının ləğv olunmasını, ərizəsinin təmin olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, şikayət qeyd olunduğu kimi faktiki olaraq, 28 mart 2025-ci il tarixdə Ərizəçi“Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə Gəncə Şəhər Məhkəməsinin 25 fevral 2025-ci il tarixli 2(125)-1293/2025 saylı qərardadından şikayət vermiş və həmin şikayət elə həmin tarixdə də 2(125)-1293/2025 saylı xüsusi icraat işi üzrə “Elektron məhkəmə” informasiya sisteminə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizəçinin mübahisələndirdiyi qərardaddan verdiyi şikayət yerləşdirilmişdir. Bu isə o deməkdir ki, ərizəçi şikayətini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinin tələblərinə tamamilə uyğun vermişdir. Digər tərəfdən, Məhkəmə ərizəçinin mübahisələndirdiyi qərardaddan şikayətini 28 mart 2025-ci il tarixdə (həmin 28 mart 2025-ci il tarixdə də- 20 mart 2025-ci il tarixdən başlayaraq, 01 aprel 2025-ci il tarixə kimi məhkəmədə qeyri iş günləri olmuşdur) “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə Gəncə şəhər Məhkəməsinə vermişdir və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 370-ci maddəsinə əsasən, şikayətin verilməsi müddətinin sonu -sonuncu günü və şikayətin verilməsindən sonrakı əlavə 3 gün də qeyri-iş günlərinə düşdüyündən şikayətin verilməsi üçün sonuncu gün 01 aprel 2025-ci il tarixi olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, “ərizəçinin mübahisələndirdiyi qərardaddan verdiyi şikayət mülkiprosessual qanunvericiliyə əsasən müəyyən edilmiş məzmuna və “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” xx.xx.2021- ci il tarixli Azərbaycan RespublikasıQanununa 2 saylı əlavədə nəzərdə tutulmuş formaya uyğun tərtib edilməmişdir.” Bundan başqa, məhkəmə Gəncə şəhər Məhkəməsinin 01 aprel 2025-ci il tarixli 2(125)-1293/2025 saylı qərardadında AzərbaycanRespublikasının Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsini kobud surətdə təhrif etməkdən belə çəkinməyərək qərardadında qeyd edir ki, “Mülki Prosessual Məcəllənin 357.1-ci maddəsində göstərildiyi kimi qərardadlardan verilən şikayətlər apellyasiya şikayəti hesab olunur.” Belə bir fikrin tamamilə əsassız olmasına əmin olmaq üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinin məzmunu ilə tanış olmaq kifayət edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsində qeyd olunur ki, “ 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.” Bu halda məhkəmə nəzərə almamışdır ki, Ərizəçi apellyasiya şikayəti yox, Gəncə şəhər Məhkəməsinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsin 267 (267.1. Məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. 267.2. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. 267.3. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir.) və 268.1-ci (Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir.) maddələrinin tələblərinə uyğun qaydada məhkəmə qərardadından şikayət vermişdir. Təbiidir ki, bu halda şikayətçi şikayətinin “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Qanununa 2 saylı əlavədə nəzərdə tutulmuş formaya uyğun tərtib edə bilməzdi. Çünki Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 269-cu mаddəsinə əsаsən, 269.1. Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. 269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. 269.3. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kassasiya instansiyası məhkəməsinə göndərilir. Əgər şikayətçi şikayətini “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Qanununa 2 saylı əlavədə nəzərdə tutulmuş formaya uyğun tərtib edib, göndərsə, onda apellyasiya şikayətinə Gəncə şəhər Məhkəməsi hansı hüquqla baxa bilər!? Ərizəçi hesab edir ki, məhkəmənin qərardadında göstərilən bu tələb və ümumiyyətlə, Gəncə şəhər Məhkəməsinin 01 aprel 2025-ci il tarixli 2(125)-1293/2025 saylı qərardadının qəbul olunması ərizəçini hörümçək toruna salmaq məqsədini güdür və bu halda məhkəmə sifarişçilərin sifarişlərini rahat yerinə yetirmiş olsun. Məhkəmə bu qərardadıilə onsuz da, ağır maddi vəziyyət içərisində olan ərizəçini daha da ağır maddi vəziyyətə salmışdır. Gəncə şəhər Məhkəməsinin 01 aprel 2025-ci il tarixli 2(125)-1293/2025 saylı qərardadında qeyd edir ki, Ərizəçi ““Dövlət rüsumu haqqında” Azərbaycan RespublikasıQanununun 8.5ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması və məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardaddan şikayət verilməsinə görə 50 manat dövlət rüsumu ödənilməlidir. Mülki Prosessual Məcəllənin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Hazırkı iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardadından verilmiş şikayətə qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilməmişdir. “ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.5-ci maddəsində “İş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması və məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardaddan şikayət verilməsinə görə 50 manat dövlət rüsumu ödənilməsi nəzərdə tutulmuşdur. Ərizəçi Gəncə Şəhər Məhkəməsinin 2(125)-1293/2025 saylı 25 fevral 2025-ci il tarixli Ərizəçi (maraqlı şəxslər Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Səfərbərlik və HərbiXidmətə Çağırış üzrə Dövlət Xidməti, Maraqlı şəxs2 və Daşkəsənrayon Qeydiyyat şöbəsi) “hüquqi faktın müəyyən edilməsi” barədə ərizəsinə dair xüsusi icraat qaydasında baxılan iş üzrə icraata xitam verilməsi haqqında olan qərardadından şikayət vermişdi. Аzərbаycаn Rеspubliкаsı Mülкi Prоsеssuаl Məcəlləsinin 305-310-cu maddələrinə əsasən, şəxsin ölmüş elan edilməsi halları ilə bağlı hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqındakı məsələyə məhkəmə xüsusi icraat qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Xüsusi icraat işləri icraata qəbul olunuşlarsa, bütün məhkəmə prosesləri tam şəkildə keçirildikdən sonra, ərizəçilərin müraciətlərinin mənfi və ya müsbət cavablandırılması ilə başa çatdırılmalıdır və digər bir əsasla Xüsusi icraat işlərinin icraatına xitam verilə bilməz. Odur ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.5-ci və digər maddələrində nəzərdə tutulmuş əlavə Dövlət rüsumu ödəmələri Xüsusi icraat işləri icraat işlərinə şamil olunmur. Lakin bununla belə ərizəçi böyük maddi imkansızlığına baxmayaraq, qonşulardan borca pul götürərək qərardaddan şikayət verilməsinə görə 50 manat dövlət rüsumunu 04 aprel 2025-ci il tarixdə ödəyərək bu şikayətə əlavə edir. Maraqlı şəxslər AzərbaycanRespublikası Müdafiə Nazirliyinin və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qanunsuz sifarişlərini yerinə yetirən Gəncə şəhər Məhkəməsinin hakimi Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin “(İ). hamı qanun və məhkəmə qarşısında bərabərlik, heç kəsə bu maddənin güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz.(V). Hüquq və vəzifələrləbağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.”, Konstitusiyasının 26-cı maddəsinin “(İ). Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. (İİ). Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminatverir.” Və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 8.1-ci maddəsinin mülki işlər üzrə ədalət mühakiməsinin hamının qanun və məhkəmə qarşısında bərabərliyi, həmin Məcəllənin 8.2 və 8.3-cü maddələrinin irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq, işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşma və işdə iştirak edən şəxslərə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz prinsiplərini kobud surətdə pozmuşdur. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(104)-965/2025 nömrəli qərardadı ilə şikayətin qismən təmin edilməsi, Gəncə Şəhər Məhkəməsinin 2(125)- 1293/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsi, Gəncə Şəhər Məhkəməsinin 2(125)-1293/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməməsi və işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Ərizəçi vəsatətlə məhkəmə kollegiyasına müraciət edərək göstərmişdir ki, Gəncə Şəhər Məhkəməsinin hakimi X1 qəbul etdiyi mülki işə xitam verilməsi haqqındakı 25 fevral 2025-ci il tarixli 2(125)-1293/2025 saylı qərardadından verilmiş şikayətinə baxarkən xahiş etmişdir ki, nəzərə alınsın ki, o, Gəncə Şəhər Məhkəməsinə ərizə ilə müraciət edərkən onun məhrum həyat yoldaşı 16 aprel 1967-ci il tarixdə Daşkəsən şəhərində anadan olmuş X18 оğluna şəhid adının verilməsini yox, Аzərbаycаn Rеspublikаsının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tərkibində еrməni işğаlçılаrınа qаrşı döyüşən N saylı hərbi hissədə (Daşkəsən özünümüdafiə taborunda) hərbi xidmət keçərkən Аzərbаycаn Rеspublikаsının ərаzi bütövlüyü uğrundа еrməni işğаlçılаrınа qаrşı gedən döyüşlər zamanı öz hərbi xidməti borcunu yerinə yetirərkən həlak olarkən hərbi xidmətdə olmasını və heç bir məzuniyyətdə olmadığı halının müəyyən edilməsini xahiş etmiş, ona, yəni məhrum həyat yoldaşı 16 aprel 1967-ci il tarixdə Daşkəsən şəhərində anadan olmuş X18 оğluna şəhid adının verilməsini xahiş etməmişdir. Аzərbаycаn Rеspublikаsının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin həmin dövrdəki komandiri, polkovnik M.H. Həmzəyev tərəfindən verilmiş 13 noyabr 1996-cı il tarixli 4/492 saylı arayışdan və Daşkəsən rayon Hərbi Komissarlığının həmin dövrdəki hərbi komissarı, mayor İmanov A.M. tərəfindən verilmiş 04 iyun 1994-cü il tarixli 1141 saylı arayışdan da, çox aydın görünür ki, 16 aprel 1967-ci il tarixdə Daşkəsən şəhərində anadan olmuş X18 оğlu 03 sentyabr 1993-cü il tarixdə Аzərbаycаn Rеspublikаsının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində hərbi xidmət keçərkən öz xidməti borcunu yerinə yetirərkən Daşkəsən rayonu ərazisində həlak olmuşdur. Bu halı, yəni hərbi xidmət keçərkən öz xidməti borcunu yerinə yetirərkən Daşkəsən rayonu ərazisində həlak olması faktını şəhid X18 оğlu ilə birgə hərbi xidmətdə olmuş sabiq hərbi qulluqçular: X3, X8, X9, X4 və X10 özləri təqdim etdikləri izahatlarında tamamilə təsdiq edirlər. Bu halı nəinki onlar, şəhidimizlə birlikdə xidmət etmiş digər həmxidmətliləri də təsdiq etməyə hazırdırlar. Odur ki, Yuxarıda qeyd olunanları nəzərə alaraq, Аzərbаycаn Rеspubliкаsı Mülкi Prоsеssuаl Məcəlləsinin 37, 305-311-ci maddələrini rəhbər tutaraq, Məhkəmədən xahiş etmişdir ki, ərizəsi (iddia ərizəsi) təmin edilməlidir, məhrum həyat yoldaşı X18 оğlunun Аzərbаycаn Rеspublikаsının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tərkibində еrməni işğаlçılаrınа qаrşı döyüşən N saylı hərbi hissədə (Daşkəsən özünümüdafiə taborunda) hərbi xidmət keçərkən, Аzərbаycаn Rеspublikаsının ərаzi bütövlüyü uğrundа еrməni işğаlçılаrınа qаrşı gedən döyüşlər zamanı 03 sentyabr 1993-cü il tarixdə öz hərbi xidməti borcunu yerinə yetirərkən həlak olması faktının müəyyən edilməsi haqqında müvafiq yekun məhkəmə qərarı çıxarılmalıdır. Gəncə Apellyasiya Məhkəməsindən xahiş etmişdir ki, Gəncə şəhər Məhkəməsinin hakimi X1 25 fevral 2025-ci il tarixli 2(125)- 1293/2025 saylı qərardadının ləğv olunması barədə müvafiq yekun qərar qəbul edilsin. Ərizəçi digər vəsatətlərində də, oxşar məzmunlu çıxışlarla məhkəmə kollegiyasına müraciət etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyi mülahizə ilə məhkəmə kollegiyasına müraciət edərək, şikayətin təmin edilməməsini və Gəncə Şəhər Məhkəməsinin 25 fevral 2025-ci il tarixli, 2(125)-1293/2025 saylı qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)- 1293/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşə baxan birinci instansiya məhkəməsi işə məhkəmə qaydasında baxılmalı olmadığı üçün iş üzrə icraata xitam vermişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşır. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il № 3 saylı Qərarının 9-cu bəndində qeyd edilir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin qərarın 4.8-ci bəndinə əsasən, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Həmin qərarın 14-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. Hazırkı iş ərizəçinin tələbi mərhum həyat yoldaşı X5 Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tərkibində erməni işğalçılarına qarşı döyüşən N saylı hərbi hissədə (Daşkəsən özünümüdafiə taborunda) hərbi xidmət keçərkən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlər zamanı 03 sentyabr 1993-cü il tarixdə öz hərbi xidməti borcunu yerinə yeirərkən həlak olması faktının müəyyən edilməsi ilə bağlıdır. İş materiallarında olan Maraqlı şəxs1 tərəfindən verilmiş AZ-İ №944051 nömrəli, xx.xx.2018-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1993-cü il tarixdə açıq küt baş beyin travması nəticəsində Daşkəsən rayonunda vəfat etmişdir. Şikayətin dəlillərini əsassız hesab edən kollegiya qeyd edir ki, ərizəçinin tələbi mərhum həyat yoldaşının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlər zamanı 03 sentyabr 1993-cü il tarixdə öz hərbi xidməti borcunu yerinə yeirərkən həlak olması faktının müəyyən edilməsi ilə bağlı olduğundan və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd edilən qərarında həmin işlərin məhkəmə qaydasında baxılmalı olmaması qeyd edildiyindən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verilməsində haqlı olmuşdur. Ona görə də, şikayət təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-1293/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 402.2.4-cü maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə qərardadlardan kassasiya şikayəti verilə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-1293/2025 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-1293/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar